üzərində birləşməz” buyurmuşdur. Bu Hədisi-şərif müctəhidlərin söz birliyi ilə
bildirdikləri şeylərin, əlbəttə, doğru olduqlarını göstərir. Onlara inanmayan bu
Hədisi şəriflərə inanmamış olur. İbni Abidin vitr namazını anladarkən “Dində
zəruri olan, yəni cahillərin də bildikləri «İcma» bilgilərinə inanmayan kimsə
kafir olar” buyurur. “İcma” alimlərin söz birliyi deməkdir. İsqat günahları təmiz-
ləməyə necə bənzəyə bilər. Keşişlər günahları təmizləyirik deyərək insanları so-
yurlar. Halbuki İslamiyyətdə isqatı din adamları edə bilməz. İsqatı yalnız ölünün
vəlisi edə bilər və pul din adamlarına deyil, kasıblara verilir.
Bu gün hər yerdə isqat və dövr işləri İslamiyyətə uyğun edilməməkdədir.
İslamiyyətdə isqat yoxdur deyənlər belə deməyib, bu gün edilməkdə olan isqat
və dövrlər İslamiyyətə uyğun deyil desəydi, çox gözəl olardı. Biz də onları
dəstəkləyərdik. Belə desəydilər, həm qorxunc bir təhlükəyə düşməkdən
qurtular, həm də İslamiyyətə xidmət etmiş olardılar. İsqat və dövrlərin dinimizə
uyğun olaraq necə ediləcəyi aşağıda bildiriləcəkdir. İbni Abidin qəza namazları
sonunda buyurur:
115
Faitə namazları olan (yəni üzr ilə qılmadığı namazlar nəzərdə tutulur) bu
namazları ima ilə qılmağa gücü çatdığı halda, qılmayan, öləcəyi zaman kəffarə-
nin isqatı üçün vəsiyyət etməsi vacibdir. Qəza etməyə gücü çatmamışsa, vəsiyyət
etməsi lazım olmaz. Ramazanı-şərif ayında oruc yeyən yolçu və ya xəstə qəza et-
mək üçün vaxt tapmayıb ölərsə, vəsiyyət etməsi lazım olmaz. Allahü təala bunla-
rın üzrlərini qəbul edər. Xəstənin kəffarələrinin isqatı öldükdən sonra vəlisi tərə-
findən yerinə yetirilir. Ölümündən əvvəl etmək olmaz. Sağ insanın özü üçün is-
qat etdirməsi caiz deyil. “Cila-ül kulub”da deyilir ki: “Üzərində Allahü təalanın
haqqı və ya qul haqqı olan adamın iki şahid yanında vəsiyyətini söyləməsi və ya
yazmış olduğu vəsiyyətini bunlara oxuması vacibdir. Üzərində haqq olmayanın
vəsiyyət etməsi müstəhəbdir.
Kəffarə isqatı üçün vəsiyyət edən meyitin vəlisi, yəni mirasını yerlərinə sərf
etmək üçün vəsiyyət etdiyi adam və varisi olan kimsə mirasın üçdə birindən hər bir
vaxt namaz üçün və vitr namazı üçün və qəza edilməsi lazım olan bir günlük oruc
üçün bir fitrə miqdarı, yəni yarım “sa” (beş yüz iyirmi dirhəm və ya min yeddi yüz
əlli qram) buğdanı kasıblara (yaxud kasıbların nümayəndələrinə) fidyə verir.
Kəffarə isqatı üçün vəsiyyət etməmişsə, varisin kəffarə isqatı etməsi hənəfi
məzhəbində lazım olmaz. Şafi məzhəbində vəsiyyət etməsə də, varisin isqat et-
məsi lazımdır. Qul haqqını vəsiyyət olmasa da ölənin buraxdığı malından varisi-
nin ödəməsi Hənəfi məzhəbində də lazımdır. Hətta borc verənlər mirası ələ keçi-
rən kimi məhkəməsiz götürə bilərlər. Qəzaya qalan orucların fidyəsini, yəni mal
ilə ödənilməsini vəsiyyət etdisə, bunu yerinə yetirmək vacibdir. Çünki İslamiyyət
əmr etməkdədir. Vəsiyyət etmədisə, namaz fidyəsini vermək vacid deyil caiz
olur. Bu son ikisi qəbul olmazsa, heç olmazsa sədəqə savabı hasil olub günahla-
rın təmizlənməsinə kömək edər. İmamı Muhamməd belə buyurmuşdur. Məcma-
ul ənhür-də deyilir ki, nəfsinə və şeytana uyaraq namazını qılmamış, ömrünün
sonuna doğru buna peşman (olub qılmağa və qəza etməyə başlamış) olanın qəza
etmədiyi namazlarının isqatının edilməsi üçün vəsiyyət etməsi caiz olmaz deyil-
disə də, bunun caiz olduğu Müstəsfa-da yazılmışdır.
Cila-ül-kulub-da deyilir ki, qul haqları, ödənilməli borclar, əmanət, qəsb,
oğurlamaq, ödəniş və bey səbəbi ilə verilənlər, döymək, yaralamaq, haqsız olaraq
işlətmək kimi bədən haqları və söymək, məsxərəyə qoymaq, qeybət kimi qəlb
haqlarıdır.
Vəsiyyət edən ölənin malının üçdə biri isqat etməyə kifayət edirsə, varisin
bu mal ilə fidyə verməsi lazımdır. Kifayət etmirsə, varisin üçdə birindən
artığını qarşılıqlı hədiyyə etməsinin icazə verilməsi Fəth-ul Kadir-də yazılıdır.
Bunun kimi fərz olan həccin yerinə yetirilməsi üçün vəsiyyət etsə, varisi və ya
başqa biri həcc pulunu hədiyə verməsinə icazə yoxdur. Ölümündən əvvəl
vəsiyyət edə bilməsə, varisi öz pulu ilə isqat etsə və ya həccə getsə, ölənin
borcu ödənmiş olar. Varisdən başqasının pulundan icazə yoxdur deyənlər varsa
da, “Dürr-ül-Muxtar” və “Mərakıl-fəlah” və “Cila-ül-kulub” kitablarının
sahibləri olar, dedilər.
116
Kəffarə isqatı buğda yerinə un və ya min yeddi yüz əlli qram arpa, xurma,
üzüm ilə də hesablanaraq verilə bilər (Çünki bunlar buğdadan daha qiymətli ol-
duğu üçün kasıba daha faydalıdırlar). Hamısının yerinə qiymətləri qədər qızıl və
ya gümüş də verilə bilər (Kağız pul ilə isqat edilməz). Səcdəi-tilavət üçün fidyə
vermək lazım deyil.
İSQAT VƏ DÖVR NECƏ YERİNƏ YETİRİLİR
Fidyənin məbləği mirasın üçdə birini aşarsa, varisləri icazə vermədikcə qəy-
yumu üçdə birindən çoxunu sərf edə bilməz. “Kinyə” kitabında deyilir ki, bütün
ömrünün namazları üçün malının üçdə birinin verilməsini vəsiyyət edən ölünün
borcu da olsa, borc verən vəsiyyətin yerinə yetirilməsinə icazə versə də, vəsiyyə-
tin yerinə yetirilməsi caiz olmaz. Çünki İslamiyyət hər şeydən əvvəl borcun ödə-
nilməsini əmr edir. Borcu ödəmək borc verənin razı olması ilə sonraya təxirə
salmaq olmaz.
Bütün namazların isqat edilməsi üçün vəsiyyət edənin hansı yaşda olması
bilinmirsə, qoyduğu mirasın üçdə biri namazlarının isqatına çatmadığı zaman bu
vəsiyyət caiz olur. Mirasın üçdə biri isqat üçün çatar və artıq qalarsa bu vəsiyyəti
caiz olmaz, batil olur. Çünki malın üçdə biri isqata çatmadığı zaman üçdə biri ilə
isqat ediləcək namazların sayı məlum olduğundan vəsiyyəti bu namazlar üçün
sahih olar. Geri qalan namazları üçün olan vəsiyyəti ləğv, yəni boş söz olur. Üçdə
biri çox olduğu zaman ömrü və dolayısı ilə namaz sayı məlum olmadığı üçün və-
siyyəti batil olur.
Namaz isqatı üçün vəsiyyət edən ölünün heç malı yoxdursa və ya üçdə biri
vəsiyyətə çatmırsa və ya heç vəsiyyət etməmişsə və qəyyumu öz malı ilə isqat
etmək istəyirsə “Dövr” edər. Lakin dövr etməyə məcbur deyil. Dövr etmək üçün
qəyyum bir aylıq və ya bir illik isqat üçün lazım olar qızıl pul və ya bilərzik,
üzük və ya işlənilən gümüş borc alır. Ölü kişidirsə yaşından on iki il, qadındırsa
doqquz il çıxaraq neçə illik borcu olduğu hesablanar. Bir günlük altı namaz
üçün on kilo, bir günəş ili üçün üç min altı yüz altmış kilo buğda vermək
lazımdır. Məsələn, bir kilo buğda yüz səksən qəpik olduğu zaman bir illik namaz
isqatı altı min beş yüz doxsan səkkiz və ya qısa olaraq altı min altı yüz manat
olur. Bir qızıl pul (7,7 qramdır) yüz iyirmi manat olduğu zaman, bir illik namaz
isqatı üçün əlli beş və ya ehtiyatlı olaraq altmış qızıl pul lazım olur. Ölünün
qəyyumu beş qızıl borc alsa və dünyaya düşgün olmayan, dinini bilən və sevən
bir neçə, məsələn, dörd kasıb tapsa (bunların fitrə verməyəcək və sədəqə alacaq
qədər kasıb olması lazımdır. Kasıb olmazlarsa, isqat qəbul olunmaz), ölünün
qəyyumu, yəni vəsiyyət etdiyi adam və ya varislərindən biri və ya bunlardan biri-
nin vəkil etdiyi kimsə “Mərhum ........ əfəndinin isqatı namazı üçün əvəz olaraq
bu beş qızılı sənə verdim” deyərək beş qızılı birinci kasıba sədəqə niyyət edərək
verir. Sonra kasıb, “aldım, qəbul etdim, sənə hədiyyə etdim” deyərək bunu varisə
117
və ya varisin vəkilinə hədiyyə edər və varis təslim alar. Sonra yenə buna və ya
ikinci kasıba verər və hədiyyə olaraq ondan təslim alar. Beləliklə də, eyni kasıba
dörd dəfə və ya dörd kasıba bir dəfə verib-almaqla bir dövr olur. Bir dövrdə
iyirmi qızıllıq namaz kəffarəsi isqat edilmiş olur. Ölü kişi və altmış yaşındadırsa,
qırx səkkiz illik namaz üçün 48 x 60 = 2880 qızıl vermək lazım olur. Bunun üçün
də 2880 : 20 = 144 dəfə dövr edər. Qızılın miqdarı ondursa, 72 dövr; qızılın miq-
darı iyirmidirsə, 36 dövr edər. Kasıbın miqdarı on və qızılın miqdarı da ondursa,
48 illik namaz kəffarəsinin isqatı üçün iyirmi doqquz dövr edər. Çünki:
Namaz qılmadığı illər X bir illik qızılın miqdarı = kasıb miqdarı X dövr
edən qızılın miqdarı X dövr sayı. Misalımızda təxmini olaraq:
48 x 60 = 4 x 5 x 144 = 4 x 10 x 72 = 4 x 20 x 36 = 10 x 10 x 29
Görünür ki, namaz isqatında dövr sayını tapmaq üçün bir illik qızılın sayı ilə
ölünün namaz borcu vurulur. Ayrıca olaraq dövr olunan qızılın miqdarı ilə
kasıb miqdarı da vurulur. Birinci vurma ikinci vurmaya bölünür. Bölmə dövr
sayı olur. Buğdanın və qızılın kağız pul dəyərləri hər zaman təxmini olaraq eyni
nisbətdə dəyişməkdədir. Yəni qızılın dəyəri ilə buğdanın dəyəri hər zaman birlikdə
azalmaqda və ya artmaqdadır. Bu baxımdan isqat üçün bir illik buğda miqdarı
dəyişmədiyi kimi bir illik qızıl miqdarı da, yəni yuxarıda tapdığımız altmış qızıl da
təxminən eynidir. Bunun üçün isqat hesabında hər zaman ehtiyatlı olaraq:
Bir aylıq namaz isqatı beş qızıldır.
Bir aylıq Ramazan orucu isqatı bir qızıldır
qəbul edilməkdədir. Dövr edilən qızıl miqdarı və dövr sayı buradan tapılır.
Namaz isqatı qurtardıqdan sonra tutulmayan, qəza edilməsi lazım olan oruc-
ların isqatı üçün beş qızıl dörd kasıba üç dəfə dövr edilir. Çünki bir illik, yəni
otuz günlük oruc kəffarə isqatı əlli iki yarım kilo buğda və ya 5,25 qram qızıl,
0,73 ədəd qızıl pul təşkil edir. Görünür ki, Hənəfi məzhəbində bir qızıl bir illik
oruc kəffarəsini isqat edər və qırx səkkiz il üçün qırx səkkiz qızıl vermək la-
zımdır. Beş qızıl ilə dörd kasıba bir dövr edəndə, iyirmi qızıl verilmiş sayılır. Qə-
za edilməsi lazım olan orucların isqatı edildikdən sonra zəkatı üçün sonra qurban
üçün bir neçə dövr edilir.
Bir andiçmə kəffarəsi üçün hər gün on kasıb və üzrsüz pozulub kəffarə la-
zım olan bir günlük oruc kəffarəsi üçün bir gündə altmış kasıb lazımdır və bir ka-
sıba bir gündə yarım sa buğdadan artıq verilməz. O halda andiçmə və oruc kəffa-
rəsi üçün bir gündə dövr edilməz. Andiçmə vəsiyyəti varsa, bir andiçmə üçün bir
gündə on kasıbın hər birinə iki kilo buğda və ya un və ya bu dəyərdə hər hansı
bir mal, qızıl, gümüş verilər. Bunları bir kasıba on gün ard-arda vermək də olar.
Yaxud bir kasıba kağız pul verib, “səni vəkil elədim. Bu pul ilə hər gün sabah və
axşam olmaqla iki dəfə on gün qarnını doyduracaqsan!” deməlidir. Qarnını belə
on gün doydurmayıb, qəhvə, qəzet pulu etsə caiz olmaz. Ən yaxşısı bir aşpaz ilə
bazarlıq edib on günlük pulu aşpaza verib, kasıb bu aşpaz da hər gün səhər və ax-
şam olmaqla iki dəfə qarnını doyurmalıdır. Niyyət etdikdən sonra pozulan oruc
və zihar kəffarələri də bu cür olub bu ikisində bir günün kəffarəsi üçün altmış ka-
118
sıba bir gün və ya bir kasıba altmış gün yarım “sa” buğda və ya bu dəyərdə başqa
mal vermək və ya hər gün iki dəfə doydurmaq lazımdır.
Vəsiyyət edilməyən zəkat üçün isqat etmək lazım deyildir. Varisin zəkat
isqatı üçün özündən dövr edə bilməsi üçün fətva verilmişdir.
Dövr edərkən qəyyum qızılları kasıblara hər verəndə namaz və oruc üçün
niyyət etməlidir. Kasıb da geri qaytararkən hədiyyə etdim deməli, qəyyum da
təslim aldım deməlidir. Qəyyum isqat edə bilməyəcək vəziyyətdədirsə, ölünün
isqatını edə bilmək üçün birini vəkil edər, isqatları və dövrü bir vəkil edər.
İmamı Birgivinin “Vəsiyyətnamə” kitabında və bunun Kadızadə Əhməd
əfəndi şərhində deyilir ki, kasıbların nisaba malik olmaması şərtdir. Ölünün qo-
humundan olması caizdir. Kasıba verərkən, “Filan adamın filan qədər namazının
isqatı üçün bunu sənə verdim” deməsi lazımdır. Kasıb da “qəbul etdim” deməli-
dir və qızılları alanda bunun özünkü olduğunu bilməlidir. Bilməsə, əvvəlcədən
öyrətmək lazımdır. Bu kasıb da lütf edib öz istəyi ilə “filan adamın namazlarını
isqatı üçün əvəz olaraq bunu sənə verdim” deyərək başqa kasıba verir. O kasıb da
alıb “qəbul etdim” deməlidir. Alanda öz mülkü olduğunu bilməlidir. Əmanət hə-
diyyə kimi alarsa, dövr qəbul olunmaz. Bu ikinci kasıb “aldım, qəbul etdim” de-
dikdən sonra “eyni qayda ilə sənə verdim” deyərək üçüncü kasıba verir. Beləcə,
namaz, oruc, zəkat, qurban, fitr sədəqəsi, nəzr və qul haqları, heyvan haqları
üçün dövr etməlidir. Andiçmə və oruc kəffarələri üçün dövr etmək caiz deyil.
Ondan sonra qızıllar hansı kasıbda qalarsa, lütf edib arzusu və razılığı ilə
qəyyuma hədiyyə edər. Qəyyum aldım, qəbul etdim, deyər. Əgər hədiyyə etməz-
sə, öz malı sayılır, güclə alına bilməz. Qəyyum bir qədər qızılı və ya kağız pulu
və ya ölünün əşyasından bu kasıba verib bu sədəqə savabını da ölünün ruhuna
hədiyyə edə bilər. Borcu olan kasıb və yetkinlik yaşına çatmayan uşaq dövr et-
məyə qatılmamalıdır. Çünki əlinə keçən qızıllar ilə borcunu ödəməsi fərz olur.
Bu fərzi yerinə yetirməyib qızılları ölünün kəffarəsi üçün yanındakı kasıba verməsi
caiz olmaz. Dövr qəbul olarsa da özü heç savab qazanmaz. Hətta günaha girər.
Malı olmayan ölü dövr edilməsini vəsiyyət edərsə, qəyyumun dövr etməsi
vacib olmaz. Ölünün kəffarələrini isqat edəcək qədər malının hamısını, mirasın
üçdə birini aşmamaq şərtilə vəsiyyət etməsi vacib olur. Beləcə dövrə ehtiyac ol-
madan isqat edilir. Üçdə biri isqata çatdığı halda, üçdə birindən az malın dövr
edilməsini vəsiyyət edərsə günaha girər. İbni Abidin beşinci cild, iki yüz yetmiş
üçüncü səhifədə buyurur ki, “kiçik uşaqları olan və ya kasıb olub mirasa möhtac
olduğu halda, yetkin övladları saleh olan xəstənin nafilə olan xeyrat və yaxşılıq-
ları vəsiyyət etməyib malını saleh övladlarına qoyması daha yaxşıdır. “Bezzazi-
yə”də hədiyyə açıqlandığı zaman deyilir ki, malı xeyirli işlərə sərf edib günahkar
övlada miras qoyulmamalıdır. Çünki günaha kömək etmiş olur. Günahkar övlada
da ehtiyacdan artıq mal verilməməlidir.
Çoxlu sayda namaz, oruc, zəkat, qurban və andiçmə borcları olub, bunlar
üçün mirasın üçdə birindən az bir malın dövr edilməsini və artıq qalan mal ilə
Qurani-Kərim, xətmi-təhlil və mövlud oxutmasını vəsiyyət etmək caiz deyil.
119
Bunları oxumaq üçün pul verən və alan günaha girər. Qurani-Kərim öyrətmək
üçün pul alıb-vermək caizdir. Oxumaq üçün caiz deyil.
Ölünün borclu olduğu namazları, orucları varisləri və hər hansı birinin qəza
etməsi caiz deyildir. Lakin nafilə namaz qılıb, oruc tutub savabını ölünün ruhuna
hədiyyə etmək caiz və yaxşı olar.
Ölünün borcu olan həccini vəsiyyət etdiyi adamın qəza etməsi caiz olar.
Yəni ölünü borcdan qurtarar. Çünki həcc həm bədən ilə, həm də mal ilə yerinə
yetirilən ibadətdir. Nafilə həcc başqasının yerinə hər vaxt yerinə yetirilir. Fərz
olan həcc isə ölənə qədər həccə gedə bilməyənin yerinə vəkili tərəfindən yerinə
yetirilir.
“Məcmaul-ənhür”-də və “Dürr-ül-müntəka”da deyilir ki, ölünün isqatı
dəfndən əvvəl edilməlidir. Dəfndən sonra da caiz olduğu “Kuhistani”də yazılıb.
Ölü üçün namaz, oruc, zəkat, qurban kəffarələrinin isqatında bir kasıba
nisabdan artıq verilə bilər. Hətta qızılların hamısı bir kasıba verilə bilər.
Ölüm xəstəsinin qılmadığı namazlarının fidyəsini verməsi caiz deyil. Oruc
tuta bilməyəcək qədər qoca olanın tuta bilmədiyi orucların fidyəsini verməsi caiz-
dir. Xəstənin namazlarını başı ilə ima edərək qılması lazımdır. Bu cür ima ilə bir
gündən artıq namaz qıla bilməyən xəstənin qılmadığı namazları bağışlanır. Yaxşı
olduqdan sonra bunların qəza etməsi lazım olmaz. Tuta bilmədiyi orucları yaxşı
olduqdan sonra tutması lazımdır. Yaxşı olmadan ölərsə, bu orucları bağışlanar.
120
SƏKKİZİNCİ BÖLMƏ
OTUZ İKİ VƏ ƏLLİ DÖRD FƏRZ
Bir uşaq yetkin olduğu zaman və bir kafir “ Kəlmeyi-təvhid” söyləsə, yəni “ Lə
ilahə illəllah Muhammədün rəsulullah” desə və bunun mənasını bilib inansa,
“ Müsəlman” olar. Kafirin günahlarının hamısı dərhal bağışlanar. Lakin bunların
hər müsəlman kimi imkan tapınca imanın altı şərtini, yəni “Aməntü”nü əzbərləmə-
ləri və mənasını öyrənərək bunlara inanmaları və “İslamiyyətin hamısını, yəni
Muhamməd-əleyhissəlamın söylədiyi əmrlərin və qadağanların hamısını Allahü
təalanın bildirmiş olduğuna inandım” demələri lazımdır. Daha sonra imkan tapdıqca
bütün xasiyyətlərin və qarşılaşdığı işlərdən fərz olanları, yəni əmr olunanları və ha-
ram olanları, qadağan edilmiş olanları öyrənməsi də fərzdir. Bunları öyrənmənin və
fərzləri yerinə yetirmənin, haramlardan çəkinmənin fərz olduğunu inkar edərsə, yəni
inanmazsa imanı gedər. Bu öyrəndiklərindən birini bəyənməzsə, qəbul etməzsə
mürtəd olar. Mürtəd, “Lə ilahə illallah” deməklə və İslamiyyətin bəzi əmrlərini ye-
rinə yetirməklə, məsələn namaz qılmaqla, oruc tutmaqla, həccə getməklə, xeyir və
gözəl iş görməklə müsəlman olmaz. Bu yaxşılıqlarının axirətdə heç bir faydasını
görməz. İnkarından, yəni inanmadığı şeydən tövbə etməsi, peşman olması lazımdır.
İslam alimləri hər müsəlmanın öyrənməsi, inanması və tabe olması lazım olan
fərzlərdən 32 və ayrıca 54 ədədini seçmişdirlər.
OTUZ İKİ FƏRZ
İmanın şərti: Altı (6)
İslamın şərti: Beş (5)
Namazın fərzi: On iki (12)
Dəstəmazın fərzi: Dörd (4)
Qüslün fərzi: Üç (3)
Təyəmmümün fərzi: İki (2)
Təyəmmümün fərzinə üç deyənlər də vardır. O zaman hamısı otuz üç fərz olar.
İMANIN ŞƏRTLƏRİ (6)
1. Allahü təalanın varlığına və birliyinə inanmaq.
2. Mələklərinə inanmaq.
3. Allahü təalanın endirdiyi kitablarına inanmaq.
4. Allahü təalanın Peyğəmbərlərinə inanmaq.
5. Axirət gününə inanmaq.
6. Təqdirə, yəni xeyir və şərlərin (yaxşılıq və yamanlıqların) Allahü təaladan
olduğuna inanmaq.
121
İSLAMIN ŞƏRTLƏRI (5)
7. Kəlmeyi-şəhadət gətirmək.
8. Hər gün beş dəfə vaxtı gələndə namaz qılmaq.
9. Malın zəkatını vermək.
10. Ramazan aynda hər gün oruc tutmaq.
11. Gücü çatanın ömründə bir dəfə həccə getməsidir.
NAMAZIN FƏRZLƏRI (12)
A) Xaricindəki fərzləri yeddidir. Bunlara şərtləri də deyilir.
12 Hadəsdən təharət. (Qüsl və dəstəmaz almaq)
13. Nəcasətdən təharət (Nəcasətlərdən təmizlənmək).
14. Sətri övrət (Övrət yerlərini örtmək)
15. İstiqbali Qiblə (Kəbə istiqamətinə dönmək)
16. Vaxt
17. Niyyət
18. Iftitah və ya Tahrimə Təkbiri.
B) İçindəki fərzləri beşdir. Bunlara rükn deyilir.
19. Kıyam.
20. Qiraət.
21. Rükü.
22. Səcdə.
23. Qadəi axirə.
DƏSTƏMAZIN FƏRZLƏRI (4)
24. Dəstəmaz alarkən üzü yumaq.
25. Əlləri dirsəkləri ilə birlikdə yumaq.
26. Başın dörddə birini məsh etmək.
27. Ayaqları topuqları ilə birlikdə yumaq.
QÜSLÜN FƏRZLƏRI (3)
28. Ağzı yumaq (yaxalama).
29. Burnu yumaq (suya çəkmə)
30. Bütün bədəni yumaq.
TƏYƏMMÜMÜN FƏRZLƏRI (2)
31. Cünüblükdən (qüslsüzlükdən) və ya dəstəmazsızlıqdan təmizlənmək üçün
niyyət etmək.
32. İki əli təmiz torpağa vurub, üzü məsh etmək və təkrar iki əli təmiz torpağa
vurub, hər iki qolu dirsəkdən ovuca qədər sürtmək.
ƏLLİ DÖRD FƏRZ
1. Allahü təalanın bir olduğuna inanmaq.
122
2. Halal yemək və içmək.
3. Dəstəmaz almaq.
4. Beş vaxt namaz qılmaq.
5. Cünüblükdən qüsl etmək.
6. Ruzinin Allahü təaladan olduğuna inanmaq.
7. Halal, təmiz paltar geyinmək.
8. Allaha təvəkkül etmək.
9. Qənaət etmək.
10. Nemətlərinin müqabilində Allahü təalaya şükr etmək.
11. Qəzaya razı olmaq.
12. Bəlalara səbir etmək.
13. Günahlardan tövbə etmək.
14. Allah rızası üçün ibadət etmək.
15. Şeytanı düşmən bilmək.
16. Qurani-Kərimin hökmünə razı olmaq.
17. Ölümü haqq bilmək.
18. Allahın dostlarına dost, düşmənlərinə düşmən olmaq.
19. Ataya və anaya yaxşılıq etmək.
20. Əmrləri təbliğ və qadağalardan çəkindirmək.
21. Qohumları ziyarət etmək.
22. Əmanətə xəyanət etməmək.
23. Daima Allahü təaladan qorxub, qüruru (ərköyünlüyü, azğınlığı) tərk etmək.
24. Allaha və Rəsuluna itaət etmək.
25. Günahdan çəkinib, ibadətlərlə məşğul olmaq.
26. Müsəlman əmrlərə itaət etmək.
27. Aləmə ibrət nəzəri ilə baxmaq.
28. Allahü təalanın varlığını təfəkkür etmək.
29. Dilini əxlaqsız kəlmələrdən qorumaq.
30. Qəlbini təmiz saxlamaq.
31. Heç kəsi lağa qoymamaq.
32. Harama baxmamaq.
33. Hər bir halda sözündə sadiq olmaq.
34. Qulağını töhmət dinləməkdən qorumaq.
35. Elm öyrənmək.
36. Tərəzi və ölçü alətlərini haqq üzrə istifadə etmək.
37. Allahın əzabından əmin olmayıb, daima qorxmaq.
38. Müsəlman kasıblara zəkat vermək və yardım etmək.
39. Allahın rəhmətindən ümid kəsməmək.
40. Nəfsinin istəklərinə tabe olmamaq.
41. Allah rızası üçün yemək yedizdirmək.
42. Kifayət qədər ruzi qazanmaq üçün çalışmaq.
43. Malının zəkatını, məhsulun uşrunu vermək.
123
44. Adətli və nifaslı olan xanımına yaxın olmamaq.
45. Qəlbini günahlardan təmizləmək.
46. Kibrli olmaqdan çəkinmək.
47. Yetkin olmamış yetimin malını hifz etmək (qorumaq).
48. Gənc oğlanlara yaxın olmamaq.
49. Beş vaxt namazı vaxtında qılıb, qəzaya buraxmamaq.
50. Zülmlə kimsənin malını yeməmək.
51. Allahü təalaya şərik qoşmamaq.
52. Zinadan çəkinmək.
53. Şərabı və alkoqollu içkiləri içməmək.
54. Yalan yerə and içməmək.
KÜFR MÖVZUSU
Pis şeylərin ən pisi Allahü təalaya inanmamaq, ateist olmaqdır. İnanılması la-
zım olan şeyə inanmamaq küfr olar. Muhamməd əleyhissəlama inanmamaq küfr
olar. Muhamməd-əleyhissəlamın Allahü təaladan gətirib bildirdiyi şeylərin hamısı-
na qəlb ilə inanıb, dil ilə də təsdiq etməyə, söyləməyə “İMAN” deyilir. Söyləməyə
mane olduğu zaman, söyləməmək əfv olar. İmanın olması üçün islamiyyətin küfr
olaraq bildirdiyi şeyləri söyləməkdən və istifadə etməkdən çəkinmək də lazımdır.
İslamiyyətin əhkamından, yəni islamiyyətin əmr və qadağanlarından birini əhəmiy-
yətsiz görmək, Qurani-Kərim ilə, mələk ilə, Peyğəmbərlərdən biri ilə “aləyhimüs-
saləvatü vəttəslimat” lağ etmək küfr əlamətlərindəndir. İnkar etmək, yəni eşitdik-
dən sonra inanmamaq təsdiq etməmək deməkdir. Şübhə etmək də inkar sayılır.
Dostları ilə paylaş: |