§2. YAPONİYANIN İQTİSADİYYATl
2.1
.Dünya iqtisadiyyatında yeri
Dünya ölkələri arasında özünəməxsus xarakterik cəhətləri olan
Yaponiya Dünya iqtisadiyyatında mühüm rol oynayır. İkinci dünya
müharibəsində məğlub olan Yaponiya ilk illərdən başlayaraq böyük
iqtisadi, sosial, texniki, texnoloji, mədəni nailiyyətlər əldə edib. Əhalisi
dünya əhalisinin heç 0,5%-ni də təşkil etməyən ölkə dünyanm ÜDM-
nun (ahcılıq qabiliyyətinə görə) 7%-ə qədərini istehsal edir. Əhalinin
hər nəfərinə düşən məhsul 1999-cu ildə 37850 dollar təşkil etmişdir. Bu
göstərici üzrə Yaponiya ancaq İsveçrədən, ABŞ-dan, Luksemburqdan,
Sinqapurdan və Norveçdən geri qalır.
Yaponiyada on yüksək məşğulluq əldə edilmişdir. İşsizlik
norması 1970-ci illərdə cəmi 2-2,8% təşkil edirdi. XXI əsrin ilk illərində
isə bıı göstəricinin səviyyəsi ancaq 3%-i ötə bilib. Bu orta dünya
səviyyəsindən 2-8% aşağıdır. Yaponiyanın iqtisadi potensialı ABŞ
iqtisadi potensialnın 60%-dən çoxunu təşkil edir. Cari valyuta kursu ilə
hesabladıqda Yaponiyanın ÜDM-nın həcmi Çin kimi nəhəng bir
dövlətin ÜDM-undan 4 dəfə çoxdur. Şərqi Asiyanın bütün ölkələrinin
ÜDM-nun 70%-
i Yaponiyanın payına düşür.
Qida məhsulları
19,4
15,1
26,2
19.5
23,6
Geyim, ayaqqabı
5,8
5,2
6,4
5,8
7,0
Ev-
eşik, kommunal
17,0
14,1
22,2
19,3
18,3 '
xidmətlər
Nəqliyyat, rabitə
8,4
8,9
4,4
5,1
10,1
Mebel, məişət texnikası 14,6
14.5
2,1
1,8
5,8
Digər məhsullar və 34,8
42,2
38,6
49,6
34,6
x
idmətlər
Yapon iqtisadi inkişafında bir sıra əlamətdar cəhətlər var ki,
ondan bütün dünya ekspertləri və iqtisadçıları maraqla izləyirlər.
Məsələn, Yaponiya dünyada yeganə ölkədir ki, burada balanslaşdınlmış
inkişaf modeli praktikada reallaşdırılıb. 1952-ci il Yaponiyada ÜMM-ın
5% artım sürəti ilə başa çatmışdı. 1960-ci illərdə ÜMM-ın orta illik
artımı 10% qədər çatırdı. Bu cür çox yüksək artım sürətindən • sonra
(1973-
1990 illər) surət nisbətən azaldı və ÜMM orta illik artımı 5%-ə
qədər oldu. 1990-cı ildən başlayaraq ÜMM inkişaf etmiş sənaye
ölkələrinə xas olan dayanıqlı, lakin nisbətən aşağı (orta hesabla 2-3%)
sürətlə artmağa başladı. Lakin inkişafın bu pilləsində 1990-cı illərin
əvvəlində dünya iqtisadiyyatında baş verən dördillik depressiya Yapon
iqtisadiyyatına da təsir göstərdi və nəticədə 1992-ci ildə sənaye istehsalı
8% azaldı. 1993-cü ildə Yaponiya iqtisadiyyatında sıfır inkişaf qeydə
alındı. 1994-cü ildə inkişaf 0,6% oldu. 1996-cı ildən isə yenidən iqtisadi
inkişaf başlamışdır. Beləliklə də, Yaponiya yüksək inkişaf etmiş
ölkələrin iqtisadi inkişati iiçiin səciyyəvi olan yüksəliş sürətinə nail
olmuşdur və bu inkişaf davam edir.
2.2. Dünya iqtisadiyyatına təsiri və onun əsas istiqamətləri
Belə təsirlərdən biri Yaponiyanın bank sistemi vasitəsilə həyata
keçirilir. Dünya miqyasında həyata keçirilən təhlil-tədqiqat işlərinin
müəllifləri təyin etmişlər ki, aktivin məbləğinə görə dünyanın 10 iri
bankının 9-u Yaponiyanındır. Bu banklar biitiin dünya iqtisadiyyatının
maliyyə sisteminə güclü (mənfı və müsbət) təsir göstərmək
qabiliyyətinə malikdirlər. Dərc edilmiş məlumatlara görə ölkənin qızıl-
valyuta ehtiyatı 130 milyard dollara qədərdir. Bu ölçüdə maliyyə
ehtiyatı olan ölkədə baş verən hər hansı, hətta kiçik bir maliyyə
çatışmamazlıqları digər ölkələrin iqtisadiyyatına güclü mənfı təsir
göstərir. 1998-ci ildə kəskinləşən maliyyə krizisi (səbəbi aksiyalann və
yapon valyutasının aşağı düşməsi idi), yapon iqtisadiyyatını çox geri
saldı. Eyni zamanda bu krizisin mənfi təsiri Cənub-Şərqi Asiyaya dəydi.
Bu misal göslərir ki, bir ölkədə gedəıı proseslər həmişə dünya
iqt
isadiyyatına təsir edir. Söhbət burada ancaq о təsirin mənfı və yaxud
miisbət olmasından getməlidir.
Yaponiya insan amilindən (indi bunu insan resursu və kapitalı
adlandırmaq meyli giiclüdür) bacarıqla istifadə etmək, məhsulun
keyfıyyətini yüksəltmək, mehriban cəmiyyət (125 milyondan çox ehalisi
olan Yaponiyanı "böyük və dost ailə" adlandırılır) yaratmaq yolu ilə
yüksək sosial-iqtisadi nailiyyətlər əldə etməyin mümkiin olduğu haqda
çox gözəl təcriibəyə malik ölkədir. Bu təcrübə vasitəsilə о.diinya
iqtisadiy
yatına güclü təsir göstərır. Məhz "bu təcrübənin təsiri altında
Yaponiyanın uzaq-yaxın qonşuları olan Cənubi Koreya, Tayvan,
Tailand, Sinqapıır və s. kimi ölkələr qısa müddətdə böyük iqtisadi
nailiyyətlər əldə etmişlər. Ümumiyyətlə götürdükdə dünyanın biitün
ölkələri Yapon təcrübəsini öyrənməkdə maraqlıdırlar. Yapon təcrübəsi
dünya ölkələri üçün, onların inkişafı üçiin həmişə örnək ola bilər. Hələ
1960-
cı illərdə sənayeləşmə prosesi Yaponiyanı ABŞ və Qərbi
Avropadan sonra dünyada
üçüncü iqtisadi güc mərkəzinə çıxardı.
Hazırda bir iqtisadi güc mərkezi kimi Yaponiya Asiya ölkələrini özünə
çəkir. Qonşu ölkələr һəг vasitə ilə yüksək texnologiyaya, qabaqcıl
təcrübəyə yiyələnmək üçün Yaponiyaya üz tuturlar. Faktiki olaraq
Yaponiya və Asiya ölkələri arasında dayanıqlı ticarət bloku
yaranmışdır.
2.3. Yapon
iqtisadiyyatının daxili enerjiləri
Məhsulların və xidmətlərin keyfıyyətinin yüksəldilməsi sahəsində
demək olar ki, heç bir ölkədə olmayan bacarıq Yaponiyanın daxili
enerjilərindəndir. Əslində rəqabət dözümlü məhsul istehsal etmək və
onu dünya bazarına çıxarmaq hökumətdən tutmuş firmaların adi
işçilərinə qədər bütün yaponların və yapon dövlətinin sosial-iqtisadi
inkişaf proqramlarımn məğzini təşkil edir. Məsələyə bu cür yanasmağın
əsası Yaponiyada 1953-cü ildən sonra, ölkə müstəqillik əldə etdikdən
sonra qoyulmuşdur. İl ərzində yüzlərlə təbii fəlakətlərlə (zəlzələ və s.)
qarşılaşan, özünün məhdud təbii resurslan olan Yaponiya öz qurtuluş
yolunu insan resursunda, ağılda, zakada, elmdə, qabaqcıl texnika vo
texnologiya
lar yaratmaqda gördü. Bu məqsədlə ilk növbədə beyinlərdən
səmərəli istifadə edilməyə başlanıldı. "Keyfıyyətli məhsuldan da
keytiyyətli məhsul istehsal etmək olar" şüarı bütün yaponluların şüarına
çevrildi. Keyfıyyətli məhsul istehsal etmək, onun yaxşı idarə edilməsini
tələb edir. Bu ideyanın müəllifı Amerikanın məşhur mütəxəssisi doktor
A.Feyqenbaumdur. Yapon professoru İsikova Kaoru isə yapon xalqına
məxsus üsul işləyib hazırladı və həyata keçirdi. Keyfıyyətin
yüksəldilməsi üzrə qabaqcıl ideyalarına yüksək qiymət verməklə yanaşı
о göstərdi ki, yüksək keyfıyyət əldə etmək üçün doktor
A.Feyqenbaumun təklif etdiyi keyfiyyət üzrə ixtisaslaşmış
mütəxəssislər qruplarının yaradılması və keyfiyyətə nəzarət etməsi
dünya bazarında rəqabətə dözə bilən məhsul istehsal etmək üçün kifayət
deyildir. Professor İsikovanın təklif etdiyi üsula görə keyfıyyətin idarə
edilməsi üsulunun öyrənilməsində, inkişafında, reallaşdırılmasında
firmanın bütün strukturları və bütün işçiləri fəal iştirak etməli idilər.
Həqiqətdə də belə oldu.
Yaponiyada məhsulun keyfıyyətinin idarə olunmasına bütün
yapon xalqı cəlb edildi. Nəticədə bu gün dünyada istehsal edilən hər
hansı bir ən keyfiyyətli məhsuldan da keyfıyyətli məhsul istehsal etmək
Yaponiya üçün problem deyildir. Yüksək keyfıyyətli məhsul ilə
(
Yaponiya diinya iqtisadiyyatina digər ölkələrlə müqayisədə daha
səmərəli və güclü müsbət təsir göstərir. 1970-сі illərin axırında
Yaponiya avtomobil, televizor, foto vo kinotexnika, inteqral sxemləri,
məişət elektrotexnikası kimi kütləvi istifadə edilən məhsulların
keyfiyyəti cəhətdən dünyada lidecrliyi ələ almışdı. Yüksək keyfıyyətli
məhsul istehsalın həcmini artırmağa imkan
verirdi. Belə ki, 1980-ci
illərdə Yaponiya dünyada istehsal olunan rəngli televizorların 40%-ni,
tranzistrli radioqobu
ledicilərin dörddə birini, videomaqnitofonların
90%-
ni istehsal edirdi. Yapon məhsullari hazirda da dünya
bazarında Amerikada və Qərbi Avropa ölkələrində istehsal edilən
məhsullari sıxışdırmaqda davam edir. «Bu nəticələr nесə əldə edilir?»
sualı ilə bütün ölkələr , maraqlanırlar, yaponluların üsullarını öyrənirlər
və istehsala tətbiq edirlər. Yaponiya hazırda bütün dünya üçün canlı
məktəbdir. Bu , insan amilindən istifadə etməklə böyük nailiyyətlər əldə
etməyin mümkünlüyünü sübut edən məktəbdir. Bu tək bir mütəxəssisinə
güvənib iqtisadi inkişafa nail olmağın qeyri-mümkünlüyünə parlaq
misaldır. Yaponiya hökuməti öz təcrübəsındə sübut etmişdir ki, ölkənin
iqtisadiyyatını burada yaşayanların hamısının əməyini elmi surətdə
təşkil etməklə inkışaf etdirmək olar.
İkinci dünya müharibəsindən sonra Yaponiyanın iqtisadi
inkişafının başlıca amili ölkənin elmi-texniki potensialı olmuşdur.
İqtisadiyyatın bütün sahələrində elmi-texniki potensialın keyfiyyət və
kəmiyyətcə inkişaf etdirilməsi nəticəsində Yaponiya diinya
iqtisadiyyatmda görkəmli yer tuta bilmişdir. Yaponiyanın bir ölkə kimi
xarakteristik cəhəti elmi-tədqiqat və təcrübə-layihə işlərinə çoxlu vəsait
xərcləməsidir. 1970-ci illərin birinci yarısında bu xərclərin artım sürəti
2,8% təşkil etmişdir. Həmin dövrün ikinci yarısında bu surət artıb 5,4%,
1980-
ci illərdə isə 8%-ə çatdı. Yeni XXI əsrin ilk illərində də bu sürət
saxlanılır.
2.4.Yapon elmi-
texniki siyasətinin mahiyyəti
Hazırda Yaponiya elmi-tədqiqat və təcrübə-layihə işlərinə çəkilən
xərclərin miqdarına görə dünya ölkələri arasında ABŞ-dan sonra ikinci
yerdə gedir. Bu çox böyük müvəffəqiyyətdir. Onun əldə edilməsində
Yaponiyanın ancaq özünə məxsus olan elmi-texniki strategiyası
həlledici rol oynamışdır. Yaponiyanın elmi-texniki strategiyasının gücü
ondadır ki, elmi və texniki potensial vətənini sevən hüqiqi alimlər
tərəfindən hazırlanır, həyata keçirilir. Bir qayda olaraq belə strategiyalar
elm tutumluqluları və innovasiyaya söykənmələri ilə fərqlənirlər. Yapon
elmi-
texniki strategiyasının tərtib edilməsi, Yapon iqtisadiyyatının
inkişafı ilk növbədə firmaların çevikliyini, istehsalın uyuşqanlılığını və
ən başlıcası ise iqtisadiyatın müxtəlif sahələrinin müəssisələri arasında
elmi-
texniki və sənaye-satış siyasəti üzrə six əlaqələrin olmasını nəzərdə
t
ııtur. Görkəmli Yapon alimi M.Moritani bu məsələlərdən bəhs edərək
strategiyanın formalaşmasında variantlılığa, yəni bütün mümkün
variantları ortaya çıxarmaq və sonda hamısını nəzərə almaq və
təcrübədə onlardan milli iqtisadiyyatın inkişafı naminə istifadə
edilməsinə xüsusi diqqət yetirilməsini təklif etmişdir. Məsələn, dərc
edilmiş əsərində M.Moritani hazır məhsul və texnologiya üzrə xarici
ticarətin uyğunlaşdırılmasının səkkiz variantmı verir. Variantların çox
olması onunla əlaqədardır ki, hər iki ticarət növü "ixrac", "idxal" və
“ixalın olmaması” halları ilə xarakterizə oluna bilərlər. Bütün halları
nəzərə almaq, ixracın mümkün variantlarını işləyib hazırlamaq və onları
praktikada istifadə olunma həddinə çatdırmaq böyük elmi məharət tələb
edir. Bu elmin ö
hdəsindən Yapon alimi M.Moritani bacarıqla gəlib.
Yapon elmi-
texniki strategiyasının dünya iqtisadiyyatındakı rolunu
nəzərə alaraq bu variantlan qısaca nəzərdən keçirək.
Variant
1. Xaricdən ancaq hazır məhsul alınır. Bu məhsulla
əlaqədar olan texnologiya (yəni lisenziyalar və digər elmi-texniki və
istehsal sənədləri) üzrə alış təşkil edilmir (Yaponiya məhz bu variantdan
istifadə edib ABŞ-dan iri sərnişin təyyarələri alırdı).
Variant
2. Həm məhsul və həm də bu məhsul ilə əlaqədar olan
texnologiya idxal edili
r. Bu variantda aydın görünür ki, ölkə hazır
məhsul idxalından can qurtarmağa çalışır, öz iqtisadi vəziyyətini
yaxşılaşdırmaq və iqtisadi təhlükəsizliyini yüksəltmək istəyir. Özünün
poladtökmə və kimya sənayesinin inkişafında sınaqdan keçirilən bu
variantd
a Yaponiya istehsal avadanlıqlarını və onların texnologiyasını
almağa Üstünlük verirdi. Nəticədə əldə edilən lisenziyalara əsasən
ölkənin özündə müxtəlif sistemlər və komponentlər isteiısal edilərək
alınan avadanlıqlar modernləşdirilirdi. Məhz bu yolla Yaponiya 1950-
1960-
cı illərdə istilik və sonradan atom elektrik stansiyalannın inkişafını
təmin edə bildi.
Variant
3. Xarici ölkələrdən ancaq texnologiya alınır. Hazır
məhsul isə idxal edilmir. Əldə edilən texnologiya əsasında istehsal
edilən məhsul daxili tələbatların ödənilməsinə yönəldilir və tələbat tam
ödənilir. Bu variantdan istifadə edən Yaponiya 1950-ci illərdə bir çox
ağ-qara televizorlar, neylon, tranzistr radioqəbulediciləri kimi kütləvi
istifadə
edilən
məhsulların
istehsalını
mənimsəyə
bildi.
'Avtom
obilqayırma sənayesində də bu yoldan istifadə edilirdi. Belə ki,
"Nissan" firması "Ositin" adlı ingilis fırmasının, "İsuduzu" fırması
"Xillman" adlı ingilis firmasının, "Xino" firması "Reno" adlı fransız
firnıasının və "Mitsubişi dzukoy" firması "Villis" adlı Amerika
firmasının lisenziyalarını alıb onlardan aktiv istifadə edirdilər, istehsal
etdikləri avtomobillərin rəqabət dözümlülüyünü artırdılar.
Variant 4.
M.Moritaninin dördüncü variantı əvvəlkindən onunla
fərqlənir ki, əldə edilən texnologiyalardan istifadə etməklə istehsal
edilən məhsulun getdikcə artan hissəsi ixrac edilir. Burada cəlbedici
cəhət daxili bazarın tələbatını ödəyərkən məhsulların keyfıyyətinin
yaxşılaşdırılması və onların dünya standartlarına tam cavab verməsi
səviyyəsinə çatdırılmasıdır. Məhz bu cəhət ölkəyə imkan yaradır ki,
daxili bazarın tələbatından artıq istehsal baş versin və "artıq" məhsul
dünya bazarı rəqabətinə davam gətirsin və satılsın. Bu variantdan
istifadə edən Yaponiya televizorların, neylon məhsullarının keyfiyyətini
ABŞ və İngiltərədə о vaxtlar qüvvədə ola standartlara çatdıra bildi və
artıq 1950-ci illərin axırında dünya bazarında özünəməxsus yer tuta
bildi.
Variant5. Bu variantda texnologiya
üzrə ticarət edilmir. Hazır
məhsul isə geniş ixrac edilir. Deməli, bu variant göstərir ki, ölkə elmi-
texniki potensial
cəhətdən inkişaf etmiş ölkələr səviyyəsinə çatıb və bir
sıra məsələlərdə isə onları ötə bilib. Belə olmasa rəqabətin gücü olduğu
dünya bazarında yer tutmaq mümkün ola bilməzdi. Məhz bu variantın
istifadəsi nəticəsində Yaponiya 1960-cı illərdə mikrokalkulyatorlarm,
videomaqnitofonların istehsalı və ixracı sahəsində böyük
müvəffəqiyyətlər əldə etmişdi. İnkişaf о səviyyədə idi ki, bu məhsullar
üzrə istehsalın 80%-dən çoxu ixrac edilirdi.
Variant 6.
Bu variantın xarakterik cəhəti ölkənin texnologiya və
bu texnologiya ilə istehsal edilən məhsulu ixrac etməsidir. Bu dövrdə
Yaponiya artıq poladtökmə müəssisələri üçün avadanlıqları və müvafiq
sənədlər ixrac edirdi. Yapon avtomobilləri yığılmamış halda, lakin
yığma texnologiyası ilə birlikdə ixrac edilirdi. Robot texnologiyası üzrə
texnologiyanın geniş ixrac edilməsi ilə yanaşı 1980-cı illərin əvvəlindən
başlayaraq sənaye robotlarının özləri ixrac edilməyə başlandı.
Variant 7. Ancaq texnologiya ixrac edilir.
Əvvəllər ölkə
sənayesində sınaqdan keçirilmiş texnoloji prosesin sənədləri xarici
ölkələrə satılır. Müvafıq məhsul isə ixrac edilmir. Müasir dövrdə
Yaponiyanın maşınqayırma sənayesinin və kimya sənayesinin bir çox
məhsulları bu varianta uyğun gəlir.
Variant 8. Bu variant bir növ qeyri-adi
təsir buraxır. Əsasını
texnologiyanın ixracı və ona uyğun məhsulun idxalı təşkil edir. Buna
baxmayaraq variant geniş istifadə edilir. Texnologiya adətən inkişafda
olan ölkələrə ixrac edilir. İxracı qəbul edən ölkəyə lazım olan bütün
texnoloj
i və istehsal sənədləri təqdim edilir və bu və ya digər məhsulun
istehsalı təşkil edilir. Sonra Yaponiya bu məhsulu idxal edir. Bu üsulla
alınan məhsullara misal müxtəlif növ poladlar, аyrı-ayrı radioelektrik
hissələr və komponentlər, kimya sənayesi' məhsulları kimi məhsullar
daxildir. Variantın iqtisadi səmərəsi oradan əmələ gəlir ki, əgər bu
məhsullar Yaponiyanın özündə istehsal edilsə idi, onda istehsal xərcləri
çox olardı. Heç olmasa ona görə ki, Yaponiyada əmək haqqı о
texnologiyanın ötürüldüyü ölkədəkindən daha yüksəkdir. Bundan
başqa, Yaponiya xammal çatışmazlığı və ekologiyanın korlanması
problemləri ilə qarşılaşa bilərdi.
2.5. İnsan amili Yapon iqtisadi inkişaf modelinin başhca
xüsusiyyətidir.
Bu gün Yaponiya mahiyyətini qısaca şərh etdiyimiz bütün
variantlardan bacarıqla, vaxtı gələndə, elmi əsaslandırmalarla,
müxtəlif üsul və yanaşmaları təcrübədən keçirməklə və ən başlıcası
qarşıya qoyulan sosial-iqtisadi məsələlərin həlində insan amilindən
bacarıqla istifadə etməklə elmi-texniki tərəqqi sahəsində dünya
əhəmiyyətli nailiyyətlər əldə etməkdə davam edir. Lakin
Yaponiyanın yaratdığı, dünya iqtisadiyyatına bəxş etdiyi,
mütəxəssislərin sözü іlə desək "Yapon möcüzəsi"nin əsasını,
mahiyyətini, əsas amilini, iqtisadi inkişafının daxili enerjisini İnsan və
ona
QAYĞl təşkil edir. Yapon hökümətində və yapon
kompaniyalarında hər cür texniki, texnoloji, siyasi, mənəvi, iqtisadi və
s. məsələlərin həllində insan həmişə ön planda durur. Əməyin
ödənilməsi motivləri elə dəqiqliklə və ağılla təyin edilib ki, yaponiyada
işindən və əmək haqqı səviyyəsindən narazı qalanlar demək olar ki,
yoxdur. Bunu dünya ekspertlərinin apardıqları sosioloji tədqiqatlar da
sübut edir. Yaponiyada və ABŞ-da aparılan bir sorğunun nəticəsi
göstərib ki, Amerika fəhləsi üçün işlədiyi firma о qədər də əhəmiyyət
daşımır, firma ona ögey təsiri bağışlayır. Yapon fəhləsi üçün isə işlədiyi
firma hər şeydir və о onu özünə doğma hesab edir. "Siz firmanızın
inkişafı haqqında düşünürsünüzmü?" sualına verilən cavab da
Yaponiyada insana qayğının yüksək olduğunu təsdiqləyir. Belə ki,
Amerikada soruşulan fəhlələrin cəmi 12% sorğu qismində göstəriblər
ki, işlədikləri firmanın taleyi həmişə onları düşündürür və çalışırlar ona
kömək göstərsinlər. Yaponiyada bu cür cavab verən fəhlələrin xüsusi
çəkisi isə 61 faiz təşkil etmişdir. Təsəvvür edin ki, fırmanın 61 faiz
işçisi firmanı özününki hesab edir, öz evi kimi onun qayğısına qalır. Bu
cür vəziyyətin iqtisadi və sosial səmərəsi milyonlarla hesablana bilər.
İqtisadi səmərə isə işçilərin, fəhlə və qulluqçuların fəallığının artması ilə
meydana gəlir: onlar əməliyyatları daha dəqiq yerinə yetirirlər, daha
tez-
tez əməli səmərələşdirici təkliflər verirlər, ixtiraçılıqla məşğul
olurlar, istehsaldaxili ehtiyatlardan maksimum i
stifadə edirlər. Yaponiya
hökumətinin səy və bacarığı, formalaşmış mükkəmməl tənzimləyici
mexanizmi nəticəsində firmalar fəhlələrə qayğını artırırlar, əməyi həqiqi
mənada düzgün stimullaşdırırlar. Yapon fəhləsi, qulluqçusu, mühəndisi
firma basçısının gözündən yayına bilməz. O, hətta illik maaşı qədər
mükafat ala biləcəklərinə əmindirlər.
Sənaye biznesinin ictimai təşkilatlarla, dövlət idarələri ilo və bank
kapitalı ilə əlaqələri elə dəqiqliklə işlənib hazırlanmışdır ki, əlavə vaxt
aparan, insanları əsəbi edən mübahisələrə görə qarşılıqlı İttihamlara yer
qalmasın. Məsələn, fırmanın rəhbərliyi sosial-iqtisadi, tərbiyəvi, texniki,
texnoloji, istehsal tədbirlərini ictimai təşkilatların (həmkarlar ittifaqları
və s.) bilavasitə iştirakı ilə həyata keçirir ki, sonradan heç bir söz-söhbət
olmasın. Məsələyə bu cür yanaşmaq bütün tərəflərin istək, arzu və
təklifərini nəzəro almağa və istehsalda sağlam sosial-psixoloji mühit
formalaşdırmağa imkan verir. Nəticədə işçilərin əmək məhsuldarlığı
yiiksəlir, əmək intizamı və istehsal vasitələrindən istifadə yaxşılaşır.
Bununla da yapon hökuməti iqtisadi və texniki tərəqqini təmin edə bilən
ictimai qüvvələr formalaşdıra bildiyini bütün diinyaya sübut etmişdir.
Yaponiyada iqtisadi inkişafı və texniki tərəqqini sürətləndirən
düşünülmüş bir idarəetmə mexanizmi yaradılmışdır. Bütün digər
məsələlər də bu mexanizmin əsas məqsədinin – ölkənin yüksək
səviyyədə sosial-iqtisadi və mədəni inkişafının təmin olunmasının -
həyata keçirilməsinə yönəldilir. Kadr hazırlığında, mülkiyyətin forması
məsələsi həll edildikdə, elm və texnika inkişaf etdirildikdə, yeni yaşayış
əraziləri salınanda, idarəetmə təkmilləşdirildikdə və s. bu kimi
məsələlərin həllində ölkənin əsas məqsədi birinci növbədə nəzərə alınır.
Elm Yaponiyada istehsala (xüsusən sənaye istehsalı ilə) six inteqrasiya
şəklində inkişaf etdirilir. Təsadüfı deyildir ki, ETLTİ çəkilən xərclərin
70%-
ə qədəri sənayenin payına düşür. Bütün qəbildən olan ETİ-i
əslində sənayenin sifarişi əsasında işləyirlər.
Yaponiya dövləti dünyanın digər ölkələri üçün nümunədir. Heç
ABŞ və Almaniya hökumətləri hələlik belə səmərəli hökumət
formalaşdıra bilməmişlər. Ərazi cəhətdən, təbii resurslar baxımından
ABŞ-a və Qərbi Avropa ölkələrinə nisbətən çox az xüsusi çəkiyə malik
Yapon dövləti dünyada iqtisadi, sosial və texniki inkişafın əsl
katalizatoruna çevrilə bilmişdir. Nəticədə mütəxəsislərin
adlandırdığı kimi, «уароn korporasiyası» - sənaye fırmalarının,
bankların, həmkarlar ittifaqlarının və dövlətin birliyi adlanan çox
səmərəli mexanizmə malik birliklər - meydana gəlmişdir. Bu cür
korporasiyalar dünyanın bütün ölkələri ilə rəqabət aparmağa və qalib
cıxmağa qadirdirlər. Bu cür nəhəng korporasiyalarda daxili ziddiyyətlər,
çəkişməlrin olması ehtimalları sıfra yaxınlaşır. Müvəffəqiyyət də elə
bura
dan meydana çıxır.
Yaponiyanın insan amlindən (insan kapitalından) istifadənin
yaxşılaşdırılmasına yönələn tədbirlər içərısində ETLTİ-nə çəkilən
хəгсləг mühüm yer tutur. Bu göstəriciyə görə Yaponiya dünyada ABŞ-
dan sonra ikinci yerdə gedir. Elmi işçilərin sayı burada böyük Britaniya,
Fransa və Almaniya kimi dövlətlərdəki elmi işçilərin birgə sayından
çoxdur. Biznes səyinin dövlət tənzimlənməsi ilə yüksək səviyyədə
uyğunlaşdırılması məsələsi də Yaponiyada, demək olar ki, hamıdan
yaxşı həll edilib. Bu həm də daxili bazarın savadlı qorunması üçün yaxşı
şərait yaradır. Dövlət nə edirsə о ilk növbədə azad və bır-biri ilə
rəqabətdə olan sahibkarların maraqlarını qoruyur, sahibkarhğın bütün
növlərinin çiçəklənməsi qayğısına qalır, məcmuu əməyin səmərəsı
haqqında düşiinür, əhalinin korrupsiya və rüsvətxorluq yolu ilə
varlanmasına yox, əməyindən düzgün istifadə edilməsi yolu ilə
varlanmasına çalışır.
2.6. Yapon iqtisadi
inkişaf modeli və onun əsas cəhətləri
Yaponiyanın bir yarımsistem kimi dünya iqtisadiyyatında tutduğu
yer, əldə etdiyi sosial-iqtisadi inkişaf və onun yüksək sürəti bir çox
cəhətdən ölkədə formalaşmış iqtisadi və sosial inkişaf modeli ilə izah
edilməlidir. Yaponiyada formalaşmış təsərrüfatçılıq mexanizmini
diqqətlə öyrəndikdə əmin olmaq olur ki, burada hər bir kiçik və ya
böyük məsələnin həllinə yaradıcı münasibət bəslənilir. İnkişaf modeli
elə diqqətlə qurulmuşdur ki, son noticədə insan tələbatlarının
ödənilməsi mümkün olsun, iqtisadiyyat intensiv inkişaf etsin, sosial
ədalət bərqərar olunsun.
Yapon
iqtisadi inkişaf modelində məşğulluq məsələsi həmişə
birinci yerdə durur. Bu məsələnin həllində Yaponiya kiçikə
sahibkarlığın dönmədən inkişafı qayğısına qalmaq üsulundar istifadə
edir. Ailə tipli xüsusi müəssisələr iqtisadiyyatın bütün sahələrində və
hətta emal sənayesində və tikintidə geniş yayılmışdır. Sahibkarlıqda
kiçik, orta və iri (nəhəng) müəssisələri fəaliyyət göstərir və onların
arasındakı nisbətlər obyektiv amillər və dövlətin apardığı sosial siyasət
əsasında formalaşır. Kicik, lakin sosial baxımdan sərfəli olan biznesə
hər cür qayğı göstərilməsi məşğulluğu təmin edir və əhalidə sahibkarlıq
hissini artırır. Kənd təsərrüfatında xırda kəndli təsərrüfatlarına xüsusi
fıkir verilir. Dərc olunmuş ədəbiyyatlarda ölkədə 2 milyon 600 min belə
xırda təsərrüfatların olduğu göstrilir. Məhz buna görə də yapon kənd
təsərrüfatı muzdlu əməkdən demək olar ki, istifadə etmir.
Iqtisadiyyat e
lmində və tosərrüfatçıhq təcrübəsində həmişə
mühüm məsələlərdən biri xalq təsərrüfatının ауrı-ауrı sahələrində iri,
orta
və xırda müəssisələrin sayı və onlar arasında nisbətlər, məsələsi
olmuşdur. XX əsrin əvvəllərində konsernlər və iri firmaların meydana
golməsi və güclü iqtisadi səmərə verməsi nəticəsində bir çox ölkələr iri
müəssisələr fermalaşdırmaqla məşğul oldular.Yaponiya 1950-ci illərdə
bu yanaşmadan imtina etdi VM məsələyə daha yaradıcı münasibət
bəslədi. Bu gün Yaponiya iqtisadiyyatında fəaliyyət göstərən iqtisadi
inkişaf modeli xırda; müəssisəİərin iriləri tərəfindən udulmasını
(Qərbdə olduğu kimi) уох, onlann iri müəssisələrə tabe edilməsini
nəzərdə tutur. Məhz bunun nəticəsində Yaponiyada bu gün əslində bir
dənə də olsun vahid hüquqi şəxs statusuna malik iri sənaye kompaniyası
yoxdur. Yapon təsərrüfatçılıq sisteminin nəhəngliyi, yenilikçiliyi ölkədə
iri kompaiyala
rla xırda və orta müəssisələrin üzvi birliyi olan xüsusi
qruplann -
"keyretsu"ların fəaliyyət göstərməsindədir. İri kompaniyalar
xırda vo orta müəssisələrlə müxtəlif xarakterli əlaqələrlə əlbəttə ki, ilk
növbədə istehsal əlaqələri ilə bağlı olurlar.
Bu əlaqəlor isə baş firmalar tərəfındən təyin edilir. Nəticədə Qərb
ölkələrində fəaliyyət göstərən ikili quruluşun əvəzində (bazar-
müəssisə). Yapon iqtisadi sistemində 4 quruluş (bazar-müəssisələr
qrupu-
müəssisənin özü) fəaliyyət göstərir. Bu cür quruluş insanları bir-
biri ilə dostlaşdırır, sosial gərginliyin meydana gəlməsinə imkan
yaratmır, məşğulluğun səviyyəsini yüksəldir. "Keyretsu" tipli iri
korporasiyaların fəaliyyət göstərməsi isə Yaponiyada əldə olan
əmtəələrin azad bazarda müəssisə qrupları arasında fəaliyyət göstərən
qruplararası bazarın meydana gəlməsinə səbəb olmuşdur. Azad
bazardan fərqli olaraq qruplarası bazarda uduzan olmur. Qruplararası
bazar hamiya sərfəli olan bazardır.
Yapon iqtisadi və sosial inkişaf modelinin fərqləndirici
xüsusiyyəti, artıq qeyd etdiyimiz kimi, kiçik və böyüklüyündən asılı
olmayaraq bütün məsələlərə yaradıcı münasibət bəslənilməsidir. Biz bu
cəhəti dövlət büdcəsinin formalaşdırılmasında, xərclənməsind və vergi
ahnmasında da görürük. Dövlət büdcəsinin gəlir hissə
L
sinin əsasını
birbaşa vergilər təşkil edir. Verginin strukturunda əsas yeri (bütün vergi
daxilolmaların 42%-ə qədəri) əhalinin gəlirlərindən, qəyyumluq və
bağışlamalardan əldə edilən gəlirlər tutur. İkınci yerdə istehsal durur.
Müəssisələrin mənfəətindən olan vergi isə Dövlət büdcəsinin 26%-ni
təşkil cdir. Bu rəqəmlər iqtisadiyyatın sağlamlığından, müəssisələrin
işləməsindən, əhalinin yüksək məşğulluğundan xəbər verir. Yəni burada
yanaşma çox sadə "Qazan və dövləti də saxla" prinsipi əsasında
qurulmuşdur. Qazanmaq üçün şəraiti isə ilk növbədə Yapon hökuməti
yaradır. Yapon möcüzəsinin meydana gəlməsinin əsas səbəblərindən
biri və demək olar ki, başlıcası məhz bundan – dövlətin öz _xalqına əsl
atalıq qayğısından ibarəidir,
Bütün ölkələrdə problem xarakterli məsələlərdən biri vergilərin
vaxtında və tam toplanması məsələsidir. Bu məsələ də Yaponiyada
yaradıcılıqla həll edilir. Hökumət calışır ki, könüllülük prinsipi
qorunsun. Bundan ötrü Yaponiyda vergi yığmaqla məşğul olanların iş
üsulları təyin edilib. Bu üsullara görə vergi departamentində çalışanlar
üç hissəyə bölünür. Birinci qrup verginin ölkədə -oynadığı rolunu və
hansı istiqamətlərdə xərcləndiyini vergi ödəyənlərə izah etməklə
məşğuldurlar. İkinci qrupun vəzifəsinə vergi ödəyənlərə daha sərfəli
ola biləcək istehsal təsərrüfat
fəaliyyətləri ilə məşğul olmaq və nisbətən
az vergi ödəmək yolları haqqında məlumatlarla əsaslandırılmış təklif
və məsləhətlər verilməsi daxildir. Bu cür yanaşmalar vergi ödəyənlər
arasında patriotluğu, şüurluluğu, məsuliyyətliliyi artırır və nəticədə
vergini könüllü olaraq namusla, vaxtında ödəyənlərin sayı artır. Vergi
departamenti işçilərinin ancaq üçüncü qrupu yerdə qalan «çətin
adamlardan» vergi toplamaqla məşğul olurlar. Göründüyü kimi bu
məsələnin həllində də hökumət vergi daxilolmaları məbləğinin kor-
koranə artması haqqmda yox, vergi ödəyən obyektlərin stabil işi və
onlann sayının çoxalması haqqında daha çox fıkirləşir.
Yaponiya iqtisadiyyatında dövlətin rolu kommersiya fəaliyəti
baxımından minimumdur. İqtisadiyyatın inkişafına təsiri baxımından isə
maksimumdur. Yerli hakimiyyət səviyyəsində hökumətə su boruları,
kanalizasiya, zibillərin yığışdırılması və utilitarizasiyası ilə məşğul olan
müəssisələr, məktəblər, xəstəxanalar və s. bu kimi obyektlər tabedir.
Mərkəzi hökumət Qərb ölkələrində olduğu kimi sənayedə deyil,
infrastrukrur sahələrdə fəaliyyət göstərir. Lakin Yapon hökuməti
ölkənin iqtisadiyyatına güclü təsir etməsi ilə digər ölkələrdən fərqlənir.
Qanunlann aliliyini qoruyan hökumət öz işində müəssisələrin istehsal-
təsərrüfat fəaliyyətinə bilavasitə qarşmamaq prinsipi əsasında qurur və
iqtisadiyyata elmi cəhətdən əsaslanmış vergi-büdcə və maliyyə rıçaqları,
antimonopoliya siyasəti, xarici ticarətin gömrük-tariflə tənzimlənməsi,
bazarda rəqabətin qorunub
1
saxlanılması yolları ilə təsir göstərir. Digər
ölkələrdə buna oxşar təsirlərdən istifadə edilsə də Yaponiya
hökumətinin iqtisadiyyata təsiri zamanı istifadə etdiyi üsul, yanaşma və
tənzimləmə mexanizmlərinin analoqu demək olar ki, bütün dünyada
yoxdur. Ona görə ki, Yapon hökumətinin işlətdiyi üsullar və yanaşmalar
toplusunda korrupsiyaya və rüşvətxorluğa арага bilən körpülər
maksimum ləğv edilmişdir.
Yapon iqtisadi inkişaf modelinin fərqli cəhətlərindən biri də
məsələlərin həllində keçmiş təcrübəni nə qədər qabaqcıl olsa da, necə
gəldi tətbiq etməmək, prinsipcə yeni təsərrüfat sahələri formalasdırmaq,
ETT-
ni sürətləndirmək, əməyi düzgün motivləşijirmək yolu ilə
stimullaşdırmaq, azad sahibkaılığı həvəsləndirmək və qayğısına qalmaq
yolu ilə onu təkmilləşdirməkdir.
Bu prin
siplərə əməl edilməsi və bu yolla misli görünməmiş
nəticələrin əldə edilməsi yapon hökumətinə, yapon xalqına heç də ucuz
başa gəlməmişdir. Əslində bu nailiyyətlər 140 ilə yaxın bir dövrün ağır
əməyinin məhsuludur. Biz burada 1867-ci ildə Meydzinın adı ilə bağlı
olan, basa çatmayan burjua-
demokratik inqilabını nəzərdə tuturuq. Bu
inqilaba qədər Yaponiya özü-özünü dünyadan təcrid etmişdi. İnqilabdan
sonra Yaponiya böyük əmək sərf etdi və iqtisadiyyatın
modernləşdirilməsi sahəsində əməli tədbirlər həyata keçirməyə başladı.
Yaponiya ÜDM-
un həcminə görə dünyada likinci yerə çıxmaqla yanaşı
ETT-nin bir
sıra prioritet istiqamətləri üzrə isə birinciliyi ələ aldı. İkinci
diinya müharibəsi Yaponiyanın iqtisadiyyatına güclü zərbə vurdu.
Sənaye məhsulu müharibəyə qədərki həcmin 20%-nı təşkil edirdi.
Vəziyyəti düzəltmək üçün Yaponiya iqtisadiyyatının demilitarizasiya
edilməsi və demokratikləşdirilməsi sahəsində bir sıra tədbirlər həyata
keçirildi. Bunların içərisində iri sənaye və ticarət kompaniyalarının
xırdalanması, anti-monopol qanunun qəbulu və realizə edilməsi, radikal
büdcə reforması, hərbi müəssisələrin konversiyası, dövlət
təzimləməsinin elmi yollarla istiqamətləndirilməsi, bazar xarakterli
dövlət planlaşdırılmasının işə düşməsi kimi tədbirlər xüsusi əhəmiyyət
k
əsb edirdi. Bu cür və buna oxşar sosial, iqtisadi, təşkilati, texniki,
texnoloji, mədəni, psixoloji, idarəetmə, planlaşdırma tədbirləri əslində
Yaponiyanın bugünki müvəffəqiyyətinin təməl daşlarını qoyurdu.
Yapon iqtisadi modelinin səmərəli olmasında və habelə
iqtisadiyyatın inkişafında başlıca rol oynayan şərtlərdən biri də
yaponluların bir insan kiıni qənaətcil və zirək olmalarıdır. Yaponiya
haqqında dərc olunan materiallarda göstərilir ki, 1950-ci ildən
başlayaraq qənaətin və qənaətçiliyin sürəti Yaponiyada digər sənaye
cəhətdən inkişaf etmiş ölkələrə nisbətən on yüksək olmağa başla-mışdır.
1970-1972-
ci illərdə yapon ailələrinin və кorprasiyalarа daxil edilməyən
biznesin qənaətləri ÜMM-ın 16,8%-ni təşkil edirdi. Müvafiq rəqəm
amerika ailələri üçün 8,5% idi. Yapon korporasiyalarının qənaətləri isə
ÜMM-
ın 5,8%-ni, Amerikada isə cəmi 1,6% təşkil edirdi. Həmin
dövrdə Yaponiya hökumətinin təmiz qənaəti ÜMM-m 7,3%-ni,
Amerika hökumətinin qənaiəti isə 0,6% təşkil etmişdir. Yaponiyanın
təmiz ümumi qənaeti Amerikanın təmiz qənaətindən 3,5 dəfədən də çox
(ÜMM-
ə görə Yaponiyada 25,4%, Amerikada - 7,1%) təşkil edirdi.
Bütün bunlardan başqa yaponlar çox patriotdurlar. Patriotçuluq hərəkatı
Yaponiyada dövlət siyasəti səviyyəsində idarə edilir və tənzimlənir.
Məhsulların keyfiyyətli hazırlanmasında bu cəhət bəzən həlledici şərt
rolunu oynayır.
2.7.Yapon bank sisteminin fərqləndirici cəhətləri
Yapon iqtisadi inkişaf modelinin başlıca xüsusiyyətlərindən biri
də xırda müəssisələrdə əmək haqqının ənənəvi (nisbətən) aşağı
səviyyədə formalaşdırdmasıdır. Kiçik müəssisələrdə çalışanların əmək
haqqı iri müəssisələrdə çalışanların əmək haqqının təxminən 60%-ni
təşkil edir. Lakin kiçik müəssisədə çalışanları bu narazı salmır: onlar
ürəkləri istədikləri müəssisədə işləyə bilərlər.
Banklar və bank sistemi Yapon iqtisadi inkişaf modelində xüsusi
yer tutur. Ölkədə 9 iri kommersiya bankı (Tokio-Mitsubişi, "Sakura",
"Fudzi" və s.), 129 regional bank, 33 trast-banklar və üç uzunmüddətli
kredit bankı - Sənaye bankı, Uzunmüddətli Kredit Bankı və Yapon
kredit bankı fəaliyyət göstərirlər. Bunlardan başqa, çoxlu sayda kənd
təsərrüfatı üçün nəzərdə tutulan kooperativ banklar və kiçik kredit
assosiasiyalan da təsərrüfat mexanizmi də fəaliyyət göstərir. Dövlətə
mənsub olan banklann sayı 13-bərabərdir. Bunlardan da oxucu üçün ən
maraqlı olanı ixtisaslaş-dırılmış banklardır ki, onların da əsas vəzifələri
kiçik
sahibkarlığı
maliyyələşdirməkdir.
Yapon
banklarının
özünəməxsus cəhətlərindən ən başlıcası mənfəətin çoxalması uğrunda
bankların mübarizə aparmamasıdır. Bankların əsas maraq dairələri
müştərilər və onların sağlam istehsal fəaliyyətidir. Baş bank xidmət
edəcəyi müştəriyə çox ciddi yanaşır və bir qayda olaraq xidmətə
başlamaqdan öncə onun istehsal-təsərrüfat fəaliyyətini təhlil edir və
maliy
yə vəziyyətini öyrənir. Beləliklə, Yapon baş bankı kompaniyanın
diaqnostikası rolunu oynayır. Əməkdaşlıq edəcəyi bankın da gələcəkdə
sağlam fəaliyyət göstərməsinə çalışır. Bu cür münasibətlərin yarandığı
Yapon dövlətində bankların əsas məqsədi maksimum mənfəət əldə
etmək və mənfəəti hansı yolla olursa olsun yüksəltmək deyil. Onlar
çalışırlar ki, gəlirlərin stabilliyi təmin edilsin və müflis olmaq təhlükəsi
aradan götürülsün. Yapon iqtisadi inkişaf modelində hökm sürən, ona
məxsus olan, təsərrüfatçılığın ümumi prisnipi olan - iri (güclü)
strukturların kiçik (zəif) strukturları udub məhv etmək yox onlara kömək
göstərib özünə tabe etdirmək prinsipi bank sistemində də özünü
göstərir. Baş banklar kiçik banklara hər cür kömək göstərib onları
müflisləşməkdən qorumağa çalışırlar.
Dostları ilə paylaş: |