§1. İnkişaf etmiş ölkələrin (İEÖ) dünya iqtisadiyyatında
tutduqları mövqe
l.l.İEÖ-in coğrafi quruluşu
Dünyanın iqtisadi gücü ölkələr arasında qeyri-bərabər Şəkidə
formalaşmışdır. Məsələn, ABŞ, Yaponiya, Almaniya kimi ölkədə уег
kürəsi əhalisinin 9%-i cəmlənməsinə baxmayaraq, ölkələr dünya
miqyasında qazanılan gəlirlərin yarısını mənimsəməyə qadirdirlər.
Onlar bütün ölkələrin alıcılıq qabiliyyətinin üçdə birinə nəzarət edirlər.
Ümumiyyətlə götürdükdə dünya iqtisadiyyatında aparıcı yeri sənaye
cəhətdən inkişaf etmiş ölkələr (İEÖ) tutur.
İnkişaf etmiş ölkələr dünya iqtisadiyyatında regionlararası
xarakterə malik ölkələrarası təşkilatda qruplaşdırılmış şəkildə öyrənilir.
Bu təşkilat "İqtisadi əməkdaşlıq və inkişaf təşkilatı” (İƏİT) adanır və
Dünya Bank
ının qruplaşdırmasına əsasən bura 2 inkişaf etmiş ölkə daxil
edilir. Bu ölkələrin regional quruluş aşağıda verilmişdir (bax: cədvəl 9)
Cədvəl 9
İƏIT-na daxil edilən ölkələrin regionlar üzrə quruluşu
Şərqi Asiya və Sakit okean
regionu
Avropa
Amerika
Sayı
adı
Sayı adı
Sayı adı
4
Avstraliya
18 Avstriya
2 Kanada
Koreya
Belçika
ABŞ
Yeni Zellandiya
B.Britaniya
Yaponiya
Almaniya
Danimarka
İrlandiya
İslandiya
İspaniya
İtaliya
Lüksemburq
Niderlandiya
Norveç
Portuqaliya
Finlandiya
Fransa
İsveçrə
İsveç
Görü
ndüyü kimi inkişaf etmiş ölkələrin coğrafıyası çox da geniş
deyil. İƏİT-na daxil edilən ölkələr üç regionda cəmləşmişlər: Şərqi
Asiya və Sakit Okean regionunda (4 ölkə), Amerikada (2 ölkə) və
Avropada (18 ölkə). İƏİT-i qrupuna daxil olmayan və yüksək gəlirli və
inkişaf etmiş ölkələr digər regionlarda da vardır. Məsələn, Yaxın Şərqdə
tsrail, Qətər, Küveyt, BƏƏ dövlətləri, Amerikada-Aruba, Bəqam,
Vermud və Virqan adaları, Martinika, Nider, Antilli, Qayana kimi kiçik
dövlətlər,ŞərqiAvropada- Sloveniya, Şərqi Asiya və Sakit Okean
regionunda
Bruney-Darrussalam, Hon- konq, Quam, Makao, Sinqapur,
Tayvan, Polineziya kimi kiçik dövlətləri də inkişaf etmiş dövlətlərə aid
edirlər. Lakin biz bu fəsildə əsasən İƏİT-na daxil edilən bir песө ölkəni
xarakterizə edən göstəriciləri, onlarda qərarlaşmış təsərrüfat
mexanizmini, onlara xas olan ümumi cəhətləri araşdıracağıq.
1.2
.İEÖ-in dünya iqtisadiyyatında yeri
İƏİT-na daxil olan ölkələrdə yaşayan əhalinin sayı dünya
əhalisinin təxminən 15,5%-i təşkil edir, lakin bu təşkilat dünyanın
iqtisadi və elmi-texniki potensialının əsas hissəsini özündə cəmləşdirir.
Burada baş verən bütün proseslər son nəticədə dünya təsərrütatına,
dünya maliyyəsinə, dünya bazarına, dünya ticarətinin strukturu və
həcminə güclü təsir göstərir. Bu ölkələrin hamısı Yaponiya müstəsna
olmaqla, Avropa mənşəli dövlətlərdir.
İnkişaf etmiş ölkələr son iqtisadi göstəricilərinə görə dünyanın
digər ölkələrindən xeyli üstündürlər. Məsələn, İƏİT-i qrupuna daxil
edilən ölklərdə yaşayanların adambaşına düşən UDM həcmi dünya üzrə
adambaşına düşən ÜDM-in orta qiymətindən beş dəfə çoxdur. 1990-cı
illərdə inkişaf etmiş ölkələrin dünya iqtisadiyyatındakı mövqeyi daha da
yaxşılaşdı. Bu iki amilin - birincisi, məhsuldar qüvvələrin struktıırunda
bas vermis mütərəqqi dəyişikliklərin təsiri altında, ikincisi – Şərqi
Avropa ölkələrinin dünya təsərrüfat sistemindəki xüsusi çəkisinin
azalması nəticəsində baş verdi.
İnkişaf etmiş ölkələr ümumdünya məhsulunun üçdə ikisini
istehsal edirlər və elə bu səbəbdən də onlar dünya resurslarının çox
hissəsini istehlak edirlər. Dünya iqtisadiyyatının inkişaf etmiş ölkələrdə
daha çox asılılığı və qarşılıqlı asılılığı da bununla əlaqədardır.Son 25-30
il ərzində bu asılılıq daha da artmışdır. İqtisadiy- yatın irəliyə doğru
inkişafı buna səbəb olmuşdur. Dərc olunmuş göstəricilərin təhlili
göstərir ki, hər bir yeni dövrdə, inkişaf etmiş ölkələr yeni nailiyyətlər
əldə edə bilirlər. İƏİT-na daxil olan ölkələrdə istehsalın həcmi 1950-
1970-
ci illərdə 1,5 dəfə artdığı halda, 1971 -1995-ci illər ərzində bu
a
rtım 1,9 dəfə təşkil etmişdir. Son 25-30 il ərzində istehsal daim irəliyə
doğru inkişaf etmiş və nəticədə ÜDM-un artımı hər bir dövrdə qeydə
alınmışdır. İnkişaf etmiş ölkələrin daxilində də dəyişikliklər baş verir.
Demək olar ki, bütün ölkələr ABŞ-dan geri qalma dərəcələrini aşağı
salmaqdadırlar. Almaniya və Yaponiya kimi dövlətlər isə bir sıra
göstəricilər üzrə ona tam yaxınlaşa və hətta ötə bilmişlər.
Baxılan dövrdə kiçik ölkələrin daha sürətlə inkişafı qeydə
alınmışdır.
Cədvəl 10
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin ÜDM-nun dinamikası
( % )
Ölkələr və ölkə qrupları
1971-1980
1981-
1990
1
990-
1995
İƏİT
3,3
2,9
1
.
9
ABŞ
2,8
2,7
2
,4
Yaponiya
4,5
4,2
1
,4
AB ölkələri
3,0
2,3
1
,5
Sənaye cəhətdən inkisaf etmiş ölkələr dünya miqyasında ticarətdə
d
ə mühüm yer tuturlar. Dünya ixracında bu ölkələrin xüsusi çəkisi
həmişə yüksək olmuşdur. Bu xüsusi çəki 1970-ci ildə 71%, 1981-ci ildə
61%, 1990-
cı ildə 75,7%, 1995-ci ildə 69% olmuşdur. Lakin bunlar
bütün ölkələrin üzrə ümumi göstəricilərdir. Ayrı-ayrı ölkələrin
göstəriciləri ədvəl 11-də verilmişdir.
Cədvəl 11
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin dünya
ixracındakı
xüsusi çəkisi (%-lə)
1938
197
0
1980
1
990
1
995
Cəmi IEO
-
71,4
62,8
7
5,7
6
9,0
ABŞ
10,0
6,6
11,6
1
3,3
1
2,6
Yaponiya
4,1
6,0
6,6
7
,7
8
,0
Almaniva
9,0
10,0
9,3
1
0,6
9
,4
Fransa
4,0
5,8
6,1
6
,6
6
,3
İtaliya
2,0
4,4
4,3
4
,9
5
,4
B.Britaniya
14,0
6,5
5,5
5
,6
5
,0
Kanada
3,0
4,9
3,2
3
,6
3
,4
Tədqiqat göstərdi ki, İEÖ-in dünya ixracında apancı rolu təkcə
onların burada əldə etdikləri yüksək xüsusi çəki ilə ifadə olunmur. Bu
ölkələrin rolu bir də ondadır ki, onlar əsasən yüksək texnologiyalı
məhsullar ixrac edirlər. Bu cür məhsullar da digər ölkələrdə ya heç, ya
da kifayət qədər istehsal olunmur. Məhz bu cəhət İEÖ-in xeyrinə
olur:yüksək texnoloji məhsula tələbatı olan ölkə bu ölkələrdən asılı
vəziyyətə düşür və İEÖ-lərə monopol mənfəət əldə etmək imkanı
qazandırır. Lakin bu imkanı onlara heç kim və heç bir dövlət könüllü
vermir. Bu imkanı həmişə İEÖ-in özləri öz ölkələrində elmə,
texnikaya, texnologiyaya
və onların yaradıcılan olan İNSANA fıkir
verdiklərinə, onların qayğısına qaldıqlanna görə əldə etmişlər və indi də
etməkdədirlər.
İEÖ dünya ixracında aparıcı rol tutmaqla yanaşı, dünya idxalındä
"da mühüm y
er tutur. İEÖ qrupuna daxil olmayan ölkələrdə elmi-
texniki tərəqqi sürətləndikcə, onlarda istehsal edilen keyfıyyətli
məhsulun həcmi də getdikcə artır. Bu da İEÖ-in dünya bazarından daha
çox müxtəlif məhsullar almağa zövq edir. Nəticədə İEÖ-in istehsalında
idxal məhsullarının xüsusi çəkisi artır.
1970-1990-
cı illərdə bu xüsusi çəki 9%-dən 20%-ə qədər
yüksəlmişdi. Elə məhsul növləri vardır ki, onların əsas istehlakçıları da
İEÖ-in özləridir. 1995-ci ildə İEÖ-lərin dünya idxalındakı xüsusi çəkisi
kənd təsərrüfatı xammalı üzrə 68,2%, yanacaq üzrə 61,6%, toxunma
malları üzrə 63,8, kimyəvi maddələr üzrə 63,5% təşkil etmişdir. Cədvəl
12-
dən görünür ki, digər məhsullar üzrə də lEÖ-lərin xüsusi çəkisı
yüksəkdir.
Cədvəl 12
lEÖ-
in dünya idxalındakı xüsusi çəkisi
Əmtəə qrupları
1980
198
5
199
0
995
Ərzaq
61,4
63.0
71,0
8,2
Kənd
təsərrüfatı
xammalı
68,3
67,5
66,7
1,6
Yanacaq
75,3
68,2
61,3
1,4
Metal
və filizlər
79,1
73.1
71,0
3,7
Toxunma
malları
69,7
70,8
71,0
3,8
Kimyevi
maddələr
63,8
65,1
67,6
3,5
Maşınlar və
nəqliyyat vasitələri
59,5
65,6
67,6
5,0
Metalla
г
56,3
56,9
68,1
1,0
Digər əmtəələr
72,2
73,9
72,9
7,5
İEÖ-lərin hamısı bazar iqtisadiyyatlı ölkələrdir və bu ölkələrin
Dünyanın Ümumi Daxili Məhsulundakı xüsusi çəkisi 1995-ci ildə
85,3%
təşkil etmişdir.
1
.3.İEÖ-
IN
təsərrüfat mexanizmi
Sənaye cəhətdən inkişaf etmiş ölkələrin başlıca xüsusiyyəti ondan
ibarətdir ki, onlar kamil kapitalizim cəmiyyəti formalaşdırmağa nail ola
bilmişlər və kamil bazar iqtisadiyyatlı cəmiyyət yaratmışlar.Lakin bu
nəticə uzun bir dövr ərzində əldə edilmişdir. XVII əsrin axırları və XX
əsrin əvvəllərindəki sənaye inqilabları bu ölkələrdə iqtisadi inkişafda
radikal dönüşlərin baş verməsinə səbəb oldu və iqtisadiyyatın 5-6 dəfə
yüksəlməsinə gətirib çıxardı. Baxılan dövrdə bu ölkələrdə əhalinin
yüksək sürətlə artmasına baxmayaraq adambaşına düşən Ümumi Daxili
Məhsulun orta hesabla 7-12 dəfə artması əhalinin gün-gündən artan
tələbatlarının tam ödənilməsini təmin edirdi. Təhlil göstərir ki, bütün bu
nailiyyətlərin əldə edilməsində İEÖ-də formalaşmış təsərrüfat
mexanizmləri mühüm rol oynamışdır.
Təsərrüfat mexanizmi iqtisadiyyatı insanların təlabatlarına uyğun
şəkildə təşkil etmək üçün çox mühüm şərt və amil rollarını oynayır. Bu
nəticəni indi bütün ölkələr bu və ya digər səviyyədə çıxara bilirlər və
dərk edirlər ki, elmi, texnikanı, texnologiyanı, istehsalın təşkilini
təkmilləşdirməklə yanaşı idarəetməni də yaxşılaşdırmaq və səmərəli
fəaliyyət göstərən təsərrüfat mexanizmi yaratmaq lazımdır. Ən sadə
dildə təsərrüfat mexanizmi dedikdə, bu və ya digər ölkənin
təsərrüfatçılıq həyatının tənzimləndirilməsində istifadə edilən üsul və
formaların məcmuu başa düşülür. Bu üsul və formaların ölkədə
formalaşmasına müxtəlif amillər təsir göstərir. Obyektiv amillər əsasən
sosial-
iqtisadi quruluşdan və ETT-nin sürətlənməsindən doğan
amillərdir. Lakin subyektiv amillər də olur. Onlar bilavasitə
hökumətin başında duranlardan, onların dünyagörüşlərindən,
psixologiyalarından, demokratiyaya və qanunun aliliyinə
m
ünasibətlərindən asılı olur. Qeyd edək ki, obyektiv amillərə üstünlük
verən dövlət başçıları iqtisadiyyatda həmişə böyük nailiyyətlər qazana
bilmişlər. Belə ölkələlər ilk növbədə inkişaf etmiş ölkələr daxildir.
İnkişaf etmiş ölkələr qrupunda bu gün mövcud olan təsərrüfat
mexanizmi kifayət qədər təkmilləşmiş və səmərəlidir və quruluşca
mürəkkəbdir. Lakin tarixi baxımdan bu həmişə belə olmamışdır. Qərbi
Avropada və ilk növbədə, Niderlandda və Böyük Britaniyada sonralar
isə ABŞ-da iri maşınlı istehsal bəraqərar olduqca, ictimai əmək bölgüsü
və qarşılıqlı (fırmalararası, regionlararası va dövlətlərarası) əlaqədar
inkişaf etdikcə bazar münasibətləri sürətla formalaşırdı. Bu şəraitdə əsas
tənzimləyici rolunu bazar qiyməti və onun əmələgəlmə mexanizmi
oynayırdı.
Ha
zırda İEÖ-də fəaliyyt göstərən təsərrüfat mexanizmi öz
başlanğıcını Qərbi Avropada kapitalizm cəmiyyətinin meydana gəlməyə
başladığı dövrlərdən götürür. О dövrdə formalaşan təsərrüfat
mexanizminın əsasını obyektiv amillər təşkil cdirdi. О daxili
səbəblərdən törəyirdi, bir növ özü-özünə dəyişən sosial-iqtisadi mühitə
görə meydana gəlirdi. Bu, əslində İEÖ-də hazırda fəaliyyət göstərən
təsərrüfat mexanizminin birinci səvivyəsi idi ki, bu da iqtisadi
ədəbiyyatlarda
təsərrüfatçılıq
fəaliyyətinin
spontan
bazar
tənzimləşdirilməsi adlanır.
XIX əsrin axırlarında kapitalist ölkələrində və xüsusən ABŞ və
Kanadada istehsalın təmərküzləşməsi sürətlə baş verirdi, yeni iri
birliklər yaranırdı. Təsərrüfat mexanizminin ikinci səviyyəsi meydana
gəlməyə başlayırdı.İri müəssisələrin istehsal-təsərriifat fəaliyyətində,
genişlənməsində, yenidənqurul- masında bir neçə kapitalist sahibkar
iştirak edə bilirdi. Bu yolla o dövrdə korporasiya
2
formasında aksioner
cəmiyyətləri gcniş fəaliyyət göstərirdi və bunun birbaşa nəticəsi kimi,
коrporativ (qrup) maraqlar cəmiyyətdə möhkəm mövqeyə malik idi.
Onlar istehsalın əsas sahələrini özlərində saxlayırdılar, yaxşı mənfəət
əldə edirdilər və qiymətlərə nəzarəti ələ keçirə bilırdilər. Kiçik
müəssisələrin bu cür hərəkət etmək imkanları ya heç yox idi, ya da çox
məhdud idi. Buna görə də kiçik müəssisələr üçün qiymət xarici
tənzimləmə rolu oynayırdı.
Təsərrüfat mexanizminin qısaca şərh etdiyimiz birinci və ikinci
səviyyələri inkişaf etmiş ölkələrdə 1929-cu ilə qədər fəaliyyət göstərdi.
Onların müsbət cəhətləri bazar münasibətlərini formalaşdırmaları və
sonralar mükəmməlləşdirmələri idi. Lakin təsərrüfat mexanizmində
mərkəzləşdirilmiş tənzimləmələr vaxtaşırı olmadığına görə istehsalda
hərc-mərcliklər baş verirdi. Nəhayət, tarixdə mütəxəssislərə yaxşı tanış
olan 1929-1933-
cü illərin ən dərın "böyük" böhranı baş verdi. Böhran
istehsalı təşkil edənlərə, hökuməti idarə edənlərə, sahibkarlara bir daha
sübut etdi ki, "iki səviyyəli" təsərrüfat mexanizmi kapitalist
iqtisadiyyatının dayanıqlığını və səmərəli inkişafını təmin etmək
iqtidarında deyil və iqtisadiyyatın dövlət tənzimlənməsi tələb
olunur.
Buna görə də, xüsusilə İkinci dünya müharıbəsındən sonra
inkişaf etmiş ölkələrin təsərrüfat mexanizmində "üçüncü təbəqə" (pillə)
dövlət tənzimlənməsi təbəqəsi formalaşdırıldı. Beləliklə də, bütün
sənaye cəhətdən inkişaf etmiş öklələrin təsərrüfat mexanizmi "üç pilləli"
(üç təbəqəli) formalaşmışdır. Onun tərkib hissələrini sponton-bazar
tənzimlənməsi, korporativ tənzimlənmə və dövlət tənzimlənməsini
təşkil edir.
Bazar iqtisadiyyatlı inkişaf etmiş ölkələrin müasir təsərrüfat
mexanizmində əsas məsələ göstərdiyimiz üç təbəqəli sistemdə hər bir
təbəqənin yerinin düzgün təyin edilməsidir. İKÖ-in təsərrüfat
mexanizmləri də əslində elə bununla fərqlənir. İnkişaf etmiş ölkələrin
əksərində təsərrüfat mexanizıninin birinci və ikinci təbəqələri lazımi
səviyyədə inkişaf etmişdir və bir-birindən köklü surətdə fərqlənmirlər.
Nəzərə çarpacaq dərəcədə fərq isə üçüncü təbəqəyə aiddir. Dövlət
tənzimlənməsi, dövlətin iqtisadi və sosial siyasəti İEÖ-də
müxtəlifdir.
Avstriya, Danimarka, İrlandıya kimi kiçik inkişaf etmış
ölkələrdən
başqa
İEÖ-ın
əksəriyyətində
iqtisadiyyatın
hərəkətvericilərini iri konsernlər təşkil edirlər ki, bunlar da son
onilliklərdə dünya əhəmiyyəti olan güclü TMK kimi fəaliyyət
göstərirlər.
İnkişaf etmiş ölkələrdə fəaliyyət göstərən təsərrüfat mexanızminin
bir neçə müsbət xüsusiyyəti vardır.Bunlardan ən başlıcası, ölkədə kiçik,
orta və iri (nəhəng) bizneslərin inkişafi üçün demək olar ki, eyni şəraitin
yaradılmasıdır. Məsələn, İEÖ-nin təsərrüfat mexanizmi imkan verir ki,
orta təbəqə daim meydana gəlsin, inkişaf etsin, təkmilləşsin. Məhz bu
cəhət kapitalist ölkələri olmalarına baxmayaraq İEÖ-də sosial gərginliyi
azaldır, yeni iş yerlərinin yaradılmasına səbəb olur. Burada dövlət
həlledici rol oynayır.
Dövlət tənzimləməsinin elmi əsaslar üzərində qurulmasının
nəticəsidir ki, İEÖ-də xırda biznesdə həmişə "renessans"
1
baş verir.
1.4. İEÖ-də dövlət tənzimləməsi və yenidən tənzimləmə
İEÖ-nin təsərrüfat mexanizmində dövlət tənzimlənməsi dünyanın
digər dövlətlərində olduğundan güclüdür. Təsərrüfatçılıq fəaliyyətində
dövlət tənzimlənməsinin zəruriliyini həyat özü təsdiq etmişdir. Ənənəvi
kapitalizm cəmıyyətinin doğurduğu krizislərin (böhranların) sayının
azalması və sosial-iqtisadi təsirlərin nisbətən zəifləməsi sahəsində
dövlət tənzimlənməsinin rolu gektdikcə artır.
İqtisadiyyatın dövlət tənzimlənməsinin məqsədi, vasitələri,
istiqamətləri, əhatə dairəsi, forma və üsulları müxtəlif dövlətlərdə
müxtəlif olsa da bir çox ümumi cəhətləri də vardır. Məqsəd bütün İEÖ-
də oxşardır: 1) cəmiyyətdə sabit sosial-iqtisadi durum yaratmaq və 2)
kapitalın özünüinkişafını (özüartımını) təmin edə bilən amil və şərtləri
inkişaf etdirmək, vasitə kimi dövlət hüquq alətlərindən, dövlət
maliyyəsindən, pul-kredit sistemindən, vergi alətlərindən, öz əlində olan
mülkiyyətdən istifadə etmək.
Dövlət tənzimlənməsinin səviyyəsi müxtəlif ölkələrdə
müxtəlifdir. Dövlətin funksiyaları daha geniş və intensiv şəkildə Qərbi
Avropa ölkələrində, nisbətən zəif şəkildə ABŞ və Yaponiyada
həyata keçirilir. Lakin bir cəhəti nəzərə almaq lazımdır ki, bütün İEÖ-
doə dövlət tənzimlənməsi sosial məsələlərin həllinə kömək məqsədi ilə
həyata keçirilir. Ölkələr arasında olan fərq burada da özünü göstərir.
Daha
çox sosial yönümlü dövlət tənzimlənməsi Qərbi Avropa
ölkələrində müşahidə edilir. Bu ölkələr ənənəvi olaraq sosial yönümlü
dövlət yaratmaqda böyük təcrübəyə malikdirlər. Bu cəhətdən ABŞ və
Yaponiya nisbətən geri qalır. İnkişaf etmiş ölkələrin bir başlıca
xüsusiyyətləri də hər hansı prosesin gedişinə yaradıcı münasibət
bəsləməkdir. Dövlət tənzimləməsi İEÖ-in təsərrüfat mexanizminin
tarixi baxımdan sonuncu qatı (səviyyəsi) olsa da çox çevik xarakterə
malikdir və daim təkmilləşdirilir. Bu cəhətdən 1970-ci illərin sonlannda
İEÖ-də yenidən tənzimləmə üsulunun tətbiqinə başlanması əlamətdar-
dır. Bu yolla dövlətlər maliyyə krizislərinin qabağını almağa cəhd
göstərirlər.
Məsələn, ABŞ-ın yenidən tənzimlənməsi aşağıdakı
tədbirlərin həyata keçirilməsini nəzərdə tuturdu:
-
dövlət mülkiyyətinin bir hissəsinin sahibkarlara satılması;
-
büdcə xərclənməsində "ciddi qənaət" rejiminin tətbiq
edilməsi;
-
vergi dərəcələrinin aşağı salınması;
1980-
ci əvvəllərində həyata keçirilən bu tədbirlər güclü nəticələr
əldə etməyə imkan verdi. Bu dövrdə ABŞ hökümətinin dövlət büdcəsinə
əlavə olaraq,40 milyard dolllar vəsait daxil oldu. Yenidən tənzimlənmə
tədbirləri nəticəsində ABŞ hökuməti 1997-ci ildə büdcə kəsirini ÜDM-ө
nisbətən 0,3% çatdırmağa nail oldu. Müqayisə üçün göstərək ki, 1990-
cı ildə bu kəsir 3% teşkil edirdi.
1.5
.İEÖ-in iqtisadi inkişafında ölkə başçısının rolu
Dövlət tənzimlənməsində və onun təkmilləşməsində İEÖ-in
rəhbərləri mühüm rol oynayır. Belə bir ənənə meydana gəlmişdir:
hakimiyyətə gələn yeni partiya (qüvvələr) ölkənin sosial-iqtisadi
inkişafını daha da sürətləndirə bilən proqramla çıxış etməlidir. İrəli
sürülən proqram elmi cəhətdən əsaslandırılmalı və hakimiyyətə gələn
partiya onun üçün cavabdehlik daşımalıdır. Dövlət özünün sosial
yönümlü prinsip
cə yeni təklifləri və səyləri іlə fərqlənməlidir. Еlə
yuxarıda qısaca təsvir etdiyimiz "yenidən tənzimləmə" üsullarının bir
çoxu ABŞ prezidenti R.Reyqanın dövründə daha intensiv tətbiq
olunmağa başlanmışdı. Məsələ burasındadır ki, 1920-1933-cü illərin
məlum iqtisadi krizisindən sonra bir neçə onilliklərə (1970-ci ilin ikinci
yansına) qədər dövlət tənzimləmələrində iqtisadiyyata birbaşa müdaxilə
elementləri geniş istifadə edilirdi. Bu zaman hətta idarəçilik üsullarının
tətbiqi üçün də şərait yaradılırdı.
1
La
km R.Reyqanın komandası hakimiyyətə gələndən sonra bu
vaxta qədər ABŞ hökumətinin istifadə etdiyi tənzimlənmə üsullarına
tənqidi münasibət bəslənildi və göstərildi ki, ingilis iqtisadçısı
D.Keynsin dövlət tənzinılənməsi haqqında nəzəri müddəalarının əsas
g
ötürülməsi artıq istənilən səmərəni vermir, ona görə ki, bu prinsiplərin
rəhbər tutulması dövlət aparatının genişlənməsinə, bürokratik üsulların
inkişafına, vergilərin artmasına, əmtəələrin rəqabətə dözümlüyünün
zəifləməsinə səbəb olmuşdu. Bunları nəzərə alan R.Reyqan hökuməti
"Amerika üçün yeni başlanğıc. İqtisadi dirçəliş proqramı" adında
iqtisadi proqram hazırladı və bu proqram əsasını amerika iqtisadçısı
M.Fridman tərəfindən irəli sürülmüş monetarist nəzəriyyə təşkil edirdi.
Həyata keçirilən bu proqram sonralar reyqanomika adı ilə dünyada
məşhurlaşdı.ABŞ isə bu proqramdan olduqca çox faydalana
bildi.R.Reyqandan sonrakı prezidentlər dövlət tənzimlənməsinin daha
da çevik və səmərəli etməyə nail oldular.
İnkişaf etmiş ölkələrin dövlət tənzimləmnəsində insan, onun
yaşayışı, onun taleyi həmişə ön planda durur. Məsələn, ABŞ-da dövlət
tənzimlənmoəinin təkmilləşdirilməsi iki istiqamətdə böyük nəticələrin
əldə edilməsinə imkan verib: birincisi, ÜDM-un müntəzəm artımı (son
illərdə bu artım orta hesabla 2,5-3,0% olub), ikincisi, külli miqdarda
yeni iş yerləri yaradılıb (1990-cı ilin əvvəllərində 11 milyon). Bu sahədə
B.Klinton hökuməti də mühüm rol oynamışdı. İlk növbədə ona görə ki,
bu hökumətin əsas məqsədı həmişə aztəminatlı insanların gəlirlərinin
artınlması,
tibbi
xidmətin
yaxşılaşdınlması,
məktəblərin
kompüterləşdirilməsi səviyyəsinin yüksəldilməsi olmuşdur.
Beləliklə də, İEÖ-də dövlət tənzimlənməsi sözün əsl mənasında
iqtisadiyyatın mökhəmlənməsi və sosial problemlərin həlli amilinə
çevrilmişdir və bu prosesin daha da təkmilləşdirilməsi davam
etməkdədir. Yeni yollar axtarılır. Azad sahibkarlıq iııkişaf etdirilir. Xalq
müəssisələri yaratmaqla kiçik və orta sahibkarlıq durmadan tərəqqi
etdirilir.
1.6.İEÖ xarici iqtisadi fəaliyyətinin əsas xüsusiyyətləri
İEÖ-in hamısında intensiv xarici iqtisadi fəaliyyet müşahidə
olunur. Digər ölkələrə nisbətən İEÖ xarici iqtisadi fəaliyyətə daha
yaradıcı münasibət bəsləyirlər və optimal variantalr axtarıb tapırlar.
Məsələyə bu prizmadan yanaşmağın obyektiv əsası ondadır ki, xarici
iqtisadi əlaqələr ölkənin sosial-iqtisadi inkişafına güclü təsir göstərmək
xassəsinə malikdir. İEÖ bir qayda olaraq xarici iqtisadi əlaqələri inkişaf
etdirməklə istehsal xərclərini azaltmağa, ümumi səmərəliliyi isə
yüksəltməyə
çalışırlar.Bu
baxımdan
IEÖ xarici iqtisadi
fəaliyyətlərindəki başlıca xüsusiy- yətlərindən biri prınsipcə yeni
əməkdaşlıq formaları tapmaq, yeni istiqamətlər təyin etmek yolu ilə
istənilən ölkələrlə optimal (ilk növbədə özlərinin xcyrinə) əläqələr
yaratmaqdır."Yeni xarici iqtisadi əməkdaşlıq normaları" dedikdə, ilk
növbədə aşağıdakıları nəzərə almaq lazımdır.
İlk növbədə onlar, öz ölkələrində prinsipcə yeni məhsulların,
xidmət növlərinin istehsalını təşkil etmək və onlan istehlakçı ölkələrə
sərfəli şərtlərlə reallaşdırmağa can atırlar. Təhlil göstərir ki, xarici
iqtisadi əlaqələri genişləndirmək sahəsində bu üsullardan İEÖ-in demək
olar ki, hamısı istifadə edir. Xarici iqtisadi əlaqələrin
genişləndirilməsinin bu imkanı digər (inkişafda olan, keçid
iqtisadiyyatlı) ölkələr qrupunda ya heç olmıır, ya da çox məhdud
şəklində olur. İEÖ-də isə bu imkanı meydana gətirən qüvvə onların
iqtisadi, texniki, texnoloji, elmi, hərbi gücləridir. İEÖ-in iqtisadi gücü
diger ölkələrə nisbətən həmişə çox yüksək olduğuna görə onlar elmin,
texnikanın, texnologiyanın ardıcıl inkişaf etdirilmləsinə milyardlarla
vəsait ayıra bilirlər.
Məsələ burasındadır ki, hər hansı bir dövlətin və о cümlədən də
İEÖ-in müasir dünya təsərrüfat sistemindəki mövqenin möhkəmliyi,
dayanıqlığı onun elmi-tədqiqat və layihə-təcrübə işləri (ETLTİ)
sahəsində əldə etdiyi nailiyyətlərə və onların" istehsala tətbiqinin
intensivliyinə görə həll edilir. ETLTİ-i isə çoxlu ' vəsait tələb edir. Bu
vəsaitin öhdəsindən İEÖ bacarıqla gəlirlər. Derc olunmuş materiallar
göstərir ki, Qərb ölkələrinin hamısında ETLTİ-nə çəkilən xərclərin
məbləği ÜDM-un 2%-dən də çox təşkil edir. Məsələn, İtaliya üçün bu
2% təşkil edir (1998-ci il). ABŞ, Almaniya, Fransa, Böyük Britaniya,
İsvcçrə, Yaponiya kimi qüdrətli, inkişaf etmiş ölkələrdə isə ETLTİ-nə
çəkilən xərclər UDM-ın 3%-nə qədər çatır. Bundan başqa, İEÖ-də
qüdrətli kompaniyalar, konsernlər (TMK) fəaliyyət göstərir və onların
qazandıqlan çoxlu miqdarda vəsait imkan verir ki, bu məqsədlə daha
çox vəsait xərclənsin. Məsələn, elektrotexnika, kimya, avtomobil,
clcktron sənayclərində bu cür kompaniyalann ETLTİ-nə çəkdikləri
xərcin ümumi xərclərdoki xüsusi çəkisi 15-20% təşkil edir. Bu cür iri
masştablı xərclər kompaniyalara imkan verir ki, qısa bir müddətdə
uyuşqanlı istehsallar yaradılsm, yeni texnika istehsala kompleks şəkildə
tətbiq edilsin. Bu yolla kompaniyalar istehsal texnologiyalarında sözün
tam mənasında inqilabi dəyişikliklər etməyə nail olurlar və onların
vasitəsilə dünyada ən keyfıyyətli, müxtəlif çeşidli, qənaətcil, az əmək,
fond və material tutumlu məhsullar istehsal etmək imkanı qazanırlar.
Çox vaxt onlar dünya bazarında analoqu olmayan məhsullar istehsal
edib bazara çıxarırlar. Xarici iqtisadi əlaqələrin bu yolla
genişləndirilməsi innovasiya yoludur. Bu yol rezonans səmərə verir.
Xarici iqtisadi
əlaqələrin innovasiya yolu іlə genişləndirilməsi İEÖ-in
demək olar ki, hamısında baş verir. Laikn bu cəhətdən daha çox
fərqlənən ölkələr - ABŞ, Yaponiya və Almaniyadır.
İEÖ-in xarici iqtisadi fəaliyyətinin bir mühüm xüsusiyyəti də
ixrac və idxal edilən əmtəə və xidmətlərin strukturunun mütəmadi
oıaraq təkmilləşdirilməsidir.
Burada əsas məqsəd digər ölkələrin istehsal etmək imkanı ya heç
olmayan, ya da məhdud imkana malik olan məhsulların istehsalını
genişləndirmək və onları digər ölkələrə reallaşdırmaqdır.Bu ideyanı
həyata
keçirmək
üçün
İEÖ-də
geniş
istifadə edilən bir yol da vardır. Bu da müəyyən ərzaq və ya
sənaye məhsulları növlərinin kütləvi şəkildə istehsal etmək və istənilən
ölkələrə
satmaq
yolu
ilə
ölkənin
ixrac
potensialını
möhkəmləndirməkdən ibarətdir. Bu yolla xarici iqtisadi fəaliyyətin
genişləndirilməsinə çoxlu misallar gətirmək olar. Yaponiya bu yoldan
geniş istifadə edir. Radio-elektronika məhsullan (rəngli televizorlar,
radio qəbuledicilər adi və videomaqnitofonlar və s.) uzun müddətdir ki,
Yap
oniyada dünya tələbatlarını ödəmək üçün istehsal edilir, 1980-ci ilə
qədər dünyada istifadə edilən videomaqnitofonların 75-80%-i
Yaponiyanın istehsalı idi və bu meyl indi də о soviyyədə olmasa da,
yüksək səviyyədə qalmaqdadir. Digər mütərəqqi, elm tutumlu
məhsulların istehsahnda da bu cür meyllər müşahidə olunur.
Amerika kompüter texnikası, proqram təminati məhsulunu bütün
diinya ölkələrinə realizə edə bilir. Almaniya və Yaponiya avtomobil
sənayesi məhsulları üzrə bu mövqedə dayanan ölkələrdəndir. Yeyinti
məhsullarıl sənayesində də çoxlu misallar göstərmək olar. Lakin
hamımızın yaxşı tanıdığı broyler (çolpa) məhsullarını misal gətirməklə
kifayətlənmək olar. ABŞ bu sahədə fərqlənir və bütün diinya ölkələrinə
toyuq budu ixrac edir. Sənaye və ya kənd təsərrüfatı məhsulunun
istehsalını mənimsəmək və onu bütün ölkələrə ixrac etmək
kompaniyalardan və dövlətdən böyük səy və bacarıq tələb edir. Belə
məhsul dünya standartlarına cavab verməli, qiymət yüksək olmamalı,
əlavə yüksək keyfıyyət xüsusiyyətlərinə malik olmalıdır. Çoxlu kapital
tələb etsədə İEÖ bunun öhdəsindən müvəffəqiyyətlə gələ bilirlər. Əsas
şərt isə burada korrupsiyadan uzaqlaşmaq və sahibkarı bürokratik
əngəllərdən xilas etməkdir.
Ümumiyyətlə götürdükdə İEÖ-in xarici iqtisadi əlaqlərində
yüksək səviyyədə liberallasma özünü göstərir. Xarici ticarət rejiminin
liberallaşdırılması İEÖ-in iqtisadi güclərindən və ölkənin
iqtisadiyyatının yüksək rəqabətlilik xassəsindən irəli gəlir.
Liberallaşdırma ilk növbədə öz əksini dövlət tərəfındən gömrük
dərəcələrinin aşağı salınmasında tapır. 1950-ci illərdə tEÖ-də gömrük
dərəcələri 30-40% təşkil edirdi. 1970-ci illərdə isə bu dərəcələr 7-10%-ə
qədər asağı salınmış və 1997-ci ildə isə özünün ən aşağı səviyyəsinə
cəmi 4%-ə bərabər olmuşdur. Eyni zamanda İEÖ-lər arasında mal
mübadiləsi prosesi də liberallaşdırılmışdır ki, bu da onların xarici
iqtisadi fəaliyyətlərinin mühüm xüsusiyyətidir.
İEÖ xarici iqtisadi əlaqələrinin başlıca fərqləndirici
xüsusiyyətlərindən biri də prosesdə dövlət tənzimlənməsinin
yaradıcilıqla həyata keçirilməsidir. Problemin öyrənilməsi göstərdi ki,
İEÖ-in hamısında xarici iqtisadi fəaliyyətdə dövlət böyük rol oynayır.
Əsas məqsəd ölkədə sosial-iqtisadi inkişafı təmin etməkdir. Dövlət
bütün yollardan istifadə etməklə ixracla məşğul olan kompaniyaları
müdafiə edir və lazım gələrsə onlara maliyyə, texniki, təşkilati, mənəvi
kömək göstərir. Lazım olan vaxt subsidiyalaşdımıa və ixrac kreditlərinə
təminat verilməsi üsulları da işə salınır. Qərbin inkişaf etmiş ölkələri
xarici kapitalın ölkəyə daxil olmasi prosesində də çox çevik hərəkət
edirlər. Əgər dövlət hesab edir ki, xarici investisiya çox zəruridir onda
dövlət liberal rejim yaradır. Liberal rejimin mahiyyəti ondadır ki, dövlət
burada icazə-qadağa üsulundan yox, qeydəalma üsulundan istifadə edir.
Bu halda da dövlət passivlik göstərmir. Ölkə üçün çox miihüm olan
kapitalı cəlb etmək üçün müvafiq infrastrukturlar yaratmaq yolu ilə onu
stimullaşdırır.
1.7.
İEÖ-İn daxili bazarı
Daxili bazar dedikdə milli dövlətin daxilində, ancaq onun
təsərrüfatında baş verən mübadilə sistemi başa düşülür. Əlbəttə, burada
idxal-
ixrac bölməsində baş verən proseslər nəzərə alınmır. Ölkələrin
iqtisadi inkisafı bir çox cəhətdən ictimai əmək bölgüsünün
xüsusiyyətindən və dərinləşməsindən asılı olur və bu prosesin gedişində
də daxili bazar formalaşır.
Dünya iqtisadiyyatında ölkələrin daxili bazarları mühüm rol
oynayır. Əslində daxili bazarlar dünya təsərrüfat sisteminin inkişafını
təyin edirlər. Bu baxımdan inkişaf etmiş ölkələrin daxili bazarları
mühüm əhəmiyyətə malikdir. İnkişaf etmiş ölkələrin daxili bazarları
digər ölkələrlə müqayisədə daha zəngin, daha həcmli olur. İqtisadi
imkanları yaxşı olduğuna görə əhalinin yaşayış səviyyəsini yüksəldə
bilən İEÖ-in daxili bazarındakı təklif də çox yüksək olur və son
nəticədə digər ölkələrin iqtisadi inkişafı və ilk növbədə onların
istehsal etdikləri məhsulun reallaşdırılması məsələsi məhz bu təklifdən
asılı olur.
ÜDM-
a nisbətən kiçik daxili bazara malik ölkələr bir qayda
olaraq xarici ölkələrdən daha çox asılı olurlar. Belçika, İrlandiy
Niderland, Avstriya, İsveçrə, Danimarka kimi kiçik dövlətlərin
iqtisadiyyatı güclü şəkildə inkişaf etmiş böyük dövlətlərin daxili
bazarlarında qərarlaşmış tələblə şərtləşir. Dərc olunmuş rəqəmlər də
bunu sübut edir. 1990-
cı illərdə ÜDM-a nisbətən ixrac kvotası orta
hesabla Belçikada 70%, ' İrlandiya 67%, Niderlandda 52%, Avstriyada
40% təşkil etmişdir. Deməli, bu ölkələrin iqtisadiyyatı yüksək dərəcədə
beynəlmiləlləşmişdir və onlar dünya bazanrının müəyyən
seqmentlərindən asılıdırlar. İnkişaf etmiş nəhəng ölkələrdə bu cür
şərait hiss olunmur. Onların həcmli daxili bazarları olsa da tələbatlatın
çoxunu öz
istehsalları ilə təmin etməyə çalışırlar və əsasən buna nail də
olurlar. Görünür ona görədir ki, ixrac kvotası ABŞ və Yaponiyada cəmi
10-
15% təşkil edir. Digər iri və orta ölçülü İEÖ-də bu göstərici 20-30%
həddindədir.
Problemin tarixinə nəzər saldıqda aydin olur ki, İEÖ-lərin
liderləri daxili bazar amilindən bacarıqlı istifadə edirlər. Onlar çoxdan
başa düşmüşlər ki, birincisi həm ayrı-ayrı ölkələrin həm də İEÖ-lər
qrupunun daxili bazarını inkişaf etdirmək lazımdır və ikincisi yaxin və
uzaq qonşu ölkələrin iqtisadi inkişafı təmin edilməzsə onların özlərinin
daxili bazan inkişaf edə bilməz. Öz daxili bazarın zənginləşdirmək
üçün digər, siyasi və iqtisadi cəhətdən özünə daha yaxın olan ölkələrin
iqtisadiyyatını məqsədyönlü inkişaf etdirmək siyasəti tarixdə ilk dəfə
ABŞ tərəfindən həyata keçirilib. Ikinci dünya müharibəsindən sonra
ABŞ özünün inkişaf yolunu təyin etdi. Bu yolun əsasını vətəndaş
tələbatlarının maksimum ödənilməsi təşkil edirdi. Bu dövrdə ABŞ
istehlak tələbatının rolunu artırmağa və məhz onu iqtisadi inkişafın
mühəmkinə çevirməyə çalışırdı. Bu məqsədlə dövlət tənzimlənməsi
gücləndirildi və digər bu qəbildən olan tədbirlər həyata keçirildi. Lakin
zəngin və həcmli daxili bazar formalaşdırmaq üçün ilk növbədə Qərbi
Avropa ölkələrinin iqtisadi inkişafına nail olmaq lazım idi. Bu məqsədi
həyata keçirmək üçün tarixdə məşhur olan «Marşall» planı meydana
gəldi və məhz bu planın vasitəsi ilə QA ölkələri iqtisadiyyatının brpası
qısa müddətdə başa çatdı.
Eyni zamanda bu plan ABŞ-ın daxili bazannm daha da
möhkəmlənməsinə, zənginləşməsinə və genişlənməsinə səbəb oldu.
«Marşall» planı Qərbi Avropa ölkələrində sənayenin inkişafına və
ölkələrarası ticarətin genişlənməsinə və ən başhcası isə İEÖ-in
hamısında daxili bazarın formalaşmasına müsbət təsir etdi. «Marşall»
planı bir daha sübut edir ki, güclü ölkə (ABŞ) özündən zəif ölkələri
hərbi yolla deyil, iqtisadi yolla da özünə cəlb edə bilər. Plan göstərdi
ki, güclü ölkənin daxili bazarının genişlənməsi, zənginləşməsi eyni
zamanda yaxin, uzaq, dost ölkələrin daxili bazarının da labüd inkişafını
tələb edir. İEÖ-in demək olar ki, hamısı bu prinsipə əməl edirlər (çox
təəssüflər ki, respublikamızın da daxili olduğu MDB adlanan qrumda
məsələlər heç də bu prinsip üzrə həll edilmir. Qurumun ən güclü ölkəsi
olan Rusiya özünün əlaltısı olan Ermənistanın vasitəsilə qonşularını
hərb gücü ilə özünə tabe etmək istəyir və nəticədə həm Rusiyada
və həm də onun qonşularında mükəmməl daxili bazar hələ də
formalaşmayıb.Qərbi Avropa ölkələrindəki daxili bazar
səviyyəsinə çatmaq yolunda isə çoxlu əngəllər hələ də qalmaqdadır).
Daxili bazarın formalaşmasına və səmərəli fəaliyyət göstərməsinə
yaradıcı münasibət bəslənməsi son nəticədə ölkənin sosial-iqtisadi
problemlərinin inkişafı üçün zəruridir.Onu təcrübədə reallaşdırmaq
üçün bazarın əmtəə və xidmətlərlə doldurulması yolları düzgün təyin
olunmalıdır. Daxili bazar vətən məhsulları ilə və idxal məhsulları ilə
doldurula bilər. İEÖ-in daxili bazarlarının başlıca xüsusiyyətlərindən
biri də onlann əsasən vətən məhsulları ilə zənginləşdirilməsidir.
Məsələn, İEÖ-in ən güclüləri olan ABŞ-ın və Yaponiyanın daxili
bazarlarının əmtəə təchizatının 90%-ə qədəri vətən məhsulları ilə başa
çatır. (yada salaq ki, ABŞ və Yaponiyada ixrac kvotası cəmi 10-15%
təşkil edir).
1.8.
Daxili bazarın göstəriciləri
Dünya iqtisadiyyatı elmində ölkələrin daxili bazarlannın həcmini,
in
kişaf səviyyəsini qiymətləndirmək üçün bir necə göstəricidən istifadə
edirlər. Bunlardan geniş yayılmışı və nisbətən asan hesablanan ölkənin
ÜDM-
dur. Burada iki gösitəricidən - birincisi "ÜDM-ın ümumi həcmi"
göstəricisindən və ikincisi "Adambaşına düşən ÜDM" göstəricisindən
istifadə edilir, Bu göstəricilər üzrə dünya statistikası 50 aparıcı daxili
bazar müəyyənləşdirir ki, bunun də əksəriyyəti inkişaf etmiş ölkələrdə
formalaşıb. Valyutanın alıcılıq qabiliyyətinə görə hesablanan ÜDM-da
vəziyyət dəyişir, уənі İEÖ-in mövqeyi nisbətən zəif görünür, lakin bu
halda da dünyanın yüksək həcmli daxili bazannın çoxu İEÖ-in payına
düşür.
Daxili bazarın həcmini və inkişaf səviyyəsini qiymətləndirmək
üçün istifadə edilən "Əhalinin adambaşına düşən gəlir" göstəricisidir.
Dünya statistikası bu göstəricinin orta qiymətini hesablayır və ayrı-ayrı
ölkelərdə əldə edilən göstərici ilə müqayisə edir. Sonda bu göstərici də
ÜMM-
da öz əksini tapdığı üçün təhlili bu göstərici ilə davam etdirmək
olar. Lakin qeyd edək ki, əhalinin gəlirləri baxımından 30 ölkə
fərqləndirilir. İEÖ-in hamısı bura daxildir. Əyanilik üçün 13 saylı
cədvəldə adambaşına düşən ÜMM-un səviyyəsi ölkələr qrupu üzrə
verilmişdir.
Cədvəl 13
1997 –
ci ildə adambaşına ÜMM
Ölk
ələr və
ölk
ə qrupları
Dünyada
tutduqları yer
Adambaşına
düşən
ÜMM(ABŞ dolları ilə)
O cüml
ədən valyutanın
alıcılıq qabiliyyəti
A.N
əzərə alınmadıqda
B.N
əzərə alındıqda
Dünya
üzr
ə
orta
qiym
ət:
---
5130
6330
O
cüml
ədən
A.Ölk
ə
qrup-da
a)G
əliri az
olan ölk
ələrdə
---
350
1400
b)Orta
g
əlirli ölkələrdə
---
1890
4550
v)Yüks
ək
g
əlrli ölkələrdə
---
25700
22740
B.Ölk
ələrd
ə
Az
ərbayca
n
Respublika
sı
96
510
1530
Erm
ənista
n
95
530
2280
Gürcüstan
82
840
1980
Rusiya
Federasiyası
51
2740
4190
ABŞ
6
28740
28710
Yaponiya
2
37850
23400
Almaniya
7
28260
21300
Fransa
11
26050
21860
B.Britaniy
a
15
20710
20520
İtaliya
17
20120
20060
Cədvəlin məlumatlarından görünür ki, inkişaf etmiş
ölkələrdə adambaşına düşən ÜMM-ın dəyəri gəliri az olan ölkələrdəkinə
nisbətən 6-12 dəfədən də çoxdur. Bu göstəricisi üzrə dünyada birinci
yeri tutur. İkincisi yer Yaponiyaya, üçüncüsü – İsveçə , dördüncüsü-
Norveçə, beşincisi-Danimarkaya, altıncısı- ABŞ-a,
Yeddincisi-
Almaniyaya və s.məxsusdur. Ümumiyyətlə
götürdükdə İEÖ-in hamısı dünyanın 50 aparıcı bazarına daxil olurlar.
“ Xidmət edilən istehlakçıların sayı” göstəricisi də bu və ya
digər səviyyədə daxili bazarı xarakterizə edə bilər( əslndə burada söhbət
ölkə əhalisinin sayından gedir). Lakin daxili bazarın həcmi və zənginliyi
ilə əhalinin sayı arasında birbaşa əlaqə müşahidə edilmir. İEÖ-in
əksəriyyəti əhalisi o qədər də çox olmayan ölkələrdir. Digər tərəfdən,
aydın məsələdir ki, əhalinin sayı istehlakçıların sayını artırır. Söhbət
burada
adambaşına düşən istehlakdan getməlidir ki, o da İEÖ –də xeyli
çoxdur. İstehlakçıların sayı isə bazarın ölçülərinə təsir göstərə bilər ,
zənginliyinə yox,daxili bazarın tutumu və zə zənginliyi isə ölkənin
iqtisadi gücündən , dövlətin sosial siyasətindən asılı olur ki, İEÖ-də
yüksək səviyyədədir.
1.9.İEÖ-in daxili bazarlarının xüsusiyyətləri.
İEÖ-in daxili bazarlarının bir sıra səciyyəvı xüsusiyyətləri vardır.
Onlardan biri daxili bazarların əsasən öz istehsalları ilə və yaxud da
in
kişaf etmış qonşu ölkənin istehsalları іlə doldurulmasıdır. Bu İEÖ-ri
və xüsusən də Qərbi Avropa ölkələri arasında yaranmış iqtisadi
əlaqələrin olması ilə əlaqədardır. İEÖ-de daxili bazara qiymət verərkən
ölkə iqtisadiyyatının sahələri və bölmələri arasında formalaşmış
nisbətlər, istehsal tələbi, istehlak tələbi, istehlakın tərkibi və xarakteri,
bazarın pul münasibətlərinin inkişaf səviyyəsi (ölkə daxilində kredit
öhdəlikləri və onların ÜDM-a görə nisbəti) də nəzərə alınır. Ölkələr
inkişaf etdikcə daxili bazarın zənginləşməsinə, daha da inkişaf etməsinə,
səmərəliliyinə prinsipcə yeni amil və şərtlər təsir göstərməyə başlayır.
Söhbət burada hansı əmtəələr hesabına, hansı yollarla bazarı daha da
inkişaf etdirməyin mümkünlüyündən gedir. Bu cəhətdən istehlakın
s
trukturu, təklifin struktu, tələb və təklifın diversifikasiyalaşdırılması,
şəxsi istehlak və onun tərkibi və quruluşunun dəyişməsi meyli, daha
əlamətdardır. Məsələn, son dövrlər uzun müddət istifadə edilən istehlak
mallarının sayı, tərkibi və quruluşu bazarın inkişafında və
təkmılləşməsində həlledici rol oynayır. İEÖ-də avtomobillərə, məişət
texnikasına (xüsusən fərdi kompüterlərə), mebellərə, qiymətli daş-
qaşlara, idman qurğularına, kitablara olan tələbat artmışdır. Bir sıra
İEÜ-də fərdi kompüterlər kütləvi istehlak malları sırasına daxil
olmuşdur. Amerikada və İngiltərədə ev təsərrüfatlarının uyğun olaraq
üçdə birində və dörddə birində fərdi kompüterlərdən istifadə edılir.
Bundan başqa, İEÖ-də istehlak teləbinə mühüm yeri yaşayış evləri
tutur. Bu cür yü
ksək səviyyədə inkişaf edən daxili bazarda istehlak
tələbınin tərkibində xidmət əmtəəsi sürətlə artır (bax cədvəl 14). Təhlil
göstərir ki, xidmət sferasının artması bütün İEÖ-də müşahidə edilir.
Qeyd edək ki, istehlak tələbinə, şəxsi istehlakın səviyyəsinə, tərkibinə
və strukturuna əhalinin gəlirləri, məsğulluq səviyyəsi, varlanma
səviyyəsi kimi amillər güclü təsir göstərir.
Cədvəl 14
İEÖ-də şəxsi istehlakın strukturu (%-lə)
ABŞ
B.Britaniya
Yaponiya
1982
1995
1982
1995
1982
|