AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§ 5. Respublika iqtisadiyyatının bəzi inkişaf prespektivləri



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə30/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   22   23   24   25   26   27   28   29   30
§ 5. Respublika iqtisadiyyatının bəzi inkişaf prespektivləri 

 

Azərbaycanın  gələcəkdə  daha  sürətlə  inkişaf  etməsi  üçün  çox 



yaxşı  imkanı  vardır.  İnsan  və  təbii  resursları  nisbətən  yaxşı  şəraitdə 

yerləşib.  Ölkənin  yaxşı  savadlanmış  işçi  qüvvəsi  formalaşır.  Kənd 

təsərrüfatı  istər  istehsal  və  istərsə  də  əhalinin  məşğulluq  səviyyəsini 


 

 

433 



yüksəltmək  baxımından  iqtisadiyyatın  mühüm  sektoru  kimi 

qalmaqdadır. Bu sahənin daxili imkanlarından hələlik lazımi səviyyədə 

istifadə  edilmir.  Təbii  şərait,  tələb  olunan  torpaq  sahələrinin  olması 

imkan  verir  ki,  kənd  təsərrüfatı  xammalı    bazasında  müxtəlif  sənaye 

məhsulları  istehsal  edilsin  və  həm  daxili,  həm  də  xarici  bazara 

çıxarılsın.  Məhsulların  diversifikasiyası  imkanları  da  böyükdür. 

Məsələyə  yaradıcılıqla  yanaşılarsa  üzümdən,  pomidordan,  kartofdan, 

alma və armuddan, ətdən, süddən, qozdan-fındıqdan, texniki bitkilərdən 

və  s.  kənd  təsərrüfatı  məhsullarından  müxtəlif  orijinal  məhsullar 

hazırlayıb daxili və dünya bazarına çıxmaq olar. Ən önəmlisi budur ki, 

əhali üçün yeni iş yerləri yaradılar, dövlətin büdcəsinə isə çoxlu əlavə 

vəsait daxil olar.  

Azərbaycan Respublikasının təbii resursları və xüsusən xam neft 

və  qaz  resursları  vardır.  Mütəxəssislərin  fikrincə,  ölkədə  neft  və  qaz 

ehtiyatları  çoxdur  və  təxminən  90-100  ilə  çatar.  XXI  əsrdə 

Azərbaycanın  dünyada  neftlə  zəngin  olan  15  ölkəsi  sırasına  daxil 

olacağını söyləyənlərin sayı artır. Baxmayaraq ki, 1990- cı illərdə neft 

hasilatı azaldı, orta və uzaq perspektivdə onun çox sürətlə artacağı, 15-

20  il  ərzində  hasilatın  35-40 milyon  ton  təşkil  edəcəyi  gözlənilir. 

İqtisadi geriliyin 1996-cı ildə dayandırıldığını (əsasən neftin hesabına) 

nəzər      salıb,  Beynəlxalq  Bankın  hesablamalarına  görə  2003-  cü  ildə 

respublikanın Ümumi Daxili Məhsulu 20 % arta bilər. Lakin istehlakın 

həcmi  çox  yavaş  sürətlə  artacaq.  Bunun  iki  səbəbini  göstərmək  olar: 

investisiya  normasının  yüksək  olmasını  və  alınan  kreditlərə  görə 

faizlərin ödənilməsini. 

Buna  baxmayaraq  əhalinin  hər  nəfərinə  düşən  istehlakın 

miqdarının 2003-cü ildə 1996-cı ilə görə 40-45 faiz artacağı gözlənilir. 

Lakin  tədiyə  balansının  yumşaldılması  və  büdcə  məhdudiyyətlərinin 

azaldılması  baxımından  neft  kontraktlarından  gözlənilən  xeyir  özünü 

2004-2005-

ci illərə qədər tam    göstərə bilməyəcək. Təxminən 2005- ci 

ildə  neft  hasilatı  istehsalının  nəzərdə  tutulan  sosial-iqtisadi  səmərəsi 

hərtərəfli  özünü  göstərə  biləcək.  İqtisadiyyatın  ciddi  struktur 


 

 

434 



dəyişikliklərə  məruz  qalacağı  dövrdə  isə  Azərbaycanda  resurs 

çatışmazlığı həmişə hiss oluna bilər. Müasir dövrdə və yaranmış sosial-

iqtisadi  şəraitdə  ölkənin  neft  imkanlarını  şişirtmək,  onu  bütün 

problemlərinin həlli vasitəsi kimi qiymətləndirmək iqtisadi inkişaf üçün 

çox qorxuludur. Dünya ölkələrinin təcrübəsi sübut etmişdir ki, nefti və 

ya digər təbii resursu xammal şəklində ixrac edən ölkələrin əksəriyyəti 

sonda  gözlənilən  nəticəni  əldə  edə  bilmirlər.  Məsələ  burasındadır  ki, 

neftin  ixracı  nəticəsində  ölkəyə  daxil  olan  xarici  valyutanın  özu  ciddi 

iqtisadi  və  sosial  problemlərin  meydana  çıxması  mənbəyinə  çevrilə 

bilir. Bu o zaman baş verir ki, nə vaxt ölkə neftdən əldə etdiyi mənfəəti 

xaricdən alınan real resurslara çevirir. Və sonra onlardan investisiya və 

istehlak üçün istifadə edir. Birbaşa istehlaka gedən xaricdən gətirilmiş 

çox  işlənən  ərzaq  və  sənaye  məhsulları  aydın  məsələdir  ki,  ən  yaxşı 

halda cari 

tələbatı ödəyir və iqtisadiyyatın gələcəkdə inkişaf etdirilməsi 

üçün  heç  bir  zəmin  hazırlamır.  İnvestisiya  üçün  ayrılan  vəsait  bundan 

fərqli olaraq daha səmərəli görünür. Lakin  sonda bu istənilən nəticəni 

vermir.  Ona  görə  ki,  investisiyadan  istifadə  edib,  istifadəyə  verilən 

müəssisələrin  məhsulları  əksər  halda  istər  daxili,  istərsə  də  xarici 

bazarlardakı çox qızğın rəqabətə davam gətirə bilmirlər. Başlıca səbəb 

yenə də odur ki, xam neftin satışından əldə edilən vəsait hesabına daxili 

bazar müxtəlif çeşidli, yaxşı keyfiyyətli və hətta ucuz ərzaq və sənaye 

malları ilə doldurula bilər. Buna görə də çalışmaq lazımdır ki, dünyanın 

bir  neçə  xam  neft  ixrac  edən  ölkələrində  baş  verən  xoşagəlməz  hallar 

Azərbaycanda da baş verməsin. Bu xoşagəlməz halın mahiyyəti ondadır 

ki, neftdən daxil olan mənfəətin ilbəil artması ölkələrin sənaye və kənd 

təsərrüfatı  bölmələrində  istehsalın  geriliyinə  və  ən  yaxşı  halda  isə 

stoqnasiya 

vəziyyətinə düşməsinə gətirib çıxarır. Belə hal isə bir qayda 

olaraq  ölkədə  sosial  və  iqtisadi  gərginliklərin  meydana  çıxması  üçün 

yeni mənbə yaratmış olur. Hesab edirik ki, belə hallar Azərbaycanda baş 

verməyəcək.  Bu  sahədə  elmtutumlu  məqsədli  proqramlar  işlənib 

hazırlanmalıdır. 


 

 

435 



Bəs  nə  etmək  lazımdır  ki,  neftdən  əldə  edilən  mənfəət  (neft 

dolları) hətta uzunmüddətli perspektivdə cəmiyyətə xeyir gətirsin? 

Bunun  üçün  ilk  növbədə  iqtisadiyyatın  qeyri-neft  bölmələrində 

prioritet sahələr təyin edilməli və onların inkişaf etdirilməsini nəzərdə 

tutan  məqsədli  proqramlar  tərtib  edilməlidir.  Əsas  güc  mərkəzi  kimi 

fikir yüngül və yeyinti sənaye müəssisələri üçün elmi-texniki tərəqqinin 

son  nailiyyətlərini  özündə  əks  etdirən  texnika  və  texnologiyaların 

alınmasına  verilməlidir.  Burada  maliyyə  mənbəyi  kimi  neftdən  alınan 

gəlirdən istifadə edilməsi istənilən nəticələr verə bilər. Sənayenin digər 

sahələrini  də  məsələn,metallurgiyanı,  maşınqayırmanı,  kimya  sahəsini 

və s. bu yolla dirçəltmək və onları yeni texnika və texnologiya ilə təsis 

etmək  lazımdır.  Yəni  çalışmaq  lazımdır  ki,  neft  mənfəəti  istehlak 

səmərəsi  verən  maliyyə  mənbəyindən  istehsal  səmərəsi  verən  maliyyə 

mənbəyinə  çevrilsin.  Bu  yolla  əldə  edilən  istehsal  sahələri  cəmiyyətin 

üzvlərini iş yerləri ilə təmin edər, büdcəyə samballı vəsait gətirər, tikilən 

müəssisələr  isə  neft  dollarından  gələcək  nəsillərə  yadigar  kimi qalar. 

Neftdən alınan gəlirin səmərəliliyini neft bölməsinin özündə də artırmaq 

olar. Bunun üçün:     

Birincisi,  neft  emalı  zavodlarından  tam  istifadə  etmək  lazımdır. 

Məlumdur ki, hələ keçmiş SSRİ  dövründə respublikamızda 20 milyon 

ton neftdən də çox xam neft emal edə bilən zavodlar tikilmişdi. Bu gün 

onların gücündən az istifadə edilir. Bir səbəb də emal etmək üçün xam 

neftin  olmamasıdır.  Digər  səbəb  də  var.  Texnoloji  avadanlıqların 

modernləşdirilməsi və  yaxud da  yeniləşməsi zərurəti ortaya çıxıb. Hər 

iki  halda  tələb  olunan  vəsaiti  neft  dolları  hesabına  əldə  etmək  olar. 

Məsələ  bu  şəkildə  həll  edilərsə,  biz  eyni  zamanda  xarici  investorların 

diqqətini  iqtisadiyyatın  qeyri-neft  və  neft  emalı  sahələrinə  cəlb  etmiş 

olarıq.  Bu  yolla  minlərlə  iş  yerləri  yaranar  və  ölkənin  iqtisadiyyatı 

güclənmiş olar. Həm dövlət və həm də əhali istehsaldan varlanar. 

İkincisi  isə  respublikanın  öz  gücü  ilə  çıxardığı  neftin  həcmini 

artırmaq lazımdır. 


 

 

436 



Neft  alınan  gəlirdən  istifadə  edilməsinə  yaradıcı  münasibət 

bəslənilməsinin  zəruriliyi  Birləşmiş  Millətlər  Təşkilati  və  Beynəlxalq 

Bankın təşkil etdikləri tədqiqatların nəticələri də sübut etmişdir. 1970-

1989- 


cu illəri əhatə edən tədqiqat işi ümumilikdə 97 ölkəni əhatə etmiş 

və aydın olmuşdur ki, təbii resurslar ixrac edən ölkələrin sosial-iqtisadi 

inkişafı,  belə  resursları  olmayan  ölkələrlə  müqayisədə  daha  zəif 

olmuşdur.  Xam  neft  ixracından  əldə  olunan  mənfəətin  xərclənməsi 

məsələsinin aktuallığını bir cəhət də artırır. Bu da ABŞ dolları ilə milli 

valyutanın (manatın) məzənnəsidir. Məsələ burasındadır ki, xam neftin 

ixracının ilbəil artması ilə paralel olaraq  xarici valyutanın ölkəyə axını 

da  güclənir.  Bunun  nəticəsində  milli  valyutanın  (manatın)  real 

məzənnəsi  də  istər-istəməz  aşağı  düşür  (müxtəlif  illərdə  söhbət  ancaq 

aşağı  düşmənin  səviyyəsindən  gedə  bilər).  Manatın  real  dəyişilmə 

məzənnəsinin  aşağı  olması  o  deməkdir  ki,  dolların  manatla  qiyməti 

malların ümumi qiymətinə nisbətən az qalxar, ya heç qalxmır, ya da ki, 

hətta aşağı düşər. Nəticədə müəyyən məbləğdə dollar əldə etmək üçün 

nisbətən daha az miqdarda manat tələb olunur. Düzdür, ilk baxışda bu 

yaxşı təsir bağışlayır.  Lakin məsələyə dərindən  yanaşdıqda  görərik ki, 

bu  hal  milli  məhsulların  həm  daxili,  həm  də  xarici  bazarlarda  rəqabət 

dözümlülüyünə güclü mənfi təsir edir. Ona görə manatın məzənnəsinin 

süni  yolla  aşağı  səviy-yədə  saxlanılması  idxal  mallarının  milli  pulla 

qiymətini  aşağı  salacaq.  İstehlakçılar  da  daha  ucuz  qiymətli  əmtəələri 

almağa  başlayacaqlar.  İtirən  isə  ölkə  sahibkarları  olacaq.  Xarici 

firmalara  nisbətən  çətin  şəraitdə  fəaliyyət  göstərən  yerli  kiçik  və  orta 

sahibkarların vəziyyəti öz məhsullarını çətinliklə satdıqlarına (və yaxud 

heç  sata  bilmədiklərinə)  görə  bir  az  da  çətinləşəcəkdir.  Çünki  onlar 

istehsal etdikləri məhsulları maya dəyərindən aşağı sata bilməzlər. Belə 

hal  ixracın  da  həcmini  nəzərə  çarpacaq  dərəcədə  azalda  bilər.  Neft 

satışından  əldə  edilən  mənfəətin  xərclənməsi  məsələsinə  yaradıcı 

münasibət  bəslənməsə  Dünya  Bankının  hesablamalarına  görə  ümumi 

ixracın  həcmi  2003-  ci  ildən  sonra  azala  bilər.  Neft  dollarının 

xərclənməsi ilə bağlı göstərdiyimiz mənfi halların iqtisadiyyata təsirini 


 

 

437 



azalmaq  üçün  bir  səmərəli  yol  varsa  o  da  pulların  çox  hissəsini 

iqtisadiyyatın perspektivli qeyri-neft və neft emalı sahələrinə yönəltmək 

və  bu  yolla  da  yeni  və  müasir  iş  yerləri  yaratmaqdır.  Süni    idarəetmə 

yolu  ilə  manatın  dollara  nisbətən  məzənnəsinin  tənzimləndirilməsi  isə 

ölkə  sahibkarlarının  nisbətən  xeyrinə    olsa  da  sonda  əhalinin  yaşayış 

səviyyəsinə mənfi təsir göstərir. 

Gələcək  dövrlərdə  Azərbaycan  Respublikasının  sənayesi  sürətlə 

inkişaf  edə  bilər.  Bu  nəticəni  çıxarmağa  ölkənin  malik  olduğu  ilkin 

şərtlər  və  kifayət  miqdarda  olan  təbii  resurslar  imkan  verir.  Təbii 

məhdudiyyət  rolunu  isə  ancaq  suyun  nisbətən  az  olması  və  quru 

yanacağın  olmaması  oynayır.  Təbii  şərtlərə  və  resurslara  bir  neçə 

aspektdə  yenidən  baxıla  bilər.  Yenidən  öyrənməkdə  məqsəd  yaxın 

gələcəkdə  sənayeni  istehsal  və  ərazi  cəhətdən  optimal  inkişaf 

etdirməkdir. İlk növbədə təbii resursların sənaye üçün istifadə edilməsi 

mümkünlüyü  öyrənilməlidir.  Resursların  çox  kompanentliliyi  aşkar 

edilməli  və  onların  kompleks  emal  edilməsi  imkanları  ortaya 

çıxarılmalıdır.  Sənayenin  səmərəli  strukturunu  formalaşdırmaq  üçün 

vacib sayılan məsələ təbii resursların və təbii şəraitin hansı istiqamətdə 

dəyişəcəklərini  qabaqcadan  təyin  etməyə  çalışmaq  lazımdır.  Bu  ilk 

növbədə  sənayenin  mütərəqqi  strukturunu  formalaşdırmaq  üçün  vacib 

məsələdir. Ən başlıca məsələlərdən biri sənayeni ərazi üzrə təşkil edən 

amil  və  şərtləri  öyrənərkən  ölkənin  sərancamında  olan  bütün  növ 

resursların  həcminin  təyin  edilməsi  və  onlardan  istifadə  edilməsi 

imkanlarını araşdırmaqdır. Sənaye üç istiqamətdə inkişaf etdirilməlidir.  



Birinci  istiqamətin  göstəricisi  sənayenin  ümumi  məhsulunun 

müqayisəli  qiymətlərlə  həcmi  ola  bilər.  Yəni  hansı  yolla  olursa-olsun, 

sənayenin  ümumi  məhsulunun  həcmi  artırılır.  İkinci  istiqamət 

sənayenin  sahə  strukturunun  təkmilləşdirilməsini  nəzərdə  tutur  və  bu 

sahədə həyata keçirilən tədbirlərin nəticəsinə qiymət vermək üçün sahə 

strukturunu xarakterizə edən sistem göstəricilərdən istifadə olunmalıdır. 

Sənayedə  fəaliyyət  göstərən  sahələrin  sayı,  tərkibi,  onların  arasında 

formalaşmış nisbətlər, sahələrdə buraxılan məhsulların nomenklaturası, 



 

 

438 



çeşidi,  rəqabət  xarakteristikaları  və  s.  bu  kimi  göstəricilər  belə 

göstəricilərdəndir. Sənayenin sahə strukturunun inkişaf etdirilməsi təbii 

resurslardan    tam  və  səmərəli  istifadə  edilməsinə  əsaslanmalıdır. 

Üçüncü istiqamət sənayenin  ərazi üzrə strukturunun  yaxşılaşdırılması 

olmalıdır.  

Əlbəttə,  üç    istiqamətin  üçü  də  bir-biri  ilə  qarşılıqlı  bağlı  olan 

məsələlərdir.  Lakin  üçüncü  istiqamətin  öz  xüsusiyyətləri  vardır  və 

ölkənin sosial-iqtisadi tərəqqisinə təsir etməsi baxımından digər inkişaf 

istiqamətlərindən fərqlənir. Sənayenin ərazi üzrə təkmilləşdirilməsi bir 

neçə  istiqamətdə  ölkə  üçün  səmərəli  ola  bilər:  yeni  iş  yerləri  yaranar, 

əhalinin ölkə daxili miqrasiyası zəifləyər, əhalinin yaşayış tərzi dəyişər, 

sosial  mühit  sağlamlaşar.  Lakin  bazar  iqtisadiyyatı  şəraitində  əsas 

məsələ  vətənimizdə  sahibkarlar  ordusunu  yaratmaq  olmalıdır.  Bu 

məsələ də təbii resursdan istifadə edilməsinə əsaslanan iqtisadi siyasətin 

həyata keçirilməsini, ayrı-ayrı bölgələrin kompleks inkişafını tələb edir. 

Bunun  üçün  bütün  resurslar  ayrıca  və  kompleks  şəkildə  iqtisadi 

cəhətdən qiymətləndirilməlidir.  

Azərbaycan Respublikasında sənayeni və xüsusən də onun neftlə 

əlaqədar  olmayan  sahələrini  gələcəkdə  inkişaf  etdirmək  üçün  təbii 

zəminləri vardır. Bunlardan biri respublikanın münasib relyef şəraitinə 

mənsub olması (ərazinin 60 %-i dağlıq sahələr olsa da sənayeni inkişaf 

etdirmək  üçün  relyef  şəraiti  vardır)  və  digəri    kifayət  qədər  yanacaq-

enerji və mineral-xammal resurslarının olmasıdır. 

Ümumi  şəkildə  geoloji  cəhətdən  öyrənilmiş  bir  sıra  faydalı 

qazıntılar  vardır.  Bunlardan  filiz  mənşəli  faydalı  qazıntıları  (dəmir, 

xrom, mis, qu

rğuşun, kobalt, alüminium, qızıl, gümüş və s.) qeyri-filiz 

faydalı qazıntıları (neft, qaz, kömür, torf, daşduz, mineral rənglər, sular, 

kükürd kolçedanı, əhəng, kvars qumu və s.) nadir elementləri, mineral 

suları (hidrokarbonlu, hidrokarbon xloridli, hidrokarbon- xlorid- sulfat) 

və s. göstərmək olar.  

Münasib  ərazinin  və  təbii  şəraitin  olması  da  sənayenin  emal 

sahələrinin inkişafı üçün yaxşı imkan yaradır.  



 

 

439 



Dünyada məlum olan iqlim qurşaqlarının çoxunun Azərbaycanda 

olması, 800 km –dən çox bir məsafədə Xəzər dənizi ilə əhatə olunması 

sənayenin xammal bazasının genişləndirilməsi üçün yaxşı şərait yaradır.  

Azərbaycan Respublikası ərazisinin süni balıq yetişdirilməsi üçün 

gözəl inkişaf perspektivləri vardır. Bunun başlıca amili havanın yüksək 

orta illik hərarəti və il ərzində günəşli günlərin çox olmasıdır.  

Sənayedə istifadə olunması üçün Azərbaycanın kifayət qədər bitki 

növləri  vardır.  Təbii  bitki  resursları  imkan  verir  ki,  respublikada  qida 

məhsulları  üzrə  bolluq  yaradılsın,  yüngül  və  yeyinti  sənayelərinin 

i

nkişafı üçün xammal bazası genişləndirilsin. 



Azərbaycan  Respublikasında  sənayenin  gələcək  inkişafını  təmin 

etmək üçün təbii zəminlərdən başqa, iqtisadi, elmi, texniki və texnoloji 

zəminlər  də  mövcuddur.  Keçmiş  SSRİ  dövründə  mövcud  olan 

müəssisələrin çoxu ya heç ya da tam gücü ilə işləmir. Nisbətən köhnəlsə 

də  Azərbaycan  Respublikasında  sənayeni  inkişaf  etdirmək  üçün 

material-texniki baza 

kifayət qədər vardır. Əsas fondların dəyəri 2000- 

ci  ildə  92,3  trilyon  manat  təşkil  etmişdir  ki,  bunun  da  69,7  faizi  əsas 

istehsal  fondlarının  payına  düşür.  Sənayenin  sərəncamında  olan  əsas 

fondların dəyəri isə baxılan dövr üçün 29,3 trilyon manata bərabər olub. 

Nəzərə  alsaq  ki,  hazırda  bu  fondlardan  istifadə  səviyyəsi  tələb 

olunandan çox aşağıdır, sənayeni gələcəkdə inkişaf etdirmək üçün daxili 

imkanların olması məlum olar.  

Əldə  olunan  əsas  istehsal  fondları  təbii  resurslarla  birlikdə 

sənayenin  ərazi  cəhətdən  təşkilini  yaxşılaşdırmaq  üçün  münasib  şərait 

yaradır. Çatışmayan cəhət odur ki, əsas istehsal fondları Azərbaycanın 

iqtisadi  rayonları  arasında  qeyri-bərabər  şəkildə  formalaşmışdır. 

Abşeron  rayonunda  əsas  istehsal  fondlarının  əksər  hissəsi 

yerləşdirilmişdir.  Əli-Bayramlı–Salyan,  Gəncə-Daşkəsən,  Mingəçevir-

Yevlax  kimi  sənaye  qovşaqlarında  əsas  istehsal  fondlarının  çox az 

hissəsi        (12-15%) cəmlənmişdir. Şəki-Zaqatala zonasında, Naxçıvan 

Muxtar  Respublikasında,  Lənkəran-Astara  zonasında  isə  əsas  istehsal 

fondları lap azdır.  


 

 

440 



Bundan  başqa,  nəqliyyat  şəbəkəsi  də  Azərbaycanda  sənayeni 

inkişaf  etdirmək  üçün  zəmin  rolunu  oynayır.  Demək  olar  ki, 

respublikanın bütün sənaye qovşaqlarının dəmir yollarından aralılığı 30 

km–


ə qədərdir. Relssiz nəqliyyatlar üçün isə bu məsafə orta hesabla 10 

km təşkil edir.  

Respublikada  dövlət  mülkiyyətinin  özəlləşdirilməsi  sürətlə  gedir. 

Bu 


prosesin  özü  də  sənayenin  gələcək  inkişafı  üçün  yaxşı  zəmindir. 

Söhbət  burada  əsasən  özəlləşdirmənin  kompleks  və  səmərəli  həyata 

keçirilməsindən  və  bu  sahədə  iqtisadi  rayonlara  maksimum  sərbəstlik 

verilməsindən gedə bilər. 

Bazar  iqtisadiyyatı  şəraitində  ölkənin  əhalisi  və  onun  əmək 

qabiliyyətliliyi  sənayenin  inkişafı  üçün  mühüm  amildir.  Azərbaycan 

Respublikasında  bu  cəhətdən  çoxlu  istifadə  edilməyən  daxili  imkanlar 

vardır.  Dövlət  Statistika  Komitəsinin  məlumatlarına  görə  2001-  ci ilin 

yanvar ayının 1-nə respublika əhalisinin ümumi sayı 8.081 min nəfərə 

bərabər  olmuşdur.  Müqayisə  üçün  göstərək  ki,  2000-ci  ildə  isə  7.131 

min  nəfər  təşkil  edirdi.  Deməli,  keçən  on  il  ərzində  təbii  artım  bir 

milyona  yaxın  olmuşdur.  Əhalinin  ümumi  sayında  kişilərin  xüsusi 

çəkisi  49%-ə yaxındır. Əmək ehtiyatlarının xüsusi çəkisi 2000- ci ildə 

54%-


dən  çox  təşkil  etmişdir  ki,  bu  5,6  milyon  nəfərdən  də  çoxdur. 

Bundan başqa, Azərbaycanda iki yüz mindən çox təcrübəli sənaye işçisi 

var.  Onlar  işləmirlər.  Bu  cür  vəziyyətin  əmələ  gəlməsi 1990-cı  illərin 

əvvəlində baş vermiş məlum hadisələrlə bağlıdır.  



  2000-

ci  ildə  məşğul  olan  əhalinin  ümumi  sayının  cəmi  7%-i 

sənayedə  cəmlənmişdir.  Bu  bazar  iqtisadiyyatı  üçün  yaxşı  göstərici 

hesab  edilə  bilməz.  Müqayisə  üçün  qeyd  edək  ki,  elə  dövr  olub  ki, 

sənayedə  çalışanların  xüsusi  çəkisi  iqtisadiyyatda  çalışan  fəhlə  və 

qulluqçuların tərkibində 25% təşkil edib. 

 

Ümumiyyətlə  götürdükdə  yaxın  gələcəkdə  Azərbaycan 



Respublikasında işçi qüvvəsinin təbii artımı, müxtəlif səbəblərdən indi 

faydalı ictimai işlə məşğul olmayan iqtisadi fəal əhalinin istehsala cəlb 

edilməsi,  elmi-texniki  tərəqqi  nailiyyətlərinin  istehsala  tətbiq  edilməsi 


 

 

441 



nəticəsində  xalq  təsərrüfatının  digər  sahələrində  və  sənayenin  özündə 

ixtisara düşən fəal və ixtisaslı işçilər üçün yeni iş yerlərinin yaradılması 

zəruriliyi,  səna-yenin  həm  intensiv  (yüksək  texniki  –  texnoloji 

səviyyədə yeni istehsalların yaradılması, fəaliyyətdə olan müəssisələrin 

yenidən  qurulub  texniki  silahlandırılması  və  avtomat  müəssisələrinin 

yaradılması)  və  həm  də  ekstensiv  (əl  əməyi  üstünlük  təşkil  edən, 

mexanikləşdirilmə  və  avtomatlaşdırma  səviyyəsi  nisbətən  aşağı  olan, 

hətta ilk vaxtlar yerli tələbatların ödənilməsini nəzərdə tutan və həm də 

yerli  resurslardan  istifadəyə  və  əl  əməyinə  əsaslanan  kiçik  və  orta 

müəssisələrin  yaradılması  və  fəaliyyətdə  olan  müəssisələrin  bu 

istiqamətdə  profilinin  dəyişdirilməsi)  inkişaf  etdirilməsi  üçün  gözəl 

zəmindir. Bu sahədə İqtisadi İnkişaf Nazirliyinin əsas vəzifəsi məqsədli 

proqramlar tərtib edib həyata keçirmək və ilk növbədə daxili imkanları 

səfərbər  etməklə  ölkədə  işsizliyin  azaldılmasına,  işləyən  müəssisələrin 

səmərəliliyinin  yüksəldilməsinə,  iqtisadi  rayonların  kompleks    inkişaf 

etdirilməsinə,  iqtisadiyyatın  respublika  ərazisində  proporsional 

yerləşdirilməsinə  və  ən  başlıcası  isə  maddi-enerji,  təbii  və  insan 

resurslarından  tam,  səmərəli  və  kompleks  istifadə  edilməsinə  nail 

olmaqdan ibarət olmalıdır.  

 

Respublikanın  sosial-iqtisadi  inkişafının  əsas  istiqamətləri 



formalaşdırılarkən nəzərə almaq lazımdır ki, bazar iqtisadiyyatına keçid 

şəraitində  və  ondan  sonra  respublikanın  sosial-iqtisadi  inkişafında 

sənayenin rolu daha da artır. Lakin bu hər hansı bir artım yox, istehsalın 

səmərəliliyinin qat-qat yüksəlməsi ilə müşahidə olunan artım olmalıdır. 

Ümumi şəkildə götürdükdə istehsalın səmərəliliyinə təsir edən amil və 

şərtləri iki mühüm qrupa bölmək olar. Birinci qrupa sənayenin və onun 

sahələrinin  öz  xüsusiyyətindən  irəli  gələn  amillər  daxildir.  İkinci  qrup 

amillərə  isə  sənayenin  ərazilər  üzrə  təşkilindən  irəli  gələn  amillər 

daxildir

.  İstehsalın  idarə  olunmasında  hər  iki  qrup  amillərə  ciddi  fikir 

verilməsini bazar iqtisadiyyatının yazılmayan qanunları tələb etsə də bu 

gün müxtəlif səbəblər üzündən istehsalın səmərəliliyinin yüksəldilməsi-

nin  ərazi  amillərindən  zəif  istifadə  edilir.  Bu  da  istehsalın  bazar 


 

 

442 



iqtisadiyyatı  şəraitində  tələb  olunan  səviyyədə  yüksəldilməsinə  imkan 

vermir.  

 

Hazırkı dövrdə sənaye istehsalının səmərəliliyinin yüksəldilmə-



sində  ərazi  amillərinə  diqqətin  artırılması  və  bu  baxımdan  istehsalın 

regionlar üzrə təşkilinin təkmilləşdirilməsi  zəruriliyi aşağıdakılarla izah 

olunur:  mülkiyyətin  formasının  dəyişilməsi  və  sahibkarlığın  inkişafı; 

ərazilərin iqtisadi sərbəstliliyinin yüksəldilməsi zəruriliyi; ərazilərin və 

orada 

yerləşdirilən 



sənaye 

vahidlərinin 

ixtisaslaşma 

və 


kooperasiyalaşma  səviyyəsini  maksimum  mümkün  olan  həddə  qədər 

yüksəltmək; ərazidə  yaşayan əhalini faydalı işlə təmin etmək və elmi-

texniki  tərəqqi  və  onun  nailiyyətlərinin  istehsala  gecikmədən  tətbiq 

etmək  yolu  ilə  yüksək  əmək  məhsuldarlığına  nail  olmaq  zəruriliyi; 

regionun  optimal  səviyyədə  kompleks  inkişafını  bazar  iqtisadiyyatı 

tələblərinə uyğun təmin etmək; gündəlik tələbat malları üzrə ərazilərin 

özünütəminatını  genişləndirmək  və  bu  işi  bazara  keçidlə  əlaqədar 

görülən tədbirlərlə yanaşı yerinə yetirmək zəruriliyi. 

Bütün bunları təcrübədə həyata keçirmək üçün istehsalın ərazilər-

də optimal təşkil edilməsi yolu ilə respublikanın sosial iqtisadi inkişafını 

sürətləndirmək  proqramı  işlənib  hazırlanmalıdır.  Proqramın  bölmələri 

hər  bir  iqtisadi  rayona  həsr  olunmalı  və  onların  kooperasiya  əlaqələri 

optimallaşdırılmalıdır.  

Azərbaycan  Respublikasında  əmək  resursları  artıqlığı  mövcud 

olduğuna  görə  sənayenin  əmək  tutumlu  sahələrinin  üstün  inkişaf 

etdirilməsinə  diqqət  artırılmalıdır.  Nəzərə  alınmalıdır  ki,  qadınların 

arasında  işsizlər  daha  çoxdur.  Qadınların  istehsala  cəlb  edilməsi 

probleminin  də  aktuallığı  bazar  iqtisadiyyatında  artır.  Qadınlara  xoş 

gələn  iş  yerlərinin  yaradılmasını  nəzərdə  tutan  məqsədli  proqramların 

tərtib edilib həyata keçirilməsi vaxtı çatmışdır.  

Sənayenin  inkişafı  və  xüsusən  də  emal  müəssisələrinin  kütləvi 

şəkildə yaradılması zəruriliyi bir mühüm cəhətdən də meydana gəlir. Bu 

cəhət kənd təsərrüfatı ilə əlaqədardır. Statistik məlumatlara görə iqtisadi 

fəal əhalinin 40%-dən çoxu kənd təsərrüfatında çalışır. Say etibarı ilə bu 



 

 

443 



1,6 milyon nəfər deməkdir. Sirr deyildir ki, bunların çoxu özəlləşdirmə 

nəticəsidə quru torpaq alan və onu becərməyə çətinlik çəkən rayon və 

kənd  əhalisidir.  Kənd  təsərrüfatında  islahatlar  öz  bəhrəsini  hərtərəfli 

göstərməyə  başladıqdan  və  özəl  iri  kənd  təsərrüfatı  müəssisələri 

yaradıldıqdan sonra, kənd təsərrüfatı proseslərinin mexanikləşdirilməsi 

və  avtomatlaşdırılması,  istehsalın  təşkilinin  yaxşılaşdırılması, 

idarəetmənin  optimallaşdırılması  nəticəsində  yaxın  gələcəkdə  çoxlu 

sayda  kənd  təsərrüfatı  işçisi  ixtisara  düşə  bilər.  Onların  da  işlə  təmin 

edilməsi  ağırlığı  yenə  də  sənayenin  üzərinə  düşəcək.  Bu  təkcə  bizim 

respublikamızda belə deyildir. Bütün dünya ölkələri kənd təsərrüfatında 

işləyənlərin sayını minimuma (5-10%-ə) çatdırmış və ilk növbədə azad 

olan  iqtisadi  fəal  əhalini  işlə,  sənayedə  iş  yeri  yaratmaqla  təmin 

etmişdir. 

Sənayenin  qeyri-neft  bölməsində  yüngül  sənayenin  inkişaf 

etdirilməsi imkanları daha çoxdur. Belə imkanlar həmişə olub və tarix 

göstərir  ki,  dövlət  tərəfindən  müəyyən  qayğı  gös-tərilən  dövrlərdə 

Azərbaycanda  yüngül  sənaye  inkişaf  etdirilib.  Məsələn,  keçmiş  SSRİ 

adlanan  imperiya  dağılmamışdan  qabaq  220-  dən  çox  yüngül  sənaye 

müəssisəsi  fəaliyyət  göstərirdi  və  yüngül  sənayenin  ümumi  sənaye 

məhsulundakı  xüsusi  çəkisi  20%-dən  çox  təşkil  edirdi.  Sənayedə 

işləyənlərin 25,2%-i burada çalışırdılar. Bu o dövrlər üçün (1985-1990-

cı illər üçün) 100 mindən çox fəhlə və qulluqçu demək idi. İndi bazar 

iqtisadiyyatı şəraitində  yüngül sənayeni o dövrlərdəkindən də səmərəli 

inkişaf etdirmək üçün əlverişli şərait yaranmışdır. Məsələ burasındadır 

ki,  o  vaxtlar  Azərbaycanın  yüngül  sənayesi  əsasən  Moskvanın  tərtib 

etdiyi  perspektiv  planlara  uyğun  inkişaf  etdirilirdi  və  əsas  və  başlıca 

nöqsan o idi ki, yerli xa

mmalın  hamısı  kompleks  emal  edilmirdi. 

Məsələn,  pambıq  əsasən  mahlıc  şəkilində  reallaşdırılırdı.  Digər  kənd 

təsərrüfatı  malları  da  xam  material  şəkilində  mərəkəzə  ötürülürdü. 

Müstəqillik  əldə  etdiyimiz  indiki  zamanda  problemlərin  həllinə 

yaradıcılıqla  yanaşılarsa  biz  yüngül  sənayeni  hazır  (son)  məhsul 

istehsalı istiqamətində inkişaf etdirə bilərik.  


 

 

444 



Ümumiyyətlə gələcək dövrlərdə Azərbaycanda yüngül və  yeyinti 

sənayelərini  sürətlə  inkişaf  etdirmək  üçün  lazımi  iqtisadi  şərait 

(yanacaq-

enerji  bazası)  müxtəlif  tərkibdə,  çeşiddə  və  həcmdə  maddi 

baza,  hazır  məhsulun  reallaşdırılması  üçün  daxili  və  xarici  bazar 

münasib  istehsal  gücləri  və  ixtisaslı  işçilər  vardır.  Yeyinti  və  yüngül 

sənayeni səmərəli inkişaf etdirmək üçün Azərbaycan ərazisində coğrafi 

tədqiqatları  gücləndirmək,  müəssisələrin  məqsədyönlü  yerləşdirilməsi 

sxemini  tərtib  etmək  və  yerli  resurslardan  və  ilk  növbədə  insan 

resurslarından  səmərəli  və  tam  istifadə  etməklə  yüngül  və  yeyinti 

sənayelərin  sahə  komplekslərinin  ərazi  cəhətdən  formalaşmasını  elmi 

cəhətdən  formalaşdırmaq  lazımdır.  Ərazilərin  öyrənilməsi  yeyinti 

sənayesinin inkişafında mümkün daxili imkanların da ortaya çıxmasına 

səbəb olar. Məsələn, balıqçılığı və xüsusən də süni yetişdirmə yolu ilə 

balıqçılığı  və  münasib  yeyinti  sənaye  sahəsini inkişaf  etdirmək  üçün 

ərazimizdə  yaxşı  şəraitin  olması  mütəxəssislər  tərəfindən  təsdiq  edilir. 

Lakin  buna  baxmayaraq  Azərbaycanda  balıq  sənayesi  yaxşı  inkişaf 

etməmişdir.  Bunun  bilavasitə  nəticəsi  də  budur  ki,  il  ərzində 

adambaşına  istehlak  edilən  balıq  məhsullarının  həcminə  görə 

Azərbaycan  Respublikası  dünya  ölkələri  arasında  axırıncı  yerlərdən 

birini tutur. Məsələn, əgər respublikamızda adambaşına istehlak edilən 

balıq və balıq məhsullarının miqdarı cəmi 2,7 kq. təşkil edirsə (2000-ci 

il) bu rəqəm Rusiyada 9,9 kq (1999), ABŞ-da 10 kq (1987), Almaniyada 

15,1 (1998), İtaliyada 17,3 kq (1996)  təşkil etmişdir.  

Neft  emalı,  neftin  dərin  emalı  sahəsində  daxili  imkanlar  kifayət 

qədərdir. Azərbaycanda 22 milyon ton neft emal etmək olar. Hazırda isə 

5-6 milyon ton n

eft  emal  edilir.  İstehsal  güclərindən  istifadəni  layihə 

səviyyəsinə  qaldırmaqla  neftayırma  sənayesinin  intensiv  inkişafını 

təmin etmək olar.  

Qeyd edək ki, sənayenin və onun digər sahə və yarımsahələrinin 

inki


şaf etdirilməsi imkanları böyük olduğuna görə, bazar iqtisadiyyatına 

keçidlə  əlaqədar  olan  bütün  texniki,  təşkilati,  iqtisadi,  sosial-psixoloji, 

struktur  tədbirlər  sənayenin  hərtərəfli  inkişaf  etdirilməsi  baxımından 


 

 

445 



həyata  keçirilməlidir.  Məsələ  brasındadır  ki,  sənayenin  inkişafı  istər-

istəməz  xalq  təsərrüfatının  digər  sahələrinin  və  ilk  növbədə  kənd 

təsərrüfatının  inkişafına  da  təkan  vermiş  olacaq.  Bu  cür  yanaşmağın 

səmərəliliyi  sənayecə  inkişaf  etmiş  bazar  iqtisadiyyatlı  ölkələrin 

təcrübəsi ilə çoxdan sübut edilmişdir. Sənayenin məqsədyönlü inkişafı 

iqtisadiyyatın  digər  sahələrinin  məqsədyönlü  inkişafını  təmin  etməyə 

imkan verir. Deməli, proseslər elmi cəhətdən idarə olunmalı və optimal 

variantlar  üzrə  həm  sənayenin  və  həm  də  bütövlükdə  iqtisadiyyatın 

səmərəli inkişafını təmin etmək lazımdır. 

 

ƏDƏBİYYAT SİYAHISI 



 

1.  A.A.Əliyev,  A.Ş.Şəkərəliyev.  Bazar  iqtisadiyyatına  keçid:  dövlətin 

iqtisadi siyasəti. Bakı, 2002. 

2. A.Ş.Şəkərəliyev. Keçid iqtisadiyyatı və dövlət. B., 2000 

3.  A.Ş.Şəkərəliyev.  Dünya  iqtisadiyyatı  və  beynəlxalq  iqtisadi 

münasibətlər. B., 1999 

4.  Ə.Q.Əlirzayev.  Azərbaycanın  iqtisadi  inkişafının  konsepsi-yası  və 

proqramı. B., 1999 

5.  Ə.Q.Əlirzayev.  Azərbaycanda  sahibkarlığın  inkişafı  problemləri  və 

həlli yolları. B., 2000 

6. İ.Ş.Dadaşov. Real bazar iqtisadiyyatının atributları. B., 1996 

7. 


İ.Ş.Dadaşov.  Elmi-texniki  tərəqqinin  istiqamətləri  və  onların 

səmərəliliyi. B., 1992 

8.İ.Ş.Dadaşov.  Sənayedə  özəlləşdirmə  aparılması  mexanizminin 

təkmilləşdirilməsi  istiqamətləri.  İqtisad  elmləri:  nəzəriyyə  və  praktika. 

B., 2002 

9. Azərbaycan nefti dünya siyasətində. B., 1997 

10.Azərbaycan sənayesi (statistik məcmuə). B., 2001 

11. Azərbaycanın beynəlxalq çoxtərəfli qarşılıqlı əlaqələri.     B., 1997 

12. M.Abdullayev. Azərbaycan-Türkiyə əlaqələri. B., 1998 


 

 

446 



13.  T.Əliyev  və  b.  Azərbaycanda  kiçik  biznesin  təşkili  və  idarə 

edilməsinin bəzi səmtləri. B., 2001 

14. 

Доклан ООН. Человеческие развития в Азербайджане.       Б., 



1996 

15. Z.Həsənova. Dağ-mədən sənayesi və ətraf mühit.          B., 1996 

16.  M.Qasımov.  Azərbaycanın  xarici  siyasəti  (konsepsiya  məsələləri). 

B., 1997 

17. Всемирный Банк. Знание на службы развития: отчет о мировом 

развитии. 1999 

18. Домичев В.И. Международная торговля. М., 2000. 

19.  Всемирный  Банк  Азербайджан:  Оценка  бедности.  Доклад  

№156001 – Аз 27 феврал 1997. 

20. Экономика. Учебник. М., 1999 

21. Мировая экономика. Учебник, М., 1999 

22. Ломакин В.К. Мировая экономика. М., 1998 

23. Кудров В.М. Мировая экономика. М., 1999 

24. The world Bank Global Economic Prospects and the Developinq 

Countries. 2002 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

447 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Document Outline

  • Cədvəl 19
    • Cədvəl 21
    • Cədvəl 54
    • Cədvəl 55
  • Cədvəl 62
  • Cədvəl 63
    • Azərbaycan Respublikasının kənd təsərrüfatında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin sayı
    • maliyyə nəticələri
  • O cümlədən, zərərlə işləyənlər
  • Cədvəl 64
    • Cədvəl 19
      • Cədvəl 21
      • Cədvəl 54
      • Cədvəl 55
  • İllər
  • 1990
  • 1993
  • 1995
  • 2000
  • Cəmi
    • ehtiyatlar
  • Ölçmə
  • Məhsulların
  • Ölçmə
  • Məhsulun
  • Cədvəl 62
  • Cədvəl 63
    • Azərbaycan Respublikasının kənd təsərrüfatında fəaliyyət göstərən kənd təsərrüfatı müəssisələrinin sayı
    • və maliyyə nəticələri
  • O cümlədən, zərərlə işləyənlər
  • Cədvəl 64
  • İllər
  • 1990
  • 1993
  • 1995
  • 2000
  • Cəmi
    • ehtiyatlar
  • Ölçmə
  • Məhsulların
  • Ölçmə
  • Məhsulun

Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin