AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§1. İnsan resursları və iqtisadi inkişaf



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə24/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   20   21   22   23   24   25   26   27   ...   30
§1. İnsan resursları və iqtisadi inkişaf 

 

Dünya  iqtisadiyyatının  çiçəklənməsi,  ictimai  tələbatların  normal 

səviyyədə ödənilməsi, qlobal problemlərin həllinin sürətləndirilməsi və 

sair bu kimi məsələlərin həlli Yer kürəsində mövcud olan resurslardan 

səmərəli və tam istifadə olunmasını qarşıya qoyur. Dünya iqtisadiyyatı 

bütün mövcud resurslardan asılı olur. İnsan resursları isə özünəməxsus 

xüsusiyyətlərə malikdir. Digər resurslar da məhz insan resursları ilə sıx 

bağlı olur. İnsan amilindən səmərəli istifadə edildikdə təbiətdə mövcud 

olan  digər  resurslardan  da  daha  səmərəli  və  optimal  istifadə  edilməsi 

üçün münasib şərait yaranır. 

İnsan resurslarının özünəməxsus xüsusiyyətləri var. Buna  görə də 

onları  idarə  etmək,  cəmiyyətin  çiçəklənməsi  üçün  onlardan  bacarıqla 

istifadə  etmək  olduqca  çətindir.  Məsələyə  yaradıcılıqla  yanaşmaq, 

elmtutumlu  tədbirlər  həyata  keçirmək  lazımdır.  Bu  cür  yanaşmanın 

öhdəsindən hər hansı bir ixtiyarı iqtisadi inkişaf modeli seçən ölkə çox 

çətinliklə  gələ  bilir  və  dünya  təcrübəsinin  göstərdiyi  kimi,  bəzən  heç 

gələ də bilmir. Belə olan halda iqtisadiyyatın geriliyini əhalinin yüksək 

artımı  ilə  izah  edirlər.  Bu  cür  mühakimə  yürütməyə  əsas  kimi  dünya 

əhalisinin çox böyük sürətlə artmasıdır. 

Dünyada insanların sayı son 50-60 ildə sürətlə artmışdır. Əhalinin 

ikiqat artımı indi çox qısa müddətdə 35-40 ilə baş verir (müqayisə üçün 

yada salaq ki, birinci ikiqat artım 1500 ilə baş vermişdi). XXI əsrin ilk 

ilində dünya əhalisinin sayı 6,1 milyard təşkil edib (yada salaq ki, 1900-

cü  ildə  bu  rəqəm  cəmi  1,6,  1950-ci  ildə  2,5-ə,  1980-cı  ildə  isə  4,4-ə 

bərabər idi). 


 

 

316 



Əhalinin  bu  cür  artımı  və  onun  iqtisadi  inkişafa  təsiri  ətrafında 

müxtəlif  fikir  və  mülahizələr  mövcuddur.  Bir  qrup  alim  və 

mütəxəssislər  həmişə  o  fikirdə  olmuşlar  ki,  əhali  artımı  sosial  iqtisadi 

inkişafa  mənfi  təsir  edə  bilər.  Aclığın,  yoxsulluğun  səbəbini  də  onlar 

əhalinin sayı ilə əlaqələndirməyə səy göstərmişlər və bu fikri müəyyən 

dövrdə cəmiyyətin şüuruna yeridə bilmişlər. Bu cür fikirləşən şəxslərin 

nümayəndəsi  1766-  1834-cü  illərdə  yaşamış  ingilis  ruhanisi  və 

iqtisadçısı T.Maltus idi. O özünün ilk əsərlərində əhali ilə təbii resursları 

bir-

birinə qarşı qoyurdu. Qeyd edirdi ki, əhali artımının meyli həndəsi 



silsilə üzrə, ərzağın artma meyli isə hesabi silsilə üzrə baş verir. Lakin 

1934-


cü  ildə  bu  günə  qədər  keçən  müddət  T.Maltusun  nəzəriyyəsini 

təsdiq  etmədi  və  keçən  əsrin  ikinci  yarısında  elmdə  və  texnikada  əldə 

edilən  nailiyyətlər  və  bu  cür  nailiyyətlərin  istehsala  geniş  miqyasda 

(xüsusən  də  kənd  təsərrüfatı  istehsalında)  tətbiqi imkan verdi ki, 

əhalinin yüksək artımı müqabilində ondan da yüksək artım sürəti ərzaq 

istehsalı sahəsində əldə edilsin. Məhz bu artım dünya əhalisini aclıqdan 

qurtara bildi. 

Digər qrup alim və mütəxəssislər isə (bunlar çoxluq təşkil edirlər) 

əksinə  əhalinin  sayca  çoxalmasını  sosial-iqtisadi  inkişafın  əsas 

funksiyası hesab edirlər. Bu qrupun əsas nüma-yəndəsi A.Smit idi. O, 

hesab  edirdi  ki,  əhali  artımı  iqtisadi  inkişafı  sürətləndirə  biər.  İlk 

növbədə  ona  görə  ki,  əhali  artımı  yeniliklərin  istehsala  tətbiqini 

sürətləndirir.  Varlanmaq  ailədə  uşaqların  sayının  artırılmasına  meyli 

gücləndirə bilər. Lakin digər tərəfdən məlumdur ki, əksinə inkişaf etmiş 

ölkələrdə ailələr kiçik olur, uşaqların sayı orta hesabla 2-3 nəfəri ötmür. 

 

Kasıb ailələr isə əksinə çoxuşaqlılığa meyl göstərirlər və onlarda 



ölümün  səviyyəsi  də  yüksək  olur.Əhalinin  sayca  artması  yaşayışı 

pislətmir. A.Smit göstərirdi ki, vaxt geçdikcə ərzaq mallarının qiyməti 

aşağı düşür. Sonralar A.Smitin müddəaları doğru çıxdı və məsələyə bu 

cür yanaşma daha da gücləndi. 1980-cı illərdə isə dövlət sənədlərində, 

elmi konfranslarda daha da möhkəmləndi. Məsələn, 1986-cı ildə ABŞ-

ın  Milli  Elmlər  Akademiyasının  məruzəsində  göstərilirdi  ki,  əhali 



 

 

317 



artımının  iqtisadi  inkişafa  təsiri  kompleks  xarakter  daşıyır.  İşsizlik, 

aclıq, cəhalət, kasıblıq kimi xoşagəlməz halları təkcə insan artımı yox, 

bir  sıra  digər  faktorlar  meydana  gətirir.  Əhali  və  resurslar  mühüm 

dəyişən  kəmiyyətdirlər  və  vaxt  keçdikcə  onların  də-yişməsi, 

iqtisadiyyata  təsir  göstərməsi  müxtəlif  ola  bilər.  Əhalinin  artması 

nəticəsində cəmiyyətin artan xərcləri, insanların əməyini düzgün təşkil 

etməklə  kompensasiya  etmək  mümkündür.  Yəni  hər  bir  əmək 

qabiliyyətli insan üçün dövlət münasib şərait yaratmış olarsa o, heç vaxt 

cəmiyyətə borclu qalmaz. Hər şey insan resurslarına olan münasibətdən 

asılıdır.  Bunu  iqtisadi  inkişafın  insan  amili  adlandırmaq  olar.  Əgər 

insana  ancaq  istehlakçı  kimi  baxılarsa  onda  Maltus  və  onun 

nəzəriyyəsinin  yeni təmsilçiləri müəyyən dərəcədə haqlı ola bilərdilər. 

Lakin həqiqətdə belə deyil.  İnsan həmişə  yaradıcılığı sevən canlı olub 

və  bu  gün  bizə  məlum  olan  elmi-texniki  möcüzələrin  hamısını  insan 

yaradıb və bundan sonra da yaradacaq. Bunun üçün yalnız bir şey tələb 

olunur: 


insanların əməyi, yaradıcı fəaliyyəti kənd, qəsəbə, rayon, şəhər, 

ölkə  və  dünya  miqyasında  düzgün  təşkil  edilməli  və 

istiqamətləndirilməlidir.  Bunun  üçün  ölkələrdə  insana  hörmət  edən, 

onun qayğısına qalmaq naminə korrupsiyadan əl çəkən sosial yönümlü 

siyasət yeridən dövlətin formalaşması tələb olunur. Xalqını sevən dövlət 

üstəgəl  müasir  və  demokratik  ictimai  istehsal  və  elmi-texniki  tərəqqi 

bütün sosial-

iqtisadi məsələləri optimal səviyyədə həll etmək iqtidarında 

ola bilər. Son 15-20 ildə dünya təcrübəsi artıq bunu sübut etmişdir. Bu 

gün ÜDM ilə əhali artımı arasındakı nisbət yüksək həyat tərzi və insan 

kapitalına  investisiya  qoyuluşu  arasında  seçim  kimi  çıxış  edir.  Dünya 

əhalisi sürətlə artır, lakin dünya miqyasında ərzaq məhsulları bundan da 

sürətlə artır. Aclıq isə insan resurslarından istifadənin əhəmiyyətini başa 

düşməyən,  korrupsiya  və  rüşvətxorluğa  qurşanan  ölkələrdə  müşahidə 

olunur. 

Ümumiyyətlə götürdükdə dünya iqtisadiyyatı ilə məşğul olan alim 

və tədqiqatçıların çoxunun və ümumdünya ictimai təşkilatlarının gəldiyi 

qənaət bundan ibarətdir ki, əgər ölkələrdə iqtisadi və sosial dəyişikliklər 



 

 

318 



vaxtında həyata keçirilərsə, əgər elmi və texniki tərəqqi təmin edilirsə, 

hökumətlər sosial yönümlü siyasət həyata keçirib, ölkədə korrupsiyaya 

qarşı  mübarizə  aparılırsa,  əhali  artımı  təhlükəli  bir  problemə  çevrilə 

bilməz. İnsan resurslarına yönəldilən kapital xərclərinin, digər resurslara 

yönəldilən  kapitaldan  daha  səmərəli  olması  da  dünya  təcrübəsində 

təsdiq  edilmişdir.  İnkişaf  etmiş  ölkələrin  əldə  etdikləri  nailiyyətlərinin 

çoxu, bu ölkələrdə insan resurslarına olan diqqət və hörmətlə bağlıdır. 

İşçi  qüvvəsinin  məhsuldar  potensialı,  işçinin  psixoloji,  fiziki 

keyfiyyətləri  və  səhhəti  ilə  yanaşı  onun  həyat  şəraitindən  asılı  olan 

ümumi  və  xüsusi  savadını,  istehsal  təcrübəsini,  mədəni  inkişaf 

səviyyəsini  də      özündə  cəmləşdirir.  İşçi  qüvvəsinin  bütün  bu  cür  və 

digər  mühüm  xüsusiyyətləri    dünya  təsərrüfatının  yarımsistemlərində 

ayrı-ayrı  ölkələrdə  baş  verən  sosial,  iqtisadi,  mənəvi,  psixoloji,  siyasi 

proseslərdən bilavasitə asılı olur. Bütün bu xüsusiyyətlərin əsasında isə 

insanın  əmək  qabiliyyətini  təyin  edən  fiziki  keyfiyyəti  durur.  Bu 

keyfiyyətlərin  meydana  gəlib  səmərə  verməsi  isə  dövlətdən  asılı  olur. 

Vaxtı ilə  K.Marksın “İqtisadi inkişafın hərəkətverci qüvvəsi maşın və 

mexanizmlər  deyil,  insanlardır”  ideyası  bu  gün  tamamilə  özünü 

doğrultmuşdur. Amerika iqtisadçısı E.Denisonun hesablamalarına  görə 

ÜDM  artımının  16%  işçi  qüvvəsinin  təhsilinin  yüksəldilməsi,  34% 

texniki  yeniliklər  və  “nou-hau”ların  istehsala  tətbiqi  nəticəsində  əldə 

edilir. (bu da insanın təhsili və bacarığı ilə əlaqədardır). Deməli, insan 

amili məhsul artımının 50%-ini təmin edə bilir. E.Denison göstərir ki, 

maşın  və  mexanizmlərin  kənardan  alınıb  istehsala  tətbiqi  isə  ÜDM 

artımının cəmi 12%-ni təmin edə bilir. 

İnsan  resurslarına  yaxşı  münasibət  sonda  daha  çox  adamın  işlə 

təmin  edilməsinə,  onların  dünyagörüşünün  yaxşılaşmasına,  biliyin 

çoxalmasına  və  bunların  nəticəsi  kimi  əmək  məhsuldarlığının 

yüksəldilməsinə,  cəmiyyətin  gəlirlərinin  artmasına  səbəb  olur.  Keçən 

əsrin 80-ci illərində aparılan hesablamalar sübut etdi ki, işçi qüvvəsinin 

təhsili  bir  il  artdıqda  bu  ÜDM-nın  3%  artmasına  səbəb  ola  bilir. 

İnkişafda  olan  ölkələrdə  isə  işçi  qüvvəsinin  biliyi  ilə  ÜDM-nın  artımı 



 

 

319 



arasında  daha  sıx  əlaqə  müşahidə  olunmuşdur.  Buna  görə  də  insan 

resurslarına dövlət tərəfindən  olan münasibət həmişə sağlam olmalıdır. 



 

§2. İnsan amili və sosial-iqtisadi inkişafda onun rolu 

 

Dünya    iqtisadiyyatı  ayrı-ayrı  ölkələrin  iqtisadiyyatından 

formalaşdığına  görə  ölkələrin  iqtisadiyyatına,  ayrı-ayrı  regionların 

iqtisadiyyatına,  onların  daxili  imkanlarına,  əldə  etdikləri  nailiyyətlərin 

səbəblərinə  diqqət  artırılır.  Təhlil  göstərir  ki,  insan  resurslarına  ciddi 

fikir  verən  ölkələr,  bir  qayda  olaraq  inkişaf  səviyyələrinə  görə  digər 

ölkələrdən  daha  üstün  olurlar.  İnsan  resurslarından  səmərəli  istifadə 

etmək yolu ilə öz iqtisadiyyatlarını yüksək inkişaf səviyyəsinə çatdıran 

ölkələr  çoxdur.  İlk  növbədə  bu  ölkələr  sırasına  Yaponiya,  Almaniya, 

ABŞ, Avropa ölkələri və s. daxildir. 

İnsan resurslarına ciddi fikir verməyən, ona inkişafın mühüm bir 

amili kimi 

yanaşmayan ölkələr isə əksinə əsrlərlə geri qalıblar, indi də 

inkişaf  etmiş  ölkələrdən  dəfələrlə  geri  qalmaqda  davam  edirlər.  Belə 

ölkələrə  ilk  növbədə  həddindən  çox  təbii  resursları  olan  Rusiya 

Federasiyası,  digər  MDB  daxil  olan  ölkələrin  əksəriyyəti,  Afrikanın, 

Latın Amerikasının bir sıra dövlətləri və s. daxildir. 

İstehsalda insan resurslarından istifadəni ifadə etmək üçün “insan 

amili” məfhumundan istifadə edilir. Əslində dünya və cəmiyyət (ölkə) 

miqyasında  isə  insan  resurslarından,  müəssisələr  miqyasında insan 

amilindən istifadə edilməsi bir biri ilə əlaqədar olan vahid problemdir. 

İnsan  amili  dedikdə  konkret  bir  müəssisədə,  birlikdə,  şirkətdə 

çalışanlardan, «insan resursları» dedikdə ölkə əhalisinin tam tərkibindən 

səmərəli  istifadə edilməsi başa düşülür. 

İnsan  resurslarından  istifadə  etməyin  zəruriliyini,  səmərəliliyini 

ilk  dərk  edənlər  avropalılardır.  İkinci  dünya  müharibəsindən  sonra 

Almaniyanın əldə etdiyi müvəffəqiyyətlərin kökündə də insan və onun 

taleyi  dururdu.  İnsan  amilindən  istifadə  edən  Almaniyanın 

müvəffəqiyyətləri o qədər heyranedici idi ki, dünya iqtisadiyyatında onu 


 

 

320 



“Alman  möcüzəsi”  adlandırırdılar.  “Alman  möcüzəsi»nin  ideoloqu  və 

həyata  keçirəni  Münxen  Universitetinin  professoru  L.Herxard  idi. 

İqtisadiyyata aid əsərlərində və praktikada o, sosial bazar iqtisadiyyatını 

formalaşdırmaq məsələsini irəli sürdü və hökumətdən dəstək aldı. Onun 

konsepsiyasının  əsasında  insan  resursları  və  insan  haqqında  real 

təsəvvürlər  dururdu.  O,  həmvətənlərini  başa  salırdı  ki,  insanın 

cəmiyyətdə keyfiyyətli və məhsuldar işləməsi üçün onu stimullaşdırmaq 

lazımdır.    L.Herxarda  görə  insan  üçün  stimul  rolu  -  onun  yaxşı 

yaşamağa can atmasıdır. İnsan çalışır elə bir qərar qəbul etsin ki, sonra 

bu qərar onun özünə və ailəsinə xeyir gətirə bilsin. İnsanın əldə etdiyi 

nailiyyətin  səviyyəsi  çıxarılan  qərarların  son  nəticələrinin  aydınlıq 

dərəcəsindən  asılı  olur.  Son  nəticə  insana  güzgüdəki  kimi  aydın 

görünən, onun həyat tərzinə müsbət təsir göstərən olduqca o daha çox 

müsbət nailiyyətlər əldə edir. Bunun üçün insan azad olmalıdır. 

İnsan  amilinin  gücü  bu  amilin  kütləviləşdiyi,  bütün  cəmiyyəti 

əhatə etdiyi zaman ağlagəlməz dərəcədə artır. Nəticədə sosial gərginlik 

azalır və yaxud da tam aradan qalxır. Ölkənin idarə edilməsi sadələşir, 

asanlaşır,  idarəetmə  xərcləri  azalır.  Bürokratik  üsul  və  stillər  iqtisadi 

üsul və yanaşmalarla əvəz olunur. 

Bizim  respublikamız  keçid  iqtisadiyyatlı  dövlətlərdəndir. 

Gələcəkdə,  keçid  dövrü  başa  çatdıqdan  sonra  hansı  nailiyyətlər  əldə 

ediləcəyi  dövlətin  insan  amilinə  olan  münasibətindən  birbaşa  asılı 

olacaqdır.  Bunu  nəzərə  alaraq  oxuculara    bu  haq-da  bir  az  geniş 

məlumat verməyi məqsədyönlü hesab etdik. 

İnsan  amili...  bu  iqtisadiyyatı  yüksəltmək,  onu  sağlamlaşdırmaq, 

sosial məsələlərin həllinə yönəltmək üçün çox böyük bir vasitədir. Bir 

çox sosial-

iqtisadi  məsələlərin  həllində  insan  amili  bəlkə  də  haradasa 

istehsala,  onun  səmərəliliyinə  elmi-texniki  tərəqqidən  də  güclü  təsir 

göstərir.  Axı,  elmi  də,  texnikanı  da,  istehsalı  da  insanlar  yaradırlar  və 

idarə  edirlər.  Əgər  son  nəticədə  insanlar  onlardan  lazımi  səviyyədə 

faydalan


mırlarsa və bu mənfi hal uzun müdət davam edirsə, insan özü 

 

 

321 



texnikanın  gələcək  inkişafı  üçün  əngələ  çevrilir.  Belə  olmaması  üçün 

insan öz əməyinin bəhrəsini açıq-aydın görməlidir. 

Bazar  iqtisadiyyatının  bərqərar  olmasında  və  onunla    bağlı 

ümidlərin  həyata  keçirilməsində  insan  amilindən  bacarıqla  istifadə 

olunmalıdır. Məhz buna görə də bu amildən istifadə edilməsi yollarını 

dərindən bilmək lazımdır.  İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, 

insan  amilindən  istifadə  edilməsi  üçün  iki  mühüm  şərtə  əməl 

olunmalıdır. 

Birinci şərt adamın, yaxud da adi bir vətəndaşın cəmiyyətdə yaxşı 

yaşamasını  təmin  etməklə  əlaqədardır  və  insanların  özlərindən 

bilavasitə asılı deyildir. Bu şərtə əməl olunması dövlət başçılarından və 

onların  həyata  keçirdikləri  siyasətdən  asılıdır.  Birinci  şərtdən  asılı 

olaraq  ikinci  şərt  meydana  gəlir.  Lakin  buna  baxmayaraq  ikinci  şərt 

əsasən  insanların  özləri  ilə  bağıdır.  İnsan  daim  özü-özünü  tənqid  və 

“tərbiyə” etməyi bacarmalı, bazar qanunlarını daim öyrənməli, ən çətin 

vəziyyətlərdə belə özünü itirmədən çıxış  yolu tapmalıdır. O bilməlidir 

ki, son nəticədə insanın həyatında baş verən yaxşı və pis hadisələrin bir 

nömrəli  səbəbkarı  özüdür.  İstehsal  etdi-yin  məhsul  istehlakçıları  qane 

etmirsə,  heç  kəsi  günahlandırmaq  lazım  deyil.  Bu  asan  yoldur,  çətin, 

lakin  müvəffəqiyyət  gətirən  yol  günahı  özündə  görməkdir.  Məsələn, 

deyək ki, əgər hər hansı  bir şəxs və yaxud kollektiv məhsulu istehsal 

etməzdən əvvəl müəyyən səviyyədə təhlil-tədqiqat işi aparsa idi, tələb 

və  təklifi  öyrənsə  idi,  məhsul  şübhəsiz  ki,  alıcıların  zövqünə,  maddi 

vəziyyətlərinə  uyğun  istehsal  edilərdi.  Sahibkar  böyük  dünyagörüşə, 

zəkaya,  işgüzarlığa  malik  bir  şəxs  olmalıdır.  Bu  cəhətlərə  malik  olan 

şəxs  isə  cəmiyyətdə  digərlərinə  nisbətən  yaxşı  yaşamalıdır.  Deməli, 

bazar  iqtisadiyyatı  şəraitində  insan  amilindən  istifadə  edilməsi 

məsələsinin həlli dövlətdən və insanların özündən  asılıdır. Lakin burada 

həlledici  rol  oynayan  subyekt  dövlətdir.  Dövlət  rəhbərləri  insan 

amilindən  istifadə  edilməsində  həlledici  rol    oynaya  bilərlər.  Bunun 

üçün ilk növbədə, dövlət xüsusi təsiredici mexanizm  yaratmalıdır.  Elə 

mexanizm ki, insanların sosial-psixoloji vəziyyətləri mütərəqqi dəyişsin. 



 

 

322 



İnsan  amilindən  istifadə  edilməsindən  danışarkən  bir  mühüm 

cəhəti  nəzərə  almaq  lazımdır.  Məsələ  burasındadır  ki,  insan  amilini 

donmuş,  fəaliyyətsiz  hesab  etmək  olmaz.  O,  daim  fəaliyyətdədir  və 

cəmiyyətdə  gedən  bütün  proseslərə  təsir  göstərir.  Bir  proses  kimi  bu 

təsiretmə obyektiv xarakter daşıyır. Rəhbərlər və yaxud da hər hansı bir 

digər şəxsiyyət bu təsiretmənin qarşısını ala bilməz. Dövlət bu prosesi 

idarə  etməlidir,  işgüzar  sahibkarlar  ordusunun  formalaşdırılması 

qayğısına qalmalıdır. 

Lakin  nəzərə  alınmalıdır  ki,  insan  amilinin  bazar  iqtisadiyyatına 

təsiri həm mənfi və həm də müsbət ola bilər. Bu asılıdır onun düzgün 

idarə olunub-olunmamasından, əgər insan amili dərindən başa düşülürsə 

və  təmənnasız  obyektiv  idarə  edilirsə,  onun  təsiri  iqtisadiyyatın 

sağlamlaşdırımasına  yönəldilirsə,  onda  insan  amili  də  cəmiyyətin 

tərəqqisinə  müsbət  təsir  göstərir.  Əks  halda  insan  amili  mənfi  amilə 

çevrilir. Məsələn, işçi və ya cəmiyyətin adi üzvü öz əməyinin bəhrəsini 

görmürsə,  o,  get-gedə  süstləşir  və  iş  zamanı  təşəbbüskarlıq  göstərib, 

daha  çox  iş  görmək  əvəzinə,  oturub  iş  vaxtının  qurtarmasını  gözləyir, 

çox zaman isə özünün bildiyi, bacardığı şəkildə ümumi işin gedişatına 

mane  olur  və  nəhayət,  belə  şəxs  səmərəli  iqtisadiyyat  üçün  əngələ 

çevrilir.  Təəssüflər  olsun  ki,  biz  belə  adamlarla  dünya  və  ölkələr 

miqyasında hər gün rastlaşırıq və belə adamlar içərimizdə hələ çoxluq 

təşkil edirlər. 

Bərabər  yaşamağa  can  atmaqdansa,  sahibkar  olmağa  can  atmaq 

lazımdır. Onda sən də yaxşı yaşayacaqsan. Təki sənin təşəbbüsün olsun 

və dövlət bu təşəbbüsü alqışlasın. Yenə də təkrar etməyə dəyər ki, insan 

amili cəmiyyətə, onun iqtisadiyyatına o zaman müsbət təsir göstərə bilər 

ki,  birincisi,  insan  özü  təşəbbüskar,  işgüzar,  yaradıcı,  çalışqan,  vaxtın 

qədrini  bilən  olsun,  ikincisi,  dövlət,  onun  orqanları,  müəssisə  və 

təşkilatların  rəhbərləri,  ailə  başçıları  bu  cür  əlamətləri  olan  şəxsləri 

qərəzsiz, yerliçilik, tanışbazlıq etmədən axtarıb tapsın, müvafiq işlərdə 

işləmək üçün yerləşdirsinlər, onları hər cür maddi və mənəvi cəhətdən 

stimullaşdırsınlar. 



 

 

323 



İndi hətta, dünya miqyasında az adam tapılar ki, Yaponiyanın əldə 

etdiyi sosial-

iqtisadi inkişafından, onun yüksək səviyyəyə çatmasından 

bixəbər olsun. Bunu hamı - fəhlə və qulluqçu da, həkim də, mühəndis 

də, alim də, siyasətçilər də, dövlət başçıları da yaxşı bilirlər. Lakin heç 

də hamı bilmir ki, əldə edilən sosial-iqtisadi müvəffəqiyyətlərin başlıca 

səbəbi  bu  ölkədə  insan  amilindən  bacarıqla  və  hərtərəfli  istifadə 

edilməsidir.  Bu  heç  də  bu  gün  baş  verməmişdir.  Yaponiya  hökuməti 

əsrlər  boyudur  ki,  insana  hörmətlə  yanaşır,  insan  amilindən  istifadə 

prosesini  insani  cəhətlərin  inkişafına  yönəldir.  İnsanda  ola  bilən  pis, 

cəmiyyətə zidd hərəkətlərin azalması qayğısına qalır. 

Yaponiya  haqqında  ətraflı  danışmaq  istəmirik,  ona  görə  ki,  bu 

haqda  çox  yazılıb  (təəssüf  ki,  yazıların  əksəriyyəti  rus  və  başqa 

dillərdədir).  Təkrar  da  olsa  biz  yalnız  bazar  iqtsiadiyyatı  üçün  çox 

dəyərli  olan  bəzi  ştrixləri  göstərməyi  məqsədəuyğun  hesab  edirik. 

Yaponiya hökuməti elə bir ictimai, siyasi, iqtisadi cəhətdən azad mühit 

yaratmağa  nail  olmuşdur  ki,  insan  amili  istehsalın  səmərəliliyinin  

başlıca  səbəbinə  çevrilmişdir.    Mütəxəssislər  Yaponiyanı  iri  və  çox 

mehriban, bir-

birinə  hər  cür  kömək  göstərməyə  hazır  olan  böyük  bir 

ailəyə  bənzədirlər.  Burada  öz  üzərində  gərgin  işləməyi  sevən,  işə 

yaradıcı  münasibət  bəsləyən,  təvazökar  olan,  elm  və  texnikanın  son 

nailiy

yətlərini  dərindən  öyrənən  və  istehsala  onları  inamla  tətbiq  edən 



hər  bir  kəsin  həyatın  ən  yüksək  zirvəsinə  qalxa  böilməsi  üçün  gözəl 

şərait  yaradılmışdır.  Əbəs  deyil  ki,  Yaponiyada  olan,  orada  işləyən, 

yapon adət və ənənələrini öyrənən mütəxəssislər burada hər bir şəxsin 

yüksəlməsi yolunu hərəkət edən eskalatora bənzədirlər. Bu bənzətmədə 

bir həqiqət vardır, həyat da eskalator kimi daim hərəkət edir. Onun da 

birinci - 

aşağı və sonunda ən yüksək pilləsi vardır. 

Yapon  yeniyetməsi,  gənc  mütəxəssisi  dövlətin  yaratdığı  sağlam 

mühit  nəticəsində  dərk  edir  ki,  yaradıcı  əməklə  məşğul  olarsa 

eskalatorun (həyatın, elmin, vəzifənin...) ən yüksək pilləsinə qalxa bilər. 

Bunun    üçün  əsas  şərt  insanın  özünün  işgüzar  olmasıdır.Təki  bu 


 

 

324 



işgüzarlıq  dövləti,  rayonları,  müəssisələri  idarə  edənlərin  nəzərindən 

qaçmasın, əksinə güclü qollarla stimullaşdırılsın.  

Əməyin    motivləşdirilməsi  bazar  iqtisadiyyatı  şəraitində  insan 

amilindən bacarıqla istifadə edilməsi üçün ən mühüm şərtdir. İstehsalın 

texniki,  texnoloji  səviyyəsi  yüksəldikcə  əməyin  və  əmək  haqqının 

təşkilində motivləşdirmə probleminin aktuallığı yüksəlir. İnsanlar nəyə 

çox  həvəs  göstərirlərsə,  dövlət  onları  o  işə  də  yönəltməlidir.  Nəyisə 

qadağan  etmək,  kiməsə  hökm  göstərmək  əmək  məhsuldarlığı 

qazanmağa heç vaxt imkan verməyib, verməyəcək də. Bunu birdəfəlik 

başa düşən Qərb ölkələri çoxdan insanlara azad fəaliyyət bəxş etmişlər. 

Lakin  onlar  heç  bir  fəaliyyətin  gizli  qalmasını  istəmirlər.  Əksinə, 

mənfəət  əldə  etməyə  imkan  verən  insan  fəaliyyətinin  bütün 

rəngarəngliklərinə hörmətlə yanaşırlar, bu fəaliyyətlə məşğul olan şəxsi 

başa düşməyə çalışırlar və başa da düşürlər. 

Münasib  tədbirlər  həyata  keçirməklə,  ayrı-ayrı  şəxslərin  fərdi 

əmək fəaliyyətinin cəmiyyətə göstərə biləcək mənfi təsirini azaltmağa, 

sonralar isə tam aradan qaldırmağa və müsbət təsirini isə əksinə daha da 

gücləndirməyə  nail  olmaq  lazımdır.  Bu  çox  da  asan  iş  deyil.  Lakin 

dövlət  bu  məsələni  həll  etməyə  biganəlik  göstərməməlidir.  Necə 

deyərlər,  həyatda  xırda  şey  olmur.  Hər  şeyə,  hadisəyə,  əlamətə, 

davranışa  ciddi  fikir  vermək  insan  amilindən  istifadə  olunması  üçün 

əsas şərtlərdən biridir. 

İnsan  amilindən  dövlət  bacarıqla  istifadə  etməlidir.  Bu  sahədə 

nəzərdə  tutulan  və  həyata  keçirilən  tədbirlərin  içərisində  insana  yaxşı 

işləmək bacarığı öyrətməyə yönəldilən tədbirlər mühüm əhəmiyyət kəsb 

edir.  Yaxşı  və  keyfiyyətli  işləmək  vərdişləri...  Bu  vərdiş  fəhlədə, 

nazirdə,  dövlətin  başçısında  da  olmalıdır.  Ədalətli,  sağlam  cəmiyyətə 

yol, bu cəmiyyətdə ömür sürən hər bir kəsin öz işinə yaradıcı münasibət 

bəsləməsi  və  keyfiyyətli  işləmək  vərdişini  əldə  etmək  yolundan  keçir. 

Amerikada, Almaniyada, İngiltərədə və digər qabaqcıl Qərb ölkələrində 

bu sahədə böyük müvəffəqiyyətlər qazanılmasına baxmayaraq, istehsalı 

idarə  edənlər  bu  problem  üzrə  işləməkdə  davam  edirlər.  Onların 



 

 

325 



hamsının  fikrinə  görə  Amerika,  ingilis,  alman  fəhlə  və  qulluqçuları 

keyfiyyətli  işləmək  bacarığın  hələ  də  yapon  fəhlə  və  qulluqçularına 

çatmamışlar. 

Yaponiyanın müvəffəqiyyəti əslində yapon fəhləsinin, mühəndisi-

nin,  dövlət  işçisinin  keyfiyyətli  işinin  nəticəsidir. Sosial bazar iqti-

sadiyyatının  formalaşmasını  bunsuz  əldə  etmək  qeyri-mümkündür. 

Burada  dövlətin  rolu  böyükdür.  O,  birinci  növbədə,  özünün  misalında  

bu

nu xalqa göstərməlidir. Xalq hər şeyi görür.  Hər kəs dərindən bilmə-



lidir:  hansı  hərəkətinə  görə  o,  dövlətdən  cəza,  hansı  hərəkətinə  görə 

mükafat  ala  bilər.  Deməli,  dövlət  sosial  bazar    iqtisadiyyatına  uyğun 

insan  tərbiyə edilməsinə daim ciddi fikir verməlidir. Axı, cəmiyyətdə 

hər şeyi insanlar görürlər. Çox zaman insanlar, daha doğrusu, əllərində 

imkan olan bir qrup insanlar həyata keçirdikləri siyasətin cəmiyyət və 

hətta  onların  özləri  üçün  sonralar  nə  ilə  nəticələnəcəyini  həmin  anda 

başa düşmürlər, dərk edə bilmirlər. Ölkəni idarə edənlər isə bunu dərhal 

görməlidirlər. İnsanların fəaliyyəti onlar tərəfindən idarə edilməli və son 

nəticədə sağlam iqtisadiyyatın bərqərar olmasına yönəldilməlidir. 

Hər  bir  insanın  arzusu  yaxşı  dolanmaq,  xoşbəxt  həyat 

keçirməkdir.  Lakin  dövlət  imkan  verməməlidir  ki,  bir  şəxsin,  bir 

kollektivin  yaxşı  yaşaması  hesabına  ölkənin  iqtisadiyyatı  xəstələnsin, 

insanlarda mənfi psixologiya formalaşsın. Hər bir kəs öz işini sevməli, 

onunla fəxr etməlidir, ancaq bu nə vaxt ola bilər? O zaman ki, əməkçi  

öz  əməyinin  bəhrəsini  görsün.      Əgər  cəmiyyətin  hər  hansı  bir  üzvü 

varlanmağın  mənbəyini  gərgin  əməkdə  görə  bilmirsə,  onda  sağlam 

psixologiyadan danışmağa dəyməz. 

Asan yolla varlanmaq istəyən şəxslərin, cəmiyyət üzvlərinin sayı 

artdıqca,  cəmiyyətin  iqtisadiyyatı  da  getdikcə  daha  çox  pis  vəziyyətə 

düçar  olur.  Buna  görə  də  dövlət  öz-özünü  iflic  etməmək    üçün 

insanlarda  işgüzarlığın,  keyfiyyətli  və  yaradıcılıqla  işləmək  vərdişinin 

daim  aşılanması  qeydinə  qalmalıdır.  İnsan  amilindən  istifadə 

olunmasına  münasibət  və  bu  məsələnin  həlli  yolları  sahəsində  inkişaf 

etmiş  ölkələrin  böyük  təcrübəsi  vardır.  Məsələn,  ABŞ-da insan 



 

 

326 



amilindən istifadə edilməsinin yeni yolları araşdırılıb tapılır. Son illərdə 

burada  əmə-yin  təşkilinin  və  stimullaşdırılmasının,  yəni  nəzəri  və 

praktiki  məsələləri  meydana  gəlmiş  və  konkret  istehsallarda  istifadə 

olunmağa başlanılmışdır. Söhbət əslində insan amilindən yeni üsullarla 

istifadə edilməsindən gedir. Burada insan amili əməyin düzgün, konkret 

istehsal  şəraitinə  uyğun  şəkildə  təşkil  edilməsi  və  stimullaşdırılması 

mexanizmi vasitəsilə reallaşdırılır. 

Əməyin  düzgün  təşkili  və  stimullaşdırılması  insan  amilindən 

istifadə  olunmasında  ən  mühüm  yer  tutur.  İstehsalın  texniki  səviyyəsi 

yüksəldikcə,  kompüterləşmə  inkişaf  etdikcə  bu  problemin  aktuallıq 

dərəcəsi  də  artır.  Eyni  zamanda  yüksək  texniki  səviyyəyə  malik 

istehsalın  özü  insan  amilindən  daha  düzgün  istifadə  olunmasını  tələb 

edir. Bazar iqtisadiyyatı şəraitində işçi funksiyasının planlaşdırılması və 

müxtəlif şəklə salınması variasiyası böyük əhəmiyyət kəsb edir. Əməyin 

funksiyasının  planlaşdırılması  və  variasiyası  işçinin  ixtisas  və  savadı 

nəzərə  alınmaqla  həyata  keçirilməlidir.  Bu  da  əməyin  dəqiq 

motivləşdirilməsini tələb edir. 

Hər  bir  insanın  daha  məhsuldar  işləməsi  üçün  iki  mühüm  şərt 

vacibdir.  Birincisi,  istehsalın  texnologiyasına  uyuğn  olaraq  işçinin 

əməyinə sərt şəkildə nəzarət edilməsidir. İşçi bu nəzarətin altında çalışır 

və əgər nəzarət zəif olarsa, onun öz funksiyasını lazımi səviyyədə yerinə 

yetirməməsi ehtimalı meydana gəlir. Bu ehtimalı azaltmaq üçün əməyin 

motviləşdirilməsindən  istifadə  etmək  lazımdır.  Onu  da  qeyd  etmək 

lazımdır  ki,  əməyin  motivləşdirilməsinin  real  şəkildə  mənası  işçinin 

ancaq  özünəməxsus  avtonomiyası  (tam  istehsal  prosesinə  nisbətən) 

olanda  vardır.  Deməli,  əməyin  motivləşdirilməsi  üçün  əsasən    onun 

avtonomlaşdırılması  qeydinə  qalmaq  lazımdır.  Bu  isə  öz  növbəsində 

istehsalın texniki səviyyəsinin yüksəldilməsini, onun kompüterləşməsini 

tələb  edir.  Yeni  texnika  və  texnolo-giya  çox  hallarda  işçinin  istehsal 

avtonomiyasını yüksəldir. Onu idarə etməyə cəlb edir. O,  müəssisəni öz 

işçi  çərçivəsində  idarə  etməyə  başlayır.  Belə  işçiyə  heç  bir  bürokratik 

nəzarət  lazım  deyil.  O,  öz  funksiyasını  yaxşı  bilir,  öz  işini  özü  idarə 



 

 

327 



edir.  Əgər  lazım  gələrsə  istehsalın  idarə  olunmasında  fəallıq  göstərir, 

səmərəli istehsal mühitinin formalaşması qeydinə qalır və əgər işçilərin 

böyük  əksəriyyəti  bu  cür  hərəkət  edirsə,  onda  işlək,  məhsuldar  və 

sağlam istehsal orqanizmi formalaşır və məhsuldarlıq yüksəlir. 

Deməli,  bazar  iqtisadiyyatı  əməyin  motivləşdirilməsini  hökmən 

tələb  edir.  Elə  şərait  yaradılmalıdır  ki,  insan  özü  başa  düşsün  ki, 

götürülmüş  konkret  bir  işdə  o,  özünə,  işlədiyi  müəssisəyə, 

respublikasına lazımi faydanı verə bilər, ya yox. Ancaq belə olan tərzdə 

hazırda  dövlətlərdə  işə  və  xüsusən  vəzifəyə  olan  münasibətimiz 

yaxşılaşar, biganəlikdən yaxa qurtarmaq olar. Bu biganəliyin mahiyyəti 

ondadır  ki,  hamı  işləmək  və  xüsusən  vəzifədə  işləmək,  çox  pul 

qazanmaq  istəyir,  öz  bilik  və  bacarıqları  haqqında  isə  düşünən  çox 

azdır.    Çox  zaman  gözüyumulu  bir  işin,  vəzifənin  dalınca  qaçan 

cəmiyyət üzvü nəticədə həm özünə və həm də dövlətinə ziyan vurmuş 

olur. Dövlət bunun qarşısını almalıdır. 

Hər kəsin vəzifə tutmağa can  atması cəmiyyətdə  yaranan sosial-

psixoloji  və  sosial-mənəvi  mühitlə  bağlı  olur  və  əməyin 

motivləşdirilməməsinin  nəticəsidir.  Bir  də  ona  görədir  ki,  insanlar 

f

iravan  həyata  keçirməyi  vəzifə  tutmaqda  görürlər.  Çünki  hamı  yaxşı 



görür  ki,  qonşusu  vəzifə  alandan  sonra  varlanıb.  Bazar  iqtisadiyyatı 

şəraitində  bu  belə  olmamalıdır.  Vəzifələr  xalqa  keyfiyyətli  xidmət 

göstərməyi sevən, mənəviyyatca  təmiz olan şəxslərə tapşırılmalıdır. Biz 

demirik ki, bu şəxslər vəzifələrdə işləyib, kasıb yaşamalıdırlar. Sadəcə 

olaraq  dövlət  elə  bir  mühitin  formalaşması  qayğısına  qalmalıdır  ki, 

insanlar  vəzifədən  istifadə  edib  qanunsuz  varlanmaq  imkanı  əldə  edə 

bilməsinlər. Ona görə ki, vəzifəyə görə varlanmaq kütləvi şəkil alanda 

cəmiyyət sağalmayan xəstəliyə düçar olur. Zəif inkişaf etmiş ölkələrin 

iqtisadiyyatının  indiki  acınacaqlı  vəziyyətinin  səbəbi  də  elə  budur. 

Sosial  bazar  formalaşdırmaq  istəyən  dövlət  insanların  psixologiyasına 

təsir  etməli,  onu  bazar  iqtisadiyyatı  tələblərinə  uyğun  dəyişməlidir. 

Bunun üçün isə güclü dövlət proqramları tələb olunur. 



 

 

328 



Bazar iqtisadiyyatı şəraitində əməyin motivləşdirilməsi vasitəsilə 

insan  resurslarından  istifadəni  yaxşılaşdırmaq  olar.  Bunu  Qərb 

ölkələrinin  təcrübəsi  aydın  göstərir.  Məsələn,  Amerikanın  bir  sıra 

iqtisadçıları,  sosioloqları  və  psixoloqları  çoxdan  bu  sahədə  əməli  iş 

aparırlar  və  onlar  əməyin  təşkili  və  stimul-laşdırılması  sahəsində  tam 

yeni,  ənənəvi  olmayan  prinsiplərə  əsaslanan  konsepsiya  hazırlayırlar. 

Hazırda  Amerikanın  dövri  mətbuatında,  dərs  vəsaitlərində  geniş 

işlədilən  “Əmək  fəaliyyətinin  keyfiyyəti”,  “Əmək  məzmununun 

zənginləşdirilməsi”, “Əməyin humanizmləşdirilməsi”, “Zəhmətkeşlərin 

birgə səyi” nəzəriyyələri belə konsepsiyalardandır. Bu konsepsiyalarda 

qırmızı xətlə gözə çarpan cəhət prinsipcə tam yeni olan tezislərdir. Belə 

tezislərin  mahiyyəti  ondadır  ki,  konsepsiyanın  müəlliflərinin  fikrincə 

burada  əsas  məsələ  işçilərin  fəallığının  yüksəldilməsidir.  Fəhlə, 

mühəndis,  hüquqşünas,  sex  rəisi,  direktor,  ölkə  prezidenti,  istehsal  və 

sosial  cəhətdən  lazımi  səviyyədə  aktiv  olmalıdırlar,  Konsepsiya 

müəlliflərinin  fikrincə,    ancaq  belə  olan  halda  cəmiyyət  üzvləri  öz 

bacarıqlarından  tam  istifadə  etməyə  can  atıb  gərgin  və  səmərəli 

işləyirlər. 

Qeyd  etmək  lazımdır  ki,  əməyin  təşkili  və  stimullaşdırılmasına 

prinsipcə  yeni  münasibət  bəslənilməsi  və  buna  nail  olmaq  üçün  əmək 

motivlərindən istifadə edilməsi yalnız o zaman  istənilən səmərəni verə 

bilər  ki,  kadrların  seçilib  yerləşdirilməsi  obyektiv  prinsiplərə  görə 

aparılsın.  Əslində  əməyin  motivləşdirilməsi  kadrların  seçilib 

yerləşdirilməsindən  başlayır.  Elə  buna  görə  də  əməyin 

motivləşdirilməsindən  danışarkən  kadrların  seçilib  yerləşdirilməsi 

motivlərindən  də  danışmaq  lazımdır.  Niyə?  Ona  görə  ki,  kadrların 

seçilib  yerləşdirilməsi  dövlət  strukturunda  çalışan  insanların  əməyinin 

son  nəticəsidir.  Əgər  tornaçı  müəyyən  prosesi  (konkret  desək  yonma 

prosesini)  həyata  keçirməklə  işçi  cizgisinə  uyğun  maşın  hissəsini 

hazırlayırsa, dövlət strukturunda çalışan şəxs isə özünəməxsus proseslər 

həyata  keçirməklə  kadr  seçir  və  yerlərdə  işləməyə  göndərir.  Deməli, 

kadrların  seçilməsi  də,  tornaçının  hazırladığı  maşın  hissəsi  də  əmək 



 

 

329 



proseslərinin  nəticəsidir.  Hər  iki  halda  son  məhsul  (kadrın  seçilib 

yerləşdirilməsi  və  cizgiyə  uyğun  maşın  hissəsinin  hazırlanması) 

keyfiyyətli  olmalıdır.  Məsələyə  bu  cür  yanaşmağın  cəmiyyət  üçün 

böyük  əhəmiyyəti  vardır.  Əgər  biz  tornaçının  əməyinin 

motivləşdirilməsindən,  onun  əmək  məhsuldarlığından,  onun  nizam-

intizamından  danışırıqsa,  onda  kadrların  seçilib  yerləşdirilməsi  ilə 

məşğul  olan  şəxsin  (şəxslərin)  əməyi  haqqında  də  eyni  cür  danışmaq 

lazımdır. Kadrların seçilməsi və yerləşdirilməsi ilə məşğul olan şəxsin 

də əməyi motviləşdirilməli, məhsuldar və keyfiyyətli olmalıdır. 

Lakin həyatda heç də belə olmur. Fəhlənin (tornaçının) əməyinə 

qoyulan nəzarət rəhbər işçinin əməyinə qoyulan nəzarətdən üstün olur. 

Məsələn,  tornaçı  hissəni  işçi  cizgisinə  görə  hazırlasa  da,  onu  yığma 

sexinə verməzdən qabaq həm özü və həm də sexdə fəaliyyət  göstərən 

xüsusi  işçilər  -  nəzarətçilər  yoxlayırlar.  Ancaq  obyektiv  yoxlamadan 

keçən  detal  və  qovşaqlar  yığma  sexinə  verilir.  Bəs  kadrların  seçilib 

yerləşdirilməsi ilə məşğul olan şəxslərin əməyinə kim nəzarət edir? O, 

son məhsulunu hazırlayarkən (kadrı seçərkən) hansı “cizgidən” istifadə 

edir  və  onun  son  məhsulunun  -  seçilmiş  kadrın  keyfiyyətini  hansı 

nəzarətçi  yoxlayır? Və ən başlıcası da budur ki, tornaçı istehsal etdiyi 

(yonduğu) maşın hissələrinin kəmiyyət və keyfiyyəiinə görə əmək haqqı 

alır.  Kadrların  seçilib  yerləşdirilməsi  ilə  məşğul  olan  şəxslərin  aldığı 

əmək  haqqı  isə  onun  əməyinin  son  nəticəsindən  eyni  qayda  ilə  bağlı 

olmur.  Deməli,  onların  əməyi  də  motivləşdirilmir.  Bazar  iqtisadiyyatı, 

xüsusən  sosial  bazar  iqtisadiyyatı  şəraitində  isə  bu  cür  hala  yol 

ver

ilməməlidir.  Hansı  səviyyədə  vəzifə  tutmasından,  hansı  peşədə 



çalışmasından  asılı  olmayaraq  bütün  adamların  əmə-yinə  görə 

yaşamasını təmin etmək üçün onların  zəhmətləri motivləşdirilməlidir. 

Burada  həll  olunması  çətin  görünən  məsələ  kadrların  seçilib 

yerl


əşdirilməsi  ilə  məşğul  olan  şəxslərin  əməyinə  qiymət  verilməsi  və 

ona  nəzarət  edilməsi  məsələsidir.  Kadrları  seçib  yerləşdirən  şəxslərin 

(idarə  orqanlarının,  dövlət  strukturlarının)  əməyinə  qiymət  seçilən 

şəxsin müəyyən dövrdə, təyin edildiyi yerdə (sahədə) əldə etdiyi sosial-



 

 

330 



iqtisadi  nəticələrə  görə  verilməlidir.  Doğrudan  da  məsul  bir  vəzifəyə 

təyin  olunmuş  şəxs  əgər  düzgün    seçilibsə,  o,  təşəbbüskar,  işgüzar, 

mənəvi  cəhətdən  təmiz  olmalıdır.  Öz  vəzifəsini  dərindən  başa 

düşməlidir və məhz bu keyfiyyətlərinə görə də böyük müvəffəqiyyətlər 

əldə etməlidir. 

Bazar iqtisadiyyatı şəraitində əməyin səmərələşdirilməsi və insan 

amilinin  aktivləşdirilməsi  müxtəlif  yollarla  həyata  keçirilə  bilər.  Bu 

yollar  inkişaf  etmiş  ölkələrdə  çoxdan  məlum  olsa  da  inkişafda  olan 

ölk

ələrdə  hələ  aydınlaşdırılmayıb  və  onlardan  istifadə  olunma 



əhəmiyyətinə fikir verilmir. 

Əməyin səmərələşdirilməsi və insan amilinin aktivləşdirilməsində 

əsas  məqsəd  fərdi  əməyin  ictimai  xarakter  daşımasını  istehsal 

prosesində iştirak edən hər bir şəxsə başa salmaqdır. Hər bir fərdi şəxsin 

əməyi kollektiv əməyin səmərəlili-yinə və əksinə təsir göstərir.  Əməyin 

motivləşdirilməsi  elə  həyata  keçirilməlidir  ki,  hər  bir  şəxs  aydın  dərk 

etsin  ki,  onun  gəliri,  mədəni  inkişafı,  ümumi  həyat  səviyyəsinin 

yüksəlməsi  həm  özünün  fərdi  bacarığından  və  həm  də  işlədiyi 

kollektivin  və  yaşadığı  cəmiyyətin  (dövlətin)  tərəqqisindən  asılıdır. 

Deməli,  bu baxımdan ölkədə yaşayan hər bir şəxs bilməlidir ki, o, üç 

mənbədən faydalana bilər: öz fərdi əməyindən, işlədiyi kollektivin  əldə 

etdiyi  nəticələrdən  və  yaşadığı  ölkənin  müvəffəqiyyətindən.  Ancaq 

məsələ  belə  qoyulduğu  halda  dövlət  kollektivin  və  fərdinin  qayğısına 

qalmağa və əksinə, fərdilər və kollektivlər də dövətin qayğısına qalmağa 

səy  göstərəcəklər.  Bu  qarşılıqlı  münasibətlərin  daim  saxlanılması  və 

təkmilləşdirilməsi üçün bütün qüvvələr səfərbərliyə alınmalıdır. 

Aparılan  tədqiqat  işi  göstərdi  ki,  zəif  inkişaf  etmiş  ölkələrin 

əksəriyyətində  yaranmış  sosial-iqtisadi  və  mənəvi-psixoloji  mühitdə 

əhalinin əksəriyyəti özünü təklənmiş hiss edir. Bir qayda olaraq bu cür 

mənfi hissiyyat isə onunla nəticələnir ki, adamlar ancaq özləri haqqında 

daha  çox  fikirləşməli  olurlar.  İşlədiyi  kollektivin  və  yaşadığı  ərazinin 

müvəffəqiyyətləri  onu  heç  də  maraqlandırmır.  Bu  cür  psixologiya 

əməyin  motivləşdirilməsi  məsələsinin,  fərdi  və  kollektiv  maraqların 


 

 

331 



uyğunlaşdırılması məsələsinin düzgün qoyulmaması üzündən baş verir. 

Ümumiyyətlə  götürdükdə,  zəif  inkişaf  edən  ölkələrdə  yuxarıda 

göstərdiyimiz  insanın  faydalana  biləcəyi  üç  mənbədən  ancaq  biri, 

f

ərdinin öz bacarığı inkişaf etmiş ölkələrdə isə hər üç mənbə fəaliyyət 



göstərir. 

Deməli,  real  bazar  iqtisadiyyatını  formalaşdırmaq  üçün  növbəti 

mühüm məsələ fərdilərin maddi və mənəvi maraqlandırılmasının hər üç 

mənbəyindən bacarıqla istifadə edilməsinə nail olmaqdır. Hər bir ölkədə 

elə sosial-psixoloji mühit  yaradılmalıdır ki, burada hər bir fərd (və  ya 

iqtisadi  ərazi)  dövlətin,  dövlət  isə  hər  bir  fərdinin,  (iqtisadi  rayonun) 

qayğısını hiss edə bilsin. Dünyanın varlı ölkələri bu atributları çoxdan 

başa düşmüşlər. Elə onların varlı olmasının bir başlıca səbəbi də budur. 

Hələ  vaxtı  ilə  Adam  Smit  demişdir  ki,  insan  normal  şəkildə  öz 

tələbatlarını ödəməli və yaşamalıdır və əgər bu ona aldığı əmək haqqı 

ilə  müyəssər  olmursa,  o,  başqa  yollar  axtarmağa  məcbur  olur.  Ölkədə 

yaşayan  hər  bir  şəxs  əməyinin  nəticəsini  hiss  etməsə,  kollektivin  və 

dövlətin 

müvəffəqiyyətlərindən 

faydalanmasa, 

iqtisadiyyatın 

sağlamlaşdırılmasından söhbət gedə bilməz. Bəs bu problemi necə həll 

etməli? 


Son  onilliklərdə  bu  problem  inkişaf  etmiş  sənaye  ölkələrində 

müvəffəqiyyətlə  həll  olunur.  Bunun  üçün  müxtəlif  üsullardan  istfiadə 

edilir? İşçi kollektivlərində “keyfiyyət dərnəkləri” yaradılır, buna əsasən 

qrup  stimullaşdırılması  həyata  keçirilir.  Fəhlələrin  müəssisədə  əldə 

ediləcək  mənfəətin  formalaşmasına  cəlb  olunması  sistemindən  istifadə 

edilir. Fəhlələrin aksiyaları almağa cəlb olunması üsulu həyata keçirilir 

və  s.  Əldə  etdiyimiz  məlumatlara  görə  ABŞ-da  kompaniyaların  63 

faizində  kollektiv  stimullaşdırmaya  əsaslanan  “keyfiyyət  dərnəkləri” 

f

əaliyyət  göstərir,  70  faizində  fəhlələrin  mənfəətdə  iştirakının  təmin 



ounması  sistemindən  istifadə  edilir  və  83  faizində  isə  işçilərin  

aksiyalara sahib olması üsülunu  daha üstün sayırlar. Görünüdüyü kimi, 

ABŞ sahibkarları əməyin motivləşdirilməsi əsasında stimullaşdırılması 

məsələsini  müxtəlif  şəkildə  həll  etsə  də,  üsullardan  həm  ayrı-ayrı 



 

 

332 



şəkildə və həm də  bir neçə üsulun kombinasiyasından istifadə edirlər. 

Bundan başqa, inkişaf etmiş ölkələrdə dövlət miqyasında böyük sosial 

əhəmiyyətə  malik  proqramlar  işləyib  hazırlayırlar  və  həyata  keçirirlər. 

“İşçi  qüvvəsinin  peşə  cəhətdən  inkişaf  proqramı”,  “Zəhmətkeşlərin 

istehsalın idarə olunmasına cəlb edilməsi proqramı”, “Əmək prosesinin 

özünün  yenidən  qurulmasına  yönələn  proqramlar”,  “Əməyin  maddi 

stimullaşdırılmasının  yeni,  qeyri-ənənəvi  üsullarının  işlənib 

hazırlanmasına  və  istehsala  tətbiqini  nəzərdə  tutan  proqramlar”,  “İş 

vaxtının təşkilinin yeni formalarını sınaqdan keçirən proqramlar” və s. 

belə proqramlardandır. 



 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin