AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§5. QLOBAL  URBANİZASİYA PROBLEMİ



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə11/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   7   8   9   10   11   12   13   14   ...   30
§5. QLOBAL 

URBANİZASİYA PROBLEMİ 

5.1.Urbanizasiya bəşəriyyətin qlobal poblemləri    sistemində 

 

Urbanizasiya,  çox  sadə  yanaşdıqda  cəmiyyətin  inkişafında 



şəhərlərin  rolunun  yüksəldilməsi  prosesini  ifadə  etmək  üçün  işlədilən  

latın mənşəli sözdür (urbs - şohər deməkdir). Şəhərlər sayı artdıqca və 

ölçülərinə  görə  böyüdükcə  urbanizasiya  prosesi  güclənır  və  hətta 

qarşısıalınmaz  bir  prosesi  xatırladır.  Urbanizasiyanın  sürətlə  inkişaf 

etməsi    öz  əksini  şəhərlərdə  yaşayan  insanların  xüsusi  çəkisinin 

artmasında tapır. 

Müasir  dünya  getdikcə  daha  kəskin  şəkildə  urbanizasiyalaşır. 

Əslində  kənd  yerlərində  də  şəhər  yasayış  tərzləri  sirayət  etmə 



 

 

baslamışdır.  Deməli,  urbanizasiyanın  şaxələnməsi  ənənəvi  yolla 

şəhərlərin  sayının  və  ölçülərinin    artması  və  kənd  yerlərinin 

"şəhərsayağılaşması"  nəticəsində  daha  sürətlə  inkişaf  edir.  Məsələnin 

qloballığı  bir  də  ondadır  ki,  urbanizasiya  dünyanın  bütün  regionlarını 

əhatə  etməkdə  davam  edir  və  sanki  bu  qarşıalınma  bir  prosesə 

çevrilmişdir.  BMT  və  bir  sıra  region  və  dövlətlərin  xətti  ilə 

urbanizasiya prosesi haqqında çoxlu məlumatlar dərc оlunur. Göstərilir 

ki, XIX əsrin əvvəllərində dünya üzrə iri (əhalisi 100 min nəfərdən çox 

olan) şəhərlərin sayı 400-dən də az olubəsrin  ortaları bu rəqəm 1000-ə  

çatıb. İndi isə dünyada bu cür şəhərlərin sayı 2500-ü ötüb. 

Urbanizasiya  prosesi  çox  vaxt  şəhərlərin  sayının  cəmiyyətin 

bütün  fazalarında  onlann  rolunun  artması  kimi  edilir.  Lakin  iqtisadi 

baxımdan  məsələ  daha  qlobal  görünür.  Urbanizasiya  artıq  şəhər 

çərçivəsindən  çıxıb  iri  regionlarə  əhatə  etməyə  başlamışdır.  Dünya 

miqyasında çoxlu insanın məskunlaşdığı  regionlar meydana gəlmişdir 

ki, burada da bir qayda olaraq külli  

miqdarda emal obyektləri, sənaye 

kompleksləri cəmlənmiş nəticədə yer kürəsi səthinin qeyri-proporsional 

məskunlaşması  istehsalların  yerləşməsində  disproporsionallıqlar  baş 

vermişdir.  Belə  hal  bu  ərazilərdə  və  bütövlükdə  dünyada  ekoloji, 

demoqrafık 

 

və s. bu kimi problemlərin daha da kəskinləşməsinə gətirib 



çıxarır. 

    


Mütəxəssislərin  hesablamaları  göstərir  ki,  yer  kürəsinin  quru 

hissəsinin  cəmi  1%-ində  qərarlaşmış  şəhərlərdə  və  urbanizasiyalaşmış 

ərazilərdə  dünya  əhalisinin  50%-ə  qədəri  məskunlaşmışdır.  ÜDM-in 

4/5-


ü  onların  payına  düşür  və  eyni  zamanda  ekologiyanın 

çirklənməsinin də səbəbkarı yenə onlardır (atmosferin və ümumiyyətlə 

təbiətin çirklənməsinin 5/4-i belə zonaların payına düşür). 

Deməli,  urbanizasiya  nəticəsində  insanların  həddindən  çox  sıx 

formada cəmlənmiş ərazilərin və demək olar ki, heç kəsin  yaşamadığı 

ərazilərin  meydana  gəlməsi  baş  verir.  Bu  cür  kontrastlılığın  mənfi 

iqtisadi nəticələri çox yüksək olur. Belə hal əslində cəmiyyətin obyektiv 

iqtisadi qanuni olan "Ölkələrin və dünya təsərrüfatının  proporsional və 

bərabər ölçüdə inkişaf etdirilməsi" qanunun əleyhinə olan bir hal kimi 

qiymətləndirilməlidir. 

Obyektiv 

iqtisadi 

qanunların 

nəzərə 


alınmamasının  dünya  iqtisadiyyatına  vurduğu  iqtisadi  ziyanlar  isə 

tarixdən hamıya yaxşı məlumdur. 



 

 

Urbanizasiyanın və xüsusən kortəbii inkişaf edən urbanizasiyanın 

təsiri  altında  bir  tərəfdən  idarə  olunması  çətinləşən,  boşluq  şəklinə 

düşən  iri  şəhərlərin  yerləşdiyi  ərazilər,  digər  tərəfdən  boşalmış, 

səmərəsiz və yaxud tam istifadə olunmayan ərazilər meydana gəlir. Son 

illər  isə  transmilli  urbanizasiyalaşmış  zonalar  meydana  gəlmişdir.  Bu 

zonalar  ölkələrin  sərhədləri  qovşaqlarında  yaranır  və  əhalini  maqnit 

kimi  özünə  "çəkir".  Belə  zonalara  misal  olaraq  ABŞ  ilə  Kanadanın 

sərhəd  zolağındakı  ərazini,  AFR,  Fransa,  Hollandiya,  Belçika  ölkələri 

sərhədləri  yaxınlığında,  Yuqoslaviya  və  Macarıstan,  Bolqarıstan  və 

Rumıniya  vo  s.  ölkələrinin  sərhədyanı  zolaqlarında  yaranmış  zonaları 

göstərmək    olar.  Keçmişdə  insanların  ağlına  belə  gəlməyən  miqyasda 

şəhərlərin və areallann böyüməsi özü-özlüyündə urbanizasiya prosesinin 

nəticəsidir.  Lakin  hazırkı  dövrdə  yaranmış  iri  şəhərlərin  özləri 

urbanizasiya proseslərini sürətləndirən amilə çevrilmişidr. 

1900-cü ild

ə əhalisi daha çox olan şəhərlərin hamısı Avropada və 

Şimali  Amerikada  yerləşirdi.  XX  əsrin  sonunda  əhalisi  10  milyondan 

çox olan şəhərlər: Tokio, Nyu-York, Los-Anceles və s. daxil edilirdi və 

bunlar  sənaye  cəhətdən  inkişaf  etmiş  ölkələrdə  yerləşirdi.  Lakin 

proqnoz məlumatlarına görə dünyanın nəhəng şəhərlərinin sayı artmaqla 

yanaşı onların coğrafıyası da dəyişir. 

Məsələn,  ABŞ  mütəxəssislərinin  tədqiqatlarına  əsasən,  2020-ci 

ildə Bombey dünyanın ən çox əhalisi olan şəhər olacaq. Vaşinqtondakı 

Əhali İnstitutunda aparılan hesablamalara görə 20 ildən sonra Bombeyin 

əhalisi  28,5  milyona  çatacaq.  Tokionun    əhalisi  isə  2020-ci  ildə  27,3 

milyon  olacaq.  Dünyanın  ən  çox  əhalisi    olan  şəhərləri  arasında  Nyu-

York  və  Los-Anceles  birinci  onluqdan  sıxışdırılacaq,  onlann  yerini 

Dakkə və Karaçinin tutacaqları  gözlənilir. 

 


 

 

5.2.Urbanizasiyanın genezisi və onun əsas səbəbləri 

 

Dünya  miqyaslı  hadisə  kimi  qiymətləndirilən  urbanizasiya  öz 



başlanğıcını kiçik kapitalist şəhərlərinin meydana gəlməsindən götürür. 

Məhz kapitalizm inkişaf etdikcə şəhərlər dayanıqlı iqtisadi, sosial, siyasi 

və mədəni mərkəzlərə çevrilməklə yanaşı həm də ənənvi kəndlərə güclü 

təsir göstərən amilə çevrilməyə başladı. Buna görə də urbanizasiyanı bir 

proses  kimi  kapitalizmə  qədərki  dövrdə  yaranmış  şəhərlərlə 

əlaqələndirməklə,  onun  genezisini  izah  etmək  olmaz.  Bu  cəhətdən 

demək  olar  ki,  bir  nəzərə  çarpan  proses  kimi  urbanizasiya  öz 

başlanğıcını XVIII əsrdə götürmüş, XIX əsrin əvvəllərində isə dünyada 

baş  verən  və  insanların  diqqətini  özünə  cəlb  edən  bir  prosesə 

çevrilmişdir. Məhz XIX əsrin əvvəllərində nəhəng "Şəhər" ölkələri olan 

ABŞ,  İngiltərə,  Almaniya,  İtaliya,  Fransa  və  Yaponiya  kimi  ölkələr 

birlikdə  dünya  sənaye    məhsulunun  9/10-nu  istehsal  edirdilər.  Qlobal 

urbanizasiya  fəza  cəhətdən  inkişaf  edirdi  və  Qərbi  Avropa,  Şimali 

Amerika-


Avstraliya  və  Okeaniya,  Şərqi  Avropa  -  Latin  Amerikası  - 

Asiya-


Afrika istiqamətləri ilə bütün dünaya yayılırdı. Urbanizasiya özü-

özlüyündə  məhsuldar  qüvvələrin  inkişafına  təsir  etməsi  cəhətdən 

mütərəqqi bir proses idi 

Fəza  cəhətdən  urbanizasiyanın  inkişafında  apancı  rolu  ölkələrin 

sənaye  cəhətdən  inkişafı,  şəhərlərdə  sənayenin,  qeyri-kənd  təsərrüfatlı 

işlərin  və    əhalinin  təmərküzləşməsi,  kənd  təsərrüfatı  sahələrində  isə 

əmək  məhsuldarlığının  yüksəldilməsi  oynamışdır    və  indi  də 

oynamaqdadır.  Bunlardan  başqa,  urbanizasiya  prosesi  ilə  əhalinin  öz 

rifah 

һаlını  yaxşılaşdırmaq  istəyi,  mədəni  inkişafını  təmin  etmə  istəyi 



arasında  olan  əlaqəni  də  nəzərə  almaq  lazımdır.  Ümumi  şəkildə 

məsələyə  yanaşdıqda  isə  görərik  ki,  cəmiyyətin  artan  və  çoxsaylı 

tələbatlarının  ortaya  çıxması  və  bu  tələbatların  maksimum  ödənilməsi 

zərurəti  əhalinin  münasib  ərazilərdə  cəmlənməsini  ortaya  qoyur  vo 

urbanizasiya prosesinin fəzada yayılmasını dönməz edir. 

Dünya  miqyasında  urbanizasiyanın  sürətlənməsi  prosesini üç 

pilləyə  ayırmaq  olar.Birinci  və  yaxud  da  ilkin  pillədə  (XVIII-XIX 

əsrlər) proses əsasən lokal xarakter daşımış, Qərbi Avropanı və Şimalı 

Amerikanı əhatə etmişdir. Hələ bu lokal urbanizasiya döv-ründə şəhər 


 

 

əhalisinin xüsusi çəkisi 1800-cü ildoki 5,1%-dən, 1900-cü ildə 13,3%-ə 

çatdı.

 

İkinci pilləni planetar pillə adlandırmaq olar. Dövr cəhətdən XIX 



əsrin birinci  yarısını əhatə edir. Bu pillənin səciyyəvi xüsusiyyətlərinə 

şəhərlərin  sürətlə  böyüməsi,  şəhər  əhalisinin  əksər  regionlarında 

artması,  proscsin  dayanıqlı  və  irəliyə  doğru  gedən  şəkil  alması  və 

qloballaşmanın  əyaniləşməsi  daxildir.  Qanunauyğun  hal  kimi  dünya 

sənaye  istehsalının  artım  sürətinin  də  çox  yüksək  olması  bu  pillənin 

xarakterik cəhətlərindən idi. Bundan başqa onu da göstərmək lazımdır 

ki, 

bu pillədə şəhərlər əsasən istehsal cəhətdən inkişaf edirdilər. Xidmət 



və  qeyri-istehsal  profılli  sahələrin  fəaliyyəti  şəhərin  böyüməsinə  və 

əhalinin  çoxalmasına  nəzərə  çarpan  təsir  etmirdi.  Şəhərlərin  böyüməsi 

tipi  isə  əsasən  ekstensiv  tip  idi.  Üçüncü  pillə  qlobal  etapdır.  Elmi 

ədəbiyyatlarda  bu  pillə  müasir  qlobal  urbanizasiya  dövrü  adlanır.  Bu 

pillə  üzvi  şəkildə  Elmi-texniki  inqilabla  bağlıdır  ki,  onun  nəticəsində 

nəinki sənayenin, eyni zamanda insanlara xidmət göstərən müxtəlif və 

çoxlu sayda qeyri-ist

ehsal  sahələrinin  sürətli  inkişafı  üçün  şərait 

yarandı.  Bu  pillə  öz  başlanğıcını  təxminən  keçən  əsrin  (XX)  ikinci 

yarısından  götürür.  Onun  başlıca  xarakterik  cəhətlərinə  dünya  şəhər 

əhalisinin iri şəhərlərdə cəmlənməsinin artması, urbanizasiyanın əsasən 

in

tensiv tipli baş verməsi, şəhər həyat tərzinin cazibədarlığını 



yüksəlməsi və əhalini özünə daha sürətlə cəlb etməsi, şəhər həyat 

tərzinin digər ərazilərə yayılması və s. aid edilir. Bu pilləni ümumilikdə 

intensiv yolla genişlənən urbanizasiya adlandırmaq da olar. 

Beləliklə,  urbanizasiyanın  meydana  gəlməsinin,  inkişaf  edib 

qlobal prosesə çevrilməsinin başlıca amil və şərtləri aşağıdakılardır,  

-

kapitalizmin meydana gəlməsi; 



-

cəmiyyətin tələbatlarının ödənilməsi; 

-elmi-

texniki tərəqqi; 



-

iqtisadi  və  sosial  sferada  köklü  struktur  dəyişmələrinin  baj 

verməsi; 

-

obyektiv  iqtisadi  qanunların  tam  dərk  edilməməsi  və  onlardan 



səmərəli istifadə mexanizminin tapılmaması; 

-sosial-


mədəni amillərin  lazımi səviyyədə nəzərə alınmaması; 

-

prosesin düzgün idarə olunmaması. 



 

 

 

5.3

.Urbanizasiya və iqtisadiyyat 

 

Urbanizasiya sosial-



iqtisadi cəhətdən ölkələr və dünya təsərrüfatı  

üçün çoxlu problemlər yarada bilər. Belə mənfi hallar zəif inkişaf etmiş 

ölkələrdə daha qabarıq formada özünü göstərir. Bunun əsas səbəbi isə 

urbanizasiyanın sənaye inkişafı ilə üzvi şə-kildə əlaqələndirilməməsidir. 

İş  qabiliyyətli  kişilərin  şəhərlərə  axını  kənd  təsərrüfatında  istehsalın 

inkişafına güclü mənfı təsir göstərir və nəticədə  ərzaq problemi ölkədə 

daha da şiddətlənir. Ölkəyə gətirilən taxılın miqdarı artır. Urbanizasiya 

meşələrin  qırılmasına  da  səbəb  olur.  Xüsusən  zəif  inkişaf  etmiş 

ölkələrdə  kənd  yerlərinin  meşə  materialları  uzun  yollar  qət  edərək 

şəhərə gətirilir və sobalarda yandırılır. 

Urbanizasiya ilə ölkələrin və dünya təsərrüfatının ərazi strukturu 

arasında  qarşılıqlı  əlaqə  mövcuddur.  İnsanlar  müəyyən  amil  və  şəraiti 

olan ərazilərdə məskunlaşmağa başlayırlar və  məqsəd də о olur ki, bu 

ərazinin  təbii  resurslarından  istifadə  edib  öz  tələbatlarını  maksimum 

ödəyə bilsinlər. Deməli şəhərin özülu bu ərazinin amil və şəraitlərindən 

istifadə  edilməsınə  başlanan  andan  qoyulur.  Sonra  bu  proses  elmi 

cəhətdən  idarə  olunmadıqda  genişlənir  və  şəhərin  həddindən  çox 

böyüməsinə, sosial-iqtisadi proseslərin meydana gəlməsinə səbəb olur. 

Burada iqtisadi cəhətdən bizi bir məsələ daha çox maraqlandırmalıdır: 

şəhərin böyüməsi istehsal tiplidir, yaxud da qeyri-istehsal. İstehsal tipli 

inkişaf maddi istehsal sahələrinin genişləndirilməsi nəticəsində baş verir 

və  öz  əksini,  ilk  növbədə,  rəqabət  dözümlü  məhsullar  istehsalının 

artırılmasında  tapır.  Qeyri-istehsal  tipli  inkişafda  isə  şəhərlərin 

böyüməsi əsasən qeyri-istehsal sahələrinin (bankların, birjalarm, tikinti 

və nəqliyyatın və bu kimi istehsal və sosial infrastrukturların) inkişafı 

nəticəsində  baş  verir.  Təhlil  göstərir  ki,  şəhərlərin  inkişafının  birinci 

pilləsi əsasən istehsal tipli olur. İkinci pillədə isə şəhər adətən müxtəlif 

xidmət,  təhsil,  səhiyyə,  nəqliyyat  və  s.  sahələrin  inkişafı  və  yaxud  da 

başqa  ərazidən  gətirilən  xammal  və  materiallardan  istifadə  etməklə 

yaradılan  istehsal  sahələrinin  inkişafı  hesabına  baş  verir.  Göründüyü 

kimi şəhərlərin böyüməsinin birinci pilləsi yerli xammal və maleriallann 

həcmi ilə limitləşə bilər. İkinci pilədə isə inkişafi limitləşdirən bir şey 

yoxdur.  Əksinə,  şəhərdə  və  şəhər  ətrafında  birinci  tip  inkişaf  vaxtı 

bərqərar  olmuş  infrastrukturalar  (mühəndis  tikililəri,  kanalizasiya, 



 

 

elektrik  şəbəkələri,  ixtisaslı  işçi  qüvvəsi,  təhsil  nəqliyyat,  səhiyyə 

sahələri və s.) yeni-yeni, ərazinin təbii və iqlim şəraiti ilə heç bir əlaqəsi 

olma


yan istehsaların şəhərdə cəmləşdirilməsi üçün şərait yaradır. Əgər 

istehsalın  artması  və  qeyri-istehsal  sahələrinin  inkişafı  nəticəsində 

şəhərin böyüməsi elmi yolla idarə olunmursa onda urbanizasiya mənfı 

prosesə çevrilir, şəhərin böyüməsi ekstensiv, iqtisadi və sosial cəhətdən 

səmərəsiz olur. 

Deməli,  istehsalların  ərazi  üzrə  düzgün  yerləşdirilməsi  nəti-

cəsində urbanizasiyanın  mənfi amilə çevrilməsinin qarşısını almaq olar. 

Urbanizasiya ölkənin və dünya təsərrüfatının ərazi üzrə formalaşmasına, 

formalaşmış ərazi isə əksinə, urbanizasiyanın daha da inkişaf etməsinə 

səbəb  olur.  Bu  prosesi  "özbaşına"  buraxdıqda  urbanizasiya  şaxələnir, 

genişlənir,  daha  böyük  ərazilərə  yayılır  və  ortaya  çox  mürəkkəb,  həlli 

çoxlu vəsait tələb edən yeni problemlər çıxır. Müasir dövrdə biz məhz 

bu cür halla qarşılaşmışıq. Nəticəsi də budur ki, urbanizasiya kiçik bir 

lokal məsələdən böyüyüb olub dünyanı bürüyən qlobal problem... 

Deməli, urbanizasiyalaşmanın qlobal bir problem kimi subyektiv 

əsası  obyektivlikdən  çoxdur.  Konkret  olaraq  urbanizasiyanin 

iqtisadiyyata təsirini aşağıdakılarla izah etmək olar. 

1. 


Əhalinin iri mərkəzlərdə sıx şəkildə məskunlaşması ilə. Bir 

qayda olaraq bu cür mərkəzlərdə təsərrüfatın idarə olunması çətinləşir. 

Şəhərəmələgətirən amillərin rolu azalır, şəhərdə xidmət sahələri çoxalır. 

Bu 


proses 

nəticəsində 

ərazinin 

özünü 


təminetməsi                                                                                                                              

pisləşir, dövlətdən kömək tələb olunur. Ekologiyaya böyük ziyan dəyir. 

Öz  tələbatlarını  daha  dolğun  ödəmək  məqsədi  ilə  şəhərlər  salan  insan 

sonralar özünün yaratdığı sosial-iqtisadi, mənəvi-psixoloji, təbii-ekoloji 

mühitdə  məhv  olmaq  təhlükəsində  qalır.  Bütün  bu  qeyd  etdiyimiz  və 

kitabın həcmini nəzərə alaraq göstərmədiyimiz insanın inkişafına əngəl 

törədən  səbəbləri  aradan  ya  heç  qaldırmaq  mümkün  olmur,  ya  da  ki, 

onların həlli külli miqdarda əvvəllər qazanılmış vəsaitin xərclənməsini 

tələb edir. 

2.Təsərrüfatların , mədəni ocaqların, istehsal güclərinin ölkələr və 

dünya  ərazisində  disproporsional  yerləşirilməsinə  səbəb  olması  ilə, 

şəhər 


tipli 

fəaliyyətin 

təmərküzləşməsi, 

intensivləşməsi, 

difersifikasiyalaşması  və  bu  cür  fəaliyyətlərin  şəhərətrafı  yerlərə  və 

hətta  kənd  yerlərinə  yayılması  insan  yaşayışı  üçün  yararlı  ərazilərin 



 

 

istifadə səmərəsini aşağı salır. Yeni ərazilərin mənimsənilməsi isə çoxlu 

maddi və maliyyə vəsaiti tələb edir. 

 

 



5.4.Problemin həlli yolları 

 

Urbanizasiyanin  şaxələnməsinin  qarşısnı  almaq,  onun  insanın 



sosial-

iqtisadi  və  mədəni  inkişafına  və  yaşayış  tərzinə  mənfı  təsirini 

azaltmaq bir sıra tədbirlərin bəyata keçirilməsini tələb edir. 

İlk  növbədə  elmi-texniki  tərəqqinin  kompleks  şəkildə  sürət-

ləndirilməsinə səylər artırılmalıdır. Təhlil göstərir ki, məsələyə yaradıçı 

şəkildə  yanaşdıqda,  urbanizasiya  prosesləri  düzgün  idarə  edildikdə, 

əhalinin  həyat  tərzinin  yaxşılaşması  baxımından  iqtisadiyyatı  inkişaf 

etdirdikdə  əldə  edilən  nəticələr  qənaətbəxş  olur.  Dünya  miqyasında 

götürdükdə bu sahədə müsbət təcrübə vardır. 

Təhlil  göstərir  ki,  XIX  əsrin  80-cı  illərindən  başlayaraq  urba-

nizasiya  prosesində  yeni  və  elm  üçün  çox  maraqlı  dəyişikliklər  hiss 

olunmaga başlamışdır. Bir tərəfdən şəhər əhalisinin sayı getdikcə artır, 

digər  tərəfdən  inkişaf  etmiş  ölkələrdə  şəhərlərin  böyüməsi  prosesinin 

dayanması və əks prosesin - iri şəhərlərdən əhalinin çıx-ması, kiçik və 

orta  şəhərlərdə,  digər  qeyri-itsehsal  fəaliyyəti  üstün-lük  təşkil  edən 

ərazilərdə  cəmlənməsi  müşahidə  olunur.  Bu  proses  ABŞ-da daha çox 

gözə  dəyir.  Burada  sənayedə  çalışan  fəhlələrin  xüsusi  çəkisi,  bütün 

işləyənlərin cəmi 25%-ni təşkil edir, qalan 75% işçilər isə sosial-məişət, 

tibbi, nəqliyyat, təhsil, idman və s. bu kimi xidmət sahələrində çalışırlar. 

Əldə  edilmiş  bu  müsbət  halın  başlıca  səbəbi  ETT-ni  məqsədyönlü 

sürətləndirmək, 

yüksək 


səmərəli 

istehsalların 

yaradılması, 

məhsuldarlığın  yüksəldılməsi  ən  başlıcası  isə  iqtisadi  inkışafın  sosial 

yönümlü  (insan  naminə,  insan  üçün)  modelinin  seçilməsidir.  Bu  bir 

daha ona sübutdur ki, insan həmişə fəaliyyəti üçün münasib və sərfəli 

yerdə  yaşamaq  istəyır.  Məsələyə  bu  cür  yanaşmağın  nəticəsidir  ki, 

ABŞ-da,  İngiltərədə.  Hollandiyada,  İveçrədə  və  digər  ölkələrdə 

suburbanizasiya prosesləri artıq başlanmışdır. 

Ümumilikdə  məsələyə  yanaşanda  təyin  etmək  olar  ki,  urbani-

zasiyanin  şaxələnməsi  iki  amillə  baş  vermişdir:  iqtisadi  və  sosial, 


 

 

iqtisadi amil şəhərlərdə sənayenin inkişafı ilə bağlı olur. Yeni yara-dılan 

iş  yerlərində  işləmək  üçün  demoqrafık  artıma  malik  kənd  yerlərindən 

əhalinin şəhərə axını baş verir. Sosial amilin iqtisadiy-yatın inkişafı ilə 

əlaqəsi, demək olar ki, çox zəifdir. Əhalinin kənd yerlərindən şəhərlərə 

axınına  səbəb,  bir  qayda  olaraq,  oradakı  yük-sək  yaşayış  səviyyəsi,  iş 

tapmaq, ixtisas artırmaq, dünyagörüşünü yaxşılaşdırmaq imkanları və s. 

olur.  Buna  görə  də  urbanizasiyanin  qloballaşmasının  qabağını  almaq 

üçün  kiçik  və  böyük  şəhərlərin  meydana  gəlməsi  və  onların  sosial 

inkişafının qayğısına qalmaq lazımdır. Bu yolla urbanizasiya prosesinin 

zəiflədilməsi inkişaf etmiş ölkələr üçün xüsusi əhəmiyyət kəsb edir. Bu 

ölkələrdə  XXI  əsrin  əvvəlində  də    urbanizasiya  əsasən  sosial    amilin  

təsiri altındadır. Digər yerlərdə yaxşı şərait görməyən əhali, şəhərlərə üz 

tutur və urbanizasiyanın şiddətlənməsinə səbəb olurlar. 

Bir  qlobal  problem  kimi  urbanizasiyanin  həlli  eyni  zamanda 

prosesin ölkələr və dünya miqyasında düzgün idarə olunmasından  da 

cox asılıdır. 

 

 



§6. 

DEMOQRAFİK PROBLEM 

6.1.Problemin 

qloballığı 

 

Müasir dövrün 



on qaynar qlobal problemlərindən biri demoqrafik 

problemdir. 

İndi  bu  məsələyə  dünyanın  demək  olar  ki,bütün  qəbildən 

olan 


alimləri,  mütəxəssisləri,  dövlət  və  siyasət  xadimləri      diqqət  

yetirmək  zərurəti   ilə   üzləşmişlər.   Dünya təşkilatlarını da bu məsələ 

ciddi narahat edir. 

Bu narahatlığın əsas səbəbi də odur ki, təxminən XIX əsrin ikinci 

yarısından başlayaraq dünya əhalisinin sayı tarixdə görünməmiş sürətlə 

artmağa  başlamışdır.  Dünya  iqtisadiyyatna  aid  dərc  olunmuş 

məlumatlara görə bizim eramızın əvvəlində dünya, əhalisinin sayı 256 

milyon nəfər təşkil edirdi. 1000-ci ildə bu rəqəm 280 milyona, 1500-ci 

ildə isə cəmi 427 milyona qədər artmışdı. 300 ildən sonra, yəni 1800-cü 

ildə isə yer kürəsinin əhalisi artıq 952 milyon nəfər təşkil edirmiş. XIX 

əsr ərzində dünya əhalisinin sayı 700 milyon nəfər çoxaldı və 1900-cü 

ildə 16521 milyona çatdı. XX əsrin birinci yarısında isə əhalinin mütləq 



 

 

artımı 845 mln. nəfər təşkil etdi və 1950-ci ildə dünya əhalisinin sayı 

2,5  milyard  nəfər  oldu.  Bu  dövrdən  sonrakı  30  ildə  əhalinin  mütləq 

artımı  nə  az,  nə  çox  -  2  milyard  nəfərə  bərabər  oldu  və  1980-cı  ildə 

dünya əhalisnin sayı 4,432 milyard nəfərə çatdı. Sonrakı 20 ildə əhalinin 

artımı təxmini hesablamalara  görə 1,5 milyard nəfərdən çox artmış və 

2001-

ci ilin astanasında 5,5 milyard nəfərə çatmışdır. 



 

Müasir  demoqrafık  vəziyyət  bir  də  ona  görə  qlobal  xarakter 

daşıyır  ki,  əhalinin  güclü  artımı  dünya  əhalisinin  çox  hissəsinin  (2/3 

hissəsindən çoxunun) məskunlaşdığı  Asiya, Afrika və Latın 

Amerikasında  baş  verir.  Problemi  kəskinləşdirən  bir  də  odur  ki, 

məhz  bu  ölkələr  iqtisadi,  sosial  və  mədəni  cəhətdən  geri  qalırlar.  Bu 

ölkələrdə əhalinin sayının hər 20-30 ildən bir-iki qat artmasını da bura 

əlavə  etsək,  onlarda  ərzaq,  mədəni  inkişaf  və  təhsil  məsələlərinin 

həllinin nə dərəcədə ağır olması aydın olar. 

Demoqarfık  siyasət  hər  bir  suveren  ölkənin  öz  səlahiyyətlərinə 

daxil olsa da, son nəticədə konkret bir ölkədə yaranan gərginlik bütün 

dünya  iqtisadiyyatna  təsir  göstərir.  Lakin  bu  məsələnin  bir  tərəfıdir. 

Məsələnin ikinci tərəfi iqtisadi inkişafı dərindən başa düşmək və onun 

həllinə  kompleks  yanaşmaq  zəruriyyətinin  ortaya  çıxması  ilə  bağlıdır. 

Təcrübə göstərir ki, yer kürəsində fəaliyyət göstərən insanlar uzun illər 

və  əsrlər  boyu  təbiətdən  qidalanıb,  iqtisadiyyat  yaradıblar,  sonra 

iqtisadiyyatı  daha  da  inkişaf  etdirmək  haqqında  düşünüblər.  Bir  sıra 

ölkələrdə buna nail də olublar. Lakin XX əsrin son onilliklərində məlum 

olub ki, məsələyə kompleks münasibət demək olar ki, olmayıb. Ancaq 

iqtisadi nəticələr uğrunda mübarizə aparılıb. Lakin bu nəticələrin təbiətə 

münasibət və sosial inkişaf baxımından nə dərəcədə səmərəliliyi bütün 

ölkələrdə  eyni  dərəcədə  nəzərə  alınmamışdır.  Keçən  əsrin  son 

onilliklərində əksər tədqiqatçılar, dövlət xadimləri və hətta siyasətçilər 

başa düşməyə başlamışlar ki, iqtisadi fəaliyyət ümumbəşəri fəaliyyətin 

bir  hissəsidir  və  iqtisadi  inkişaf  konsepsiyasına  hərtərəfli  yanaşmaq 

zəruriyyəti  meydana  çıxmışdır  və  hər  hansı  bir  iqtisadi  məsələ  bütün 

qlobal problemləri və ilk növbədə də demoqrafık problemi maksimum 

nəzərə  almaq  şərtilə  həll  edilməlidir.  Əks  təqdırdə  əldə  edilən  iqtisadi 

nəticələr həll olunmamış və getdikcə kəskinləşən digər məsələlərin təsiri 

altında  öz  əhəmiyyətini  itirə  bilər.  İctimai  inkişafın  daha  geniş 

konsepsiyasının mahiyyəti də bundadır. 


 

 

 

 



6.2.Əhali artımının  dinamikası və proqnozu 

 

Hesablamalar  göstərir  ki,  əhalinin  artım  sürəti  əsrlər  boyu 



dəyişmişdir. Son meyl artım sürətinin çoxalması ilə müşahidə edilir. Bu 

artımı  əyani  surətdə  göstərmək  üçün  bir  neçə    üsullar  yanaşmalardan  

istifadə  edilir.  Dünya əhalisi  sayının  sürətlə artmasını  əyani şəkildə 

göstərmək  üçün  "ikiqat  artım  müddəti”  göstəricisindən  istifadə  edilir. 

Təsdiq edilmişdir ki, dünya əhalisi ikiqat artması birinci dəfə 1500 ilə 

(1-1500-


ci illər), ikinci dəfə 300  ilə (1500-1800-ci illər), üçüncü dəfə 

120 іlə (1800-1920-ci illər) dördüncü dəfə ısə cəmi 50 ilə (1920-1970-ci 

illər) baş vermişdir. 

BMT-


nin  apardığı  tədqiqatlar  və  irəli  sürdüyü  proqnoza  görə 

dünya əhalisinin növbəti ikiqat artması müddəti 40-45 il təşkil edəcək. 



 

Dünya  əhalisinin  sayı  və  onun  artması  əmsalı  (fakt  və 

proqnoz) 

 

İllər 



Bütün 

dünya 

üzrə 

İnkişaf 

etmiş 

ölkələrlə 

İnkişafda olan ölkələrlə 

 

Əhalinin 



sayı 

(mln.n) 

5 il 

müd  -

dətinə 

artım 

əmsalı 

Əhalinin 

sayı 

(mln.n)  



il 

müddətinə 

artım 

əmsalı 

Əhalinin 

sayı 

(mln.n) 

5il 

müddətinə 

artım əımsalı 

1980 


4432 

1,72 


1131 

0,71 


3301 

2,08 


1990 

5242 


1,65 

1206 


0,61 

4036 


1,98 

 

 

2000 


6119 

1,50 


1272 

0,48 


4847 

1,77 


2010 

6998 


1,27 

1321 


0,35 

5667 


1,49 

2020 


7813 

1,07 


1360 

0,27 


6451 

1,24 


2025 

8195 


0,96 

1377 


0.24 

6818 


1,10 

BMT-


nin  məlumatlarına  görə  əhali  sayı  dinamikasının  əsas 

pillələri  özünün  yüksəklişi  ilə  fərqlənir,  lakin  XXI  əsrin  astanasında 

azalma  əyani  olaraq  görünür.  XXI  əsrin  əvvəllərində  artım  sürəti 

azalacaq  və  proqnoza  görə  XXI  əsrin  axırında  dünya  əhalisinin  sayı 

sabitləşəcək  və  təxminən  10-12  milyard  nəfər  təşkil  edəcəkdir. 

Proqnozlarda  о  da  qeyd  edilir  ki,  əhalinin  illik  artımının  mütləq 

səviyyəsinin  aşağı  düşməsi  inkişaf  etmiş  ölkələrdə  keçən  əsrin  60-cı 

illərinin  ikinci  yarısından  başlamışdır.  İnkişaf  etmiş  ölkələrdə  isə  bu 

prosesin 2005-

ci ildən baş verəcəyi gözlənilir. 



 

 

6.3.Demoqrafık partlayışların əsas səbəbləri 

 

Tarixi  baxımdan  demoqrafık  artım  bioloji  cəhətdən  yox,  sosial-

iqtisadi qanunauyğunluq nöqteyi-nəzərincə qiymətləndirilir. Burada bir 

neçə dövr fərqləndirilir. Birinci dövr neolit dövrü adlanır. Bu dövr aşağı 

səviyyədə  doğum,  yüksək  səviyyədə  ölümlə  fərqlənirdi.  Bu  dövrdən 

sonra ikinci dövr

də  sosial-iqtisadi  şərait  dəyişmiş  və  əhalinin  yüksək 

doğum  və  yüksək  ölümlə  səciyyələnən  təkrar  istehsalı  baş  vermişdir. 

Üçüncü dövr  əhalinin təkrar istehsalı aşağı səviyyədə doğum və  aşağı 

səviyyədə ölüm prinsipi üzrə baş vermişdir. 

İndiki  dövrün  özünəməxsus  xüsusiyyəti  yüksək  iqtisadi,  elmi-

texniki,  mədəni  yüksəliş  əldə  etmiş  ölkələrdə  əhali  sayının  artım 

sürətinin çox aşağı və bəzən sıfıra yaxınlaşmasından və əksinə, iqtisadi 

cəhətdən  zəif  inkişaf  etmiş  ölkələrdə  əhali  sayının  çox  sürətlə 

(demoqrafık  partlayışla)  artmasından  ibarətdir.  Zəif  inkişaf  etmis 

ölkələrdə  əhalinin  sürətlə  artmasına  "partlayış"  kimi  qiymət 

verilməsinin  əsasını,  ayrı-ayrı  ölkələrdə  əhalinin  yüksək  artımı  yox, 


 

 

dünya əhalisinin 2/3-nin bu ölkələrdə yaşaması, ölənlərin sayının güclü 

sürətdə azalması və bu ölkələrin çox kasıb olması təşkil cdir. Dərində 

fikirləşəndə  görmək  olur  ki,  problemin  mahiyyəti  heç  də  əhalinin 

artmasında  deyil.  Əsas  məsələ  bu  ölkələrdə  dövlətin  səriştəsizliyidir. 

Səriştəsiz    idarəetmə  üzündən  məhsuldar  qüvvələrin  zəif  inkişafı, 

ictimai  əmək  məhsuldarlığının,  aşağı  olması,  təsərrüfat  strukturunun 

geri  qalması,  sosial-mədəni  inkişafın  zəifliyi  ailədə  uşaqların  sayının 

artmasına müsbət təsir göstərir. 

Demoqrafık  proseslərdə  mühüm  rol  oynayan  amillərdən  biri 

həyatın, yaşayışın keyfiyyətidir. Həyatın (yaşayışın) keyfıyyəti de-dikdə 

ilk  növbədə  hər  bir  insanın  (fərdinin)  yaşayıb  yaratması  üçün  ətraf 

mühitə  olan  tələbatının  ödənilməsi  səviyyəsi  başa  düşülür.  Bu  tələbat 

dünyada  qəbul  olunmuş  və  insanın  və  canlıların  normal  yaşamasını 

təmin  edən  standartlara  görə  təyin  edilir.  Həyat  (yaşayış)  keyfiyyəti 

anlayışı həm təbii, təbii-sosial və həm də təmiz sosial-iqtisadi aspektləri 

nəzərə  alır.  Yəni  insanın  keyfiyyətli  yaşayışını  sosial-iqtisadi  vəziyyət 

ilə  yanaşı  düşdüyü  təbii  və  sosial-psixoloji  mühit  də  təmin  edir. 

Tədqiqatçılar  sübut  etmişlər  ki,  yaşayışın  keyfiyyəti  aşağı  düşdükcə 

doğum artır. 

 

 

6.4.Demoqrafik qlobal problem və iqtisadiyyat 



 

Bütün  ərazilər  və  ölkələr  səviyyəsində  sosial-iqtisadi  inkişafın 

demoqrafik topla

nanlarının rolu böyükdür. Demoqrafik proseslər bütün 

ölkələrdə həm iqtisadi və həm  də siyasəti formalaşdıran amillərdəndir. 

Lakin  fərqləndirici  cəhət  ondadır  ki  digər  amillərlə  müqayisədə 

demoqrafik amil daha çox dayanıqlı və daha az idarə olunandır. Digər 

tərəfdən  demoqrafıya,  iqtisadiyyat  və  siyasət  arasında  əlaqələr 

çoxplanlıdır. Bu əlaqələrin öyrənilməsi idarəetmədə və iqtisadi inkişafı 

təmin  etməkdə  hər  şeydən  mühüm  olsa  da,  asan  iş  deyil.  Elə  qlobal 

problemlərin  meydana  gəlməsi  və  getdikcə  kəskinləşməsinin  əsas 

səbəbi də budur. 

"Demoqrafik  inkişaf”  anlayışı  "artım"  anlayışından  genişdir  və 

digər komponentlərlə yanaşı özündə həm təbiətdən, onun resurslarından 

düzgün  istifadə  edilməsi,  ətraf  mühitin  çirklənmədən  qorunması, 


 

 

ərazilərə görə əhalinin sayının artması və strukturunun dəyişməsi kimi 

prosesləri  də  özündə  cəmləşdirir.  Son  nəticədə  bu  komponentlərin 

planlaşdırmada,  idarəetmədə  lazımi  səviyyədə  nəzərə  alınmaması  çox 

mənfı iqtisadi nəticələrə gətirib çıxarır və dünya iqtisadiyyatı mümkün 

ola bilən templə inkişaf edə bilmir. 

Demoqrafik qlobal problemin həll edilməsi dünya iqtisadiyyatına 

güclü təsir göstərir. Bu təsir aşağıdakı istiqamətlərlə bas verə bilər. 



1.Problemin həlli çətinləşdiyinə və getdikcə çoxlu vəsait tələb etdiyinə görə. 

Demoqrafik qlob

al problemin həll edilməməsi ölkələrin iqtisadi inkişaf 

məsələsinə  çox  mənfı  təsir  göstərir  və  əksinə.  Birinci  dünya 

müharibəsindən  sonra  hər  adambaşına  düşən  ÜDM  göstəricisi  inkişaf 

etmiş ölkələrlə inkişafda olan ölkələr arasrada 10:1 nisbətində idi. XIX 

əsrin  70-ci  illərində  bu  nisbət  inkişaf  etmiş  ölkələrin  xeyrinə  13:1 

nisbətində dəyişdi. Buna səbəb inkişafda olan ölkələrdə əhalinin sayının 

yüksək sürətlə artması idi. 

Əgər əhalinin artım sürəti müqayisə etdiymiz ölkələrdə eyni olsa 

idi onda baxılan göstəricinin nisbəti 8:1 təşkil edərdi. 

Bundan  başqa,  əhalinin  artması  ilə  ekoloji  və  energetika 

problemləri  də  həmişə  qarşılıqlı  əlaqədə  olurlar.  İnkişaf  etməkdə  olan 

ölkələrdə  əhalinin  və  xüsusən  kənd  təsərrüfatında  çalışan  əhalinin 

sayının  artması  yerin  təkinə,  bitki  örtüyünə,  heyvanlar  aləminə,  təmiz 

suya  və  s.  elə  mənfı  təsir  göstərir  ki,  onlar  yenidən  meydana  gəlmə 

xassələrini  (qabiliyyətlərini)  itirmək  həddinə  çatırlar.  Digər  tərəfdən 

iqtisadi  cəhətdən  geri  qalmanın  özü,  digər  qlobal  problemlərin 

(demoqr

afıya,  okeanlardan  istifadə,  ekologiya  və  s.)  həilinə  də    mane 



olan amildir. 

2.Həddindən  artıq  kasıblıq  şəraitində  yaşayanların  sayının 

artması. Təhlil göstərir ki, illər keçdikcə həm inkişaf etmiş və həm də 

inkişafda  olan  ölkələrdə  müəyyən  səviyyədə  iqtisadi  və  sosial  inkişaf 

olur.  Lakin  əhali  artımı  idarə  olunmadığına  və  yaxud  da  pis  idarə 

olunduğuna görə insanların  mütləq sayı artır və nəticədə yoxsulların da 

xüsusi çəkisi artır. Bu hal ölkələr üçün və xüsusən geri qalmış ölkələrin 

özlərinin  əsas  inkişaf  problemlərini  həll  etməkdə  güclü  maneəyə 

çevrilir:  sürətli  əhali  artımında  ölkə  bəzən  heç  onları  yedizdirməyə, 

təhsil verməyə belə imkanı olmur. 



 

 

3.İşsizlər  ordusunun  yaranması.  Əhalinin  sayı  artdıqca  iş 

yerlərinə  olan  tələbat  artır.  Yeni  iş  yerlərinin  yaradılması  isə  çoxlu 

vəsait tələb edir. Bəzi regionlarda isə kapital xərcləri münbit torpaqlar, 

təbii  resursların  məhdudluğu  üzündən  bu  heç  mümkün  belə  olmur. 

Bütün  bunlar  iqtisadi  və  sosial  çətinliklər  meydana  gətirir,  beynəlxalq 

münasibətlərə  təsir göstərir, dünya iqtisadiyyatını zəiflədir. 



4.Dünya  və  regionlar,  ölkə  və  şəhərlər  miqyasında  savadsız 

insanların    sayı  artır.  Məsələn,  YUNESKO-nun  məlumatlarına  görə 

dünyada savadsızların sayı 1970-ci ildə 783 milyon nəfər təşkil edirdisə, 

1980-

ci  ildə  bu  rəqəm  800  mln.  nəfərə,  1990-cı  ildə  994  mln.  nəfərə, 



2000-

ci ildə isə 954 mln. nəfərə çatmışdır. Bu məsələni həll etmək üçün 

inkişafda  olan  ölkələrdə  məktəblərin  sayını  2  dəfə  çoxaltmaq  tələb 

olunur ki, bu da xeyli vəsaitlərin dövriyyəyə buraxılması deməkdir. 



6

.5.Problemin həlli yolları 

 

Məsələ  burasındadır  ki,  göstərdiyimiz  bu  istiqamət  üzrə 



problemlər  həll  edilmədikdə  əksinə  əhali  artımı  daha  da  sürətlənir  və 

demoqrafiyanın  bir  qlobal  prolem  kimi  dünya  iqtisadiyyatına  mənfi 

təsiri  artır.  Sadəcə  olaraq  dünyanın  böyük  bir  hissəsində  "inkişaf 

problemi" "məhv olmamaq problemi" ilə yerini dəyişir, insanlar sadəcə 

olaraq  yaşamaq,  xilas  olmaq,  kütləvi  sürətdə  ölməmək  uğrunda 

mübarizə  aparmalı  olurlar,  onların  inkişaf  etmək  haqqında  düşünməyə 

belə vaxtları qalmır. 

Dün


yadakı  ekoloji  gərginlik  müxtəlif  alim  və  mütəxəsisləri 

düşündürür.  Dünya  elmində  elə  istiqamətlər  meydana  gəlmişdir  ki, 

onların müəlliflərinə görə təbiətdə baş verən deqradasiya hallarının əsas 

amili  də  yer  kürəsində  insanların  sayının  çoxalmasıdır.  (insan 

populyasiyasının  partlayışıdır).  Məsələn,  Stenford  Universitctinin 

biologiya  üzrə  professoru  Pol  Erlixə  görə  demoqrafik  meyllər  ictimai 

əlaqələrdə  sərbəst  dəyişənlərdir  və  əgər  onun  qarşısı  alınmazsa 

ekologiyanın  pisləşməsi  davam  edəcək.  Buna  görə  də  onun  fıkrincə 

ekoloji  tədbirdə  ilk  növbədə  sterilizasiya  yolu  ilə  eyni  şəkildə  doğuşu 

azaltmaq  lazımdır.  Bir  sıra  digər  Amerika  təşkilatları  prezidentlərinə 

ünvanladıqları  məruzələrində  də  bu  məsələyə  digər  formada  toxunur. 

Qeyd  edilir  ki,  əhalinin  artması  nəticəsində  "yer  kürəsini"n  saxlamaq 

qabiliyyəti azalır. 


 

 

Qeyd  edək  ki,  insanlann  sayı  artdıqca  onların  tələbatlarının 

ödənilməsi sahəsində problemlər yaranır. Məlum "tələbatların getdikcə 

artması"  qanunu  da  fəaliyyət  göstərir.  Lakin  bunun  üçün  heç  də  süni 

su

rətdə  doğuşun  azaldılması  yolunu  yeganə  və  birinci  dərəcəli  tədbir 



kimi seçmək düzgün deyildir. Biz ilk növbədə iqtisadiyyatı ölkələr və 

dünya miqyasında intensiv yollarla inkişaf etdirməliyik. Burada isə hələ 

çoxlu istifadə edilməmiş daxili imkanlar vardır. 

Problemin  həlli  insana  olan  münasibətlə  həll  edilə  bilər.  Buna 

iqtisadiyyatda «insan amili» deyilir. Əgər insana ancaq istehlakçı kimi 

baxılarsa  onda  Maltus  nəzəriyyəsinin  yeni  təmsilçiləri  müəyyən 

dərəcədə haqlıdırlar. Lakin insan ilk növbədə yaradıcılığı sevən canlıdır. 

Onların  əməyi  və  fəaliyyəti  kəndlər,  qəsəbələr,  rayonlar,  şəhərlər, 

ölkələr  və  dünya  miqyasında  düzgün  təşkil  edildikdə  və 

istiqamətləndirildikdə bütün məsələləri həll etmək mümkün olar. Müasir 

ictimai istehsal, elmi-

texniki  tərəqqi  mühitində  insan  təbii  sərvətləri 

genişləndirər  və  ümumiyyətlə,  onların  düzgün  təşkil  olunmasını təmin 

edə  bilər.  Bu  deyilənləri  BMT-nin  əldə  etdiyi  dünya  əhalisinin 

məşğulluq  strukturunun  proqnozları  da  təsdiq  edir.  Proqnoz 

məlumatlarında  göstərilir  ki,  nəzərdə  tutulan  istiqamətdə  iş  aparılarsa 

2025-

ci ildə və ondan da sonra işləmək istəyənlər üçün iş yeri tapılacaq. 



Bunun üçün əlbəttə ki, ilk növbədə sənayeləşdirmə, kənd təsərrüfatında 

əmək məhsullarının  yüksəldilməsi və torpağın münbitliyinin artırılması, 

əlavə itkilərin qarşısının alınması sahəsində gərgin iş aparılmalıdır. Ən 

başlıcası  isə  hər  bir  ölkənin  ərazi  vahidlərində  sağlam,  korrup-siya  və 

rüşvətxorsuz  sosial-psixoloji  və  mədəni  mühüt  yaratmaq  lazımdır. 

Əhalinin  sürətlə  artmasında  fərdlərin  və  xüsusən  də  cə-miyyətin  ilk 

həlqəsi olan ailənin rolu böyükdür. İnsana hörmət ar-tarsa, onun sosial, 

iqtisadi,  mədəni,  psixoloji  inkışafına  dövlət  qayğısı  güclənərsə, 

problemin  həllində  ciddi  dönüş  yaratmaq  olar.  İnsanlara  qiymət 

verilərsə, onlar öz problemlərini həll edə bilərlər. 



 

VI  FƏSİL.  BEYNƏLXALQ  İQTİSADİ  ƏLAQƏLƏRİN 

MÜHÜM   FORMALARININ MAHİYYƏTİ VƏ İNKİŞAFI 

 


Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin