§2. İqtisadi inkişafda region amili
Dünya iqtisadiyyatı ölkələrin və regionların iqtisadiyyatıdır. Buna
görə də regionlar dünya iqtisadiyyatına, onun inkişaf sürətinə,
səmərəliliyinə, tələbatları ödəmə qabiliyyətinə güclü təsir göstərir. Bu
təsir mənfi, müsbət və neytral ola bilər.
Regionun dünya iqtisadiyyatına təsiri burada baş verən iqtisadi,
sosial və siyasi proseslərdən bilavasitə asılı olur. Bu proseslər elmi
əsasda, insan amilini nəzərə almaqla baş verdikdə və ən başlıcası region
ölkələrinin iqtisadi inkişafı əsas götürüldükdə regionda sosial-iqtisadi
yüksəliş baş verir və onun təsiri dünya iqtisadiyyatına bir qayda olaraq
müsbət olur.
Dünya iqtisadiyyatına müsbət təsir göstərən regionlara misal
Şimali Amerika regionu ola bilər. Bu regionun ən qüdrətli ölkəsi ABŞ-
dır. Hazırda isə Kanada da inkişaf etmiş ölkədir və о da ABŞ-la birlikdə
inkişaf etmiş "böyük ölkələr" qrupuna daxildi. Bu regionun inkişaf
etməsində aparıcı amil rolunu həmişə ABŞ oynayır. Kanadanın inkişaf
etmiş ölkələr sırasına çıxmasında da məhz ABŞ həlledici rol
oynamışdır.
ABŞ və Kanadanın inteqrasiyalı iqtisadi əlaqələri öz başlanğıcını
XX əsrin 20-ci illərindən götürür. Bu Kanadanın iqtisadi əlaqələrinin
İngiltərə ilə zəiflədiyi və ABŞ-la isə möhkəmlənməyə başladığı bir dövr
idi. Regionun güclü dövləti olan ABŞ iqtisadi üsullardan istifadə edib
həm özünə və həm də Kanadanın maraqla-
rına uyğun tədbirlər həyata keçirdi. Amerika sahibkarları dövlətin
dəstəyi ilə Kanadanın zəngin təbii resurslannın mənimsənilməsinə
başladılar. Keçən əsrin 20-ci illərinin axırında ABŞ Kanada
iqtisadiyyatının qabaqcıl sahələrində aparıcı mövqeyə malik idi. 1930-
cıı illərin axırında Kanadada ABŞ-ın TMK-na məxsus 309 kompaniya
fəaliyyət göstərirdi.
İllər keçdikcə qarşılıqlı iqtisadi maraqlara əsaslanan əməkdaşlıq
Kanadanın inkişafına da səbəb olurdu. İkinci Dünya müharibəsinin
sonlarında ABŞ-ın Kanadada yerləşdirdiyi investisiyaların həcmi 5
milyard dollara çatırdı.Bunun nəticəsi idi ki, ABŞ kompaniyaların
Kanadadakı filialların sayı 1957-ci ildə 630-a 1967-ci ildə isə 962-ə
çatırdı.Bu dövrdə əks istiqamətdə də kapital axını başladı. Bu dəfə
Kana
danın iqtisadi nəhəngləri tərəfindən Amerika və Kanada
sahibkarlan kapitalının qarşılıqlı hərəkəti böyük iqtisadi səmərə verirdi.
Nəticədə hər iki ölkə arasında ticarət özünün yüksək səviyyəsinə
çatmışdı. Şimalı Amerika regionunda iqtisadi əməkdaşlığı
geni
şləndirmək tələb olunurdıı. Bu məqsədlə 1970-ci illərdən
başlayaraq ABŞ kapitalı digər ölkəyə də yönəldildi. 1992-ci ildə ABŞ,
Meksika və Kanada tərəfındən imzalanmış Şimali Amerika sərbəst
ticarət assosiasıyası bu ölkələr arasında əməkdaşlığa mane ola bilən
amilləri maksimum aradan qaldırırdı. Burada söhbət təkcə ticarətdəki
maneələrdən getmirdi, eyni zamanda söhbət xarici investisiya, işçi
qüvvəsinin miqrasiyası rejiminin və üç ölkə sərhədlərinin şəffaflığının
təmin edilməsi sahəsindəki digər aspektlərində həll edilməsindən
gedirdi. Qeyd edək ki, bu üç Şimali Amerika regionu ölkələri arasında
bağlanmış həmin saziş artıq 1994-cü il yanvarın 1-dən həyata keçirilir.
Gələcəkdə bütün maneələrin aradan qaldırılması və üç milli bazanın
üzvi şəkildə birləşməsi proqnozlaşdırılır. XXI əsrin əvvəlində üç
dövlətdən olan 375 mln. nəfəri əhatə edən azad ticarət zonalarının
yaranacağı və 8 trilyon dollar həcmində məhsul istehsalı gözlənilir.
Şübhə yoxdur ki, region ölkələrinin bu cür sağlam niyyət üzərində
qurulmuş iqtisadi əlaqələrinin genişlənməsi həm regionun
iqtisadiyyatına və həm də dünya iqtısadiyyatına güclü müsbət təşir
göstərir. Belə sazişlərə getdikcə daha çox ölkə birləşə bilər. Dərs vəsaiti
yazılan zaman aldığımız məlumata görə Latın Amerikası
ölkələri də (məsələn. Çili) yuxarıda göstərdiyimiz Şimali Amerika
azad ticarət assosiasiyasına qoşulmaq fıkrindədırlər.
Onu da nəzərə almaq lazımdır ki, hər bir regionda lider ölkə olur.
Bu mətndə baxdığımız regionun lideri ABŞ-dır. О özünün düzgün
sosial-
iqtisadi inkişafını çoxdan təyin edib və böyük müvəffəqiyyətlər
əldə edib. Onun təsiri altında regionda iqtisadi yüksəlişə nail olunub.
Belə regionlar yer kürəsində var. Yaponiya və onun yerləşdiyi region da
Yaponiyanın başçılığı altında böyük nailiyyətlər əldə etmişdir. Lakin
çox təəssüflə qeyd etmək lazımdır ki, yer kürəsinin elə regionları da
mövcuddur ki, onlar dünya iqtisadiyyatına mənfı təsir göstərirlər. Belə
regiona parlaq misal Rusiya Federasiyasının yerləşdiyi regiondur.
Rusiya liderdir. Lakin bu regionun iqti
sadi inkişafı qənaətbəxş
deyildir. Həmişə güclü hərbi qüvvəyə malik olduğuna görə iqtisadi
zəifliyi Rusiyanı regionda liderlikdən uzaqlaşdıra bilməmişdır. Daha
doğrusu, Rusiya özü iqtisadi cəhətdən güclü olmadığı üçün özünün
yaxın və uzaq region qonşularının iqtisadi inkişafını da istəməmiş və
əgər, kiçik və böyüklüyündən asılı olmayaraq Rusiyanın təsir dairəsində
olan
һəг hansı bir ölkə inkişaf еtməк istəmişsə də Rusiya ona mane
olmuşdur. İqtisadi inkişaf modellərinin düzgün seçilməməsi, bütün
iqtisadiyyat
ın bir hakimə (liderə) və ya dövlətə tabe edilməsi, xüsusi
təsərrüfatın inkişafı üçün şəraitin yaradılmaması, bürokratik idarəetmə
üsulları, şəxsiyyətə pərəstiş və sairə bu kimi qeyri-iqtisadi və subyektiv
amil və şərtlər Rusiyanın özünü dəfələrlə çox çətin vəziyyətlərə salıb.
Vəziyyətdən çıxmaq mümkün olmayanda sosial-iqtisadi quruluşu
dəyişməyi üstün tutublar. Məhz 1917-ci ildə belə bir hadisə Rusiyada
baş verdi. Heç bir elmi, obyektiv əsası olmayan «sosialist dövləti»
deyilən dövlət formalaşdı. Bu cür sosial-ictimai dəyişikliyin siyasi
köklərini, səbəblərini dərindən açmadan iqtisadi nəticələrini və dünya
iqtisadiyyatına təsirini qısaca nəzərdən keçirsək, görərik ki, Rusiyanın
bir lider kimi özünü səmərəli idarə edə bilməməsi və obyektiv iqtisadi
qanunlar
a tabe olmaması üzündən regionun iqtisadi inkişafı olduqca çox
geri qalmış və region ölkələrinin iqtisadiyyatına və dünya
iqtisadiyyatına mənfı təsir göstərmişdir.
Belə mənfi təsirin bir neçə aspektlərini nəzərdən keçirək. Elə
götürək 1917-1992-ci illəri. Göründüyü kimi bu 70 ildən də çox bir
dövrü əhatə edir. Rusiyada iqtisadiyyatın inkişafı və onun dünya
iqtisadiyyatına təsiri baxımından bu dövrün özünü bir neçə mərhələlərə
bölmək olar. 10 ildən də çox bir dövrü (1917-1928) əhatə edən birinci
mərhələdə Rusiyanın iqtisadiyyatı daxili çəkişmələr və düzgün iqtisadi
inkişaf proqramının olmaması nəticəsındə əvvəlcə iqtisadiyyatın
dağılması, mərhələnin axınında isə heç bir ciddi struktur dəyişiklikləri
etmədən bərpası baş verirdi. Bu ölkədə dünya iqtisadiyyatında
görünməyən proseslər baş verirdi:
"Hərbi kommunizm" adlanan illərdə iqtisadiyyat çox yüksək
sürətlə aşağı düşürdüsə, sonrakı illərdə iqtisadiyyat eyni yüksək sürətlə
də inkişaf edirdi. Lakin bu inkişaf ekstensiv xassəli idi və dünya
iqtisadiyyatına heç bir şey bəxş etmirdi. Əksinə, bütün iqtisadiyyatın
dövlətin əlində cəmləşdirilməsi prosesi gələcək iqtisadi çətinliklərin
yaranması üçün şəraiti formalaşdırırdı.
İkinci mərhələ 24 ildən artıq bir dövrü (1929-1953) əhatə edirdi.
Bu dövrdə İkinci dünya müharibəsi də baş verdi və onun baş
verməsində də Rusiyanın seçdiyi sosial-ictimai quruluşun az günahı
olmadı. 1928-1939-cu illərdə xalqın qanı bahasına əldə edilmiş iqtisadi
yüksəliş müharibə nəticəsində dağıdıldı. Lakin qələbədən ruhlanan
Rusiya rəhbərləri iqtisadiyyatı özlərinə məxsus üsullarla və özlərinin
istədikləri kimi inkişaf etdirə bildilər. Bu inkişafın xarakterik
cəhətlərinə
istehsalın
təmərküzləşməsi,
onun
tamamilə
dövlətləşdirilməsini, qeyri-bazar iqtisadiyyatnın bərqərar olması, ağır
sənayenin üstün inkişafı, sənayenin militarizasiyası, təbii resursların
talan edilməsi, ekologiyanın pisləşməsi, xarici iqtisadi əlaqələrin qeyri-
rasional olması, kənd təsərrüfatında kəndli təsərrüfatlarının ləğv
edilməsi, iqtisadiyyatın ağır sənayenin xeyrinə birtərəfli inkişafını aid
etmək olar. Bu mərhələ iqtisadiyyatın gələcəkdə dağılması üçün zəmin
hazırladı. Dünya iqtisadiyyatı isə bu mərhələdə heç bir şey əldə etmədi.
Heç olmasa ona görə ki, əldə edilən iqtisadi və hərbi irəliləyişlər "nəyin
bahasına olursa olsun prinsipinə əməl etməklə qazanılımşdı. Elə buna
görə də üçüncü mərhələdə (1954-1979) iqtisadi inkişafın sürəti azaldı və
komanda iqtisadi inkişaf modeli ilə gələcək inkişafın mümkün
olmaması hamı üçün aksiomaya çevrildi. Baxılan dövrün dördüncü
mərhələsi (1980-1992) son on iki ili əhatə edirdi və özündən əvvəlki
pillələrin üzvi nəticəsi kimi sosialist ölkəsi adlanan bir ölkənin
dağılması ilə başa çatdı. SSRİ deyilən ölkə parçalandı, yeni dövlətlər
meydana gəldi, iqtisadiyyat isə sözün tam mənasında dağıdıldı və talan
edildi. İqtisadi əlaqələrin pozulması yeni yaranmış ölkələrin
iqtisadiyyatına ölümcül təsir göstərdi.
Beləliklə də, əslində həm özünün və həm də yaxın və uzaq
qonşularının iqtisadiyyatının pisləşməsinin müəllifı, səbəbkarı
Rusiyanın özüdür. Artıq 10 ilə yaxındır ki, SSRİ deyilən bir dövlət
yoxdur.
Lakin
iqtisadiyyatı
idarə
edərin
psixologiyasında,
dünyagörüşündə köklü, müasir dünyanın qəbul etdiyi dəyişikliklər baş
vermədiyinə, siyasət və hərbi gücə malik olmaq psixologiyası qaldığına
görə Rusiyada iqtisadi inkişaf zəif gedir. Uzun illər boyu dövlətlərin
iqtisadi inkişaf göstəriciləri müqayisə edilərkən Rusiyanın deyil SSRİ-
nin göstəriciləri müqayisə edilirdi. Buna görə do Rusiyada iqtisadi
vəziyyətə qiymət vermək üçün fərdi şəkildə aparılan tədqiqatların
məlumatlarından istifadə etməyi üstün tutduq. Rusiyanin İqtisadiyyat
Elmi və Sahibkarlıq Fəaliyəti Akademiyasının akademiki, REA-nın
Avropa İnstitunun beynəlxalq iqtisadi müqayisələr mərkəzinin rəhbəri
i.e.d., professor A.M.Kudrovun şəxsi hesablamalarına görə 1990-cı ildə,
yəni SSRİ-nin dağılmasından bir il qabaq, Rusiyanın ÜDM-nun həcmi
ABŞ-ın ÜDM-nun 17,7%-ni təşkil edirdi. 1992-ci ildə, yəni Rusiyanın
müstəqilliyinin birinci ilində bu göstəricinin səviyyəsi aşağı düşmüş və
cəmi 12,0% təşkil etmişdir. Sonrakı illərdə Rusiyanın iqtisadiyyatında
geriləmələr davam etmiş və 1996-cı ildə RF-nın ÜDM-nın həcmi ABŞ-
ın ÜDM-ni cəmi 8,6 faizi qədər təşkil etmişdir. Deməli, 1990-cı illə
müqayisədə ÜDM-un ABŞ-ın ÜDM-na görə nisbəti 2 dəfədən də çox
pisləşmişdir. Bunun səbəbi nədir? Keçid dövrü altında bunu pərdələmək
olmaz. Əsas və başlıca səbəb Rusiyanın, Ermənistandan başqa öz
qonşularına qarşı apardığı hərbi və kolonial siyasətdir. Rusiya nə özü
inkişaf edir, nə də qonşu ölkələrin inkişafını istəmir, onlara bütün
yollarla mane olmağa çalışır. Ölkələri bir-birinə qarşı qoymaqla
"Parçala və hökm sür" prinsipindən əl çəkmir. Elə buna görə də Rusiya
1991-1994-
cü illərdə Ermənistana 1 milyard dollar dəyərində silah-
sursat məhsulu bağışlamaqla Qafqazda gərginliyin artmasına səbəb
oldu. Lakin, əgər bu qədər böyük məbləğ Rusiyanın özünün iqtisadi
inkişafına yönəldilmiş olsa idi, iqtisadi səmərə əldə edilərdi. Rusiyada
iqtisadi inkişafın geriliyi ətraf ölkələrə ikiqat, üçqat mənfı " təsir
göstərir. MDB deyilən quruma daxil olan ölkələrin hamısında iqtisadi
gerilik var. Azərbaycanın iqtisadiyyatı buna parlaq misaldır. Bir
tərəfdən keçmiş SSRİ-də və sonradan Rusiya Federasiyasında və onun
dostu Ermənistanda gedən proseslərin bilavasitə təsiri nəticəsində, digər
tərəfdən, rus-erməni qoşunları tərəfındən 20%-dən də çox
torpaqlarımızın zəbt edilməsi nəticəsində Azərbaycanın iqtisadiyyatı
lazım və mümkün olan səviyyədə inkişaf edə bilmir. Burada əsas səbəb
- region amilidir.
§3.
Transmilli korporasiyalar (TMK) və dünya
iqtisadiyyatı
3.1. TMK-
nın mahiyyəti
Bazar iqtisadiyyatı yolu ilə inkişaf etmiş kapitalist ölkələrinin
əsas liderləri keçən əsrdə böyük müvəfəqiyyətlər əldə edə bildilər.
Nəhəng monopolist fırmaların əlində çoxlu miqdarda maliyyə
resursları toplanmışdı. Ölkə daxilində onlardan tam və səmərəli
istifadə etmək limiti tükənməkdə olduğuna görə kapital sahibləri pulu
ölkənin xaricində yerləşdirmək və daha yüksək gəlir əldə etmək
ideyalarını öz hökumətlərinin dəstəyi ilə reallaşdırmağa başladılar. Bu
cür ideyaların ortaya çıxması və reallaşmağa başlaması tarixi keçən
əsrin birinci yarısına təsadüf edir. Lakin kapitalın xarici ölkələrdə
yerləşdirilməsi işinin dünya iqtisadiyyatına güclü təsiri əsrin ikinci
yrasında əyani nəzərə çarpmağa başladı. Məhz bu dövrdə inkişaf etmiş
ölkələrin xaricdə fəaliyyət göstərən sənaye, bank və digor
strukturlarının sayı 10 mini ötmüşdü. Getdikcə onların içərisindən çox
da böyük olmayan qruplar daha f
əallaşmağa başladılar və özlərinin
istifadə etdikləri yeni stil və üsulların hesabına böyük müvəffəqiyyətlər
əldə etdilər. Bunları sonralar transmilli korporasiya (TMK)
adlandırmağa baş-ladılar.
Bu gün TMK-
lar çox inkişaf etmişlər və bir çox cəhətdən dünya
bazarının strukturunu və məhsulların rəqabət qabiliyyətliliyini,
beynəlxalq kapitalın hərəkətini və texnologiyanın ötürülməsini təmin
edə bilirlər. Yüksək idarəetmə və təşkilati struktura malik olan TMK-ın
baş qərargahlarının beşdə dördü ABŞ-da, Yaponiyada, Böyük
Britaniyada, Almaniyada və Fransada yerləşmişdir. Bütün iri TMK-ın
30%-
ə qədəri ABŞ-ın payına düşür. 1987-ci ilin məlumatına görə
dünyanın 500 fəaliyyət göstərən nəhəng sənaye kompaniyalarının 183-ü
ABŞ-ın, 97-si Yaponiyanın, 52-si İngiltərənin, 36-sı Almaniyanın, 27-si
Fransanın, 16-sı Kanadanın və 13-ü İsveçrənin payına düşürdü.
Dünya
iqtisadiyyatının
inkişafında,
istehsalların
beynəlmiləlləşməsində, kapitalın səmərəli dövr etməsində, beynəlxalq
miqyasda elmi və texniki nailiyyətlərin istehsala kompleks tətbiq
edilməsində, iş yerlərinin yaradılmasında, iqtisadi inteqrasiya
proseslərinin güclənməsində və sairə bu cür texniki, texnoloji, təşkilati
iqtisadi və sosial məsələlərin həll edilməsindən TMK-nın rolu
böyükdür.
TMK-
nın bir mühüm cəhəti də vardır. Onlar nəyin
bahasına olursa-olsun mənfəət (təmiz mənfəət) əldə etməyə yox, nəyin
bahasına olursa-olsun istehsalın və xidmətlərin həcminin artırılmasına
çalışırlar və bu yolla da, həqiqətən, mütəmadi olaraq çoxlu mənfəət əldə
edirlər. Bir fıkir verin: ABŞ-ın "Ceneral motoros" avtomobil
korporasiyası 1988-ci ildə 4,9 milyard dollar təmiz mənfəət əldə etməyə
nail olmuşdur. Bəs dünya iqtisadiyyatının "qazancı" nə olmuşdu? 4,9
milyard dollar təmiz mənfəət əldə edən korporasiya 121,1 milyard
dollarlıq avtomobil məhsulu istehsal edib sata bilmişdir....
Həcmdən qazanmaq, məhsulun keyfıyyətini yüksəltmək, çevik
idarəetmə sistemi yaratmaq, elmin, texnikanın, texnologiyanın inkişafını
sürətləndirmək, istehsalın elm tutumluluğunu durmadan yüksəltmək
TMK-
nın başlıca iş üsullarındandır. Bütün bunların fonunda satışa görə
rentabellik demək olar ki, bütün transmilli korporasiyalarda çox
aşağıdır. Məsələn, baxılan dövrdə "Ceneral motors» korporasiyasının
rentabelliyi satış həcminə görə cəmi 4| faizdən bir qədər çox (4,05)
təşkil etmişdir (çədvəl 4).
Cavan və inkişafda olan dövlətlərdə TMK-nın yaratdıqları
müəssisələrdə 1985-ci ildə 6,3 milyon nəfər işçinin işlədiyi göstərilir.
Cədvəl 4.
TMK-
nın satış həcmi və təmiz mənfəəti (1988)
Adı
Əsas
fəaliyyət sahəsi
Satı
s həcmi
(mlrd.
dol.)
Təmiz mənfəət
Mlrd. dol.
Satışa
görə
%-
lə
"Ceneral
motors"
ABŞ
avtomobil 121,1
4,9
4,05
"Ekson" ABŞ
neft
79,6
5,3
6,6
"Royyal dat-
Şell” Böyük
Britaniya,
Niderland
neft
78,4
5,2
6,6
"Toyota",
Yaponiya
avtomobil 50.8
2,3
4.5
"Mobiloyl"
ABŞ
neft
48,2
2,1
6,8
"Britiş
petrolium" Böyük
Britaniya
neft
46,2
2,2
4,7
"Daymler-Vepts"
AFR
avtomobil 41,8
1,0
2,4
"Folksvagen
verk" AFR
avtomobil
33,7
0,4
1,2
"Nissan
motor" Yaponiya
Avtomabil
29.1
0,5
1,7
"Samson"
Cənubi Koreya
elektronika
37,4
0,5
1,8
"Nestle"
İsveçrə ərzaq (yeyinti) 27,8
1,4
5,0
Bu
İspaniya kimi bir ölkədəki fəhlələrin sayından da çoxdur.
İsveçrənin "Nestle" kimi ərzaq (yeyinti) korporasiyasının müəssisələri,
fili
alları və qız filialları bütün qitələrin 65 ölkəsində fəaliyyət
göstərirlər. 292 müəssisəsi olan bu monopolist dünyanın 43 ölkəsində
süd məhsulları, 31-də kofe, 30-da какао və şokolad, 20-də uşaq süd
yeməyi istehsal edir. Kompaniyada çalışan 163 min nəfərin cəmi 4,3%
İsveçrənin öz payına düşür. Qalan 95,7%-i xarici ölkələrdə fəaliyyət
göstərirlər. 1988-ci ildə korporasiyanın təmiz
mənfəəti 1425 milyon dollar təşkil etmişdir. Rentabellik isə cəmi
5,0% olmuşdur. Göründüyü kimi TMK-lar həm özləri yaxşı qazanırlar,
həm dünya iqtisadiyyatının inkişafına səbəb olurlar və həm də əhalini
nisbətən ucuz əmtəə və xidmətlərlə təmin edirlər. Lakin mahiyyətcə
onlar sovet dövrünün şüarları ilə desək, əsl kapitalistlərdirlər və ilk
növbədə, onlar öz maraqlarını, fırmanın maraqlarını qoruyurlar və
özlərinə xidmət edirlər. Lakin nəticəsi dünya iqtisadiyyatının və
əhalinin xeyrinədir. Bu paradoksdur. Onun izahını, mahiyyətini isə
dünyanın ən məşhur iqtisadçılarından olan Adam Smit vermis və
açmışdır: "Satış üçün məhsul istehsal edən hər hansı bir adam (sahibkar)
yalnız öz şəxsi marağını güdür, xüsusi mənfəətindən çıxış edir. Lakin bu
zaman o, "gözəgörünməz əl" vasitəsi ilə öz məqsədinə tamamilə dəxli
olmayan məqsədə doğru yönəldilir, yəni bəzən özü də bilmədən daha
əməli surətdə cəmiyyətin mənafeyinə xidmət etmiş olur".
TMK-
lar həm sayca və həm də istehsalın həcmi baxımından
sürətlə inkişaf etməkdə davam edirlər. BMT-nın tədqiqatçıları hesab
edirlər ki, bu gün 35 minə qədər TMK fəaliyyət göstərir. Müqayisə üçün
göstərək ki, 1939-cu ildə onların sayı cəmi 30-a bərabər idi. İndi TMK-
də birbaşa xarici kapital qoyuluşunun 90%-nə nəzarət edirlər.
3.2. TMK-
ın hərəkərverici qüvvələri
Beynəlxalq iqtisadi əlaqələr inkişaf etdikcə təsərrüfatçılığın yeni
strukruru kimi meydana çıxan TMK-lar özlərində beynəlxalq biznesi
cəmləşdirirlər. Adətən, TMK deyəndə, biz çox nəhəng monopolist bir
strukrur başa düşürük. Əvvəllər bu belə də var idi. Läkin müasir dövrdə
vəziyyət dəyişmişdir. İndi müxtəlif ölçüdə kiçik, orta, iri, nəhəng TMK-
lar fəaliyyət göstərir. Lakin onların hamısının oxşar əlamətləri vardır.
Onlar bir qayda olaraq səmərəli fəaliyyət göstərirlər və müvəffəqiyyət
qazanırlar. Bəs bunların hərəkətverici qüvvələri hansılardır? İlk növbədə
bura kompaniyalarla dövlətin sıx əməkdaşlığını aid etmək lazımdı. Bu
əməkdaşlığın əsasında qarşılıqlı maraqların reallaşdırlması,
dövlətin güclü maliyyə, diplomatik, siyasi, hərbi qüvvəsi durur. Öz
növbəsində TMK-lar öz işlərinə yaradıcı, elmtutumlu münasibət
bəsləməklə dövlətin möhkəmlənməsinə kömək göstərirlər. TMK-nın
dövlət aparatı üçün kadrların seçilməsində də fəal iştirak edirlər və çox
zaman da bu yola öz dövlətlərində beynəlxalq fəaliyyətlərinə mane
olmayan münasib qanunların qəbul edilməsinə nail olurlar. Bununla da
onlar öz dövlətlərinin daxilində korrupsiyanın, rüşvətvermənin, yersiz
yoxlamaların, qorxutmaların qabaqcadan qarşısını almış olurlar.
Nəticəsi də göz qabağındadır. TMK-lar olan ölkələrin hamısında həm
dövlət və həm də sahibkarlar kifayət qədər varlıdırlar, əhali də yaxşı
yaşayır.
TMK-
nın ilkin vəsaitinin məğzini sərbəst kapital təşkil edir. Öz
ölkəsində yığılan ("artıq" qalmış) kapitala sərbəstlik verildiyinə görə о
sərhədləri aşa bilmiş və sahibkarlar və dövlət üçün yeni mənfəətlər
gətirməyə başlamışdır. Kapitalın sərbəstlik alması TMK-nın səmərəli
işinin növbəti hərəkətverici qüvvəsidir. TMK-lar müəssisələrini,
filiallarını, qız filiallarını, nəvə fıliallarını özlərinə sərf edən ökələrdə
aça bilirlər. Növbəti hərəkətverici qüvvə scçdikləri ölkələrdə nisbətən
ucuz işçi qüvvəsindən, ucuz torpaqdan və yerli xammaldan istitadə
etmək nəticəsində meydana gəlir. Bir qayda ilə xarici ölkələrdə tikilən
müəssisə və sexlər nisbətən az kapital xərcləri tələb edir və nəticədə
kapitalın səmərəlilik əmsalı orta dünya səviyyəsindən bir neçə dəfə
yüksək ola bilər. Kapitalın geri alınması vaxtı isə qısa olur.
TMK-
nın fəaliyyəti müxtəlif və rəngarəngdir. Onlar avtomobil,
neftçıxarma, elektronika, metallurgiya, maşınqayırma, kimya, yeyinti ve
s. məhsulların istehsalı, satışı və tədqiqatı ilə məşğul olurlar. Dünya
iqtisadiyyatına aid olan ədəbiyyatlarda verilən məlumatlara görə
beynəlxalq kompaniyaların fəaliyyət dairəsinin 60%-ni istehsal təşkil
edir. Xidmət sferasının payına 37 faiz düşiir. Qalan 3% isə hasilat və
kənd təsərrüfatını əhatə edir.
TMK-
nın hərəkətverici qüvvələrindən biri də, onların son
dövrlərdə meydana gəlmiş transmilli banklara arxalanmalarıdır. Bu
banklar TMK-
nın inkişafının maliyyə əsası kimi, özləri isə istehsal ın və
maliyyənin beynəlmiləlləşdirilməsinin yeni təzahürü kimi çıxış edirlər.
Belə bankların minlərlə fılialları dünyanın bütün nöqtələrində fəaliyyət
göstərir və beynəlxalq fırmaların inkişaf etməsinə və çiçəklənməsinə
kömək göstərirlər.
З.З.ТМК-nın başlıca xüsusiyyətləri və səmərəli fəaliyyətinin
səbəbləri
TMK-
nın dünya təsərrüfat sistemində tutduğu yer və oynadığı rol
onlann spesifık xüsusiyyətlərindən irəli gəlir. Belaə xüsusiyyətlərdən
biri onların fəaliyyətinin universal olmasıdır. TMK həm ticarətçi (tacir,
kommersant), həm investor, həm də müasir texnologiyanı yayan və
beynəlxalq əmək miqrasiyasını stimullaşdıran strukturlardır. Onlar
istənilən məhsulu istehsal etmə, reallaşdırma, ticarətə nəzarət etmə ,
dünya və region bazarlarına təsir göstərməyə qadirdirlər.
TMK-lar
monopol
birliklərdir, fəaliyyət dairəsinə görə
beynəlxalq miqyaslıdırlar. Onlar bir çox cəhətdən dünya bazarında
əmtəələrin və xidmətlərin dinamikasını və strukturunu, onların rəqabətə
dözümlüyünü təyin edirlər. Kapitalın beynəlxalq miqyasda hərəkətinə
və biliyin və texnologiyanın ötürülməsinə güclü təsir göstərirlər.TMK-
lar öz mahiyyətləri nöqteyi-nəzərincə beynəlmiləldirlər və dünya
iqtisadiyyatının vahid orqanizm kimi formalaşmasında mühüm rol
oynayırlar.Müxtəlif ölkələrin müəssisələri arasında istehsal əlaqələrinin
dərinləşməsində və genişlənməsində onların rolu getdıkcə artır.
TMK-
nın ən başlıca xüsusiyyətlərindən biri fəaliyyətin mənsub
olduğu ölkədən kənarda xarici ölkələrdə keçirilməsidir. Baş (valideyn,
ana) kompaniya adətən "doğma" ölkədə, müxtəlif ölçüdə olan fıliallar
isə xarici ölkələrdə fəaliyyət göstərir. TMK-lar tam bir təsərrüfat
imperiyasını xatırladırlar. Onların özlərinin səlahiyyətləri, hakimiyyəti,
müxtəlif orqan və strukturları, çoxlu ölkələrdə müştəriləri vardır. TMK-
ın yaxşı təşkil olunmuş nəqliyyatı, kommersiya sirrini qorumağa,
rəqiblərinin istehsal sirlərini öyrənməyə qadir xüsusi aparatları,
tərkiblərində bank strukturları fəaliyyət göstərir. Yüksək səviyyədə
təşkil olunmuş maliyyə imkanlarına malik olan ayrı-ayn TMK-nın
sərəncamında olan maliyyə vəsaitlərinin məbləği çox vaxt bir neçə
inkişafda olan ölkələrin üst-üstə maliyyə imkanlarından çox ola bilər.
Bir qayda olaraq dövlət TMK-nın iqtisadi, siyasi, hüquqi maraqlarını
müdafıə edir.
Dünya iqtisadiyyatına təsiri, geri qalmış ölklərin iqtisadi inkişafı
baxımından TMK-nın fəaliyyətində ziddiyyətlər görmək olar. Bır
tərəfdən TMK-lar fəaliyyət göstərdiyi ölkələrin inkişaf etməsi üçün
şərait yaratmağa (elmi-texniki nailiyyətlərin təsərrüfatlarda tətbiqini
sürətləndirməyə və s.) nail olurlar, digər tərəfdən ölkənin iqtisadi
asılılığını artırırlar.TMK-lar bütün dünyada və xüsusən zəif inkişaf
etmiş ölkələrdə fəaliyyət göstərir və bir qayda olaraq bu ölkələrdə
iqtisadiyyatın əsas sahələrini öz nəzarətlərinə götürürlər.
İqtisadiyyatın monopollaşması prosesi, məlum olduğu kimi uzun
illər bundan qabaq XIX-XX əsrlərdə başlamışdır. Kartellər bunun ən
çox yayılmış forması idi. Müəyyən dərəcədə beynəlxalq xassələri olsa
da, kartellər əsasən daxili bazara işləyirdilər. Müasir dövrün
monopolistləri olan TMK-nın isə əsas fəaliyyət dairələri xarici
dövlətlərdir. Əsas məqsədləri isə istehsalı özlərinə münasib ölkələrin
ərazilərində yüksəltmək və bu yolla da özlərinə mənfəət, əhaliyə isə
keyfıyyətli məhsul vermək və xidmət göstərməkdir.
TMK-
nm əsas xüsusiyyətlərindən və səmərəli fəaliyyət
göstərmələrinə təsir edən amillərdən biri də onların dünya miqyasında
maliyyə resurslarından öz xeyirləri üçün istifadə etmələridir. ABŞ-ın
Maliyyə Nazirliyinin məlumatlarına görə Amerika korporasiyalarının
xaricdə yerləşən filiallarının aktivlərində olan vəsaitin məbləği keçən
əsrin 90-cı illərinin ortasında 2 trilyon dollar təşkil edib. Onların
maliyyələşdirilməsində vəsaiti qəbul edən dövlətlərin və üçüncü
dövlətlərin fıziki və hüquqi şəxslərinin vəsaiti ABŞ-da yerləşən baş
kompaniyaların onlara yönəltdiyi vəsaitdən çox olmuşdur.
TMK-
lar bir cəhətdən də diqqəti cəlb edir. Bu strukturlar elmi,
texnikı və texnoloji yenilikləri qısa müddətdə istehsala tətbiq etmək,
innovasiya mühitləri yaratmaq, bütün səviyyələrdə bazarı öyrənmək,
onların sektorlarını araşdırmaqda dünyada fəaliyyət göstərən ən
qabaqcıl kompaniyalarla yarışa girə bilir və qalib gəlirlər. Ən əlamətdar
cəhət ondadır ki, TMK-lar istehsalın səmərəli olmasına kompleks
yanaşırlar və xüsusən istehsalın sosial iqtisadi və təşkilati cəhətlərinə
çox fikir verirlər. Onlar beynəlxalq menecment sənətinə ustalıqla
yiyələnirlər və bu sahədə böyük və əməli təcrübə toplamışlar.
Fəaliyyətin diversifikasiyalaşdırılması, dinamikliyi, cevikliyi və
uyuşqanlı olması hər hansı süni şəkildə meydana gəlmiş və yaxud da
obyektiv səbəblər üzündən yaranmış vəziyyətlərdən "üzü açıq"
çıxmaları TMK-lara xas olan xüsusiyyətdir.Bu cəhətlə imkan verir ki,
onun təşkilatçıları istehsalı və satışı vaxtında optimallaşdıra və firmanın
şöhrətini saxlaya bilsinlər.
3.4.Dün
ya iqtisadiyyatı və TMK
Dünya iqtisadiyyatının inkişaf və tərəqqi etməsində TMK-ların
rolu çox böyükdür. Beynəlxalq korporasiyalar məhsuldar qüvvələrin
beynəlmiləlləşməsinə səbəb olurlar ki, bu da öz növbəsində bazar
münasibətlərində meydana gəlmiş məhsuldar qüvvələrin və istehsal
münasibətlərinin dünya miqyasında (beynəlxalq miqyasda) təşəkkül
tapmasına çox gözəl şərait yaradırlar və dünya iqtisadiyyatının
inkişafına və rezonans səmərə əldə etməyə imkan verir: ayrı-ayrı milli
kapitalların birləşdirilməsinə əsaslanan monopollaşma fəaliyyət
göstərdiyi ölkələrdə məhsuldar qüvvələrin inkişafı üçün yeni şərait
yaradır. Elə şəraitlə ki, TMK-sız bəlkə də heç yaranmayacaqdı, ya da ki,
yaranması üçün uzun illər tələb olunacaqdı.
TMK-
lar yüksək mənfəət əldə etmələri üçün hərtərəfl çalışırlar və
bu yolda istər-istəməz beynəlmiləlləşirlər. Bu prosesin özü bütün dünya
iqtisadiyyatına müsbət təsir göstərir. Beynəlmiləl status almış belə
korporasiyaların ilk maraqları çoxlu mənfəət əldə etməkdirsə, sonrakı
maraqları (öz iradələrindən asılı olmadan dünya iqtisadiyyatının
inkişafını təmin etməkdir. Onlar mənfəət "əldə etmək xatirinə dünyada
baş verəcək neqativ (etnik çəkişmələr müharibələr) hallara da çox pis
yanaşırlar və deməli, dünya iqtisadiyyatının inkişafı üçün şərait
yaranmasının "mübarizlərinə” çevrilirlər. Xarici ölkələrdə fəaliyyət
göstərən filialların istehsal təsərrüfat fəaliyyəti TMK-nın öz ölkəsində
yerləşən baş qərargahından idarə edilir və istehsal edilən məhsul çox
vaxt dünya bazarı üçün nəzərdə tutulur. TMK- beynəlxalq əmək
bölgüsünün sürətlənməsinə şərait yaradır. Kompaniyalar arasında,
ölkələr arasında baş verən əmək bölgüsü bir fırma daxilində beynəlxalq
əmək bölgüsü ilə tamamlanır. Bu cür çoxmillətli kompaniyalar son illər
müəyyən xidmət növlərinin həyata keçirilməsi ilə də məşğul olmağa
başlamışlar.
TMK-
nın dünya iqtisadiyyatına təsirinin digər tərəfı elmi-texniki
tərəqqi və onun nailiyyətlərinin istehsala gecikmədən tətbiq edilməsi ilə
bağıldır. Bu sahədə TMK-ı əvəz edən başqa struktur tapmaq cətindir.
TMK-
ların özləri beynəlxalq təsərrüfat strukturu olmaqla mahiyyətcə
innovasiya növlü strukurlardır. Onlar öz fılialları vasitəsilə elmi-texniki
tərəqqi nailiyyətlərinin digər ölkələrə də yayılmasına səbəb olurlar.
Toxuculuq və elkektronika sahəsində bu proses daha çox nəzərə çarpır.
Məhz TMK -ların dünyanın bir çox ölkələrindəki firma və
kompaniyalarda əlaqəyə girmək, birgə müəssisə yaratmaq, fundamental
və priklad tədqiqatlar həyata keçirmək, lisenziya almaq, əməkdaşlıq
etdiyı müəssisələrin texniki-istehsal bazalarını müasir səviyyədə
qaldırmaq üçün imkanları daha çox olur.
3.5.ТМК-ın coğrafiyası
İnkişaf etmiş ölkələrdən dünyanın digər ölkələrinə axan kapitalın
həcmi gctdikcə artır. Ölkələr sərbəst kapital toplandıqca bu prosesə
qoşulurlar. Lakin yeni nəhənglərin meydana gəlməsındə yüksək sürət
nəzərə çarpmasa da, xaricə axan kapitalın ümumi həcmində ənənəvi
olaraq bu prosesdə iştirak edən ölkələrin xüsusi çəkiləri və yerlərinin
dəyişməsi tez-tez baş verir. Məsələn, keçən əsrin 80-cı illərinin birinci
yarısında İngiltərədən xaricə axan kapitalın həcmi ABŞ-dan axan
kapitalın göstəricisindən çox olmuşdur. TMK-nın inkişafında
Yaponiyanın rolu getdikcə artır.
Кеçən əsrin 80-ci illərinin axırında 90-cı illərinin əvvəlində
Yaponiya xaricə kapital çıxaran nəhəng investor statusu almışdı.
Dünya təsərrüfat sistemində baş verən dəyişikliklər, dərindən
baxanda, elə transmilli korporasiyların özləri tərəfındən stimullaşdınlır.
Digər tərəfdən, dünya iqtisadiyyatında baş vermiş dəyişikliklərin özü
TMK-
ın sayında, strukturunda, ölçülərində və fəaliyyət sahələrində
müəyyən dəyişikliklərin baş verməsinə səbəb olur. Son illər kapitalın və
istehsalın transmilliləşməsi prosesinə orta ölçülü kompaniyalar da
qoşulur. Xaricə kapital ötürən ölkələrin coğrafıyası da dəyişir. İnkişaf
etmiş ölkələrin və yeni dövlətlərin də prosesə qoşulmaları nəzərə
çarpır.
Lakin TMK-
ın yaradıcıları olan ölkələr öz mövqelərini əldən
vermirlər. Hazırda əsas və nəhəng transmilli korporasiyalar planetimizin
üç nəhəng qütblərinin iqtisadi mərkəzlərinin - ABŞ Avropa Şurası və
Yaponiyanm ixtiyarındadır. Onlar dünya iqtisadiyyatının inkişafına
müsbət təsir etməkdə davam edirlər.
V FƏSİL.DÜNYA İQTİSADİYYATI VƏ QLOBAL
PROBLEMLƏR
Dostları ilə paylaş: |