§ 4. Dünya iqtisadiyyatının inkişaf şərtləri və tipləri
Dünya iqtisadiyyatının inkişaf şərtləri də məhsuldar
qüvvələrin inkişafı ilə dəyişir. Bu gün dünya təsərrüfat sisteminin
inkişafının əsas şərtlərinə əməkdaşlığa olan meyllərin güclənməsi,
qarşılıqlı anlaşıqların reallaşması, dünya iqtisadiyyatının bütün
yarımsistemlərinin inkişaf etdirilməsi zərurəti, vahid , humanist ,
məcburi olmayan sosial-ictimai formasiyanın bərqərar olması, ölkələr
və dünya miqyasında demokratik institutların yaradılması kimi yüksək
dəyərlər dacildir. Bu şərtlərin nə qədər əhəmiyyətli olduğunu ABŞ,
Qərbi Avropa ölkələrinin əksəriyyəti və Yaponiya çoxdan başa
düşmüşlər və böyük sosial – iqtisadi yüksəlişə nail olmuşlar.
Təəssüflər olsun ki, bizim respublikamızın da yerləşdiyi
regionda,Rusiya, İran və onların əlaltısı olan Ermənistan kimi
dövlətlərin təqsiri üzündən insan zəkasının irəli sürdüyü bu cür dünyəvi
şərtlər indiyə qədər lazımınca nəzərə alınmır. Nəticəsi də göz
qabağındadır.Rusiya və Qafqaz ölkələri zəngin təbii sərvətlərə, əlverişli
coğrafi məkana malik olmalarına baxmayaraq onlar Dünya Bankı
tərəfindən XXI əsrdə belə ancaq “inkişafda olan ölkələr” qrupuna daxil
edilirlər. Eyni vəziyyəti və eyni nəyicəni biz balkanlarda da görürük. Bu
misallar bir daha sübut edir ki, dünya iqtisadiyyatının və ayrı-ayrı
regionların və ölkələrin iqtisadi inkişafı problemlərə yeni mövqedən
yanaşmağı tələb edir ki, bunun da başında əməkdaşlıq,insan amili və
ona hörmət durur.
Dünya iqtisadiyyatını dərindən mənimsəmək üçün amil və
şərtlərlə yanaşı onun əsas inkişaf istiqamətlərini də bilmək
lazımdır.Məsələ burasındadır ki, eyni amil və şərtlər daxilində müxtəlif
inkişaf istiqamətləri seçilə bilər və alınan nəticələr də müxtəlif ola bilər.
Səmərəli dünya iqtisadiyyatına aparılan yol isə müəyyən amil və şərtlər
daxilində münasib inkişaf istiqamətlərinin təyin və inkişaf
etdirilməsindən keçir. İndi bu istiqamətlərin bir neçəsini nəzərdən
keçirək.
Dünya təsərrüfat sisteminin inkişaf istiqamətləri bu və ya başqa
şəkildə xarici iqtisadi əlaqələrlə bağlıdır.Belə iqstiqamətlərdən biri
müəyyən ölkəyə nisbətən xarici bazarın yaradılması və inkişaf
etdirilməsidir.Təcrübə göstərir ki, xarci bazar genişləndikcə dünya
iqtisadiyyatı inkişaf edir.Bu obyektiv prosesdir. Ona görə ki, xarici
bazarın yaranması zərurətinin özu-özlüyündə obyektiv əsası
vardır.Məsələ burasındadır ki, feodalizm dağıldıqdan, natural
təsərrüfatdan əmtəə-pul münasibətlərinə keçildikdən və deməli,
kapitalizm üsuli-
idarəsi formalaşdıqdan sonra beynəlxalq ticarətin
inkişafı üçün çox əlverişli şərait yarandı. Eyni zamanda kapitalizmin
bərqərar olması milli dövlətlərin, milli bazarların və milli təsərrüfatların
formalaşması prosesini sürətləndirdi. Bu ilk dövrdə yaxşı nəticələr verdi
və ölkələrin daxilində iqtisadi əlaqələrin genişlənməsinə səbəb
oldu.Məhsuldar qüvvələrin sonrakı inkişafı milli təsərrüfatların
qarşılıqlı iqtisadi əlaqələrinin genişlənməsi üçün şərait yaratdı və
beynəlxalq
əlaqələr
genişlənməyə
başladı.Belə
əlaqələrin
genişlənməsininin hərəkətverici qüvvəsi isə iri sənayenin və çox sürətlə
inkişaf etməsi idi. İri sənaye böyük xərc tələb edirdi.Səmərəni
yüksəltmək üçün istehsalın həcmi çoxalmalı idi ki, bunun üçün də
maşınlı istehsal prosesi şərait yaradırdı. Nəqletmə vasitələrinin də
sürətlə inkişaf etməsi xarici iqtisadi əlaqələrin genişləndirilməsinə
müsbət təsir göstərirdi.Bu da öz növbəsində dünya iqtisadiyyatının
inkişafını təmin edirdi. Qeyd edək ki, bu cür proseslər indiyə qədər
davam edir və xarici iqtisadi əlaqələrin genişləndirilməsinə, dünya
iqtisadiyyatının irəliyə doğru fəaliyyət göstərilməsinə səbəb olur.
Bu cəhətdən keçən əsr əlamətdar olmuşdur. Beynəlxalq
iqtisadi əlaqələr daha da genişlənmiş və istər dərininə və istərsə də
əhatə dairəsinə görə inkişaf etmişdir. Belə inkişafın əsas məğzini dünya
iqtisadiyyatı inkişafının yeni istiqamətinin meydana gəlib tərəqqi etməsi
təşkil etdirdi.Bu istiqamət nəhəng inhisarçı birliklər olan transmilli
korporasiyaların (TMK) meydana gəlməsi və fəaliyyət göstərməsi ilə
bağlı idi.
Təsərrüfatçılıq sahəsində dünyanın qabaqcıl təcrübəsi sübüt
etmişdir ki, əlverişli mühit yaradılan ölkələrdə sahibkarlar böyük
iqtisadi müvəffəqiyyət qazana bilirlər və onların müəyyən qisminin
əlində külli miqdarda kapital cəmləşir.Bu kapitalın bir hissəsini özünə
mənsub olduğu ölkədə sərmayə kimi işlətmək sahibkar üçün səməmərli
olmur. Yaranmış əlavə kapital digər, xüsusən də inkişaf etməkdə olan
ölkələrdə yerləşdirildikdə daha çox mənfəət gətirir. Xarici ölkələrdə
kapital qoyuluşunu sürətləndirən amil isə sənayecə ən yüksək şəkildə
inkişaf etmiş ölkə rəhbərlərinin bu prosesi müdafiə etmələri və onun
üçün
əla şərait yaratmaları oldu. Bu şəraitin mahiyyətini sahibkarların
əlində toplanmış əlavə kapitala “azadlıq” verilməsi təşkil edirdi. Bunun
nəticəsində Amerikanın, Yaponiyanın, İngiltərənin, Almaniyanın və s.
daha çox inkişaf etmiş ölkələrin sahibkarları öz kapitallarını digər
ölkələrdə sərbəst istifadə etmək hüququ qazandılar və keçən əsrin 60-cı
illərindən başlayaraq bu günə qədər öz fəaliyyətlərini bu günə qədər öz
fəaliyyətlərini gün-gündən gücləndirirlər.
TMK –
ın dünya iqtisadiyyatı inkişafının mühüm istiqaməti
kimi aşağıdakı üstünlükləri var. TMK istehsalın beynəlmiləllik
səviyyəsini artırır, beynəlxalq əmək bölgüsünü sürətləndirir, dünya
təsərrüfat sistemini rəngarəngləşdirir və dünya iqtisadiyyatının
dünyəvilik səviyyəsinin artırır. TMK –ın kapitalları öz ölkələrində baş
verən proseslərdən nibətən uzaqdırlar, yəni daha çox sərbəst hərəkət edə
bi
lərlər. Ümumilikdə götürdükdə TMK dünya miqyaslı münasibətləri
daha obyektiv formada tənzimləyirlər, kapitalı daha çox mənfəət gətirən
istehsal sahələrinə və regionlara tərəf meylləndirmək bacarığına
malikdirlər.
Onu da qeyd edək ki, TMK öz hökümətlərindən maliyyə,
diplomatik və hərbi himayədarlıq alırlar və inkişaf etməkdə olan
ölkələrdə iqtisadiyyatın strukturunu özlərini istədikləri kimi
tənzimləməyə nail olurlar. Lakin buna baxmayaraq TMK dünya
iqtisadiyyatı inkişafının mühüm istiqaməti kimi fəaliyyət göstərib və
XXI əsrin əvvəlində də müvəffəqiyyətlə fəaliyyət göstərməkdədir.
Beynəxalq siyasi vəziyyətin yaxşılaşması dünya
iqtisadiyyatı inkişafına güclü təsir göstərir və son nəticədə ölkələr
arasında illər uzunu müxtəlif səbəblər üzündən yaranmış əngəllərin
aradan qaldırılmasına gətirib çıxarır ki, bu da onu dünya təsərrüfat
sistemi inkişafının başlıca istiqamətlərindən birinə çevirir. Tarixə nəzər
salsaq görərik ki, əslində dünya iqtisadiyyatının inkişafı həmişə
beynəlxalq siyasi vəziyyətlə şəraitləşib.Beynəlxalq siyasi vəziyyət
dünya iqtisadiyyatının inkişafına üç cür təsir göstərə bilər. Birincisi,
ona
müsbət təsir göstərə bilər. Dünya təcrübəsinin təhlili göstərir ki,
beynəlxalq siyasi vəziyyət yaxşılaşdıqca dünya təsərrüfat sisteminin
güclənməsi üçün şərait yaranır.İkincisi, ona mənfi təsir göstərə bilər. Bu
o zaman baş verir ki, beynəlxalq siyasi vəziyyət müxtəlif səbəblər
üzündən pisləşir və dövlətlər və regionlar arasında iqtisadi əməkdaşlıq
mümkün ola bilən gücü və imkanı daxilində fəaliyyət göstərə bilmir.
Üçüncüsü, neytral vəziyyətdədir. Yəni beynəlxalq siyasi vəziyyət sabit
olduqda dövlətlərarası münasibətlər də ona uyğun formalaşır və
müəyyən mənada sabit qalır.Dünya iqtisadiyyatının inkişafı da
sabitləşir. Beləliklə də, siyasət , siyasi amil dünya iqtisadiyyatını həmişə
təsir etmişdir və indi də etməkdədir.
Dünya iqtisadiyyatının, dünya iqtisadi əlaqələrinin inkişaf
meyllərini dərindən öyrəndikdə məlum olur ki, beynəlxlq siyasi
vəziyyətlə beynəlxalq iqtisadiyyat arasında əlaqəni və qarşılıqlı əlaqəni
dərindən
bilməklə
dünya
təsərrüfat
sisteminin
inkişaf
qanunauyğunluqlarını dərk etmək, prosesi düzgün idarə etmək , ona
təsir göstərmək mümkündür. Sonda dünya iqtisaiyyatının inkişaf
perspektivlərini də düzgün proqnazlaşdırmaq mümkün olar. Buradan da
elə nəticə çıxarmaq lazımdır ki, beynəlxalq siyasi durumu
proqnozlaşdırmadan, dünya iqtisadiyyatının inkişafı haqqında fikir
söyləmək çətindir. Bunun əsas səbəbini iqtisadi münasibətlərin
özünəməxsus xüsusiyyətində axtarmaq lazımdır. Bu xüsusiyyətlər
nədən ibarətdir?
Birincisi dünya iqtisadi münsaibətləri ilk növbədə bütün
planet ölkələrinin iqtisadi əməkdaşlıq sahəsində ümumi dil tapması
səviyyəsini xarakterizə edir. Ümumi dilin tapılmasında isə bütün dünya
miqy
asında, ya da konkret bir region çərçivəsində fəaliyyət göstərən
ölkələrin rolu həlledicidir. Öz siyasi ambisiyasına malik olan ölkələr
sayı artdıqca ümumi dil tapmaq prosesi çətinləşir və siyasət
iqtisadiyyata üstün gəlir. Buna misal kimi keçmiş SSRİ, indi isə MDB
adlanan ölkələr qrupunu göstərmək olar. Rusiya ,İran və onların əlaltısı
olan Ermənistanın mühüm siyasi ambisiyaları bu regionda iqtisadi
inkişafı həmişə ləngitmişdir və çox təəssüf ki, indi də bu mənfi hal
davam edir.
İkincisi, dünya iqtisadi münasibətləri həm də dünya
ölkələrinin iqtisadi əməkdaşlıq sahəsində təsir və qarşılıqlı təsirlər
üsuludur.Bu üsul mextəlif ola bilər. Müvafiq olaraq dünya
iqtisadiyyatının da inkişaf səviyyəsi müxtəlif formada təşəkkül tapır.
İqtisadi əlaqələrin bir sıra üsulları məlumdur.Dünya iqtisadiyyatına təsir
etməsi nöqteyi-nəzərincə onları iki qrupa bölmək olar:
Iqtisad
yönümlü üsullar və güc işlətmə üsulları İqtisadi üsullarla
təsiretmə baş verdikdə prosesə cəlb olunan ölkələrin iqtisadi maraqları
ön planda du
rur və son nəticədə tərəflərin hamısı iqtisadi səmərə əldə
edir və inkişaf edirlər.Elə iqtisadi üsulların mahiyyəti də bundadır.
İqtisadi üsul dünya iqtisadiyyatının inkişafı üçün çox zəruridir və
təcrübədə bu sübut olunmuşdur.Bu gün Qərbi Avropa ölkələrinin, ABŞ-
ın və Yaponiyanın səmərəli inkişaf etmələrinin əsasını yaxın və uzaq
ölkələrlə öz iqtisadi əlaqələrini məhz iqtisadi üsullardan geniş və
hərtərəfli istifadə etmələri təşkil edir.Rusiya Federasiyası isə özünə
yaxın və uzaq ölkələrlə qarşılıqlı əlaqələrində əsasən güc üsullarından
istifadə tətbiq edir. Belə münasibətlərin nətcəsidir ki, Rusiyanın nə özü,
nə də onun yaxın qonşuları inkişaf etmiş ölkələr sırasına cıxa
bilməmışdir. Deməli, istər qlobal miqyasda və istərsə də lokal
miqyasda ölkələrarası əlaqələrin hansı üsulla qurulması dünya
iqtisadiyyatının inkişafı üçün əsas şərtlərdən biridir. İqtisadi üsullar
üstünlük təşkil etdikdə ticarət, istehsal-tikinti, texnoloji kooperasiya,
əmək bölgüsü, ixtisaslaşma, elm tutumlu məhsul istehsalı və innovasiya
əlaqələrinin həyata keçirilməsi üçün şərait yaranır ki, bu da
yarımsistemlərin –dövlətlərin və bütün sistemin dünya iqtisadiyyatının
inkişafına səbəb olur.
§5.Dünya təsərrüfatı və onun yarımsistemlərinin
göstəriciləri
Hər hansı bir öyrənilən obyektin vəziyyətini müxtəlif
istiqamətlərdə təhlil etmək olar və bu zaman qarşıya qoyulan
məqsəddən və təhlilin çərçivəsindən və dərinliyindən asılı olaraq
müxtəlif göstəricilər sistemindən istifadə edilir.Ölkələrin, regionların
və dünyanın iqtisadi vəziyyətinə iriləşdirilmiş şəkildə (yəni məsələləri
xırdalamadan) qiymət verilməsinə dünya təcrübəsində çox tez-tez rast
gəlmək olar. Bu zaman makroiqtisadi göstəricilərdən istifadə edilir .
Belə göstəricilərdən ən başlıcası ümumi milli məhsul (ÜMM) və yaxud
da ümumi daxili məhsul (ÜDM) göstəricisidir.
ÜMM (ÜDM) göstəricisindən dünya miqyasında iqtisadi
inkişafa qiymət vermək üçün geniş istifadə edilir. Bu gösrərici son
ictimai məhsuldar və adətən bir il ərzində baxılan obyektin son
nəticəsini göstərir.İqtisadi təhlildə bu göstərici ayrı-ayrı ölkələr,
regionlar, ölkə qrupları və planet üçün tam şəkildə hesablanır. Məqsəd
–
baxılan obyektdə iqtisadiyyatın inkişaf sürətinə qiymət verməkdir.
Hər iki göstəricinin istehsal olunan həcmini və istifadə edilən həcmini
hesablamaq olar.
İstehsal edilən ÜDM mahiyyətcə bu və ya digər ölkənin
ərazisində yerləşən və kimə məxsus olmasından asılı olmayaraq
fəaliyyət göstərən bütün müəssisələrin bir ildə istehsal etdikləri əmtəə
və xidmətlərini qəbul edilmiş qiymətlərlə son həcmidir. Son həcm
material xərclərini özündə əks etdirmir və əslində bütün sahələr üzrə
ödənilən əmək haqqının, mənfəətin və amortizasiyanın cəmi kimi
hesablanır. Əslində bu bütün sahələrdə istehsal edilən əlavə dəyərlərin
cəmidir.
İstifadə edilən ÜDM isə mahiyyətcə ölkədə həyata keçirilən
kapital qoyuluşlarının, istehlakın (əhalinin və dövlətin) və xarici iqtisadi
əlaqələrin saldosunun cəmidir. Əslində bu millətin ümumi ictimai
məhsuludur və dünya təcrübəsində müqayisəli təhlillərdə cox zaman bu
göstəricidən istifadə edirlər. Qeyd edək ki, ÜMM-da ÜDM –in
hesablama üsulu ilə hesablanır. Fərq ondadır ki, ÜDM hesablanarkən
xarici iqtisadi əlaqələrin saldosu çixilir, ÜMM –a hesablandıqda isə bu
saldo toplanır. Adətən bu iki göstərici arasında fərq çox kiçik olur.
Lakin ABŞ və bir neçə digər ölkələrdə ÜMM-u xaricilərə məxsus olan
müəssisələrin yatratdıqları əlavə dəyər daxil edilmir. Bu halda ÜMM –i
hesablamaq üçün ÜDM –
dən xaricilərin əldə etdikləri əlavə dəyəri
çıxmaq və bu ölkənin vətəndaşlarının xaricdə əldə etdikləri əlavə dəyəri
əlavə etmək lazımdır.
Bu iki göstəricilərdən başqa milli gəlir (MG) göstəricisi də
hesablana bilər. MG-in hesablanma üsulu da ÜDM –in hesablanması
kimidir, MG-i tapmaq üçün ÜDM –
dən amortizasiya ayırmalarının və
dolayısı ilə tutulan vergilərin məbləği çıxılır, subsidiyaların məbləği isə
əksinə ona əlavə edilir. Adətən vergilərin həcmi çox olur. Məlum
oldugu kimi, vergilər pərakəndə satış qiymətlərinə daxil edilir və son
istehlakçı tərəfindən ödənilir.Subsidiya əksinə, qiymətləri aşağı
salır.Təcrübə göstərir ki, uzunmüddətli dövr üçün müqayisə etdikdə
MG-
in və ÜDM –in ümumi dəyişmə sürətləri demək olar kİ, eyni olur.
Məhz buna görə də bütün dünya statistikasında çox zaman ÜDM
göstəricisindən istifadə edilir.
ÜDM –
in hesablanma metodologiyası göstərir ki, onun
vasitəsi ilə ölkə və dünya iqtisadiyyatı haqqında ümumi vəziyyəti
öyrənmək olar. Lakin burada qiymət amilini hökmən nəzərə almaq
lazımdır . Cari qimətlərlə hesablanan ÜDM nominal ÜDM, hər hansı
bir baza qəbul edilmiş dövrün (ilin) dəyişməyən qiyməti ilə
hesablandıqda isə o real ÜDM adlanır. Real vəziyyətləri tədqiq etmək
və yanlış nəticələrin baş verməməsi üçün dünyanın ÜDM-i Amerika
dolları (cari və daimi qiymətlərlə) vasitəsi ilə hesablanır.Ümumiyyətlə,
məsələyə bu cür yanaşmaq metodoloji cəhətdən düzgün olsa da , ayrı-
ayrı hallarda vəziyyəti tam aydınlaşdırmağa imkan vermir. ÜDM
göstəricisinin yaxşılaşması (artması) iqtisadi inkişafın olduğunu, onun
artım sürətinin dayanıqlığı ölkənin iqtisadi gücünu xarakterizə edir.
Lakin ÜDM göstəricisi geniş və yaxud sadə təkrar istehsalın hansı
xərclər hesabına başa gəldiyi, iqtisadi artımın intensiv və ya ekstensiv
yolla baş verdiyi, iqtisadiyyatın strukturunun necə dəyişdiyi və s. haqda
tədqiqatçıya heç bir məlumat vermir. Buna görə də dünya
iqtisadiyyatına və onun yarımsistemlərinin iqtisadi inkişafına daha
dərindən qiymət vermək üçün digər göstəricilərdən istifadə edilir.
Belə göstərilənlərdən ən geniş yayılması ölkə və dünya
təsərrüfatının strukturunu xarakterizə edən göstəricilərdir.Bir sahə orta
göstəriciyə nisbətən çox və az inkişaf edə bilər. Məsələn, ümumi
təsərrüfatda sənayenin və onun aparıcı sahəsi olan maşınqayımanın
xüsusi çəkisinin artması da dünya iqtisadiyyatının və ölkələrin
iqtisadiyyatının intensiv inkişafından xəbər verir. Bir qayda olaraq
inkişaf etmiş ölkələrin sənayesi yüksək xüsusi çəkiyə, sənayenin
strukturunda isə maşınqayırma yüksək xüsusi çəkiyə malik olur.
Məsələn, ABŞ və Yaponiyada maşınqayırmanın xüsusi çəkisi sənayenin
ümumi məhsulunda 50% -ə çatdığı halda Rusiyanın da daxil olduğu
MDB-
də bu göstərici heç 20% -də təşkil etmir. Azərbaycanda isə bu
göstərici 1-2 faizdir. Keçən əsrin son iki-üç onilliklərində dünya
təsərrüfatı yarımsistemlərinin iqtisadi inkişafı onlarda mikroelektronika,
kompüter texnikası, biotexnologiya, gen mühəndisliyi , məlumat
texnikası ilə bağlı olan yüksək texnoloji sahələrin inkişafı ilə
səciyyələnmışdir. Məhz bu sahələrin üstün inkişafına nail olan ABŞ
dünya liderliyini b
ir çox sahələrdə ələ ala bilmişdır. Yaponiyanı və
Almaniyanı da irəliyə çəkən amillər bunlardır.
Hər hansı bir ölkənin təsərrüfatında fəaliyyət göstərən
sahələri onların istifadə etdikləri xammal və materialların xarakterinə
görə üç qrupa bölmək olar: ilkin sahlərə, sonrakı sahələrə və üçüncü
qrup sahələrə.İlkin sahələrə kənd təsərrüfatı ilə hasilat sahələri daxil
edilir.Sonrakı sahələrə (bunlara ikinci sahələr də deyilir) emal sənayesi,
elektroenergetika və tikinti daxildir.Üçüncü adlanan sahələrə isə bir çox
sahələr daxildir.Xidmət sferasına daxil olan sahələr, maliyyə, sığorta,
təhsil, mədəniyyət , elm , tibbi sahələri və ənənəvi nəqliyyat , ticarət və
rabitə sahələri belə sahələrdəndir.
Ayrı-ayrı sahəllərin ÜDM-də yeri “xüsusi çəki” göstəricisi
ilə təyin edilir. Təhlil göstərir ki, ilkin sahələrin və xüsusən kənd
təsərrüfatının xüsusi çəkisi keçən əsrdə sürətlə azalmışdır. Bu meyl
inkişaf etmiş ölkələrdə daha kəskin gözə çarpır. Məsələn, ABŞ-ın
ÜDM-
də kənd təsərrüfatı 1913-cü ildə 39,3% “paya” malik idi. 1993-cü
ildə isə bu göstəricinin səviyyəsi cəmi 2 faiz təşkil etmişdir. Qeyd edək
ki, kənd təsərrüfatının xüsusi çəkisinin bu cür yüksək dərəcədə aşağı
düşməsi kənd təsərrüfatı məhsularının mütləq həcminin daim artması ilə
baş vermişdir.Belə ki, bu gün ABŞ kənd təsərrüfatı məhsulları ilə öz
əhalisini yüksək səviyyədə təmin etməklə yanaşı xaricdə də çoxlu
miqdarda kənd təsərrüfatı məhsulu ixrac edir. Bu cür vəziyyət ABŞ –ın
ÜDM –
də mütərəqqi struktur dəyişmələrinin baş verdiyinə dəlalət
edir.Əyanilik üçün 2№li cədvəldə inkişaf etmiş bazar iqtisadiyyatlı
ölkələrin ÜDM-nin dörd qrup sahələr üzrə strukturu verilmişdir.
Cədvəl 2
Əs
as
sah
ələr
1
913
1
960
İ
ll
ər
1
970
1
975
1
985
1
989
1
993
K
ə
nd
t
əsərrüfatı
39,3
6,3
3,9
4,1
3,2
2,8
2,0
S
ən
aye
-
36,4
31,9
29,9
29,9
27,1
31,0
Tik
inti
-
5,7
6,2
6
6,1
6,0
Xid
m
ət
-
51,6
58,0
59,5
61,3
64,2
61,0
ÜDM göstəricisi, qeyd etdiyimiz kimi, baş makroqitisadi
göstəricidir və iqtisadiyyatın vəziyyətinə qiymət verərkən bu
göstəricinin bir il (və yaxud baxılan hər hansı bir dövr) ərzində artım
sürəti faizlə və ya əmsalla götürülür.Lakin bu göstərici bir sıra keyfiyyət
göstəriciləri olmadan iqtisadiyyatın vəziyyətini xarakterizə etmək üçün
yaramır. Buna görə də ÜDM göstəricisi ilə yanaşı aşağıdakı
göstəriciləri də hesablamaq lazımdır.Belə göstəricilərdən ən mühümləri
ÜMM-
in əmək, fond və material tutumluğunu xarakterizə edən
göstəricilərdir.
Əmək tutumu göstəricisi ümumi milli məhsulun tərkibində
əmək haqqınan xüsusi çəkisini göstərir.Ayrı-ayrı məhsulların əmək
tutumundan fərqli olaraq ümumi milli məhsulun əmək tutumu son
onilliklərdə artmaqdadır.Dərc olunmuş materiallara görə inkişaf etmiş
bazar iqtisadiyyatlı ölkələrdə bu göstəricinin xüsusi çəkisi çox sürətlə
yüksəlir. Məsələn, ABŞ-da bu göstərici 1990-cı illərin axırında 80%
olmuşdur. Müqayisə üçün göstərək ki, 1929-cu ildə ABŞ-ın ümumi
milli məhsulunun tərkibində əmək haqqı 60%-dən də aşağı idi.
Qeyd edək ki, “Ümummilli məhsulun əmək tutumu”
göstəricisi bir çox cəhətdən iqtisadiyyatın sosial yönümlüyünü
göstərir(əslində burada söhbət istehsal texnologiyasında əməlyyatların
əmək tutumunun yüksəldilməsindən yox, fəhlə və qulluqçuların əmək
haqlarının artırılmasından gedir. Buna görə də göstəricinin adı
“Ümummilli məhsulun əmək haqqı tutumu ”olmalıdır.)
Materialtutumu ümummilli məhsulu əldə etmək üçün
istifadə edilən bütün qəbildən olan material xərclərinin ümumilli
məhsula görə nosbətini göstərir. Təhlil göstərir ki, bu göstəricinin
səviyyəsi bütün inkişaf etmiş ölkələrdə aşağı düşür və material-enerji
resurslarından daha səmərəli istifadə edilməsini səciyyələndirir. Bu
göstəricini material-enerji xərclərinin digər ünsürlərinə görə də
hesablamaq
olar. Məsələn, enerji tutumu, yanacaq tutumu, metal tutumu
və s.
Mühüm göstəricilərdən biri də ümummilli məhsulun elm
tutumu göstəricisidir. Bu göstəricini faizlə hesablamaq üçün baxılan
dövrdə elmin inkişafına ,prinsipcə yeni məhsulun layihələndirilməsinə,
mənimsənilməsinə və istehsalına çəkilən xərclərin ÜMM –ün həcminə
bölüb 100-
ə vururlar.Son illərdə bu göstəricinin səviyyəsi ABŞ-da 2,7 ,
İngiltərədə -2,3 , Fransada -2,4 , Yaponiyada – 2,8, İtaliyada -1,4 faiz
təşkil etmişdir.Mütləq planda bu faizlər böyük miqdarda vəsait təşkil
edir. Məsələn, 1996-cı ildə ABŞ-ın elmi inkişafına çəkdiyi xərcin
məbləği 185 milyard dollar təşkil etmişdir ki, bu da dünya uzrə həmin
xərclərin 47%ni təşkil edir.
Növbəti keyfiyyət göstəricilərindən biri istehsalın fond
tutumudur.Bu göstəricisi əsas kapitalın dəyərini ÜMM -ə bölməklə
hesablanır. Dünya təsrübəsi göstərir ki, bu göstərici müxtəlif dövrlərdə
müxtəlif səviyyədə olub. Onun səviyyəsinə ən çox təsir göstərən amil
iqtisadi artımın tipidir. İqtisadi artımın ekstensiv tipi üstünlük təşkil
etdiyi mərhələlərdə fondtutumu yüksəlr(səmərəlilik aşağı düşür), əksinə
iqtisadi artım əsasən intensiv yolla baş verdikdə fondtutumu aşağı
düşür (səmərəlilik isə yüksəlir). Bu göstərici sahəsində ABŞ keçən əsrin
20-
ci illərinin ortalarından, Qərbi Avropa ilə Yaponiya isə 70-ci illərdə
dönüş yarada bildilər və yüksək nəticə əldə etdilər.
Dünya iqtisadiyyatına qiymət verərkən fondtutumu
göstəricisinin əksi olan fondverimi göstəricisindən də geniş istifadə
edilir.
|