AQİL ƏLİyev ariF ŞƏKƏRƏLİyev


§1.Qlobal problemlər və onların əsas əlamətləri



Yüklə 3,36 Mb.
Pdf görüntüsü
səhifə8/30
tarix07.01.2017
ölçüsü3,36 Mb.
#4955
1   ...   4   5   6   7   8   9   10   11   ...   30
§1.Qlobal problemlər və onların əsas əlamətləri 

1.1.Problemin mahiyyəti 

 

Yer  kürəsinin  hansı  tərəfində  yeləşməsindən  və  inkişaf 



səviyyəsindən  asılı  olmadan  bütün  dövlətləri  özləriin  daxili  sosial  –

iqtisadi inkişafı ilə bağlı məslələrlə yanaşı dünyanın qlobal adlandırılan 

məsələləri  də  bu  və  ya  başqa  səviyyədə  maraqlandırır.Qlobal 

problemlərə  maraqların  artmasının  obyektiv  əsası  vardır.  İlk  növbədə, 

bu,  “qlobal”  sininfinə  aid  edilən  problemlərin  ümmubəşəriliyi  ilə  izah 

edilə bilər. 

“Qloballıq”  anlayışı  özü-özlüyündə  çox  mürəkkəb  və  dərin, 

əhatəli  və  mahiyyətcə  gec  dərk  edilən  anlayışdır.Qlobal  sözünü  bir 

adam, bir qrup adam və yaxud bir dövlət hətta dövlət qrupları üçün çox 

çətin olan, həlli ilk baxışda mümkün olmayan, böhran vəziyyətdə olan 

halları ifadə etmək üçün işlətmək qəbul olunmuşdur.İlk növbədə dünya 

iqtisadiyyatı üçün bunun mənasını aydımlaşdırmaq lazımdır. 

Dünya  iqtisadiyyatında  işlədilən  “qlobal  problem”  özünün  bir 

neçə  əlamətlərinə  görə  də  digər,  heç  az  əhəmiyyətə  malik  olmayan 

iqtisadi  və  sosial  problemlərdən  fərqlənirlər.  Bu  əlamətlər 

hansılardır?Birincisi,onların  ümumibəşəri  məzmuna  malik  olmalarıdır. 

Bu  əlamət  qlobal  problemi  bəşəriyyətin  gələcəyi  ilə  formalaşmış 

sivilizasiyasının saxlanılması və inkişafetdirilməsi amilinə və qarantına 

çevirir. 

İkinci  əlamət  qlobal  problemlərin  əhalisinin  sayından,  sosial-

iqtisadi q

urluşundan, iqtisadiyyatınınvəziyyətindən, coğrafi mühitindən, 

elmi-

texniki inkişaf səviyyəsindən asılı olmayaraq bütün dövlətlər üçün 



səviyyədə  universal  və  kəskin  olmalıdır.Qıobal  problemlərin  üçünçü 

əlaməti onların kompleksliliyidir. Bu əlamət hər bir problem daxilində 

təbii-coğrafi,  elmi-texniki, sosial-iqtisadi  və  siyasi  aspektlərin  xüsusi 


 

 

qarşılıqlı  təsirdə  olmasını  xarakterizəı  edir.Dördüncü  əlamət 

problemlərin  dinamik  lomasıdır.  Bu  o  deməkdir  ki,  hər  hansı  konkret 

problemlərin  digər  problemlər  daxilində  yeri  və  tutuduğu  mövge 

dəyişkəndir.Belə hal ola bilər ki, dünya dövlətlərinin birgə əməkdaşlığı 

nəticəsində  hər  hansı  bir  ixtiyari  götürülmüş  problemin  kəskinliyi 

azalsın və hətta heçə ensin və yaxud da əksinə, ümumi dil tapmadıqda 

lap elə xırda görünən problem şaxələnsin və bütün bəşəriyyəti bürüsün. 

Bu  göstərdiyimiz  əlamətlər  qlobal  problemləri  digər 

problemlərdən  (bir  ölkə  və  yaxud  region  üçün  aktual  olan 

problemlərdən)  fərqləndirən  əlamətlərdir.  Lakin  bu  əlamətlər  qlobal 

problemlərin  genezisini  başa  düşmək  üçün  kifayət  deyildir.  Qlobal 

problemlərin genesizi bilavasitə ayrı-ayrı ölkə, və öıkələr qrupunda baş 

verən siyasi, sosial-iqtisadi və təbii problemlərlə  sıx əlaqədar olan bir 

perosesdir.  Hansı  əlamətə  malik  olmalarında  asılı  olmayaraq  qlobal 

pr

oblemlər  spesifik  və  əlahiddələşmış  qrup  problemlərdirki,  bunların 



hamısında ümumibəşərilik koloriti birinci yerdə durur. 

Beləliklə, qlobal problem elə problemdir ki, o bütün bəşəriyyətin 

həyatı maraqlarına toxunur və həlli üçün müxtəlif ölkələrin,bütün dünya 

cəmiyyətlərinin birgə əməkdaşlığını, səyini tələb edir.Qlobal problemlər 

öz  təbiətlərinə  görə  kompleks  xarakterlidirlər,  insanı  hərtərəfli  və 

dərindən  düşündürmək  xüsusiyyətlərinə  malikdirlər.  Həllini        təcili 

tələb  problemdirlər.Onların  həm  beynəlxalq,həm  siyasi  və  həm  də 

sosial-


iqtisadi aspektləri vardır. 

 

1.2.Qlobal problemlərin meydana çıxma səbəbləri 

 

 

Dünya 



iqtisadiyyatının 

müasir 


dövrünün 

xarakterik 

xüsusiyyətlərindən  ən    başlıcası  keyfiyyətcə  yeni  və  bir-birilə  sıx 

əlaqədə olan qlobal problemlərin meydana gəlməsi və kəskinləşməsidir. 

Onların  ortaya  çıxması  da  dünya  ictimaiyyətinin  və  bütün  ölkələrin 

diqqətini cəlb etməsi, istehsalın maddi əsasının genişlənməsi və dünya 

əhalisinin  durmadan  artması  kimi  obyektiv  proseslə  bağlıdır. 

Kəskinləşməsinin  səbəbi  isə  yüksək  templə  sürətlənən  elmi  texniki 

inqiıabdır.  Onu  da  almaq  lazımdır  ki,elmi  texniki  inqilab  bütün 

ölkələrdə  eyni  templə,eyni  səviyyədə  inkişaf  etmir.Bundan  başqa, 

ölkələrin  bu  məsələyə  münasibəti  də  müxtəlifdir.Elmi-texniki 


 

 

nailiyyətlərdən  istehsalda  istifadə  edərkən  problemlərə  kompleks 

münasibətin  olmması  və  yaxud  da  imkanlı  ölkənin  digər  ölkələrdə 

məhsuldar    qüvvələrin  inkişaf  etdirliməsi  şüarı  altında  əks  nəticələri 

nəzərə  almadan  elmi-texniki  inqilabın  nailiyyətlərini  tətbiq  etməsi  son 

nəticədə  onları  dünyada  qlobal  problemlərin  meydana  gəlməsi  və 

kəskinləşməsi müəllidlərinə çevirir. 

 

Deməli, bir və bir  qrup ölkənin texniki və elmi nailiyyətlərdən 



düzgün  istifadə  etməməsi  bütün  bəşəriyyət  üçün  problemlər  yarada 

bilər. 


 

Bu  və  digər  səbəblər  üzündən  dünyada  yaranmış  qlobal 

problemlərə xammal-mineral və enerji,ətraf mühitin qorunması, aclıqla 

və  ən  qorxulu  xəstəliklərlə  nübarizə,  səmərəli  demoqrafik  siyasətin 

işlənib  hazırlanması,  kosmosun  və  dünya  okeanının  mənimsənilməsi, 

yeni  meydana  gəlmiş  dövlətlərin  iqtisadi  və  elmi-texniki  gərginliyinin 

aradan  qaldırılınası,  sülhün  və  beynəlxalq  əməkdaşlığın  bərqərar  olub  

möhkəmlənməsi,  sivilizasiyasını  məhv  etməyə  qadir  qızğın 

silahlanmanın  dayandırılması,urbanizasiya  prosesinin  idarə  olunması, 

plan


etin qlobal istilənməsi kimi digər problemlər daxildir.  

 

1.3.Qlobal problemlərin qruplaşdırılması 

 

 

Göründüyü  kimi  problemlər  çoxdur.  Dünya    iqtisadiyyatında 



onların rolunu, yerini və həlli yollarını düzgün təyin etmək üçün qlobal 

problemləri üç qrup şəklində öyrənmək məqsədyönlüdür. 

 

Birinci  qrup  problemlər  öz  mahiyyətlərinə  görə  ictimai-siyasi 



xarakter  daşıyır  və  dövrümüzün  hazırkı  pilləsinin  siyasi  reallıqları  ilə 

şərtləşirlər.Belə problemlərə müharibə sülh, etnik çəkişmələr, tərksilah 

uğrunda  mübarizə,  hərbi  texnikanın  gündəlik  tələbat  məhsulları 

istehsalına  uyğunlaşdırılması,  müxtəlif    növ  əsarətlərdən  azad  olmuş 

ölkələrin iqtisadi və elmi-texniki gerilik problemi və müəyyən mənada 

demoqrafik problemlər daxildir.  

İkinci  qrup  problemlər  cəmiyyətlə  təbiət  arasında  baş  verən 

münasibətlərdən  doğur  və  elmi-texniki  inqilabların  təsiri  altında 

kəskinləşirlər.  Mineral-xammal    və  enerji  problemləri,ətraf  mühitin 

qorunması,kosmosun  və  Dünya  okeanı  resurslarının  mənimsənilməsi, 

qlobal istiləşmə bu qəbilədən olan problemlərdir. 


 

 

Ücüncü qrup 

problemlərin  meydana  çıxma  fazası  şəxsiyyət  və 

cəmiyyət  arasındakı  qrşılıqlı  münasibətlərdir.  Belə  problemlərə  ilk 

növbədə  aclıq  və  xəstəliklərlə  mübarizə,  sosial  tərəqqi  naminə  elm  və      

texnikanın tərəqqəsinə nail olmaq, ondan hərtərəfli və səmərəli istifadə 

etmək,  təhsilin  və  kadr  hazırlığının  yaxşılaşdırması  kimi  problemlər 

daxildir.  Göründüyü  kimi  qrupa  aid  olunan  problemlərin  səbəblərinin 

kökündə  dövlətlər  və  bu  dövlətlərdə  yaşayan  insanların      münasibəti   

durur. Öz  xalq

ının     gələcəyi haqqnda düşünən dövlət xadimləri olan 

ölkələrdə  bu  qrup  problemlərin  meydana  çıxması  ehtimalı  da 

azalır.Korrupsiyaya, rüşvətxorluğa qurşanmış dövlətlərdə isə əksinə, bu  

problemlər yaranır, kəskinləşir, qloballaşır, cəmiyyəti iflic edir. 

 

XXI  əsrin  əvvəlində  dünya  təsərrüfatı  yarımsistemləri  və 



bütövlükdə  dünya  iqtisadiyyatı  inkişafının  yollarına  və  ümumiyyətlə, 

iqtisadi  fəaliyyətə  daha  çox  yaradıcılıqla  yanaşmaq  zərurəti  mydana 

gəlmişdir.  Planetar  miqyasda  ictimai  inkişaf  konsepsiyası  işlənib 

hazırlanmalı  və  iqtisadi  inkişaf  isə  ancaq  bu  konsepsiya  çərçivəsində 

aparılmalıdır.  Qlobal  problemlərin  meydana  gəlməsi,  sürətlənməsi, 

zəifləməsi,  nə  dərəcədə  əhəmiyyət  kəsb  etməsi,onların  prioritetliyi 

məsələlərinə də çox ehtiyatla yanaşmaq tələb olunur.Keçən əsrin 70-ci, 

80-


cı  və  xüsusən  90-cı  illərində  elmdə,  texnikada,istehsalda  baş  verən 

inqilabi  dəyişiliklər  qlobal  problemlərin  prioritetliyinə  güclü  təsir 

göstərə  bildi.  Məsələn  60-cı  illərdə  nüvə  müharibəsinin  qarşısının 

alınması  ən  prioritet  qlobal  hesab  edilirdisə,  indiki  dövrdə  ekoloji, 

demoqrafik  aclıq,  zəif  inkişaf  etmiş  ölkələrin  olması,  qlobal  istiləşmə 

problemləri ön plana çəkilir.  



 

 

§2.Dünya Okeanından istifadə edilməsi problemi 

2.1. Problemin mahiyyəti 

 

                Müasir dövrün ql

obal  problemlərindən  olan  Dünya 

okeanından  istifadə  edilməsi  probleminin  fərqləndirici  xüsusiyyətləri 

vardır.  İlk  növbədə  Dünya  okeanı  vahid  təbii  mühit,ümimi  əmək 

cismidir. Dəniz təsərrüfatının məhsuldar qüvvələri kompleks xarakterə 

malikdir.  Son  nəticədə  Dünya  okeanı  insanlar  üçün  həm  iqtisadiyyat, 

həm  sosial  inkişaf,  həm  qurunu  yaşamaq  üçün  lazımi  şəklə,  lazımi 


 

 

vəziyyətə  gətirən  bir  təbii  varlıqdır.  Elmi  əsaslar  üzrə,  ağılla  istifadə 

etdikdə okean sənayenin demək olar ki, tükənməyən xammal bazasıdır, 

ene


rji mənbəyidir.Bütün bunlarla yanaşı Dünya okeanı ölkələrin həm də 

siyasi  maraq  dairəsidir.  Onu  da  qeyd  edək  ki,  bu  günə  qədər  Dünya 

okeanının səthinin və dibinin öyrənilməsi tam başa çatmamışdır. 

 

Çox  qiymətli  faydalı  qazıntılar  və  xüsusən  də,  qeyri-ənənəvi 



minerallar  Dünya  okeanının  4000-6000  m  dərinliklərində  yerləşirlər. 

Onların  mənimsənilmə- si üçün tələb olunan kapitalın öhdəsindən isə 

ancaq dövlətlərin birgə səyləri ilə gəlmək olar.Mütəxəssislərin fikrincə 

suyun dərin qatlarının mənimsənilməsi okean filiz hasilat komplesksinin 

və 

metallurqiya 



kombinatının 

yaradılmasını,geniş 

şəbəkəli 

infrastrukturların  və  xammalın  sahilə  daşınmasının  təşkil  edilməsini 

tələb  edir  ki,  bu  cür  texniki  vasitələrin  həyata  keçirilməsi  minimum-

maksimum diapazonda 400-1300 mi

lyard dollar vəsait tələb edir. Belə 

xərcin özü də Dünya okeanının mənimsənilməsini və istifadə edilməsini 

qloballaşdırır, ümumbəşəri edir.  

 

Təkcə bu deyilənlər göstərir ki, təbiət özü okeanı insanlar üçün 



“ümumi”  yaradıb  və  tək-tək  götürdükdə  hər  hansı  bir  səviyyədə 

yaradılmasından  asılı  olmayaraq  müxtəlif  milli,  regional  və  digər 

mexanizimlər  onun  problemlərini  tam  həll  edə  bilməz.  Lakin  indiki 

dövrdə  məsələyə  diqqətlə  yanaşdıqda  görmək  olar  ki,  çox  əsrlər  boyu 

hamının  ümumisi olan və maneəsiz istifadə olunan Dünya okeanı bir 

qrup ölkənin təsir dairəsinə düşə bilər. Getdikcə daha çox tədqiqatçılar 

bu fikirlə həmrəydilər ki, bu cür halın da qabağını dünya dövlətlərinin 

hamısının  birgə  əməyi  ala  bilər.  Həm  də  burada  söhbət  təkcə  iqtisadi 

amillərin  vəhdətliyi  zəruriliyindən  yox,eyni  zamanda  siyasi 

razılıqlardan da gedir. 



                     

2.2.Problemin yaranma səbəbləri 

 

Ümumiyyətlə  götürdükdə,  Dünya  okeanı  probleminin  qlobal 



şəki  alması  bir  neçə  kompleks,  bir-biri  ilə  sıx  bağlı  olan  səbəblər 

üzündən  baş  vermişdır.Dünya  miqyasında  xammal,  energetika,  ərzaq 

böhranlarının  meydana  gəlib  qlobalaşması,  texniki  tərəqqinin  sürətlə 

inkişafı  və  bunun  nəticəsində  kilometrələrlə    ölçülən  dərinliklərdə 

tədqiqat aparmağa və təssərrüfatla məşğul olmağa imkan yaradan əmək 

vasitələrinin  meydana  gəlməsi,  dəniz  təsərrüfatında  dövlətarası 

mülküyyətlərin,  istehsalların  və  idarəetmə  mexanizimlərinin 


 

 

(strukturların) meydana gəlməsi bu cür səbəblərdəndir. Bunlar okeanın 

ümumibəşəriliyinin  hüquqi  səndlərlə  təsdiq  edilməsində  mühüm  rol 

oynadılar,okeanın  birgə  öyrənilməsini  və  istifadəsini  siyasi  zərurilik 

həddinə çatdırdılar. 

 

Dünya  okeanı  probleminin  dünyəvi  problem  statusu  almasında 



dəniz  və  okeanların,  sosial-iqtisadi  inkişafda  oynaya  biləcək  rolunun 

hamı tərəfindən və xüsusən də inkişaf etməkdə olan dövlətlər tərəfindən 

dərk  edilməsi  prosesinin  başa  çatması  və  ekoloji  problemin 

qloballaşması  məsələləri  də    rol  oynamamışdır.Iakin  problemin  digər 

tərəfi ondadır ki, inkişafda olan ölkə və regionların tələb olunan qədər 

vəsaitləri,  siyasi  fəallıqları  yoxdur  ki,  Okeanın  sərvətlərini 

mənimsəməyə, özünü isə qoruya bilsinlər. Bunun üçün ölkələrin birgə 

səyi və bu sahədə onların məhsuldar əməkdaşlığı tələb olunur. 

 

 

   



2.3.Dünya okeanının iqtisadiyyata təsir imkanları 

        


       Dünya ok

eanının  iqtisadi  baxımdan  bütün  sirri  açılmasa  da 

onun zəngin resurslara malik olması bəşəriyyətə çoxdan məlumdur. Elm 

və  texnika  inkişaf  etdikcə  isə  bilkilərimiz  daha  da  zənginləşir.Aydın 

olur  ki,  quruda  yaşayan  insanların  gələcək  sosial  –iqtisadi  inkişafı 

bilavasitə Dünya okeanı ilə bağlı olacaqdır. 

 

İqtisadiyyatı  inkişaf  etdirmək  üçün  əsas  komponentlərin 



cəmləşdiyi  yer  Dünya  okeanının  dibidir.  Burada  çoxlu mənimsənilmiş 

və  mənimsənilməmiş  neft  və  qaz  yataqları,  dəmir  filizi,kömür  mis, 

nikel,  qurğuşun,limiti  olmayan  qədər  tikinti  materialları,sənayenin  və 

iqtisadiyyatın  digər  sahələrinin  inkişafı  üçün  zəruri  və  qiymətli  olan 

digər komponentlər toplanmışdır. 

 

Minerallar ehtiyatı həll olunmuş şəkidə dəniz suyunun tərkibində 



bundanda  çoxdur.Məsələn,  dünya  okeanı      sularında  həll  olunmuş 

şəkildə uranın miqdarı 4-5 milrd.ton, litiumda isə 170-200 milyard ton 

göstərilir .Dənizin dalğaları, dəniz cərəyanları ,istilik qradientləri və bu 

kimi  dəniz  “amilləri  ”  iqtisadiyyatı  inkişaf  etdirmək  üçün  mühüm 

potensial imka

ndır və dünya iqtisadiyyatı öz tələbatlarını ödəmək üçün 

onlardan istifadəni təmin etməlidir.  


 

 

    


Dünya okeanı planetimizdə yaradılan biokütlənin 43%-ni verir. 

yerin  quru  hissəsində  bitən  bitki  növlərinin  əksəriyyəti(50%-dən 

çoxu),heyvan  növlərinin  demək  olar  ki,  hamısı  hidrosiferada 

məskunlaşmışlar.Ənənəvi olraq insanlar nektondan istifadə etmişlər və 

indi də edirlər. Lakin dəniz ovu ilbəil çoxalmış   və keçən əsrin axrıncı 

onilliklərində 70 milyon tonu ötüb krçmişdir. Müqayisə üçün qeyd edək 

ki,  göstərilən  əsrin  əvvəlində  dəniz  ovu  cəmi  7  milyon  ton  təşkil 

edirdi.Dünya  okeanının  iqtisadiyyat  üçün  imkanları  içərisində  onun 

vahidliyi,  əksər  ölkələri  əhtə  etməsi  və  bu  səbəbdən  də  nəqliyyat 

imkanına malik olması   böyük əhəmiyyət kəsb edir. Dəniz nəqliyyatı 

i

lə daşınan yüklərin çəkisi milyard tonlarla ölçülür. 



 

Dünya  okeanı  bütün  deyilənlərdən  başqa  Yer  kürəsində  həyat 

üçün  lazimi  şəraitin  formalaşmasında  həlledici  rol  oynayır:Yer 

kürəsinin  bitki  örtüyünün  vziyyəti,heyvanat  aləminin  müxtəlifliyi,  göl 

və  cayların  axarlılılğı,  təbiətin  saflığı,  havanın  yumşağlığı  və 

tərkibindəki  oksigenin  miqdarı  Dünya  okeanından  bilavasitə    asılıdır. 

Bunlardan  başqa,  quruda  əmələ  gələn  tullantıları  qəbul  edən,  onların 

çoxunu  zərərləşdirən  və  belliklə  də  Yer  kürəsi  ekosisteminin  nisbi  də 

olsa tarazlıq vəziyytdə olmasını təmin edən tutum da Dünya okeanıdır.  

 

Dünya  okeanından  istifadənin  yaxşılaşdırmaq  və  onun 



imkanlarını  bəşəriyyətin  sosial-iqtisadi  inkişafına  yönəltmək  üçün 

ölkələr  üç  böyük  sahədə-iqtisadi  fəaliyyət  sahəsində,  dəniz dibinin 

mineral  resurslarının  kəşfi  və  mənimsənilməsi  sahəsində  balıqçılıq  və 

balıq təsərrüfat tədqiqatları və ticarət gəmiciliyi sahəsində əməkdaşlığı 

gücləndirməlidirlər.  

Keçmiş  zamanlarda  insanlar  Dünya  okeanından  istifadənin  hər 

cür  genişləndirilməsinə  çalışmışlar.  Müasir  dövrdə  vəziyyət 

dəyişmişdir.İndi  bəşəriyyətin  düşünən  beyinlərini  onun  qorunması  və 

səmərəli istofadə edilməsi daha çox maraqlandırır. 

 

Dünya  okeanının  qorunmasının  və  resurslarından  səmərəli 



istifadə olunmasının hər şeydən əvvəl iqtisadi əhəmiyyəti vardır. Qlobal 

problem  kimi  məsələnin  həlli  sosial-iqtisadi  problemlərin  həllinə  iki 

istiqamətdə  təsir  göstərə  bilər.  Birinci  istiqamətdə  Dünya  okeanının 

sərvəti  (məsələn  balıq)  insanların  qidalanmasını  yaxşılaşdırır.  Bu 

birbaşa  istiqamətdir.İkincisi  okean  dünya  sənayesinin  inkişafı  üçün 

xammal  bazasını  genişləndirir.  Qeyri-ənənəvi  minerallar  (dəmir- 



 

 

manqan,  fosforitlər,sulfidlər,  titan  maqnitlər,  tikinti  qazıntıları  və.s.) 

zəngin olan Dünya okean eyni zamanda quruda fəaliyyət göstərən qara 

və  əlvan  metallurgiya  kimya  və  tikinti  sənayeləri          üçün  potensial 

xammal bazasıdır.  

 

Mineralların  dünya  təssərrüfatı  dövrüyyəsinə  cəlb  edilmıəsinin 



iqtsadi  səmərəsi  “hasilat-  yenidənişləmə-  daşınma”  tsikilinin  texniki-

iqtisadi  göstəriciləri  çıxarılan  komponentlərin  dünya  və  dövlətlərarası 

qiymətləri və metal tikinti materialları bazarının vəziyyəti ilə təyin edilir 

və tənzimlənir. Təcrübə göstərir ki, bir qayda olaraq okean sərvətlərinin 

dövriyyəyə cəlb edilməsi iqtisadi cəhətdən srəfəli olur.Ekoloji cəhətdən 

sərfəli  olmaq  üçün  isə  geniş  miqyasdda  və  hərtərəfli  ekoloji  təmiz 

texnika və texnologiyalar işlənib hazırlanmalı və tətbiq edilməlidir.  

2.4. Dünya okeanının mənimsənilməsi istiqamətləri 

                            

və problemin həlli yolları 

 

 

Dünya  okeanının  mənimsənilmsəinin  mühüm  istiqamətlərindən 



biri  dünya  təssərüfat  əlaqələrinin  nəqliyyat  nöqteyi  –nəzərincə  təmin 

edilməsidir. Dəniz təsərrüfatı fəaliyyətinin bütün qalan növləri olduqca 

sıx və mürəkkəb şəkildə dəniz nəqliyyatı ilə bağlı olur.  

 

Dünya  okeanı  resurslarının  mənimsənilməsi  ilə  əlaqədar  olan 



digər siyasi-coğrafi, ekoloji və.s. kimi problemlərin də həll edilməsinin 

müxtəlif cəhətləri haqqında bu sözləri demək olar. Məhz dəniz nəqliyyat 

və  onun  fəaliyyət  dairəsini  təşkil  edən  dünya  gəmiçiliyi, 

tərsanələrininkişafı,  daxili  nəqliyyat  növləri  ilə  təmasın  yaradılması 

məslələri  Dünya  okeanı  resurslarının  mnimsənilməsi,  dünya  təsərrüfat 

sisteminin  fasiləsiz  fəaliyyət  göstərməsi  coğrafi  və  təsərrüfat  cəhətdən 

əmək bölgüsünün dərinləşməsi və mürəkkəbləşməsi dünya miqyasında 

təsərrüfatın  beynəmiləlləşməsi  prosesinin  təmin  olunması  kimi  qlobal 

problemlərin həllini bir düyündə birləşdirir. 

 

Bununla yanaşı bır cəhəti də qeyd etmək lazımdır ki, dəniz yük 



nəqliyyatının  alternativi  yoxdur.  Halbuki  dəniz  təsərüfat  fəaliyyətinin 

mineral  balıqçılıq  və.s.  kimi  növləri  haqında  bunları  söyləmək  olmaz. 

Onların  inkişafının  “quru”  variantı  vardır.  Texniki  tərəqqinin  nəticəsi 

kimi  son  dövrlərdə  dəniz  neft  və  qaz  kəmərləri,  trankoninental 

konteyner  “körpüləri”nin,  hava  daşınmalarının  meydana  gəlməsi  isə 

dəniz nəqliyyatı ilə yük daşınmasının rolunu zalda bilməmişdir. 



 

 

  Müasir elmi-

teniki  tərəqqi  Dünya  okeanının  hər  tərəfli 

öyrənilməsinə və resurslarından istifadə edilməsinə əsasən imkan verir. 

Lakin bu reallıq çoxdan məlum olsa da bu sahədə görülən işlərin həcmi 

sürəti bəşəriyyətin artan tələbatları və xüsusən də, xammal,energetika və 

ərzaq  problemlərinin  həlli  baxımından  qənaətbəxş  sayıla  bilməz. 

Məsələnin  həllinə  mane  olan  birinci  amil  Dünya  okeanının 

mənimsənilməsində  bütün  ölkələrin  fəal  iştirakının  təmin 

olunmasıdır.Bu  səbəbin  meydana  gəlməsi  ilk  zamanlar  Dünya  okeanı 

potensialına bir neçə sənaye cəhətdən inkişaf etmiş ölkələrin tam sahib 

olmaları  ilə  bağlı  olub  və  demək  olar  ki,  proses  müxtəlif  forma  və 

səviyyələrdə  indi  də  davam  edir.  İkinci  amil  okeanın 

mənimsənilməsinin  böyük  xərc  və  mürəkkəb  texnika  və  texnologiya 

tələb  etməsidir.  Təsadüfü  deyildir  ki,çox  zaman  dəniz  texnikasını 

aviasiya və kosmik sənayesinin məhsulu ilə müqayisə edirlər. Məhz bu 

səbəbdən  dünya  əhalisinin  böyük  əksəriyyətinin  məskunlaşdığı 

inkişafda olan ölkələrin dünya okeanından istifadə etmək imkanları ya 

çox  azdır,  ya  da  sıfra  bərabərdir  ki.  Deməli  qlobal  Dünya  okeanı 

probleminin  həlli  də  bir  çox  cəhətdən    digər  qlobal  problemin-

dövlətlərin  iqtisadi  cəhətdən  geri  qalmalarının  aradan  qaldırılması 

probleminin həllindən çox asılıdır. 

 

Dünya  okeanından  istifadənin  yaxşılaşdırmaq  və  onun 



resurslarını  insanların  artan  tələbatlarının  ödənilməsinə  yönəltmək 

məsələsidir. Məhz buna görə də Dünya okeanı probleminin həlli yolları 

bütün  ölkələrin  səmərəli  əməkdaşlarını  təmin  etməkdən  keçir.Dünya 

okeanının  tədbiqi  və  mənimsənilməsi  sahəsində  beynəlxalq 

əməkdaşlığın      iqtisadi  və  hüquqi  aspektlərinin  sıx  qarşılıqlı  əlaqədar 

olması  təkcə  əldə  edilmiş  nailiyyətlərin  nəzərə  alınması  deyil,həm  də 

iqtisadçıların və hüquqşünasların birgə hazırladıqları bir sıra iri texniki, 

texnoloji, istehsal, ekoloji və.s. problemləri nəzərdə tutur. 

 

Dünya  okeanı  sərvətlərinin  mənimsənilməsi  probleminin 



həllində  bütün  ölkələrin  maksiimum  iştirakının  aktuallığı  gün-gündən 

artır  və  prosesi  izləsək,  tam  qətiyyətlə  demək  olar  ki,  Dünya  okeanı 

problemi  gələcəkdə  daha  aktual  bir  problemə  çevriləcəkdir.  Okeanın 

resurslarından  və  fəzasından  elmi-texniki  tərrəqini  sürətləndirməklə 

daha 

səmərəli  istifadə  edilməsi  zərurəti  ölkələrin  əməkdaşlığını  da 



birinci  plana  çəkir.  Hər  hansı  bir  şəkildə  olursa-olsun kean problemi 

 

 

ölkələrin iqtisadi siyasətinin tərkib hissəsinə və ölkələrin daxili və xarici 

problemlərinin həlli vasitəsinə çevrilir 

  Ok


ean  probleminin  həllinin  aktuallığını  və  bu  problemin 

həllində  ortaya  çıxan  hüquqi  məsələlərin  yoluna  qoyulmasının 

vacinbliyini  nəzərə  alan  BMT  və  onun  müvafiq  strujturları  bir  sıra 

tədbirlər  həyata  keçirirlər.  Belə  tədbirlərdən  biri  1973-1982-  ci  illərdə 

keçirilən və başa çatan BMT-nin III konfransı idi. Bu konfransda okean 

dibindən istifadənin hüquqi əsasaları işlənib haırlanmış və demək olar 

ki,  bütün  ölkələr  tərəfindən  qəbul  edilmişdi.  Bundan  başqa,  dünyada 

qəbul  edilmiş  bir  sıra  mühüm  sənədlər  (məsələn, iqtisadi zonalar 

konsepsiyası)Dünya okeanından istifadənin hüquqi əsaslarını təyin edir 

və  bütün  ölkələrin  maraqlarını  qorumaqla  dənizlrdən  səmərəli  istifadə 

olunması üçün şərait yaradır. 

  BMT-


nin Dünya okeanına həsr edilmiş sonrakı konfranslarında 

və iqtisadi zonalar konsepsiyasında dənizlərdə canlı resursların kəşfi  və 

işlənməsi  işlərinin  həyata  keçirilməsi,  iqtisadi  zonalarda  dəniz  dibi 

resurslarının 

işlənilməsi, 

dəniz 


tədqiqat 

işlərinin 

həyata 

keçirilməsi,dəniz  mühitinin  qorunması,  dənizdə  süni  adacıqların  və 



qurğuların  yaradılması  və  istifadəsi,  gəmiçilik  əməliyyatlarının  həyata 

keçirilməsi,  uçan  aparatların  hərəkəti,  dənizaltı  kabel  və  boru 

kəmərlərinin  yaradılması  və.s.  kimi  Dünya  okeanından  istifadə 

edilməsinə  aid  olan  məsələlərin  hüquqi  əsasları  işlənib  hazırlanmışdır. 

Bu  məsələlər  üzrə  dünyada  qəbul  edilmiş  qaydalara  əməl  olunması 

Dünya  okeanının  mənimsənilməsinə  və  düzgün  istifadə  olunmasına 

müsbət təsir göstərə bilər. 

 

 




Yüklə 3,36 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   30




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin