İdarəetmə sistemləri üzrə digər standartlarla qarşılıqlı əlaqə
Bu beyn
əlxalq standart İSO tərəfindən onun idarəetmə sistemləri üzrə beynəlxalq
sta
ndartları arasında uzlaşmanın artırılması üçün çərçivə sənədidir (bax Bənd A.1).
Bu standart təşkilata PDCA tsikli və risk əsaslı düşüncə ilə birlikdə proses
yanaşmanı tətbiq etməyə və öz idarəetmə sistemini digər idarəetmə sistemləri üzrə
standartların tələblərinə uyğunlaşdırmağa və inteqrasiya etməyə imkan yaradır.
Bu
beynəlxalq standart ISO 9000 və ISO 9004 standartarı aşağıdakı şəkildə
əlaqəlidir:
-
İSO 9000 “Keyfiyyəti idarəetmə sistemi. Əsas müddəalar və lüğət” standartı bu
standartın düzgün başa düşülməsi və tətbiqi üçün əsas yaradır;
-
İSO 9004 “Təşkilatın dayanıqlı uğuru üçün idarəetmə - Keyfiyyəti idarəetmə
yanaşması” standartı bu beynəlxalq standartın tələblərindən kənar inkişaf yolu seçmiş
təşkilatlar üçün rəhbəredici sənəddir.
Əlavə B İSO/TC176 tərəfindən işlənib hazırlanmış keyfiyyəti idarəetmə və
keyfiyyəti idarəetmə sistemlərinə dair digər beynəlxalq standartları üzrə ətraflı
məlumatları ehtiva edir.
Bu
beynəlxalq standart ətraf mühitin idarə edilməsi, əməyin sağlamlığı və
təhlükəsizliyinin idarə edilməsi və ya maliyyə idarə edilməsi kimi digər idarəetmə
sistemlərinə dair spesifik tələbləri əks etdirmir. Bu standartın tələblərinə əsaslanan
hazırlanmış spesifik sektoral keyfiyyət standartları bir neçə sektor üçün işlənmişdir. Bu
standartların bəziləri keyfiyyəti idarəetmə sisteminə dair əlavə spesifik tələbləri
|