7.1.5.2
Ölçmələrin izlənilməsi
Ölçmələrin izlənilməsi tələb olunanda və ya təşkilat tərəfindən ölçmə nəticələrinin
düzgünlüyünə əminlik zərurət təşkil edərsə, ölçmə avadanlıqları:
a)
Müəyyən intervallarla, və ya istifadədən öncə, milli və ya beynəlxalq ölçmə
standartlarına əsasən ölçüləbilən olan ölçmə standartları kalibrasiya və ya verifikasiya
edilməli və ya hər ikisi; belə standart olmadıqda kalibrasiya və ya verifikasiya üçün
istifadə edilən əsaslar sənədləşdirilmiş məlumat şəklində saxlanılmalıdır;
b)
Statusunu (vəziyyətini) müəyyən etmək üçün identifikasiya olunmalı;
c) Kalibrasiya statusun
u və növbəti ölçmə nəticələrini etibarsız edəcək
tənzimləmədən, zərərdən və korlanmadan qorumalıdır.
Təşkilat ölçmə avadanlıqları nəzərdə tutulan məqsədlər üçün yararsız hesab
edilərkən bunun əvvəlki ölçmə nəticələrinin düzgünlüyünə təsirini müəyyən etməli,
zərurət yarandıqda müvafiq tədbirlər görməlidir.
Dostları ilə paylaş: |