8.4.3 Kənar təchizatçılar üçün məlumat
Təşkilat kənar təchizatçıya məlumat verməzdən əvvəl tələblərin adekvatlığına
zəmanət verir.
Təşkilat kənar təchizatçılara aşağıdakılara dair öz tələbləri haqda məlumat
verməlidir:
a) təmin ediləcək proses, məhsul və xidmətlər;
b) təsdiqi üçün:
1) məhsul və xidmətlərin;
2) metod, proses və avadanlıqların;
3) məhsul buraxılışı və xidmətlərin ötürülməsinin;
c) şəxslərin istənilən zəruri keyfiyyəti də daxil olmaqla səriştəliliyi;
d) kənar təchizatçıların təşkilatla qarşılıqlı əlaqəsi;
e) xarici
təchizatçıların təşkilat tərəfindən tətbiq ediləcək fəaliyyətinin
yoxlanılması və monitorinqi;
f) təşkilat və ya onun müştərilərinin kənar təchizatçının mülkiyyətində həyata
keçirmək istədikləri yoxlama (verifikasiya) və təsdiq(validasiya) fəaliyyətləri.
|