AZS ISO 9001:2020
©AZSTAND –Bütün hüquqlar qorunur
15
və tətbiq etməlidir. Təşkilat, bu fəaliyyətlər və qiymətləndirmə nəticəsində yaranan digər
vacib tədbirlərlə bağlı sənədləşdirilmiş məlumatları saxlamalıdır.
8.4.2 Nəzarətin növü və dərəcəsi
Təşkilat zəmanət verir ki, kənardan təmin edilmiş proses, məhsul və xidmətlər
təşkilatın öz müştərilərinə müvafiq məhsul və xidmətləri ardıcıl olaraq çatdırmasına
mənfi təsir etmir.
Təşkilat:
a) zəmanət verir ki, kənardan təmin olunan proseslər şirkətin keyfiyyət idarə
sisteminin nəzarəti daxilində saxlanılır;
b) həm kənar təchizatçıya, həm də nəticələrə tətbiq ediləcək hər iki nəzarəti
müəyyən edir;
c) nəzərə alır:
1) kənardan təmin olunan proses, məhsul və xidmətlərin təşkilatın davamlı
olaraq müştərinin və qanuni və tənzimləmə tələblərinə cavab verməsinə potensial
təsirini;
2) kənar təchizatçının tətbiq etdiyi nəzarətin səmərəliliyini;
d) kənardan təmin olunan proses, məhsul və xidmətlərin tələblərə cavab
verməsini təmin edən zəruri yoxlama və digər fəaliyyətləri müəyyənləşdirir.
Dostları ilə paylaş: |