8.3.4 Layihələndirmə və hazırlanmanın yoxlanılması
Təşkilat, aşağıdakıları təmin etməklə layihələndirmə və hazırlanma proseslərinə
nəzarət etməlidir:
a)
nail olunacaq nəticələrin müəyyən edilməsi;
b)
layihələndirmə və hazırlanmanın tələblərə cavab vermə qabiliyyətini müəyyən
etmək üçün təhlilin keçirilməsi;
c)
layihələndirmə və hazırlanmaya dair nəticələrin başlanğıc tələblərə cavab
verməsini təmin etmək üçün yoxlama (verifikasiya) işlərinin görülməsi;
d)
hazırlanan məhsul və xidmətin aidiyyəti üzrə tətbiqi və ya nəzərdə tutulmuş
istifadəsinə dair tələblərə cavab verməsi üçün təsdiqetmə(validasiya) işlərinin həyata
keçirilməsi;
e)
təhlil, və ya verifikasiya və validasiya fəaliyyətləri ilə bağlı problemlərə dair
zəruri tədbirlərin görülməsi;
f)
bu fəaliyyətlər üzrə sənədləşdirilmiş məlumatların saxlanılması.
Qeyd: Layihələndirmə və hazırlanma proseslərinin təhlili, yoxlanışı və təsdiqinin fərqli
məqsədləri var. Onlar məhsul və xidmətlərə uyğunluğundan asılı olaraq ayrılıqda və ya birlikdə
həyata keçirilə bilər.
|