8.2.4 Məhsul və xidmətlərə olan tələblərdə dəyişiklik
Təşkilat, məhsul və xidmətlərin tələbləri dəyişdikdə ona uyğun sənədləşdirilmiş
məlumatların dəyişdirilməsini və müvafiq şəxslərin dəyişildirilmiş tələblərlə tanış
olmasını təmin etməlidir.
8.3 Məhsul və xidmətlərin layihələndirilməsi və hazırlanması
8.3.1 Ümumi müddəalar
Təşkilat məhsul və xidmətlərin növbəti təminatı üçün müvafiq olan layihələndirmə
və hazırlanma proseslərini qurmalı, həyata keçirməli və saxlamalıdır.
8.3.2. Layihələndirmə və hazırlanmanın planlaşdırılması
Təşkilat, layihələndirmə və hazırlanma mərhələlərini müəyyən etmək və onlara
nəzarəti təşkil etmək üçün aşağıdakıları nəzərə almalıdır:
a) layihələndirmə və hazırlanma fəaliyyətlərinin xarakteri, müddəti və
mürəkkəbliyini;
b) müvafiq layihələndirmə və hazırlanmaya dair təhlillər də daxil olmaqla tələb
olunan prosesin mərhələlərini;
c) layihələndirmə və hazırlanmanın yoxlanılması və təsdiqi üçün tələb olunan
fəaliyyətləri;
d) layihələndirmə və hazırlanma proseslərinə cəlb olunan məsul və səlahiyyətli
şəxsləri;
e) məhsul və xidmətlərin layihələndirilməsi və hazırlanması üçün zəruri olan daxili
və xarici resursları;
f) layihələndirmə və hazırlanma prorseslərində iştirak edən şəxslər arasındakı
qarşılıqlı əlaqələrə nəzarət ehtiyacını;
g) müştəri və istifadəçilərin layihələndirmə və hazırlanma prorseslərinə
cəlbedilməsinə ehtiyac olduğunu;
h) məhsul və xidmətlərin növbəti təminatı üçün olan tələbləri;
|