8. MAGİSTR REFERATI
Müəllif magistr dissertasiyasının məzmunu əks et-
dirən referat hazırlayır. Referatın həcmi 5-6 səhifəyə qədər
ola bilər. Referatın titul səhifəsi dissertasiyada olduğu
kimidir. Yalnız burada “Dissertasiya” sözünün yerinə
“REFERAT” sözü yazılır(Bax: Əlavə 2). Üz vərəqinin
arxasında işin hansı kafedrada yerinə yetirildiyi, elmi
rəhbərin adı, soyadı, atasının adı, elmi dərəcəsi, elmi adı
göstərilir. Dissertasiyaya rəy vermiş rəyçinin adı, soyadı,
atasının adı elmi titulları göstərilir. Daha sonra dissertasi-
yanın müdafiə vaxtı və yeri göstərilir.
Referatda əsas etibarilə dissertasiyanın “Giriş”ində
olan məlumatlar (aktuallıq, məqsəd, vəzifələr, elmi yeni-
lik, praktik əhəmiyyət, metodlar, metodologiya və s.) gös-
tərilir. Referatda dissertasiyanın əsas ideyası, fəsillər
haqqında yığcam şərh, tədqiqatın nəticələri, müəllifin
təklifləri, yenilikləri konkret olaraq öz əksini tapır. Burada
həmçinin mövzu ilə bağlı yazılmış əsərlərə də qısa şərh
verilə bilər.
60
Referatda dissertasiyanın fəsilləri haqqında da müx-
təsər məlumat verilə bilər.
Referatda mövzu ilə bağlı müəllifin çap olunmuş
məqalələri, tezisləri, tələbə elmi cəmiyyətində, elmi konf-
ranslarda çıxışları, təltifləri də göstərilməlidir.
|