Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bu göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və
məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti
əsasında gömrük orqanı həmin müddəti uzadır. Gömrük bəyannaməsinin təqdim
edilməsi müddətinin uzadılmasına malların müvəqqəti saxlanc xüsusi gömrük rejimi
altında qalma müddəti çərçivəsində yol verilir.
119
Gömrük ərazisindən aparılan mallara dair gömrük bəyannaməsi həmin mallar