partlayıcı maddələrin;
- silahların, partlayıcı qurğuların və onlar üçün döyüş sursatının (soyuq, yivsiz ov
silahları və onların patronlarından başqa);
234
- nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, həmin silahların
hazırlanması üçün istifadə oluna biləcək və Az R-nın gömrük sərhədindən
keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlığın;
- Az R-dan çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli
xammalın;
Az R-dan çıxarılması üçün müvafiq qaydalar müəyyən edilmiş Az-da yaşayan
xalqların və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların;
- külli miqdarda, yaxud dövlət orqanının vəzifəli şəxsinin qulluq mövqeyindən
istifadə etməklə, yaxud dövlət orqanının vəzifəli şəxsi tərəfindən öz qulluq
mövqeyindən istifadə etməklə, yaxud gömrük nəzarətinin müəyyən formalarından
azad olunmuş şəxs tərəfindən, yaxud nəzarətinin müəyyən formalarından azad
olmuş ayrı-ayrı malların və nəql. vasitələrinin keçirilməsi üçün müvəkkil edilmiş
şə
xs tərəfindən, yaxud kontrabanda ilə məşgul olmaq üçün təşkil edilmiş bir qrup
şə
xs tərəfindən keçirilən digər malların.
2.Az R-nın Gömrük Məcəlləsinə görə Az R-nın gömrük orqanları təhqiqat
orqanlarıdır. Az R-sı gömrük orqanları təhqiqatının aparılması gömrük orqanlarının
səlahiyyətinə aid edilmiş gömrük işi sahəsində cinayətlərin əlamətləri olduqda, cinayət işi
qaldırır və Az R-sı Cinayət-prosessual qanunvericiliyinin normalarını rəhbər tutaraq
cinayətin izlərini müəyyən etmək və möhkəmləndirmək, onun törədilmiş şəxsləri aşkar
etmək üçün təhirəslınmaz hərəktləri həyata keçirir.
Törədilmiş, törədilən və ya törədilməsinə hazırlıq görülən cinayətlər haqqında ərizə və
məlumatlara Az R-sı gömrük orqanları tərəfindən baxılma Az R-sı Cinayət-prosessual qanun
vericiliyinə uyğun həyata keçirilir. İbtidai tədqiqatın formalarından biri olan təhqiqat
qaldırılmış cinayət işi üzrə və cinayət prosesual qanunvericiliklə nəzərdə tutulmuş qaydada
həyata keçirilir.
Təhqiqat orqanları törədilmiş cinayəti ilk olaraq aşkar edir, iş qaldırır, cinayətin
izlərinin dəqiqləşdirilməsi, sübhəli şəxsin saxlanılması, cınayətin qarşısının alınması üçün
təxirəsalınmaz tədbirlər həyata keçirirlər.
235
Ə
gər təhqiqat ibtidai istintaqın icraatınnı məcburi olduğu işlər üzrə aparılmışsa,
təhqiqat orqanı cnayət işini istintaq orqanlarına verir. Əgər təhqiqat ibtidai istintaqın
icraatının məcbüri olmadığı içlər üzrə aparılmışsa, təhqiqat orqanları işin tam təhqiqatına
davam edirlər. Əgər müstəntiq özü cinayət işi qaldırmış və icraata götürmüşsə, gömrük
orqanları ayrıca təhqıqat aparmır, bir qayda olaraq, istintaq orqanlarının təpşırığı ilə
ə
məliyyat-axtarış tədbirləri həyata keçirir.
Gömrük işi sahəsində cinayətlərin əlamətləri, gömrük qaydalarının pozulması
haqqında işin icraatı və ya həmin işə baxılma gedişində aşkar olunmuşsa, cinayət işi
başlanması məsələsi Gömrük Qanunvericiliyin qaydaları ilə müəyyən edilir.
Gömrük nəzarətini və ya gömrük rəsmiləşdirilməsini həyata keçirərkən işi sahəsində
cinayətlərin əlamətləri aşkar edilərsə, bilavasitə cinayət əlamətlərini aşkar edən Az R-sı
gömrük orqanının vəzifəli şəxsi Az R-nın Cinayət Məcəlləsinin bu cür əməllərə görə cinayət
məsuliyyəti nəzərdə tutan maddələrinin tələblərinə müvafiq olaraq, protokolda həmin
hüquqazidd əməli tövsif edir. Bu halda Az R-sı gömrük orqanının rəisi və ya onun müavini
üç sytkadan, müstəsna hallarda isə on sutkadan gec olmayaraq Az R-sı Cinayət-prosessual
Məcəlləsində nəzərdə tutulmuş aşğıdakı qərarlardan birini qəbul etməlidir:
1) cinayət işi başlamaq haqqında;
2) cinayət işi başlamağı rədd etmək haqqında;
3) gömrük işi sahəsində cinayətlər barədə protokoıu və sair materialları aidiyyəti üzrə
vermək haqqında.
Gömrük nəzarətinin və ya gömrük rəsmiləşririlməsinin həyata keçirilməsi prosesində
gömrük işi sahəsində cinayətlərin əlamətləri aşkar edildiyi andan gömrük orqanın rəisi Az
R-sı Cinayət-prosessual Məcəlləsində nəzərdə tutulmuş qərarlardan birinin qəbul edilməsinə
qədər gömrük qaydalarının pozulması haqqında işlər üzrə icraat qaydasında həmin fakt üzrə
yoxlama aparır.
Gömrük işi sahəsində cinayətlərin əlamətləri üzrə cinayət ii başıandıqdan sonr Az R-sı
gömrük orqanlarının vəzifəli şəxsləri tərəfindən gömrük qaydalarının pozulması haqqında
işlər üzrə icraatın davam etdirildiyi hallar aşağıdakılardı:
236
-
ə
gər gömrük işi sahəsində cinayətlərin təhqiqatı prosesində idarə, müəssisə,
təşkilat, həmçinin hüquqi şəxs yaratmadn sahibkarlıq fəaliyyəti ilə məşqul olan şəxslər
tərəfindən törədilmiş gömrük qaydalarının pozulmasının əlamətləri aşkar edilərsə, fiziki
şə
xslər və ya vəzifəli şəxslər barəsində cinayət işinin təhiqatının aparılmasından asılı
olmayaraq, Az R-sı gömrük orqanlarının vəzifəli şəxləri tərəfindən bu hüququozmalara gör
icraat davam etdirilir.
Gömrük qaydalarının pozulması haqqında iş üzrə icraat aşağıdakı hallarda qayandırıla
bilər:
1)gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilməli olan fiziki şəxs
qaçıb gizləndikdə və ya sair səbəblərə görə məsuliyyətə cəlb edilən şəxsin olduğu yer
müəyyən edilmədikdə;
2)məsuliyyətə cəlb edilən fiziki şəxs psixi və ya sair ağır xəstəliyə tutulmuş olduqda
və bu, həkim tərəfindən təstiq edildikdə;
3)gömrük qaydalarını pozan şəxs müəyyən olunmadıqda.
Gömrük qaydaların pozulması haqqında işin materiallarında əks olunan faktik
məlumatlar, həmçinin gömrük qaydalarının pozulması haqqında işlərin icraatı və bu işlərə
baxılma iləaqədar şəxslərin Az R-sı gömrük orqanlarıına çağırılması və həmin şəxslərin
özləri haqqında məlumatlar, bu cür işlərə baxılmağa qədər, yalnız icraatı aparan və ya işə
baxan Az R-sı gömrük orqanının vəzifəli şəxsinin, yaxud həmin gömrük orqanının və ya Az
R-sı yuxarı gömrük orqanlarının rəisləri və ya onların müavinlərinin, həmçinin Az R-sı
DGK gömrük hüquqpozmaları ilə mübarizə üzrə struktur bölməsinin rəisi və ya onun
müavinlərinin icazəsi ilə elan edilə bilər.
Gömrük nəzarətinin, gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi və ya törədilmiş,
törədilən və ya törədilməsinə hazırlıq görülən gömrük qaydalarının pozulması haqqında
ə
rizələrin, müraciətlərin və digər məlumatların yoxlanılması, yaxud gömrük qaydalarının
pozulması haqqında işlərin icraatı və ya bu işlərə baxılma prosesində gömrük işi sahəsində
cinayətlərdən başqa sair cinayətlərin əlamətləri aşkar edildiyi hallarda Az R-sı gömrük
237
orqanının rəisi və ya onun müavini aidiyyəti üzrə prokurora və ya ibtidai istintaq orqanlarına
bu barədə məlumat verir.
Gömrük orqalarında təhqiqat bilavasitə DGK-nin Qaçaqmalçılıq və gömrük
qaydalarının pozulmasi ilə mübarizə baş idarəsinin, gömrük idarələrinin qaçaqmalçılıq və
gömrük qaydalarının pozulmasına qarşı mübarizə şöbə və bölmələrinin əməkdaşları
tərəfindən aparılır. Təhqiqat aparan əməkdaşların qərarları müvafiq gömrük orqanının rəisi
və ya onu əvəz edən şəxs tərəfindən təstiq edilir. Gömrük orqanlarının rəhbərləri qaldırılmış
işin əsaslılığına, təhqiqat hərəkətlərinin qanuniliyinə, keyfiyyətinə və vaxtında heyata
keçirilməsinə görə təhqiqat aparan əməkdaşla bərabər məsuliyyət daşıyırlar. İbtidai
istintaqın məcburi olmadığı işlər üzrə təhqiqat cinayət işinin qaldırıldığı andan 10 gündən
gec olmayaraq bitirilməlidir. Aşağıdakı hallarda təhqiqat aparan şəxs işin təhqiqatında iştirak
edə bilməz:
a) əgər özü zərərdədirsə, mülki cavabdehdirsə, həmçinin bu iş üzrə ekspert,
mütəxəssis və ya tərcüməçi kimi iştirak etmişsə;
b) əgər onun tərəflərdən biri ilə qohumluq əlaqəsi varsa;
c) əgər onun təhqiq olunan işdə bilavasitə və ya dolayısı ilə marağı olduğunu güman
etməyə əsas varsa.
Gömrük qaydalarının pozulması haqqında eyni iş üzrə iddiyətli mənafeləri olan və
həmin işə görə məsuliyyətə cəlb edilən bir neçə şəxsin mənafeyinin müdafiəsini eyni
zamanda həyata keçirən vəkil və ya hüquqi yardim göstərən nümayəndə, həmçinin əvvəllər
həmin işdə gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işə baxılmani
həyata keçirən Az R-sı gömrük orqanının vəzifəli şəxsi, prokuror, ekspert, mütəxəssis,
ş
ahid, hal şahidi qismində iştirak edən vəkil və ya hüquqi yardım göstərən nümayəndə
gömrük qaydalarının pozulması haqqında işin icraatında və ya bu işə baxılmada iştirak
etməyə buraxılmırlar.
Gömrük, məhkəmə, iqtisad məhkəməsi, prokurorluq və Az R-nın digər hüquq-
mühafizə orqanlarının işçiləri, həmçinin vəkillər kollegiyasından çıxarılan şəxslər
məsuliyyətə cəlb edilən şəxsin nümayəndəsi ola bilməz.
238
Göstərilən şəxslər gömrük qaydalarının pozulması haqqında işin icraatında və ya bu işə
baxılmada qanuni nümayəndə kimi iştirak edərkən bu qayda tətbiq edilmir.
Aşağıdakı hallar olduqda gömrük qaydalarının pozulması haqqında işlərin icraatının
aparılması və bu işlərə baxılmada ekspert, müfəttiş və mütəxəssis iştirak edə bilməz:
1)
ə
gər onlar məsuliyyətə cəlb edilən fiziki şəxsin və ya hüquqi şəxsin, onun
vəkilinin və ya nümayəndəsinin, yaxud gömrük qaydalarının pozulması
haqqında işin icraatını və ya bu işlərə baxılmanı həyata keçirən Az R-sı
gömrük orqanının vəzifəli şəxsinin qahumlarıdırsa;
2)
ə
gər onların məsuliyyətə cəlb edilən şəxsdən xidməti və ya digər asılılıqları
varsa;
3)
onların şəxsən, bilavasitə və ya dolayısı şəkildə için nəticəsində marağı
olmalarını hesab etməyə əsas verən digər hallar varsa.
Gömrük qaydalarının pozulması haqqında işin icraatinda və ya bu işə baxılmada Az R-
sı gömrük orqanının vzifəli şəxsinin iştirakı istisna edən hallar olduqda, özü-özünə etiraz
etməyə borcludur.
3.Cinayət işinin qaldırılması üçün səbəblər aşağıdakılardır:
- bilavasitə təhqiqat orqanı tərəfindən cinayətin əlamətlərinin aşkar edilməsi;
- vətəndaşların ərizə və məktubları;
- müəssisə, təşkilat və vəzifəli şəxslərin cinayətlər barədə məlumatlar;
- cinayətlər barədə mətbuatda dərc olunmuş məqalə və məktublar;
- təqsirini boyuna almaqla könüllü gəlmədə cinayət işinin başkanılması üçün əsas isə,
cinayətin əlamətlərini göstərən materialların kifayət qədər olmasıdır.
Gömrük orqanı təhqiqat orqanı olaraq gömrük işi sahəsində törədilmiş cinayətlərin
ə
lamətləri olduqda iş qaldırır. Təhqiqat aparan şəxs tərəfindən cinayət işinin qaldırılması
barədə çıxarılmış və təhqiqat orqanının rəhbəri tərəfindən təstiq edilmiş qərarda onun
cıxarıldığı yer və vaxt, qərarı çəxarılmış şəxsin vəzifəsi, rütbəsi və soyadı, cinayət işinin
qaldırılması səbəbi və əsası göstərilməlidir. Təhqiqatın icraatı tapşırılan şəxs işi öz icraatına
qəbul etməsi barədə qərar çıxarır.
239
Gömrük orqanı bir təhqiqat orqanı olaraq gömrük işi sahəsində törədilmiş və ya
hazırlanan cinayətlər barədə məlumat və ərizələri qəbul edir. Törədilmiş və ya hazırlanan
cinayət barədə daxil olunmuş ərizə və məlumat üzrə ərizə alındıqdan 3 gündən artıq
olmayaraq, istisna hallarda – 10 gündən artıq olmayaraq qərar verilməlidir.
Ə
gər cinayət işinin qaldırılmasından imtina edilirsə, bu barədə əsaslandırılmış qərar
çıxarılır, həmçinin, bu barədə ərizəçiyə və ya ərizə verən müəssisə məlumat verilir, qərardan
ş
ikayət verilə bilməsi barədə onlara hüquqları izah edilir.
Ə
gər daxil olan ərizələrdə gömrük orqanının təhqiqat xidmətləri tərəfindən tədqiq edilə
bilməyən cinayətllər barədə məlumat varsa, belə ərizə və məlumatlar aidiyyəti üzrə digər
orqanlara göndərilir.
4.Gömrük qaydalarının pozulması haqqında işlərin icraatında iştirak edirlər:
- hüquqi və fiziki şəxslər, həmçinin fiziki şəxsin qanuni nümaəndəsi;
- idarə, müəssisə və təşkilat məsuliyyətə cəlb edilərkən rəhbərləri və ya onların
müavinləri, yaxud gömrük qaydalarının pozulması haqqında işin icraatını aparan Az R-sı
gömrük orqanının vəzifəli şəxsinin icazəsi ilə göstərilən şəxslərin gömrük qaydalarının
pozulmasına görə məsuliyyətə cəlb ediməsi ilə baqlı bütün məsələlərin nizama salınması
xidməti vəzifələrinə aid olan digər işçiləri;
- hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər məsuliyyətə
cəlb edilərkən həmin şəxslər.
Ə
gər gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən şəxs Az R-nın
ə
razisində yaşamırsa və bu ərazidən kənardadırsa, gömrük qaydalarının pozulması haqqında
işin icraatı və ya bu işə baxılmada həmin şəxsin nümayəndəsi iştirak edə bilər.
Nümayəndənin səlahiyyəti Az R-nın qanunvericiliyinə müvafiq qaydada, yaxud
nümayəndənin öz vəzifələrini icra etməsi üçün kifayət edən digər qaydada təsdiq
edilməlidir.
Gömrük qaydalarının pozulması haqqında işin icraatında və ya bu işə baxılmada
nümayəndə olmadıqda, gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən
şə
xsin ərazisində yaşadığı və ya olduğu xarici dövlətin konsulluğunun vəzifəli şəxsi iştirak
edə bilər.Şəxs, onun nümayəndəsi və ya bu maddədə göstərilən konsulluğun vəzifəli şəxsi
240
gəlmədikdə gömrük qaydalarının pozulması haqqında işin icraatı və ya bu işlərə baxılma
onların iştirakı olmadan həyata keçirilir.
Gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən şəxsə işin nəticəsi
barədə işin materiallarında qeyd edilibsə, onun göstərdiyi ünvana göndərilməklə məlumat
verilir.
Məsuliyyətə cəlb edilən şəxsin aşağıdakı hüquqları vardır:
- hansı gömrük qaydalarını pozduğuna görə məsuliyyətə cəlb olunduğunu bilmək;
- işin icraatı qurtardıqdan sonra və işə baxılarkın onun materialları ilə tənış olmaq,
onlardan çıxarış etmək;
- izahat vermək;
- sübutlar təqdim etmək;
- vəsatətlər qaldırmaq;
- etiraz etmək;
- işə baxılarkən icraat zamanı vəkilin və ya digər şəxsin yardımından istifadə etmək;
- icraatın aparıldığı dili bilmirsə tərcüməçinin xidmətlərindən istifadə etmək;
- iş üzrə qərardan şikayət vermək;
- Gömrük Məcəllə ilə ona verilən digər hüquqlardan istifadə etmək.
İ
nzibati qaydada saxlanılmış şəxsin vəkili və ya onun hüquqi yardım göstərən
nümayəndəsi aşağıdakı hüquqlara malikdir:
- inzibati qaydada saxlanılmış şəxslərə məhdudiyyətsiz sayda və müddətdə təklikdə
görüşmək;
- inzibati qaydada saxlanılmış şəxsin iştirakı ilə keçirilən gömrük qaydalarının
pozulması haqqında iş üzrə prosessual hərəkətlərin icraatında iştirak etmək;
- inzibati qaydada saxlama protokolu ilə və işin inzibati qaydada saxlamaq üçün əsas
olmuş digər materialları ilə tanış olmaq;
- saxlanılmış şəxsin iştirakı ilə aparılmış prosessual hərəkətlərin protokolları ilə tanış
olmaq.
Zəruri hallarda gömrük qaydalarının pozulması haqqında işlərin icraatı və ya ona
baxılmada iştirak etmək üçün ekspert cəlb edilə bilər.
241
Ekspertlərin hüquqları:
- işin materiallarının ekspertiza predmetinə aid və rəy vermək üçün zəruri olan hissəsi
ilə tanış olmaq;
- ona əlavə materialların təqdim edilməsi haqqında vəsatət vermək.
Zəruri hallarda gömrük qaydalarının pozulması haqqında işlər üzrə ayrı-ayrı prosessual
hərəkətlərin aparılması və ya ona baxılma zamanı mütəxəssis, yəni işin nəticəsində marağı
olmayan, xüsusi biliklərə və səriştəyə malik olan fiziki şəxs cəlb edilə bilər.
Gömrük qaydalarının pozulması haqqında işlər üzrə icraatı və ya bu cür işlərə
baxılmını həyata keçirən Az R-sı gömrük orqanı vəzifəli şəxsinin tapşırığı üzrə mütəxəssis
aşağıdakıları etməyə borcludur:
- sübutların aşkar edilməsində, rəsmiləşdirilməsində və götürülməsində Az R-sı
gömrük oqanının göstərilən vəzifəli şəxsinə kömək etmək üçün öz xüsusi
biliklərindən və səriştəsindən istifadə etməklə konkret prosessual hərəkətlərin
aparılmasında iştirak etmək;
- təftiş, yoxlama və inventarlaşdırma aparılmasında iştirak etmək;
- yoxlama və invetarlaşdırma aparan Az R-sı gömrük orqanının göstərilən vəzifəli
şə
xsinə, müfəttişlərə və digər şəxslərə aşkar edilmiş faktları və halları pokolladda,
təftiş, yoxlama və inventarlaşdıma aktlarında düzgün əks etdirmək üçün köməklik
göstərmək.
Mütəxəssis üzrlü səbəb olmadan öz vəzifələrini yerinə yetirməldən imtina etdikdə və
ya boyun qaçırmağa görə Gömrük Məcəlləyə uyğun məsuliyyət daşıyır.
Mütəxəssisin hüquqları:
- gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işə baxılmanı
həyata keçirən Az R-sı gömrük orqanının vəzifəli şəxsinin icazəsi ilə şahidlərə və
hüquqpozmaya görə məsuliyyətə cəlb edilən şəxslərə suallar vermək;
- subutların aşkar edilməsi, rəsmiləşdirilməsi və götürülməsi ilə əlaqədar olan halları
göstərmək;
242
- sübutların aşkar edilməsi, rəsmiləşdirilməsi və götürülməsi üçün elmi, texniki
vasitələrdən və metodlardan istifadə etmək;
- müşahidə, ölcmə və təcrübə aparmaq;
- gömrük qaydalarının pozulması haqqında işin icraatını və yabu işə baxılmanı həyata
keçirən Az R-sı gömrük orqanının vəzifəli şəxsinə, həmçinin çüfəəttəşlərə və
yoxlama və inventarlaşdırma aparan digər şəxslərə xüsusi bilik və səriştə tələb edən
məsələlər üzrə məsləhətlər vermək;1111111
Gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işlərə baxılmını həyata
keçirən Az R-sı gömrük orqanının vəzifəli şəxs iş üzrə ayrı-ayrı prosessual hərəkətlərin
icraatını vəzifəli şəxsinə tapşırmaq hüququna malikdir.
tapşırıq alındıqdan sonra, 10 gündən gec olmayan müddətdə yerinə yetirilməlidir.
Gömrük qaydalarının pozulması haqqında işin icraatını və ya bu işə baxılmanş həyata
keçirən Az R-sı gömrük orqanının vəzifəli şəxsi işin mahiyyəti üzrə aid olan şəxsləri sorğu-
sual edə bilər. Şəxslərin sorğu-sual edilməsi haqqında protokoı tərtib edilir.
İş
ın mahiyyti üzrə sorğu-sual:
-
gömrük qaydalarınnı pozulmasına görə məsuliyyətə cəlb edilən fiziki şəxs və ya
vəzifəli şəxsə hüquq-pozmanın törədilməsində özünü təqsirli bilib-bilməməsi sualı ilə;
-
gömrük qaydalarının pozulmasına görə məsuliyyətə cəlb edilən idarə, müəssisə
və təşkilatın rehbəri, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşgul
olan şəxsə gömrük qaydalarının pozulması faktini təstiq edib-etməməsi sualı ilə;
-
ş
ahid qismində çağırılmış fiziki şəxsə və ya vəzifəli şəxsə, onun hansı
məqsədlərlə sorğu-suala çağırıldığı bildirilir.
Sonra sorğu-sual edilən şəxsə işin mahiyyəti üzrə öz izahatını verməsi təklif olunur.
Gömrük qaydalarının pozulması haqqında işin icraatını həyata keçirən gömrük orqanının
vəzifəli şəxsi işin icraatı və işi baxılma üçün zəruri olan sənədləri tələb etmək hüququna
malikdir.
243
Hüquqi və fiziki şəxslərin ərazisində və ya binasında, yaxud onlara məxsus olan nəql.
vasitələrində, gömrük qaydalarının pozulmasının bilavasitə obyekti olan malların və
nəqlityyat vasitələrinin, əşyaların, həmçinin gömrük qaydalarının pozulması haqqında işin
icraatı və ya bu işə baxılma üçün zəruri olan sənədlərin olması barədə kifayət qədər əsaslar
oldugda, gömrük orqanlarının vəzifəli şəxsləri bu cür ərazilərin, binaların və nəqliyyat
vasitələrinin gömrük müayinəsini keçirə bilər. Gömrük müayinəsinin keçirilməsi barədə
gömrük qaydalarının pozulması haqqında işin icraatını aparan və ya bu işə baxan şəxsi
tərəfindən əsaslandırılmış qərar çıxarılır.
244
Gömrük orqanlarında idarəetmənin əsasları.
Suallar:
1. İdarəetmə anlayışı.
2. İdarəetmə qanunları.
3. İdarəetmənin prinsipləri, funksiyaları və metodları.
4. İdarəetmənin təşkilati strukturlarının növləri.
5. İdarəetmə prosesinin mahiyyəti və məzmunu.
6. İdarəetmənin psixoloji aspektləri.
Ayrı-ayrı icraçılar və ya insanlar qrupu şəkilində insan amilindən ibarət hər bir sistemin
səmərəli fəaliyyəti yalnız onu idarə edən – sistemin bu tərkib hissəsinin fəallığını
istiqamətləndirən və tənzimləyən müəyyən təşkiledici başlanğıc olduqda mümkündür.
Gömrük orqanlarının bütün əməkdaşlarının hərəkət birliyinə nail olunması gömrük
orqanlarında idarəetmə sisteminin başlıca məqsədidir. Sistem bi istiqamətdə işləməli və
qarşısında qoyulmuş vəzifələrin həllini təmin etməlidir. Bunun üçün onun daxilində dəqiq
idarəetmə tələb olunur.
Təcrübə göstərir ki, xüsusi idarəçilik biliyi olmadan idarəetmə bəzən gömrük
orqanlarında əməliyyat-xidməti fəaliyyətində xeyli səhvlərlə nəticələnir, dövlətin iqtisadi
təhlükəsizliyinin təmin edilməsi və onun iqtisadi mənafelərinin qorunması işinə müəyyən
ziyan vurur.
Ədəbiyyatda gömrük orqanlarının aid olduğu sosial-iqtisadi sistemlərlə “idarəetmə”
anlayışının çoxsaylı tərifləri vardır. gömrük orqanlarında idarəetməyə xaş olan əlamətləri
nəzərə alaraq müxtəlif xülasə edilmiş fikirləri ümumiləşdirməklə ona aşağıdakı tərifi vermək
olar.
245
İdarəetmə - gömrük orqanları əməkdaşlarına elə fasiləsiz informasiya təsiri prosesidir
ki, idarəçilik qərarlarının qəbul olunması və həyata keçirilməsi vasitəsilə dəyişən xarici və
daxili şəraitdə onların məqsədyönlü davranışını təmin edir.
Məcmu halda idarəetmə subyekti, idarəetmə obyekti və onlar arasında qarşılıqlı
əlaqələr gömrük orqanlarında idarəetmə sistemini əmələ gətirir. Gömrük orqanlarında
idarəetmə subyektlərinə idarəetmə qərarları qəbul etmək, tabeliyindəki əməkdaşlara və
kollektivlərə tapşırıq vermək və onların icrasını tələb etmək səlahiyyəti olan bütün
rəhbərlər, yəni məqsədyönlü təsiri həyata keçirən gömrük postunun, gömrük idarəsinin və
DGK-nin bütün elementləri və yarımsistemləri aiddir.
İdarəedən yarımsistemin qərarlarının, əmrlərinin, tapşırıqlarının icraçıları, gömrük işi
mütəxəssisləri gömrük kollektivləri, təşkilati strukturlar, texnoloji gömrük proseduraları,
eləcə də gömrük orqanlarının üzərinə qoyulmiş funksiyaların həyata keçirilməsi üzrə bütün
fəaliyyat növləri, gömrük fəaliyyəti resursları və s. gömrük orqanlarında idarəetmə
obyektləri kimi çıxış edir.
İdarəetmə subyekyti və obyekti haqqında məsələnin aydınlaşdırılması üçün dərk
etmək vaçıbdir ki, gömrük orqanlarında idarəemə - struktur olaraq, mərhələli, iyerarxik
xarakter daşıyır. İdarəetmənin müxtəlif səviyyələri gömrük sistemində eyni vaxtda
idarəetmənin həm subyekti, həm də obyekti kimi çıxış edir. İdarəetmənin hər pilləsinə və ya
səviyyəsinə öz idarəetmə subyekti və ya obyekti uyğun gəlir.
İdarəetmə subyekti idarəetmə obyektinin faktik vəziyyəti və onu əhatə edən xarici
mühit haqqında informasiya alır. Bu informasiya idarəetmə subyekti tərəfindən işlənir ki,
bunun da nəticəsi olaraq qərar qəbul edilir. Məzmunu birbişa əlaqə kanalı üzrə idarəetmə
obyektinə ötürmək üçün həmin qərara idarəetmə obyektinə ötürmək üçün həmin qərara
idarəçilik qəranının formalarından (əmr, göstəriş, qətnamə və s.) biri verilir. Bu qərarın
içrası haqqında informasiya və eləcə də idarəetmə obyektinin (idarəedilən sistemin) yeni
246
vəziyyəti haqqında informasiya yenidən əks əlaqə kanalı üzrə idarəetmə subyektinə daxil
olur. Beləliklə, idarəetmə nisbi və fasiləsiz prosesdir.
İdarəetmə prosesinin fasiləsizliyi onun dövriliyi haqqında, yəni müxtəlif idarəetmə
həlqələri tərəfindən və müxtəlif formalarda icra edilən eyni növ idarəçilik işlərinin və ya
idarəetmə mərhələlərinin icra edilməsinin müəyyən ardıcıllığı və təkrarlanması haqqında
danışmağa imkan verir.
Gömrük orqanlarında idarəetmə sistemi aşağıdakı komponentlərdən ibarətdir:
idarəetmə mexanizmi, idarəetmə strukturları, idarəetmə prosesi və idarəetmə sisteminin
təkmilləşdirilmə mexanizmi.
İdarəetmənin mexanizmini aşağıdakılar təşkil edir: idarəetmə qanunları, prinsipləri,
məqsədləri, metodları və funksiyaları.
İdarəetmə orqanları, idarəetmə kadrları və texniki idarəetmə vasitələri idarəetmənin
strukturuna daxildir.
İdarəetmə prosesi - idarəetmənin məqsədlərinə çatmaq üçün bütün idarəetmə
həlqələrinin göstərdiyi fəaliyyətdi.
İdarəetmə ssiteminin təkmilləşdirilmə mexanizmini idarəetmə obyektinin inkişafı
nəticəsində ona edilən dəyişiklər təşkil edir.
Gömrük orqanlarında idarəetmə həm obyektiv iqtisadi qanunlara və idarəetmə
qanunlarına, həm də onların əsasında formalaşan əməliyyat-ximət fəaliyyətinin bütün
iştirakçılarının ictimai, kollektiv və şəxsi maraqlarının vahid ssiteminə əsaslanır.
2.İdarəetmə qanunları idarəetmə ssitemi elementləri və yarımsistemləri, onda baş
verən proseslər və xarici mühit arasında ümumi, əhəmiyyətli və zəruri əlaqələri əks etdirir.
Onlar obyektivdir və insanların çüurundan və idarəsindən asılı deyildir. İdarəetmə
qanunlarını bilmək idarəetmə ssitemlərinin yaradılmasında və onların fəaliyyətinin təşkil
edilməsində idarəetmə qanunlarınnı tələblərini nəzərə almağa imkan verir.
247
Onlara aşağıdakılar aiddir: idarəetmə sisteminin vahidliyi qanunu, mütanasiblik
qanunu, idarəetmə funksiyalarının mərkəzləşdirilməsinin optimal nisbəti qanunu,
idarəedən və idarə olunan sistemlərin nisbəti qanunu və s.
İdarəetmə sisteminin vahidliyi qanununun təsiri dövlət idarəetmə ssiteminin yuxarı
orqanlarından onun aşağı həlqələrinə qədər idarəetmə münasibətlərinin qırılmaz
zəncirində; idarəetmə prosesinin bütün səviyyələrinin, əməliyyatlarının və mərhələrinin
arasıkəsilməzliyində, ritmikliyində və uzlaşmasında; insanların qlobal məqsədlərinin və
mənafelərinin bütün tərkib hissələri ilə idarəetmənin vahidliyində; idarəetmə
funksiyalarının və metodlarının vahidliyində; idarəetmə aparatı əməkdaşlarına tələblərin
vahidliyində təzahür edir.
Professional fəaliyyətin və idarəetmənin mütənasibliyi (proporsionallığı) qanunu
müəyyən edir ki, idarəetmənin ən mühüm vəzifəsi idarə edən və idarə olunan sistemlərin
fəaliyyətinin optimal proporsionallığını təmin etmək, sistemin tərkib hissələrinin fasiləsiz
əlaqəsini təşkil etməkdir. mütanasiblik onunla ölçülür ki, sistemin əsas fəaliyyəti – gömrük
rəsmiləşdirilməsi və gömrük nəzarəti, digər funksiyaların həyata keçirilməsi idarəetmə ilə
nə dərəcədə tam və dəqiq təmin olunur ki, minimal mümkün məsrəflərlə lazımi effekti
versin.
Mərkəzləşdirmənin optimal nisbəti qanunu elə idarəetmə sisteminin qurulmasını və
onun fəaliyyətinin elə təşkilini nəzərdə tutur ki, bu zaman gömrük orqanlarının hər bir aşağı
həlqəsinin mərkəzi idarəetmə orqanlarına arasıkəsilməz və kifayət qədər sabit tabeliliyi
mövcud olsun.
Idarə edən və idarə olunan sistemlərin nisbəti qanununun mahiyyəti idarə edən
sistemin idarə olunanla uyğunluğunun təmin edilməsi tələbindən ibarətdir.
Bu nisbətin dəyişməsi müxtəlif, başlıca olaraq, təşkilati və iqtisadi faktorların
təsiri ilə baş verir. Hər şeydən öncə, idarə edən sistemin inkişaf və fəaliyyət səviyyəsi
idarə olunan sistemin əməliyyat-xidmət fəaliyyəti səviyyəsinə uyğun gəlməlidir.
248
Qanunlar vasitəsiylə idarəetmə nəzəriyyəsinin məzmunu, idarəetmə prosesinin
əsas funksiyaları, metodları və strukturları, eləcə də xüsusiyyətləri üzə çıxarılır. Buna
görə də, sistemli yanaşma idarəetmə qanunlarının istifadəsində əsasdır. Sistemli
yanaşma onların tələblərini sistemli şəkildə ifadə etməyə və bütün sistemin optimal
fəaliyyət və inkiçaf variantını müəyyən etməyə imkan verir.
3. İdarəetmənin prinsipləri dedikdə, idarə edən sistemin əsaslandığı rəhbər
ideyalar, qaydalar, əsas müddəalar və davranış normaları başa düşülür.
Idarəetmə təcrübəsində gömrük orqanları tərəfindən ümumi, xüsusi və təşkilati-
texnoloji prinsiplər tətbiq edilir.
Idarəetmənin ümumi prinsipləri strateji idarəetmə normalardır və onlar gömrük
orqanlarının bütün sahələrində və yarımsistemlərində fəaliyyət göstərir.
Ümumi prinsiplər – sistemlik, əks əlaqə, informasiyanın kafiliyi, optimallıq,
bərabər tabelilik və b.
Sistemlilik idarəetmənin aparıcı prinsipidir. Gömrük orqanlarlının idarə
edilməsində sistemlilik sistemin struktur və funksional vahidlıyını təmin edir və
təkmilləşdirir.
Gömrük orqanları qarşısında dayanan vəzifələr nə qədər mürəkkəbdirsə,
sistemin əks əlaqə prinsipi o qədər böyük əhəmiyyət kəsb edir. Informasiya idarəetmə
subyektinə, sistemə təsir etmək və idarəçilik qərarlarının icrasını təmin etmək
məqsəsilə hər bir zaman anında sistemin vəziyyəti haqqında, qoyulmuş məqsədin əldə
edilməsi haqqında təsəvvür əldə etməyə imkan verir.
Informasiyanin kafiliyi prinsipi o deməkdir ki, gömrük sistemində. O cümlədən
idarəçilik sistemində informasiya həcmlərinin görünməmiş dərəcədə artması şəraitində
informasiya proseslərinin intensivləşdirilməsi olduqca böyük əhəmiyyət kəsb edir.
249
Qarşıya qoyulmuş məqsədin mümkün olan daha qısa müddətlərdə ən az maddi,
maliyyə və əmək məsrəfləri ilə əldə ediməsi gömrük orqanlarında idarəetmənin
optimallığı prinsipinin mahiyyətini təşkil edir.
Idarəetmənin optimallığı gömrük sistemində müxtəlif metodlarla və vasitələrlə
təmin edilir.
Gömrük orqanlarında idarəetmənin xüsusi prinsipləri iki böyük qrupa bölünür:
gömrük fəaliyyətinin iqtisadi, sosial-siyasi, və mənəvi sahələrində tətbiq edilən
prinsiplər və Az R-nın iqtisadi təhlükəsizliyini öz səlahoyyətləri çərçivəsində təmin edən
dövlət hüquq mühafizə təşkilatı olaraq gömrük orqanları sistemində mövcüd olan
prinsiplər.
Idarəetmənin xüsusi prinsiplərinə: qanunçuluq, səmərəli mərkəzsizləşdirmə ilə
birgə mərkəzləşdirmə, son nəticəyə istiqamətlənmə və b.aid edilir.
Idarəetmənin təşkilati-texnoloji prinsipləri gömrük orqanları rəhbərlərinin
təşkilati-sərəncamverici və inzibati-idaraedici fəaliyyətinin əsasında dayanır.
Onlara aşağıdakı idarəetmə prinsipləri aiddir: vahid rəhbərlik, konkretlik. əməyin
bölgüsü, skalyar, iyerarxiya, sərəncamvermənin vahidliyi və tək rəhbər, səlahiyyətlərin
ötürülməsi, idarəetmə diapazonu və s.
Vahid rəhbərlik prinsipinin əhəmiyyəti xüsusi olaraq qeyd edilməlidir. Bu prinsip,
bir tərəfdən, idarəetmənin kollegiallığını, digər tərəfdən isə, icraedici funksiyalara görə
ciddi fərdi məsuliyyətin müəyyən ediməsinin nəzərdə tutur. Kollegiallıq tapşırılan işə
görə hər bir gömrük əməkdaşının məsuliyyətini istisna etmir, əksinə onun ücün şəxsi m
əsuliyyət nəzərdə tutur.
Gömrük orqanlarının idarə ediməsində müvəffəqiyyət idarəetmədə iştirak edən bütün
gömrük sistemi vəzifəli şəxslərinin, orqanlarının və təşkilatlarının fəaliyyət birliyi ilə təmin
edilir. Bu zaman ümumi işdə hər birinin yerinin və rolunun spesifikasının dəqiq müəyyən
250
edilməsi, onların səlahiyyətlərinin, funksiyalarının və hüquqlarının aydın bölüşdürülməsi
olduqca mühüm əhəmiyyət kəsb edir.
İdarəetmənin konkretliyi prinsipi situasiyanın konkret təhlilini tələb edir ki, bunu üçün
idarəetmə sistemi haqqında və onun xarici mühiti haqqında keyfiyyətli elmi informasiya
lazımdır.
Əməyin bölgüsü prinspində nəzərdə tutulur ki, idarəetmənin təşkili üzrə bütün
fəaliyyət icrası idarəetmə sisteminin konkret həlqələrinə tapşırılan ən sadə əməliyyatlara
ayrılır. Gömrük orqanı idarəetmə sisteminin hər bir həlqəsinin dəqiq, konkret vəzifəsi
olmalıdır.
Skalyar prinsipi müəyyən edir ki, hər bir təşkilat (o cümlədən gömrük orqanı) dəqiq
müəyyən olunmuş iyerarxik struktura malik olmalıdır.
İyerarxiya prinsipi aşağı əməkdaşın və ya bölmənin yuxarıdakına tabe olmalı olduğunu
nəzərdə tutur. İnzibati uyerarxiyanın hər bir əməkdaşı yuxarıdakının qarşısında təkcə
özününkü yox, həm də özünün tabeliyində olan bütün əməkdaşların qərarlarına və
hərəkətlərinə görə cavab verir.
Səlahiyyətlərin ötürülməsi (verilməsi) prinsipi nəzərdə tutur ki, rəhbərin fəaliyyət
sahəsindən vəzifənin tabe şəxsə verilməsi zamanı onun həlli üçün hüquqlar da verilməlidi,
tabe şəxs isə onlara görə məsuliyyəti öz üzərinə qəbul etməlidir.
İdarəetmənin funksiyası – həyata keçirilməsi üçün müəyyən idarəçilik işləri
(əməliyyatları) tələb olunan konkret idarəçilik fəaliyyəti növüdür.
Gömrük orqanlarının idarə edilməsində idarəetmə funksiyaları çox mühüm yer tutur,
çünki onlar bütün səviyyələrdə idarəçilik fəaliyyətinin mahiyyətini və məzmununu açıqlayır
və idarəetmə sahəsində vəzifələrin bölgüsünü əks etdirir, nəzərdə tutulmuş nəticələri əldə
etmək üçün onların həyata keçirilməsini zamanı müəyyən növbəlilik və fəaliyyət birliyi tələb
edir.
251
Gömrük orqanları sistemində idarəetmə funksiyalarını təsnif etməklə, onları idarəetmə
prosesinin mərhələlərini əks etdirən ümumi idarəetmə funksiyalarına və gömrük
orqanlarının əməliyyat-xidmət fəaliyyətinin konkret növlərinin spesifik (konkret) idarəetmə
funksiyalarına bölmək olar. İdarəetmənin ümumi funksiyaları idarəetmənin mahiyyətini üzə
çıxarır; onlar istənilən obyektin idarə edilməsi prosesini xarakterizə etdiyinə görə
universaldır.
İdarəetmənin ümumi funksiyalarına aşağıdakılar aiddir:əməliyyat-xidmət şəraitinin
təhlili və proqnozlaşdırılması, planlaşdırma, təşkiletmə, tənzimetmə, üşot və nəzarət.
Gömrük orqanlarının obyektiv imkanları idarəetmənin ən mühüm funksiyalarından biri
kimi əməliyyat-xidmət şəraitinin təhlili və proqnozlaşdırılması əsasında üzrə şıxarıla bilər.
Sistemi hissələrə bölməklə onun strukturunu üzə şıxarmaqla təhlil nəinki sistemin
komponentlərinin vəziyyətini müəyyən etməyə, həm də onların qarşılıqlı münasibət və
qarşılıqlı asılılığını üzə şaxarmağa imkan verir. Həm də təhlil idarəetmə ssitemində təkçə
bütövlükdə sistemə deyil, eyni zamanda idarəçilik dövrünün hər bir komponentinə də şamil
edilir.
Gömrük əməliyyat-xidməti şəraiti dedikdə iqtisadi, siyasi, sosial, hüquqi, regional və
digər şərtlərlə (faktorlarla) inkişafda olan, gömrük fəaliyyətinə əhəmiyyətli dərəcədə təsir
edən qarşılıqlı əlaqəli elementlər məcmusu nəzərdə tutulur.
Gömrük əməliyyat-xidməti şəraitinin əsas elementləri bunlardır:
- xarici iqtisadi fəaliyyətin xidmət edilən iştirakçıları – Az və xarici fiziki və hüquqi
şəxsləri, gömrük orqanının fəaliyyət zonasında mal axınının növləri, həcmləri və
istiqamətləri, onların zaman, məkan, nəqliyyat növləri üzrə bölğüsü;
- gömrük qanunvericiliyinin qəsdən pozan XİF iştirakçılarının və onların
köməkçilərinin; qaçqamalçıların və onların köməkçilərinin gömrük orqanlarına
mənfi təsir göstərməyə cəhd edən gömrükətrafı kriminal strukturların və
onların köməkçilərinin olması; gömrük qaydalarının pozulması və cinayətlərin
252
törədilməsində onların məqsədləri, planlarş, niyyətləri, vaxtı, yeri, strateğiya və
taktikası haqqında məlumatlar;
- gömrük orqanlarının qüvvə və vasitələrə, onlara həvalə edilmiş funksiyaların və
vəzifələrin icra edilməsində onların imkanları;
- Az R-nın iqtisadi təhlükəsizliyinin təminatının və iqtisadi mənafelərinni
qorunmasınnı ümumdövlət tədbirləri;
- gömrük orqanlarının fəaliyyət zonasında qaçaqmalçılıqla və gömrük
qaydalarının pozulması üzrə digər hüquq-mühafizə orqanlarınnı, idarələrin və
təşkilatların olması, gömrük orqanları vəzifələrinin həlli üçün onlardan istifadə
imkanları;
- gömrük fəaliyyətinin həyata keçirildiyi mühit.
Planlaşdırma idarəetmənin elə əsas funksiyasıdır ki, onun vasitəsilə gömrük
qaydalarında gələcək fəaliyyətin təşkilatı balanğıcı işlənib hazırlanır.
Planlaşdırma vasitəsilə sisteminin inkişaf məqsədləri və istiqamətləri müəyyən edilir,
mövcüd problemləri realizə edilməsi vasitəri olan metodlar işlənib hazırlanır, sistemin
inkişaf təmpi müəyyən edilir.
Təşkilati planlaşdırma idarəetmənin bütün səviyyələrində strateji (Az DGK); taktiki
(gömrük idarələri, postları) səviyyəsində həyata keçirilir.
Təşkiletmə dedikdə idarəetmənin elə əsas funksiyası nəzərdə tutulur ki, onun
reallaşdırılması vasitəsilə planlaşdırma prosesində işlənib hazırlanmış planların yerinə
yetirilməsi üçün şərait yaranır. Bu funksiyanın reallaşdırılması prosesində idarəetmə
subyekti tərəfindən qəbul olunmuş qərarların, o cümlədən təstiq edilmiş planların uğurlu
həyata keçirilməsi üçün zəruri olan şərait yaradılır.
Tənzimetmə dedikdə idarəetmənin elə əsas funksiya başaa düşülməlidir ki, onun
vasitəsilə tabelikdə olan şəxslərin fəaliyyətinin səməliliyi yüksəlir və ya planlaşdırma zamanı
verilmiş parametrlərdən kənaraçıxmalar aradan qaldırılır. Tənzimetmə əks əlaqənin
253
nəticələri əsasında həyata keçirilir. O ayrı-ayrı əməkdaşların və kollektivlərin qarşılıqlı
əlaqələrinin saxlanması, əlaqələndirilməsi, qüvvələrin yenidən bölgüsü, eləcə də
motivasiyası və stimullaşdırılması yolu ilə reallaşdırıla bilər.
İdarəetmənin tənzimetmə funksiyasının reallaşdırılması nəzarətin nəticələrinin
təhlili; tənzimetmə qərarlarının qəbulu, qərarların vəzifələr şəkilində icraçılara çatdırılması;
tənzimetmənin təşkili; tənzimetmənin aparılması; tənzimetmənin təsirinin yoxlanması kimi
idarəçilik işlərinin icra edilməsindən ibarətdir.
Uçot funksiyasının mahiyyəti idarə olunan ssitemin cari vəziyyəti haqqında onun
hərəkət istiqamətləri və templəri, əldə edilən nəticələr və dəyişən probləmlər haqqənda
informasiyanın toplanması, sitemləşdirilməsi və ilkin işlənməsi təşkil edir. Planların yerinə
yetirilməsinin düzgünlüyünü, onların icrasının şərait və nəticələrinin necə olduğunu
müəyyən etmək üçün nəzarət mövcuddur.
Nəzarət idarəetmənin elə əsas funksiyasıdır ki, onun reallaşdırılması vasitəsilə gömrük
orqanlarının vahid sisteminin fəaliyyəti prosesi üzərində müşahidə həyata keçirilir, bu və ya
digər zaman momentində tabelikdə olanların fəaliyyətinin gedişi, şəraiti, vəziyyəti və
nəticələri haqqında məlumatlar toplanır.
Qarşıya qoyulmuş məqsədlərin əldə edilməsi üçün idarəetmə obyektinə təsis
yollarının, üsullarının, vasitələrinin və formalarının məcmusu idarəetmə metodu adlanır.
İdarəetmənin metodları idarəçilik fəaliyyətinin miqyasına və təsir formasına görə
təsnif edilir.
Gömrük orqanlarında idarəçilik fəaliyyətinin miqyasına görə ümumi və xüsusi
metodlar fərqləndirilir.
İdarəetmənin ümumi metodları gömrük işinin qlobal problemlərinin, strateji
məsələlərinin həllinə yönəlmişdir, onlar bütün gömrük sisteminin əsas məqsədlərini və
fəaliyyət göstərməsi məsələlərin əldə olunması üsullarını müəyyən edir.
254
İdarəetmənin xüsusi metodları, başlıca olaraq, operativ və cari idarəetmə
sistemlərində istifadə edilir.
Gömrük sistemində təsir formalarından asılı olaraq birbaşa və dolayı təsir metodları
tətbiq edilir.
5.İdarəetmə sisteminin mühüm komponenti idadəetmə prosesidir. İdarəetmə prosesi
müvafiq metodlarından və prinsiplerindən istifadə edilməklə müəyyən funksiyaları
reallaşdırmaq yolu ilə sistemdə birləşdirilmiç idarəetmə subyektlərinin (xətti və funksional
rəhbərlərin, eləcə də digər idarəçilik heyətinin) idarə edilən obyektin keyfiyyət
vəziyyətlərinin dəyişdirilməsinə, kollektivin məqsərlərinin əldə edilməsinə yönəldilmiş
fəaliyyətdir.
Dostları ilə paylaş: |