Gömrük işi Hazırladı: L. M. Hüseynova



Yüklə 1,26 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix31.12.2021
ölçüsü1,26 Mb.
#49678
1   ...   18   19   20   21   22   23   24   25   26
Gomruk-isi1

Dosye  -    hər  sövdələşmə  vəsiqə  əsasında  müvəkkil  bank  tərəfindən  tərtib  olunan 
xüsusi sənədlər toplusudu. 
Jurnal  –  valyuta  nəzarəti  məqsədləri  üçün  tələb  olunan  sənəddir  -  daxil  olan  və 
xaric olunan sənədlərin xüsusi üçotunu aparılması üçün bank tərəfindən doldurulur. 
Hal hazırda ixracatdan daxil olunan valyuta mədaxillərin tənzimlənməsinin hüquqi 
ə
sasını ilk növbədə aşağdakı sənədlər təşkil edir.  
1) 
Mərkəzi Bank və DGK  tərəfindən birgə qəbul olunmuş “Az-can R-na 
malların  ixracatından  mədaxillərin  daxil  olunamasına    valyuta 
nəzarətinin  həyata  keçirilmə  qaydaları  haqqında”  19  nömrəli  Təlimat 
ə
sasında; 
2) 
“Valyuta tənzimlənməsi və valyuta nəzarəti barəsində” Az r-sı Qanunu; 
3) 
“Müvəkkil  banklar  vasitəsiylə  təşkilat  tərəfindən  valyuta  mədaxillərin 
bir  hissəsini  məcburi  surətdə  satışı  və  daxili  valyuta  bazarında 
ə
məliyyatların  keçirilməsi  barəsində”  Qaydaları  və  bir  sıra  digər 
normativ aktlar. 


185 
 
Valyuta  nəzarətinin  məqsədi  -  valyuta  əməliyyatlarında  valyuta  qanunvericiliyinə 
riayət olunmasının təmin edilməsidir. Valyuta nəzarətinin əsas istiqamətləri aşağdakılardır: 

aparılan  valyuta  əməliyyatlarının  qüvvədə  olan  qanunvericiliyinə  uygun 
olması və tələb olunan lisenziya və icazələrin alınması; 

rezidentlərin  dövlət  qarşısında  öhdəliklərinin,  həmcinin  əldə  olunan  xarici 
valyutanın  daxili  valyuta  bazarında  satılması  öhdəliyinin  yerinə 
yetirilməsinin yoxlanılması; 

xarici valyutada ödənişlərin qanuni və əsaslı olduğunun yoxlanılması; 

valyuta  əməliyyatları  üzrə  hesablaşmaların  tam  və  obyektiv  olduğunun 
yoxlanması. 
Valyuta  məhdudiyyətlərini  reqlamentləşdirən  normativ  bazanın  olması  valyuta 
ə
məliyyatlarının  həyata  keçirilması  zamanı  bu  qanunvericiliyə  əməl  edilməsinə  nəzarət 
məqsədilə şəraitin yaradılması üçün inzibatı idarəetmə mexanizmini şərtləndirir. 
Rəzidentlər aşağdakılar hesab olunur: 

daimi Azər-da yaşayan, o cümlədən müvvəqəti xaricdə olan fiziki şəxslər; 

Az-can  Qanunvericiliyinə  uygun  olaraq  yaradılmış,  Az-can  r-sı  ərazisində 
yerləşən hüquqi şəxslər; 

Az-can  R-sı  ərazisindən  kənarda  olan  respublikanın  diplomatik  və  digər 
rəsmi nümayendəçiliklər. 
Qeyri-rezidentlər hesab olunur: 

daimi xaricdə yaşayan , o cümlədən müvəqqəti Az-da olan fiziki şəxslər; 

xarici  ölkələrin  qanunvericiliyinə  əsassən  yaradılmış  və  respublika 
ə
razisindən kənarda yerləşən hüquqi şəxslər; 

Az-da yerləşən xarici diplomatik və digər rəsmi nümayəndəliklər, həmçinin 
beynəlxalq təşkilatlar. 
Hüquqi  şəxs  olan  rezidentlərin  arasında  həyata  keçirilən  xarici  valyutada 
hesablaşmalar onlar arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən  icra olunur. 10 
min  ABS  dollarnan  artıq  məbləgində  olan  alqı-satqı  kontraktlar  Az  R-nın  Mərkəzi 
Bankın məhəlli idarələrdə qeydiyyatdan keçirilir. 
Rezidenlər, hüquqi və fiziki şəxslər sifətində, müvəkkil kommersiya banklarında 
xarici valyutada hesablar aca bilərlər. Banklarda vayuta hesabatların açılması qaydaları 
və bu hesablar vasitəsiylə əməliyyatların həyata keçirilməsi qaydaları Az r-nın Mərkəzi 
Bank təyin edir. 
Valyuta hesabı açmaq üçün hüquqi şəxs müvəkkil banka bir sıra sənədləri təqdim 
etməlidir: 


186 
 

hesabat açılması barədə ərizə; 

təşkilatın  notarius  tərəfindən  təstiq  edilmiş  nizamnaməsinin  və  təsisat 
sənədlərin sürətləri; 

hüquqi  şəxsin  dövlət  orqanlarında  qeydiyyatdan  keçirilməsi  barədə 
şə
hadətnaməsi; 

vergi  orqanlarında  üçota  salınması  barədə  və  sığorta  ödənclərin  ödəciyəçı 
kimi qeydiyyatını təstiq edən sənəd; 

dövlət statistika orqanlarında qeydiyyat barəsində sənəd; 

həmin  təşkilatda  xarici  valyutada  əməliyyatların  həyata  keçirilməsinə 
hüququ  olan  şəxslərin  notarius  tərəfindən  təstiqlənmiş  imzaların    nümunə 
kartoçkası. 
Müəssisə  və  təşkilatlar  bir  yada  bir  necə  kommersiya  banklarında  bir  neçədənə 
valyuta hesabatlarını, bir neçedənə valyutada açmaq hüququna malikdirlər. 
Malların  ixracından  müəssisə  və  təşkilatların  ünvanlarına  gələn  xarici  valyuta, 
həmcinin  Az  R-sı  ərazisində  malların,  xidmətlərin  xarici  valyutada  həyata  keçirilən  satış 
zamanı  əldə  olunan  məbləğlər  məcburi  surətdə  müvəkkil  banklarda  valyuta  hesablarına 
daxil  olmalıdlar.  Əks  halda  bu  məbləğlər  qızlədilmiş  sayılır,  baxmiyaraq  ki  həmin 
məbləğlər müəssisə yada təşkilatın öz mühasibat üçotunda öz əksini tapmış olsun. 
Müvəkkil  banklar  hər  bir  müəssisə  və  təşkilata  eyni  zamanda  iki  növ  hesabatlar 
açırlar: 

tranzit  valyuta  hesabatı  –  xarici  valyutada  daxil  olan  pulların  tam  həcmdə 
hesaba daxil etmək üçün; 

cari  valyuta  hesabatı  –  valyuta  gəlirlərin  bir  hissəsini  məcburi  satışından 
sonra müəssisə və təşkilatların sərəncamında qalan vəsaitlətin üçotu üçün. 
Bütun müəssisə və təşkilatlar mülkiyyət formalarından asılı olmıyaraq, xarici kapitalın 
iştirakı ilə olan müəssisələrdə daxil olmaqla, Az P-nın daxili bazarında müvvəkkil banklar 
vasitəsiylə  kommersiya  məzənnəsi  üzrə  malların  (xidmətlərin)  ixracatından  əldə  olunan 
valyuta gəlirlərin 75%-nin satışını həyata keçirilməlidlər. 
Valyuta gəlirlərin müvəkkil bankının tranzit hesabatlarına  daxil etmə zamanında bank  
gələn iş gunu ərzində gec olmıyaraq təşkilata məlumat verir. Təşkilat isə öz tərəfindən həmin 
banka  valyuta  gəlirlərin  məcburi  satış  üçün  və    qalan  hissəsini  öz  cari  hesabatına  keçirmə 
barəsində  tapşırıq  verir.  Müvəkkil  bank  təşkilatdan  qəbul  edilən  mədaxilləri  yeddi  iş  gün 
ə
rzində satmalıdır. 
Xarici  valyutanın  daxili  bazarında  məcburi  satış  üzrə  müvəkkil  bankların 
ə
məliyyatlarına  görə  əldə  olunan    komissyon  haqqı  satilan  məbləğin  1,3%  dən  artıq 
olmamalıdı. 


187 
 
Məcburi  valyuta  mədaxillərin  satışından  qalan  hissə  daxili  valyuta  bazarında  satila 
bilər yada təşkilatın basqa ehtiyaclarına sərf oluna bilər. 
3.  Sövdələşmə Vəsiqəsini (Pasportu) rəsmiləşdirilməsi qaydaları. 
Ixrac əməliyyatlarına nəzarət ixracatçi və ona xidmət göstərən kommersiya bank arasında 
sövdələşmə vəsiqəsini rəsmiləşdirmə anından başlayır. Sövdələşmə Pasportunda sazişıın əsas 
məlumatları  əks  olunur  (ixracatçının    və  xarici  kontagentinin  rekvizitləri,  müqavilənin 
məbləği, qiymətin və ödəmənin valyutası, hesablaşma forması və s.)  
Hər  bir bağlanmış  ixrac  müqavilə  üzrə  bir  sövdələşmə  pasportu  tərtib  olunur.  SP-tu  iki 
nüsxədə  tərtib  olunur.  Ixracatçı  öz  adından  doldurulmuş  və  imzalanmış  Sövdələşmə 
Pasportıylə birgə banka baglanmış müqaviləni  (hansinın əsasında pasport tərtib edilib) yada 
notarius tərəfindən təstiqlənmiş sürətini təqdim edir. 
Sövdələşmə  Pasportunu  imzalamaqnan  İxracatçı  aşağdakı  öhdəlikləri  öz  üzərinə 
götürülmüş olur: 

xarici müqavilə əsasında tərtib olunmuş Sövdələşmə Pasportunda əks olunan 
məlumatların, həmin müqavilə şərtlərinə tam uyğunluquna görə; 

baglanmış  ixrac  kontrakta  qeyd  olunan  müddət  ərzində  və  tam  həcmdə 
müvəkkil bankda açılmış tranzit hesabatına pulların daxil olmasına görə. 
Bank  ona  təqdim  olunan  sənədləri  yoxlamasından  sonra  (SP-da  olan  məlumatların 
müqavilə  şərtlərinə  uygun  olmasını,  SP-da  olan  imzaların  kartockada  olan  imzaların 
nümünələrinə uygun olmasını) SP nüsxələri imzalıyır.  
Birinci  nüsxə  İxracatçıya  qaytarılır  müqavilənin  sürətiylə  yada  əsliylə,  buda  bankın 
Jurnalında öz əksini tapır. 
İ
kinci nüsxə Bank tərəfindən Dosye acmaq üçün əsas olur və o həmin dosyədə saxlanılır. 
Sövdələşmə Pasportunu bank tərəfindən imzalanması  həmin müqaviləni  hesablama  xidmət 
edilməsinə  və  valyuta  gəlirlərin  daxil  olmasına  nəzarətini  həyata  keçirilməsinə  razılıqı 
bildirmək  dəməkdir.  Aşağda  göstərilən  səbəblərdən  hec  olmasa  birinin  olması  Sövdələşmə 
Pasportunu bank tərəfdən imzalamaqdan imtina etməsi üçün əsas ola bilər: 

kontrakda  olan  məlumatların  SP-da  qeyd  edilən    reqemlərlə  uyğun 
gəlməməsi; 

müqavilədə  nəzərdə  tutulmuş  əməliyyatların  Az  R-da  quvədə  olan  valyuta 
ə
məliyyatları  tənzimləyən  qanunvericilik  aktlarda  əks  olunmuş  tələblərə 
uygün olmaması; 

müəyyən olunmuş tələblərin pozulmasıylə SP-nın tərtib olması; 

valyuta  gəlirlərin  bu  müqavilə  üzrə  ixracatçı  olmiyan  hüquqi  şəxlərin 
hesabatlarına daxil olmasını nəzərdə tutan şərtlərin müqavilədə olması.   


188 
 
Valyuta nəzarətini həyata keçirilməsinin növbəti mərhələsi ixrac olunan malların gömrük 
rəsmiləşdirilməsidi.  
4. 
Az-can R-nın gömrük orqanlarında valyuta nəzarəti aparılması. 
Beynəlxalq  təcrübə  göstərir  ki,  XİF-lə  bağlı  əməliyyatlara  səmərəli  valyuata  nəzarəti 
yalnız  bu  işdə    gömrük  orqanlarının  fəal  iştirakı  ilə  mümkündür.  Belə  ki,  malların  gömrük 
sərhədindən qanuni keçirilmə faktı və onun şərtləri, həmcinin xarici ticarət müqavilələrində öz 
ə
ksini  tapmış  digər  məsələlər  gömrük  nəzarəti  və  gömrük  rəsmiləşdirilməsi  zamanı  valyuta 
nəzarətinin gedişində aşkarlanır. 
Gömrük  rəsmiləşdirilməsi  zamanı  valyuta  nəzarətinin  hərtərəfli  və  səmərəli  həyata 
keçirilməsi üçün şərait yaranmış olur. 
Beləliklə ixrac olunan malları gömrük rəsmiləşdirilməsi üçün gömrük orqanlarına təqdim 
etməsindən  əvvəl  ixracatçı  banknan  razılaşdırılmış  qaydada  Bankda  saxlanılan  SV-nın  əslinin 
bank tərəfindən möhürlənmiş sürətini alır. Bununla yanaşı deklarant gömrük rəsmiləşdirilməsi 
məqsədləri üçün hazırlanmış YGB-nin sürətini cıxarır. 
Gömrük  orqanları  ixrac  olunan  malları  gömrük  rəsmiləşdirilməsini  həyata  keçirilməsi 
üçün gömrük qanunvericiliyində nəzərdə tutulmuş digər sənədlərə yanaşı SV və YGB sürətləri 
ə
lavə edilən halda yalnız qəbul edirlər. 
Gömrük  orqanları  yuxarda  qeyd  olunan  sənədlərdə  əks  olunmuş  məlumatları  digər 
sənədlərdə  olan  məlumatlarıyla  uyğun  olmasını  yoxlayıb  və  yuxarıda  göstərilən  sənədlər 
arasında  ziddiyyətlər  olmadığı  zamanda  gömrük  rəsmiləşdirilməsini  aparan  gömrük  orqanının 
vəzifəli şəxs SV və YGB sürətləri üstündə öz şəxsi nömrəli möhür vurur və sürətləri imzalıyır. 
SV  imzalanmış  sürəti  YGB  bir  nüsxəsiylə  birgə  rəsmiləşdirilməsini  aparan  gömrük 
orqanında qalır.  
Imzalanmış və möhürlənmiş YGB sürəti ixracatşıya qaytarılır. 
Ixracatçı  malları  buraxmasından  sonra  10  gün  ərzində  malların  gömrük 
rəsmiləşdirilməsini aparan gömrük orqanından almış YGB-nin sürətini Banka təqdim edir. 
YGB-də  cəmləşmiş  məlumatlar  əsasında  müəyyən  qaydaya  uyğun  olaraq  Rejesterdə 
birləşdirilmiş,  Üçot  Kartockaları  tərtib  edir.  Hər  ÜK-sı  bir  göndərilmə  barəsində  məlumatları 
özündə birləşdirir. 
DGK  xüsusi  kanallar  vasitəsiylə  müvafiq  Banklara  iki  nüsxədə  olan  Rejesterləri  
göndərir. 
5.   Rejestlərin birinci orijinal nüsxəsi bank ayrı-ayrı SV-nə aid olan  ÜK-na ayrılır 
müvafiq  Dosyelər  üzrə.  Rejesterin  ikinci  nüsxəsi  bakda  müəyyən  edilmiş  geri 


189 
 
göndərmə müddətdən gec olmıyaraq bank tərəfindən doldurulur və xüsusi kanal 
vasitəsiylə qaytarılır. 
Tranzit  valyata  hesabatına  valyuta  gəlirlərin  daxil  olması  zamanı  İxracatçı  daxil  olan 
məbləğlərin eyniləşdirilməsini rahatlaşdırmaq məqsədi ilə müqavilədə ayrı  sətirdə SV və ÜK 
rekvizitləri (nömrəsi, tarix) qeyd edir. 
Ixracatçılar  bank  hesabatlarından  çıxarış  əsasında  DGK  Rejesterlərin  geri 
göndərilməsinin  kontrol  müddətdən  10  gün  əvvəl  müddətində  Bankdan  alınmış  ÜK-nın 
doldurulmasının  öz  variantını  banka  təqdim  etməlidirlər.  Bu  hesablaşmalarla  əks  olunmuş 
rəqəmlərlə Bank razı olmadıgı zamanı o ödənc valyutada faktiki daxil olmuş məbləgi göstərir.  
Bank  İxracatçı  tərəfdən  göstərilmış  məlumatların  düzgunluyunu  yoxlamasından  sonra 
təyin  olunmuş  müddətdən  gec  olmiyaraq  valyuta  məbləglərin  daxil  olmasının  tamamlıqı  və 
vaxtlı  vaxtında  daxil  olub-olmamasından  asılı  olmadan,  Reyesterinin  ikinci  nüsxəsinin  bütün 
qrafalarını doldurur və xüsusi kanallar vasitəsiylə DGK yollayır. 
Ixracatçıdan  məbləglərin  tamam  alınmaması  DGK-nə  reyesterinin  qaytarılmasının 
yubatması  üçün  səbəb  ola  bilməz.  Bankdan  qəbul  olunmüş  Reyestərlər  DGK-nin  hesablanma 
mərkəzində  valyuta  nəzarətinin  həyata  kecirilməsi  üçün  zəruri  olan  operativ  və  statistik 
məlumatların hazırlanmasına görə qeydiyatdan keçirilir. 
DGK  və  digər  gömrük  orqanları  valyuta  nəzarəti  orqanlar  kimi  öz  funksiyaları  yerinə 
yetirilməsi zamanı aşağdakı hüquqlara malikdirlər: 

19 nömrəli təlimatında olan tələblərin pozulma halları ilə tərtib edilmiş SP 
təqdim edilməsi zamanı malların buraxılmasını qadagan edilməsi; 

Öz  səlahiyyətlər  daxilində  İxracatçıların  valyuta  əməliyyatlarının 
yoxlanılması; 

malların  və  nəgl  vasitələrin  gömrük  sərhədini  keçməsi  ilə  baglı  valyuta 
ə
məliyyatlar barəsində sənədlərin və məlumatların Bankdan və İxracatçıdan  
tələb etmək; 

Az  R  qanunvericiliyinə  uyğun  olaraq  valyuta  nəzarəti  üzrə  digər  vəzifələri 
yerinə yetirilməsi. 
5.Gömrük  orqanı  Az  R-da  valyuta  nəzarətini  həyata  keçirən  dövlət  orqanlarından 
biridir(272)  .Az  R-sı  gömrük  orqanları  sərbəst  gömrük  zonalarının,  sərbəst  anbarlarının 
perimetrləri istisna edilməklə, Az R-nın gömrük sərhədindən ayrı-ayrı şəxslər tərəfindən Az R-
sı  milli  valyutasının,  milli  valyutada  qiymətli  kağızların  və  digər  valyuta  sərvətlərinin 
keçirilməsinə, eləcə də göstərilən sərhəddən malların və nəqliyyat vasitələrinin keçirilməsi ilə 
ə
laqədar valyuta əməliyyatları üzrə valyuta nəzarətini həyata keçirirlər. 


190 
 
Gömrük  orqanları  tərəfindən  valyuta  nəzarəti  həyata  keçirilərkən  aşkar  edilmiş 
hüquqpozmalara  görə  təqsirli  şəxslər  qanunla  müəyyən  edilmiş  qaydada  məsuliyyət 
daşıyırlar(274). 
Beləliklə,  gömrük  orqanlarına  valyuta  nəzarəti  həyata  keçirmək  hüququ  verilməklə 
qanunvericilik aktı səviyyəsində valyuta nəzarəti orqanının səlahiyyəti konkretləşdirilmiş olur. 
Gömrük  sərhədindən  keçirilən  valyuta  və  valyuta  qiymətlilərinə  nəzarət  funksiyası  ən-ənəvi 
xarakterli  olub,  əvvəllər  də  gömrük  orqanlarının  əsas  funksiyalarına  aid  idi.  Valyuda 
qiymətlərinə  mülkiyyət  hüququnun  keçməsi  əməliyyatlarına  nəzarət  funksiyasının  gömrük 
sisteminə  həvalə  edilməsi  prinsipcə  yeni  məsələdir  və  bu  nəzarətin  səməriliyinin  artırılması 
məqsədi güdür. Məsələnin belə qoyuluşu gömrük sisteminin maraq dairəsini genişləndirmək, 
gömrük  və  valyuta  qanunvericiliyi  sahələrini  uzlaşdırmağa,  həmçinin  onun  həllində  gömrük 
sisteminin  təşkilati  və  texniki  imkanlarından  istifadə  etməyə  şərait  yaratdı.  Nəticədə  bu 
üstünlüklər xarici ticarət fəaliyyəti əməliyyatlarına nəzarətin təşkilində özünü göstərdi. 
DGK-nin 9 sentyabr 1998-ci il tarixli 049 saylı əmri ilə “Az R-sı ərazisindən ixrac edilən 
malların  müqabilində  valyuta  vəsaitlərinin  ödənişinə  nəzarət  barədə”  Təlimat  təsdiq 
edilmişdir. 
Ixrac  edilən  malların  müqabilində  valyuta  vəsaitlərinin  ödənişinə  nəzarət  bir  neçə 
mərhələdə həyata keçirilir. 
1.  Ilkin nəzarət: 

YGB-nin  düzgün  doldurulmasına  və  göstərilən  məlumatların  dəqiqliyinə 
nəzarət; 

Həyata keçirilən sövdələşmənin qanunvericiliyə uyğunluğuna nəzarət; 

Hesabatların formalaşdırılması və DGK-nə təqdim edilməsi. 
2. Məlumat- analitik nəzarət: 
- gömrük orqanlarından alınan məlumatların yoxlanılması; 
- valyuta nəzarəti, üçot kartoçkasının doldurulması və nəqd üzrə hesablaşmaları aparan 
müvəkkil banklara göndərilməsi; 
- bank tərəfindən rəsmiləşdirilən üçot kartoçkalarının alınması və istifadəsi; 
- valyuta köçürülməsi üzrə müəyyən edilmiş qaydaları pozanların müəyyən edilməsi; 
3. Bitkin sənədli nəzarət: 
-  valyutanın  köçürülməsində  mümkün  ola  biləcək  çatışmazlığı  faktı  üzrə  məqsədli 
yoxlama; 


191 
 
- Gömrük Məcəlləsi ilə müəyyən edilmiş sanksiyaların tətbiqi. 
Belə nəzarət sistemi imkan verir ki, hər bir valyuta əməliyyatının qanunvericiliyə uyğun 
olmasına  nəzarət  edilsin,  qaytarılmamış  valyuta  qazancının  həcmi  qiymətləndirilə  bilsin, 
ödənişin  şərtləri  qaydaya  salınsın,  gömrük  orqanlarının  və  bankların  operativ  məlumat 
mübadiləsi  təmin  edilsin,  valyuta  nəzarəti  məqsədləri  üçün  bank  və  gömrük  orqanlarının 
imkanlarından maksımum istifadə edilsin. 
Gömrük  orqanaları  ixrac  nəzarətinə  düşən  malların  gömrük  sərhədindən  qeyri-qanuni 
keçirilməsinin, o cümlədən bu malların ixracına qadağa və məhdudiyyət qoyulmuş dövlətlərə 
və  son  istifadəçilərə  ixracının  qarşısını  alırlar.  Ixrac  nəzarətinə  düşən  malların  gömrük 
sərhədindən  keçirilməsi  qaydaları  “İxrac  nəzarəti  haqqında”  Az  R-nın  Qanununa  müvafiq 
olaraq müəyyən edilir. 
Gömrük  orqanlarının  ixrac  nəzarətini  həyata  keçirməyə  səlahiyyətli  olan  vəzifəli 
şə
xsləri digər dövlət orqanlarından və aidiyyəti şəxslərdən aldıqları məlumatların məxfiliyini 
qorumağa borcludurlar. 
6.Barter əməliyyatları, dəyəri ödənilmədən ekvivalent məbləğdə qarşılıqlı mal (xidmət 
və əqli mülkiyyət) mübadiləsini nəzərdə tutur. 
Barter  əməliyyatlarında  ekvivalent  məbləğdə  malların  göndərilməsi  və  alınması 
müddəti  90  günədək  müəyyən  olunur.  Ekvivalent  məbləğdə  qarşılıqlı  mal  mübadiləsi  bu 
müddətdə  başa  çatçadığı  təqdirdə,  hesablaşma  müqavilədə  göstərilən  valyuta  ilə  10  bank 
günü  ərzində  yerinə  yetirilməli  və  vəsait  ixracatçının  müvəkkil  bankdakı  valyuta  hesabına 
köçürülməlidir. 
Dövlət müəssisələri və Nizamnamə fondunda dövlətin payı haqqı 50%-dən yuxarı olan 
müəssisələr  tərəfindən  bağlanmış  barter  müqavilələri  iqtisadi  inkişaf  Nazirliyində 
qeydiyyatdan  keçirilməklə,  digər  müəssisələr  tərəfindən  bağlanmış  barter  müqavilələri  isə, 
gömrük orqanlarında bəyan edilməklə həyata keçirilir. 
Barter  əməliyyatları  üzrə  ixrac  edilən  malların  YGB-nin  bir  nüsxəsi  mal  bəyan 
olunduğu tarixdən etibarən 7 gün ərzində gömrük orqanları tərəfindən müvəkkil banklara və 
İ
qtisadi İnkişaf  Nazirliyinə göndərilir. 
Malların  barter  yolu  ilə  ixracı  zamanı  gömrük  orqanları  tərəfindən  tələb  olunana 
sənədlər: 

istehsalçı  ilə  ixracatçı  arasında  bağlanmış  müqavilə  (ixracatçı  qeyri-dövlət 
müəssisəsi olduqda); 


192 
 

ixrac  olunan  mal  dövlət  müəssisəsində  istehsal  edilmişdirsə,  ixracatçı  qeyri-
dövlət  müəssisəsi  olduğu  halda  onun  dəyərinin  istehsalçıya  tam  ödənilməsini 
təsdiq edən müvafiq bank sənədi; 

xarici tərəflə bağlanmış barter müqaviləsi (ixracatçı dövlət müəssisəsi olduqda 
İ
qtisadiyyat və Sənayə Nazirliyində qeydiyyatdan keçirilmiş); 

ixrac olunan malın mənşə sertifikatı; 

ekvivalent  məbləğdə  malların  vaxtında  Az  R-na  gətiriləcəyi  və  yaxud  valyuta 
vəsaitinin  ixracatçının  müvəkkil  bankdakı  valyuta  hesabına  köçürəcəyi  barədə 
zəmanət öhdəliyi; 

Uçot kartoçkası; 

Deklarant tərəfindən tərtib olunmuş YGB. 
Kreditə  ixrac  əməliyyatları,  faktiki  mal  (xidmət  və  əqli  mülkiyyət)  ixracından  sonra 
haqqı  müəyyyən  şərtlərlə  və  hər  hansı  müddət  ərzində  ödənilən  malların  ixracını  nəzərdə 
tutur. 
Dövlət müəssisələri və Nizamnamə fondunda dövlətin pay haqqı 505-dən yuxarı olan 
müəssisələr tərəfindən malların (xidmət və əqli mülkiyyətin) kreditə ixracı üzrə bağlanmış 
müqavilələr İqtisadiyyat və Sənayə Nazirliyində qeydiyyatdan keçirilməklə aparılır. 
Digər  ixracatçılar  tərəfindən  malların  kreditə  ixracı  isə,  gömrük  orqanlarında  bəyan 
edilməklə həyata keçirilir. Bu zaman respublikanın dövlət müəssisələrində istehsal olunmuş 
malların dəyəri istehsalçıya tam ödənildikdən sonra ixrac oluna bilər. 
Kreditə ixrac əməliyyatlarında gömrük orqanları tərəfindən tələb olunan sənədlər: 

istehsalçı  ilə  ixracatçı  arasında  bağlanmış  müqavilə  (ixracatçı  qeyri-dövlət 
müəssisəsi olduqda); 

ixrac  olunan  mal  dövlət  müəssisəsində  istehsal  edilmişdirsə,  ixracatçı  qeyri-
dövlət  müəssisəsi  olduğu  halda  onun  dəyərinin  istehsalçıya  tam  ödənilməsini 
təstiq edən müvafiq bank sənədi; 

xarici  tərəflə  bağlanmış  müqavilə  (kreditə  ixrac  əməliyyatları  dövlət 
müəssisələri  tərəfindən  həyata  keçirildikdə  İqtisadi  İnkişaf    Nazirliində 
qeydiyyatdan keçirilməklə); 

malın mənşə sertifikatı; 

 valyuta vəsaitlərinin köçürülməsinə zəmanət öhdəliyi; 

Uçot kartoçkası; 

Deklarant tərəfindən tərtib olunmuş YGB. 


193 
 
Müvəqqəti  ixrac  əməliyyatları  xarici  ölkələrdə  xidmət  göstərilməsi,  lizinq 
ə
məliyyatlarının  aparılması,  sərgilərdə,  yarmarkalarda  iştirak  və  s.  üçün  malların  yenidən 
işlənmədən (dəyişdirilmədən) Az R-na qaytarılması şərtilə ixracını nəzərdə tutur. 
Dövlət  müəssisələri  tərəfindən  müvəqqəti  olaraq  göndərilmiş  mallar  üzrə  bağlanmış 
müqavilələrdə nəzərdə tutulmuş müddət bitdiyi gündən həmin mallar 30 gün ərzində Az R-
na  qaytarılmalıdır.  Bu  mallar  İqtisadiyyat  və  Sənayə  Nazirliyinin  icazəsi  ilə  istifadə 
olunduğu  ölkələrdə  satıla  bilər.  Valyuta  vəsaiti  malla  satıldığı  gündən  10  gün  müddətində 
ixracatçının Az R-da müvəkkil bankdakı hesabına daxil edilməlidir. 
Dövlət müəssisəsi olmayan ixracatçılar tərəfindən isə, müvəqqəti ixrac olunmuş mallar 
yüxarda  qeyd  olunmuş  Təlimata  və  Az  R-nın  digər  qanunvericilik  aktlarına  uyğun  olaraq 
müvafiq  gömrük  rüsumları  ödənilməklə  istifadə  olunduğu  ölkələrdə  satıla  bilər.  Bu  halda 
valyuta vəsaitləri mallar satıldığı gündən 10 gün müddətində ixracatçının Az R-da müvəkkil 
bankdakı  hesabına  daxil  edilməlidir.  Başqa  halda,  həmin  mallar  bağlanmış  müqavilələrdə 
nəzərdə tutulmuş müddət bitdiyi gündən 30 gün ərzində Az R-na qaytarılmalıdır. 
Müvəqqəti ixrac əməliyyatları rəsmiləşdirilərkən gömrük orqanları tərəfindən aşağıdakı 
sənədlər tələb olunur: 

istehsalçı  ilə  ixracatçı  arasında  bağlanmış  müqavilə  (ixracatçı  qeyri-dövlət 
müəssisəsi olduqda); 

ixrac  olunan  mal  dövlət  müəssisəsində  istehsal  edilmişdirsə,  ixracatçı  qeyri-
dövlət  müəssisəsi  olduğu  halda  onun  dəyərinin  istehsalçıya  tam  ödənilməsini 
təsdiq edən müvafiq bank sənədi; 

xarici  tərəflə  bağlanmış  müqavilə  (ixracatçı  dövlət  müəssisəsi  olduğu  halda 
İ
qtisadiyyat və Sənayə Nazirliyində qeydiyyatdan keçirilməklə); 

müvəqqəti ixrac olunan malın mənşə sertifikatı; 

müqavilə  şərtlərinə  uyğun  olaraq  müvəqqəti  ixrac  olunan  malların  geriyə 
qaytarılacağı barədə zəmanət öhdəliyi; 

Uçot kartoçkası; 

Deklarant tərəfindən tərtib olunmuş YGB. 
Son (sənədli) nəzarət – gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra aparılır. Gömrük 
orqanının  Yük  şöbəsinə  ixracatçı  tərəfindən  təqdim  olunan  sənədlər  rəsmiləşdirilərək 
maliyyə-tarif şöbəsinə verilir və aşağıdakılar yerinə yetirilir: 

hər bir ixrac əməliyyatı üzrə dosye açılır, ixracatçının ərizəsi ilə birlikdə ərizədə 
göstərilən  sənədləri  sürətləri  və  təlimatın  2-ci  bəndindəki  müvafiq  ixrac 
prosedurasına uyğun tələb olunan sənədlər əlavə edilir; 


194 
 

Uçot  kartoçkasındakı  məlumatların  düzgünlüyü  yoxlanılmaqla,  təqdim  olunan 
YGB məlumatları ilə üzləşdirilir; 

Uçot  kartoçkası  tərtib  olunmaqla,  gələcəkdə  valyuta  vəsaitlərinin  daxil 
olacağının və ya malın geri qaytarılacağının son müddətləri təyin olunur; 

Uçot  kartoçkasına  qeydiyyat  nömrəsi  verilməklə  UK  rejestrinə  salınır  və  onun 
sürəti isə DGG valyuta nəzarəti şöbəsinə göndərilir; 

göndərilmiş malların müqabilində ödəniş vaxtının bitməsi bərədə ixracatçıya və 
DGK valyuta nəzarəti şöbəsinə bildiriş göndərilir; 

valyuta  vəsaitlərinin  daxil  olması  barədə  müvəkkil  bank  tərəfindən  təsdiq 
edilmiş  Uçot  kartoçkası  və  ya  malların  gəri  qaytarılması  barədə  deklarant 
tərəfindən tərtib edilmiş idxal JGK ixracatçı tərəfindən gömrük orqanına təqdim 
edildiyi təqdirdə UK nəzarətdən çıxarılır; 

valyuta  vəsaitlərinin  vaxtında  mədaxil  olmaması  və  ya  malların  geriyə 
qaytarılması  müddətinin  başa  çatması  ilə  əlaqədar  (fors-major  baş  verdiyi  və 
yaxud ixracatçı tərəfindən ixrac müqavilələrinə müvafiq olaraq nəzərdə tutulan 
apbitraj  proseduralarının  yerinə  yetirilməsi  halları  istisna  olmaqla)  gömrük 
orqanı  (maliyyə-tarif  şöbəsi)  mövcüd  qaydada  araşdırma  aparır,  protokol  tərtib 
edir  və  toplanmış  materialları  gömrük  orqanının  müvafiq  (qaçqamalçılıq  və 
gömrük  qaydalarının  pozulması  ilə  mübarizə)  şöbəsinə  təqdim  edir.  Aidiyyatı 
üzrə bu  işi  icra  edən  şöbə təhqiqatı  aparmaqla,  eyni  zamanda  qərar  qəbul  edir, 
həmçinin  Təlimatın  2  saylı  əlavəsinin  “B”  bölməsinə  uyğun  olaraq  ixracatçıya 
qarşı Gömrük Məcəlləsinin müvafiq maddəsinə əsasən sanksiya tətbiq edir və bu 
barədə DGK-nə məlumat verir. 
Ixracatçılar  tərəfindən  ixrac  olunan  malların  (xidmət  və  əqli  mülkiyyətin)  Az  R-sı 
ə
razisindən  çıxarılması  gömrük  orqanları  tərəfindən  yalnız  onların  haqqının  qabaqcadan 
ödənildiyi  və  yaxud  geri  çağırılmayan  akkreditiv  açılması  müvəkkil  banklar  tərəfindən 
“Uçot Kartoçkası”nın “A1” və “A2” bölmələrində qeyd edilməklə təsdiq olunduqdan sonra 
həyata keçirilir. 
Ixracatçılar  tərəfindən  aparılan  ixrac  əməliyyatlarının  hesablaşmalar  hissəsi,  Az  r-sı 
müvəkkil  banklarının,  malların  gömrük  sərhədindən  şıxarılması  isə  gömrük  orqanlarının 
nəzarəti altında həyata keçirilir. 
Ixracatçılar,  Təlimatın  tələblərinin  pozulmasına  görə  Az  R-nın  qanunvericiliyinə 
müvafiq  olaraq,  həmçinin,  Təlimata  uyğun  xarici  valyuta  vəsaitlərinin  (və  ya  malların 
geriyə) respublikaya vaxtında və tam həcmdə köçürülməsini (gətirilməsini) mövcud qaydada 
təmin  etmədikləri  təqdirdə,  Az  R-sı  Gömrük  Məcəlləsinin  maddəsinə  uyğun  müəyyən 
edilmiş qaydad məsuliyyət daşıyırlar. 


195 
 
Ixrac  əməliyyatlarında  malların    Az  R-sı  gömrük  ərazisindən  çıxarılmasina  gömrük 
orqanları, bu malların müqabilində valyuta vəsaitlərinin ödənilməsinə isə müvəkkil banklar 
nəzarət edirlər. 
Təlimatın  tələblərini  pozulması  halları  aşkar  edildiyi  təqdirdə  gömrük  orqanları  və 
müvəkkil  banklar  müvafiq  tədbirlər  görülməsi  üçün  aidiyyatı  dövlət  orqanlarına  təqdimat 
verməlidirlər.  
 
 
 


196 
 
Gömrük işində qeyri-tarif tənzimləmələr. 
Suallar: 
1.  Qeyri-tarif məhdudiyyətlərin mahiyyəti. 
2.  Para-tarif tədbirləri. 
3.  Qiymətlər üzərində nəzarət tədbirləri. 
4.  Maliyyə tədbirləri. 
5.  Kəmiyyət nəzarəti tədbirləri. 
6.  Texniki tədbirləri. 
7.  Monopolist tədbirləri. 
8.  Avtomatik lizenziyalaşdırma. 
9.  Dünya təcrübəsində GTM və onların tətbiq sahələri. 
 
Hər  hansı  iqtisadi  fəaliyyət  kimi  malların  idxalı  və  ixracı  dövlət  siyasəti  obyekti  sayılır. 
Dünya ticarətinin inkişafı prosesində bu siyasətin bir sıra vasitələri yaradılmış və bütün ölkələrdə 
istifadə  edilir.  Dünya  təcrübəsində  qeyri-tarif  məhdudiyyətlərinə  münasibət  kifayət  qədər 
ziddiyətlidir.  Ümumdünya  ticarət  təşkilatı  rəsmi  olaraq  belə  tədbirlərin  ləğv  edilməsi  və 
müstəsna  olaraq  tarif  üsullarından  istifadə  edilməsi  məsələsini  qoyur.  Həmin  təşkilata  üzvlük 
ə
rəfəsində olan Az R-sı üçün bu tələblərə münasibət mühüm əhəmiyyət kəsb etməkdədir. 
Bununla  bərabər  tələblərin  birmənalı  şəkildə  qəbul  digər  məsələlərdə  arzuolunmaz 
nəticələrə  də  gətirib  çıxara  bilər.  Belə  ki,  Ümumdünya  Ticarət  təşkilatının  üzvü  olan  ölkələr 
xarici ticarətdə qeyri-tarif tənzimləmə metodlarından həm əvvəl, həm indi istifadə etməkdədirlər. 
Bəzi qeyri-tarif məhdudiyyətlərinin aradan qaldırılması sadəcə olaraq qeyri-mümkündür, belə ki, 
daxili iqtisadi siyasətin digər ölkələrdə iqtisadi əlaqələrinə təsirinin təcəssümü kimi çıxış edir. 
Bununla  belə,  beynəlxalq  ticarət  sistemi  tərəfindən  qanuniləşdirilmiş  qeyri-tarif 
tənzimləmə tədbirləri, daha doğrusu xarici malların idxalının kəskin artımı ilə milli iqtisadiyyata 
vurulan  zərərin  qarşısının  alınması  məqsədi  güdən  müdafiə  tədbirləri,  həmçinin  xarici 


197 
 
ixracatçılar  tərəfindən  qeyri-sağlam  rəqabətin  qarşısının  alınmasına  yönəlmiş  digər  tədbirlər 
mövcüddür. 
Idxal  əməliyyatlarına  qeyri-tarif  məhdudiyyətlər  –  xarici  malların  daxili  bazara  nüfüz 
etməsinin  qarşısını  alan  məhdudlaşdırma  –  qadağan  xarakterli  tədbirlər  kompleksidir.  Bu 
tədbirlərin məqsədi yalnız idxal edən ölkənin rəqabət qabiliyyətinin gücləndirilməsi deyil, həm 
də  milli  sənayenin  müdafiəsi,  əhalinin  heyat  və  sağlamlığının,ətraf  mühitin,  əxlaqın,  dinin  və 
milli təhlükəsizliyin qorunmasıdır. Bundan başqa QTM ixrac əməliyyatlarında da istifadə edilir. 
Xarici  təcarəti  tənzimləyən  qeyri-tarif  tədbirləri  şərti  olaraq  7  qrupa  bölünür:  para-tarif, 
qiymətlərə  nəzarət,  maliyyə,  kəmiyyət  nəzarəti,  monopolist  tədbirlər,  texniki  tədbirlər, 
lizenziyalaşdırma.  Qeyri-tarif  tədbirlərinin  rengarənğ  olmasına  baxmayaraq  onları  iki  böyük 
qrupa bölmək olar: iqtisadi və inzibati tədbirlər. 
Iqtisadi QTM-ə aşağıdakılar aiddir: 
-  xüsusi növ rüsumlar; 
-  müxtəlif vergi və yığımlar; 
-  idxal depozitləri; 
-  valyuta tənzimlənməsi tədbirləri. 
Inzibati QTM daha çoxcəhətlidir: 
-  embarqo; 
-  lisenziyalaşdırma və kvotalaşdırma; 
-  ixracın məhdudlaşdırılması; 
-  monopolist tədbirlər; 
-  proteksionist məqsədlər üçün standart və texniki normalardan istifadə edilməsi; 
-  əlavə gömrük sənədləri və əməliyyatları. 
Iqtisadi  məhdudiyyətlər  bazar  mexanizmi  vasitəsi  ilə  təsir  göstərərək  idxal  və  ixrac 
mallarını  bahalaşdırır,  inzibati  məhdudiyyətlər  isə  bazar  münasibətlərindən  başqa  idxal 
mallarının daxil olmasını və ixrac malların xaricə çıxarılmasını məhdudlaşdırır. 


198 
 
Iqtisadi  QTM  tətbiq  edildikdə  istehlakçı  öz  seçimini  özü  müəyyən  edir  və  daha  bahalı 
idxal,  yaxud  ucuz  milli  mal  alacağına qərar  verir.  Inzibati  QTM  tətbiq  edildikdə dövlət  faktiki 
olaraq daxili bazarın əmtəə strukturunu müəyyən edir, yəni daxili bazarı həm idxalın təsirindən 
qoruyur,  həm  də  çətin  tapılan  milli  məhsulun  çatışmazlığın  qarşısını  alır.  Bu  halda  istehlakçı 
sərbəst seçimindən məhrum olur. 
2.Para-tarif  tədbirləri  gömrük  sərhədindən  keçirilən  mallara  tətbiq  edilən  elə  ödənc  və 
yığımlara  deyilir  ki,  gətirilən  malın  dəyərini  gömrük  rüsumundan  əlavə  olaraq  artırır  (ya 
müəyyən faiz, ya da mal vahidinə əmsal). 
Tarixən  paratarif  tədbirləri  idxalçının  malın  gömrük  təmizləmələri  üzrə  xərclərinin 
ödənilməsi  bazasında  meydana  gəlmişdır.  Gömrük  rüsumlarının  və  onunla  bağlı  olaraq  fiskal 
gömrük gəlirlərinin aşağı düşməsi ilə dövlətin büdcə gəlirlərinin artmasında paratarif tədbirlərə 
meyl etməsi təbii olur. 
Paratarif tədbirlərə aşağıdakılar daxildir: 
-  gömrük  əlavələri  –  ticarət-siyasi  məqsədlərlə,  büdcənin  doldurulması,  yaxud  milli 
istehsalın müdafiəsi üçün tətbiq edilən əlavə vergi və rüsumlar; 
-  əlavə  yığımlar  –  daxili  analoqu  olmayan,  idxal  mallarından  gömrük  rüsum  və 
vergilərindən  artıq  (əlavə)  tutulan  ödənclər.  Onlar  xarici  ticarətlə  bağlı  fəaliyyətin  müəyyən 
növlərini  maliyyələşdirilməsi  üçün  nəzərdə  tutulur.  Bunlara,  adətən,  xarici  valyuyanın 
köçürülməsinə  qoyulan  vergi,  idxal  lisenzyası  üçün  yığım,  liman  yığımları,  statistik  vergi, 
nəqliyyat vasitələrinə vergi aid edilir; 
-  daxili  vergi  və  yığımlar  –  milli  mallardan  idxal  ölkəsində  tutulan  dolayı  vergilərə 
ekvivalent olan vergi və yığımlar. Onlara ƏDV, aksiz, emissiya yığımları, məhsula görə vergi, 
sair inzibati yığımlar aid edilir; 
-  diskretləşdirilmiş  gömrük  qiymətləndirilməsi  –  gömrük  rüsum  və  yığımlarının 
hesablanması üçün gömrük dəyərinin inzibatı yolla müəyyən edilməsi praktikası. 
3.  Qiymətlər  üzərində  nəzarət  tədbirləri  daxili  qiymətlərin  stabiləşdirilməsi  və  ya 
səviyyəsinin  saxlanılması  məqsədi  ilə,  həmçinin  xarici  rəqiblərin  əlieyri  təcrübəsinin  vura 
biləcəyi zərərin qarşısını almaq üçün tətbiq edilir. 


199 
 
Belə tədbirlərə aşağıdakılar aiddir: 
-  qiymətlərin inzibati qaydada müəyyən edilməsi – idxalçı ölkənin hakimiyyət dairələri 
istehsalçı  və  istehlakçının  daxili  qiymətlərini  nəzərə  alaraq,  qiymətlərin  aşağı  və  yuxarı 
hüdüdlarını müəyyən edir, yaxud bu qiymətləri dünya bazar qiymətləri ilə bağlayırlar. 
-  ixrac  qiymətlərinin  “könüllü”  məhdudlaşdırılması  –  ixracatçının  öz  mallarının 
qiymətlərini müəyyən səviyyədən aşağı endirməməyi razı olduğu məhdudlaşdırıcı razlaşmalar; 
-  sürüşkən yiğımlar – idxal kənd təsərrüfat və ərzaq mallarının idxal qiymətlərinin daxili 
qiymətlərlə eyni səviyyəyə gətirilməsi üçün nəzərdə tutulmuş əlavə ödənclər; 
-  antidempinq  tədbirləri  –  ixracatçıdan  milli  istehsalçılara  vurulan  zərərə  görə 
kompensasiyanın  tutulmasından  ibarət  olub,  dempinq  faktı  və  ondan  irəli  gələn  ziyan  aşkar 
edildikdə  idxalatçı  ölkənin  müvafiq  orqanı  tərəfindən  ixracatçının  ticarət  təcrübəsini 
təhqiqatının yekünlarına görə tətbiq edilir; 
-  kompensasiya  tədbirləri  -  əgər  idxal  olunan  mallar  subsidiyalaşdırılırsa  və  belə 
subsidiyalaşdırma  milli  istehsala  zərər  vurduğunu  təhqiqat  təstiq  edirsə,  əlavə  maliyyə 
ödənişləri tətbiq edilir. 
4.  Maliyyə  tədbirlərinə idxalatçıların xarici valyuta onlar  üçün  valyutanın  qiymətlərinə, 
həmçinin  ödənc  şərtlərinə  müdaxiləsini  tənzimləyən  tədbirlər  aid  edilir.  Bu  tədbirlər  idxalın 
dəyərini yüksəldə bilərlər. Bu kateqoriyaya QTM-ə aşağıdakılar aid edilir: 
- idxalın dəyərinin, eləcə də idxal vergisinin qabaqcadan ödənilməsi. 
Bu tələblərə öncəlikli idxal depozitivlərinin, əvəzi ödənilən depozitivlərin acılması, nəqd 
ödəniş, gömrük rüsumlarının qabaqcadan ödənilməsi da daxildir; 
-  valyuta məzənnələri çoxluğu. 
Bu  müxtəlif  kateqoriyalı  mallar  üçün  müxtəlif  məzənnələrin  müəyyən  edildiyi  dövlət 
tənzimlənməsi mexanizmidir. Rəsmi məzənnə, adətən, daha zəruri mallar üçün saxlanılır, digər 
mallar kommersiya məzənnəsi və ya xarici valyutanın auksionlar vasitəsi ilə alınması hesabına 
ödənilir. 


200 
 
-  xarici valyuta yığılmasına rəsmi məhdudiyyətlər. Ölkə daxilində valyuta əməliyyatları 
aparılmasına müxtəlif icazə, viza və s. Alınmasını nəzərdə tutur. 
-   ödənişə  müddət  müəyyən  edilməsi,  ödənc  növbəliliyi.  Bu  tədbirlərlə dövlət  malların 
göndərildiyi  tarixdən  idxal  hesablamalarının  bitməsinə  qədər  yol  verilən  minimal  müddətləri 
müəyyən edir. 
5. Kəmiyyət nəzarəti tədbirləri ilk növbədə idxal-ixrac əməliyyatlarınnı kvotalaşdırılması 
və  lisenziyalaşdırılması  deməkdir.  Kvotalaşdırma  (fiziki  həcm  və  dəyər  üzrə)  və 
lisenziyalaşdırma  (müəyyən  malların  göndərilməsi  və  ya  gətirilməsinə,  bəzən  də  müəyən 
ölkələrə, yaxud onlardan ticarətinə xüsusi icazənin alınması) idxal və ixracın ən ənəvi qeyri-tarif 
tənzimlənməsi  üsullarıdır,  onların  məqsədi  hər  hansı  malın  idxal  və  ya  ixracını  ümumilikdə, 
yaxud hər hansı ölkəyə məhdudlaşdırmaqdan ibarətdir. 
Bu  tədbirlər,  adətən,  bir-biri  ilə  bağlıdır,  çünki,  lisenziyalaşdırma  kvotanın  fərdi 
idxalatçılara  və  ixracatçılara  müəyyən  həcm  bitənə  qədər  lisenziya  vermək  yolu  ilə 
bölüşdürülməsi mexanizmi kimi çıxış edir. 
Kəmiyyət nəzarət tədbirləri vasitəsi ilə dövlət səviyyəsində iqtisadi, xarici ticarət və hətta 
siyasi xarakterli məsələlər həll edilir: ölkə daxilində analojı rəqabət edən malların istehsalçı və 
istehlakçısının müdafiəsi, daxili bazarın stabilliyinin dəstəklənməsi, valyuta ehtiyatlarına qənaət, 
digər ölkələrdən qarşılıqlı güzəştlərin əldə edilməsi və s. 
Lisenziyalaşdırma  –  idxal  və  ixraca  müvafiq  hakimiyyət  orqanlarının  öz  mülahizəsinə, 
yaxud  hər  hansı  konkret  meyarlara  əsasən  verdiyi  xüsusi  icazələrin  tətbiqidir.  Beynəlxalq 
ticarətdə  lisenziyalaşdırma  rengarəngliyi  ilə  seçilir.  Lisenziyada  idxal  və  ixracın  həyata 
keçirilməsi  qaydası  da  müəyyən  edilə  bilər.  Lisenziyalaşdırma  dünya  təcrübəsində  ticarətin 
arzuolunmaz  həcmlərini  müəyyən  müddət  ərzində  məhdudlaşdırıldığı  zaman  həyata  keçirilən 
müvəqqəti tətbir kimi təfsir edilir. 
Xarici valyutadan səmərəli istifadə olunması zərurəti lisenziyalaşdırma üçün obyektiv əsas 
ola bilər. Bu yolla xarici ticarət və tədiyyə balanslarının tarazlanmasına nail olunur. 


201 
 
Gömrük  rüsumlarından  istifadə  edilmədikdə  və  ya  onların  təsiri  səmərəsiz  olduqda 
lisenziyalaşdırma  zərurəti  meydana  çıxır.  Bu  iş  həm  qarşılıqlı  güzəşt  əldə  edilməsi,  həm  də 
diskriminasiya  məqsədi  ilə  görülə  bilər.  Onu  da  qeyd  etmək  lazımdır  ki,  lisenziyalaşdırma 
müvəqqəti tədbir hesab edildiyindən əvvəllər bağlanmış dövlətlərarası ticarət sazişlərinə yenidən 
baxılmasını nəzərdə tutmur. 
Lisenziyalar xarakterinə görə baş lisenziya, fərdi lisenziya və idxala xüsusi icazə şəkilində 
olur. 
Baş lisenziya – hər hansı şəxsə müəyyən malların həcmi və dəyəri məhdudlaşdırılmadan 
idxalı hüququ verən daimi icazəyə deyilir. 
Lisenziyada,  əgər  belə  məhdudiyyət  nəzərdə  tutulmuşsa,  ölkələrin  siyahısı  göstərilir. 
Bəzən lisenziyada idxalı qadağan edilən mallar da göstərilir. Baş lisenziyalar malların siyahısı ilə 
bu  və  ya  digər  ölkənin  xarici  ticarətə  nəzarət  məlumatlarını  əks  etdirən  rəsmi  nəşrlərdə  dərc 
edilir. 
Fərdi lisenziya – konkret mal növləri ilə bir ticarət əməliyyatına verilən birdəfəlik icazədir. 
Bu lisenziyada, həmçinin alıcı, miqdar, dəyər, mənşə ölkəsi barədə məlumatlar göstərilir. Fərdi 
lisenziya konkret şəxsin adına yazılır, məhdud müddəti olur və başqa şəxsə istifadə üçün verilə 
bilməz.  Birdəfəlik  lisenziya  (diskret  lisenziya)  idxal  nəzarəti  siyahısına  daxil  edilən  malların 
ticarətin nəzarət altında olduğu ölkələrdən alınmasına görə verilir. Nadir hallarda malların qeyri 
məhdud miqdarda gətirilməsinə görə açıq fərdi lisenziyalardan istifadə olunur. 
Lisenziyalaşdırmanın  əsas  tərkib  elementi  dövlət  tərəfindən  müəyyən  müddət  ərzində 
dəyər  kvotaları  qoyulmaqla  və  malların  nomenklaturasını  məhdudlaşdırmaqla  idxal  və  ixraca 
nəzərətin təmin edilməsi, yəni kontingentləşdirmədir. 
Yalnış  müəyyən  məqsədlər  üçün  –  investisiya  lahiyələri,  ixracın  inkişafı  və  s.  –  konkret 
malların gətirilməsinə lisenziya verilə bilər. Lisenziyanın verilməsi dövlətin maraqlarından irəli 
gələn hər hansı şərtlərlə əlaqələndirilə bilər. 


202 
 
Lisenziya  ilə  bağlı,  yaxud  lisenziya  əvəzinə  idxala  xüsusi  icazə  verilə  bilər.  Ilkin  icazə 
idxalı  səhiyyə,  yaxud  təhlükəsizlik  mülahizələri  həmçinin,  ətraf  mühitin  qorunması  üzrə 
beynəlxalq müqavilələrə əsasən digər məsələlər görə idxalı tənzimlənən malları üçün verilir. 
Kvotalaşdırma  –  fərdi,  tarif,  mövsümi,  qlobal  və  digər  faiz  məhduddiyyətləri  vasitəsi ilə 
idxalına icazə verilmış malların fiziki həcm və ya dəyərinin maksimum hədlərini müəyyən edən 
kəmiyyət məhdudlaşdırılması tədbiridir. 
Fərdi kvotalar – idxalına icazə verilmiş malların ümumi miqdarının mal göndərən ölkələr 
üzrə razlaşdırılmasını nəzərdə tutur. Tərtibat formasına görə belə kvotaları üç növə ayrılırlar: 

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin