33-cü qrafada birinci yarımbölmədə malların 9 rəqəmli kodları göstərilir.
38-ci qrafada malların qablaşdırma vasitəsi nəzərə alınmadan onların xalis çəkisi
kiloqramla göstərilir.
Digər ölçü vahidlərindən istifadə edildikdə 31-ci qrafada bu əlavə vahidinin qısa adı
göstərilir və təsnifatlandırışıya uyğun olan kodu nəzərə alınmaqla 38-ci qrafada “kq”, 41-ci
qrafada isə əlavə ölçü vahidinin kodu yazılır.
Idxal və ixracın dəyər qiyməti 46-cı qrafada ABŞ dolları ilə ifadə edilməklə göstərilir.
Gömrük ödənişlərinin ödənilməsi, gömrük dəyəri göstərilən valyutadan fərqli olan
hallarda ödənmiş gömrük ödənclərinin məbləği 47-ci qrafanın “məbləğ” sütununda göstərilən
məbləğin ödəniç valyutası məzənnəsi YGB-nin gömrük rəsmiləşdirilməsinə qəbul olunduğu
gündən Mərkəzi Bank tərəfindən müəyyən edilən valyutanın məzənnəsinə görə yenidən
hesablanır.
Ə
gər 47-ci qrafanın “ÖÜ” (ödəniş üsulu) sütununda “05” öşarəsi göstərilərsə, belə
hallarda bu gömrük ödəniş növü üzrə “B” qrafası doldurulmur. “B” qrafasının doldurulması
222
zamanı bütün elementlər bir-birindən defis işarəsi ilə ayrılır və elementlər daxilində simvol
tərtibində boş yer qoyulmasına yol verilmir.
Gömrük ödənişlərinin ödənilməsi zamanı, bu əməliyyatlar üzrə məlumatlar “B”
qrafasında aşağıdakı sxem üzrə formalaşır
99 - 9999999999 0 – 99
1-ci element yük gömrük bəyannaməsinin doldurulması qaydalarında göstərilən gömrük
ödənişlərinin təsnifata uyğun olan ödəniş növünün ikirəqəmli kodunu;
2-ci element ödəniləcək məbləği;
3-cü element isə valyutanın kodunu göstərir.
YGB-nin doldurulması və qəbulu əməliyyatları bitdikdən sonra ilkin statistik hesabat
formaları və çıxış formaları hazırlanır.
Gömrük statistikası göstəricilərinin araşdırılması və işlənməsi üsulları aşağıdakılardır:
1) statistik cəmləmə və qruplaşdırma;
2) qrafik üsul;
3) balans üsulu;
4) indeks üsulu;
5) amil üsulu.
223
13. Gömrük orqanlarınnı hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi və inzibati-
prosessual formaları.
Suallar:
1.Hüquq-mühafizə fəaliyyəti anlayışı.
2. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin formaları.
3. Gömrük qaydalarının pozulması anlayışı.
4. Gömrük qaydalarının pozulmasına görə inzibati tənbeh növləri.
5. Gömrük qaydalarının pozulmasına görə məsuliyyəti ağırlaşdıran və yünğülləşdirən
hallar.
6. Gömrük qaydalarının pozulması işləri üzrə inzibati icraatın mərhələləri.
1.Dövlətin hüquq-mühafizə fəaliyyəti qanunçuluğun müdafiəsini, cinayətkarlıqla və
digər hüquqpozmalarla mübarizəni, ictimai maraqların, vətəndaşların hüquqlarının və qanuni
mənafelərinin qorunmasını təmin etməkdən ibarətdir.
İ
ctimai münasibətlərin tənzimlənməsinə yönəlmiş, dövlət tərəfindən müəyyən edilən,
yaxud sanksiyalaşdırılan qorunan hüquq normaları – ümumilikdə riayət edilməsi məcburi
olan davranış qaydalarıdır. Bu normalar da özlüyündə:
- nizamlayıcı (requlyativ) – yəni hüqqi münasiət iştirakçılarını qanun çərçivəsində
davranışını tənzimləyən;
- hüquq mühafizə yəni hüquqi münasibət iştirakçılarının qeyri-qanuni
hərəkətlərini təmzimləyən normalara bölünür.
Tətbiq edilən hüquq normaları şəxsiyyətin, cəmiyyətin və dövlətin maraqlarını həm
ifadə edir, həm müəyyən edir, həm də müdafiə edir.
224
Hər bir hüquqi norma məntiqi və faktiki quruluşa malik olur. Bu məntiqi quruluşu
hipoteza, dispozisiya və sanksiya yaradır: hipoteza hüquqi normanın tətbiqi üçün faktiki
şə
rtləri müəyyən edən hissəsidi; dispozisiyada hüquqi münasibət iştirakçılarının hüquq və
vəzifələri əks edirilir; sanksiyada mənfi nəticələr, hüquqi normanın pozulmasında günahkar
olan şəxslərin msuliyyt dərəcəsini göstərir.
Gömrük orqanlarının fəaliyyəti sahəsində hüquqi normalardan istifadə hüquqi
münasibət subyektlərinin, gömrük orqanlarının vəzifəli şəxslərinin və XİF iştirakçılrının bu
norma ilə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsidir. Hüquqi normanın icrası
dedikdə fiziki, hüquqi, vəzifəli şəxsin hüquqi norma ilə üzərinə qoyulmuş vəzifələrin yerinə
yetirilməsinə yönəlmiş hərəkətləri başa düşülür. Dövlət tərəfindən hüquqi normanın tətbiqi –
dövlət orqnlarının vəzifəli şəxslərin onun müddəalarının həyata keçirilməsi üzrə hakimiyyət-
requlyativ hərəkətləridir.
XİF-in tənzimlənməsində iştirak edən gömrük orqanları, hər seydən öncə Az-can və
digər ölkələr arasında mal və xidmətlərin optimal hərəkətini həyata keçirir, iqtisadi, maliyyə,
siyasi, sosial və digər məsələlərin həllini təmin edir. Bununla da gömrük orqanları Az R-nın
Gömrük Məcəlləsində, “Gömrük tarifi haqqında” Az R-sı qanununda, digər qanunlarda və
qanun qücündə olan fərman, sərəncam və qərarlarda nəzərdə tutulmuş funksiyaları həyata
keçirir. Onlar təşkilatı, dövlət idarəetmə, qaydalara nəzarət, hüquqi normalardan istifadə,
onun icrası və tətbiqi, qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirirlər.
Lakin XİF iştirakçıları heç də həmişə hüquqi normaların yerinə yetirilməsinə
çalışmırlar. Müəyyən qrup şəxslər bilərəkdən və ya bilməyərəkdən bu normaları pozurlar ki,
dövlət orqanları lazımi tədbirlər görməyə məcbur olur və onların üzərinə qoyulmuş mühafizə
funksiyasını yerinə yetirərək, bu hüquqpozmaların qarşısını alırlar.
Tətbiq edilən normanın qorunması XİF iştirakçıları və gömrük orqanlarının vəzifəli
şə
xslərinin müsbət, arzuolunan, hüquqi və qeyri-hüquqi hərəkətlərinin müdafiəsində,
həmçinin gömrük sahəsində meydana şıxan və dövlət, cəmiyyət və şəxsiyyət üçün zərərli,
habelə təhlükəli münasibətlərin aradan qaldırılması və qarşısının alınmasında təzahür tapır.
225
Gömrük orqanlarının fəaliyyətinin bu hissəsi hüquq normaları ilə müəyyən edilmiş
hüquqa zidd hərəkətlərə, yaxud hərəkətsizliyə qadağanlarda, qadağanların pozulmasına görə
nəzərdə tutulmuş sanksiyalarda, həmçinin gömrük orqanları tərəfindən bu sanksiyaların
tətbiq edilməsində öz əksini tapır.
2.Hüquq-mühafizə fəaliyyəti gömrük orqanlarının qarşısında qoyulan məqsəd və
vəzifələrdən asılı olaraq bir-biri ilə bağlı olan və biri digərini tamamlayan müxtəlif
formalarda həyata keçirilir.
Ə
məliyyat-axtarış, inzibati-hüquqi, inzibati-prosessual, cinayət-hüquqi, cinayət-
prosessual və s. formalar gömrük orqanları üçün səciyyəvidir.
Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin inzibati-hüquqi forması – gömrük
və valyuta nəzarətini həyata keçirilməsi, malların gömrük rəsmiləşdirilməsi, təşkilat daxili
idarəetmə fəaliyyəti və digər dövlət orqanları ilə əlaqələr yaratmaq hesabına inzibati
huquqpozma əlamət və faktlarının, həmçinin də qanunvericiliyin cinayət, gömrük, vergi və
s. sahələri üzrə pozuntuların aşkar edilməsində təzahür edir.
Nəticə etibarı ilə gömrük orqanlarının hüquq-mühafizə fəal-nin inzibati-prosessual
forması aşkara çıxarılmış inzibati-hüquqi normalarla və gömrük qaydaları ilə müəyyən
olunan tələblərdən kənara çıxma faktlarının yoxlanılmasına, pozuntulara aidiyyəti olan
şə
xslərin aşkar edilməsinə, törədilmiş hərəkətlərin təsnifatlandırılmasına və məsuliyyət
dərəcəsinin müəyyən edilməsinə, habelə, qeyri-qanuni hərəkətlər nəticəsində dövlətin
maraqlarına dəyən ziyanın qarşısının alınmasına, yaxud, azaldılmasına yönəlmiş inzibati-
prosessual hərəkətlər edilməsində əks olunur.
Bu hərəkətlər aşkar edilmiş inzibati hüquqpozmalar və ya gömrük qaydalarının
pozulması halları barədə protokollar tərtib edilməsi, inzibati hüquqpozmalar, gömrük
qaydalarının pozulması üzrə işlərin açılması və onların icraatı, cərimələrin baxilması və
tətbiqi kimi formalarda həyata keçirilir.
Obyektiv olaraq gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin cinayət-prosessual
forması mübarizə edilməsi səlahiyyəti gömrük orqanlarına verilmiş cinayətlərin fakt və
226
ə
lsmətlərinə görə cinayət işi qaldırılması, bu işlər üzrə təhqiqat aparılması, həmçinin istintaq
hərəkətlərində iştirakı ilə özünün birüzə verir.
Vəzifə və funksiyalarını yərinə yetirərkən gömrük orqan-nın hüquq-mühafizə fəal-nin
mühüm formalarından biri də öz təhlükəsizliyinin təmin edilməsidir.
Dövlət tərəfindən verilmiş səlahiyyət növlərindən biri kimi əməliyyat-axtarış fəaliyyəti
gömrük orqan-nın kriminalistika, kəşfiyyat və axtarıç kimi xüsusi elementləri özündə
birləşdirən hüquq-mühafizə fəal-nin mühüm formalarından biridir.
3.Şəxslərin gömrük qanunvericiliyi ilə müəyyən olunmuş qaydada malların və nəql.
vasit-nin Az R-nın gömrük sərhədindən keçirilməsi, onlara gömrük nəzarəti, gömrük
rəsmiləşdirilməsi, onların gömrük ödənclərinə cəlb edilməsi və ödənilməsi, gömrük
güzəştləri verilməsi və onlardan istifadə edilməsi qaydalarının pozulmasına yönəlmiş
hərəkətləri, yaxud hərəkətsizliyi gömrük qaydalarının pozulması kimi qəbul olunur.
Gömrük qaydalarının pozulmasının obyektiv tərəfi inzibati hüquqpozma kimi qəbul
olunan, ictimaiyyət üçün təhlükəli, yaxud, dövlət üçün zərərli qanunazidd hərəkətlər
edilməsi ilə şərtlənir.
Gömrük qaydalarının zərərli, yaxud ictimai təhlükəli hal olaraq pozulması həm fəal
hərəkətlərdən, həm də passiv davranış yəni XİF iştirakçısının etməli olduğu, lakin etmədiyi
hərəkətlərdən ibarət ola bilər.
Gömrük qaydalarının pozulması ilə bağlı qanuna-zidd hərəkətlərə misal olaraq gömrük
orqanının vəzifəli şəxsinin gömrük nəzarəti keçirilməsi üçün əraziyə və binalara daxil
olmasına maneçilik törədilməsini; gömrük sərhədindən keçirilən malların gömrük
nəzarətindən gizlədilməsini; sənədlərdən və ya identifikasiya vasitələrindən aldatma yolu ilə
istifadə etməklə malların və nəqliyyta vasitələrinin Az R-nın gömrük sərhədindən
keçirilməsini, malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi və ya düzğün bəyan
edilməməsi, gömrük nəzarət zonası rejiminin pozulmasını göstərmək olar.
Hüquqpozmanın obyektiv tərəfi gömrük orqanının icazəsi olmadan gömrük nəzarəti
altında olan malların daşınması, yüklənməsi, boşaldılması, bir yerdən başqa yerə daşınmasş,
227
qablaşdırma zədələrinin düzəldilməsi, prob və nümunələr götürülməsi, göstərilən malların və
nəql.vasitələrinin saxlandığı binaların və yerlərin açılmasıdır. Bu hərəkətlərdən hər hansı
birinin törədilməsi hüquq-pozmanın faktiki törədilmiş hesab olunması üçün kifayətdir.
Hüquqpozmanın subyekti gömrük rəsmiləşdirilməsi zəruri olan mal və nəql.
vasitələrinə münasibətdə səlahiyyətləri olan şəxslərdir. Əgər daşıyıcı malların məhv olacağı,
həmişəlik itiriləcəyi və ya xarab olacağı barədə real təhlükə olduğunu sübut edərsə, yuxarıda
göstərilən əməliyyatlara görə məsuliyyətdən azad edilir.
4.Gömrük qaydalarınnı pozulmasına görə inzibati tənbehlər – gömrük
hüquqpozmalarına görə məsuliyyət tədbirləridir.
Gömrük qaydalarının pozulmasına görə inzibati tənbəhlər həmişədövlətin
hüquqpozmaya cavab reaksiyasını törədilmiş hüquqpozmaya və hüquqpozucusuna mənfi
münasibət şəklində ifadə edirlər.
Gömrük qaydalarınıın pozulmasına görə tənbəh müəyyən hüquqi nəticələrə gətirib
çıxarır – gömrük qaydalarının pozulmasına görə inzibati qaydada tənbəh edilmiş şəxs
tənbəhin qoyulduğu vaxtdan etibarən bir il müddətində inzibati qaydada cəzalanmış sayılır.
Bir il ərzində təkrar gömrük qaydalarının pozulması məsuliyyəti agırlaşdırıcı hal hesab
edilir və özlüyündə daha ciddi nəticələr səbəb olur, yəni daha ciddi cəza tətbiq edilir.
Gömrük qaydalarının pozulmasına görə aşağıdakı tənbəhlər tətbiq edilə bilər:
1) xəbərdarlıq;
2) cərimə;
3) Az-can R-sı gömrük orqanı tərəfindən verilən və Məcəllə ilə nəzərdə tutulan
müəyyən fəaliyyət növlərini həyata keçirmək hüququ verən lisenziyaların və
ixtisas attestatlarının geri alınması;
4) bilavasitə gömrük qaydalarının pozulması obyekti olan malların və nəqliyyat
vasitələrinin, yaxud bilavasitə gömrük qaydalarının pozulması obyekti olan
əş
yaların gizlədilərək Az R-sı gömrük sərhədindən keçirilməsi üçün istifadə
228
olunmuş xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerlərinə malik malların və
nəqliyyat vasitələrinin müsadirəsi;
5) bilavasitə gömrük qaydalarının pozulması obyekti olan malların və nəqliyyat
vasitələrinin, yaxud bilavasitə gömrük qaydalarının pozulması obyekti olan
əş
yaların gizlədilərək Az r-nın gömrük sərhədindən keçirilməsi üçün istifadə
olunmuş xüsusi olaraq düzəldilmiş gizli saxlanc yerlərinə malik malların və
nəqliyyat vasitələrinin dəyərinin tutulması;
6) bilavasitə gömrük qaydaların pozulması obyekti olan malların daşınması üçün
istifadə olunmuş nəqliyyat vasitələrinin müsadirəsi.
Az R-nın qanunvericiliyində nəzərdə tutulan gömrük qaydalarının pozulmasına görə
tənbəh növlərini üç qrupa ayırmaq olar:
1) əsas tənbəhlər (xəbərdarlıq və cərimə);
2) əlavə cəzalar (lisenziya və ya ixtisas attestatının geri cağırılması bilavasitə
hüquqpozma obyektlərinin daşındığı nəql vasit-nin müsadirəsi);
3) həm əsas, həm də əlavə cəzalar kimi tətbiq edilən tənbəhlər.
Buraya gömrük qaydaları pozulmasının blavasitə obyektləri olan mal və nəqliyyat
vasitələrinin müsadirəsi, yaxud həmin mal və nəqliyyat vasit-nin dəyərinin tutulmasını aid
etmək olar.
İ
nzibati tənbəhlərin nisbətən yumşaq növlərindən biri xəbərdarlıqdır. Xəbərdarlııq –
bilavasitə qanunpozucusunun şəxsiyyətinə yönəlir, onun tətbiqi, əsasən, mənəvi xarakter
daşıyır və təqsirkar şıxsin hər hansı şəkildə hüquqlarının məhdudlaşdırılması ilə bağlı
deyildir. Xəbərdarlıq cüzi mənfi hərəkətlərə görə və ilk dəfə, yaxud ehtiyatsızlıq üzündən
gömrük qaydalarını pozanlara tətbiq edilir.
Hallar müəyyənləşdirildikdən sonra, Az R-sı gömrük orqanının vəzifəli şəxsi ciddi
maliyyə hesabatlı sənəd olan tənbəhetmə haqqında akt tərtib edir.
Ə
mlak xarakterli məsuliyyət tətbiqi cərimə - pul tənbəhidir və qanun pozuncusundan
dövlətin xeyrinə müəyyən pul məbləğinin alınması ilə şərtləndirilir.
229
Cərimə bütün hallarda əsas tənbəh tədbiri kimi təyin olunur. Gömrük orqanlarının
vəzifəli şəxslərinə icraata götürülən işin materialları və konkret şərait nəzərə alınmaqla və
Gömrük Məcəlləsinin müvafiq maddələrini rəhbər tutmaqla cərimənin məbləgini müəyyən
etmək hüququ verilir.
Lisenziya və ya ixtisas attestatının geri çağırılması, yaxud ləğv edilməsi gömrük
qanunvericiliyi ilə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməməsi hallarında ttəbiq edilir.
Bu tənbəh növü yalnız əlavə tənbəh kimi və həmin lisenziya və ya attestatla nəzərdə tutulan
fəaliyyəti həyata keçirməklə bağlı gömrük qaydalarının pozduqda tətbiq olunur.
Gömrük qaydalarının pozulmasına görə tətbiq edilən tənbəh növlərindən daha çox
təsadüf ediləni bilavasitə GQP obyektləri olan mal və nəqliyyat vasitələrinin, ələcə də Az R-
nın gömrük sərhədindən malları gömrük nəzarətindən kənar keçirmək məqsədi ilə gizli
saxlama yerləri düzəldilmiş mal və nəql. vasitələrinin müsadirəsidir. Tənbəhin bu növü
göstərilən əmlakın əvəzsiz olaraq dövlət xeyrinə özgəninkiləşdirilməsi ilə ifadə olunur. bu
zaman müsadirə olunan əmlakın bilavasitə gömrük qaydalarını pozan şəxsin mülkiyyətində
yaxud işin icraatı gedişində müəyyən edilmiş və ya edilməmiş digər şəxslərin mülkiyyətində
olçmasının əhəmiyyəti yoxdur.
Gömrük orqanlarının fəaliyyətindən malların və nəqliyyat vasitələrinin həmçinin,
bilavasitə GQP obyekti olan və gömrük sərhədindən malların gömrük nəzarətindən kənar
keçirilməsi üçün xüsusi gizli yerlər düzəldilmiş mal və nəql. vasitələrinin dəyərinin
tutulması da ttəbiq edilir. bu növ tənbəhin mahiyyəti dövlətin xeyrinə məcburi qaydada GQP
obyektinin hüquqpozma gününə sərbəst bazar qiymətləri ilə dəyərinə bərabər məbləğin
alınmasıdır.
Malların və nəqliyyat vasitələrinin dəyərinin tutulması həm əsas, həm də əlavə inzibati
tənbəh kimi tətbiq edilə bilər.
Gömrük qaydalarının pozulmasına görə hər hansı tənbəh novü tətbiq edərkən gömrük
orqanları vəzifəli şəxslərinin əsaslanmalı olduqları mühüm prinsip tənbehin
fərdiləşdirilməsi, yəni tənbehin icraatdakı işin materialları və şərtlərinin araşdırılması
ə
sasında yünğülləşdirilməsi, yaxud ağırlaşdırılmasıdır.
230
5.Gömrük qaydalarının pozulmasına görə məsuliyyəti yünğünlləşdirən hallar
aşağıdakılardır:
1) işin həllinə fəal kömək göstərilməsi;
2) hüquqpozmanın zərərli nəticələrinin könüllu olaraq aradan qaidırılması;
3) hüquqpozmanın məcburiyyət, yaxud da maddi, xidməti və digər asılılıgın təsiri
altında törədilməsi;
4)hüquqpozmanın yetkinlik yaşına çatmamış şəxslər tərəfindən törədilməsi.
Yüngülləşdirici halların siyahısı bunuylə məhdudlaşmır. Yüngülləşdirici hallar
məsuliyyətə cəlb olunan şəxsin məsuliyyətinin dərəcəsi və xarakterinə müəyyən edilməsidir
yəni işin materialları və prosessual sübutetmə vasitələri ilə.
Məsuliyyəti ağırlaşdırıcı hallara gəlincə, onlar Az R-nın Qanunvericilik aktları ilə
məhdudlasır. bu o deməkdir ki, gömrük orqanını vəzifəli şəxsi gömrük qaydalarının
pozulması üzrə işi apararkən, Gömrük Məcəllədə göstərilməyən digər halları ağırlaşdırıcı hal
kimi qəbul etmək hüququna malik deyil.
Gömrük
qaydalarının
pozulmasına
görə
məsuliyyəti
ağırlaşdıran
hallar
aşağıdakılardır:
1) Az R-sı gömrük orqanının vəzifəli şəxsinin hüquqa zidd hərəkətlərə son qoymaq
barədə tələblərinə baxmıyaraq, bu cür hərəkətlərin davam etdirilməsi;
2) il ərzində gömrük qaydalarının təkrar pozulması;
3) əvvəllər gömrük işi sahəsində cinayətlərə yol vermiş şəxs tərəfindən gömrük
qaydalarının pozulması;
4) yetkinlik yaşına çatmayanların gömrük qaydalarının pozulmasının törədilməsinə
cəlb edilməsi;
5) bir qrup şəxs tərəfindən gömrük qaydalarının pozulması;
6) təbii fəlakət və ya digər fövqəladə vəziyyət şəraitində gömrük qaydalarının
pozulması;
231
7) sərxoşluq vəziyyətində gömrük qaydalarının pozulması.
6.Gömrük qaydalarının pozulmasına görə işlərin inzibati icraatı gömrük orqanlarının
hüquq-mühafizə fəaliyyətinin mühüm tərkib hissəsidir.
Gömrük qaydalarınnı pozulması haqqında işlərin icraaatı, gömrük qaydalarının
pozulmasını bilavasitə aşkar edən Az R-sı gömrük orqanının vəzifəli şəxsi, yaxud gömrük
orqanının rəisi və ya onun müavininin qərari ilə Az R-sı gömrük orqanının gömrük hüquq-
pozmaları ilə mübarizə üzrə struktur bölməsinin vəzifəli şəxsləri tərəfindən həyata keçirilir.
Gömrük qaydalarının pozulması üzrə inzibati prosesin aşağıdakı mərhələləri var:
1) iş açılması və onun inzu=ibati təhqiqatı;
2) işin baxılması və gömrük qaydalarının pozulması barədə qərar şıxarılması;
3) gömrük qaydalarının pozulması haqda işlər üzrə qərardan şikayət verilməsi, protest
verilməsi və qərara yenidən baxılması;
4) gömrük qaydalarının pozulmasına görə gömrük orqanlarının tənbeh qərarının icrası.
Gömrük qaydalarının pozulmasına görə iş açılması və təhqiqat mərhələ ilkin prosessual
hərəkətlərdən ibarətdir. Gömrük qaydalarının pozulmasına görə və ya məsuliyyətə cəlb
edilən fiziki, yaxud vəzifəli şəxsin inzibati qaydada saxlanılması barədə protokol tərtib
edildiyi andan gömrqük qaydalarının pozulması barədə iş açılmış, icraat isə başlanılmış
hesab olunur.
Gömrük qaydalarının pozulması haqqında protokol əsas prosessual sənəd sayılır. bu
sənəddə aşağdakılar göstərilir:
- tərtib edildiyi yer və tarix;
- protokolu edən şəxsin vəzifəsi, soyadı;
- gömrük qaydalarının pozulduğu yer, vaxt və hüquqpozmanın mahiyyəti;
- şahidlərin soyadları və ünvanları (əgər varsa);
- məsuliyyətə cəlb olunan çəxsin izahatı;
- digər məlumatlar.
232
Protokolda aşağıdakı məlumatlar öz əksini tapmalıdır:
- 1 qrup məlumatlar gömrük qaydalarının pozulması faktı üzrə materiallar və hallar
aiddir;
- 2 qrup məlumatlat gömrük qaydalarının pozan şəxsi səciyyələndirən hallara aiddir.
233
14. Gömrük orqanlarının hüquq-mühafizə fəaliyyətinin cinayət-hüquqi və cinayət
prosessual formaları.
Suallar:
1. Təhqiqatı gömrük orqanlarının səlahiyyətinə aid edilən cinayətlər növləri.
2. Az R-nın gömrük orqanları tərəfindən təhqiqatın aparılması.
3. Cinayət işinin qaidırılması üçün səbəblər.
4. Gömrük qaydalarının pozulması haqqında işlərin icraatında iştirak edənlər və
onların hüquqları.
5. Təxirəsalınmaz təhqiqat tədbirləri.
Az R-nın Gömrük Məcəlləsinə görə təhqiqatı gömrük orqanlarının səlahiyətinə aid
edilən cinayətlər aşağıdakılardır:
1) qaçaqmalçılıq;
2) Az xalqın və xarici ölkə xalqlarının bədii, tarixi və arxeoloji sərvəti olan əşyaların
Az R-nın ərazisinə qaytarılmaması;
3) qanunsuz valyuta əməliyyatları və valyuta sərbvətləri ilə sair əməllər;
4) gömrük ödənişlərinin ödənilməsindən yayınma.
Qaçaqmalçılıq dedikdə dövlət sərhədindən mal və digər əşyaların qeyri-qanuni
keçirilməsi başa düşülür və cinayət hesab olunur. Az R-nın gömrük sərhədindən gömrük
nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi
vasitələrindən aldatma yolu ilə istifadə edilməsi, yaxud bəyan etməməklə və ya düzgün
etməməklə aşağıdakı malların keçirilməsi kontrabanda hesab olunur:
- narkotik vasitələrin, psixotrop, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv və
Dostları ilə paylaş: |