14
keçmə” hesab etmək və ya buna görə meyxananın
əruzdan yarandığını demək düzgün deyil, bu ritmik
elementləri əruzdan asılı olmayaraq xalq özü yaratmışdır.
Çünki, birincisi, bu gün “meyxana” adı ilə tanınan ritmik
musiqiylə bədahətən söz demə (bu aşıq sənətində də
var)
sənətinin tarixi əruzun yaranma tarixindən xeyli
qədimdir. Digər tərəfdən, məlumdur ki, klassik mey-
xananın şeir forması misrası 4-4-3 bölgüsündə olan
qoşma, bəzən də 4-4 bölgülü gəraylıdır. Bu şeir formaları
isə türk xalq yaradıcılığlının məhsuludur. Meyxananın
qeyd olunan bölgülərdə özünə məxsus ritmi və musiqisi
(bu müsiqi bəzi ritmik aşıq havalarının musiqisinə
yaxındır) var. Əruz vəzninin səri-1 (müftə’ilün müftə’ilün
Dostları ilə paylaş: