Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə7/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   2   3   4   5   6   7   8   9   10   ...   20
esh evsq

nəticələrə gəlirlər:  

1. 

Əruz  vəzni  xalq  musiqimizə  yaddır,  çünki,  aşıq 

havalarının  və  xalq  mahnılarının  şeir  mətni  heca 

vəznindədir. 

2. 

Muğam  da  bizə  gəlmə  sənətdir,  çünki,  muğam 

musiqisi bizə yad olan əruz üzərində qurulub. 

Yuxarıda  qeyd  etdiyimiz  kimi,  şeirə  tətbiq  olunan 

dəqiq  əruz  qaydaları  xalq  yaradıcılığının  yox,  fərdi 

yaradıcılığın məhsuludur və onsuz da heç bir xalqın şifahi 

yaradıcılığında  əruzdakı  ritmik  dəqiqlikdə  şeir  ölçüsü  ola 

bilməz.  Yəni,  əruz  sistemindəki  dəqiqlik  onsuz  da  şifahi 

xalq 

yaradıcılığına  xas  deyil.  Ona  görə  də,  aşıq  hava-




 

11 


larının  və  xalq  mahnılarının  xalq  şeiri  formalarına 

əsaslanan mətninin heca vəznində olması tam normaldır 

və  bu  əruz  vəzninin  bizə  yad  olmasını  deməyə  əsas 

vermir.  Əruz  vəzninin  hansısa  xalqın  musiqisinə  yad 

olub-

olmamasını  isə,  bu  vəznin  qeyri-dəqiq  də  olsa 



müəyyən  elementlərinin  həmin  xalqın  musiqisində  olub-

olma


ması  ilə  müəyyən  etmək  olar.  Xalq  musiqimizin 

ritmik əsasları məsələsinə ayrı-ayrı kitablarda (4, 5, 7, 10, 



11,  14,  və  s.)  toxunulmuşdur.  Xalq  musiqimizin  bu 

tədqiqatlarda  qeyd  olunan  əsas  ritmik  vahidləri  ənənəvi 

əruz təfilələrinə (müftə’ilün, fA’ilün və s.) uyğundur.  

Ümumiyyətlə,  xalq  musiqimizin  ritmləri  ilə  əruz 

qəlibləri arasındakı  yaxınlığı praktiki olaraq da görmək o 

qədər  də  çətin  deyil.  Aşıq  havaları,  xalq  mahnıları  və 

oyun hava

larının ən orijinal nümunələrinə diqqət yetirsək, 

əruz  vəznində  olan  müəyyən  elementləri  həmin 

nümunələrdə  görmək  olar.  Məsələn,  aşıq  havalarından 

“Yanıq  Kərəmi”,  “Kərəm  Gözəlləməsi”,  “Ovşarı”  və  b. 

havaların, oyun havalarından “Tərəkəmə”, Vağzalı” və b. 

havaların    əsas  parçalarının  ritmik  quruluşu,  həmçinin 

nağara  ritmlərindən  “Qaytağı”,  “Üç  badam  bir  qoz” 

ritmlərinin quruluşu səri-2 qəlibinə (Müftə’ilün müftə’ilün) 

uyğundur.  Aşıq  havalarından  “Dübeyti”  və  b.  havaların 

(instrumental variantının) ritmik quruluşu rəməl-9 qəlibinə 

(


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin