Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


və  əslində  türkcədə  əruz  yaratdıqda  saitləri  sözün



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə5/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   2   3   4   5   6   7   8   9   ...   20
esh evsq

və  əslində  türkcədə  əruz  yaratdıqda  saitləri  sözün 

əvvəl  və  ya  ortasında  süni  surətdə  uzatmağa  yol 

verməmək  də  mümkündür,  çünki,  öncə  qeyd  etdiyimiz 


 

kimi 



əruzda uzun hecaların yerini doldurmaq üçün qapalı 

hecalar  və  sözlərin  sonuncu  saitinin  uzadılması  kifayət 

edir.  

Bundan  başqa,  əruzda  uzun  heca  problemini 

türkcəyə uyğun (uzun hecaları həddən çox olmayan) 

qəliblərdən  istifadə  etmək  və  dilimizə  uyğun  yeni 

qəliblər yaratmaq yolu ilə də həll etmək olar.  

Bəs klassik ədəbiyyatımızda, zəruri deyildisə, dilimizin 

fonetikasına  zidd  bu  ənənələrin  (saitlərin  türk  sözlərinin 

əvvəl və orta hecalarında uzadılması və əcnəbi sözlərdən 

həddən  çox  istifadə)  yaranması  nə  ilə  əlaqədar 

olmuşdur?  Bunu  onunla  izah  etmək  olar  ki,  heca 

vəznindən  fərqli  olaraq  əruzda  dəyişməz  ritmik  ardıcıllıq 

zəruri  şərt  kimi  qəbul  olunduğundan  əruz  vəznində  şeir 

yazmaq imkanları heca vəzni ilə müqayisədə məhduddur. 

Bu  dildən  asılı  olmayaraq  belədir  və  istənilən  halda 

əruzda qısa hecaları süni surətdə uzatmaq və ya əksinə, 

uzun  hecaları  süni  surətdə  qısaltmaq,  həmçinin,  əcnəbi 

sözlərdən  istifadə  etmək  həmin  məhdudiyyəti  müəyyən 

qədər  aradan  qaldırır  və  şeir  yazmaq  imkanlarını 

genişləndirir.  Bəzən isə  türk sözlərində  saitin uzadılması 

(məs.,  “qara”ya  “qarə”,  “yara”ya  “yarə”  və  s.  deyilməsi) 

həmin  sözləri    bir  çox  əcnəbi  sözlərlə  (məs.,  çarə,  işarə 

və s.) qafiyələndirmək üçün edilmişdir (bu heca vəznində 

də ola bilər). Aydındır ki, əruzda “qara”, “yara”, “ara” və s. 

bu 


kimi türk sözlərini  misranın elə yerinə salmaq olar ki, 

saitlərdə heç bir məcburi uzanma baş verməz. Məsələn: 

 

Öyünmə çox gözəlim, çox da gözlərin qaradır, 



Təbiətin iĢidir, gündə min gözəl yaradır! 

                                        

Ə. Vahid 

 

Müctəs-2  qəlibində  yazılmış  bu  beytdə  “təbiət” 

sözündən başqa bütün sözlər təmiz türk sözləridir və bu 

sözlərdə heç bir sait uzadılmamışdır.  




 

Bu gün də əruzda türkcəmizə yad ünsürlərə mümkün 



qədər  az  yol  verilməlidir,  hətta  buna  yol  vermək  əruzda 

şeir  yazmaq  imkanlarını  genişləndirsə  belə.  Sevindirici 

haldır  ki,  yeni  dövr  Azərbaycan  ədəbiyyatında  əruz 

vəznində  olan  şeirlərdə  dilimizə  yad  ünsürlərə  az  yol 

verilir  və  əsasən  təmiz  türkcədə  yazılır.  Təmiz  türkcə-

mizdə olan əruz isə daha gözəl səslənir. 

Əruzun  dilimizə  yad  olmadığını  təsdiq  edən  amil-

lərdən  biri  də  dilimizdə  rast  gəldiyimiz  bir  çox  ünsürlərin 

ənənəvi əruz ritmlərinə uyğun olmasıdır. Məsələn, dilimiz-

də müəyyən  səsləri  ifadə edən  “tappa-tarap”  “tappa-tap” 



,

”tarappa-tarap”,  ”şaqqa-şaraq”,  “şaqqa-şaq”,  “şaraqqa-

şaraq”  və  s.  kimi  xeyli  söz  var.  Bu  ifadələrin  ritmi  (yəni, 

orada  olan  uzun  və  qısa  hecaların  ardıcıllıq  forması) 

geniş yayılmış bir çox əruz təfilələrinin (müftə’ilün, fA’ilün, 

müfA’ələtün)  və  ya  onların  elementlərinin  müəyyən 

birləşmələrinin  (...Ġlü  məfA...,  ...tün  fəilA...)  ritminə  tam 

uyğundur.  Demək  olar  ki,  bütün  əruz  qəliblərini  xalq 

dilində  işlənən  bu  cür  ifadələrlə  düzəltmək  mümkündür. 

Təsadüfi  deyil  ki,  görkəmli  əruzşünasımız  Əkrəm  Cəfər 

əruzun  öyrənilməsində  çoxsaylı  lazımsız  terminlərdən 

imtin


a  etmək  ideyası  ilə  çıxış  etmiş  və  əruz  qəliblərinin 

cəmi 6 ünsür (dil, qələm, pərdə, nü, nüvə və can) vasitəsi 

ilə ifadəsini vermişdir (1).  

Bəs  əruz  hansı  dillərə  uyğun  deyil?  Bir  çox  dillərdə 

(rus, ingilis və s.) ardıcıl iki və daha çox samitlə başlayan 

hecalara malik sözlər (məs., “справедливость”, “square” 

və  s.)  vardır  ki,  bu  sözlərin  ritmik  cəhətdən  aydın  heca 

bölgüsü  yoxdur  və  onları  əruz  qəliblərinə  oturtmaq 

mümkün deyil. Əruz ilk növbədə belə dillərə yaddır. 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin