10
yaxınlığa isə ümumiyyətlə toxunulmur. Bəlkə də bu
musiqişünasların çoxunun əruz vəznini bilməməsindən
irəli gəlir. Halbuki, əruzu öyrənmək musiqi nəzəriyyəsini
öyrənməkdən qat-qat asandır. Folklorumuzdakı ritmlərlə
əruz qəliblərinin yaxınlığı məsələsinə qismən gənc
tədqiqatçı Aytac Rəhimovanın kitabında (4) toxunulmuş-
dur.
Bu kitabda bəzi əruz qəliblərindəki ritmlərin notlarla
yazılışı verilmiş və onların meyxana və xalq şeiri
nümunələrindəki ritmlərə yaxınlığı göstərilmişdir. Lakin,
yanlış olaraq bu yaxınlıq “əruzun təsiri” kimi qiymət-
ləndirilmişdir. Əslində isə, bu ünsürləri əruzdan xəbərsiz
xalq özü yaratmışdır. Kitabda xalq musiqimizin digər
ünsürləri olan xalq mahnıları, aşıq havaları və oyun
havalarındakı
ritmlərin
əruz
ritmlərinə
yaxınlığı
məsələsinə isə toxunulmamışdır.
Bildiyimiz kimi
xalq musiqimizin 4 böyük qolu var:
Muğam, aşıq musiqisi, xalq mahnıları və oyun havaları.
Muğamın şeir mətni həm heca, həm də əruz vəznində
olduğu halda, aşıq musiqisi və xalq mahnılarının şeir
mətni yalnız heca vəznində olur. (Oyun havaları isə
yalnız instrumental musiqidir, yəni sözləri yoxdur).
Təəssüflər olsun ki, bu amili əksər musiqişünaslar və
filoloqlar düzgün qiymətləndirməyərək aşağıdakı yanlış
Dostları ilə paylaş: