deyil.
7
“dim” hecasındakı “m” samiti “üzümə” sözü ilə birləşdikdə
cəmi bir uzun heca (“gir”) qalır), digər 5-i isə qısadır. Ona
görə də təqribi bərabərliyin təmin olunması üçün (fərqin
minimuma enməsi üçün) şeir deyilişində “bağa” sö-
zündəki sonuncu saitin (“a”) və “üzümə” sözündəki ikinci
hecanın saitinin (“ü”) məcburi uzanması baş verir. Burada
hətta “üzümə” sözünün misrada yerini necə dəyişdirsək
də uzanmanın son hecaya salınması mümkün olmur və
şifahi nitqimizin fonetikasına zidd olaraq bu sözdə
ortadakı sait uzadılır. Bu cür hallar heca vəznində kifayət
qədər baş verir, bununla belə, heca vəzninin dilimizin
qaydalarını pozduğunu indiyə qədər heç kim deməyib və
bu kimi hallar tam normal qəbul olunur. Lakin, belə
hallar
ın əruzda baş verdiyini müşahidə etdikdə əruzu
dilimizə yad hesab edirlər. Halbuki, əruzda heca
vəznindən fərqli olaraq bu kimi sözləri misranın elə yerinə
salmaq olar ki,
saitlərin sözün əvvəl və ya ortasında
məcburi uzanmasi baş verməz.
Qeyd etdiyimiz misalda
çox maraqlı bir fakta diqqət
yetirək. “Bağa girdim üzümə” misrası təsadüfən əruz
vəzninin rəməl-10 (Fə’ilAtün fə’ilün) qəlibinə də tam
uyğun gəlir və misranı bu qəlibdə oxuduqda bir və ya iki
sait uzan
a bilər. Belə ki, “girdim” sözündəki “m” samitini
“üzümə” sözü ilə birləşdirdikdə hər iki sözdəki son saitlər,
birləşdirmədikdə isə yalnız “üzümə” sözündəki son sait
uzanır. Göründüyü kimi, hər iki halda məhz sözün
sonuncu hecasında olan sait uzanır ki, bu da danışıq
dilimizin fonetikasına o qədər də zidd deyil. Halbuki, bu
heca vəznində mümkün olmamışdı. Yəni, eyni misranı
heca vəznində oxuduqda dilimizin qaydaları pozulduğu
halda,
əruz vəznində oxuduqda pozulmur. Bu fakt bir
daha təsdiq edir ki, əruz heç də dilimizə yad vəzn deyil
Dostları ilə paylaş: