Əruz vəzni və Azərbaycan bəstəkarlığı. Azərbaycan
bəstəkarlarının əruz vəznində olan şeirlərə bəstələdikləri
musiqi
lər kifayət qədər çoxdur. Dahi bəstəkarımız Ü. Ha-
cıbəylinin “Sənsiz” və “Sevgili canan” romansları,
həmçinin, “Leyli və Məcnun”, “O olmasın, bu olsun” və b.
operalarında bir çox parçalar birbaşa əruz şeirinə
bəstələnmiş, əruz ritmləri üzərində olan musiqilərdir.
Həmçinin, görkəmli bəstəkarımız Süleyman Ələsgərovun
M. Füzulinin “Pəmbeyi daği cünun içrə nihandır bədənim”
qəzəlinə bəstələdiyi romans, “Gözlə məni” və b. əsərləri
əruz qəlibləri üstündə bəstələnmişdir. Bu misalların sayını
artırmaq da olar.
Bundan başqa, muğam dəstgahlarında oxunan bir çox
təsniflər də məhz əruz vəznində olan şeirlərə (əsasən
qəzəllərə) ustad xanəndələr tərəfindən bəstələnmiş
mahnılardır ki, onlar da tamamı ilə əruz ritmləri
üzərindədir. Məsələn, “Gülşəndə fəda eylər ikən bülbülü-
şeyda” şeirinə bəstələnmiş şur təsnifi, M. Füzulinin
“Usanmazmı” qəzəli üstündə oxunan segah təsnifi və s.
Beləliklə, əruz vəzninin dilimizə və folklorumuza
uyğun olması, bu vəznin bizə doğma olduğunu deməyə
əsas verir. Deməli, bu vəzn şeirimizdə yaşadılmalı,
18
dilimizin qanun
larına və musiqimizə uyğun olaraq inkişaf
etdirilməlidir.
Dostları ilə paylaş: |