Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


sayının  əhəmiyyəti  var  və  həmin  hecaların  sayı



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə16/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   ...   12   13   14   15   16   17   18   19   20
esh evsq

sayının  əhəmiyyəti  var  və  həmin  hecaların  sayı 

ümumi  halda  bütün  misralarda  bərabər  olur.  Yalnız 

xüsusi  hallarda  hansısa  misradakı  heca  sayı  fərqli 

(

əsasən az) ola bilər. Həmin xüsusi hallar aşağıdakılardır: 



1. 

Bəzi ərəb və fars mənşəli sözlərdə (məsələn, eşq, 



zövq, lütf, aşkar və s.) bir uzun hecanın, əruz qəlibindəki 

iki  heca 

(bir  uzun  və  bir  qısa)  yerində  işləndiyi  hallar. 

Azərbaycan  əruzunda  bu  halda  həmin  sözlərin  sonuna 

hərflə yazılmayan sait səs (“i”,”ü” və s.) artırılır. Məsələn: 

eşq–“eşqi”, zövq – “zövqü”, aşkar–“aşkarı” və s. Unutmaq 

lazım  deyil  ki,  bu  hal  heca  vəznində  də  baş  verə  bilər. 

Məsələn,  heca  vəznində  olan  “Eşqdir  mehrabı  uca 

göylərin”  misrasında  birinci  söz  “eşqidir”  kimi  dələffüs 

olunur 


və  heca  sayı  11-ə  bərabərləşdirilir.  Əruz  və  heca 

vəznlərində  sözlərdəki  bu  cür  hecaları  elə  bir  heca 

yerində də işlətmək mümkün olduğundan bu xüsusi hala 

mümkün qədər şeirdə  yer verməmək məqsədəuyğundur. 

Çünki, bu hal dilimizin qanunlarına uyğun deyil. 



 

20 


2. 

Ardıcıl gələn iki uzun hecanın əruz qəliblərindəki üç 

heca 

(qısa-qısa-uzun)  yerində  işlənməsi.  Bu  hal  əsasən 



əruz  misrasının  sonunda  baş  verir.  Məsələn:  “Vətəni 

sevməyən insan olmaz misrasında “ol-maz” hecaları üç 

heca  yerində  işlənir.  Bu  zaman  həmin  hecalar  ləng  və 

sanki, 

“o-lu-maz” kimi tələffüz olunur. 

Əruzun  X.  İ.  Əhməd  təfilələriylə  öyrənilməsinin  çətin-

liklərindən biri də ondan ibarətdir ki, bəzi əruz qəliblərində 

təfilələr  Azərbaycan  əruzunun  bölgülərinə  praktiki  olaraq 

uyğun  gəlmir  (belə  hallarda  sadələşdirilmiş  qəliblərin 

bölgülərini iki variantda vermişik). Düzdür, əruz vəznində 

bölgünün  əhəmiyyəti  yoxdur  və  əsas  şərt    uzun  və  qısa 

hecaların  ardıcıllıq  formulunun  gözlənilməsidir.  Lakin, 

bununla  belə,  əruz  qəliblərinin  asan  mənimsənilməsi 

baxımından onların  necə  bölgülənməsinin  də əhəmiyyəti 

var.  

 

 




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin