Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


Pəmbeyi daği cünun içrə nihandır bədənim,  Di



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə18/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   ...   12   13   14   15   16   17   18   19   20
esh evsq

Pəmbeyi daği cünun içrə nihandır bədənim, 

Diri olduqca libasım budur, ölsəm kəfənim. 

                                                            

M. Füzuli 

 



Qəlibin  sonuncu  hecasının  uzun  əvəzinə  qısa 

olmas

ı.  Sonuncu  hecanın  uzun  və  ya  qısa  olmasının 

əruzda  o  qədər  də  əhəmiyyəti  yoxdur.  Belə  ki,  əruzda 

misranın  sonuncu  hecası  bir  qayda  olaraq  uzun  heca 

olur, hətta sununcu heca uzanmayan açıq heca olduqda 

b

elə o, uzun heca yerində işlənə bilir. Məsələn: sonuncu 



hecası  uzun  olan  Həzəc-8  qəlibində  yazılmış  aşağıdaki 

nümunədən bunu görmək olar: 

 

      Zülfün götür üzdən dedim, ol məh Ģəkə düĢdü 



                                                    

Ə. Vahid 


 

23 




Qəlibin  (və  ya  yarımqəlibin)  sonuncu  hecasının 

uzun  əvəzinə  ikiqat  uzun  heca  olması.  Öncə  qeyd 

etdiyimiz  kimi,  Azərbaycan  əruzunda  “ikiqat  uzun  heca” 

elə “uzun heca” ilə eyni əhəmiyyətə malikdir. Ona görə də 

bu fərqın də Azərbaycan əruzunda əhəmiyyəti yoxdur. 





Qəlibin sonunda iki qısa, bir uzun heca (da-da-dah

əvəzinə  iki  uzun  (dah-dah)  hecanın  işlənməsi;  Bu  halın 

da  eyni  şeirdə  baş  verməsi  bir  qayda  olaraq  xəta 

sayılmır. Məsələn:  

 

Hər vilayətdə var beş on kəsəbə, 



Əlli min seyyidi-axund, tələbə. 

Əlli min dərviş, əlli min sail, 

Əlli min hoqqabazi-nağabil

                                      

S. Ə. Şirvani 

 

Göründüyü  kimi,  “törəmə”  qəlibləri  əsas  qəliblərdən 



fərqləndirən  elementlərin  Azərbaycan  əruzunda  o  qədər 

də  əhəmiyyəti  yoxdur  və  həmin  fərqlərin  eyni  şeirdə 

mövcud olması bir qayda olaraq xəta sayılmır.  Ona görə 

də,  Azərbaycan  əruzunda  aşağıda  sadələşdirilmiş 

variantda  verdiyimiz  76 

qəlibdən  başqa  qalan  qəliblər 

əslində  müstəqil  qəlib  kimi  yox,  əsas  qəliblərlə  qarışıq 

(eyni şeirdə) işlədilir. 

Onu  da  qeyd  edək  ki,  Əkrəm  Cəfərin  qeyd  olunan 

k

itabı (1) 1977-ci ildə çap olumuşdur. Lakin, həmin ildən 



bu  günə  qədər  də  Azərbaycan  əruzunda  yeni  qəliblər 

yaranmamış deyil. Buna misalı bir qədər sonra görəcəyik. 

Ümumiyyətlə,  yeni  yaranmış  qəliblərin  müəyyən 

olunması gələcək tədqiqatların mövzusu ola bilər. 

Aşağıda təqdim etdiyimiz 76 əsas qəlibin bir neçəsinə 

real  misal  tapmadığımızdan  həmin  qəliblər  üçün  şərti 

misallar yazmışıq.  

 

 




 

24 


Əruz vəzninin Azərbaycan şeirində işlənən  

bəhrlərinin sadələşdirilmiş qəlibləri 

 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin