Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə12/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   ...   8   9   10   11   12   13   14   15   ...   20
esh evsq

fA’ilün) və səri-2 (müftə’ilün müftə’ilün) qəlibləri də 4-4-3 

və 4-4 bölgülərində olduğundan, həmin bölgülərdə ritmlə 

deyilən  meyxana  (həmçinin,  bəzi    ritmik  aşıq  havaları: 

“Cəlili”,  “Şəşəngi”,  “Müxəmməs”  və  s.)  səri  bəhrinə 

oxşayır, lakin səri bəhri demək deyil. Fərq ondan ibarətdir 

ki,  meyxanada 

(həmçinin,  həmin  aşıq  havalarında 

oxunan  şeirlərdə)  uzun  və  qısa  hecaların  misradakı 

ardıcıllıq formulu  əruzdakı  kimi dəyişməz yox,  sərbəstdir 

və  bu  sərbəstlik  hətta  musiqinin  (meyxanada  və  aşıq 

havala

rında) də ritmlərinə təsirsiz ötüşmür. 



Meyxanada sözlər bölgülərdə “parçalana” bilər. Bəzən 

meyxananın  məhz  bu  xüsusiyyətinə  görə  onun  əruza 

əsaslandığını  deyirlər.  Əslində  isə,  bu  düzgün  nəticə 

deyil.  Belə  ki,  heca  vəznində  sözlərin  bölgülərdə  parça-

lanmaması qaydası əsasən şeirin deyilişi üçün əhəmiyyət 

kəsb edir. Şeir ritmik musiqi ilə oxunduqda bölgü və ritm 

cəhətdən  əsasən  musiqiyə  tabe  olur  və  ümumiyyətlə 

şeirin  deyiliş  bölgülərinin  əhəmiyyəti  itir.  Sözlərin  musiqi 

bölgülərində  parçalanması  isə  normal  haldır.  Yəni,  əgər 

musiqi  bölgüləri  heca  vəzninin  bölgülərindən  fərqlənirsə, 

sözlər  musiqinin  bölgülərində  parçalanır  və  bu  heç  də 

xəta sayılmır. Məsələn, 4-4-3 bölgüsündə olan ritmik aşıq 




 

15 


havaları (“Cəlili”, “Şərili” və s.) üstündə  6-5 bölgülü şeirlər 

də  oxuna  və  sözlər  musiqinin  bölgülərində  parçalana 

bilər. 

Bəzən  elə  xalq  mahnılarına  (“Qaragilə”,  “Gəl,  gəl, 

gözəl yar” və s.) rast gəlirik ki, onların sözlərini musiqisiz, 

şeir  kimi  dedikdə  heç  bir  şeir  ölçüsünə  uyğun  gəlmir. 

H

əmçinin,  elə  aşıq  şeiri  nümunələrinə  rast  gəlirik  ki, 



misraların  bölgüləri  biri-birindən  fərqlənir  və  ya  sözlər 

bölgülərdə  parçalanır.  Bu  onunla  əlaqədardır  ki,  həmin 

xalq mahnılarının və aşıq şeirinin sözləri musiqi üstündə, 

yalnız musiqi ilə oxunmaq üçün yaranmışdır. Meyxana da 

ritmik  musiqi  ilə  deyildiyindən  orada  sözlərin  bölgülərdə 

parçalanması  normaldır  və  bunu  əruzla  əlaqələndirmək 

olmaz. 

Onu da 


qeyd edək ki, heca vəzninin 7 (4-3) və 8 (4-4) 

hecalı  nümunələrində  sözlərin  bölgülərdə  parçalanması 

nəinki musiqi ilə oxunduqda, hətta şeir deyilişində də tam 

normaldır.  

O  ki  qaldı  meyxanada  əruz  qəliblərindən  istifadə 

olunmasına,  bu  sonradan  bir  ənənə  kimi  meydana 

çıxmışdır.  Burada  isə,  təbiidir  ki,  əruzun  tələblərinin 

dəqiqliklə  gözlənilməsi  mümkün  deyil,  çünki,  şifahi 

sənətdir. Fikrimizcə, bədahətən deyilən meyxanada çətin 

əruz qəliblərindən istifadəyə çox yer  vermək lazım deyil, 

çünki,  bu  zaman  mənalı  söz  demək  imkanı  bir  az  da 

məhdudlaşır.  Meyxananın  inkişafında  isə  əsas  məsələ 

formal amil olan vəzn yox, mənalı söz demək olmalıdır.  

Bəzi  əruz  qəliblərindən  qeyri-dəqiq  istifadəyə  aşıq 

şeirində  də  rast  gəlirik.  Əsasən  rəməl-6  qəlibi  üzərində 

yazılmış  15  hecalı  həmin  aşıq  şeirlərində  (divani, 

müxəmməs  və  s.)  də  meyxanada  olduğu  kimi  ritmik 

ardıcıllıq dəqiqliklə gözlənilmir,  yəni, yarı əruz,  yarı heca 

vəznində olur.  Məsələn: 

 

 




 

16 


Yatmayıb sübhə qədər çəkirəm nalə, hardasan 

Salıbdır eĢqin məni sonam, məlalə hardasan... 

 

Və ya: 


 

Dolanıb bu aləmi baĢqa diyar axtarıram, 

Deməyə dərdlərimi yoxdur dildar, axtarıram, 

ĠçmiĢəm badəsini bu çərxi dönmüĢ fələyin, 

Olubdur dünya mənim baĢıma dar axtarıram. 

                                                              M. Daşqın 

 

Lakin təmiz əruzda yazmış aşıqlarımız (Qurbani, aşıq 



Valeh, a

şıq Ələsgər və s.) da olmuşdur. 

Təqdirəlayiq  haldır  ki,  son  vaxtlar  klassik  janrlarda 

(qəzəl,  müxəmməs  və  s.)  şeirlər  yazan  gənc  mey-

xanaçıların  əksəriyyəti  onu  təmiz  əruzda  yazırlar. 

Əvvəllər  isə,  əksər  meyxanaçılar  yazdıqları  şeirləri  də 

əruz  üstündə  dedikləri  bədahətən  meyxanalarda  olduğu 

kimi  qeyri-

dəqiq  vəzndə  (yarı  əruz,  yarı  heca  vəznində) 

yazırdılar.  




Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin