Əruz vəZNİNİn sadəLƏŞDİRİLMİŞ QƏLİBLƏRİ


X. İ. Əhməd sisteminin öyrənilməsinin



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə15/20
tarix01.01.2022
ölçüsü0,69 Mb.
#50763
1   ...   12   13   14   15   16   17   18   19   20
esh evsq

X. İ. Əhməd sisteminin öyrənilməsinin  

çətinliyi nədədir? 

 

Xəlil  İbn  Əhməd  ərəbcə  “fə’ələ”  feilindən  yaranan 



müxtəlif  ifadələri  (FA’ilAtün,  MəfA’Ġlün,  Müftə’ilün  və  s.) 

“təfilələr” kimi qəbul etmiş və bu təfilələr vasitəsiylə əruz 

vəzninin müxtəlif qəliblərini yaratmışdır. O, yarandığı əsli 

təfilələrdən  asılı  olaraq  qəlibləri  bəhrlərdə  qruplaş-

dırmışdır. X. İ. Əhməd əruz vəzninin 15 bəhrini müəyyən 

etmişdir.  Azərbaycan  şeirində  əruzun  12  bəhrindən  və 

yüzlərlə  qəlibindən  istifadə  edilir.  Həmin  qəliblərdən  bir 

çoxu  X.  İ.  Əhməddən  sonra  yaradılmışdır.  Həmçinin, 

Azərbaycan  əruzunda  “Bəhri-təvil”  (“Sonsuz  dərya”) 

adlanan  sərbəst  şeir  forması  yaranmışdır.  Fikrimizcə, 

X.İ.Əhmədin  əruz  vəznini  bəhrlərə  ayırması  ritmik 

quruluşdan daha çox formal amillərə əsaslanmışdır. Yəni, 

əruz  vəznində  elə  qəliblərə  rast  gəlirik  ki,  həmin  qəliblər 

başqa  bəhrdən  olan  qəliblərə  eyni  bəhrdən  olanlardan 

ritmik  cəhətdən  daha  yaxındır,  baxmayaraq  ki,  eyni 

bəhrin  qəlibləri  eyni  əsli  təfilələrdən  yaranmışdır.  Bu 

əruzun öyrənilməsini çətinləşdirən cəhətlərdəndir. 

Əruz vəzni əsasən iki ünsür – uzun və qısa heca ilə 

müəyyən  olunduğu  halda,  X.  İ.  Əhməd  çoxsaylı  (60-dan 

çox)  təfilələrdən  istifadə  etmiş,  bu  təfilələrin  “yaranması” 

ilə  bağlı  müxtəlif  lazımsız  anlayş  və  terminlər  (“zihaf”lar, 

“əsli” və “törəmə” təfilələr  və s.) müəyyən etmişdir. Bütün 

bunlar isə əslində o qədər də qəliz və mürəkkəb olmayan 

əruz  sisteminin  öyrənilməsini  süni  surətdə  çətinləş-

dirmişdir.  Görkəmli  əruzşünasımız  Əkrəm  Cəfər  də  bu 

cəhəti xüsusi qeyd etmişdir (1).  




 

19 


X. 

İ. Əhməd təfilələrində uzun heca iki formada – həm 

qapalı  heca  kimi  (məsələn,  “tün”,  “lün”  və  s.),  həm  də 

saiti  uzadılan  (əlifbamızda  böyük  hərflə  və  bəzi  hallarda 

apastrofla 

yazılan) açıq heca (məsələn, “fA”, “lA”, bəzən 

fə’  və  s.)  ilə  ifadə  olunur.  Halbuki,  onu  bir  formada  da 

ifadə  etmək  olardı.  Bu  da  əruzun  öyrənilməsini 

çətinləşdirən  amillərdəndir.  Burada  təbii  ki,  ərəb  fone-

tikasının və əlifbasının da təsiri olmuşdur. 

Əruzun  öyrənilməsini  çətinləşdirən  amillərdən  biri  də 

əruz misralarında guya heca sayının əhəmiyyətsiz olması 

fikrinin  tez-

tez  səslənməsidir  ki,  bu  da  vəzni  öyrənmək 

istəyənlərin fikrini azdırır. Əruz misralarında heca sayının 

əhəmiyyətsiz  olması  fikri  başqa  dillər  (ərəb,  fars  və  s.) 

üçün  bəlkə  də  məqbul  ola  bilər.  Lakin,  həmin  fikri 

Azərbaycan  əruzu  üçün  də  təkrarlamaq  qətiyyən  doğru 

deyil. 

Çünki,  dilimizin  fonetikası  həmin  dillərinkindən 

fərqlidir.  Azərbaycan  əruzunda  misradakı  hecaların 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin