232
I üsul. Sənədin təsvir edilməsi üçün məna təhlili əsasın-
da
onun kontekstini, yəni mahiyyətini və məzmununu da-
ha dəqiq əks etdirən terminlər (açar sözlər) sistemdə möv-
cud olan xüsusi lüğətlərdən (məsələn, tematik rubrikator-
dan) seçilir və SAO-ya daxil edilir.
Bu zaman seçilən ter-
minlər sənədin məzmununda rast gəlinməyə də bilər.
II üsul. Sənədin təsvir edilməsi üçün xüsusi üsulların kö-
məyi ilə onun adından, başlığından və mətnindən, habelə
onlarla bağlı digər xidməti məlumatlardan əhəmiyyət kəsb
edən terminlər və açar sözlər seçilərək SAO-ya daxil edilir.
Bu halda axtarış sistemində sinonimlər, assosiativ sözlər,
stop-sözlər və digər lüğətlər mövcud olur ki, onların vasi-
təsilə SAO-ya yeni sözlər bağlanmış olur və genişləndirilir.
III üsul. Mövcud tematik rubrikatora uyğun olaraq sə-
nədlərin məzmununun (kontekstinin)
təhlili yolu ilə onla-
rın mətnindən həmin rubrikatorda olan müvafiq terminlər
seçilir və SAO-ya daxil edilir.
Qeyd olunmalıdır ki, birinci yanaşma güclü semantik
aparatın tətbiqini və ya indeksləşdirilən informasiya ehti-
yatlarının tematikası sahəsində ixtisaslaşmış mütəxəssislə-
rin iştirakı ilə əllə indeksləşdirmənin
həyata keçirilməsini
tələb edir. Əllə indeksləşdirmənin nəticəsi yüksək dəqiqli-
yi ilə seçilir, lakin yaxşı tematik kataloqun yaradılması
personalın peşəkarlığından asılı olur. Bunun üçün böyük
intellektual əmək, müvafiq mövzu
sahələri üzrə dərin bilik
və təcrübəyə malik olan mütəxəssislərin və ekspertlərin
köməyi tələb olunur.
Semantik təhlilə əsaslanmış üsullar, əsasən, çətin reallaş-
dırılır və az inkişaf etmişdir. Lakin son dövrlərdə bu üsulla-
rın tətbiqi ilə tematik kataloqların
avtomatik yolla, proqram
təminatının köməyi ilə yaradılması məsələsi tədqiqat obyek-
233
tinə çevrilmişdir. Bu istiqamətdə müəllif tərəfindən elmi
araşdırmalar aparılmış, qeyri-səlis çoxluqlar
və münasibətlər
nəzəriyyəsinə əsaslanan üsullar təklif edilmişdir.
İnformasiya ehtiyatlarının məzmunundan daha əhəmiy-
yətli terminlərin seçilib çıxarılmasına və onların vaciblik
dərəcələrinin hesablanmasına imkan verən üsullar
avto-
Dostları ilə paylaş: