Microsoft Word Qasimov-ias docx



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
səhifə62/177
tarix01.01.2022
ölçüsü1,74 Mb.
#50803
növüDərs
1   ...   58   59   60   61   62   63   64   65   ...   177
N 406

2.5.3.  Bredford qanunu 
Elmi jurnalların məzmunlarının, o cümlədən hər hansı 
mövzu sahəsi üzrə  məqalələrin elmi jurnallar üzrə paylan-
masının tədqiqi zamanı Bredford elmi jurnalların sayı ilə bu 
və ya digər mövzu sahəsi üzrə həmin jurnallarda dərc olun-
muş  məqalələrin sayı arasında qanunauyğunluq müəyyən 
etmişdir.  
Belə ki, əgər elmi jurnallar hər hansı mövzu sahəsi üzrə 
çap olunmuş  məqalələrin sayına görə azalan sıra ilə düzü-
lərsə, onda onları elə zonalara bölmək olar ki, hər bir zonda 
həmin mövzu sahəsi üzrə məqalələrin sayı eyni olsun. 
Tutaq kiN
1
N
2
N
3
N
4
,... – uyğun olaraq 1-ci, 2-ci, 3-
cü, 4-cü və s. zonalarda olan jurnalların sayı, – bir zona-
dakı jurnalların sayının növbəti zonadakı jurnalların sayı-
na nisbətini göstərən kəmiyyətdir. Onda  
N
1
 : N
2
 : N
3
 : N
4
 : ... = 1 : k : k
2
 : k
3
 : ... 
olar. 
Bredford qanunu internetin saytlarının və saytlarda 
dərc olunan web-səhifələrin sayı arasındakı münasibət 
üçün də doğrudur.  
Bu qanunauyğunluq informasiya fəzasında (o cümlə-
dən internetin web-fəzasında) çox böyük ehtimalla məhz 
istifadəçini maraqlandıran mövzu sahəsinə uyğun olan 
məqalələri (web-səhifələri) mövzu özündə saxlayan nəşr-
ləri (web-saytları) seçməyə imkan verir. 
Nümunəyə baxaq. Tutaq ki, bizi maraqlandıran mövzu sa-
həsi üzrə  məqalələrin sayına görə ilk on yeri tutan cəmi 10 
jurnal (sayt) müəyyən edilmişdir. Əgər bu zonada məqalələ-
rin (web-səhifələrin) cəmi sayı 30 olarsa, onda daha 30 mə-
qalənin (web-səhifənin) tapılması üçün mövcud jurnalların 
sırasına əlavə 10*k sayda (əgər k=5 olarsa, 50) jurnal (sayt) 


88 
əlavə edilməlidir. Üçüncü mərhələdə növbəti 30 məqalə 
(web-səhifə) üçün siyahıya daha 10*k
2
 sayda (yəni 250) jur-
nal əlavə edilməlidir. 
Göründüyü kimi, əvvəlcə 10 jurnaldan (saytdan) 30 
məqalə (sənəd) tapılmışdırsa, ikinci mərhələdə yalnız 50 
jurnaldan (saytdan) 30 məqalə, üçüncü mərhələdə isə 250 
jurnaldan (saytdan) 30 məqalə tapılar. 
Beləliklə, ilk 10 jurnalın (saytın) baxılması mövzu sa-
həsi üzrə əsas məqalələri əldə etməyə imkan verir. 

Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   177




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin