Kimin nə olduğunun isbatı...
Cümə axşamı, nahardan sonra komissiyaya
gedəcək xəstələrin hamısını birinci mərtəbəyə yığmış,
vaxtın gəlməsini gözləyirdilər. Yusiflə Sabir də
onların arasında idi. Yusif sakit görünsə də, Sabir
Amid Səlimoğlu Bəyaz Dəhliz
144
üçün bunu demək elə də mümkün deyildi. Nə qədər
gizlətməyə çalışsa da, həyəcanı üzünə vurmuşdu.
Yerində bir dəqiqə dura bilmir, elə hey ətrafa
boylanaraq binadan çıxacaqları zamanı güdürdü.
Bunu Yusif də hiss etmişdi ki, gülərək dedi:
– Qorxursan?
– Yox. – Əsəbi halda cavab verdi.
– Onda niyə sakit durmursan?
– Nə bilim.
– Yaxşı olacaq. – Əlini Sabirin qoluna
toxundurdu.
Sabir isə heç bir söz demədən başını aşağı salıb
dərindən nəfəs aldı. Elə bu an həkim tibb bacısı ilə
gələrək qapını açıb çölə çıxmalarını tapşırdı. Bütün
xəstələr sıra ilə binanın qapısından çölə çıxmağa
başladılar. Sabir bura gəldiyi gündən birinci dəfə idi
ki, binanı tərk edirdi. Qapıdan çıxdığında gözlərini
yumaraq havanı qoxlamağa başladı. Azadlığın
qoxusunu doyunca ciyərlərinə çəkdikdən sonra
pilləkənlərlə həyətə enərək digər xəstələrlə bir yerdə
komissiyanın keçiriləcəyi binaya doğru getməyə
başladı. Komissiyanın keçiriləcəyi bina ilə Sabirin
qaldığı bina arasında iki bina da var idi. Sabir o
binaların arasından keçərkən ətrafa göz gəzdirir, ilk
dəfə görürmüş kimi heyrətlənirdi. Ağaclar, quşlar,
hətta hər gün gördüyü həkimlər belə ona qeyri-adi
gəlirdi.
Amid Səlimoğlu Bəyaz Dəhliz
145
Bir qədər də piyada getdikdən sonra həkim
üçmərtəbəli binanı göstərək, yoxlanışın orada
olacağını bildirdi. Bütün xəstələr tək-tək binanın giriş
qapısından içəri girməyə başladılar. Binanın birinci
mərtəbəsində, dəhlizdə dayanaraq sıra ilə komissiya
keçiriləcək otağa daxil olur, həkim yoxlanışından
sonra
çıxaraq
yenidən
qaldıqları
binaya
götürülürdülər. Sabir isə səbrlə öz sırasının gəlməsini
gözləyirdi. Onun sırası yeddinci idi. Bütün xəstələri
izləyir, onların hansı əhval-ruhiyyədə otağı tərk
etdiklərini seyr edirdi. Altı nəfər yoxlanışdan
keçdikdən sonra sıra ona çatmış, tibb bacısı qolundan
tutaraq asta addımlarla otağa doğru aparmağa
başlamışdı. Sabirin həyəcanı isə dayanmadan artırdı.
Durduğu yerdən otağa qədər olan yol gözündə bir
neçə kilometr olmuşdu. Ürəyi şiddətlə döyünür,
yerişini itirirdi. Artıq qapının önünə çatdığında beli
bükülmüşdü. Nəfəs almaqda çətinlik çəkirdi. Tibb
bacısı qapını açaraq onu içəri saldı. Elə içəri yenicə
girmişdi ki, komissiya nümayəndələrindən biri,
bəstəboy, sarışın qadın tibb bacısının üstünə
qışqırmağa başladı:
– Ay qız, hara gətirirsən bunu?! Görmürsən, nə
gündədir?! Bu elə xəstəyə oxşayır da! Çıxart çölə!
– Baş üstə, həkim. – Tibb bacısı cəld Sabiri
otaqdan çıxardı.
Amid Səlimoğlu Bəyaz Dəhliz
146
Sabirin gülməyi tutsa da, özünü güclə saxlaya
bilmişdi. Təhqir olunacağına bu qədər sevinəcəyini
desəydilər, yəqin ki, heç vaxt inanmazdı.
Tibb bacısı isə Sabirin qolundan tutaraq
deyinə-deyinə binadan çölə çıxartdı. Dəhlizlə çıxış
qapısına yaxınlaşarkən Yusiflə baxışmış, hər şeyin
yolunda olduğunu bildirmişdi.
– Lap bezdiriblər. Gətir deyirlər, gətirirsən,
deyir niyə gətirmisən. Adam bilmir nə etsin. – Tibb
bacısı hələ deyinirdi.
– Sizin iş də yaman çətindir.
– Kaş ki, elə sənin kimi olardım. Dünya vecimə
olmazdı. – Tibb bacısı sözünü bitirb gülməyə başladı.
– Kaş. – Sabir də gülərək qarşılıq verdi.
– Nəysə. Gedək, aparım səni. Hələ neçə nəfər
qalıb. Onları da gəlib götürməliyəm.
Tibb bacısı Sabirin qolundan tutaraq
xəstəxananın həyəti ilə getməyə başladı. Sabir “Niyə
tək-tək aparırsınız?” sualını vermək istəsə də, özünü
ağıllı göstərməmək üçün susaraq tibb bacısının yanı
ilə qaldığı binaya qədər getdi. Binaya daxil olub ikinci
mərtəbəyə qalxdıqdan sonra iri dəhlizdən keçərək öz
otağına daxil oldu. Tibb bacısı isə onu orada qoyub
geriyə, o biri binaya qayıtdı. Sabir üçün gözləməkdən
başqa bir şey qalmamışdı. Yatağın üstünə oturaraq
Yusifi gözləməyə başladı. Onun sırasına hələ çox var
idi. Ona görə də, işi biraz uzanacaqdı. Bu səbəbdən
|