Ən gözəl Cümə...
Səhərin
erkən
saatlarından, göy
üzü
işıqlanmamış oyanaraq hazır vəziyyətdə gözləyirdi.
Gecə çox uzun çəkmişdi. Yuxuya gedə bilməmiş,
xəyallar qurmuş, gələcək barəsində düşünmüşdü. Elə
indi də otağda var-gəl edir, hərkəsin oyanmasını
gözləyirdi.
Sıxıntıları var idi. Xəstəxanadan
çıxdığında, çöldə nə olacağını heç bilmirdi. Yaxşı ya
pis, bunu etməli idi. Qaranlıq dünyasından ayrılmağa
məcbur idi. Arabir keçmiş həyatını xatırlayır, köhnə
günlərini gözlərinin önündən keçirirdi. Həyat
yoldaşını, onunla keçirdiyi günləri düşündükcə nələri
itirdiyini bir daha anlayırdı. Qəhərlənir, ürəyini sıxan
fikirlərə güc gələ bilmirdi. Otağın divarları arasında
gəzinərək dodaqaltı “o sənli günlərim”, – deyə mahnı
oxumağa çalışırdı. Bununla da biraz rahatlamaq
Amid Səlimoğlu Bəyaz Dəhliz
151
istəyirdi. Ancaq daha da kədərə bürünür, dərdinə dərd
yükləyirdi.
Hava isə yavaş-yavaş aydınlanırdı. Bir müddət
sonra hərkəs oyanacaqdı. Ancaq otaqdaki bir nəfər
çoxdan oyanmış, gizlicə onu izləyirdi.
– Quqquuu... Niyə yatmırsan? – Anidən, lakin
astaca soruşdu.
Yusif diksinərək səs gələn tərəfə çevrildi.
– Oyaqsan?
– Hə. – Cavid gülərək dedi. – Bəs sən?
– Yata bilmədim. Sən yat. – Əli ilə işarə verdi.
– Gedəcəksən, hə?
– Hə.
– Bizi yaddan çıxartma. Olar?
– Çıxartmaram.
– İnanıram. İnanım? – Gülümsəyərək soruşdu.
– İnan. – Yusif də güldü.
– Yaxşı. – Üzünü çevirərək yastığı başına
çəkdi.
Yusifsə, onu inandırmağa çalışsa da, öz
dediyinə özü də inana bilməmişdi. Neçə ay idi ki,
buradaydı. Onlara çox öyrəşmişdi. Ancaq indi
onlardan da ayrılırdı. Və onları bir daha nə vaxt
görəcəyi haqqında heç bir fikri yox idi. Bayaqdan
başqa fikirlər onu narahat edirdisə, indi üstünə bunlar
da əlavə olunmuşdu. İki od arasında qalmışdı. Ya da
Amid Səlimoğlu Bəyaz Dəhliz
152
ona elə gəlirdi. Özünü özü də anlaya bilmirdi. Onu ən
çox sıxan da elə bu idi.
Bu fikirlər içində saatları keçirmişdi. Sabir də
çoxdan oyanmışdı. Özü ilə götürəcəyi əşyaları
çantaya yığmış, geri qalan əşyaları isə otaq yoldaşları
arasında bölmüşdü. Hər şey hazır idi. Səhər yeməyi
üçün otaqdan çıxanda Sabir üzünü Yusifə tutaraq
yeməkxanaya getməyəcəyini bildirmişdi. Yusif də
heç bir söz soruşmamış, eləcə başını yelləməklə
kifayətlənmişdi. Sabir isə həmişə telefonla danışdığı
otağın qabağını kəsərək həkimin gəlməsini
gözləməyə başlamışdı. Elə yenicə qapının yanında
oturmuşdu ki, həkim dəhlizə daxil olaraq ona tərəf
gəlməyə başladı. Sabiri görən kimi gülərək dedi:
– Bugün zəng etmək olmaz. Bazar günü
gələrsən.
– Yox, həkim. Mən başqa bir şey istəyəcəkdim.
– Nə? – Maraqla soruşdu.
– Fəridi görmək istəyirəm.
– Ona icazə yoxdur. Həm bir dəfə səni
yaralayıb. Qorxmursan?
– Mənə heç nə etməz. İnanın mənə. Bugün
burada son günümdür. Bir neçə saat sonra buradan
həmişəlik çıxıb gedəcəm. Son dəfə onu görmək
istəyirəm.
– Yaxşı. Gəl mənimlə.
|