Avropa şurasi (AŞ pa)



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə17/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   13   14   15   16   17   18   19   20   ...   60
Avropa Şurası

2-4 noyabr 2000-ci il - Azərbaycan Respublikası Xarici İşlər Nazirinin müavini cənab M.Məmməd-

Quliyev və Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq  Əlaqələr  Şöbəsi rəisinin müavini cənab 

İ.Fərzəliyev Avropa Şurası Parlament Assambleyasının Hüquq Məsələləri və  İnsan Hüquqları Komitəsinin 

iclası  və  Avropa  İnsan Hüquqları Konvensiyasının imzalanmasının 50-ci ildönümü münasibətilə Roma 

şəhərində keçirilmiş İnsan Hüquqları üzrə Nazirlər Konfransında iştirak etmişlər. 

7-9 noyabr 2000-ci il - Avropa  Şurası Nazirlər Komitəsinin 107-ci sessiyasında Azərbaycanın Avropa 

Şurasına üzv olmağa dəvət edilməsi adlı (2000)14 saylı  Qətnamə  qəbul edilmişdir. Bu sənəddə  aşağıdakı 

qərarlar öz əksini tapmışdır:  

1. Azərbaycanın Avropa Şurasına üzv olmağa və Nizamnaməyə qoşulmağa dəvət edilməsi;  

 2.  Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndələrinin sayının 6 nəfər 

həddində müəyyənləşdirilməsi;  

3. Bu qətnamənin  əlavəsinə  uyğun  şəkildə Azərbaycanın Avropa Şurasına müxtəlif bölgülü maliyyə 

ödəmələrinin miqdarının müəyyənləşdirilməsi.  

Bu sessiyada qəbul olunmuş “Ermənistan və Azərbaycan: Avropa Şurasının üzvlüyünə  dəvət” adlı 

Qərarda Azərbaycanla bağlı aşağıdakı müddəalar təsbit edilmişdir:  

-Nazirlər Komitəsinin Sədri və Azərbaycanın Xarici İşlər Naziri arasında 2000-ci ilin oktyabrında 

aparılmış  məktub mübadilələrinə  uyğun olaraq, ölkənin demokratik inkişafının müntəzəm  şəkildə, zərurət 

yaranarsa bu məqsədlə təsis edilmiş işçi qrupların köməyi ilə izlənməsi;  

-Azərbaycan hökumətindən bir ay ərzində  seçkiləri müşahidə  üzrə beynəlxalq missiya tərəfindən ilkin 

qeyd və  yekunlar üzrə  bəyanatda edilmiş  tənqidlərə cavab məruzəsinin təqdim olunması  və qeyd edilən 

saxtakarlıqlarda düzəlişlərin edilməsinin xahiş edilməsi; 

-Nümayəndələrin, Avropa Şurası Parlament Assambleyasının növbəti sessiyasından  əvvəl keçiriləcək 

737-ci (17 yanvar 2001-ci il) iclasına qədər məruzə edəcək monitorinq qrupunun yaradılması; 

-Venesiya Komissiyasını Konstitusiya, seçki qanunu və  mətbuat haqqında qanunda Avropa Şurası 

standartlarına uyğun  şəkildə  islahatların aparılması  məqsədilə Azərbaycan hakimiyyət orqanlarına yardım 

göstərməyə dəvət edilməsi;  

-Həm Nazirlər Komitəsi, həm də  Parlament Assambleyası qarşısında götürülmüş öhdəliklərə  müvafiq 

olaraq, Azərbaycan hökumətindən Dağlıq Qarabağ münaqişəsinin dinc nizamlanmasına nail olmaq üçün 

Ermənistan hökuməti ilə birgə səylərini gücləndirməyin xahiş edilməsi. 

 


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin