17 yanvar 2001-ci il - Avropa Şurası Nazirlər Komitəsinin Nümayəndələr səviyyəsində keçirilmiş
iclasında Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul edilməsinə dair qərar qəbul
edilmişdir.
25 yanvar 2001-ci il - Strasburqda Azərbaycan Respublikasının Avropa Şurasına tamhüquqlu üzv qəbul
edilməsinə həsr olunmuş rəsmi mərasim keçirilmişdir. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti cənab
Heydər Əliyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti iştirak etmişdir.
24-27 aprel 2001-ci il - Avropa Şurası Parlament Assambleyasının (AŞPA) plenar sessiyası keçirilmişdir.
Azərbaycan Respublikasının AŞPA-da nümayəndə heyəti ilk dəfə olaraq bu qurumun iclasında tamhüquqlu üzv
kimi iştirak etmişdir. Sessiya zamanı 9 ölkə və AŞPA-da fəaliyyət göstərən 5 siyasi qrupu təmsil edən 29
nümayəndə tərəfindən imzalanmış “Ermənilər tərəfindən Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımın
tanınması” adlı yazılı bəyanat və 14 ölkəni təmsil edən 20 nümayəndə tərəfindən imzalanmış “Ermənistan və
Dağlıq Qarabağda saxlanılan müharibə əsirləri və girovları” adlı tövsiyə üçün təklif AŞPA-nın rəsmi sənədləri
qismində yayılmışdır. Göstərilən sənədlərdə ermənilər tərəfindən Xocalı əhalisinin tamamilə qətlə yetirilməsi,
Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20%-nin işğal edilməsi, Ermənistan və işğal edilmiş Azərbaycan
torpaqlarında uşaq, qadın və yaşlı insanların da daxil olduğu 783 Azərbaycanlı girovun saxlanılması faktı və
digər vacib məsələlər xüsusi vurğulanmışdır.
Dostları ilə paylaş: |