Avropa şurasi (AŞ pa)


Avropa Şurası Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını tanıyır



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə22/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   18   19   20   21   22   23   24   25   ...   60
Avropa Şurası

Avropa Şurası Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi faktını tanıyır 

 

Avropa  Şurası ilə Azərbaycan arasında  əlaqələrin tarixi 1992-ci ildən başlayır. Bu dövrdə  müstəqilliyini 

yenicə əldə etmiş respublikamız dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə etibarlı  əməkdaşlıq münasibətləri 

qurmağa cəhd göstərir və bu istiqamətdə  müəyyən addımlar atırdı. 1992-ci ildə Azərbaycan "xüsusi dəvət 

olunmuş qonaq" statusu verilməsi xahişi ilə Avropa Şurasına rəsmi müraciət etdi. 

Lakin bu müraciət uzun müddət AŞ-nin diqqətindən kənarda qaldı.  Şübhəsiz ki, bunun səbəblərini ilk 

növbədə Azərbaycan rəhbərliyinin səriştəsiz xarici siyasətində  axtarmaq lazım gəlirdi. Doğrudur, burada 

beynəlxalq birliyin Azərbaycana münasibətdə ikili standartlara üstünlük verməsini də nəzərdən qaçırmaq olmaz. 

Lakin qeyd etmək lazımdır ki, respublikanın o vaxtkı rəhbərliyi də  "buzun" sındırılması üçün konkret və  qəti 

addımlar atmırdı. 

Bütün bunlar isə nəticə etibarilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində də 

özünü aydın  şəkildə  büruzə  verirdi. Avropa Şurası bu münaqişəyə dair qəbul etdiyi ilk sənədlərdə  qərəzli və 

ədalətsiz təhlillərə yol vermiş və problemin əsl mahiyyətini açıqlamağa cəhd göstərməmişdi. 

1992-ci ilin fevralında Avropa Şurası Parlament Assambleyasının AŞ-yə  üzv olmayan Avropa ölkələri ilə 

Əlaqələr Komitəsi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk bəyanatı qəbul etdi. Sənəddə 

Dağlıq Qarabağda vəziyyətin pisləşməsindən narahatlıq ifadə edilir və tərəflərə atəşi dayandırmaq, münaqişəni 

sülh yolu ilə  aradan qaldırmaq tövsiyə olunurdu. Bu bəyanatda Ermənistanla münaqişə  bölgəsinə BMT 

qüvvələrinin gətirilməsi xahişi də öz əksini tapmışdı. 

Həmin ilin mart ayının 12-də Avropa Şurasının Nazirlər Komitəsi də münaqişə ilə bağlı bəyanat qəbul etdi. 

Bu sənəd də problemə obyektiv qiymət vermir və onun mahiyyətini açıqlamırdı. AŞ-nin Nazirlər Komi-təsi 

mümkün qədər neytral mövqe nümayiş etdirməyə  çalışmışdı. Sənəd münaqişənin zor yolu ilə  həllinin qəti 

əleyhinə  çıxır və  bütün sərhədlərin toxunulmazlığı prinsipinin gözlənilməsini tələb edirdi. Qeyd edək ki, 

sərhədlərin toxunulmazlığı prinsipinin gözlənilməsi bəyanatın yeganə müsbət məqamı olsa da, sənədin sonrakı 

hissələrində  sərhədlərin dinc yolla və  qarşılıqlı razılıq  əsasında dəyişdirilməsinin mümkünlüyü öz əksini 

tapmışdı. 

1993-cü ilin aprelində  AŞ Nazirlər Komitəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə 

dair daha bir bəyanat qəbul olundu. Bəyanata görə, AŞ Nazirlər Komitəsi BMT-nin bölgədə  sülhün bərqərar 

edilməsinə dair tələblərini dəstəkləyir və döyüş əməliyyatlarının dayandırılmasına tərəfdar çıxırdı. AŞ Nazirlər 

Komitəsi Kəlbəcərdə  hərbi  əməliyyatların güclənməsindən narahatlığını ifadə etsə  də, rayonun erməni 

qəsbkarları tərəfindən işğal olunması faktını göstərmirdi. Ən maraqlı məqamlardan biri isə bundan ibarət idi ki, 

Avropa Şurası Nazirlər Komitəsinin qəbul etdiyi sənəddə Ermənistanın adı, ümumiyyətlə, çəkilmirdi, halbuki 

işğalçılıq əməliyyatları məhz bu ölkə tərəfindən həyata keçirilmişdi. 

Avropa  Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə  ədalətsiz mövqe tutmasını 

sübut edən daha bir hadisə 1994-cü ilin yanvarında baş verdi. Belə  ki, qurumun AŞ üzvü olmayan Avropa 

dövlətləri ilə  Əlaqələr Komitəsi Strasburqda münaqişənin həlli ilə  bağlı görüş keçirilməsi barədə  təşəbbüslə 

çıxış edərkən, danışıqlara Dağlıq Qarabağdakı separatçı rejimin nümayəndələrini də  dəvət etmişdi. Bu isə 

görüşün baş tutmamasına gətirib çıxardı  və Azərbaycan tərəfi  bu formatda keçiriləcək danışıqlara 

qatılmayacağını bəyanladı. 

Bir qədər sonra, 1994-cü ilin iyulunda Strasburqda Avropa Şurasının təşəbbüsü ilə Ermənistan—

Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə  dair danışıqlar keçirildi. Azərbaycan AŞ ilə  əlaqələrin inkişafının 

zəruriliyini nəzərə alaraq bu danışıqlarda iştirak etdi. Görüşün nəticələrindən biri ondan ibarət oldu ki, AŞ PA-

nın quruma üzv olmayan Avropa dövlətləri ilə  Əlaqələr Komitəsinin sədri Devid Atkinsonun rəhbərliyi ilə 

regiona nümayəndə heyətinin göndərilməsi qərara alındı. 

Noyabrın 14-də nümayəndə heyəti Azərbaycana səfərə gəldi. Bundan bir neçə gün əvvəl, noyabr ayının 10-

da isə  Avropa  Şurası Parlament Assambleyası  Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair ilk 

qətnaməsini qəbul etdi. 

"Dağlıq Qarabağda münaqişəyə dair" adlanan bu qətnamə problemə  ədalətli qiymət vermir və onun 

mahiyyətini təhrif edirdi. Qətnamədə may ayının 12-də əldə olunmuş atəşkəsə riayət olunmasından razılıq ifadə 

edilir və sülh sazişinin yaxın vaxtlarda imzalanacağına böyük ümidlər olduğu bildirilirdi. Burada 20 mindən çox 

insanın həlak olması və bir milyon insanın qaçqın düşməsi faktı göstərilsə də, qaçqınların azərbaycanlı olması 

və Ermənistanın təcavüzkar siyasəti nəticəsində öz torpaqlarını tərk etdiyi göstərilmirdi. Qətnamədə hətta belə 

bir bənd də öz  əksini tapmışdı ki, AŞ PA Ermənistan və Azərbaycan  müdafiə nazirlərinin və  Dağlıq Qarabağ 

ordu komandanının atəşkəsi gözləmək öhdəliyini alqışlayır. Bu, bir tərəfdən Ermənistanın münaqişədə iştirakını 

təsdiqləyirdisə, digər tərəfdən Dağlıq Qarabağdakı separatçı rejimi ayrıca bir tərəf kimi təqdim edirdi. 

1996-cı ilin 28 iyununda Azərbaycan Avropa Şurasına "xüsusi dəvət olunmuş qonaq" statusu aldı. Bu, artıq 

AŞ ilə  münasibətlərin inkişafında növbəti mərhələnin  başlanğıcı kimi xarakterizə  olunurdu. "Xüsusi dəvət 




olunmuş qonaq" statusu Azərbaycanın tezliklə  AŞ-yə  tamhüquqlu üzv kimi qəbul olunacağına böyük inam 

yaratmışdı. 

1997-ci ilin aprelində AŞ PA Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair daha bir qətnamə 

qəbul etdi. "Zaqafqaziyada münaqişələrə dair" qətnamə Abxaziya və Dağlıq Qarabağdakı münaqişələrin həllinə 

AŞ-nin kömək göstərməsinin zəruriliyini vurğulayırdı. Azərbaycan, Gürcüstan və Ermənistanın AŞ-yə  üzv 

qəbul edilməsində bölgədəki münaqişələrin həlli istiqamətində səylərin də əsaslı rol oynaya biləcəyini göstərən 

bu sənəddə  münaqişələrin həllinin sərhədlərin toxunulmazlığı, region xalqları üçün çoxmillətli sülhməramlı 

qüvvələr tərəfindən dəstəklənən təminatlı təhlükəsizlik, Abxaziyaya və Dağlıq Qarabağa muxtariyyət statusunun 

verilməsi, qaçqın və köçkünlərin geri qaytarılması prinsipləri əsasında mümkünlüyü nəzərdə tutulurdu. 

Sənədin Dağlıq Qarabağ münaqişəsinə dair bölməsində işğal olunmuş ərazilərin azad edilməsi münaqişənin 

sülh yolu ilə  nizamlanması Avropa Şurasının tövsiyəsi kimi öz əksini tapmışdı. Lakin qətnamənin mənfi 

cəhətlərindən biri bundan ibarət idi ki, Azərbaycan, Ermənistan və  Dağlıq Qarabağın birbaşa  danışıqlar 

aparmasının zəruriliyi vurğulanırdı. Bu isə yenə  də  Dağlıq Qarabağdakı separatçı rejimin müstəqil tərəf kimi 

tanınması mənasını verirdi və buna görə də həmin qətnamə də real səciyyə daşımırdı. 

2000-ci ilin 28 iyununda AŞ PA Azərbaycanın təşkilata tamhüquqlu üzv qəbul olunması haqqında qərar 

qəbul etdi. 2001-ci il 17 yanvar AŞ Nazirlər Komitəsi də  analoji addım ataraq bu qərarın hüquqi qüvvəyə 

minməsini təmin etdi. Həmin ilin yanvar ayının 25-də Azərbaycanın Avropa Şurasına qəbul olunması mərasimi 

keçirildi və bununla da ölkəmizin Avropa ilə əlaqələrinin tarixində yeni mərhələ start götürmüş oldu.

 

AŞPA-da Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təşəbbüskarlığı və 



diplomatik fəallığı  nəticəsində elə ilk sessiyadan etibarən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinə dair həqiqətləri özündə əks etdirən sənədlər yayılmağa başladı. Azərbaycanlı deputatlar AŞ PA-

nm müxtəlif dövlətlərdən olan üzvləri ilə  yaxşı münasibətlər qurur, ölkəmizin qarşılaşdığı problemlər,  əldə 

etdiyi nailiyyətlər, eləcə  də  torpaqlarımızın 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunması, 

bir milyondan çox insanın qaçqın və məcburi köçkün kimi yaşaması barəsində ətraflı məlumatlar verirdilər. 

2001-ci ilin yanvarında Azərbaycan və Ermənistanın AŞ-yə tamhüquqlu üzv kimi qəbul olunduğu sessiyada 

İngiltərədən olan deputat Corc Teylor Azərbaycanda Dağlıq Qarabağda ermənilərin törətdiyi vəhşiliklərdən 

danışdı. O, burada insan hüquqlarının kobud şəkildə tapdalandığını, ermənilərin Azərbaycana qarşı təcavüzkar 

siyasət apardıqlarını bəyan etdi. C.Teylor qaçqınların və məcburi köçkünlərin ağır vəziyyətdə yaşadığına diqqəti 

çəkərək AŞ-nın bu sahədə ciddi addımlar atmasının zəruriliyini bildirdi. O, ermənilərin işğal olunmuş ərazilərdə 

dağıdıcılıqla məşğul olduqlarını, buradakı  mədəniyyət abidələrini, xidməti binaları, məktəbləri, xəstəxanaları 

məhv etdiklərini söylədi: "Dağlıq Qarabağda ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş genosidə 

siyasi qiymət verilməlidir", - deyə sərt bəyanatla çıxış edən C.Teylorun bu fikirləri ermənilərin ciddi etirazı ilə 

qarşılansa da, obyektiv həqiqətləri özündə əks etdirirdi. Bu ermənilərin AŞ PA-da qarşılaşdıqları ilk sürpriz idi. 

Bundan sonra da Azərbaycan nümayəndə heyəti ermənilərin işğalçılıq siyasətinin beynəlxalq aləmdə ifşası 

istiqamətində  mühüm işlər görə bildi. Məhz Azərbaycan nümayəndə heyətinin fəallığı sayəsində  AŞ Nazirlər 

Komitəsinin 108-ci sessiyasının rəsmi məlumatında Ermənistanın təcavüzkar siyasəti pislənilirdi. 

Həmin sənəddə  aydın  şəkildə  qeyd olunurdu ki, Avropa Şurası ölkələrin  ərazi bütövlüyü, suverenliyi, 

sərhədlərinin toxunulmazlığını  dəstəkləyir. Ermənistan bu sənədə millətlərin öz müqəddəratını  təyinetmə 

hüququnun da salınmasını istədi. Lakin heç kim bu təklifi dəstəkləmədi və rəsmi məlumat olduğu kimi qəbul 

edildi. Nəticədə 43 dövlətdən yalnız Ermənistan həmin sənədin əleyhinə çıxdı. 

Bu, erməni deputatlarının ilk ciddi səhvi idi. Çünki ərazi bütövlüyünün dəstəklənməməsi, faktiki olaraq, 

beynəlxalq hüququn hamı  tərəfindən qəbul edilmiş normalarına qarşı  çıxmaq demək idi. Bir qədər sonra 

Azərbaycan nümayəndə heyəti bu vacib məqamdan istifadə edərək Ermənistanın Azərbaycanın  ərazi 

bütövlüyünü tanımaması faktı ilə bağlı AŞ-yə sorğu təqdim etdi. 

2001-ci il aprelin 24-də Strasburqda AŞ PA-nın sessiyasında "Avropanın iqtisadi və transmilli mütəşəkkil 

cinayətkarlığa qarşı mübarizəsi" mövzusunda keçirilən müzakirələrdə Azərbaycan nümayəndə heyəti də  fəal 

iştirak etdi.

1

  Bu müzakirələrdə  nümayəndə heyətimizin rəhbəri cənab  İlham  Əliyev çıxış edərək ölkəmizi 



narahat edən məsələlərə toxundu: "Azərbaycan bu məsələdən, xüsusilə narahatdır. Çünki Avropada mütəşəkkil 

cinayətkarlığın mərkəzlərindən biri məhz bizim ərazidədir. "Dağlıq Qarabağ respublikası" deyilən  ərazidə 

nəinki Azərbaycanın hakimiyyət orqanlarının bu cinayətkarlıqla mübarizəyə məsul olan beynəlxalq təsisatların 

da heç bir nəzarəti yoxdur. 

Azərbaycan  ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən  işğal olunması ilə  nəinki bir 

milyon azərbaycanlı qaçqın evsiz-eşiksiz qalıb, çoxsaylı şəhərlərimiz, kəndlərimiz, mədəniyyət abidələrimizin, 

əcdadlarımızın qəbirləri büsbütün dağıdılıb, bir sözlə, erməni işğalçılarının zəbt etdikləri  ərazidə  bütün 

infrastruktur məhv edilib, həm də ermənilərin işğal etdikləri  ərazidə  mütəşəkkil cinayətkarlığın inkişafı üçün 

çox əlverişli şərait yaranmışdır". Daha sonra cənab İlham Əliyev Azərbaycanda yaranmış vəziyyətin ağırlığını 

göstərən faktları sadaladı: 




1. "Dağlıq Qarabağ respublikası" deyilən  ərazidən narkotik bitkilərin  yetişdirilməsi və  daşınması üçün 

istifadə  edilir. Bu fakt ABŞ Dövlət Departamentinin narkotik maddələr üzərində beynəlxalq nəzarət 

strategiyasına dair 2000-ci il mart tarixli hesabatında öz əksini tapmışdır. Narkotiklərlə məşğul olan işbazlar və 

tiryək alverçiləri  orada özlərini təhlükəsiz və  çox rahat hiss edirlər.  Onları "Dağlıq Qarabağ respublikası"nın 

bədnam rəhbərləri  müdafiə edir. Həmin rəhbərlər narkotiklərin satışından gələn pulları Azərbaycanın işğal 

olunmuş ərazisini əldə saxlamaq və muzdlulara haqq ödəmək üçün istifadə edirlər. 

2. Yaxşı məlumdur ki, Rusiyanın keçmiş rəhbərləri özlərinin müvafiq strukturlarına Ermənistana qanunsuz  

yolla bir milyard dollarlıq silah ötürməyə icazə vermişdilər. 

Həmin silahların çox hissəsi Dağlıq Qarabağda və Azərbaycanın işğal edilmiş digər  ərazilərində 

yerləşdirilmişdir. Mən sual edirəm, Ermənistan və  Dağlıq Qarabağ bu silahları almaq üçün bu qədər pulu 

haradan tapdı? Bu regiondakı  vəziyyəti bilən hər kəsə  aydındır ki, Ermənistanda iqtisadi vəziyyət çox pisdir. 

Ermənistan  əsas etibarilə  xarici yardımlar hesabına yaşayır. Daimi iqtisadi tənəzzül ucbatından yüz minlərlə 

adam Ermənistanı tərk etmişdir. 

Cavab aydındır. Ya onlar həmin silahları pulsuz alıblar  -  buna güman çox azdır  -  ya da narkotiklərin 

satışından əldə olunan pula alırlar. 

3. Dağlıq Qarabağda mövcud olan qanunsuz iqtisadi fəaliyyət bu qondarma "respublikanı" "çirkli" pulların 

"yuyulması" əməliyyatları sahəsində məşhurlaşdırmışdır. 

4. Ermənilər Dağlıq Qarabağın ərazisində silahlı birləşmələrə təlim keçirlər, bu birləşmələr terrorizmə qarşı 

mübarizə üzrə beynəlxalq konvensiyaların nəzarətindən tamamilə kənardadır".

1

 



Bu məlumatları diqqətə  çatdırdıqdan sonra Azərbaycan nümayəndə heyətinin rəhbəri bütün Avropa 

strukturlarından erməni təcavüzkarlarının, işğalçıların torpaqlarımızdan çıxması, bir milyon azərbaycanlı 

qaçqının insani hüquqlarını pozmağa və torpaqlarımızdan öz cinayətkar əməllərindən ötrü istifadə etməyə son 

qoymaları üçün ciddi tədbirlər görməyi xahiş etdi. 

Sessiya zamanı nümayəndə heyətimiz Ermənistanda və  Dağlıq Qarabağda azərbaycanlı girov və  əsirlərin 

olması faktı ilə  bağlı xüsusi sənədin layihəsini hazırlayaraq deputatlar arasında yaydı. Bu sənəddə 

torpaqlarımızın işğalı  nəticəsində 4959 nəfərin itkin düşdüyü, onlardan 1092 nəfərinin 1992-2001-ci illər 

ərzində azad edildiyi və bu insanların 176 nəfərinin xəstə olduğu göstərilirdi. 

Sənəddə qeyd olunurdu ki, Ermənistanda və Azərbaycanın işğal olunmuş  ərazisində 783 nəfər  əsir 

saxlanılır, onlardan 18-i uşaq, 43-i qadın, 56 nəfəri qocadır. Layihədə Ermənistanın bu faktı inkar etdiyi də 

bildirilirdi və faktlarla göstərilirdi ki, əsirlikdə olanlar qul kimi işlədilir, daim təhqir olunur və işgəncələrə məruz 

qalırlar. Onlar normal qidalanmır, lazımi tibbi yardım almırlar. 

Bu sənədə Macarıstan, Rusiya, Lüksemburq, İspaniya, Türkiyə, Niderland, Latviya, Litva, İsveç, Ukrayna 

və digər ölkələrdən olan bir çox deputatlar da imza atmışdılar və layihə  AŞ PA-nın sessiyasında iştirak edən 

dövlətlərin parlament nümayəndə heyətləri arasında yayılmışdır. 

Bu sessiya ərəfəsində Fransa parlamenti və  Senatı qondarma "erməni soyqırımı"nı tanıması barədə  qərar 

çıxarmışdı. Bu fürsətdən istifadə etməyə çalışan erməni deputatları, Avropa Şurası Parlament Assambleyasında 

Ermənistan parlamentini təmsil edən deputatlar "məzlum erməni millətinin Osmanlı imperiyası  tərəfindən 

soyqırımına məruz qalmasına dair sənəd hazırlamışdılar. Aparılmış  təbliğat nəticəsində  bir neçə deputat bu 

sənədə imza atmışdı. 

Buna cavab olaraq Azərbaycan nümayəndə heyəti ötən əsrin əvvəlindən bu günə kimi ermənilərin xalqımıza 

qarşı törətdikləri vəhşiliklər, indi isə  ərazimizin 20 faizini işğal etmələri haqqında bəyannamə  hazırlayaraq 

Avropa Şurasının üzvü olan ölkələrin deputatları arasında yaydı. 

Həmin bəyannamədə bildirilirdi ki, ermənilər "böyük Ermənistan" yaratmaq iddiası ilə 1905-1907-ci illərdə 

azərbaycanlılara qarşı kütləvi qırğınlar həyata keçirmiş, 1918-ci ilin martında Bakı,  Şamaxı, Quba, Qarabağ, 

Zəngəzur, Naxçıvan, Lənkəran və başqa ərazilərdə azərbaycanlılara qarşı qətlim törətmişlər. 

1988-ci ildə  Dağlıq  Qarabağ münaqişəsi başlanandan sonra yüz minlərlə azərbaycanlı yenidən öz tarixi 

torpaqlarından deportasiya olunmuş, 1992-ci il fevral ayının 26-da Xocalı  əhalisi ermənilər tərəfindən 

bütünlüklə məhv edilmiş, şəhər xarabazara çevrilmişdir. 

Azərbaycan nümayəndə heyəti bununla kifayətlənməyərək həm də  geniş  təbliğat aparmış  və bunun 

nəticəsində ermənilərin heç bir əsası olmayan sənədinə  imza atmış bir neçə  deputat öz imzalarını geri 

götürmüşdü. 

2001-ci ilin yay sessiyası da Azərbaycan nümayəndə heyətinin gərgin və səmərəli fəaliyyəti ilə yadda qaldı. 

Avropa  Şurası Parlament Assambleyasında Azərbaycan Milli Məclisinin nümayəndə heyəti tərəfindən 

hazırlanmış  və iyunun 26-da deputat Gültəkin Hacıyevanın adından Nazirlər Komitəsinə  ünvanlanmış 

"Ermənistan Azərbaycanın  ərazi bütövlüyünü tanımalıdır" sərlövhəli müraciət rəsmi sənəd kimi AŞ PA-nın 

deputatları arasında yayıldı. Həmin sənəddə  qeyd olunurdu ki, Avropa Şurasının Nazirlər Komitəsinin mayın 

10-11-də keçirdiyi 108-ci sessiyasında Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyan sessiyada bildirmişdir 




ki, Dağlıq Qarabağ münaqişəsi həll edilməyincə Ermənistan Azərbaycanın  ərazi bütövlüyünü tanımaq 

niyyətində deyil və tanımayacaq. Bunu nəzərə alaraq nümayəndə heyəti Azərbaycanın və Ermənistanın Avropa 

Şurasının  tamhüquqlu üzvü olduğunu; ölkəmizin  ərazi bütövlüyünün BMT, ATƏT, Avropa Şurası  və  bütün 

dünya dövlətləri tərəfindən  tanındığını; Avropa Şurasının üzvü olan bir dövlətin - Ermənistanın Avropa 

Şurasının üzvü olan başqa bir dövlətin - Azərbaycanın  ərazi bütövlüyünü tanımaq istəmədiyini; Azərbaycan 

torpaqlarının 20 faizini Ermənistanın işğal etdiyini və bunun nəticəsində  insan hüquqlarını kütləvi sürətdə 

pozduğunu nəzərə  alaraq Avropa Şurasının Nazirlər Komitəsindən Ermənistan Respublikasını beynəlxalq 

qanunların əsas prinsiplərindən biri olan dövlətlərin ərazi bütövlüyü və suverenliyi prinsipinə hörmət etməyə və 

Ermənistan hərbi qüvvələrini Azərbaycan ərazisindən dərhal çıxarmağa çağırmağı xahiş edirdi. 

Azərbaycan nümayəndə heyətinin hazırladığı daha iki mühüm sənəd iyunun 27-də rəsmi sənəd kimi AŞ PA-

nın deputatları arasında paylanmışdır. Azərbaycan mədəniyyət abidələrinin ermənilər tərəfindən dağıdılması və 

mənimsənilməsi barədə  sənədi 18 deputat imzalamışdır. Bu sənəddə qeyd olunurdu ki, Azərbaycan 

Respublikasına qarşı erməni təcavüzünün faciəvi nəticələrindən biri də odur ki, Azərbaycan torpaqlarının 20 

faizini işğal etməkdən  əlavə, ermənilər ölkənin zəbt  olunmuş  bölgələrində Azərbaycanın milli-mənəvi irsini 

məhv edirlər. 

Nümayəndə heyətinin yaydığı ikinci sənəd Azərbaycanın işğal olunmuş  ərazilərində  ekoloji tarazlığın 

Ermənistan tərəfindən pozulmasına aid idi. Həmin sənədə 16 deputat imza atmışdı. 

2001-ci ilin sentyabrında AŞ PA sədri Rassel Conston Bakıya gəldi. Səfər zamanı bir sıra  əhəmiyyətli 

görüşlər  keçirən R.Conston Dağlıq Qarabağdakı separatçı rejimin keçirdiyi qanunsuz "seçkilərə" də 

münasibətini  bildirdi. Ö, AŞ-nin bu seçkiləri tanımadığını  və DQ-nin Azərbaycanın tərkib hissəsi olduğunu 

bəyan etdi. AŞ PA sədri Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi faktını da öz çıxışlarında dəfələrlə 

təsdiqlədi. 

Sentyabrda AŞ PA-nın payız sessiyasında Azərbaycan tərəfi iki sənəd təqdim etdi. Birinci sənəd 

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin AŞ PA-da müzakirəsi ilə  bağlı olmuşdu. Hazırlanmış 

layihədə Azərbaycan torpaqlarının işğalı, bir milyondan çox insanın qaçqın və  məcburi köçkün vəziyyətində 

yaşaması, Ermənistanın regionda sülhə və sabitliyə təhlükə yaradan siyasət yürütməsi və digər mühüm faktlar 

öz əksini tapmışdı. Azərbaycan nümayəndə heyətinin hazırladığı bu sənəd AŞ PA-da 30-a qədər ölkəni təmsil 

edən 50 deputat tərəfindən imzalanmışdı. Layihədə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın 

Ermənistan tərəfindən işğal olunduğu qeyd edilirdi. Bu sənəd AŞ PA-da yayıldı  və  təşkilatın rəsmi sənədləri 

sırasına salındı. 

Azərbaycan nümayəndə heyətinin hazırladığı ikinci sənəd isə "Avropada təhsilin gələcək inkişafı 

kontekstində Azərbaycanda qaçqın və  məcburi köçkünlərin təhsil hüquqları" adlanırdı. Bu sənəddə 

Ermənistanın  təcavüzü nəticəsində  yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarından didərgin düşməsi 

nəticəsində  yaranmış  vəziyyət haqqında geniş  məlumat verilirdi. Minlərlə  uşağın təhsil almaq hüququnun 

Ermənistan tərəfindən kobud şəkildə  pozulduğunu qeyd edən Azərbaycan  nümayəndələri AŞ-nin nüfuzlu 

beynəlxalq təşkilat kimi bu mühüm problemi diqqət mərkəzində saxlamasının zəruriliyini ifadə etmişdilər. Qeyd 

edək ki, bu sənəd də kifayət qədər geniş rezonans doğurdu və Ermənistanın işğalçılıq siyasətinin nəticələrinin 

beynəlxalq ictimaiyyətə açıqlanması istiqamətində mühüm addım kimi yadda qaldı. 

Erməni deputatları bu dəfə də Azərbaycan nümayəndə heyətinin gözlənilməz addımı ilə qarşılaşdılar və əsas 

diqqətlərini sənəddə  əksini tapmış faktların təkzib edilməsinə  ayırmalı oldular. Qeyd edək ki, cənab  İlham 

Əliyevin başçılığı ilə nümayəndə heyətimizin fəallığı hər dəfə erməniləri çıxılmaz vəziyyətə salaraq münaqişə 

barəsində  dünyada obyektiv təsəvvür formalaşmasına xidmət etməklə  yanaşı, qarşı  tərəfin də  əks-təbliğat 

aparmasına imkan vermirdi. Çünki hər sessiyada azərbaycanlı deputatlar yeni sənədlər təqdim edirdi ki, bu da 

AŞ PA-da böyük rezonans yaradır və  həm Ermənistana qarşı münasibətin pisləşməsinə, həm də erməni 

deputatlarının Azərbaycana qarşı addımlarının qarşısının alınmasına gətirib çıxarırdı. 

Azərbaycan nümayəndə heyəti AŞ Nazirlər Komitəsinin 108-ci sessiyasında  ərazi bütövlüyünün 

toxunulmazlığı prinsipinin əleyhinə  çıxmış Ermənistanla bağlı sorğu göndərmişdi. Bu sorğuda Ermənistanın 

Azərbaycanın ərazi bütövlüyünü tanımamasının AŞ PA-nın və ümumiyyətlə, beynəlxalq hüququn prinsiplərinə 

uyğun gəlmədiyi qeyd olunurdu. Azərbaycan nümayəndə heyəti bu məsələyə dair AŞ PA-nın rəsmi mövqeyini 

öyrənmək istəyirdi. Bu sorğu əsasında müzakirə aparıldı və Nazirlər Komitəsi Azərbaycanın ərazi bütövlüyünün 

toxunulmazlığı prinsipini tanıdığını  rəsmən elan edərək Ermənistanı da bu sənədə  imza atmağa dəvət etdi. 

Nəticədə Ermənistan bu məsələdə mövqeyini dəyişdi və sənədə imza atmağa məcbur oldu. 

AŞ PA-nın sentyabrın 25-də  keçirilmiş iclasında beynəlxalq terrorizm məsələsi  ətrafında müzakirələr 

aparıldı. Ayrı-ayrı ölkələri təmsil edən deputatlar çıxış edərək terrorizmin genişlənməsini pisləmiş  və onun 

bəşəriyyətin ümumi bəlasına çevrilməsindən narahatlıqlarını bildirmişdilər. Erməni deputatı Hovanesyan iclasda 

çıxış edərək bildirdi ki, guya Ermənistan heç bir terror aktını dəstəkləmir və terrorizmə qarşı mübarizə aparır. O, 

Dağlıq Qarabağın erməni  əhalisinə  qarşı Azərbaycanın guya terror siyasəti yeritdiyini, məşhur terrorçu Ben 



Ladenin Bakı ilə telefon əlaqəsi saxladığını iddia edən gülünc mülahizələr söyləmişdi. AŞ PA-da Azərbaycan 

nümayəndə heyətinin başçısı, Milli Məclisin deputatı İlham Əliyev isə çıxış edərək erməni nümayəndələrinin bu 

iftiralarının heç bir əsası olmadığını faktlarla sübut etdi: "Tam məsuliyyətlə sizə deməliyəm ki, bu, tamamilə 

əsassız yalandır. Bu əsassız iddia heç kim tərəfindən təsdiq olunmayıb və mən bütün həmkarlarıma müraciətlə 

xahiş etmək istəyirəm ki, Avropa Şurasının yüksək kürsüsündən öz siyasi məqsədləri naminə böhtan yaymaq 

üçün istifadə etməsinlər. 

Birləşmiş Ştatlara qarşı törədilmiş terror aktları ilə bağlı bizim hamımız böyük sarsıntı keçirdik. Azərbaycan 

nümayəndə heyətinin adından mən istərdim ki, minlərlə günahsız insanın ölümü və yaralanması ilə nəticələnmiş 

terror aktları ilə bağlı Birləşmiş Ştatların hökumətinə və Amerika xalqına səmimi başsağlığı verim. 

Mən həm də istərdim ki, bu dəhşətli cinayəti törətmiş adamların tapılması və onların ədalət məhkəməsinə 

cəlb olunması ilə əlaqədar Azərbaycan hökuməti adından Birləşmiş Ştatlara tam dəstəyimizi bir daha bildirim.  

Birləşrniş  Ştatlara qarşı törədilmiş terror aktları aydın  şəkildə  göstərir ki, hamımızın yaşadığı dünya nə 

dərəcədə kövrəkdir. Heç kim özünü tam təhlükəsiz hiss edə bilməz. Ona görə də beynəlxalq birlik dünyanın hər 

yerində  terrorizmin bütün formalarına qarşı mübarizədə birləşməlidir", - deyə  cənab  İlham  Əlıyev 

vurğulamışdır. Nümayəndə heyətimizin rəhbəri Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına da 

diqqəti çəkərək bildirdi ki, Azərbaycan terrorizmdən çox əziyyət çəkmişdir. "Ermənistanın təcavüzü 

başlanandan erməni terrorçu qrupları tərəfindən Azərbaycana qarşı 32 terror aktı törədilmişdir. Bu terror aktları 

nəticəsində Azərbaycanda 2 min adam yaralanmışdır. Azərbaycan xalqına qarşı terror aktları qatarlarda, 

avtobuslarda, gəmilərdə, metro qatarlarında törədilmişdir. Erməni terrorçularının Azərbaycan xalqına qarşı 

törətdiyi terror aktları Ermənistan silahlı qüvvələrinin Azərbaycana  genişmiqyaslı  təcavüzünün  əsas 

elementlərindən biridir. Bu terrorizmin nəticəsi kimi on minlərlə azərbaycanlı  öldürülmüş, bir milyon adam 

qaçqın vəziyyətinə  düşmüş, Azərbaycan  ərazisinin 20 faizi Ermənistan tərəfindən  işğal olunmuşdur. Erməni 

terrorçu təşkilatı ASALA Ermənistanın Azərbaycana qarşı son 13 ildə  həyata keçirdiyi terror və  soyqırımı 

siyasətində  çox fəal rol oynamışdır. Hazırda qondarma "Dağlıq Qarabağ respublikası"nın  ərazisi və eləcə  də 

Azərbaycanın işğal olunmuş digər rayonları tam nəzarətsiz ərazilərdir. Qanunsuzluq hökm sürən bu ərazilərdə 

erməni rəsmiləri təkcə Ermənistandan deyil, digər ölkələrdən gələn terrorçuların da hazırlanması üçün 

düşərgələr yaradıblar. Dağlıq Qarabağın  ərazisi narkotik maddələrin daşınması üçün istifadə olunur və 

narkotiklərin istehsalından, daşınmasından əldə edilən külli miqdarda pul terror məqsədləri üçün xərclənir". 

2002-ci ilin aprelində AŞ PA-nın yaz sessiyasında Azərbaycan nümayəndə heyəti fəal surətdə iştirak edərək 

bir sıra məsələlərlə  bağlı mühüm sənədlərin yayılmasına nail oldu. Həmin sənədlərdən biri "Azərbaycan 

Respublikasının işğal olunmuş  ərazilərində  nüvə  texnologiyaları  və  nüvə  tullantıları haqqında" adlanırdı. Bu 

sənəddə Ermənistan tərəfindən  işğal olunmuş  ərazilərdə  nüvə  tullantılarının basdırılması  və  burada nüvə 

texnologiyalarının saxlanılması barədə faktlar öz əksini tapmışdı. 80 deputatın və 30 dövlətin imzaladığı sənəd 

AŞ PA-nın rəsmi sənədləri sırasına daxil edildi.

1

  Sənəddə  öz  əksini tapmış faktları Ermənistan nümayəndə 



heyətinin üzvləri təkzib etməyə  çalışsalar da, inandırıcı arqumentlər təqdim edə bilmədilər. Digər tərəfdən, 

azərbaycanlı deputatlar da AŞ PA-nın üzvləri ilə  fəal  əməkdaşlıq  əlaqələri  qurmağa  müvəffəq olduqlarından 

artıq Ermənistan Assambleyada təklənmiş  vəziyyətə  düşmüşdü və  bu ölkəni təmsil edənlər Azərbaycan 

nümayəndə heyətinin addımlarına qarşı adekvat tədbirlər görə bilmirdilər. 

"AŞ-yə  üzv olan dövlətlərdə beynəlxalq prinsip və qaydalara riayət olunması haqqında" 20 ölkəni təmsil 

edən 40-dan çox deputatın imzaladığı daha bir sənəddə isə Ermənistanın işğalçılıq  əməllərinin regionda 

təhlükəsizlik üçün problem yaratdığı və AŞ üzvü olan ölkələrin qəbul etdiyi beynəlxalq hüquq normaları ilə bir 

araya sığmadığı qeyd olunurdu. Bu sənəd də AŞ PA-nın əksər üzvləri tərəfindən dəstəklənmişdi. 

2002-ci ilin iyununda AŞ PA-nın yay sessiyası zamanı Azərbaycan nümayəndə heyəti bir sıra məsələlərdə 

irəliləyiş  əldə  olunmasına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair təşkilat üzvlərinin 

məlumatlandırılması istiqamətində  uğurlu addımlar atılmasına nail oldular. Sessiya başlanmamışdan  əvvəl və 

sessiyanın gedişi zamanı da nümayəndə heyəti burada yüksək səviyyəli görüşlər keçirir və  ölkəmizin 

qarşılaşdığı problemlər ətrafında təşkilatın nüfuzlu şəxsləri ilə müzakirələr aparırdılar. Belə görüşlərdən biri də 

AŞ PA sədri Piter Şiderlə keçirildi. Burada Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun ağrılı 

nəticələri ilə bağlı danışıqlar keçirildi və Azərbaycan nümayəndə heyəti AŞ PA sədrindən bu məsələni diqqətdə 

saxlamağı xahiş etdi. Ölkəmizi təmsil edən deputatlar qaçqınların və  məcburi köçkünlərin yaşayış  tərzinin 

dözülməz olduğu barədə də ətraflı məlumat verərək beynəlxalq təşkilatlar tərəfindən onlara humanitar yardımın 

artırılmasının zəruri olduğuğunu bildirdilər. 

Nümayəndə heyətinin AŞ PA-nın Baş katibi Valter Şvimmerlə  görüşündə  də bu məsələlər diqqət 

mərkəzində saxlanıldı. Şübhəsiz ki, burada deputatların əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ 

münaqişəsinin təşkilatın diqqət mərkəzində  qalmasına nail olmaq və Azərbaycana qarşı münasibətdə  mövcud 

olan ikili standartların aradan qaldırılması üçün müəyyən təbliğatı  işlər aparmaqdan ibarət idi. Artıq sessiya 

başladıqdan sonra müəyyən uğurların əldə edildiyi məlum oldu. 27 iyunda AŞ PA-nın Miqrasiya, qaçqınlar və 



demoqrafiya  komissiyasının sədri Rutqabi Vermot-Manqold "Ermənistan, Gürcüstan və Azərbaycanda 

qaçqınların vəziyyəti" mövzusunda məruzə ilə çıxış etdi. O öz nitqində Azərbaycanda 900 min, Ermənistanda 

150 min qaçqın olduğunu, Azərbaycan torpaqlarının 20 faizinin işğal edildiyini dedi. Qeyd edək ki, R.Vermot-

Manqold azərbaycanlı qaçqın və  məcburi köçkünlərin sayını  dəqiq göstərməmişdi. Çünki rəsmi statistikada 

qaçqın və köçkünlərin sayı bir milyondan çox göstərildiyi halda, onun çıxışında bu rəqəmin 900 min civarında 

olduğu qeyd edilirdi. Bununla belə, bu çıxış Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  əsl 

səbəbləri barədə müəyyən qədər obyektiv təsəvvür yaradır və həqiqətin avropalı deputatın dilindən səslənməsi 

faktların obyektiv olduğuna daha böyük inam yaradırdı. Rutqabi Vermot-Manqold on minlərlə  Məhsəti 

türkünün də Azərbaycanda məskunlaşdığını bildirdi. Qaçqınların çox ağır şəraitdə yaşadığını qeyd edən deputat 

onların sosial vəziyyətini yaxşılaşdırmaq üçün bütün beynəlxalq təşkilatların humanitar yardım göstərməsinin 

zəruriliyini vurğuladı. Sessiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab  İlham  Əliyev də  geniş çıxış 

edərək qaçqınların vəziyyətinin ağır, Azərbaycanda hər 8 nəfərdən birinin qaçqın olduğuna diqqəti çəkdi. O, 

Ermənistanın  Azərbaycana qarşı  təcavüzkar siyasətinə beynəlxalq ictimaiyyətin göz yummamalı olduğunu və 

bu məsələyə  konkret münasibət bildirilməsinin vacibliyini önə  çəkdi. Ermənistandan, işğal olunmuş 

ərazilərimizdən və Özbəkistandan gəlmiş qaçqın və məcburi köçkünlərə Azərbaycanda dövlət tərəfindən böyük 

qayğı göstərildiyini, bununla belə, onların sosial şəraitinin yaxşılaşdırılması üçün dünya ictimaiyyətinin 

köməyinə  ehtiyac olduğunu vurğulayan  İlham  Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə 

ədalətli münasibət bildirilməsinin zəruriliyini bir daha vurğuladı: "Nə vaxta kimi Avropa belə  bir fakta göz 

yumacaq ki, Avropa Şurasının bir üzvü olan Ermənistan başqa bir üzvün - Azərbaycanın ərazilərinin 20 faizini 

işğal altında saxlayır?" - deyə o bildirdi. Azərbaycan nümayəndə heyətinin bu çıxışı sessiyada böyük rezonans 

doğurdu və problemə obyektiv şəkildə münasibət bildirməyin vaxtının çatdığını ortaya qoydu. Məhz bu çıxış 

AŞ PA deputatlarını münaqişənin nəticələri barədə  təşkilatın  ədalətli mövqe tutmasının vacib olduğuna 

inandırmışdı. Görünür elə bunun nəticəsi idi ki, həmin sessiyada Terri Devis AŞ PA-nın Dağlıq Qarabağ üzrə 

məruzəçisi təyin edildi. Qeyd edək ki, ermənilər Azərbaycan və Ermənistanın AŞ-ya üzv qəbul olunmasından 

sonra Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçinin təyin olunmasına həmişə etiraz edir və bu ideyanın həyata 

keçirilməsinə  mane olmağa çalışırdılar. Lakin Azərbaycan nümayəndə heyətinin prinsipial mövqeyi və  cənab 

İlham  Əliyevin rəhbərliyi altında aparılmış ardıcıl diplomatik mübarizə sayəsində bu təklif AŞ PA üzvləri 

tərəfindən dəstəkləndi. 

2002-ci ilin sentyabrında payız sessiyasında Azərbaycan və Ermənistanın AŞ qarşısında götürdükləri 

öhdəliklərin yerinə yetirilməsi vəziyyəti müzakirə olundu. Azərbaycanın təkidi ilə Ermənistan barədə 

qətnaməyə Azərbaycan torpaqlarının işğal olunması, qaçqınlar və məcburi köçkünlərin bu işğal nəticəsində öz 

torpaqlarından didərgin düşməsi və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin əsl səbəbləri barədə 

düzəlişlər edildi. Bu məsələlər Azərbaycana aid qətnamədə  də  öz  əksini tapdı. Ermənilər ciddi müqavimət 

göstərsələr də, qətnamənin mətninə Azərbaycan tərəfinin təklif etdiyi düzəliş və əlavələrin aradan qaldırılmasına 

nail ola bilmədilər. 

2003-cü il yanvarın 27-də isə Azərbaycan nümayəndə heyətinin rəhbəri  İlham  Əliyev AŞ PA-nın sədr 

müavini və büro üzvü vəzifələrinə seçildi.

1

  Bu, ölkəmizin AŞ ilə  əlaqələrinin kifayət qədər yüksək səviyyədə 



inkişaf etdiyini və nümayəndə heyətimizə cənab İlham Əliyevə böyük etimadın mövcud olduğunu təsdiqləyən 

çox mühüm bir hadisə idi. Azərbaycan nümayəndə heyəti rəhbərinin AŞ PA kimi nüfuzlu beynəlxalq təşkilatın 

sədr müavini və  büro üzvü seçilməsi isə daha ciddi nailiyyətdir və  bunu heç kim inkar edə bilməz. AŞ 

Azərbaycan üçün yeni, eyni zamanda daha yüksək tribuna kimi qiymətləndirilirdi və onun fəaliyyətini 

istiqamətləndirən  əsas vəzifələrdən birində Azərbaycan vətəndaşının  əyləşməsi ölkəmizə  göstərilən etimadın 

təcəssümü kimi səciyyələndirilməlidir. Diplomatiya tariximizdə  analoqu olmayan bu faktı yetərincə 

qiymətləndirmək üçün, sadəcə, on il bundan öncə xarici siyasətin  ən müxtəlif sahələrində  qarşılaşdığımız 

problemləri xatırlamaq kifayətdir. Bu möhtəşəm hadisə cənab İlham Əliyevin beynəlxalq aləmdə nüfuzlu siyasi 

xadim kimi tanındığını, onun fəaliyyətinin dünyanın  ən qüdrətli dövlətləri tərəfindən diqqətlə izlənildiyini 

sübuta yetirən  çoxsaylı faktlardan biri idi və  sonrakı  mərhələdə  də  biz onun siyasi nüfuzunun məhz  şəxsi 

keyfiyyətlərinin zəruri etirafı kimi başa düşüldüyünün şahidi olduq. 

Qeyd edək ki, cənab  İlham  Əliyevə  göstərilən bu etimadın arxasında kifayət qədər ciddi arqumentlər 

dayanırdı. Avropa Şurasına tamhüquqlu üzv qəbul edildikdən sonra Azərbaycan öz milli maraqları ilə  bağlı 

problemlərin beynəlxalq ictimaiyyətin diqqət mərkəzinə  çıxarılması istiqamətində  prinsipial addımlar atmağa 

müvəffəq olmuşdur. Azərbaycan nümayəndə heyətinin AŞ PA-nın sessiyasında nümayiş etdirdiyi fəallıq bu 

prosesin uğurlu inkişafını  təmin edə  bilmişdir. Cənab  İlham  Əliyev nümayəndə heyətinin fəaliyyətini milli 

mənafelərimizin effektli şəkildə  müdafiəsinə  və Ermənistanın işğalçılıq siyasətinin beynəlxalq miqyasda 

ifşasına yönəltməklə yüksək keyfiyyətlərə malik bir lider olduğunu nümayiş etdirə bilmişdir. Məhz onun xüsusi 

siyasi uzaqgörənliyinin nəticəsi idi ki, təşkilatın və  onun ayrı-ayrı komitələrinin demək olar, hər iclasında 

ermənilər azərbaycanlı deputatların yeni "sürprizləri" ilə qarşılaşırdılar. 




AŞ PA sədrinin müavini və  büro üzvü kimi fəaliyyətə  başlayan cənab  İlham  Əliyevin bu vəzifədəki ilk 

addımı da Ermənistanın təcavüzkar siyasətinin nəticələrinin beynəlxalq aləmə  çatdırılmasından ibarət oldu. 

Cənab  İlham  Əliyev Parlament Assambleyasının 2003-cü il yaz sessiyasında deputat Əli Abbasovun "Cənubi 

Qafqazda mədəniyyətin vəziyyəti" mövzusunda məruzəsinə  dair çıxışında Ermənistanın təcavüzkar siyasəti 

nəticəsində Azərbaycana aid külli miqdarda mədəniyyət abidələrinin dağıdılması haqqında faktlara toxunaraq 

bu sənəddə əksini tapmış statistik göstəricilərin real həyat həqiqətlərinə əsaslandığını inandıncı dəlillər əsasında 

sübut etmişdir. Nəticədə erməni deputatlarının işğal faktını sənəddən çıxarılması ilə bağlı təklifi rədd olundu. 

Lakin ermənilərin narahatlığı təkcə bu məsələnin müzakirəsi zamanı üzə çıxmamışdı və Azərbaycan nümayəndə 

heyətinin başçısı cənab İlham Əliyevə sessiyanın iclasına sədrlik etmək səlahiyyətinin verilməsi onları daha çox 

qıcıqlandırmışdı. Bütün bunlara baxmayaraq, ermənilərin iddiaları  təmin olunmadı  və  onlar növbəti dəfə bu 

nüfuzlu beynəlxalq təşkilatın sessiyasında uğursuzluğa düçar oldular. 

Həmin sessiyada AŞ PA-nın bürosunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi müzakirə 

edildi. Müzakirələr zamanı Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasət yürütməsi qəti şəkildə pislənildi 

və  bunun bütün beynəlxalq hüquq normalarına zidd olduğu bəyanlandı. Bu, Ermənistanın işğalçı dövlət 

olmasının və Azərbaycan  ərazilərini qəsb etməsinin AŞ PA tərəfindən təsdiqləndiyini sübut edən növbəti fakt 

idi. 


2003-cü ilin yay sessiyasında da Azərbaycan nümayəndə heyəti nəzərəçarpacaq fəallıq nümayiş etdirə bildi. 

Bu sessiya zamanı ölkəmizin qarşılaşdığı problemlərlə bilavasitə  bağlı olan bir məsələ - "Avropada muxtar 

vilayətlərin müsbət təcrübəsi" mövzusunda müzakirələr aparıldı. AŞ PA sədrinin müavini və  büro üzvü, 

Azərbaycan nümayəndə heyətinin rəhbəri cənab İlham Əliyevin təklifi ilə muxtar vilayətlərin ərazi bütövlüyünü 

pozmaq səlahiyyətlərinə malik olmadığı barədə müddəa sənədə əlavə edildi. Qeyd edək ki, ermənilər bu təklifə 

qarşı ciddi müqavimət göstərdilər və belə bir maddənin sənədə daxil edilməsinə  lüzum olmadığına AŞ PA 

deputatlarını inandırmaq  üçün müxtəlif arqumentlər gətirdilər. Lakin cənab  İlham  Əliyevin qətiyyətli, eyni 

zamanda məntiqli çıxışları ermənilərin təklifinin  keçməsinə imkan vermədi. Nəticədə  sənədə "muxtariyyət 

verilməsi dövlətin özünün suverenliyinə və ərazi bütövlüyünə əsaslanmalıdır" cümləsi əlavə edildi. Bu, faktiki 

olaraq, Dağlıq Qarabağdakı separatçı rejimin müstəqillik tələblərinin qarşısına sədd çəkən çox mühüm bir 

addım idi. Çünki artıq belə bir maddənin AŞ PA sənədlərində öz  əksini tapması Dağlıq Qarabağdakı rejimin 

müstəqillik tələblərinin hüquqi cəhətdən əsassız olduğunu göstərirdi. 

Qısa vaxt ərzində azərbaycanlı nümayəndələr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 

faktları Avropanın mərkəzindən dünya ictimaiyyətinə  bəyan edə bildilər. Ermənilərin azərbaycanlılara qarşı 

törətdikləri soyqırımı aktları, işğal olunmuş ərazilərdə mədəniyyət abidələrinin məhvi, hərbi əsirlər və girovların 

saxlanma  şəraiti, ermənilərin qəsb etdiyi torpaqların ekoloji vəziyyəti, qaçqın və  məcburi köçkün uşaqlarının 

təhsilində yaranmış problemlər, məcburi köçkünlərin sosial durumu və  bu kimi onlarca ağrılı fakt bütün 

Avropaya və dünyaya regiondakı hadisələrin mahiyyətini obyektiv və dəqiq təsəvvür etmək imkanı verirdi. Bu 

imkanı cənab İlham Əliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin vətənpərvər fəallığı yaratmışdı. 

Cənab İlham Əliyevin nümayəndə heyətimizə rəhbərlik etdiyi dövrdə AŞ PA-da Azərbaycan həqiqətlərini 

özündə ehtiva edən 30-a yaxın sənəd hazırlanmış  və  təşkilatın rəsmi sənədləri kimi yayılmışdır.

Azərbaycan 



nümayəndə heyətinin AŞ PA-da çoxşaxəli fəaliyyətinin əsas prinsiplərindən biri Dağlıq Qarabağ münaqişəsinin 

əsl səbəbləri barədə beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdan ibarət idi və nəticələr həmin prinsipin bütün 

müddəalarının həyata keçirildiyini söyləməyə  əsas verir. Təşkilatın konflikt üzrə  xüsusi məruzəçisinin təyin 

edilməsi istiqamətində  aparılan gərgin mübarizənin uğurlu sonluqla yekunlaşması bu mənada, xüsusilə 

diqqətəlayiq hadisə kimi qiymətləndirilə bilər. Cənab  İlham  Əliyevin AŞ PA-dakı  uğurlu fəaliyyəti təşkilatın 

bütün strukturlarında, komissiya və komitələrində  nümayəndə heyətimizin fəal iştirakının təmin olunması ilə 

nəticələndi. Bütün bunlar ermənilərin beynəlxalq aləmdən təcrid olunması prosesinin həyata keçirilməsi üçün 

mühüm əhəmiyyətə malik idi.  

Şübhəsiz ki, bütün bu qeyd olunan məqamlar Azərbaycan nümayəndə heyətinin AŞ PA-dakı fəaliyyətinin 

müxtəlif detallarını özündə ifadə edir. Cənab İlham Əliyevin azərbaycanlı deputatların vahid bir komanda kimi 

formalaşması  və  milli maraqlarımızı daha etibarlı  şəkildə  müdafiə etməsi sahəsində  nümayiş etdirdiyi 

prinsipiallıq Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasını təmin etmişdir. Məhz buna görə də 

o, artıq beynəlxalq siyasi müstəvidə də ciddi və qətiyyətli siyasətçi kimi qiymətləndirilir. Şübhəsiz ki, prezident 

İlham  Əliyevin siyasətdə  qazandığı  uğurlar onun Azərbaycan xalqının milli maraqları  uğrunda gərgin və 

səmərəli fəaliyyətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir. Dünya o siyasətçini qəbul edir və 

perspektivinə  inanır ki, o, ilk növbədə  mənsub olduğu xalqın daimi mənafelərinin  müdafiəçisi  kimi özünü 

tanıtmağa müvəffəq olsun. Cənab İlham Əliyev Azərbaycanda yalnız milli maraqlarımızın etibarlı müdafiəçisi 

yox, həm də  fəaliyyətini müasir dünyanın mürəkkəb reallıqlarına uyğunlaşdırmağı bacaran lider kimi qəbul 

edilir. Onun siyasi uğurlarının əsas səbəblərindən biri də elə bu amillə bağlıdır. 

 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin