Avropa şurasi (AŞ pa)


Avropa Şurası Parlament Assambleyası



Yüklə 0,54 Mb.
Pdf görüntüsü
səhifə24/60
tarix06.01.2022
ölçüsü0,54 Mb.
#51039
1   ...   20   21   22   23   24   25   26   27   ...   60
Avropa Şurası

Avropa Şurası Parlament Assambleyası 

Zaqafqaziya münaqişələrinə dair 1119 (1997) saylı qətnamə 

(Strasburq, 22 aprel 1997-ci il) 

 

1. Assambleya hesab edir ki. Zaqafqaziya münaqişələri zonasında, xüsusən Abxaziyada və  Dağlıq 



Qarabağda 1994-cü ilin mayından atəşkəs rejiminin saxlanması  gərginlik zonalarında siyasi sabitliyin təmin 

olunmasına kömək göstərməlidir

2. Üzv olmayan Avropa ölkələri ilə əlaqələr komitəsinin müxtəlif dinləmələrini keçirən assambleya ümid 

edir ki, bu münaqişələrin siyasi yolla nizama salınması işində mühüm irəliləyiş əldə olunacaqdır; 

3. Xüsusi qonaq statusu olan üç Zaqafqaziya dövləti - Ermənistan, Azərbaycan və  Gürcüstan Avropa 

Şurasının tamhüquqlu üzvü olmaq barəsində  ərizə  vermişlər. Assambleya hesab edir ki, bütün tərəflərin bu 

münaqişələri nizama salmağa yönəldilmiş  əsl siyasi iradəsi qəbul  proseduralarını  sürətləndirməyə  kömək 

göstərəcəkdir; 

4. Assambleya birbaşa və  ya dolayısı ilə    bu münaqişələrə    cəlb olunmuş bütün tərəfləri yerlərdə  həyata 

keçirilən vasitəçilik fəaliyyətində, xüsusən Birləşmiş Millətlər Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin və 

ATƏT-in vasitəçilik fəaliyyətində əməli iştirak etməyə çağırır; 

5. Bu iki münaqişə öz təbiətinə görə müxtəlif olsa da, assambleya qeyd edir ki, onların siyasi yolla nizama 

salınması 1975-ci il Helsinki Yekun Aktının və 1990-cı il Paris Xartiyasının aşağıdakı prinsiplərinə  uyğun 

olaraq münaqişələrə cəlb olunmuş bütün tərəflərlə razılaşdırılmalıdır: 

I. sərhədlərin pozulmazlığı; 

II. regionun bütün xalqları üçün əsasən çoxmillətli sülhyaratma qüvvələri tərəfindən dəstəklənən təminatlı 

təhlükəsizlik; 

III. cəlb olunmuş bütün tərəflərin Abxaziya və Dağlıq Qarabağa geniş muxtariyyət statusu verilməsi barədə 

razılaşması; 

IV. qaçqınların və köçkünlərin geri qayıtmaq hüququ və insan hüquqlarına hörmət əsasında onların yenidən 

inteqrasiyası.  

6. Assambleya hesab edir ki, Avropa Şurası Zaqafqaziya dövlətlərində  hüquqi dövlətin və  plüralist 

demokratiyanın bərqərar olmasına, insan hüquqlarının müdafiəsinə  və  sosialyönümlü bazar iqtisadiyyatının 

yaradılmasına həqiqi kömək göstərməlidir; 




Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   60




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin