Avropa Şurası Parlament Assambleyası
Dağlıq Qarabağdakı münaqişəyə dair 1047 (1994) saylı
qətnamə
(Strasburq, 10 noyabr 1994-cü il)
1. Assambleya məmnunluqla qeyd edir ki, 1994-cü il mayın 12-də qüvvəyə minmiş atəşkəsə nisbətən yaxşı
riayət olunmuşdur və ümid edir ki, bunun ardınca müharibə edən tərəflər arasında tezliklə sülh müqaviləsi
imzalanacaq;
2. 1988-ci ildə başlanmış bu münaqişə 20 min nəfərin ölümünə və 1 milyondan çox adamın qaçqın olmasına
gətirib çıxarmışdır;
3. Assambleyada ATƏM-in Minsk qrupunun, Rusiya Federasiyası hökumətinin, BMT Təhlükəsizlik
Şurasının, JVIDB Parlamentlərarası Assambleyası özünün iştirakçı olmayan Avropa dövlətləri ilə münasibətlər
üzrə Komitəsinin müharibə edən tərəfləri sülh müqaviləsi imzalamağa inandırmaq cəhdlərini məmnunluqla
qeyd edir;
4. O, Ermənistan və Azərbaycan müdafiə nazirlərinin və Dağlıq Qarabağ ordu komandanının atəşkəsi
gözləmək öhdəliyini və siyasi sazişin imzalanmasını sürətləndirmək barədə istəyi bəyan etdikləri 26 iyun 1994-
cü ildə imzalanmış sazişi alqışlayır və bütün müharibə edən tərəfləri 1994-cü il mayın 12-dən qüvvədə olan
atəşkəsin mövcudluğuna təhlükə törədəcək hər hansı hərbi hərəkətlərdən çəkindirməyə təkidlə çağırır;
5. O, sülb müqaviləsinin bərqərar olmasının tezləşdirilməsində ən yaxşı vasitələrlə, xüsusən maraqlı
tərəflərin parlament nümayəndələri arasında dialoqu həvəsləndirməklə kömək etməyə hazır olduğunu bəyan
edir;
6. Yekun olaraq o, müharibə edən tərəfləri 1251 saylı tövsiyədə nəzərdə tutulduğu kimi, birinci dərəcəli
vacib iş kimi qaçqınların doğma torpaqlarına qayıtmaları üçün şərait yaratmağa və azlıqların hüquqlarına
hörmət etməyə, Azərbaycanı və Türkiyəni Ermənistana qarşı kommunikasiyaların blokadasına dərhal son
qoymağa çağırır.
|