Aqil abbas dolu üstlərində göz yaşlarından başqa heç nəyi olmayan şəhid analarına!



Yüklə 0,53 Mb.
Pdf görüntüsü
səhifə2/2
tarix10.01.2022
ölçüsü0,53 Mb.
#51158
növüYazı
1   2
-

---------------------------- 

Lit.az-

Azərbaycanın ədəbiyyat portalı

 

 

DOLU 

II Fəsil 

 

*** 



 

Baş qaldıran başsız qalırdı, çarpaz atəşin altında qırılırdılar. Topun-tüfəngin səsi ölən və 

yaralananların  bağırtısına  qarışaraq  tüklər  ürpədirdi.  Əzrayıl  yuxarıdan  dəhşətlə  tamaşa  edirdi. 

İnsanların onu da dəlik-deşik edəcəyinin qorxusundan aşağı  yenməyə ürək eləmirdi, bir də ki, 

heç ona ehtiyac yox idi, insanlar özləri bir-birinin Əzrayılına çevrilmişdilər. Çox ağır döyüşlər 

görmüşdülər,  amma  bu  heç  birinə  bənzəmirdi.  Və  bunu  təkcə  Komandir  yox,  uşaqlar  da  hiss 

edirdilər.  Hiss  edirdilər  ki,  bu  onların  son  döyüşüdür.  Və  bu  son  döyüşdə  hər  kəs  öz  ölüsünü 

düşmənə daha baha satmağa çalışırdı. 

Hələ ki Qarqar çayı qanlarının arasına girmişdi. Düşmən minanın qorxusundan texnikanı 

çayın içinə soxmağa ürək eləmirdi, əslində çayda mina-filan da  yoxuydu. Yeganə körpüdə isə 

düşmənin iki tankı yanırdı - birini Komandirin özü vurmuşdu və yolu kəsmişdi. Bir neçə dəfə 

tankları yoldan çıxarmağa cəhd etsələr də, uşaqlar aman verməmişdi. 

Düşmən bütün gücünü ortaya çıxarmışdı. Və Komandir görürdü ki, qarşılarındakı heç də 

indiyədək  savaşdıqları  həmişəki  erməni  batalyonları  deyil,  illərin  təlimini  görmüş  nizami  bir 

ordudu.  Komandir  də  nəyi  var  ortaya  tökmüşdü,  amma  başa  düşürdü  ki,  damarlarında  qan 

əvəzinə  qəzəb  axan  bu  uşaqlar  Əzrayıl  olsalar  belə  bu  ordunun  qarşısında  duruş  gətirə 

bilməyəcəklər. 

Komandir neçə dəfə o biri batalyonlarla əlaqə saxlamaq istəmişdisə mümkün olmamışdı, 

telsizlər işləmirdi. Şəhərə xəbər gətirmək üçün gedən uşaqlar da elə bir xəbər gətirə bilmirdilər. 

Qarağacıya xəbər dalınca göndərdiyi Qeyrət Dağarcığı da qayıtmamışdı. Gələn xəbərlərdən bircə 

 

46 



o aydın idi ki, düşmən üç istiqamətdən hücuma keçib. Savaş başlayandan ilk dəfəydi ki, düşmən 

bütün cəbhə boyu hərəkət edirdi. Niyyətləri açıq idi - şəhəri götürmək. 

Əslində  ermənilər  bu  niyyətlərini  çoxdan  ortaya  qoymuşdular.  Və  batmaqda  olan 

Dünyanın Ən Varlı Şəhəri nə vaxtdan “SOS” siqnalı verən okeanda tənha qalmış gəmi kimi idi. 

Komandir özü də şəhəri kimi tənha qalmışdı: Eldar Bağırovu günün-günorta çağı Bakıda 

güllələmişdilər, Qatır Məmmədi həbsxanada öldürmüşdülər, Allahverdi Bağırovu qumbaraatanla 

vurmuşdular, Şirin Mirzəyevi minaya salmışdılar, General Dəli Ərşadı “Qrad”la parçalamışdılar, 

sağ  və  sol  əlləri  olan  Drakonla  Pələng  də  artıq  yox  idi.  Və  indi  batmaqda  olan  bu  gəmini 

təkbaşına xilas etmək onun gücü daxilində deyildi. 

Neçə vaxtıydı camaatı ruhdan salmaq üçün şəhərə bir şayiə də buraxmışdılar: 

Şəhəri satıblar! 



Komandir uşaqlara demişdi: 

Belə sözlərə fikir verməyin. Hələ biz ölməmişik! Nə qədər biz sağıq, erməni bu şəhərə 



girə bilməyəcək. 

İndi deyəsən həmin sağolmanın sonuydu. Komandir də bunu görürdü. 

Hələ döyüşə girməmişdən həmişə dediyi sözləri yenə demişdi: 

Bax,  deyirəm  ha,  kim  qorxursa  girməsin,  döyüşdən  qaçsa  özüm  güllələyəcəm.  İndi 



getsə, qınamaram. 

Onsuz  da  çoxdan  nəfə  yaşayan  uşaqlar  bir-birinə  baxmışdılar  və  heç  kim  bir  şirin 

canından ötəri, o canın da artıq elə bir şirinliyi qalmamışdı, min illik töhmətin altına girməmişdi. 

Komandir: 

Qardaşlar! Bura bizim Çanaqqalamızdı! Day arxa yoxdu! Arxada ana-bacılarımızdı! 



Və  uşaqlar  arxalarındakı  ana-bacılarının  Tanrının  eşitmədiyi  və  ya  eşitmək  istəmədiyi 

dualarına söykənib sonuncu döyüşə girmişdilər. Arxadan kömək gəlməyəcəyi də gün kimi aydın 

idi. Komandir son ümidin

i təyyarələrə bağlamışdı. Təyyarələr isə gəlmirdi, xəbəri gəlirdi: 

Mingəçevirdən qalxıblar. Bu dəqiqə erməniləri şumlayacaqlar. 



Xəbərlərdən iki saat  çox keçmişdi, amma saat  yarımlıq maşın  yolunu təyyarələr bu iki 

saata gəlib çıxa bilmirdilər. 

Artıq əli hər yerdən, hətta Tanrıdan da üzülmüş Komandir tez-tez hayqırırdı: 

Qardaşlar, arxada ana-bacılarımızdı! 



Uşaqlar bu sözləri bütün səngər boyu bir-birlərinə ötürürdülər: 

- Arxada ana-

bacılarımızdı... 

- Arxada ana-

bacılarımızdı... 

- Ana-


bacılarımız... 

Artıq  onlara ana-bacılarının  Tanrıya  çatmayan  duaları  da  kömək  eləmirdi  -  düşmən 

güllələri  bu  duaları  da  dua  sahibləri  kimi  qızıl  qana  boyamışdı.  Torpaq  oğullarının  qanından 

çiçək-çiçək çiçəkləyib laləzar olmuşdu. Havadan gülün-çiçəyin, bu yaşıl zəmilərin, bu torpağın 

qoxusu gəlmirdi - qan qoxusu gəlirdi. 

Şəhərdən xəbər gətirdilər: 

-

Ermənilər Qarağacını götürdülər. Əhmədavar yanır. 



- Yeddiyüzdoqquz topun-

tüfəngin götürüb qaçır. 

Komandir dəli oldu: 

Necə yəni qaçır?! 



Qaçır də! Qaçır! 

Komandir: 

Möhkəm dayanın, mən bu dəqiqə qayıdıram. 



Qarağacı  yoluna  çıxanda  dəhşətə  gəldi  -  qoşun  qaçırdı,  özü  də  necə  gəldi.  Küçəyə 

tökülmüş  camaat  vahimə  içərisində  qaçan  əsgərlərə  baxır,  kimi  söyür,  kimi  qarğış  edir,  kimi 

ağlayır,  kimi  də  uşaqlarının  əlindən  tutub  üzüaşağı  qaçırdı.  Bəziləri  isə  bağıra-bağıra  qaçan 

əsgərlərin qarşısını kəsməyə çalışırdılar: 

Sizə qurban olaq, bu arvad-uşağı qoyub hara qaçırsınız?! 



 

47 



Amma nə ağlayana baxan vardı, nə yalvarana. Yolun kənarında bir neçə atılmış texnika 

vardı. Tırtılı qırılmış bir tank da yolun kənarındakı evə girmişdi, həyətdə vay-şivən idi. 

Maşınını öndə gələn BTR-in qabağına verdi və sıçrayıb düşdü, BTR az qalmışdı maşının 

belinə qalxa. Arxadan gələn texnikalar dayandı. BTR-dəkilər töküldü: 

Nə qayırırsan,ə? 



Canınıza azar qayırıram! Hara qaçırsınız? 

-

Görmürsən yer-göy dağılır?! Gələn erməni deyil ey, rus ordusudu. 



Döndərin beteerləri! Döndərin dedim! 

BTR-

dən düşən bir zabit onun üstünə yeridi: 



Çəkil yoldan! Ölmək istəyirsən can sənin, cəhənnəm allahın. 

Əsgərlər də onun üstünə ayaqlandılar. Onu görəndən sonra bir az ürəklənmiş camaat da 

Komandirə qahmar çıxdı, tökülüb yolu bağladılar. 

Komandir isə qabağına keçəni şapalaqlayıb çığırırdı: 

Dönün köpəyuşağı! Dönün! Yoxsa hamınızı cırıq-cırıq eləyəcəm! 



Əsgərlərin başı üstündən bir qatar güllə buraxdı. 

Bu vaxt bir “Niva” gəlib saxladı, maşından düşən polkovnik sərxoş gözləri süzülə-süzülə 

özündən razı halda dayandı Komandirin önündə: 

Mənim əsgərlərimi niyə döyürsən? 



Hara qaçırlar bu köpəyuşaqları? 

Yaxşı edirlər! Canınız çıxsın, gedin şəhərinizi özünüz qoruyun! 



Ağlı  başından  çıxmış  Komandirin  mübahisə  etməyə  nə  vaxtı  vardı,  nə  hövsələsi, 

polkovniki boğazladı: 

Qaytar əsgərlərini geri! 



Polkovnik yazılması mümkün olmayan yeddimərtəbəli bir söyüş söyərək əlini silaha atdı: 

Çəkil, ə! 



Daha Komandir heç özü də bilmədi neylədi: 

Sənin... 



Tətiyi çəkdi, güllələr polkovniki bükmələyib çırpdı indicə düşdüyü maşına. Polkovnikin 

vurulduğunu görən əsgərlər qorxub indi də ağzı geri qaçmağa başladılar. 

Komandir sıçrayıb qalxdı BTR-ə, avtomatı dirədi sürücüyə: 

- Dön geri, küçük! 

 

Komandirin  indicə  gözünün  qabağında  polkovniki  necə  güllələdiyini  görüb  sarısını 



udmuş sürücü udqundu və BTR-i geriyə çevirdi. 

Komandir BTR-

in üstündə əllərini Qarağacıya tərəf yelləyə-yelləyə çığırırdı: 

- Arxam


ca! Arxamca! Qardaşlar! Arxamca! 

Bundan ruhlanan o biri BTR-

lər də Komandirin arxasınca tərpəndilər. Camaatın içində əli 

silah tutanlar da qoşuldular geriyə qayıdan əsgərlərə. 

Komandir bir az əvvəl söydüyü sürücüyə indi yalvarırdı: 

Sür başına dönüm, sür! Sür, sənə qurban olum, tez sür! 



Komandir, vallah, bundan bərk getmir. 

Sür, oğul, camaat qırıldı... 



Bu an sanki Komandirin kürəyindən baltanın dalıyla vurdular, səsi də çıxmadı, bircə içini 

çəkə bildi... 

*** 

Kürəsəl istilənmə bu camaat üçün vaxtından 20-25 il əvvəl gəlmişdi və göydən təpələrinə 



od  tökülürdü.  Və  təpələrinə  tökülən  bu  odun  altında  bəzən  az  qala  saatlarla  növbəyə  durmaq 

ömürlərində növbə nə olduğunu bilməyən bu adamlar üçün əsl cəhənnəm əzabıydı. 

Özlərinin  də  bilmədikləri,  bəlkə  də  heç  etmədikləri  və  ya  başqalarının  işlətdiyi  və 

bunların ayağına yazılan hansısa günahlara görə Tanrı cəhənnəmi onlara bu dünyada göstərirdi, 

sadəcə  olaraq  qır  qazanını  tərsinə  çevirmişdi  və  onları  da  yığmışdı  bu  tərsinə  çevrilmiş  qır 

qazanının altına. 

 

48 



Göydən tökülən oddan kölgələnməyə bir yer də yox idi. Bu od çadırı necə qarsıyırdısa 

alaçığa  da  girmək  olmurdu  ki,  heç  olmasa  bir  az  toxtasınlar.  Son  zamanlar  bir-iki artezian 

quyusu vurulmuşdu, təzə-təzə ağac əkməyə başlasalar da bu ağaclar hələ boy verməmişdi. Bir az 

imkanı  olanlar  bu  cəhənnəm  odundan  az  da  olsa  qorunmaq  üçün  çiy  kərpicdən  daxma  tikib 

girmişdilər altına - belə  daxmalar alaçıqlara nisbətən  yayda sərin, qışda  da isti olurdu. Əvvəl-

əvvəl  Çadır  Şəhərinin  yaraşığının  pozulduğunu  deyən  sahiblər  bunun  əleyhinə  olsalar  da 

sonradan fikir verməmişdilər. 

İlan-çayanın  içində,  göydən  tökülən  odun  qarsdığı  çadırın  altında  birtəhər  yaşamağa 

öyrəşə  bilsələr  də  -  əgər  buna  yaşamaq  demək  mümkün  idisə,  bu  növbəyə  heç  cür  öyrəşə 

bilmirdilər. Qaçqın malı yeməkdən Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar nə qədər onları 

növbəyə alışdırmağa çalışsalar da xeyiri olmurdu: 

Ay  qardaşlar,  ay  bacılar,  ay  camaat,  növbəyə  durun  da!  Bizi  bu  xaricilərin  yanında 



biabır etməyin! 

Amma  kimə  deyirsən,  yenə  növbə  dağılır,  basabas,  səs-küy -  həm  Bordağa  Bağlanmış 

Buğaya Dönən Məmurların, həm də özlərinin yayın tülyanında, qışın sazağında Avropadan iş-

güclərini, arvad-uşaqlarını atıb onlara humanitar yardım gətirmiş bu humanist xaricilərin yanında 

biabır edir, Şərq mədəniyyətini gözdən salırdılar. Elə bil bunlar nizamilərin, füzulilərin qohum-

əqrəbaları yox, hitlerlərin, napoleonların qohum-əqrəbalarıydılar. 

Böyük  Vətən  Müharibəsi  iştirakçıları  yardım  gələndə  elə  bilirdilər  bayramdı,  xeyir-şər 

kostyumlarını  geyir,  bütün  orden-medallarını  da  sinələrinə  taxıb  gəlirdilər.  Amma  sonra 

yuxarıdan tapşırıq gəldi ki, yaxşı deyil, almanlar gələndə orden-medalları taxıb çıxmasınlar. 

Kişilərin  sizə  ürəyi  yanır,  durub  o  boyda  yol  gəlirlər  ki,  sizi  ac  qoymasınlar.  Siz  də 



Almaniyanı darmadağın edən o Qələbə medallarını taxıb fors edirsiniz. 

Bundan sonra müharibə iştirakçıları xəcalət çəkdilər ki, nahaq o vaxt belə humanist bir 

xalqın  paytaxtını  dağıdıblar.  Hətta  bir  dəfə  Kefli  Çapay  bir  almanı  qucaqlayıb  küçük  sahibini 

yalayan kimi yalamışdı: 

Sənə də qurban olum, Hitlerə də! 



Yaxşı ki, tərcüməçilər onun sözünü başqa cür tərcümə eləmişdilər. 

Bu basabasda birinci qoluzorlular, ikinci qolu bir az zorlular, sonra qolu zorsuzlar, lap 

axırda isə əldə-ayaqda qalanlar yardım paylarını alıb dönürdülər göydən tökülən odun qarsdığı 

alaçıqlarına:  iki  kilo  qənd,  iki  kilo  şəkər,  on  litr  neft,  beş  sabun,  on  beş  kilo  un  və  bir  də 

bambalaca kağız kisələrdə beş ədəd gül-çiçək toxumu. 

Bu gül-


çiçək toxumu nədən ötrü idi, Allahın deyil, insanların yaratdığı bu cəhənnəmdə 

ki

mə  və  nəyə  lazım  idi,  gül-çiçəyin  içində  böyüsələr  də  artıq  gül-çiçəklik  halları  qalmamış 



camaat bunu başa düşə bilmirdi. Xəbərləri yox idi ki, bu gül-çiçək toxumu Bakıda qaçqınlar və 

imkansızlar üçün olmayan mağazalarda səkkiz, on, hətta on beş dollara satılırdı. Bir az gec də 

olsa axır ki bundan xəbər tutdular və başa düşdülər ki, xaricilər heç də onların fikirləşdikləri kimi 

o qədər də axmaq deyillər. Və bu gül-çiçək toxumu onların işinə əməlli-başlı yaramağa başladı. 

Dünyanın məhvərindən çıxmayan vaxtı Bakıya qonaq gedəndə ətdən, toyuqdan, bir sözlə 

kənd matahından pay aparardılar. İndi bu gül-çiçək toxumu ən yaxşı paya çevrilmişdi. Bakıdan, 

Gəncədən  sifariş  sifariş  dalınca  gəlirdi.  Bir  az  diribaşlar  bu  gül-çiçək  toxumunun  alverinə 

girişərək həm əməlli-başlı qazanmağa başladılar, həm də qaçqınlar və imkansızlar üçün olmayan 

mağazalarda gül-çiçək toxumunun satışına da böyük zərbə vurdular. Pullarını balta kəsməyənlər 

day gül-


çiçək toxumlarını bahalı mağazalardan yox, bazarlarda qaçqınlardan almağa başladılar - 

qiymətinə görə yox, qaçqın soydaşlarına ürəkləri yandığın görə. 

Amma Pələngin Anası bu gül-çiçək toxumunu alverçilərə satmırdı, gedirdi Ağcabədidəki 

şəhid qəbristanlığına və bu gül -çiçəyi Pələngin şəhid qardaşlarının məzarlarının ətrafında əkirdi. 

Bu 

toxumlardan elə qəribə, elə gözəl gül-çiçək çıxmışdı ki, ömürlərində ilk dəfə gördükləri bu 



gözəllik  camaatı  heyrətə  gətirmişdi.  Bundan  sonra  bu  şəhərin  də  imkanlıları  daraşmışdı  Çadır 

Şəhərinə. 

 

49 



Hər dəfə Şəhidlər Xiyabanına gələndə Pələngin Anasını burda görən və bu gül-çiçəkləri 

onun əkib-becərdiyini bilən Başçı müavinindən soruşmuşdu: 

Bu hansı şəhidin anasıdı? 



Heç birinin. Onun oğlunun qəbri Qarağacıdadı. 

Başçı kövrəlmişdi və demişdi: 

Ya bir ştat düzəldin, ya da cibinizdən ona maaş verin. 



Amma Pələngin Anası maaşdan imtina eləmişdi: 

Sağ olun, bala, lazım deyil. Bunlar hamısı mənim Pələnglərimdi. 



Yenə  göydən təpələrinə  od tökülürdü. Yenə  göydən təpələrinə tökülən bu odun altında 

yardım maşınlarının qabağında basabas idi. Yenə Bordağa Bağlanmış Buğaya Dönən Məmurlar 

yalvarırdı ki, onları xaricilərin yanında biabır etməsinlər. Amma kimə deyirsən, xeyiri yox idi ki, 

yox  idi!  Özlərini  də,  bu  yazıq  Bordağa  Bağlanmış  Buğaya  Dönən  Məmurları  da  xaricilərin 

yanında biabır edirdilər. 

Pələngin Anası da özlərini xaricilərin yanında biabır edənlərin arasındaydı. Əvvəllər bir 

neçə dəfə insanlardan hörmət və mərhəmət ümidiylə demişdi: 

Mən şəhid anasıyam. 



Burda kim şəhi 

d anası deyil ki?! 

Pələng kimi bir oğulu qurban gedən bir anaya bu qurbanlıq növbəsiz yardım almağa da 

yetmirdi. İlk vaxtlar bundan çox pərişan olsa da sonralar bu keçdi, heç kəsi qınamadı, gördü ki, 

yardıma möhtacların çoxunun balası onun Pələngi kimi qurban gedib. 

Tanrı  İbrahim  peyğəmbərə  oğlu  İsmayılı  qurban  kəsməmək  üçün  qoç  göndərmişdi, 

oğulları qurbanlıq olan bu analara isə səbr və göz yaşları. 

Bu yardım bir adamı xoşbəxt edəcək olmasa da çox vaxt qulağı eşidə-eşidə deyirdilər: 

-

Bəxtəvər! Tək arvaddı, bir belə yardımı neyləyir?! 



Və heç kim bilmirdi ki, bu bəxtəvər tək arvad aldığı yardımları Musanın Anasıgillə yarı 

bölür,  onsuz  da  günün  çoxunu  onlarda  keçirirdi.  Musanın  Anasının  yeməyini  bişirir,  suyunu 

gətirir,  Musanın  Qardaşı  evdə  olmayanda  altını  atır,  çimizdirirdi.  Baş-başa  verib  ötən  xoşbəxt 

günlərini xatırlaya-xatırlaya Əzrayılı gözləyirdilər. Əzrayılın da dövlətinin gəlhagəli idi, gül kimi 

sütül-

sütül  oğulları  qoyub  hay-hayları  gedib  vay-vayları  qalmış,  heç  kimə,  hətta  özlərinə  belə 



lazım  olmayan  bu  qocaları  neyləyirdi  ki?!  Əzrayılın  yadından  çoxdan  çıxmışdılar.  Allahın  bir 

ucuz ö


lümü də onlar üçün mataha dönmüşdü. 

Yalnız  gecə  düşəndə  öz  alaçığına  gəlirdi.  Yerinə  girəndə  Rəşid  Behbudovun  Pələngə 

bağışladığı  papağı  qoyurdu  sinəsinə,  ləzzətlə  qoxulayırdı.  Və  səhərədək  gözünün  qabağına 

gətirmək istəyirdi - Pələngi necə çimizdirir, necə əlindən tutub məktəbə aparır, necə səhər-səhər 

döyüşə  yola salır... Və bunları fikirləşə-fikirləşə  xoşbəxt olurdu... Pələng  yanındaydı,  girmişdi 

qucağına, saçlarının qoxusunu hiss edirdi. Bu qoxusunu hiss etdiyi saçları tumarlaya-tumarlaya 

ona gözəl-gözəl nağıllar danışırdı. Gözəl-gözəl nağıllarla Pələngi yatırdıqdan sonra ona yaraşan 

qız axtarırdı. Amma bu boyda Çadır Şəhərində oğluna yaraşacaq bir qız tapa bilmirdi. Bircə o 

Tarix Müəlliminin qızı idi ki, onu da Musanın Anası gözaltı eləmişdi. 

Kimsə Bakıdan gələn vəzifəlilərə demişdi ki, bu arvadda Rəşid Behbudovun çox qiymətli 

bir xəncəri var. Onlar da adam salmışdılar ki, xəncəri satın alsınlar. 

Nə qədər pul istəyirsən verirlər. 



Acından ölərəm, satmaram. O Pələngimin yadigarıdı. 

Və xəncəri həmişə yastığının altında saxlayırdı. Musanın Qardaşına da demişdi ki, ölüb 

eləsəm bu xəncəri Komandir həbsxanadan çıxanda ona verərsən. 

Gün doğanda gecənin o bütün xoşbəxtliyi qucağında yatmış Pələnglə birlikdə yox olurdu, 

bir  cəhənnəm  sabahı  açılırdı.  Bu  sabahlar  ona  görə  cəhənnəm  sabahları  deyildi  ki,  göydən  od 

tökülürdü.  Bu  sabahlar  ona  görə  cəhənnəm  sabahları  deyildi  ki,  gündə  qırx  dəfə 

rastlaşdıqlarından bir-birlərindən iyrənməyə başlamış, eyni yardımı yeməkdən artıq bir-birlərinə 

oxşayan  və  üzlərində  bir  qıça  nur  qalmamış  insanları  görürdü.  Bordağa  Bağlanmış  Buğaya 

 

50 




Dönən  Məmurları  görürdü.  Bu  payız  ev-eşiklərinə  qayıdacaqları  yalanları  eşidirdi.  Bu  açılan 

sabahlar ona görə cəhənnəm sabahları idi ki, bu sabahlarda bir belə insanın içində Pələng yox idi. 

*** 

Göz


lərini yavaş-yavaş açdı, amma heç nə görə bilmədi, ətrafa qatı bir zülmət çökmüşdü. 

Sonra bu zülmətin içində iynə ucu boyda işıq zərrələri göründü, zərrələr yavaş-yavaş böyüməyə 

başladı. Böyüdülər-böyüdülər, sonra onun gözlərini qamaşdıran bütöv və gur bir işığa çevrildilər. 

Gözlərinin  bir  də  açılmayacağından  qorxaraq  bu  gur  işığa  dözdü  və  kipriklərini  də  qırpmadı, 

bəlkə  də  kipriklərini  qırpmağa  taqəti  yoxuydu.  Bu  gur  işıq  seli  də  bir  xeyli  çəkdi,  sonra  necə 

yaranmışdısa, eləcə də qeyb oldu. 

İstədi başını qaldırsın, gücü çatmadı, elə bil başını yatağa mismarlamışdılar. Əvvəl-əvvəl 

ağappaq  tavanı  gördü,  sonra  istədi  ətrafa  göz  gəzdirsin,  amma  baxışları  zilləndiyi  yerdən 

tərpənmədi,  sanki  baxışlarını  da  həmin  nöqtəyə  mismarlamışdılar.  Ümumiyyətlə,  heç  nə  hiss 

eləmirdi,  don  vurmuş  adam  kimi.  Amma  artıq  donu  açılırdı,  bu  don  açıldıqca  bədəninin 

giziltisini hiss eləsə də əl-ayağını hiss eləmirdi. Artıq yatağa mismarlanmış başının ağrısını da 

duymağa  başladı.  Bu  ağrını  duyandan  sonra  tavana  mismarlanmış  baxışları  qopdu  və  ətrafı 

gəzməyə başladı. Yalnız indi yanında oturmuş həkimi gördü, tutmuşdu onun biləyindən. Amma 

bunu  hiss  eləmirdi  və  həkimin  dediklərini  də  eşitməyə  beynindəki  uğultu  imkan  vermirdi. 

Həkimə baxdı, baxdı, sonra gözləri yoruldu və baxışları yenə qayıdıb tavandakı həmin nöqtəni 

tapdı və mismarlandı ora. 

Onun şokdan ayıldığını görən həkim: 

Allah, sənə şükür, qurtuldu! - dedi və ağladı. 



O  isə  neçə  vaxtdı  ayıla  bilmədiyi  yuxudan  indicə  ayılmasına  baxmayaraq,  günlərdi 

yuxusuz qalan adamlar kimi yatmaq 

istəyirdi, bütün giziltilərə, ağrılara baxmayaraq yavaş-yavaş 

gözləri yenidən  yumuldu. Və ayılanda yadına sala bilməyəcəyi şirin bir yuxuya getdi. Yuxu o 

qədər  şirin  və  gözəliydi  ki,  üz-gözündəki  ağrı-acı  bir  anda  çəkildi  və  yanaqlarına  bir  xoş 

təbəssüm qondu. 

Həkim  gördü  ki,  bu  yuxu  bir  az  əvvəlki  yuxudan  deyil,  rahat  bir  nəfəs  aldı  və  qalxdı 

ayağa, tibb bacısına dedi: 

Məndən icazəsiz heç kimi yanına buraxmayın. 



Tibb bacısı: 

O müstəntiq neçə  gündü kəsdirib qapının ağzını, ayılmağını  gözləyir.  Bayaq da zəng 



eləmişdi, yəqin indi gələcək. 

Qələt eləmişdi. Dedim yanına buraxmayın, vəssalam. Bir azdan ayılacaq, dərhal məni 



çağırın.  Sizdən  nə  soruşsa  mən  gələnəcən  cavab  verməyin.  Nə  badə  şəhər  haqqında  bir  söz 

deyəsiniz. 

*** 

Göydən od tökülürdü, o da bu göydən tökülən odun altında gözləyirdi ki, qoluzorlular, 



sonra  bir  az  qoluzorlular,  sonra  qolu  zorsuzlar  və  ən  nəhayət,  əldə-ayaqda  qalanlara  növbə 

çatanda o da öz neftini, sabununu, gül-

çiçək toxumunu alıb dönsün, Musanın Anası bayaqdan 

onu gözləyirdi. 

Neçə ildi eyni bozarmış kostyumu geyən Tarix Müəllimi Azərbaycana ilk dəfə gələn bu 

almanlara gül kimi təmiz Azərbaycan dilində Qarabağın kimin olmasını, ermənilərin Qarabağa 

neçənci əsrdə Rusiya imperiyası tərəfindən köçürüldüyünü sübut edirdi. Almanlar da başları ilə 

onun dediklərini təsdiqləyirdilər, bu da Tarix Müəllimini kövrəldirdi. 

Yenə  Böyük  Vətən  Müharibəsi  veteranlarından  biri  özünün  xeyir-şər  kostyumunu 

geymişdi, bütün orden-medallarını da qurşağınadək taxıb gəlmişdi Yardım Bayramına. Yaxşı ki 

Bordağa Bağlanmış Buğaya Dönən Məmurlardan biri onu vaxtında görüb qabağını kəsdi: 

Ay  ağsaqqal,  sənə  qurban  olum,  adama  neçə  dəfə  deyərlər.  Əşi,  bu  yardım  almağa 



gələndə bu zir-zibilləri taxıb gəlməyin də! 

Bu zir-


zibilləri qazanmaqdan ötrü Mazdokdan Berlinədək piyada gedən və ayağının birini 

də bu yolda itirən ağsaqqal qorxa-qorxa dedi: 

 

51 



Niyə, ay oğul? Bəs dedilər gələnlər yəhudilərdi?! 

Yox,  ay  ağsaqqal.  Yəhudilər  o  biri  Çadır  şəhərinə  getdilər.  Bunlar  nemeslərdi. 



Yəhudilər gələndə özüm sənə şəxsən xəbər edəcəm. 

Bağışla, ay oğul. 



Bu zir-

zibilləri  qazanmaqdan  ötrü  Mazdokdan  Berlinə  piyada  gedən  və  bu  yolda  bir 

ayağını itirən ağsaqqal xəcalət içində döndü alaçığına ki, bu zir-zibilləri çıxarsın. 

Nəhayət, növbə əldə-ayaqda qalanlara çatdı, Pələngin Anası da yardımını aldı və alanda 

da soruşdu: 

Bunu kimlər gətirib, ay bala? 



-

Nemeslər, ay xala, nemeslər! 

Pələngin  Anası  yaxınlaşdı  həkim  məntəqəsinin  qabağındakı  talvarın  altında  diqqətlə 

Tarix Müəllimini dinləyən qonaqlara, onlara çatanda yaşmandı, salam verdi və sonra: 

-

Ay bala, Allah  eləməsin, siz nemes olasınız. Nemes budey bunlardı- dedi və Bordağa 



Bağlanmış Buğaya Dönən Məmurları göstərdi. 

Qonaqlar soruşdular ki, xanım nə deyir? Qızarıb-bozarmış tərcüməçi udqundu və dedi: 

Heç, sizə təşəkkür edir! 



Qonaqlar: 

- Danke! Danke! 

Pələngin Anası: 

Hə, düz deyirsiniz, danqıdılar. 



*** 

Müstəntiq  hansı  polisə  göstəriş  versə  də  heç  biri  Komandirin  qoluna  qandal  vurmaq 

istəmədi. 

Rəis, bəlkə lazım deyil?! 



Qandallayın! 

-

Rəis, o milli qəhrəmandı! 



Qandallayın, dedim! 

Amm

a polislər yenə göstərişi yerinə yetirmədilər, biri əlindəki qandalı müstəntiqə uzatdı: 



- Onda al, özün vur! 

Müstəntiq: 

Nə deyirsən? 



Eşitdiyini. 

Müstəntiq bağırdı: 

Sənin paqonlarını sökdürərəm! 



Polis: 

Bağırma,ə! Sənin uşağın deyiləm! Bir yumruq vuraram, batırmadığın kol dibi qalmaz. - 



dedi, sonra çiynindəki paqonları hirslə qoparıb qandalla birlikdə atdı müstəntiqin üstünə, - Ala! 

Sox... 


Və palatadan çıxdı. 

Pərt olmuş müstəntiq gördü polislər üzlərinə dirəniblər, çox dərinə getmədi, əyilib yerdən 

qandalı götürdü və vurdu Komandirin qollarına. 

Komandir bir qollarındakı qandala baxdı, bir pərtliyindən ağarmış müstəntiqə baxdı, bir 

başlarını  aşağı  salmış  polislərə  baxdı,  heç  nə  demədi,  başını  buladı  və  düşdü  utandıqlarından 

başlarını aşağı salmış polislərin önünə. 

Bu vaxt həkim özünü yetirib dəhlizdə qarşılarını kəsdi və əsəbi halda müstəntiqə dedi: 

Siz neyləyirsiniz? 



Pərtliyindən hələ rəngi üstünə gəlməmiş müstəntiq: 

İşə  düşmədik?!  Necə  yəni  neyləyirəm?  Sizin  vəzifəniz  onu  sağaltmaq  idi,  mənim  də 



vəzifəm  həbs  eləmək.  Vəzifəmi  yerinə  yetirirəm.  Siz  öz  vəzifənizi  yerinə  yetirəndə  mən  sizə 

mane olurdum? 

 

52 



Heç kim demir ki, vəzifənizi yerinə yetirməyin, amma o qandalları qolundan çıxardın. 

Cavan oğlansız, siz Komandiri tanımırsız, qaçmaq istəsəydi bura bir batalyon polis də gətirsəz 

qaçardı. Ayıbdı, çıxardın o qandalları. 

Müstəntiq bu dəfə yazıq-yazıq: 

Həkim, buna qanun yol vermir. 



Nə qanun?! Bayırdan xəbəriniz var? Camaat sizi də, polisləri də tapdalayar. Çıxardın! 

Mən camaata demişəm Komandiri Bakıya müalicəyə aparırlar. 

Müstəntiq daha bir söz demədi, Komandirin qollarındakı qandalı açıb verdi polislərə. 

Və xəstəxananı tərk etdilər. 

Komandir  ayağını  xəstəxananın  qapısından  bayıra  qoyan  kimi  iynə  atsan  yerə 

düşməyəcəyi həyətdə alqış sədaları qopdu: 

- Ko-man-dir! 

- Ko-man-dir! 

Komandir  əlini  sinəsinə  qoyub  onu  alqışlayanlara  başıyla  təşəkkür  elədi,  sonra  gözləri 

həyəti nə qədər axtardısa onu qarşılayanların içində uşaqlarından birini də görmədi, bərk dilxor 

oldu və mindi maşına. 

Və  Komandir  yalnız  indi,  maşında  onu  həbsxanaya  aparan  polislərdən  öyrənə  bildi  ki, 

batalyonun uşaqları son nəfərədək qırılıblar, amma geri çəkilməyiblər... 

- Arxada ana-

bacılarımızdı... 

- Arxada ana-

bacılarımızdı... 

*** 



İş tapa bildinmi, ay bala? 



-

Yox, ana. Hara gedirəm, bir şey çıxmır. 

Nə  fərasətsiz  uşaqsan,  heç  Musaya  oxşamadın.  A  bala,  bu  boyda  şəhərdə  bir  iş  tapa 



bilmirsən? 

Ağlın öz şəhərimizə getməsin ey, bura balaca bir rayondu. On-onbeş idarə var, hərə də 



öz qohum-

əqrəbasını yığıb başına. Deyirəm gəl çıxaq gedək Bakıya, getmirsən. 

Bakıda nə itim azıb, a bala? Demirsən bu gün-sabah evimizə qayıdırıq? 



Qayıdanda da qayıdacağıq da. Ya burdan qayıtdın, ya Bakıdan, nə fərqi? 

Fərqi  çoxdu,  burdan  heç  olmasa  dağlarımız  görünür.  Yaxşı,  biz  getdik,  bəs  Pələngin 



Anası necə olsun? Tək arvaddı. 

Onu da apararıq. 



Getməz.  O  Şəhidlər  Xiyabanını  qoyub  heç  hara  getməz.  Yaxşı,  de  görüm,  Musadan 

xəbər tuta bildinmi? 

Musa  çoxdan  ölmüşdü,  Pircamalda  vurmuşdular,  uşaqlar  heç  meyitini  də  götürə 

bilməmişdilər. Bunu anasından gizli saxlayırdı, demişdi ki, itkin düşüb, Qırmızı Xaç Komitəsi 

axtarır.  Təkcə  Musanın  Qardaşı  yox,  çoxları  analarından  qardaşlarının  ölümünü  gizli 

saxlayırdılar,  deyirdilər  ki,  itkin  düşüb,  beləcə  analarını  xoşbəxt  edirdilər.  Musanın  Anası  da 

oğulları itkin düşən bütün analar kimi hər səhəri Musadan bir xəbər gələcəyi ümidi ilə açırdı. 

Oğlu ölmüş bir ana neçə vaxt idi oğlunun ölümünü bilməməyin xoşbəxtliyini yaşayırdı. 

-

Qızıl Xaç axtarır. Bilirsən, ay ana, üç-dörd min adam itkin düşüb, tapmaq çox çətindi. 



Ermənistan bambalaca bir yerdi. Orda üç-dörd  min  adamı  nə  təhər  gizlədiblər  ki,  o 

dediyin komitə gör nə vaxtdandı onları tapa bilmir. 

Nə bilim, ay ana. Taparlar da! 



Bir  də  görürdün  qəzetlərdə  Qırmızı  Xaçın  aldığı  bir  əsirin  şəklini  veriblər.  Tez  həmin 

qəzeti gətirirdi: 

Bax, ay ana, bu uşaq da bir iliydi itkin düşmüşdü, indi tapıblar. 



Anasının gözlərinə işıq gəlirdi. Qəzeti alıb şəkli öz balasının şəkli kimi öpürdü: 

İnşallah, bizimki də tapılar. Ay oğul, bir söz desəm mənə gülməzsən? 



Allah eləməsin. 

 

53 



-  De

yirəm  gəlib  çıxsaydı  evləndirərdik.  O  Tarix  Müəlliminin  qızından  yaman  xoşum 

gəlir. Maşallah, çox ağıllı qızdı. Musanın da onda gözü vardı. Neçə dəfə görmüşdüm ki, gədə 

onu görəndə rəngi dəyişir. Özünə də demişəm. Demişəm, qoy Musa gəlsin, səni alacam Musaya. 

Deyəsən ürəyindəndi, mən heylə deyəndə gülümsəyir. Görən ermənilər bizim evi yandırıblar? 

*** 


...  Hakim  danışırdı,  prokuror  danışırdı,  şahidlər  danışırdı,  dövlətin  onun  üçün  tutduğu 

vəkil danışırdı. Üzünə duranlara yazığı gəlirdi. Ev-eşiklərindən olmuş, hardasa çadırlara qısılıb 

yaşayan bu adamlar bəzən onun üzünə baxmağa utanırdılar. Gülümsəyərdi, deməli, hələ bir az 

abır-həyaları  qalıb.  Hakimə  də  yazığı  gəlirdi,  elə  bil  hakimin  yası  düşmüşdü  -  hökmü o 

çıxarmalıydı axı. O hökmü ki hələ məhkəmə başlamamış yazılmışdı. 

Onu  Cinayət  Məcəlləsinin  zorlamadan  və  Vətənə  xəyanətdən  başqa  az  qala  bütün 

maddələriylə ittiham edirdilər, hətta dövlət əmlakını mənimsəməkdə də. 

İstintaq zamanı bu ittihamla bağlı müstəntiqə demişdi: 

Rəis, mən kolxoz sədri olmuşam, raypo müdiri işləmişəm?! Mənim əlimdə hansı dövlət 



əmlakı olub ki, mənimsəyim? 

Müstəntiq: 

Komandir,  mən  də  bilirəm  ki,  heç  bir  dövlət  əmlakı  mənimsəməmisən.  Amma 



neyləyim,  mən  balaca  adamam.  Özün  komandir  olmusan.  Sən  döyüşçülərinə  əmr  edirdin  ki, 

gedin ölüm

ə, onlar da gedirdi?! Gedirdi! Mən də əmrə tabeyəm. Nə əmr eləyirlər, onu da yerinə 

yetirməliyəm.  Ya  da  gəlib  səninlə  bir  kamerada  oturmalıyam.  İndi  rəva  bilərsən  ki,  bir  sürü 

uşağımı qoyub gəlim bura? Mən yazmayacam, nə çox müstəntiq. 

Komandir  də  rəva  görməmişdi  ki,  müstəntiq  bir  sürü  uşağını  qoyub  gəlib  onunla  bir 

kamerada yatsın. Gülüb demişdi: 

Yaz rəis, yaz! Nə yazsan qol çəkəcəm. Kişi adamsan ki, nakişiliyini boynuna aldın. 



Hakim  danışırdı,  prokuror  danışırdı,  vəkil  danışırdı...  O  isə  susurdu.  Görürdü ki, 

danışmağın  heç  bir  mənası  yoxdu,  fatihəsi  oxunub.  İnkir-minkir rolu oynayan prokuror onu 

cəhənnəmə göndərmək üçün dəridən-qabıqdan çıxır. 

İnkir-minkiri  başa  düşürdü,  amma  onun  hesabına  sağ  qalıb  indi  onun  üzünə  duran 

şahidləri başa düşə bilmirdi. Susurdu və istehza ilə bu şahidləri süzürdü. Bu şahidlərin sağ qalıb 

indi  onun  üzünə  durmaları  üçün  hər  şeyini  qurban  vermişdi.  Bir-iki  dəfə  istəmişdi  xayxırıb 

üzlərinə  tüpürsün,  sonra  fikrindən  vaz  keçmişdi.  Üzlərinə  Allahın  tüpürdüyü  bu  adamlara 

bəndənin tüpürməsinin nə mənası? 

Vəkili: 

Hər  şey  son  sözündən  asılıdır.  Özündən  çıxma.  Denən  səhv  eləmişəm,  etiraf  elə. 



Bağışlanmağını istə. Yoxsa güllə verərlər. 

O da vəkilə demişdi: 

Mən səni də, o prokuroru da, o hakimi də, o şahidləri də bağışlayıram. 



Vəkil: 

Daha özün bilərsən. 



O heç son söz də deməyəcəkdi, amma bir şahidin sözləri onu yerindən oynatdı. Bir az 

əvvəl atası üzünə durmuşdu ki, Komandir oğlunu döyə-döyə aparıb batalyona. Üzünə durmuşdu 

ki,  Komandir  uşaqları  zorla  ölümə  göndərirdi.  Əslində  düz  deyirdi,  onun  uşağını  bazarın 

ortasında, hamının gözünün qabağında şapalağının altına salmışdı: 

Ay oğraş, sənin tayların Naxçıvandan, Lənkərandan, dünyanın o başından gəlib burda 



sənin evini-eşiyini qoruyur, sən də bazarda arvad tumanı satırsan?! 

Səhərisi Uşaq özü utana-utana batalyona  gəlmişdi ki, bağışla məni  Komandir, məni də 

batalyona yaz. 

Atasından sonra danışan Uşaq: 

Komandir, atamı bağışla! Bağışla atamı! Komandir, niyə məni ölümdən xilas elədin?! 



Kaş  onda  öləydim,  amma  səni  bu  qəfəsdə  görməyəydim.  Komandir,  damarımdakı  qan  sənin 

üzünə duran atamın qanı deyil, yaralananda sənin mənə verdiyin qandı. 

 

54 



Və sonra da Uşaq ağladı. Hakim də Uşağı zaldan çıxartdı. 

Uşaq çıxarkən dedi: 

Komandir! Biz səni gözləyirik! Səninlə ölümə getməyə hazırıq! 



Və neçə il hərbi intizama öyrədə bilmədiyi bu Uşaq qapıdan çıxarkən bir anlıq geri döndü 

və ayaqlarını cütləyib ona hərbi salam verdi. 

Bütün məhkəmə boyu yerindən tərpənməyən və bircə söz belə söyləməyən Komandir də 

ayağa qalxdı, onun hərbi salamını hərbi salamla cavablandırdı. 

Bu vaxt zalda oturmuş cavanlar da ayağa qalxdılar və Komandirə hərbi salam verdilər. 

Vəziyyəti belə görən hakim özünü itirdi və məhkəməni düz bir həftə təxirə saldı... 

*** 

...  Komandir  danışmayacaqdı,  amma  Uşağın  o  hərəkəti  onu  danışdırdı.  Özü  də  çox 



uzaqdan başladı. 

Cənab hakim, prokurora sual verə bilərəmmi? 



Buyurun, sualınızı verin. 

Cənab  prokuror,  məni  arvad-uşağı  düşmən  əlində  buraxıb  qaçan  polkovniki 



güllələməkdə ittiham edirsiniz. Adamları zorla döyüşə soxub qırdırmaqda, qanunsuz silahlı dəstə 

yaratmaqda,  rusların  hərbi  hissəsindən  silah-sursat  oğurlamaqda,  day  nə  bilim  nədə  ittiham 

edirsiniz.  İndi  mən  sizdən  soruşuram.  Heç  sizin  qucağınızda  on  səkkiz  yaşında  bir  uşaq,  əmi, 

qoyma  ölüm,  deyə  can  verdimi?  Arvad-uşaq,  dostların  erməni  qradından  gözünün  qabağında 

parça-

parça  oldumu?  Dişinlə-dırnağınla  tikdirdiyin  evə  qrad  düşdümü?  Övladı  şəhid  olan 



anaların dırnaqlarıyla üz-gözlərində açdıqları şırımları gördünmü?.. 

Prokuror: 

Cənab hakim, müttəhim məni təhqir edir. 



Hakim: 

Müttəhim, sözlərinizə fikir verin, əks halda... 



Yoxsa  nə?  Prokuror  mənə  iki  dəfə  güllələnmə  tələb  edəcək?!  Məni  iki  dəfə 

güllələyəcəksiz?!  Mən  könüllü  batalyon  yaradıb  quldurluq  etməmişəm,  baş  kəsməmişəm,  ev 

yarmamışam.  Bu  torpağı  qorumuşam.  Başınızın  üstündəki  o  bayrağı  qorumuşam.  Məni 

güllələnmə ilə qorxutmaq olmaz. Onsuz da neçə ildi nəfə yaşayıram. Ölmək doğulduğun torpağı 

düşmən tapdağı altında görməkdən min dəfə şərəflidi. Allah hansı günahıma görəsə bu şərəfi də 

mənə  çox  gördü.  Mən  həqiqətən  güllələnməyə  layiqəm.  Amma  prokurorun  irəli  sürdüyü 

ittihamlarla  yox.  Məni  güllələmək  lazımdı.  Vaxtında  bu  torpağı  satanları  o  polkovnik  kimi 

güllələmədiyimə  görə.  Məni  güllələmək  lazımdı!  Bu  torpağı  qoruya  bilmədiyimə  görə.  Cənab 

hakim, icazə verin bir sual da verim, sözümü bitirəcəm. 

Hakim: 

Buyurun. Amma etikaya riayət eləyin. 



Cənab prokuror, sizin Diyarbəkr valisi Rəşid paşanın məhkəməsindən xəbəriniz varmı? 

... Hakim: 

Siz  doktorsunuz.  Öz  paranızla  şəfaxanalar  tikdirib  insanlara  təmənnasız  yardımlar 



göstərmisiniz.  Necə  oldu  ki,  sizin  kimi  humanist  bir  şəxs  sürü-sürü  erməninin  qırımına  yol 

verdiniz? 

Rəşid paşa: 

Mən doktoram, amma öncə türkəm! Millətimin ermənilər tərəfindən qətliam edilməsinə 



bir türk kimi dözəmməzdim. 

Hakim: 


Əvvəl-əvvəl göstəriş vermisiniz ki, qocalara və uşaqlara dəyməsinlər. Sonradan nədən 

bu göstərişinizi pozdunuz, onların da öldürülməsini əmr etdiniz? 

Rəşid paşa: 

Bir  gecə  ilan  vurmuş  kimi  yuxudan  ayıldım.  Axı  bu  uşaqlar  da  böyüyüb  erməni 



olacaqdılar və bizim balalarımızı süngüyə keçirəcəkdilər. 

Hakim: 


 

55 



Heç vicdan əzabı çəkirsinizmi? 

Rəşid paşa: 

Qətiyyən!  İndi  siz  mənə  deyin  görüm,  Andronikin  adamlarının  Qarabağda,  Şuşada 



mənim  ana-bacılarımın  kürəyində  samovar  qaynatdıqlarından  xəbəriniz  varmı?!  Hamilə 

analarımızın qarnını yarıb bətnindəki körpəni çıxarıb can verməkdə olan ananın gözü qarşısında 

başını  üzməyindən  xəbəriniz  varmı?!  Bacı-qardaşlarımızı  bir  daxmaya  yığıb  diri-diri 

yandırdıqlarından xəbəriniz varmı?! Var! Amma onları heç kim mühakimə eləmir... 

Hakim  hökmü  elan  edir:  “Diyarbəkr  valisi  Rəşid  paşa  boğazına  qurşun  sıkılaraq  edam 

edilsin!” 

Gecə  Rəşid  paşa  həbsxanadan  qaçır  və  gəlir  evinə.  Kiçik  bir  məktub  yazır,  sonra 

boğazına  qurşun  sıxaraq  özünü  öldürür.  Məktubda  nə  yazılmışdı:  “Mənim  ölümüm  qurban 

olduğum  Türkiyə  dövlətinə  lazımdırsa,  mən  özüm  özümü  öldürürəm.  İstəmədim  məni  sizlər 

güllələyəsiniz. Çünki gələcək nəsillər sizin övladlarınızın üzünüə tüpürəcəkdilər ki, bunlar Rəşid 

paşanı  güllələyənlərin  övladlarıdır.  Mən  sizin  gələcək  nəsili  o  tüpürcəkdən,  o  töhmətdən  xilas 

edirəm. Onların heç bir günahı yoxdur”... 

Prokurorun nəinki Rəşid paşanın məhkəməsindən xəbəri vardı və heç bilmirdi Diyarbəkr 

hardadı. Və heç bunları bilməyə də borclu deyildi: 

Nə Diyarbəkr?! Nə Rəşid paşa?! Bunun bizim məhkəmə prosesinə nə dəxli? 



Komandir: 

-  B


əlkə  doğrudan  da  dəxli  yoxdu!  Amma  bu  mənim  son  sözümüydü.  Nə  hökm 

çıxararsınız, qəbulumudu. 

...  Amma  Komandir  səhv  edirdi.  İllər  keçmişdi,  təkcə  bircə  nəfər  belə  Rəşid  paşaya 

güllələnmə hökmü çıxaranların nə övladlarının, nə də nəvələrinin üzünə tüpürməmişdi. Türklər 

özləri Rəşid paşanı çoxdan unutmuşdular. Tək bircə nəfər belə... Tək bircə nəfər belə... Müşfiqi 

güllələyənlərin nə özlərinin, nə də nəsillərinin üzünə tüpürülmədiyi kimi! 

...  Onların  nəsilləri  də  sonradan  vəzifə  sahibi  oldular,  tutdular,  asdılar,  kəsdilər, 

tutuldular, asıldılar, kəsildilər və indi onlardan ikisi də bu məhkəmə zalında İsaq- Musaq quşları 

kimi ötürdü... 

*** 


... Şeytan Övladı əlini atdı Tanrı Övladının saqqalına və rişxəndlə dedi: 

Budur Şərqin Şekspiri? 



Ətrafdakı Şeytan Övladları qəh-qəhə çəkdilər. Tanrı Övladının isə heç tükü də ürpənmədi 

saqqalına əl atanlardan, onu alçaldıb təhqir edənlərdən o qədər yüksəkdəydi ki! İsa peyğəmbər 



onu çarmıxa çəkənlərə necə baxırdısa, o da bu Şeytan Övladlarına elə baxırdı. İsa peyğəmbər 

Tanrıdan onu çarmıxa çəkənlərin bağışlanmasını istəmişdi. 

O  da  peyğəmbər  idi,  amma  onu  bu  ağılla,  bu  kamalla  görcək  babası  Nəsimi  kimi, 

qorxdular peyğəmbər deməyə, çöndülər Şair dedilər. Və indi Şair İsa peyğəmbərdən fərqli olaraq 

ona insanın ağlına gəlməyəcək bu işgəncələri verənlərin bağışlanmasını Tanrıdan istəmirdi. Bir 

də,  əgər  Tanrı  İsa  peyğəmbəri  çarmıxa  çəkənləri  peyğəmbərin  xahişi  ilə  bağışlamamışdısa,  o 

niyə  Tanrının  işinə  qarışsın?!  Və  bütün  bu  işgəncələrə  baxmayaraq  Tanrıdan  küsmür,  Tanrıya 

şəkk etmirdi. Tanrı öz oğlunun çarmıxa çəkilməsinə dözmüşdüsə onun alçaldılıb təhqir olunması 

İsa  peyğəmbərin  əzablarının  yanında  Tanrı  üçün  o  qədər  də  böyük  faciə  deyildi.  Tanrı 

Məhəmməd peyğəmbərin daşlanmasına dözmüşdüsə, onun saqqalının yolunması o daşlanmanın 

yanında heç nə idi. 

İsa  peyğəmbəri  çarmıxa  çəkənlər  2000  ildi  həmin  çarmıxın,  Məhəmməd  peyğəmbəri 

daşlayanlar  isə  1400  ildi  “Qur’an”ın  qarşısında  diz  üstə  düşmüşdülər.  Və  Tanrıdan 

bağışlanmalarını xahiş edirdilər. 

İsa  peyğəmbəri  çarmıxa  çəkənlər  və  çəkdirənlər,  Məhəmməd  peyğəmbəri  daşlayan  və 

daşladanlar  cəhənnəmə  gedən  uzun  və  əzablı  bir  yolda  illərdi  növbələrini  gözləyirdilər.  Onun 

saqqalını yolanları da cəhənnəmə gedən uzun və əzablı bir yol gözləyirdi. 

 

56 




Heç  Şair  özü  də  cənnətə  gedəcəyinə  inanmırdı.  Düzdür,  həyatında  heç  bir  günah 

işlətməmişdi.  Amma  cənnətə  getmək,  İsa  peyğəmbərlə,  Məhəmməd  peyğəmbərlə  eyni  havanı 

udmaq, eyni sudan içmək, eyni göyün altında yaşamaq üçün həyatda heç bir günah işlətməmək 

çox az idi. 

Amma cəhənnəmə də getməyəcəkdi. O artıq cəhənnəmin içindəydi və Tanrı öz bəndəsinə 

iki dəfə cəhənnəm əzabı göstərməz. 

Cəhənnəmlik  deyildi,  cənnətin  də  yolu  bağlı  idi.  Tanrının  dərgahında  doğulduğu 

torpaqdakı  Əshabu-Kəfə  bənzər  bir  yer  vardı,  amma  nə  o,  nə  də  heç  kim  belə  bir  yerin 

olmasından xəbərdar deyildi. Çünki yer üzünə göndərilən müqəddəs kitabların heç birində bu yer 

təsvir  olunmamışdı.  Bu  kitablarda  yalnız  cənnət  və  cəhənnəm  təsvir  edilirdi.  O  cənnət  və 

cəhənnəm ki, insanlar üçün nəzərdə tutulmuşdu. O isə insan deyildi. Tanrının insan cildində Yer 

üzünə göndərdiyi və artıq öz missiyasını başa vurmaqda olan bir mələyi idi. Və missiyasını başa 

vurduqdan  sonra  babası  Nəsimi  kimi  dönəcəkdi  heç  bir  müqəddəs  kitabda  təsvir  olunmayan 

Tanrının dərgahındakı Əshabu-Kəfə. 

İbrahim  peyğəmbər  özünü  yox,  oğlunu  Tanrıya  qurban  demişdi.  O  isə  məhəbbət  və 

sevgisi  olan  Tanrısına  özünü  qurban  vermişdi.  Tanrı  İbrahim  peyğəmbərin  sədaqətini 

qiymətləndirib oğlu İsmayılı qurban kəsməyə qoymamışdı, mükafatlandırmışdı. Tanrısına özünü 

qurban vermiş Şair isə Tanrıdan heç bir mükafat istəmir və gözləmirdi. Amma o istədi-istəmədi, 

gözlədi-gözləmədi Tanrı onu mükafatlandıracaqdı. Tanrı öz dərgahındakı Əshabu-Kəfdə, babası 

Nəsiminin yanında ona əbədi bir ömür bağışlayacaqdı. Və Şair ondan neçə il sonra doğulacaq 

Qədir Rüstəmovun səsini də burda görəcəkdi. 

Şair bütün bunlardan xəbərsiz idi. Hələ o dərgaha çox uzun və çox ağır bir yol vardı. Hələ 

Şeytan Övladları bu dörd divarın arasında ona işgəncə verirdilər. Sonra bu Şeytan Övladları onu 

Sibirdəki  Şeytan  Övladlarının  yanına  göndərəcəkdilər.  Sibirdəki  Şeytan  Övladlarının  da 

işgəncələrinə uzun müddət dözməli olacaqdı. 

Hələ  o  günə  vardı,  hələ  oturmuşdu  bir  vaxtlar  Şeytanın  özünün  oturduğu  və  haçansa 

Komandirin oturacağı dörd divarın arasında və ona işgəncə verən Şeytan Övladlarına gülürdü. 

Şeytan  Övladları  onun  bu  soyuqqanlılığının  qarşısında  özlərindən  çıxırdılar,  bağırırdılar,  onu 

təpikləməkdən  yorulub  bir  az  istirahət  edirdilər,  sonra  yenə  təpikləyirdilər,  sonra  yenə 

bağırırdılar və yenə yorulurdular. 

Axırda  başlayırdılar  yalvarmağa.  Yalvarırdılar  ki,  bu  ittihama  qol  çək,  sənin  də  canın 

qurtarsın, bizim də... 

O isə qol çəkmək əvəzinə elə gülümsəyirdi, vəssalam. 

Bir dəfə onu dəhlizdə apararkən döyülməkdən yumağa dönmüş Çingiz İldırımı gördü, iki 

Şeytan Övladı zorla sürüyüb aparırdı. Bütün ağrı-acıya baxmayaraq, bu dəfə onu möhkəm bir 

dəli gülmək tutdu. Onu aparan və Çingiz İldırımı sürüyən Şeytan Övladları çaşıb qaldılar - bu 

niyə gülür?! Onun niyə güldüyünü isə bir özü bildi, bir də Çingiz İldırım. Baxışları bir neçə an 

üst-


üstə düşdü. Və gördü ki, Çingiz İldırım artıq ölməkdə olan baxışları ilə ondan bağışlanmasını 

umur. Müqəddəs kitablarda yazılırdı ki, Tanrı bağışlayanları sevir, bağışlamadı. Çingiz İldırım 

ölməkdə olan baxışları ilə ona yalvara-yalvara yanından keçdi - Əzrayıl da əlində çürümüş alma 

onunla gedirdi - 

Vətən  xaini  olmaya-olmaya  müstəntiqin  qarşısına  qoyduğu  ittihama,  özünün 

ölüm  aktına  qol  çəkmişdi.  Və  cəmi  iyirmi  dəqiqədən  sonra  Şeytan  Övladları  onu 

güllələyəcəkdilər və Əzrayıl da öz vəzifəsini yerinə yetirib gedəcəkdi. 

Keçəndə Əzrayıl dilxor-dilxor Şairə baxdı, rəhmətliyin oğlu, o qolunu çək, bir də mən 

sənin dalınca Sibirə getməyim! 

Amma  Sibirdə  səbirsizliklə  Əzrayılı  gözləyəndə  özünü  yamanlayırdı  ki,  gərək  Çingiz 

İldırımı bağışlayaydı... 

...  Və  indi  üzü  üzlər  görməkdən  bezib  qaralmış  bu  soyuq  divarlar,  Şairə  verilən 

işgəncələrin  şahidi  olan  divarlar  onun  üçün  də  o  qədər  qorxulu  deyildi.  O,  bu  soyuq  divarları 

əvvəllər də görmüşdü, neçə il  yoldaşlıq eləmişdi. Hamı kimi o da neçə il yoldaşlıq elədiyi bu 

d

ivarlarla çox dərdləşmişdi, çox söhbətlər eləmişdi. Düzdür, ilk əvvəllər o qədər asan olmamışdı, 



 

57 



bir-

birlərini  başa  düşməmişdilər.  Amma  sonra  dil  tapa  bildilər.  Dil  tapa  bildilər  deyəndə  o, 

divarların dilini tapdı, bu divarlar əslində insan dilini çoxdan başa düşürdü. 

Və  o,  başqa  məhbuslar  kimi  heç  də  özünə  dərd  etmirdi  ki,  bu  divarlardan  cəmi  bircə 

addım o üzdə azadlıq adlı çox şirin bir şey var - cəmi bircə addım o üzdəki azadlıqda azadlığın 

dadını  çıxara  bilməyənlər  üçün  nə  fərqi!  O  özünü  nə  qədər  azad  görmək  istəsə  də  başı 

açılmamışdı  ki,  azadlığın  kefini  çıxara.  Onu  Kalımadan  azadlığa  daşıyan  qatar  gətirib  odun-

alovun,  ağrı-acının  içinə  atmışdı,  qatar  onu  azadlığa  deyil,  şəhid  analarının  göz  yaşlarına 

daşımışdı,  balasının  meyidi  düşmən  əlində  qalan  atanın  qabağında  aciz  qalıb  dəli  olmağa 

daşımışdı.  Bu  göz  yaşlarından,  bu  ah-vaylardan  həm  özünü,  həm  də  göz  yaşı  tökənləri  xilas 

etmək üçün silaha sarılmışdı... 

... Bu da sonu, yenə bu soyuq divarlar... 

Dünya ilə barışmasa da, taleyi ilə barışıb oturmuşdu bu divarların arasında. Bilirdi ki, o 

biri kameralarda yatanlar ruhlarının azadlığı üçün, təsəlli üçün “Qur’an” oxuyur, namaz qılırlar. 

Amma  o,  nə  “Qur’an”  oxuyurdu,  nə  də  namaz  qılırdı.  Çünki  onun  üçün  nə  üz  tutub  namaz 

qılınası qiblə qalmışdı - ermənilər qibləsinə od vurub yandırmışdılar, nə də oxunacaq müqəddəs 

bir kitab - 

kitabını  da  qapatmışdılar.  Və  oturmuşdu  bu  dörd  divarın  arasında.  Köhnə  tanışı 

Rəisdən xahiş eləmişdi ona bir şahmat versinlər, Rəis də özü evdən bir şahmat gətirmişdi ona. 

Gününün çoxunu öz-

özüylə şahmat oynamaqla keçirirdi. 

Hamı deyirdi ki, hətta qəzetlər də  yazırdı ki, nə vaxtsa bura muzeyə çevriləcək. Burda 

yatan məşhur adamları balaca bir millət necə yetişdirə bilmişdi, möcüzəydi. Təkcə son yüz ildə 

bu  divarlar  neçə-neçə  padşah  görmüşdü  -  Stalini  görmüşdü,  Nərimanovu,  Məmməd  Əmini, 

Bağırovu, Elçibəyi görmüşdü. 

Bu  divarlarla  dünyanın  ən  məşhur  şairləri,  bəstəkarları,  yazıçıları  dərdləşmişdi.  Bu 

divarlara öyrəşə bilməyən, bu divarlarla dil tapmayan Salman Mümtazı, Müşfiqi, Əhməd Cavadı 

e

lə  bu  divarların  arasındaca  güllələmişdilər.  Azərbaycan  Türk  Cümhuriyyətini  quranları  da  bu 



divarların arasında edam eləmişdilər, onu dağıdanları da... 

... Ayna Sultanovanın saçlarını dibdən qırxmışdılar, sir-sifətində bir sağ-islahat yox idi, 

əlləri  stulun  arxasında  bağlanmışdı,  ayaqları  da  stulun  qıçlarına.  O  qədər  əzab  vermişdilər  ki, 

artıq  heç  bir  ağrını  hiss  etmirdi,  bütün  yaddaşını  itirmişdi,  özünün  kimliyini  də  unutmuşdu. 

Qarşısında onun kimi işgəncələrə məruz qalan, onun kimi stula bağlanan adamın da əri Həmid 

Sultanov olduğunu da bilmirdi. 

Prometey  kimi  hər  gün  qarğa-quzğunlar  ürəyini  söküb  çıxarır,  didim-didim 

didişdirirdilər... 

...Əzrayılın  əlindəki  alma  artıq  çürümüşdü,  iyi-filan  da  qalmamışdı.  Tanrının  Ayna 

Sultanovaya  verdiyi  ömürə  hələ  çox  vardı.  Əzrayıl  bura  Həmid  Sultanovun  canını  almağa 

gəlmişdi. Amma Tanrının  yaratdığı bir  yaradana verilən zülmə, işgəncəyə dözə bilmədiyindən 

nəyə  gəldiyini  unutmuşdu,  Həmid  Sultanov  artıq  Tanrının  verdiyi  ömürdən  çox  yaşayırdı. 

Əzrayıl Ayna Sultanovanı xilas etmək istəyirdi, Əzrayıl olsa da bu qadının çəkdiyi əzablara tab 

gətirmirdi, Tanrının yazdığı ömürü kəsməyə cəsarət etmirdi. Sadəcə olaraq bir səlahiyyətindən 

istifadə edib bu yaradılan yaradanın bütün hisslərini almışdı ki, bu işgəncələrə dözə bilsin, necə 

ki, vaxtilə Prometeyə də belə bir yaxşılıq etmişdi. 

Həmid Sultanov bütün işgəncələrə dözürdü, amma gözünün qabağında namusunun belə 

təhqir  olunmasına  dözəmmirdi,  ölmək  istəyirdi,  ölə  bilmirdi.  Gördüyü  bu  vəhşətdən  dəhşətə 

gəlmiş Əzrayıl Tanrının Həmid Sultanovu öldürmək haqqında əmrini təmiz yaddan çıxarmışdı. 

Tanrının  deyil,  şeytanın  qulu  olmuşlar  ərinin  gözü  qabağında  xanımını  zorlayırdılar, 

başına min bir müsibət açırdılar. Əzrayılın mərhəmətindən xanım bunu hiss eləmirdi, amma əri 

bunu  görürdü,  zarıyırdı,  gah  Tanrıya  yalvarırdı,  gah  qarğıyırdı,  gah  Əzrayılı  çağırırdı.  Əzrayıl 

yanında  dayansa  da  nə  onun  yalvarışlarını  eşidirdi,  nə  də  qarğışlarını  -  əlində  çürümüş  alma, 

eləcə quruyub qalmışdı. Əgər Əzrayıl o idisə, bəs bunlar kim idi?! Əgər Tanrı insanların canını 

ona tapşırmışdısa, bəs onda Tanrının ona verdiyi bu səlahiyyəti mənimsəyənlər kimlər idi?! Bu 

 

58 




işgəncə verənləri nə Faraonun gününə salardı! Amma bu onun ixtiyarında deyildi - hələ onların 

uzun bir yaşamları var idi. Əzrayıl ilk dəfə özünü çox aciz hiss elədi. 

Tanrının  yazısı  ilə  Ayna  xanımın  ömrünə  33  il  2  ay  15  gün  2  saat  11  dəqiqə  qalırdı. 

Deməli,  bu  qadın  hələ  33  il  2  ay  15  gün  2  saat  11  dəqiqə  bu  işgəncələrlə  yaşamalı  idi.  Daha 

Əzrayıl dözə bilmirdi, əlindəki alma da təmiz çürüyüb qurtarmışdı. Və Əzrayıl... 

... Çürümüş almanı Ayna xanıma iylətdi, amma o bu iyi hiss eləmədi, heç əslində almanın 

iyi  də  qalmamışdı,  əlini  atıb  onun  sinəsindəki  ürəyi  qopartdı,  parça-parça  olmuşdu  bu  ürək, 

qapqara qanın içindəydi. Və bunu görən Həmid Sultanovun daha Əzrayıla ehtiyacı qalmadı, çox 

rahat bir nəfəs aldı və Tanrının yaratdığı bəndələrdən birincisi oldu ki, əzrayılsız-filansız canını 

tapşırdı.  Əzrayılın  başı  Ayna  xanımı  xilas  etməyə  qarışdığından  Həmid  bəyin  canını  özü  ilə 

götürməyi unutdu, Həmid bəyin canı eləcə qaldı bu divarların arasında. 

Əzrayıl yalnız göy üzünə qalxdıqdan sonra yadına düşdü ki, Tanrının Həmid Sultanovu 

öldürmək  haqqında  əmrini  yerinə  yetirməyib  və  cəzalanacaq,  özü  də  ağır  cəzalanacaq.  Çünki 

ikinci  dəfəydi  ki,  Tanrının  yazısını  pozurdu.  Birinci  dəfə  bu  əmri  Nəsiminin  dərisi  soyulanda 

pozmuşdu,  o  böyük  şairin  canını  bir  saat  əvvəl  almışdı  ki,  Şeytanın  Övladlarının  verdiyi 

işgəncəni hiss eləməsin... 

Əzrayılın dözə bilmədiyi işgəncələri vaxtilə hər gün görən bu divarlar gördüklərini açıb 

danışsaydılar  millət  dəhşətə  gələrdi.  Divarlar  da  milləti  dəhşətə  gətirməmək  üçün  susur  və 

bildiklərini bir dövlət sirri kimi qoruyub saxlayırdılar. 

O da inanırdı ki, bura günlərin birində dünyanın anoloqu olmayan qeyri-adi bir muzeyinə 

çevriləcək və bütün dünya da bu muzeyə tamaşa eləmək üçün Bakıya töküləcək. 

İlk  dəfə  tutulanda  əvvəl-əvvəl  Şuşada  yatmışdı  -  Xan  qızı  Natəvanın  öz  qardaşının 

xatirinə tikdirdiyi həbsxanada... 

... O necə Xan qızı idi ki, Xan oğlu qardaşını Nikolay tutdurmuşdu və Sibirə göndərirdi. 

Xan qızı da Nikolaya ağız açmışdı: 

-  Zati-


aliləri,  icazə  verin  Şuşada  bir  həbsxana  tikdirim,  qardaşım  da  cəzasını  həmin 

həbsxanada çəksin. 

Zati-

aliləri Nikolay da Xan qızının sözünü yerə salmamışdı, axı o Xan qızı idi... 



... Şuşa son saatlarını yaşayırdı... Generallar camaatı düşmənin qarşısında əliyalın qoyub 

aradan çıxmışdılar, gedib Laçının qaşında dilxorçuluqlarından araq içirdilər. Şəhər boşalırdı. 

Həbsxananın rəisi nəzarətçilərə: 

Açın qapıları! 



Bütün qapılar açıldı, məhbuslar həyətə töküldülər. 

Rəis: 


Ermənilər  artıq  şəhərə  girirlər.  Siz  cinayətkar  olsanız  da  mən  sizi  ölümə  atıb  gedə 

bilmərəm. Bu əclaflıq olar. Hamınız azadsız. Kim canını qurtara bilir, qurtarsın. 

Burdan qaçmağı heç vaxt ağıllarına belə gətirməyən - bu həbsxana tikildiyi 120 ildə cəmi 

bircə qaçış olmuşdu - məhbuslar bir-birlərinə baxdılar. 

Həbsxananın təyinatsız rəisi irəli yeridi: 

Rəis,  bir  kişilik  edirsən,  birini  də  elə!  Göstəriş  ver,  həbsxanada  nə  qədər  silah  var 



paylasınlar bizə. Günahlarımızı qanımızla yuyaq! 

Rəis əməliyyat üzrə müavinə baxdı: 

-

Nə deyirsən? 



Əməliyyat üzrə müavin: 

Paylayın silahları! 



Məhbuslar  hamısı  bir  nəfər  kimi  günahlarını  qanlarıyla  yudular,  generalların  qoyub 

qaçdığı şəhəri bir neçə saat qoruya bildilər ki, əliyalın şəhər əhli də bu müddətdə arvad-uşağını 

ikinci Xocalı qətliamından xilas edə bildi... 

...  Özü  də  Xan  qızının  qardaşının  yatdığı  “15”  nömrəli  kamerada.  Və  bu  məşhur 

kamerada yatmaq üçün rəisə babat da pul vermişdi. O illərdə bu, Qarabağda ən çox fors olunası 

bir şey sayılırdı: 

 

59 



Ə  düdük,  sən  mənnən  danışa  bilməzsən  ey!  Mən  Şuşada  onbeş  nömrəli  kamerada 

yatmışam. 

... Allah, sən saxla... 

Bu  hörmətli  kameranı  fərqləndirmək  üçün  qapının  üstündəki  “15”  rəqəmini  də  qırmızı 

rənglə yazmışdılar, baxmayaraq ki, qırmızı hökumətin rəmzi olduğuna görə məhbuslar bu rəngə 

nifrət edirdilər. Və heç kəs də bunun səbəbini bilmirdi ki, bu rəqəmi niyə məhz qırmızı rənglə 

yazıblar. “15” nömrəli kamera rəislərə bütün həbsxana qədər xeyir verirdi. Bu kameraya yemək-

içmək Cıdır düzündəki restorandan gətirilirdi. Divarlarında xalı-xalça, ayaq altda gəbəsi vardı. 

Nəfəsliyindən ləzzətlə Topxanaya tamaşa eləmək, Daşaltı çayının şırıltısına qulaq asmaq olurdu. 

Və  bu  musiqinin  sədaları  altında  gözlərini  yumub  azacıq  da  olsa  özünü Cıdır  düzündəki  azad 

adamlar kimi hi

ss  edə  bilirdin.  Qısası,  Şuşada  yay  aylarında  bir  mənzilin  aylıq  kirayəsi  100 

manat idisə, bu kameranın aylıq kirayəsi 300 manat idi, özü də adam başına. 

Burda  isə  heç  bir  kameranın  üstündəki  rəqəmi  qırmızı  rənglə  yazmamışdılar.  Hansına 

yazaydılar ki?! Hər birində nəinki Xan qızının qardaşından, hətta özündən də məşhur adamlar 

yatmışdılar.  Hətta  bir  kameraya  bir  neçə  məşhur  adam  şərik  çıxırdı.  Və  bu  adamlar  o  qədər 

məşhur idilər ki, o, bu siyahıya düşmürdü. 

Şuşadakı  “15”  nömrəli  kameradan  fərqli  olaraq  burdakı  bahalı  kameralarda  milli  pul 

işləmirdi, hesab dollarla gedirdi. O da bahalı kameradaydı, amma nə puluna, nə də adına görə 

yox - 

Rəisi vaxtilə “15” nömrəli kameranın nəzarətçisi olmuşdu. 



Və indi oturmuşdu bir vaxtlar Şairə işgəncə verilən bu bahalı kamerada və heç bilmirdi 

ki,  vaxtilə  Məmməd  Əmin  dünyaya  böyük  bir  pislik  edərək  Stalini  məhz  bu  kameradan 

qaçırtdırıb və sonra həmin o Stalin də Məmməd Əmini elə bu kamerada da döydürüb. 

Oturmuşdu  və  fikirləşirdi  ki,  bura  haçansa  muzey  olsa  da  bu  muzeydə  onun  adı 

olmayacaq, çünki o, məşhurların yanında çox balacaydı. 

... Amma o da, o biriləri də, buranın muzey olacağını yazan qəzetçilər də səhv edirdilər - 

bura  heç  vaxt  muzey  olmayacaqdı.  Pullu  oğlanlardan  biri  günlərin  birində  buranı  satın  alıb 

özəlləşdirəcəkdi  və  sonra  da  sökdürəcək  və  yerində  kvadratı  beş  min  dollara  göydələnlər 

ucaldacaqdı.  Dünyada  ruhların  olduğundan  və  bu  ruhların  onları  rahat  yaşamağa 

qoymayacağından bixəbər olanlar və ya belə şeylərə inanmayanlar bu göydələnlərdən aldıqları 

evlərdən  xeyir-bərəkət  görməyəcəkdilər.  Bu  ona  satacaqdı,  o  bu  birisinə,  bu  biri  o  birisinə, 

nəhayət, heç kim bu binalardan ev almaq istəməyəcəkdi. Və gecələr bu binalarda indi Şəhidlər 

Xiyabanının  altında  Çəmbərəkənd  qəbristanlığının  yerində  tikilmiş  dörd  göydələn  kimi  işıqlar 

yanmayacaqdı.  Və  günlərin  birində  Bakıda  alababat  bir  zəlzələ  olacaqdı  və  bu  binalar  həmin 

alababat zəlzələdə çökəcəkdi, sonra heç kim burda yeni binalar tikməyə ürək etməyəcəkdi. Və 

şəhər meri burada böyük bir park salacaqdı və bir dənə də xatirə lövhəsi qoyacaqdı... 

Hələ o vaxta çox vardı. Oturmuşdu Şairə Şeytan Övladlarının işgəncə verdiyi divarların 

arasında, fikirləşməkdən yorulub özüylə şahmat oynayırdı... 

*** 

Axşam  saat  səkkiz  xəbərlərində  oxunan  Prezident  fərmanı  Çadır  Şəhərini  Dolu  kimi 



vurdu. Bu qəfil dolunun sevinciylə hamı çadırdan bayıra atıldı. Şəhərdə bir vur-çatlasın başladı 

ki, sanki camaata demişdilər sabah evinizə qayıdırsınız. 

Sonuncu  dəfə  belə  toy-bayram  Türkiyə  futbolda  Dünya  üçüncülüyünü  qazanan  gecə 

olmuşdu. Camaat “urrey” eləyib necə  çölə tökülmüşdüsə... ağlayan kim, bayraq  yelləyən kim, 

tonqal qalayan kim... 

Qəfil səs-küyə  yuxudan hövlənək qalxan Musanın Anası oğlunun üz-gözündəki sevinci 

görüb soruşmuşdu: 

Nə olub, ay oğul? 



Türklər qələbə çaldılar. 

Qarabağı aldılar? 



Nə Qarabağ?! Futbolda ey, dünya çempionatında. 

Musanın Anası başını bulayıb: 

 

60 




Allah ayıbınızı örtsün! Mən də elə bildim müharibə qurtardı. 

Ayağı yer tutan da, tutmayan da Pələngin Anasına muştuluğa qaçdı: 

Prezident Pələngə Milli Qəhrəman adı verdi! 



Al

açığın qapısı açıq idi... 

...  Pələngin  Anası  çarpayıda  üzü  qapıya  uzanmışdı,  alt  kipriklərinin  ucunda  iki  damla 

qurumuş  yaş,  ona  şah  damarından  yaxın  olan  Tanrını  axtaran  baxışları  açıq  qapıdan  görünən 

toranlaşmış bir parça səmaya ilişib qalmışdı... Sol əli aşağı sallanmışdı. Sağ əlində isə bir papaq 

vardı - Rəşid Behbudovun Pələngə bağışladığı papaq... 

Və muştuluğa qaçanlardan heç biri Pələngin Anasından muştuluq ala bilmədi... 

*** 


Dünyanın  ən  şirin  şeyi  olan  azadlığın  elə  bir  şirinliyini,  dadını-tamını  duymadı,  bu 

azadlığın  heç  o  qədər  də  həsrətini  çəkməmişdi.  Bir  azadlığın  ki  elə  bir  şirinliyi  yox  idi,  bir 

azadlıqda ki onu heç kim, heç harda gözləmirdi və o heç kimə lazım deyildi - heç belə dadsız-

duzsuz azadlıq da ona lazım deyildi. 

Və dəmir qapılar arxasınca bağlanan kimi bu altı milyardlıq dünyada özünü içəridəkindən 

daha tənha və daha yalqız hiss elədi. Hara getsin, kimə getsin. Hansı üzlə Dünyanın Ən Varlı 

Şəhərinin  çöllərə  səpələnmiş  camaatının  üzünə  çıxsın.  Müharibə  Allahın  ona  verə  biləcəyi, 

amma v


axt tapıb verə bilmədiyi bütün şeyləri əlindən almışdı, əvəzində ağarmış saçlar və bir də 

hər an qopub düşə biləcək bir dünya ağrı-acını güc-bəla ilə daşıyan bir ürək vermişdi, bir az da 

çoxdan unudularaq yalnız saralmış qəzet səhifələrində qalmış nə özünə, nə də heç kimə lazım 

olmayan  şöhrət.  Və  bu  on  ildə  heç  kim  onun  adını  məhz  onun  adı  olduğuna  görə  oğluna 

qoymamışdı, hətta xilas elədiyi insanlar belə. 

Qarabağ  camaatının  yorğan  davası  bitmiş  və  dünya  qayıdıb  öz  əvvəlki  məhvərinə 

düşmüşdü və dünya yenə 24 saat öz ətrafında, 365 gün 12 saat isə Günəşin ətrafına fırlanaraq öz 

kefindəydi  və  bir  şouya  çevrilmişdi.  Bu  şounun  qəhrəmanları  onun  kimi  müharibə 

qəhrəmanlarını  çoxdan  unutdurmuşdu.  Həm  baldızı  ilə,  həm  qaynı  arvadıyla  yaşayan, 

qayınanasının sevgisinə  isə biganə qalan Xose  Antuan Rodrigesin qayınanasının iztirabları bir 

tərəfdən,  aşnası  ilə  qəzaya  düşmüş  Diananın  ölümünün  acısı  bir  tərəfdən,  “Aşka  sürgün”dəki 

qızın göz yaşları bir tərəfdən - adamları elə təsirləndirib üzmüşdü ki... Adamın adamlara yazığı 

gəlir, lap ürəyi ağrıyırdı... 

Vaxtilə atdan salıb çayxanadan qovduqları indi yenə at belində idilər.”Yiquli” həsrətində 

olanlar xarici maşınlarda, cangüdənlərin  əhatəsində  gəzirdilər. Şəkilləri qəzetlərdən düşmürdü. 

Ən  məşhur  müğənnilərdən  də  məşhur  idilər  və  ilboyu  qastrollardaydılar.  Böyük-böyük 

dövlətlərin  padşahları  ilə  oturub-dururdular,  qəşəng-qəşəng  şəkillər  çəkdirirdilər.  Tuthatut 

başlayanda birinin də burnu qanamamışdı, arada onun kimi kasıblarınkı qırılmışdı. 

Özünü tamamilə unudulmuş bildiyi halda... 

...  O  adamlar  ki,  milyonları  yediyinə  görə  həbs  olunan,  dünənədək  demokratiyaya,  elə 

onların da üzünə tüpürən dövlət məmurlarının müdafiə komitələrini yaradırdılar, adlarını siyasi 

məhbus siyahılarına salıb Avropanın qapılarını sındırırdılar, amma bu uzun illərdə bircə dəfə də 

onu yadlarına salmamışdılar... 

... elçi elçi dalınca düzüldü... 

Bəy... 


...  Bəy  sözündən  heç  əvvəldən  xoşu  gəlmirdi.  Onu  “bəy”  deyə  müraciət  edəndə 

əsəbləşirdi: 

Ə, nə bəy-bəy salmısınız? Bəyin ya anası bəylə yatar, ya da atası bəy qızıyla. Mənim nə 



anam bəylə yatıb, nə də atam bəy qızıyla. Kasıb itinin adını Gümüş qoyan kimi hamınız adınızı 

bəy qoymusunuz. Bəylərin torpağında düşmən tank oynatmaz. 

Bir dəfə Bakıdan telefon açmışdılar: 

Bəyin köməkçisidi, Bəy deyir ki... 



O da 

köməkçinin sözünü ağzında qoymuşdu: 

Dostum, bəyin köməkçisi olmur, nökəri olur! - deyib dəstəyi asmışdı... 



 

61 



... - 

Bəy, bizim partiyaya gəl, bu gün-sabah iqtidarıq... 

Bəy, bu dəqiqə ölkədə iki partiya var, biri YAP-dı, biri də bizimki, başqan müavinlik 



təklif edir... 

Bəy, Etibar bəy axşam yeməyinə dəvət edir... 



Bəy, Rəsul bəy Nyu-Yorkdan zəng edib səni soruşurdu... 

Bəy, başqan deyir gəlsin Qarabağ Azadlıq Təşkilatını verim ona... 



... Bəy, bəy, bəy... 

Ev sahibi qorxmağa başlamışdı: 

İncimə,  oğul,  bəlkə  başqa  bir  ev  tapasan?  Uçastkovı  bütün  günü  məhlədən  çıxmır. 



Uşağın bir balaca budkası var, birtəhər başımızı saxlayırıq. Sən Allah, incimə. 

Yaxşı, xala, bir-iki günə çıxaram. 



Gecə otaq ona Şeytanın özünün yatdığı, Şeytanın əmri ilə Məmməd Əminin döyüldüyü, 

Şairin işgəncə verildiyi, Avropadan gələn insan haqlarınu qoruyan deputatları şahmatda  yıxıb-

sürüdüyü kameradan da soyuq, qaranlıq və dar gəldi. Heç Əzrayılın çürümüş almasını iyləmədən 

canını tapşıran Ayna Sultanovaya edilən vəhşətlərə dözməyib çatlayan divarların arasında özünü 

bu qədər pis hiss eləməmişdi, canı sıxıldı. 

Yüzlərlə  oğlanı  bir  işarəsi  ilə  ölümə  aparan,  ayağını  yerə  vuranda  Dünyanın  Ən  Varlı 

Şəhəri kimi bir şəhəri silkələyən, nazirlərin boğazından quş boğazı kimi yapışan bir oğula indi bu 

boyda ölkədə - yolunda hər şeyini qurban verdiyi bu boyda ölkədə Allahın bir kirəkeş otağını da 

çox  görürdülər.  Amma  onu  bundan  da  çox  ağrıdan  başqa  şey  idi.  Yaralardan  axan  qanlar 

qurumamış insanlar hər şeyini unutmuşdular. Sanki bu dünyada heç nə olmamışdı - nə Dünyanın 

Ən Varlı Şəhəri, nə Qarabağ, nə şəhid, nə də qucaqlarda “əmi, qoyma ölüm” deyib can verən qız 

görməmiş cavanlar - hər kəs öz işindəydi. 

Və onu da başa düşürdü ki, qapıya gələn elçilərin təklifləri heç də onların ağalarının onun 

keçmiş xidmətlərini qiymətləndirməsi deyil,yenidən ondan öz məqsədləri üçün istifadə etməkdi, 

vəssalam. 

Elçilərin  heç  birinə  acı  söz  deyib  qapıdan  qovmamışdı.  İstehza  ilə,  bu  istehzanı  gələn 

elçilər  də  hiss  edirdilər,  amma  üstün  vurmurdular,  qulaq  asmışdı,  hamısına  da  demişdi  ki, 

fikirləşərəm. 

Amma  biri  onu  hövsələdən  çıxartdı.  İgid  oğlanıydı,  vaxtilə  bir  şəhəri  qoruyurdu, 

müharibənin  yorğunluğunu  və  havasını  çıxarmaq  üçün  onu  da  Bayıldakı  bahalı  otelin  bahalı 

nömrələrinin  birinə  dincəlməyə  göndərmişdilər.  Canından  müharibə  havası  çıxanadək 

dincəlmişdi, sonra Prezident əfv eləmişdi. 

Utanmırsan? 



Nədən? 


Bir  şəhəri  qoruyan  oğlan  indi  bir  adamı  qoruyursan.  Yəni  bu  adam  o  qoruduğun 

şəhərdən çox bahalıdı? Özün də qəzetdə bəyanat verirsən ki, ona bir söz deyən mənim meyitimin 

üstündən  keçməlidir.  Sənin  meyitin  qoruduğun  şəhərdə  qalmalıydı  ey.  İkimiz  də  xəcalət 

çəkməliyik ki, meyidimiz oralarda qalmayıb. Başımı qaldırıb camaatın üzünə baxa bilmirəm. Elə 

bilirəm  üzümə  tüpürəcəklər  ki,  şəhərin  öləndə  sən  niyə  ölmədin.  İndi  də  ölüb  yerə  girmək 

əvəzinə durub gəlmisən üstümə, utanıb-qızarmadan mənə də təklif edirsən ki, mən də sənin kimi 

gedib iti-

qurdu qoruyum. Ayıbdı ey! Ondansa gəl gedək boğazımıza bir çatı salaq. 

Bu sözlər elçiyə güllə kimi dəymişdi, başını aşağı salıb qıpqırmızı qızarmışdı və bir söz 

demədən durub getmişdi. Səhər qəzetlər bəyanatını yaymışdılar ki, partiyasından istefa verib. 

Səhəri  beləcə  heç  vaxt  çıxa  bilmədiyi  və  çıxa  bilməyəcəyi  fikirlər  burulğanında  açdı. 

Geyinib evdən çıxdı. Həbsxanadan çıxandan sonra neçə dəfə istəmişdi bir doğma yerlərə getsin, 

ürəyi  gəlməmişdi.  Elçiyə  dediyi  kimi,  qorxmuşdu,  qorxmuşdu  ki,  camaat  üzünə  tüpürər. 

Dünyanın  Ən  Varlı  Şəhərinin  ölümündə  ən  böyük  günahı  özündə  görürdü.  Neçə  ildi  çəkə 

bilmədiyi bu yükün altında əzilirdi. Və onu da bilirdi ki, bu yük onu ömrünün axırına qədər öz 

altında əzəcək və elə bu yükün altında da öləcək. Onun fikrincə, Komandir çoxdan ölmüşdü, indi 

yaşayan Komandir deyildi, kimiydi heç özü də bilmirdi. 

 

62 



Çıxanda ev sahibi: 

Hə oğul, nə deyirsən? 



- N

arahat olma xala, gedirəm rayona, iki-üç günə qayıdıb şey-şüyümü aparacam. 

İncimə, oğul! Özün başa düşürsən də. 



İncimirəm! 

Düşdü  “Şamaxinka”  deyilən  yerə,  dünya  binə  olandan  rayonlara  gedən  maşınlar  burda 

müştəri gözləyirdi: 

Yevlağa iki nəfər... 



Gəncəyə, Gəncəyə... 

Göyçaya bir nəfər... 



Onu görən kimi müştəri gözləyən maşın sahibləri başına yığışdılar: 

Hara, qardaş? 



Dünyanın Ən Varlı Şəhərinə. 

- Hara?! 

Eşitdiyiniz yerə. 



Bir-

birlərinə baxdılar: 

Bu nə deyir, ə?! 



Əynində köhnə əsgər köynəyi olan sütül bir sürücü dedi: 

Əmi,  mən  o  tərəfə  gedirəm.  Sən,  budey  bağın  içindəki  çayxanada  çay  iç,  beş-on 



dəqiqəyə bir-iki nəfər də tapım gedək. 

Çayxanada  sakitlik  idi.  Bir  stolda  iki  ahıl  adam  başlarını  əllərinin  arasına  alıb  şahmat 

oynayırdı,  bir  nəfər  də  sanki  şahmata  deyil,  futbola  azarkeşlik  edirmiş  kimi  yerində  otura 

bilmirdi.  Şahmatı  dəli  kimi  sevdiyindən  bir  az  onlara  yaxın  oturdu,  gözü  qalmışdı  şahmatda. 

Azarkeşlik  edən  oynayanlara  aman  vermirdi,  gah  birinə  gediş  göstərirdi,  gah  o  birisinə. 

Oynay


anlar da onun dediyi gedişləri etmirdilər. 

O da əsəbləşirdi: 

Ə, vallah, siz bunu bilmirsiniz. 



 

Ə, qoy bu zəhrimarı oynayaq də! 



Şahmat oynayanda dünyanı da unudurdu, özünü də, hətta Dünyanın Ən Varlı Şəhərini də. 

Ağlı-qaralı 64 xanalı bir taxta parçasını, ağlı-qaralı 32 daşı insan ağlının hələ sonunadək gedib 

çıxa bilmədiyi bir möcüzə adlandırırdı. Bu daşlardan 16-sı ona tabe idi, hətta Tanrının yerdəki 

kölgəsi  olan  padşahı  da.  Həmişə  deyirdi  ki,  şahmatı  insan  yaratmayıb,  çünki  insanda  belə  bir 

möcüzəni kəşf edə biləcək bir ağıl yoxdu. Deyirdi ki, yeri-göyü yaratdığı kimi şahmatı da Allah 

yaradıb  və  özü  üçün  yaradıb.  Allah  onun  itaətindən  çıxmış  bu  dünyanı  yaratdığına  peşman 

olduğu,  amma  məhv  eləyib  məhşər  ayağına  çəkmək  istəmədiyi  insanlardan,  insanların  canını 

almaqdan  yorulub  əldən  düşmüş  neçə  milyon  ildi  əlində  istefa  ərizəsi  dərgahının  ağzında 

dayanmış  Əzrayıldan  usanıb  yorulanda  bir  anlıq  özünə  çəkilib  hər  şeyi  unutmaq  və 

yorğunluğunu çıxarmaq üçün özü-özü ilə şahmat oynayır. 

Və onu da deyirdi ki, Fişer Tanrının işinə qarışıb bu möcüzənin sonuna çıxmaq istədiyi 

üçün Tanrı onun ağlını əlindən aldı ki, şahmat elə sirr olaraq qalsın. Və həmişə şahmatla bağlı 

düşündüklərini deyəndə şahmatın möcüzəsindən xəbərsiz olan dostları: 

Ə, vallah, sən xəstəsən. 



Bir az kitab oxumuş dostları da deyirdi: 

Marks deyib ki, dünyada ən səfeh oyun şahmatdı. 



Və dünya Tanrının iradəsindən çıxanda dostları: 

Deyəsən, Allahın başı şahmat oynamağa qarışıb. 



Həbsxanada  məhbuslar  da  görmüşdülər  ki,  o  şahmat  oynayanda  bütün  ağrısını-acısını 

unudur, 6-

cı kalona xəbər göndərmişdilər və ordan da məxsusi bir şahmat düzəldib yollamışdılar 

Komandirə. 

 

63 



Həbsxana  rəisindən  daha  çox  ədəbiyyat  müəlliminə  oxşayan,  məhbuslara,  xüsusilə  də 

cavanlara öyüd-

nəsihət  verməkdən  yorulmayan  Rəis  də  şahmat  xəstəsi  olduğundan  az-çox 

şahmat  bilənləri  onunlar  bir  kameraya  saldırırdı.  Hərdən  özü  də  bir  bəhanə  ilə  gəlirdi  onun 

kamerasına, ləzzətlə bir-iki partiya oynayırdı, həmişə də uduzurdu. Hər dəfə uduzanda da başını 

yelləyib deyirdi: 

- Komandir, vallah, 

sən bu şahmatın dalınca düşsəydin çoxdan dünya çempionuydun. 

Rəisin  Komandirlə  köhnə  tanışlığından  və  ona  xüsusi  hörmət  bəsləməsindən  hamının 

xəbəri vardı, hətta yuxarıların da. Rəis bir neçə dəfə Böyük Rəisə demişdi: 

Avropada türmələr arasında müxtəlif idman yarışları keçirilir. Bəlkə, biz də bir şahmat 



yarışı keçirək? 

Böyük Rəis: 

Deyəsən başına at təpib. Bəlkə yeni ulduz müsabiqəsi keçirəsən?! 



Bir dəfə Rəis Avropadan gələn hüquq müdafiəçilərini hərləyib-fırlayıb onun kamerasına 

gətirmişdi  ki,  bəlkə  onu  da  siyasi  məhbuslar  siyahısına  salalar.  Hüquq  müdafiəçilərinə 

əvvəlcədən  də  demişdi  ki,  bu  ən  məşhur  cəbhəçilərdəndi.  Ona  da  işarə  eləmişdi  ki,  ürəyini 

boşalt. 


Hansısa bir şikayətiniz var? 

- Xeyr. 

Nə üstə həbs olunmusunuz? 



Adamı nə üstə tutarlar? Cinayət eləmişəm. 

Nə cinayət? 



Adam öldürmüşəm. 

Siz keçmişdə cəbhəçi olmusunuz? 



- Xeyr. 

Özünüzü siyasi məhbus sayırsınız? 



Xeyr, mən siyasətçi deyiləm. 

Rəis də dilxor-dilxor başını bulayıb yavaşca onun qulağına pıçıldamışdı: 

Rəhmətliyin  oğlu,  bu  boyda  adamları  gətirmişəm  ayağına,  sən    də  deyirsən  adam 



öldürmüşəm. 

Yalan danışım? 



Hüquq  müdafiəçiləri  stolun  üstündən  muzey  əşyasına  oxşayan  qeyri-adi  şahmatın 

gözəlliyinə heyran qalmışdılar. Daşları götürüb çox maraqla bir-bir tamaşa edib demişdilər ki, 

dünyada bu gözəllikdə şahmat görməyiblər. 

Rəis də fors eləmişdi: 

Bunu məhbuslar özləri düzəldib. 



Avropalı qonaqlar inanmamışdılar: 

Doğrudan bunu məhbuslar düzəldib? 



Bəli. 


Bunu kim oynayır? 

Rəis Komandiri göstərmişdi. 

Bizimlə oynayarmı? 



Rəis: 

Komandir,  bu  avropalılara  bir  dərs  ver.  İt  uşağı  elə  bilirlər  ki,  bunlardan  ağıllı  insan 



yoxdu. 

Komandir gülümsəmişdi: 

Sənin xətrinə. 



Və Komandir bu hüquq müdafiəçilərinin ikisini də şahmat taxtasının üstünə yıxıb elədən-

elə sürümüşdü, belədən-belə. 

Komandirə dalbadal bir neçə dəfə məğlub olan və bundan heyrətə gələn qonaqlardan biri 

maddım-maddım Komandirə baxıb çiyinlərini çəkmişdi: 

 

64 



Bu  ki  möcüzədi!  Mən  professional  şahmatçıyam,  vaxtilə  dünya  çempionatlarında  da 

iştirak eləmişəm, belə şey görməmişəm. Bu adam Fişer kimi oynayır. 

Rəis: 


- Komandir, gördün, bunlar da m 

ən deyəni deyir. 

Qonaqlar  ayrılanda  öz  vizit  vərəqələrini  ona  verib  xahiş  etmişdilər  ki,  Avropaya  yola 

düşsə onların qonağı olsunlar, sonra da əlini möhkəm-möhkəm sıxıb demişdilər: 

- Çempion! 

Komandir də heç vaxt qonaq getməyəcəyi insanların vizit vərəqələrini etika xatirinə olsa 

da  qəbul  etməmişdi,  qonaqları  pərt  etməmək  üçün  vərəqləri  Rəis  almışdı.  Amma  Komandir 

ayrılanda şahmatı bağışlamışdı onlara. 

Qonaqlar götürmək istəməmişdilər: 

Olmaz! Belə bahalı hədiyyə qəbul edə bilmərik. 



Rəis də onları başa salmışdı ki, bu millətin özəl bir adəti var, qonağın xoşuna gələn şeyi 

mütləq ona bağışlayırlar, əgər qonaq götürməsə, özlərini təhqir olunmuş sayırlar. Və çox xahiş 

eləmişdi ki, millətin adətinə hörmət eləsinlər. 

Və  qonaqlar  da  millətin  adətinə  hörmət  etməyə  məcbur  olub  Komandirin  hədiyyəsini 

qəbul etmişdilər. 

Gedəndən  sonra  həbsxana  haqqında  gözəl  bir  rapor  yazmışdılar.  Həmişə  avropalıların 

kəskin  tənqidi  ilə  rastlaşan  Böyük  Rəis  raporu  oxuyub  təəccüblənmişdi  və  Kiçik  Rəisi 

çağırmışdı: 

Rəis, sən neyləmisən ki, bizi belə tərifləyiblər? 



Mən eləməmişəm, Komandir edib. 

Sonra hadisəni danışmışdı və yenə Böyük Rəisə demişdi: 

Rəis, vallah, gəl bir yarış keçirək! Görürsünüz də! 



Böyük Rəis: 

Yaxşı, bir fikirləşərəm. Danışım görüm böyüklər nə deyir. 



Komandir bir dəfə soruşdu: 

-

Rəis, mənimlə dostluq eləməyə qorxmursan? 



Rəis də yarızarafat: 

Rəhmətliyin oğlu, mən də sizinlə bir yerdə cəza çəkirəm də, özü də düz iyirmi səkkiz 



ildi. Hələ beş ilim qalıb, sən məndən tez çıxacaqsan. Fərqimiz ondadır ki, mənim kameramda 

kondisioner var, bir də şoferim hər günorta mənə peredaça gətirir. 

Azadlığa  buraxılanda  kabinetində  sonuncu  dəfə  Komandirlə  şahmat  oynayan  və  yenə 

uduzan Rəis ayrılanda dedi: 

- Komandir

, mən ölüm, hərdən gəl şahmat oynayaq... 

... İndi gözü qalmışdı şahmatda, çayı da soyumuşdu. Hər dəfə səhv gediş görəndə yerində 

qurcalanır,  həmin  azarkeş  kimi  o  da  az  qalırdı  müdaxilə  eləsin.  Birdən  qulağı  arxa  stoldan 

Dünyanın Ən Varlı Şəhərinin adını çaldı. 

Yox,  ora  getmədim.  Hiss  etdim  ki,  Qukasyan  ora  getməyimi  istəmir,  mən  də  üz 



vurmadım.  Həm  də  orda  maraqlı  bir  şey  var  ki?!  Daş  daş  üstə  qalmayıb.  Xocalıda  oldum, 

Əsgəranda oldum. Dünyanın Ən Varlı Şəhərinə girən ilk tankın üstündə şəkil çəkdirdim. 

Bəs Şuşada? 



Qukasyanla  qalxdıq  Cıdır  düzünə,  ordan  da  yendik  İsa  bulağına.  Mənə  yaxşı  bir 

qonaqlıq verdi. 

Komandiri  soyuq  tər  basdı,  geri  çevrildi,  üç  nəfər  yaraşıqlı  cavan  oğlanıydı...  Birini 

dərhal tanıdı... 

...  - 


Bundan  yazın  dana!  Yoxsa  axtarıb  beş-altı  bağlı  qapı  tapıb  çəkirsiniz,  sonra  da 

qəhbə-şivən salırsınız ki, camaat qaçıb. Nə demək istəyirsiniz? Ermənilərə nakolka verirsiniz ki, 

şəhər boşdu, qorxmayın?! 

Mən o xanımın çəkdiyinə cavabdeh deyiləm. 



 

65 



Soyumuş  çayını  götürüb  atdı  yerə,  yeni  bir  çay  süzdü,  bir  qurtum  içdi,  sonra  sözünə 

davam elədi: 

Get də! Get o həkimi tap, o binamusdan  yaz! Yaz ki, biri canını verir, biri də canını 



verən  oğulun  anasından  pul  istəyir.  Yox,  bunları  yazmazsan.  Bilirsən  gedib  nə  yazacaqsan?! 

Oğullar  qalacaq  qıraqda,  bayaq  gördüklərini  yazacaqsan.  Yazacaqsan  ki,  cəbhəçilər  quldurluq 

edir, vəzifəliləri soyur, bir-birini qırır, çünki sənin hökumətin bunu istəyir. 

Yurnalist başını buladı: 

Komandir,  mən  hökumət  jurnalisti  deyiləm.  Hökumət  jurnalisti  olsaydım,  hökumətin 



ya

nına gedərdim, bura gəlməzdim. 

Götür  çayını  iç.  İncimə,  həqiqət  budur.  Oturmusunuz  Bakıda,  burdan  xəbəriniz 



yoxdu.İnsanlar  dəli  kimidilər,  hər  sözdən  havalanırlar.  Qəzetdəki  adi  bir  yalan  adama  erməni 

gülləsindən pis dəyir. Dünən o verilişdən sonra bütün şəhər bir-birinə dəymişdi. Mən olmasam 

uşaqlar gedib onu studiyanın qabağında sürüyəcəkdilər. Qaldı müsahibəyə... Bilirsən , dostum, 

müharibədə  üç  cür  adam  var.  Döyüşənlər,  tank  belində  şəkil  çəkdirənlər,  bir  də  müsahibə 

verənlər. Bu boyda şəhərdə iki tank var, birini camaat pul yığıb alıb, Qarağacı qəbristanlığında 

ermənilərin qabağını kəsib. O birini də Mütəllibov göndərib özününkülərə, guya biz nemesik. Ağ 

evin  qabağındadı,  ordakıları  qoruyur.  Şəkil  çəkdirənlər  üçündü,  istəyirsən  get  birini  də  sən 

çəkdir. Bizim batalyondakılar döyüşənlərdi, şəkil yerini də göstərdim. Müsahibə verənlər də Ağ 

evdədirlər,  bilyard  oynayırlar.  Gecə  düşən  kimi  də  qaçırlar  Bərdəyə,  hələ  biri  qrad  səsi 

eşitməyib.  Elələri  var  ki,  heç  Bərdədən  bu  tərəfə  keçməyib,  sürücüləri  gəlib  ezamiyyət 

vərəqlərini möhürləyib gedir. 

Bunlardan xəbərim var. 



Xəbərin var get yaz da, niyə yazmırsan?.. 

...  - 

Qukasyan  çox  maraqlı  adamdı.  Yaxşı  bir  müsahibə  götürmüşəm.  Bir-iki  günə  çap 

edəcəm. 

... - 


Nə qədər ruhla yaşamaq olar? Ruhu topa qoyub atmaq olmur ey! Lənkərandan beş-

altı  könüllü  gəlib,  cavan  uşaqlardı,  od-alovdular.  Srağagün  ikisini  vurdular.  Biri  lap  uşağıydı, 

qucağımda öldü. Can verəndə deyirdi, dayı, qoyma ölüm... 

... - 


Yerevanda da Köçəryanla görüşdük. 

...  Drakonu  basmışdı  bağrına,  balası  vurulmuş  pələng  kimi  sinəsindəki  hələ  qanı 

qurumamış yaraları yalayırdı... 

... Yerindən qalxdı və qalxmağı ilə bayaqdan Qukasyandan danışanı necə vurdusa oğlan 

arxadakı  stola  dəyib  stolqarışıq  düşdü  yerə  -  bütün  çayxana  səksəndi.  Əlini  atıb  onu  təzədən 

q

aldırdı və təkrar vurdu, yıxılısını təpikləməyə başladı. Dostlarına kömək etmək istəyənlərə: 



Sizin də... 

Hansını  vurdusa  yerdə  qaldı.  Üçünü  də  bir-birinə  qatmışdı.  Heç  kim  yaxın  durmaq 

istəmirdi. Kimsə bağırırdı: 

Polis! Polis! Polis çağırın! 



Hay-

küyə  yüyürüb  gələn  bayaqkı  Əsgər  Köynəkli  Sürücü  onun  qolundan  tutub 

çayxanadan çıxarmağa çalışırdı: 

Əmi,bu dəqiqə polislər töküləcək. Gəl səni aradan çıxarım. Gəl dana! 



Döydüklərinin  üçü  də  yerdə  zarıyırdı,  hirsi  bir  balaca  soyumuşdu,  gözünə  stolun 

üstündəki fotoaparat sataşdı, götürüb çırpdı yerə. 

Əsgər Köynəkli Sürücü isə qolundan dartaraq yalvarırdı: 

Di gəl dana! Gəl aradan çıxaq! 



Elə yalvarırdı ki, sanki polislər gəlsələr onu da tutacaqdılar. 

Döydükləri hələ özlərinə gələ bilmirdilər. Çoxdandı belə ürəkdən heç kimi döyməmişdi, 

özünə  ləzzət  elədi,  qolunu  Əsgər  Köynəkli  Sürücünün  əlindən  çıxartdı,  sonra  dəsmalla  əlinin 

qanını  sildi,  üst-başını  çırpdı  və  heç  nə  olmamış  kimi  qayıtdı  öz  stoluna.  Çayxanadakılar 

təəccüblə gah yerdə zarıyanlara, gah da ona baxırdı. Şahmat oynayanlar da dayanmışdılar. 

Çayını içmək istədi, gördü soyuyub, çayçını çağırdı: 

 

66 



Dostum, ordan bir çay gətir. 

Əsgər Köynəkli Sürücü: 

Bu nə təhər adamdı, ə?! 



*** 

Rəis, uşaqlar bir nəfər tutub gətiriblər. 



Nə üstə? 

Şamaxinkadakı çayxanada üç jurnalisti döyüb. 



- Kimi döyüb? 

- Üç jurnalisti. 

Rəis yerindən qalxdı, əllərini bir-birinə vurub şaqqanaq çəkdi: 

Nə bir edib! Bizi yığıblar boğaza! Hara jurnalistləridi? 



Rəis, bilmirəm. Amma çox şər adama oxşayırlar. Bayaqdan bəri zəng eləmədikləri yer 

qalmayıb. Qolos Amerika, Bibisi, Azadlıq, nə bilim ey, day hara. Bir qəhbə-şüvən salıblar ki! 

Hamısına da deyirlər ki, bizi iqtidar döydürüb. 

Qələt edirlər. Döyən kimdi? 



İki sudumisti var, üst-üstə iyirmi il yatıb. 

Neçə il? 



İyirmi il! Lap təzə çıxıbmış. 

Dava nə üstə olub? 



- Bilmirik. 

Şahid var? 



- Xeyr. 

Ə, o boyda çayxanada heç kim yox idi? 



Niyə yox idi, amma heç kim şahid durmaq istəməyib. 

Yaxşı. Əvvəl o jurnalistləri çağır. 



Yurnalistlər sir-sifətləri dağılmış, üst-başları cırılmış halda hay-küylə girdilər içəri. Rəis 

birini  o  dəqiqə  tanıdı,  Avropanı  suyoluna  döndərən  məşhur  qəzetçilərdən  idi,  “zibilə  düşdük” 

deyə  bərk  dilxor  oldu.  Yalançı  bir  hörmət  göstərərək  yerindən  qalxdı.  Biri  hələ  telefonla 

danışırdı: 

Bəli, bizi möhkəm döyüblər, fotoaparatımızı qırıblar... 



Rəis: 

Ay  yoldaş,  o  telefonu  söndür.  Söndür!  Burdan  çıxandan  sonra  nə  qədər  istəyirsən 



danışarsan. İndi əyləşin görüm nə baş verib. 

Sir-


sifəti Lap İt Gününə düşmüş: 

-  Heç özümüz bilirik ki?! Çayxanada oturub çay 

içirdik, o da qonşu stolda oturmuşdu. 

Özü  də  arxası  bizə  tərəf.  Birdən  yerindən  qalxıb  cumdu  mənim  üstümə,  başladı  döyməyə. 

Uşaqlar istədi mane olsunlar, onları da qatdı mənə. Sonra da sizin işçilər gəldi. 

Elə durduğunuz yerdə sizi döydü? Heç bir səbəb olmadan? 



Üz-

gözü İt Gününə düşmüş: 

Nə səbəb? Bəy dedi də. Biz öz aramızda iş söhbəti edirdik. O da şahmat oynayanlara 



baxırdı. Qəflətən söyə-söyə qalxdı cumdu bizə. 

Üz-


gözü Lap İt Gününə düşmüş: 

Rəis, mən bilirəm, bu iqtidarın işidir. Bu mənim həyatıma sui-qəsddir. 



Rəis: 

Yaxşı, ağ eləmə. Nə iqtidar, nə sui-qəsd! Evdə arvadla dalaşanda da günahı iqtidarda 



görürsünüz. Üç kişi bir adama cavab verə bilməmisiniz! İqtidar qolunuzdan tutmuşdu?! 

Üz-


gözü Bir Az İt Gününə düşmüş: 

Kor  deyilik  ha!  Görürük  də!  Bayaqdan  oturdublar  müavinin  kabinetində.  Biri  çay 



gətirir, biri şokolad gətirir. Bir azdan kabab-zad da gətirəcəklər. İşçiləriniz də qulağımız eşidə-

eşidə deyirlər ki, yaxşı eləyib bunları əzişdirmisən. 

Üz-

gözü İt Gününə düşmüş: 



 

67 



Hələ  yolda  deyirdilər  ki,  rəhmətliyin  oğlu,  döymüsən  qaç  çıx  get  də.  Deyirik  bizi 

ekspertə aparın, aparmırlar. 

Üz-


gözü Lap İt Gününə düşmüş: 

Mən bunu belə qoymayacam, bütün Avropanı bura tökəcəm. 



Rəis hövsələsini zorla basdı: 

Yaxşı, yekə-yekə danışma. İqtidarın işi-gücü yoxdu, elə düşüb sizin dalınıza. Avropa, 



yox bir BMT?! Biz Qrossun sözüylə işləmirik ey, qanunlarla işləyirik, - deyə stolun üstündəki 

məcəllələri göstərdi, - Bu dəqiqə hər şeyi ayırd edərik. Sizi döyüb, qanun necə tələb edirsə, elə 

də cəzasını alacaq. İndi ifadələrinizi alarlar, sonra sizi həkimə apararlar. 

Rəis müstəntiqi çağırdı: 

Hələlik  bunların  ifadəsini  al,  denən  onu  da  gətirsinlər.  Siz  də  əl-üzünüzü yuyun, 



özünüzü bir səliqəyə salın. Kişi dalaşar də. Döyər də, döyülər də. 

Üz-


gözü İt Gününə düşmüş: 

Rəis, bəs həkim? 



Dedim də, eşitdiniz, indi çağırarlar. Siz hələ gedin ifadələrinizi verin. 

Baş İdarədən zəng elədilər. 

Deyir səndə çepe olub? 



Elə  bir  şey  deyil,  adi  davadı.  Çayxanada  bir  nəfər  üç  adamı  döyüb,  uşaqlar  da  tutub 

gətiriblər. 

Ə,  nə  adam?!  Yurnalistdilər  ey!  Biri  də  Avropanı  suyoluna  döndərəndi.  Bir  az  əvvəl 



Ombudsman zəng eləmişdi. Ciddi məşğul ol. Özləri ilə də yumşaq danış. O Avropanı suyoluna 

döndərəndən də lap ehtiyatlı ol, yoxsa bütün Avropanı ayağa qaldıracaq, zəhləmizi tökəcəklər. 

Onu mən də tanıyıram. Bütün günü 



 

Yerevanda, Xankəndində sülənir. Təpəsinin gülləsi əskikdi. 

Nə yeyib, özü bilər. Sənə deyirəm diqqətli ol. 



Baş üstə! Narahat olmayın, yoluna qoyacam. 

Yurnalistləri döyəni gətirdilər, ortaboylu, caydağ bir adamıydı, ilan kimi soyuq baxışları 

vardı, üz-gözündən bir etinasızlıq tökülürdü, elə bil dünya vecinə deyildi. Hiss olunurdu ki, çox 

bərkə-boşa düşüb. 

Rəis: 


Əyləşin. Çay gətirsinlər? 

Sağ olun. Müavininizin otağında içmişəm,- gülümsədi,- mən polisi bu qədər mehriban 



bilmirdim. 

İndi danışın görüm nə baş verib, dava nə üstə olub? 



Rəis, heç nə üstə. Xoşuma gəlmədilər, mən də döydüm. 

Kim xoşunuza gəlməsə döyürsüz? 



Hərdən olur. 

Bəlkə bir az ciddi danışaq? 



Rəis, mən həmişə ciddi danışıram. Çox danışmağı da sevmirəm. Yenə deyirəm, xoşuma 

gəlmədilər, mən də döydüm. 

Bilirsiz ki, buna görə sizi azı yeddi il iş gözləyir? 



Bilirəm. Üstümdə resedivist adı var. Lap on il də verə bilərlər. Nə olar gedib çəkərik. 

Ola  bilməz  ki,  siz  bunu  bilə-bilə,  adi  bir  şey  üstə  dava  salıb  gedib  yeddi-səkkiz  il 



yatmağa razı olasınız. 

Rəis, mən müstəntiqə verdiyim ifadədə də beləcə demişəm. Ayrı bir deyəcəyim yoxdu. 



Qulaq  asın,  siz  cavan  adam  deyilsiniz,  qətiyyən  boş  yerdən  dava salan adama da 

oxşamırsınız.  Görüb-götürmüş,  ağır  adama  oxşayırsınız.  Mütləq  bir  səbəbi  var.Bir  də  mənim 

üçün  çox  maraqlıdı,  qaça  biləcəyiniz  halda  qaçmamısınız.  Niyə?  Koroğlu  deyib  igidlik  ondu, 

doqquzu qaçmaqlıqdı. 

Mən qaçmağı igidlik sayan koroğluların nəvəsi deyiləm. 



İyirmi il nə üstə yatmısınız? 

 

68 



Rəis, görürəm yaxşı oğlana oxşayırsız. Nə özünüzü yorun, nə məni. Hamısı qarşınızdakı 

sənəddə yazılıb. 

Rəis  müstəntiqin  aldığı  ifadəni  yaxına  çəkib  oxumağa  başladı.  Ad-familinə,  doğum 

yerinə  gözləri  sataşanda  duruxdu,  başını  qaldırıb  diqqətlə  qarşısındakına  baxdı,  sonra  bir  də 

oxudu... 

... Bir şəhərdə doğulmuşdular, bir məktəbdə oxumuşdular. Onun idman çantasını daşımaq 

üstündə  sinif  yoldaşlarıyla  o  qədər  tutaşmışdı  ki.  Bu  çantanı  daşımaq  kimin  bəxtinə  düşsə 

yaşıdlarına fors edərdi. O da bu çantanı çox daşımışdı və o da bu çantanı daşımaqla yaşıdlarına 

çox fors etmişdi. İmarətdəki stadionda dostlarıyla qapının dalında durub onun vurduğu topların 

dalınca çox qaçmışdı. 

... Aradan uzun illər keçmişdi. Vaxtilə çantasını daşımaqla fors etdiyi, qızların dərdindən 

dəli olduğu o mehriban, o gülərüz oğlandan əsər-əlamət qalmamışdı. Və bu uzun illər onun üz-

gözünə,  saçlarına,  alnının  qırışlarına  əməlli-başlı  əl  gəzdirmişdi,  amma  təkcə  onun  gözlərinə 

gücü çatmamışdı, gözlərindən tanıdı. 

Rəisin sir-sifəti dəyişdi, doluxsunmuş halda protokolu kənara itələdi, kreslosundan qalxıb 

ona yaxınlaşdı və qucaqladı: 

- Komandir! 

Quruyub qaldı: 

Nə? 



Sən Komandirsən! Tanıdım səni, Komandir! Bağışla, gec tanıdım. Bağışla, Komandir! 

Çaşqın-çaşqın soruşdu: 

Sən kimsən? 



Yadınıza düşmərəm. Bir məktəb 

də  oxumuşuq.  Siz  bizdən  dörd-beş  sinif  yuxarı  oxuyurdunuz.  Onda  sizə  Kapitan  deyirdilər, 

müharibədə  Komandir  oldunuz.  Futbola  gedəndə  o  qədər  sizin  idman  çantanızı  daşımışamkı! 

Məktəbdə hamı sizdən qorxurdu. Bir dəfə bizim məktəbin qızlarına söz atdıqlarına görə bazarın 

qabağında  iki  oğlanı  möhkəm  döydüyünüz  də  yadımdadı.  Siz  tutulanda  məktəbdəki  qızların 

hamısı ağlayırdı, elə müəllimlər də. 

Rəis o qədər doğma danışırdı ki! Orta məktəbi gözünün qabağına gətirdi, amma nə illah 

elədi Rəisi yadına sala bilmədi. 

Kimin oğlusuz? 



At Belində Olan Adamın. 

...  At  Belində  Olan  Adamı  başdan-ayağa  deyil,  ayaqdan-başa  süzdü,  sonra  xayxırdı, 

özünü onun sifətinə tüpürməkdən zorla saxladı və tüpürdü yerə: 

Ə, sən nə cındır adamsan, ə! Bakıdan gələnlərin dalın yuyursan, özününkünə beş manat 



qıymırsan?! 

Drakonun  əlindən  zorla  qurtulmuş  At  Belində  Olan  Adam  indi  yenidən  qırx  arşın 

quyunun dibinə düşdü, özünə bəraət qazandırmaq istədi: 

-  Komandir

! Seyid Lazım ağanın cəddi haqqı bilməmişəm. Hər gün o gəlir pul ver, bu 

gəlir pul ver. Mən köpəyoğlu nə bilim kim kimdi. Mənə demədilər ki, siz istəyirsiniz. 

Komandir gördü ki, əsəbləri onu dalınca sürükləyir və belə getsə əlindən xəta çıxa bilər, 

onsuz d


a adları bədnam idi, hökumət haqlarında gündə yüz şayiə buraxırdı. 

İndi  Drakon  yenə  hökumətin  əlinə  dəstəvuz  vermişdi.  Hökumət  birinin  üstünə  beşini 

qoyub bütün şəhərə yayacaqdı ki, At Belində Olan Adamı aparıb batalyonda döyüblər, pulunu 

əlindən  alıblar,  day  nə  bilim  nə.  İndi  Komandirin  gözünün  qabağına  bu  gəlirdi,  yoxsa  elə 

məmnuniyyətlə özü onun şalvarını çıxartdırıb başına geyindirərdi. Hövsələsini basdı: 

Atın bunu bayıra! 



Uşaqlar bir andaca At Belində Olan Adamı itbusdu eləyib darvazadan bayıra tulladılar... 

...Və Komandir indi gördü ki, bir az əvvəl kövrələrək onu bağrına basan elə At Belində 

Olan Adamdı, amma çox cavandı. 

Rəis Komandiri bir də bağrına basdı: 

 

69 



Haqqınızda qəzetlərdə çox oxumuşam. Məhkəmənizdən də çox yazdılar. Atam da sizin 

haqqınızda çox danışıb. Hətta bir dəfə atamı ölümdən qurtarmısınız. 

Yadımda deyil. Həm də onlar keçmişdə qalıb. 



Yox,  yox,  heç  nə  keçmişdə  qalmayıb.  Siz  deməsəz  də  mən  indi  bildim  ki,  o  erməni 

yengəsini  niyə  döymüsüz.  Görürsüz  də,  Komandir.  Sovet  hökuməti  vaxtı  belələrini  ya 

güllələyərdilər,  ya  da  Sibirdə  çürüdərdilər.  Amma  biz  qıllarına  belə  toxuna  bilmirik.  Avropa 

tumanını keçirir başına. Bayaqdan Avropada yer qalmayıb zəng eləməsinlər. Nə isə. Avropa da 

qələt edir, onlar da. 

Rəis yerinə qayıdıb telefonu götürdü: 

Hadisəni kitaba vurmusunuz? Lap yaxşı. Hələ vurmayın, vurmaq lazım olsa deyərəm. 



Maşını da çəkin qapıya, çıxıram. Müavin gəlsin içəri. 

At  Belində  Olan  Adamın  at  belindəki  oğlunun  bu  gözlənilməz  hərəkətləri  Komandiri 

necə çaşdırmışdısa bilmirdi nə desin, nə etsin, işin sonunu gözləyirdi. 

Müavin girdi içəri: 

Eşidirəm, Rəis. 



Ala bu açarları,o seyfi aç, on min dollar götür, ver o dəyyuslara. Aparatlarını da alsınlar, 

qalanını da öz aralarında bölsünlər. Denən şikayətlərini geri götürsünlər. Razı olmasalar, həkim 

çağır,  yazsınlar  ki,  içkilidirlər,  ağsaqqal  bir  adamı  da  döyüblər.  Onsuz  da  şahid  yoxdu.  Qoy 

getsinlər nə bilirlər eləsinlər. Strasburqa yox ey, lap Buşa şikayət etsinlər. 

Eşitdiklərinə inanmadı, bu doğrudanmı At Belində Olan Adamın oğludu?! Doğrudanmı 

vaxtilə  Musanın  ayaqları  kəsilmiş  anasına  min  manat  qıymayan  bir  adamın  oğlu  indi  onu 

həbsdən qurtarmaq üçün on min dollarından keçirdi?! 

Amma Komandir Rəisin son sözlərini qəbul eləmədi: 

Rəis,  sağ  olun.  Sizi  başa  düşürəm,  mənə  kömək  eləmək  istəyirsiz.  Amma  on  il  də 



yataram, döyülmək sözünü üstümə götürmərəm. Mən onları döymüşəm. 

Komandir,  döymüsüz,  lap  yaxşı  eləmisiz.  Mən  də  sizi  buraxıram.  Mən  sizi  tuta 



bilmərəm. Camaat mənə nə deyər? Hələ atam! Üzümə tüpürər. İndi durun. Durun görüm. 

- Hara? 


Necə yəni hara? Bizə! Heç bilirsiz atam sizi görəndə nə qədər sevinəcək! 

Amma Komandir getmədi: 

Sağ  olun,  Rəis.  Atanıza  salam  deyərsiz.  Gecdi.  Ayrı  vaxt  görüşərik.  Mən  rayona 



getməliydim, bu hadisə oldu, qaldım. 

Xahiş edirəm! 



Söz verirəm, ayrı vaxt gedərik. İndi icazə versəz mən gedərdim. 

Rəis cibindən bir kart çıxartdı: 

Onda bunu götürün. Burda mənim telefonlarım yazılıb. Nə lazım olsa, nə vaxt istəsəz, 



lap gecə saat iki olsun, zəng eləyin. Elə bilin balaca qardaşınıza zəng edirsiz. 

Komandir kart

ı aldı: 

Eləyərəm. 



Gözləyəcəm ha. Atam da gözləyəcək. İndi doğrudan rayona gedirsiz? 

Doğrudan. 



Endilər aşağı. Rəis bir nəfəri çağırdı. 

Eşidirəm, Rəis. 



Sən belə elə, Komandiri aparırsan rayona. Onun ixtiyarındasan. 

Baş üstə, Rəis! 



Komandir etiraz 

elədi: 


Lazım deyil, Rəis. Özüm bir maşına oturub gedəcəm. 

Rəis az qala yalvardı: 

Komandir, məni sındırma. 



Rəislə idarədən çıxdılar. 

 

70 




Komandir  gördü  ki,  bayaq  onu  rayona  aparacaq  Əsgər  Köynəkli  Sürücü  idarənin 

qabağında var-gəl edir, təəccüblə soruşdu: 

Sən burda nə gəzirsən? 



Necə yəni nə gəzirsən?! Səni gözləyirəm! 

Məni? 


Bəs kimi? Demirdin rayona gedəcəyik. Belə kişilik olar ki, səni qoyum gedim?! 

Komandir güldü: 

Rəis, görürsüz də maşınım da hazırdı. 



Rəis: 

Nə deyirəm ki, yaxşı yol. Amma qayıdanda mütləq məni tapın ha, gözləyəcəm. 



Maşına oturub şüşəni yendirdi və soruşdu: 

Rəis, siz doğrudan At Belində Olan Adamın oğlusuz?! 



Rəis elə sadəlövcəsinə and içdi ki: 

Vallah, hə! 



*** 

Gecə yuxusuz qaldığından bütün yolboyu maşında yatdı. Əsgər Köynəkli Sürücü yolun 

belini  qırmaq  üçün  söhbətdən  ötrü  ölsə  də  onu  oyatmağa  qıymadı.  Nəhayət,  mənzil  başına 

çatdılar, burdan o yana yol yox idi, burdan o yana yolun belini həqiqətən qırmışdılar... 

Əsgər Köynəkli Sürücü onu oyatmağa məcbur oldu: 

Əmi, ay əmi! 



Deyəsən bərk yatmışdım. 

Hə,  elə  şirin  yatmışdız,  oyatmağa  ürəyim  gəlmədi.  Yol  qurtarmasaydı  heç 



oyatmayacaqdım. 

Maşından düşdülər. 

Yaxşı, dostum, sən burdan qayıt. 



Bəs sən? 

Mən burda qalacam, hələ işim var. 



Bəlkə gözləyim? Sonra gedək bizə. Evimiz burda, yaxındadı, Çadır Şəhərində. 

Yox, sağ ol. Onsuz da bu gün sənə çox əziyyət verdim,- dedi Komandir və əlini cibinə 



salıb pul çıxartdı, - Mən qiyməti bilmirəm, nə qədər lazımdı götür. 

Nə  danışırsan,  əmi,  pul  nədi?!  Sən  içəridə  olanda  şöbənin  qabağında  polislər  səndən 



danışırdılar. Mən də sənin adını eşitmişəm. Böyüklər çayxanada sənin haqqında çox danışırdılar, 

elə indi də danışırlar. Mənim atam da şəhid olub, bəlkə tanıyırdız, adı Cəmil idi. 

Komandir ha fikirləşdi, belə bir adamı yadına sala bilmədi, amma bu cavanın könlünü də 

sındırmaq istəmədi: 

Tanıyırdım. Çox qeyrətli döyüşçüydü. 



Əsgər  Köynəkli  Sürücü  elə  sevindi  ki,  Komandir  öz  şirin  yalanıyla  bu  cavanı 

sevindirməyindən çox xoş oldu. 

Əmi, mənim atam doğrudan özünü tankın altına atıb? 



Hə, oğul. 

Deyirdilər inanmırdım, indi inandım. 



Əsgər Köynəkli Sürücü o qədər xoşbəxt oldu ki - atası özünü tankın altına atmışdı. 

Nə deyirsən, əmi, gözləyim gedək bizə? 



Yox, sən get. 

Əsgər Köynəkli Sürücü bir kağıza telefon nömrəsi yazıb verdi Komandirə: 

Əmi, bu mənim telefonumdu. Nə vaxt maşın lazım olsa, zəng elə. Atamın adı haqqı, 



pul-

zad lazım deyil. 

Zəng eləyərəm. 



Əsgər Köynəkli Sürücü Komandiri atasını bağrına basırmış kimi bağrına basdı, öpdü və 

sağollaşıb getdi. 

 

71 



Dünyanın  Ən  Varlı  Şəhərinin  beş  addımlığında  yolun  ortasına  dərin  bir  xəndək 

atmışdılar. Əgər bu xəndək son idisə - bəs niyə xəndəkdən o üzdə qoyun otaranlar, yer əkənlər, 

ot daşıyanlar heç nə olmamış kimi öz işindəydilər. 

Və bir zamanlar dünyanın ən işlək yolunun xəndəkdən o üzünü ot basmışdı. Əlini uzatsa 

şəhərə çatardı. Amma heç kəs əl uzatsa əlləri çatacaq bu şəhərə bu neçə ildə əl uzatmaq fikrinə 

düşməmişdi. Neçə iliydi bu şəhərin bir əl məsafəsindəki alaçıqlarda, kərpic daxmalarda vaxtilə 

paytaxtlarına  bayraq  sancdıqları  nemeslərdən  yardım  gözləyə-gözləyə,  axşamlar  da 

televizorlarda Rodrigesin qayınanasının iztirablarını özlərinə dərd edə-edə, arada da bir qoyun əti 

yeyə-yeyə  yaşamağa  alışmışdılar.  Və  bu  alışqanlıq  onları  elə  mütiləşdirmişdi  ki,  ağıllarına 

gəlmirdi  ki,  bir  səhər  yerlərindən  qalxıb  heç  əl-üzlərini  yumadan  bu  xəndəyi  atlayıb  əl  boyda 

məsafəni keçə bilərlər, ev-eşiklərinə, qəbristanlıqlarına gedə bilərlər. 

Vaxtilə  əliyalın  ölümə  gedən  oğulların  hamısı  qırılıb  qurtarıbmı?!  Atalar  day  Drakon 

əkmirlərmi?! Analar day Pələng doğmurlarmı?! 

Atlanıb  xəndəyi  keçdi.  Ot  basmış  yolla  üz  tutdu  Dünyanın  Ən  Varlı  Şəhərinə.  Əlini-

qolunu sallayıb gedirdi. 

Bir az aralıda qoyun-quzu otaran 13-14 yaşlı bir uşaq onu səslədi: 

Əmi, ay əmi! 



- ... 

Əmi! Ay əmi! Əmi! 



Dayandı: 

Nədi, ay oğul? 



Əmi, o tərəfə getmə! 

Niyə, oğul? 



Oralar ermənilərindi! 

Oralar ermənilərindi!  Oralar  ermənilərindi! Söz onu qəfil it kimi tutdu.  Bu uşağa  evdə 

böyükləri  deyiblər  ki,  oralara  getmə,  oralar  ermənilərindi.  Və  uşaq  da  elə  bilir  ki,  oralar 

doğrudan da ermənilərindi. 

Qorxma, oğul! 



Getmə, əmi. Srağagün orda bir əsgərimizi vurdular. 

Başa düşdüm, oğul. 



Yenə  əlini-qolunu  sallayıb  düzəldi  yola.  Qarşısına  bir  xəndək  də  çıxdı.  Gördü  ki,  bu 

xəndək o xəndəkdən deyil, səngərdi. Başa düşdü ki, day onun üçün də yol qurtardı. Gördü ürəyi 

istəsə  də  ayaqları  getmir.  Özünü  bu  qədər  alçalmış  və  təhqir  olunmuş  hiss  etməmişdi.  Özü 

özündən utandı, xəcalət çəkdi, əlləri ilə başını tutub oturdu xəndəyin üstündə. 

İnsanı hər an öldürə biləcək bu ağrılarla əl uzatsa çatacaq Dünyanın Ən Varlı Şəhərinin əl 

boyda  məsafəsində  dayanmışdı.  Bu  şəhərin  minlərlə  şəhidindən  -  ölüb  canlarını  qurban 

verdikləri  şəhərin  öldüyündən  xəbərsiz  xoşbəxtlərdən  biri  ola  bilməməsi  onu  yandırdı.  Tanrı 

hansı günahına görəsə bu xoşbəxtliyi də ona çox görmüşdü. İndi o qədər aciz idi ki, əl uzatsa 

çatacaq  şəhərə  Çadır  şəhərlərində  yaşayanlar  kimi  əl  uzatmağa  qüdrəti  çatmırdı.  Elə  beləcə 

əzizinin cəsədi ortalıqda qalıb qurd-quşun yeminə çevrilən adamlar kimi əl uzatsa çatacaq şəhərə 

xeyli tamaşa etdi. 

Etdi, etdi... 

Döndü Bayata, Azər Hüseynin kababxanasına. 

Adamlar  əl  uzatsalar  çatacaq  şəhərin  əl  boyda  məsafəsində  heç  nə  olmamış  kimi  öz 

keflərindəydilər, yeyib-içirdilər. Hardansa başlarında ikibaşlıq papaq gəzdirən aşıqlar da tökülüb 

gəlmişdilər, hər süfrənin başında biri oxuyurdu. 

Bəlkə bu yerlərə bir də gəlmədim... 



Meşəbəyi, meşəbəyi, meşəbəyi... 

Çal oynasın Əjdər əmi... 



Ağdam bir gözümdü, Bərdə bir gözüm... 

 

72 



Biri  Məmməd  Arazdan,  biri  Hüseyn  Arifdən,  biri  Dədə  Şəmşirdən  oxuyan  aşıqların 

dediyi  sözlər  heç  kimin  tükünü  də  ürpətmirdi,  çünki  qulaq  asmırdılar.  Hərdən  səndərləyə-

səndərləyə “Bəlkə bu yerlərə bir də gəlmədim” oxuyan aşıqların cibinə pul basır, lap keflilər isə 

aşığı qucaqlayıb o üzündən- bu üzündən öpürdülər: 

Ə, o Meşəbəyini bir də oxu. Can, Meşəbəyi, can xala... 



Bir də bu yerlərə gələ biləcəyinə inanmayan şairdən, Meşəbəyinin göz vurduğu xaladan, 

bir  gözü  Ağdam,  bir  gözü  Bərdə  olan  boşboğazdan  uzaq  olmaq  üçün  kababxananın  lap 

aşağısındakı çinarın altında dayanıb xörəkpaylayanı çağırdı: 

Oğul, ordan bir stol tap gətir. 



Dərhal stol-stul gətirdilər, stolun üstünə səliqəylə süfrə saldılar. 

Nə yeyəcəksiz? 



Hələ bir stəkan çay gətir. 

Onun çaydan başqa heç nə sifariş verməməsindən Xörəkpaylayan bərk dilxor oldu, amma 

diqqətlə ona baxdı. 

O isə bu baxışlardan xoşlanmadı: 

Nədi ay oğul, xoşuna gəlmədim? 



Allah eləməsin, dayı. Sizi bir nəfərə oxşatdım. 

Hər kimə oxşadırsansa səhv eləyirsən. 



Bağışlayın. 

Bağışladım. 



Xörəkpaylayan  getdi,  tez  də  qayıtdı,  stolun  üstünə  çay  qoydu,  mürəbbə  qoydu,  limon 

qoydu və yenə ehtiyatla dedi: 

Dayı, inciməsən bir söz soruşardım. 



Ay oğul, sən nə zircih adamsan, get işinlə məşğul ol. 

Aşıqlar özlərini öldürürdülər: 

Bəlkə bu yerlərə bir də gəlmədim... 



Ağdam bir gözümdü, Bərdə bir gözüm... 

- Qara

bağ, can Qarabağ... 



 

Sağlıq deyənlər özlərini öldürürdülər: 

Gün o gün olsun Şuşada, Cıdır düzündə yeyib-içək... 



Yaxşı dostların sağlığına... 

Bir nəfər aşığa ən çox pul verəni duz kimi yalayırdı: 

Sənin sağlığına, Qarabağda səndən qeyrətli oğlan yoxdu... 



O da xoşhallanır, forsla o biri stollara baxırdı. 

Komandir gördü özünü çox pis hiss edir, çayı itələdi bir kənara, qalxdı ayağa və yendi 

kababxananın  altındakı  kəhrizə.  Çəkib  torpağın  ciyərini  çıxaran  artezian  quyuları  bütün 

kəhrizləri  qurutsa  da  Həmidə  xanımın  vurdurduğu  bu  kəhrizi  quruda  bilməmişdi.  İmkanlı 

adamlar artezian quyularının quruda bilmədiyi bu kəhrizdən su daşıtdırırdılar. 

Əvvəl-əvvəl  ağzını  kəhrizin  gözünə  dayayıb  neçə  il  həsrətini  çəkdiyi,  az  qala  dadını 

unutmaqda  olduğu  bal  kimi  sudan  içdi.  Sonra  əl-üzünü  möhkəm-möhkəm  yudu,  amma  bu  o 

qədər də ləzzət eləmədi. Soyunub girdi kəhrizin göz yaşı kimi təmiz, bumbuz suyuna. Gözlərini 

yumdu və xoşbəxt uşaqlığını xatırlamaq istədi... 

... Tez-


tez qaçıb gəlirdilər bura. Bu göz yaşı kimi təmiz, bu bumbuz suda çimişməkdən 

doymazdılar.  Onda  onların  özləri  də  göz  yaşı  kimiydilər,  amma  bumbuz  deyildilər,  od-

alovuydular,  təzə-təzə  qızların  ürəklərini  yandırıb-yaxan  vaxtlarıydı.  Kəhrizin  dərinliklərinə 

üzməkdən xüsusi ləzzət alardılar. Dərinliyə üzdükcə su daha şirinləşər, daha durular və bir az da 

buzlaşardı.  Və  kəhrizin  dərinlikləri  göyərçin  yuvalarıyla  dolu  olardı,  əlini  at,  tut.  Amma  bu 

göyərçinlərə toxunmazdılar, nənələri həmişə deyərdi ki, göyərçinlər imam qanından yaranıblar. 

Ən  çox  sevdikləri  isə  kəhrizdəki  balaca,  pırıl-pırıl  balıqları  əllə  tutmaq  idi.  Bəzən  bu 

balıqları  tutmaq  üçün  saatlarla  yarışırdılar.  Amma  heç  biri  bu  yarışda  qalib  gələ  bilmirdi.  O, 

uduzmağı  sevməsə  də  və  heç  vaxt  uduzmasa  da  bu  pırıl-pırıl  balıqlara  həmişə  uduzurdu. 

 

73 




Kin

olarda  qartalların  şığıyıb  özlərini  suya  çırparaq  balıq  çalmalarını  çox  görmüşdü.  O  da  çox 

istəyirdi  qartal  kimi  şığıyıb  özünü  çırpsın  suya  və  heç  olmazsa  bircə  dəfə  bu  pırıl-pırıl 

balıqlardan  bircəciyini  çalsın.  Amma  çala  bilmirdi.  Bu  kəhrizdə  çimə-çimə,  balıqlara  uduza-

uduza böyüdülər... 

... Gözlərini yummuşdu, onunla bu kəhrizdə çimə-çimə, pırıl-pırıl balıqlara uduza-uduza 

böyüyən dostlarını xatırlayırdı. Hamısı müharibədə qırılmışdı, tək ondan başqa. Sonra Drakonu 

gördü,  Pələngi  gördü,  Gülablı  yolunda  bağırsaqları  ağacın  budağına  dolaşmış  və  hələ  nə  baş 

verdiyini anlamadan bağıran adamı gördü, od tutub yanan şəhəri gördü - gözünü açdı, hər şey 

yox  oldu,  bir  kəhrizin  suyuydu,  bir  özüydü,  bir  də  yanında  qorxusuz-ürküsüz  üzüşən  balaca, 

pırıl-pırıl balıqlar... 

...  Göy  üzü  göy  üzütək  təmiz,  dünya  yamyaşıl,  hardasa  quzu  otaran  bir  uşaq  Qədir 

Rüstəmovu yamsılayırdı: 

Qoyubdur intizarında, neyçün gəlməz, neyçün gəlməz... 



Səsi aləmi götürmüşdü başına. Onlar da yamyaşıl dünyada, göy üzütək təmiz göy üzünün 

altında, quzu otaran uşağın şipşirin səsinin içində balaca, pırıl-pırıl balıqları tutmaq üçün özlərini 

öldürürdülər... 

... Uşaqlıqda olduğu kimi əlini atdı və bu balaca, pırıl-pırıl balıqlardan birini tutsun, tutdu 

da. Balıq əlinin içində elə çırpınırdı ki, elə bil əlinin içində çırpınan balıq yox, ürək idi. Çəkib 

sudan çıxarmaq istədi, nə illah elədi bu balaca, bu pırıl-pırıl balığa gücü çatmadı. Balıq kəhrizin 

dərinliyinə  doğru  üzməyə  başladı,  balıq  üzürdü  və  onu  da  özüylə  çəkib  aparırdı.  Balıq  onu 

dərinliyə çəkdikcə su daha şirinləşir, daha durulur, bir az da soyuyurdu. Neçə iliydi bu şirinliyin, 

bu duruluğun həsrətini çəkdiyindən indi ləzzətlə balığın arxasınca üzürdü. Və heç fərqində də 

deyildi ki, bu balaca, bu pırıl-pırıl balıq necə onu öz arxasınca dartıb aparır. 

Birdən hiss elədi ki, böyür-başında da kimlərsə üzür, çevrildi - Drakonu gördü, bir balaca, 

pırıl-pırıl balıq da onu ardınca aparırdı. Pələngi gördü - bir balaca, pırıl-pırıl balıq da onu ardınca 

aparırdı. Batalyonun bütün uşaqlarını gördü, hərəsi bir balıq tutmuşdu və tutduqları balıqlar da 

onları öz arxalarınca dartıb aparırdılar. 

Hamısının üz-gözündə sevinc vardı, hamısı arzusuna çatmışdı - hamısı balıq tutmuşdu. 

Və Komandir də, uşaqlar da bir səs eşidirdilər... Uzaqdan, lap uzaqdan, eyy lap uzaqdan 

Qədir Rüstəmovun səsi gəlirdi: 

Bu dərənin uzunu, Tanrı qaytar... 



Və balıqlar da onları dartıb bu səsə doğru aparırdı! 

... Qəflətən minlərlə at ağız-ağıza verib necə kişnədisə və göylər necə şaqqıldadısa çöllər 

diksindi,  ağaclar  diksindi,  çaylar  diksindi,  dağlar  diksindi.  Şimşəklər  göy  üzünü  parça-parça 

elədilər. Və göy üzündən də yuxarıdan necə bir Dolu başladısa... camaat dik atıldı və sevinclə 

özünü atdı bayıra... 

1988-2007 

Dünyanın Ən Varlı Şəhəri.  

 

 



74 

Document Outline

  • DOLU
    • I FƏSİL
      • ----------------------------
      • Lit.az-Azərbaycanın ədəbiyyat portalı

Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin