17
UŞAQLARDA DDA-nın
MÜALİCƏ VƏ PROFİLAKTİKASI
►
5 yaşdan aşağı yaşlı uşaqlarda hemoqlobinin səviyyəsi 110 q/l-
dən aşağı olduqda anemiya təyin edilir.
►
Vaxtında doğulmuş uşaqlar anemiyaya görə (hemoqlobinin
səviyyəsinin təyini) 6 aylığında, vaxtından əvvəl doğulmuşlar isə
3 aylığından gec olmayaraq yoxlanılmalıdırlar.
►
DDA diaqnozu müəyyənləşdirilmiş uşaqlar (hemoqlobinin
səviyyəsi 90-109 q/l arasında) dəmir preparatları (gündə 30 mq
sirop və ya 3 mq/kq dozasında elementar dəmir) və ya dəmirlə
zəngin qida (qarışıq) qəbul etməlidirlər.
►
Bütün kiçik yaşlı uşaqlarda müalicənin effektivliyinə nəzarət
məqsədi ilə müalicənin başlanmasından 1 ay sonra hemoqlobinin
səviyyəsini təyin etmək lazımdır. Əgər təyin edilmiş müalicəyə
müsbət cavab varsa (hemoqlobinin 10 q/l və ya daha çox artması)
və ya hemoqlobinin göstəriciləri normaya çatırsa, onda müalicə
daha 2 ay müddətində davam etdirilməli və bundan sonra dəmir
preparatlarının təyini dayandırılmalıdır. Aparılmış müalicədən
müsbət nəticə alınmadıqda və ya hemoqlobinin səviyyəsi 10 q/l-
dən az qalxdıqda, həkim xəstəni konsultasiya üçün hematoloqa
göndərməlidir.
►
Hemoqlobinin səviyyəsi 90 q/l-dən aşağı olan az yaşlı uşaqlar
dərhal hematoloqun müayinəsinə göndərilməlidir.
►
Müalicə kursu bitdikdən sonra profilaktik məqsədlə 6 ay
müddətində həftədə 1 dəfə elementar dəmir preparatının qəbulu
məsləhət görülür.
►
DDA-ya yüksək risk qrupundan olan 6-12 yaşında uşaqlara
müvafiq dəmir əlavələri təyin etmək lazımdır
(B). DDA-ya
yüksək risk qrupu aşağıdakılar hesab olunurlar:
9 Vaxtından əvvəl doğulanlar
9 Az çəki ilə doğulanlar
9 Əsas qida rasionu dəmirlə zənginləşməmiş inək südündən
ibarət olanlar
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.