TEZ-TEZ İSTİFADƏ EDİLƏN VƏ
PERORAL QƏBUL OLUNAN DƏMİR PREPARATLARINDA
ELEMENTAR DƏMİRİN MİQDARI
Preparat
Preparatda
dəmirin birləşmə
forması
Preparatda aktiv dəmirin
miqdarı (mq)
Aktiferrin
Dəmir sulfat
1 kapsulda – 34,5
1 ml siropda – 34,5
1 ml damcı formasında – 9,8
Aktiferrin
kompozitum
Dəmir sulfat
1 kapsulda – 34,5
Qemofer
prolanqatum
Dəmir sulfat
1 drajedə – 105
Qino-tardiferon
Dəmir sulfat
1 həbdə – 80
Tardiferon
Dəmir sulfat
1 həbdə – 80
Sorbifer durules
Dəmir sulfat
1 həbdə – 100
Totema
Dəmir qlükonat
10 ml-də – 50
Feramid
Dəmir xlorid
1 həbdə – 15
Ferro-qradumet
Dəmir sulfat
1 həbdə – 105
Dəmir sulfat +
fol turşusu (Felol)
150 mq dəmir sulfat
+ 0,5 mq fol turşusu
1 həbdə – 47 mq
Fenuls
Dəmir sulfat
1 kapsulda – 45
Qemofer
Dəmir xlorid
1 damcıda – 1,5
Maltofer
Fe-hidroksid-
polimaltoza
5 ml siropda – 50
Maltofer FOL
Fe-hidroksid-
polimaltoza
1 həbdə – 100
Ferrum lek
Fe-hidroksid-
polimaltoza
5 ml siropda – 50
1 həbdə – 100
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
21
DƏMİR PREPARATLARININ KƏNAR TƏSİRLƏRİ
DDA-nın müalicəsi zamanı ortaya çıxan kənar təsirlər
aşağıdakılardır:
►
Qəbizlik və diarreya. Bu əlamətlər nadir hallarda ciddi forma
ala bilir, lakin elementar dəmir həbləri mövcud olan mədə-
bağırsaq xəstəliklərinin (xora, xoralı kolit) kəskinləşməsinə səbəb
ola bilər. Belə olan hallarda per os qəbul edilən elementar dəmir
preparatları parenteral yeridilən dəmir preparatları ilə əvəz edilir.
►
Ürəkbulanma və qusma yüksək dozada elementar dəmirin
qəbul edilməsi zamanı müşahidə olunduğundan preparatın
dozasını azaltmaqla və ya xüsusi örtüklü dəmir preparatlarının
(kapsul formasında) təyini ilə əlamətləri aradan qaldırmaq
mümkündür. Yuxarıda göstərilən simptomları aradan qaldırmaq
üçün dəmir preparatlarının yeməkdən sonra qəbulu məsləhət
görülür, lakin nəzərə almaq lazımdır ki, bu halda preparatın
effektivliyi 60%-ə qədər azalır. Fasiləsiz qusmalar zamanı
preparatın inyeksiya formalarından istifadə etmək olar.
►
Dəmir preparatlarının parenteral yeridilməsi zamanı flebitlər,
venoz spazm, inyeksiya yerində dərinin tündlənməsi,
postinyeksion abseslər, hipotoniya, döş nahiyəsində ağrılar,
paresteziyalar, əzələ ağrıları, artralgiyalar, qızdırma kimi
əlamətlər ortaya çıxır.
►
Tünd rəngli nəcisin olması dəmir preparatlarının qəbulu zamanı
adi haldır və klinik əhəmiyyət kəsb etmir.
►
Diş emalının qaralması.
►
Böyüklərdə elementar dəmir preparatları ilə ağır zəhərlənmə çox
nadir hallarda rast gəlinir.
DƏMİR PREPARATLARI İLƏ ZƏHƏRLƏNMƏ
Dəmir preparatları ilə zəhərlənmə əsasən dozanı aşmaqla
əlaqədar 6 yaşına qədər uşaqlarda rast gəlinir. Bunun səbəbləri
aşağıdakılardır:
9 Valideynlər dəmir preparatlarının uşaqlar üçün təhlükəli
olduğunu bilmirlər və uşaqlar üçün əlçatan yerdə saxlayırlar.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
22
9 Balaca uşaqlar dəmir preparatlarını şirin konfet kimi qəbul
edirlər.
Toksiki effekt 1 kiloqram çəkiyə 10-20 mq dəmir qəbul edildikdə
baş verir. 50 mq/kq çəki səviyyəsində dozanı aşmaq çox ağır
zəhərlənməyə gətirib çıxarır.
İlk yardım olduqca tez aparılmalıdır, çünki yalnız zəhərlənmənin
ilk saatında effektivdir və aşağıdakılardan ibarətdir:
9 Xəstədə süni qusmanın aparılması.
9 Mədənin bikarbonat soda məhlulu ilə yuyulması (mədənin
təmizlənməsi və dəmirin konsentrasiyasının azaldılması üçün).
9 Təmizləyici imalə (dəmir preparatının çıxarılması üçün).
9 Xəstəxana şəraitində normotenziv pasiyentlərə: deferoxamin.
Dəmir tərkibli preparatlarla zəhərlənmənin profilaktikası
üçün DDA-lı xəstələrə və valideynlərə dəmir preparatı ilə
zəhərlənmə təhlükəsini, ilk yardımın göstərilməsi üsullarını, dərman
preparatlarının uşaqlar üçün əlçatmaz yerdə saxlanılması zərurətini
izah etmək lazımdır.
DƏMİR DEFİSİTLİ ANEMİYANIN PROFİLAKTİKASI
ÜÇÜN RASİONAL QİDALANMA
Hər bir pasiyent hansı qida maddələrinin dəmirlə zəngin
olduğunu, hansıların dəmirin sorulmasını artırdığını bilməlidir:
►
Orqanizmdə dəmir ehtiyatının artırılması üçün ən yaxşı qida
maddələri ət, balıq, ev quşları, daxili orqanlardır (dil, qara ciyər,
böyrəklər).
►
Yumurta, süd məhsulları, tərəvəzlər, dənli bitkilər, meyvələr,
göyərti, günəbaxan tumu yalnız pis sorulan qeyri-hem formalı
dəmirə malikdirlər.
►
C vitamini ilə zəngin olan qida maddələri qeyri-hem formalı
dəmirin sorulmasını artırır. Bu məhsullara kələm, bolqar bibəri,
pomidor, sitrus bitkilərinin meyvələri, yemiş, bal, turş süd
məhsulları aiddir.
►
Qida ilə birlikdə çay və ya qəhvə qəbulu həll olmayan tanin
komplekslərinin əmələ gəlməsi ilə əlaqədar dəmirin sorulmasını
azaldır. Ona görə də çay və ya qəhvəni yeməkdən bir qədər sonra
içmək lazımdır. Yemək zamanı kompot, şirə, giləmeyvə və ya
meyvə dəmləmələri, saf su kimi içkilər daha məsləhətdir.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
23
Ədəbiyyat:
1. Iron Deficiency Anemia, Shersten Killip, M.D., M.P.H., John
Bennett M.D., M.P.H., Mara D. Chambers M.D., University of
Kentucky, Lexington, American Family Physician Journal
March, 2007
2. Guidelines for the management of iron deficiency anemia. May
2005. British Society of Gastroenterology
3. Клиническое руководство по скринингу, профилактике и
лечению железодефицитной анемии. Центр Доказательной
Медицины Ташкентского Института Усовершенствования
Врачей. 2004
4. «Протокол ведения больных. Железодефицитная анемия.
Под руководством Р.А. Хальфина и П.А.Воробьева. 2005.
Издательство Ньюдиамед
5. Reveiz L., Gyte G., Cuerva G. Treatments for iron deficiency
anemia in pregnancy (Review). The Cochrane Library, 2008,
Issue 3.
6. Prevention and control of iron deficiency anemia in women and
children. Report of the UNICEF/WHO Regional Consultation 3-
5 February 1999 Geneva, Switzerland.
7. Iron deficiency anemia: assessment, prevention, and control. A
guide for program managers, WHO/NHD/01.3
8. Merialdi M. et al. Nutritional intervention during pregnancy for
the prevention or treatment of impaired fetal growth: an overyiew
of randomized controlled trials. J.Nutr.2003; 133; 1626-1631.
9. Stolzfus R. et al. Guidelines for the use of iron supplementation to
prevent and treat iron deficiency anemia. INACG/WHO/UNISEF
(1998).
10. Centers for disease control and prevention. Recommendations to
prevent and control iron deficiency in the United states. MMWR
1998; 47 (No.RR-3):1-29.
11. Cuero LG, Mahomed K. Treatment for iron deficiency anemia in
pregnancy (Cochrane Review). In The Cochrane Library, Issue 2,
2003. Oxford: Update Software.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
24
12. Goddarb A.F. et al. Guidelines for the management of iron
deficiency anemia. Gut 2000; 46 (supl. IV): iv1-iv5.
13. Mahomed K. Iron and folate supplementation in pregnancy
(Cochrane Review). In: The Cochrane Library, Issue 2 2003.
Oxford: Update Software
14. Prevention of iron deficiency in infants – 922 Guidelines and
statements. CHAPTER 6 PAEDIATRICS/GUIDELINE.
Prevention of iron deficiency in infants- 922, 2002. available in:
www.umanitoba.ca.
15. U.S. Preventive Services Task Force. Screening for iron
deficiency anemia—including iron supplementation for children
and pregnant women. Rockville, Md.: Agency for Healthcare
Research and Quality, May 2006. Accessed July 24, 2006, at:
http://www.ahrq.gov/clinic/uspstf06/ironsc/ironrs.htm.
16. Cogswell ME, Parvanta I, Ickes L, Yip R, Brittenham GM. Iron
supplementation during pregnancy, anemia, and birth weight: a
randomized controlled trial. Am J Clin Nutr 2003;78:773-81.
17. Cook JD. Diagnosis and management of iron-deficiency anaemia.
Best Pract Res Clin Haematol 2005;18:319-32.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Document Outline - IDanemia oblojka.pdf
- IDAnemiaA5.pdf
Dostları ilə paylaş: |