Fertil yaşda hamilə olmayan qadınlarda dəmir defisitli
anemiyanın profilaktikası və müalicəsi
►
Fertil yaşda hamilə olmayan bütün qadınlar 17-25 yaşlar arasında
DDA-nın olub-olmamağına görə ən azı bir dəfə müayinə
edilməlidirlər. Risk faktorlarının mövcudluğu zamanı
müayinələrin daha tez-tez aparılması tələb olunur (ildə bir
dəfədən az olmayaraq).
►
Fertil yaş dövründə hamilə olmayan qadınlar üçün anemiya hemo-
qlobinin səviyyəsi 120 q/l-dən aşağı olduqda müəyyənləşdirilir.
►
Hemoqlobinin səviyyəsi 90-119 q/l olduqda qadın elementar
dəmirin terapevtik dozasını qəbul etməlidir (ümumi doza 120
mq/gün). Eləcə də xəstə qadına düzgün qidalanma haqda
məsləhətlər verilməlidir.
►
Həkim təyin edilmiş müalicənin effektivliyini 1 aydan sonra
yoxlamalıdır. Əgər nəticə cüzidirsə (hemoqlobinin artması 10 q/l-
dən az) və ya ümumiyyətlə yoxdursa, xəstəni hematoloqun
müayinəsinə göndərmək lazımdır. Müsbət nəticə alındıqda
müalicə hemoqlobinin səviyyəsi 120 q/l-ə qalxanadək davam
etdirilməlidir, bundan sonra dəmirin dozası həftədə 120 mq-a
qədər azaldıla və 6 ay müddətində davam etdirilə bilər.
►
Fertil yaşda olan qadınlarda balanslaşdırılmış qidalanma DDA-nın
inkişafının və dəmir preparatlarının təyininin qarşısını ala bilər.
Buna görə də ət və askorbin turşusu ilə zəngin olan məhsullardan
istifadə edilməsi (qida məhsullarından dəmirin sorulmasını artırmaq
üçün) və yemək zamanı çay və qəhvə içilməməsi məsləhət görülür.
►
DDA-nın inkişaf etmə riski olan və hamiləliyi planlaşdıran
qadınlara hamiləlikdən 3 ay əvvəl DDA-nın profilaktikasına
başlamaq lazımdır. Bunun üçün elementar dəmir (120 mq həftədə
1 dəfə) və fol turşusu (400 mq hər gün) təyin edilməlidir, belə
müalicəni 6 ay müddətində, başqa sözlə, hamiləliyin birinci
trimestri qurtarana qədər davam etdirmək lazımdır.
►
DDA-nın inkişafı üçün şərait yaradan anemiyasız gizli dəmir
defisiti zamanı profilaktika tələb olunur, məsələn, müntəzəm qan
verən donorlarda, hamilələrdə (xüsusilə də əgər hamiləliyə qədər
gur və uzunmüddətli menstruasiyalar qeyd olunubsa, yaxud
hamiləliklər dalbadal baş veribsə).
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Fertil yaşda hamilə olmayan qadınlarda DDA-nın müalicəsi
alqoritmi şəkil 2-də göstərilmişdir.
Dostları ilə paylaş: |