15
Hamilə qadınlarda dəmir defisitli anemiyanın
müalicəsi və profilaktikası
Hamilə qadınlar daha çox DDA riskinə malikdirlər. Hamiləlik
zamanı dövr edən qanın həcminin artmasına görə (qanın durulması
hesabına fizioloji hemodelyusiya) eritrositlərin və hemoqlobinin
miqdarının cüzi azalması normal hesab olunur.
►
Bütün hamilə qadınlarda prenatal dövrdə həkimə birinci müraciət
zamanı və hamiləliyin sonrakı trimestrlərində heç olmasa bir dəfə
hemoqlobinin səviyyəsi yoxlanılmalıdır. Hər bir müraciət zamanı
həkim hamiləlik dövründə düzgün qidalanma (dəmirlə zəngin
olan və dəmirin sorulmasını artıran maddələrin qəbulu; dəmirin
sorulmasını azaldan qida maddələrinin ayrı qəbulu və s.) haqda
məsləhət verməlidir.
►
Hemoqlobinin səviyyəsi 90 q/l-dən aşağı olduqda, diaqnozun
dəqiqləşdirilməsi və müvafiq
müalicənin seçilməsi üçün
hematoloqun müayinəsi aparılmalıdır.
►
Hemoqlobinin səviyyəsi 90-109 q/l arasında olduqda, həkim
gündə 120 mq elementar dəmir preparatı və 400 mq fol turşusu
olmaqla 3 ay müddətində müalicə təyin etməlidir.
►
Hemoqlobinin səviyyəsi normaya çatdıqdan sonra profilaktik
dozanın (120 mq elementar dəmir; 400 mq fol turşusu) 6 ay
ərzində həftədə 1 dəfə qəbulunu davam etdirmək lazımdır.
►
Dəmir preparatları ilə müalicə zamanı müsbət nəticə olmadıqda,
hematoloqun müayinəsi vacibdir.
►
Hamilə qadınlar DDA ilə daha çox xəstələndiklərinə görə,
yüksək risk qrupu kimi bütün hamiləlik dövründə və doğuşdan
sonrakı 6 həftə ərzində profilaktik məqsədlə elementar dəmir
preparatı və fol turşusu qəbul etməlidirlər. DDA-nın
profilaktikası üçün hamiləliyin birinci trimestrində elementar
dəmir (120 mq həftədə 1 dəfə) və fol turşusu (400 mq hər gün)
təyin edilməlidir, 3 aydan sonra fol turşusunun dozası həftədə 1
dəfə 400 mq olmaqla azaldılmalıdır.
Klinik protokol Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin
İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanmışdır.
Hamilə qadınlarda DDA-nın müalicəsi alqoritmi şəkil 3-də
göstərilmişdir
.
90>
Dostları ilə paylaş: