Elektron poçt (E-mail ünvan) internet şəbəkəyə qoşulmuş istifadəçilər arasında məsafədən
iştirakçılarına mətn, qrafik, multimedia tipli audio/video tipli məlumatların çatdırılması üçün
mükəmməl mübadilə vasitəsidir. Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçılarının iş
yeri əsasən aşağıda göstərilən İKT avadanlığı ilə təmin olunması məqsədəuyğundur:
- Kompüter dəsti, Modem, Printer, Ckaner, Proyektor və müvafiq proqram təminatı.
Elektron poçt xidmətindən istifadə edən tədris iştirakçısının vaxt baxımından asılılığı olmur. Yəni
Elektron poçt istifadəçisi ona göndərilmiş informasiyanın məzmununa istədiyi vaxt baxa bilər.
Bundan sonra istifadəçinin informasiyanı yadda saxlamaq, başqa birisinə ötürmək və ya silmək
imkanları olacaqdır. Elektron poçt xidmətinin bu xüsussiyyətləri tədris prosesinin asinxron təşkili
xidmətindən istifadə zamanı, istifadəçilər arasında məsafə rol oynamır. Materialların ötürülməsinin
sürəti və keyfiyyətlə çatdırılması daha çox materialın həcmindən və internet şəbəkənin sürətindən
aslı olur. Elektron poçt xidməti internet şəbəkənin dəstəkləndiyi müxtəlif üsullarla – peyk
antennaları, kabellər, radio-rele stansiyaları və s. bu tipli yayım vasitələrinin köməyi ilə həyata
keçirilə bilər. Elektron poçt xidmətinin didaktik xüsusiyyətlərinə aşağıdakılar aid edilə bilər:
- Bilavasitə kompüterin özündə hazırlanmış və ya fayl şəklində kompüterin yaddaşında
saxlanılan informasiyanın mübadilə imkanları;
- Elektron poçt vasitəsilə qəbul olunmuş informasiyanını kompüterin yaddaşına yazılması,
onun üzərində redaktə işlərinin aparılması imkanları və həmən informasiyanın digər E-
ünvanlara göndərilməsi imkanlarının olması;
- Daxil olan informasiyanın kompüterin monitorunda birbaşa canlandırılması imkanlarının
olması;
Elektron poçt xidməti didaktika baxımından virtual tədris qruplarının yaradılmasına və bu qrup
üzvləri ilə asinxron informasiya mübadiləsinin aparılmasına geniş imkanlar açır.
Elektron poçt vasitəsilə iri həçmli faylları, məlumatlar bazasını, elektron sənədləri ötürmək və
qəbul etmək mümkündür. Kompüterdə işləmək üçün bir neçə sadə komandanı bilən hər kəs
internetin bu ən populyar xidmətindən istifadə edə bilər. Həm öyrədənlər, həm də öyrənənlər
üçün Elektron poçt xidməti dərslərə daha yaxşı hazırlaşmağa, bu məqsədlə digər tədris iştirakçıları
ilə müzakirələr aparmağa və qərarlar verməyə, verilmiş qərarların icrasını nəzarətdə saxlamağa,
eyni zamanda FTP serverlərdə saxlanılan informasiyanın axtarılıb tapılmasına yaxşı şərait yaradır.
Elektron poçt xidmətininin köməyi ilə uzaq məsafədə yerləşən mühazirəçilərin mühazirə mətnlərini
əldə etmək, bu mühazirələrdə canlı olaraq iştirak etmək, seminar və məğqələ dərslərinə qatılmaq
və s. olar.
Dostları ilə paylaş: