Elektron konfranslar
Çox vaxt kompüter konferensiyaları adlandırılan elektron konferensiyalar internet
şəbəkəsinin məsafədən aslı olmayaraq müxtəlif iştirakçıların vahid mövzu ətrafında müzakirələr
aparmasına, qərarlar qəbul etməsinə və qəbul olunmuş qərarların icrasına birgə nəzarət etməsinə
imkan verən xidmətlərindəndir. Elektron konferensiya xidmətinin ən əsas xüsusiyyəti iştirakçıların
eyni vaxtda kompüter arxasında (onlayn rejimdə) olmasının vacibliyidir. Konferensiya
iştirakçılarının iş yerinin aparat təminatı elektron poçt istifadəçilərinin iş yerinin aparat təminatı ilə
əsasən üst-üstə düşür. Lakin proyektorların tətbiqi elektron konferensiaların daha səmərəli
təşkilinə gözəl imkanlar açır. Elektron konferensiyaların ən vacib daha bir xüsusiyyəti kimi
iştirakçıların istifadə olunan proqram təminatından aslı olmalarıdır. Yəni, bütün konferensiya
iştirakçıları onlayn rejimdə olmaqla bərabər seans zamanı eyni proqram vasitələrindən istifadə
etməlidirlər.
Elektron konferensiya rejimini dəstəkləyən ən populyar proqramlardan biri kimi Skayp (Skype)
proqramını göstərmək olar. Bu proqram çox sadə və geniş istifadəçi kutləsi tərəfindən tez
mənimsənilə bilən çoxdilli interfeysə malikdir və istifadəçilər arasında multimedia tipli əlaqələrin
qurulması üçün çox mükəmməl imkanlar açır.
Elektron konferensiyaların işində iştirak edənlər vaxt baxımından bir-birindən asılı olurlar ki, bu da
onun təhsilə tətbiqini yalnız sinxron təhsil formasında təşkil etməyə kömək edir. Yəni, iştirakçıların
1-i üçün nəzərdə tutulan audio, video və yazılı məlumat bütün iştirakçılar tərəfindən eyni vaxtda
qəbul olunur və cavablandırılır. İnternetin bu xidməti virtual tədris qruplarının yaradılmasına və
onların qabaqcadan bəlli olan dərs cədvəli əsasında mühazirələrdə, seminar və təcrübə
məşqələlərində iştrakının təmin olunmasına yaxşı şərait yaradır. Elektron konferensiya
iştirakçılarının elektron ünvanlarının olması, yəni elektron poçt xidmətinin imkanlarından tam
istifadə etmək bacarıqlarının olması da vacib şərtlərdəndir.
Elektron konferensiyaların lokal kompüter şəbəkəsində təşkili üçün şəbəkənin FTP serverlə (File
transport protocol-Faylların mübadilə protokolları) təchiz olunması vacibdir. Belə server bütün
konfrans iştirakçıları üçün nəzərdə tutulan məlumatları özündə saxlayır və iştirakçıların həmin
məlumatlardan yararlanması üçün geniş imkanlar açır. Elektron poçt rejimindən fərqli olaraq
elektron konferensiya iştirakçıları üçün nəzərdə tutulan məlumatlar bütün konfrans iştirakçıları
üçün açıq olur.
Elektron konferensiya iştirakçılarının mətn, qrafik, audio və video və s. məlumatlarla, eyni
zamanda bu məlumatlardan yararlanmaq üçün nəzərdə tutulan təlimatların istifadəçiyə (virtual
qrup iştirakçılarına) çatdırılması imkanları bu növ xidmətlərin didaktik xüsusiyyətlərini özündə əks
etdirir.
Dostları ilə paylaş: |