Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


Hal diaqramı və onun elementləri



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   36
FKA mühazirə

 Hal diaqramı və onun elementləri. 

Bir komponentli sistemdə iki dəyişən hal parametri olduğundan iki oxlu koordinat sistemindən 

istifadə  edilir.Absis  oxunda  temperaturu,  ordinat  oxunda  isə  təzyiqi  ifadə  etsək,  bir  komponentli 

sistemin  hal  diaqramını  alırıq.Bu  sistemin  halının  qrafiki  təsviridir.Belə  sistemin  halı  nöqtə  ilə 

müəyyən  edilir,  çünki  nöqtənin  vəziyyəti  absis  və  ordinatla  (təzyiq  və  temperaturla)  müəyyən 

edilir.Belə nöqtəyə fiqurativ nöqtə deyirlər (f). 

 

 

  Şəkil 1. bir komponentli sistemlərin hal diaqramı; qırıq xətlər su 

tipli birləşmələrin əyrilərinə uyğundur. 

 

Şəkil  2.1-də  də  bir  komponentli  sistemin  hal  diaqramı 



verilmişdir. Orada nonvariant tarazlığa B nöqtəsi müvafiq gəlir ki, 

bunun  üçün  temperatur  və  təzyiqin  qiyməti  müəyyən  olub,  sabit 

saxlanmalıdır.  Həmin  nöqtəyə  üçlü  nöqtə  deyirlər.  Monovariant 

tarazlığa  AB,  BC,  BD  əyriləri  uyğun  gəlir,  belə  ki,  onların 

üzərindəki hər bir nöqtəyə uyğun gələn təzyiq və ya temperaturun 

qiyməti məlumdursa, digər parametrləri çox asanlıqla təyin etmək 

mümkündür. 

Divariant tarazlığa isə səthin müəyyən sahələri cavab verir. Burada ABC-dən solda bərk, BDC 

daxilində maye, ABC-dən sağda buxar fazaların sahələridir. 

Göründüyü kimi hal diaqramında B nöqtəsinə üç faza, əyriyə- iki faza, səthə isə bir faza uyğun 

gəlir ( uyğunluq prinsipi-fəsil 1.3 ). 

Üç  monovariant  əyri  B  nöqtəsində  birləşirlər.Buna  əyrilərlə  birlikdə  ulduz  deyirlər.Ulduzun 

zirvesi isə üçlü nöqtədir.Üçlü nöqtədə 3 faza-bərk, maye və buxar tarazlıqda olduğundan sərbəstlik 

dərəcəsi  sıfra  bərabərdir,  yəni  sistem  nonvariantdır.İndi  isə  B  nöqtəsində  birləşən  üç  əyrinin 

xarakterini nəzərdən keçirək. 


Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin