yəni bir komponentli sistemin sərbəstlik dərəcəsi 3 sabiti ilə fazalar sayının fərqinə bərabər
olur.Həmin ifadəni ( 2.1 ) tətbiq etdikdə bir komponentli sistemin sərbəstlik dərəcəsi fazaların
Beləliklə,bir komponentli sistemdə bir faza, yəni bərk, maye və ya qaz olduqda ikivariant və ya
olduqda (bərk-maye-qaz) isə nonvariant tarazlıqlar adlanır. Sistemdə bir neçə müxtəlif bərk faza da
mövcud ola bilər ki, bunların hər biri ayrıca faza hesab edilməlidir. Bu zaman bəzi optiki izomerlər
21
müstəsnalıq təşkil edirlər (fəsil 1.3). Belə olduqda nonvariant tarazlıq halı bərk-bərk-maye, bərk-
bərk-qaz olduqda yaranır.
Bir komponentli sistemlərdə dörd və ondan çox faza tarazlıqda ola bilməz; onun tarazlıq halı
təzyiq və temperaturla, yəni iki parametrlə müəyyən edilir.Məsələn, sudan ibarət sistemdə maye su
və buxar 100
0
C-də o zaman tarazlıqda olur ki,təzyiq 1 atm. bərabər olsun. Nonvariant tarazlıq, yəni
su-buz-buxar o zaman birgə yaşaya bilər ki, temperatur 0,0098
0
C, təzyiq isə 4,6 mm. civə sütununa
bərabər olsun.Bunlardan heç birini dəyişmək olmaz. Əgər azacıq belə dəyişilərsə, fazalardan biri
yox olmalıdır.Bu zaman sistem iki fazalı monovariant tarazlıq halına keçəcəkdir.
Dostları ilə paylaş: