1
Mühazirə -1
FİZİKİ-KİMYƏVİ ANALİZİN PREDMET VƏ VƏZİFƏLƏRİ
Fiziki-kimyəvi analiz ümumi kimyanın bir bölməsi olaraq
tarazlıqda olan sistemin halı, onun xassələri, tərkib ilə xassə arasında
əlaqəni müəyyənləşdirir və nəticədə tərkib-xassə diaqramlar qurulur.
Mahiyyəti. Təbiət qanunu hesab edilən kimyəvi elementlərin dövri
qanununun D.İ.Mendeleyev tərəfindən kəşfi sayəsində kimyəvi
elementlər sistemləşdirildi və onların atom kütləsi ilə xassələri arasında
qarşılıqlı əlaqə olduğu müəyyən edildi. Məlum oldu ki, elementlərin
fiziki xassələri onların atom kütləsi və daha doğrusu nüvənin yükündən
dövri surətdə asılıdır. Bu asılılıq mürəkkəb maddələrdə də müşahidə
edilmiş
və
bir
sıra
xassələrin
tərkibdən
asılı
olduğu
müəyyənləşdirilmişdir. Beləliklə, tərkib xassə məsələləri araşdırılmağa
başladı. Tərkibdən asılı olaraq, xassənin dəyişməsi qanunauyğunluq
müəyyənləşdirməklə onların biri məlum olduqda, digərini təyin etməyə
imkan yaradır.
Klassik sintez üsulundan fərqli olaraq, yeni fiziki-kimyəvi analiz
üsulu yarandı ki, onun da əsası 1913-cü ildə böyük rus alimi akademik
N.G.Kurnakov tərəfindən qoyulmuş və elmə qəbul edilmişdir.
Fiziki-kimyəvi analizin əsas məqsədi kimyəvi tarazlıqda olan
sistemdə tərkib, temperatur və təzyiqi dəyişdikdə baş verən prosesləri
müəyyən etməkdir.