Mühazirə -1 FİZİKİ-KİMYƏVİ analiZİn predmet və VƏZİFƏLƏRİ


Fazalar qaydası. Komponent, faza və sərbəstlik dərəcəsi



Yüklə 1,57 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix26.03.2022
ölçüsü1,57 Mb.
#54227
növüMühazirə
1   ...   4   5   6   7   8   9   10   11   ...   36
FKA mühazirə

Fazalar qaydası. Komponent, faza və sərbəstlik dərəcəsi 

Fazalar  qaydasının  çıxarışını  izah  etməzdən  əvvəl,  komponent,  faza, 

sərbəstlik  dərəcəsi  mövhumlarını  təyinini  müəyyən  etmək  lazımdır. 

Komponent sistemin əmələ gəlməsi üçün az miqdarı belə kifayət edən təmiz, 

fərdi  maddələrdir.  Başqa  sözlə,  komponent  sistemin  asılı  olmayan  tərkib 

hissəsidir. Məsələn, su  və duzdan  ibarət olan sistemin  hər  iki tərkib  hissəsini 

komponent  hesab  etmək  olar.  Burada  həm  suyun,  həm  də  duzun  miqdarını 

istədiyimiz  qədər  dəyişə  bilərik  və  onların  hər  ikisi  sistem  təşkil  etmək  üçün 

zəruridirlər.  

Başqa  bir  halda  CO

2

,  CaO  və  CaCO



3

  ibarət  sistem  vardır.  Bunlar 

arasındakı aşağıdakı tənlik üzrə kimyəvi reaksiya baş verə bilər.  

CaO+CO


2

 CaCO


Bu  halda  bütünlüklə  sistemin  əmələ  gəlməsi  üçün  CaO  CO

kifayətdir. 



Deməli,  3  maddədən  ikisini  komponent  hesab  etməliyik.  Çünki,  CaCO

3

 



komponentini 

CaO 


və 

CO

2



-dən 

almaq 


olar. 

Beləliklə, 

sistemdə 

komponentlərin  sayı  onun  tərkib  hissələrini  əmələ  gətirən  maddələrin  sayına 

bərabər və ya onlardan az ola bilər.  

Əgər  sistemdə  kimyəvi  reaksiya  gedirsə,  komponentlərin  sayı  tərkib 

hissələrini  əmələ  gətirən  maddələrin  sayından  sistemdə  gedən  asılı  olmayan 



 

reaksiyaların  sayını  çıxmaqla  komponentlərin  sayını  müəyyən  edirlər.  Belə 



sistem kimyəvi və ya ikinci sinif sistem adlanır.  

Komponentlərin  sayına  görə  sistemlər  bir,  iki,  üç,  və  çox  komponentli 

olurlar. Müvafiq olaraq onlar birkomponentli, ikikomponentli, üçkomponentli 

və çox komponentli sistemlər aldanırlar.  

Faza  öz  aralarında  tarazlıqda  olan  homogen  (bircinsli)  görünən,  yaxud 

təsəvvürdə  sərhədlənən  maddi  varlıqdır.  Beləliklə,  heterogen  sistem  bir  neçə 

fazadan,  homogen  sistem  eyni  arqeqat  halda  mövcud  olan  fazalardan 

ibarətdir.  

Məsələn,  əgər  buz,  su  və  üzərində  buxarla  tarazlaşırsa,  burada  üç  faza, 

yəni bərk-buz, maye-su və qaz-su buxarı fazaları tarazlıqdadır.  




Yüklə 1,57 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin